Kordonların,
dayanacaqların
və
müvəqqəti
düşərgə
punktlarının təmiri və yenidən qurulması.
•
Çöl heyvanlarını seyr etmək üçün müşahidə qüllələrinin və
örtüklü (gizli) baxış məntəqələrinin inşası.
•
İnfrastruktur obyektlərinin fəaliyyəti zamanı yaranan məişət
tullantılarının effektiv utilizasiyası və çirkab sularının təmizlənməsi
üçün zəruri olan texniki vasitələrlə təmin edilməsi, alternativ enerci
mənbələrinin tətbiqi.
•
«mini-mehmanxana»ların inşası, biosfer ərazinin ekoloji təmiz
transport vasitələri ilə təmin edilməsi.
•
Biosfer rezervatların yaradılmasının əsas məqsədlərindən
birinin yerli icmaların sosial rifahının yüksəldilməsi olduğundan yerli
əhalinin işçi qüvvəsindən və istehsal məhsullarından maksimal
surətdə istifadə olunması ən zəruri şərtlərdən biri hesab olunmalıdır.