§10. Legirlənmiş poladların təsnifatı və markalanması
Təyinatına görə legirlənmiş poladlar 3 qrupa bölünür.
a)
konstruksiyalar üçün
;
b) alət poladları üçün;
c) xüsusi fiziki və kimyəvi xassələrə malik poladlar.
Legirləyici komponentlərin faizlə miqdarından asılı olaraq poladlar aşağı-
dakı qruplara bölünür:
Az legirlənmiş polad (onun tərkibində legirləyici komponentler 2,5% dən
cox olmur.); orta legirlənmiş (legirləyici komponentlər 2,5 10%) və yüksək legir
lənmiş (legirləyici komponentlər 10% dən cox).
Legirləyici poladlar rəqəm və hərf birləşməsi ilə markalanır. Birinci ədəd kar-
bonun miqdarını göstərir: konstruksiya poladları ücün–faizin 100 də bir hissəsi
ilə, alət poladları üçün faizin onda bir hissəsi ilə. Əgər hərfdən öncə rəqəm yox-
dursa, onda karbonun miqdarı 1,5% dən çox deyildir.
Sonra poladın tərkibində olan legirləyici komponentləri göstərən hərflər
yerləşir. Əgər komponentin miqdari 1% dən çoxdursa, uyğun hərfdən sonra
həmin kimyəvi elementin tam faizlə orta miqdarını göstərən rəqəm yazılır.
Əgər rəqəm yoxdursa, bu o deməkdir ki, legirləyici elementin miqdarı ya
1% ə yaxın ya da az miqdardadır (bor, fosfor, sirkonium və s. elementlər).
Legirləyici komponentlər aşağıdakı kimi işarə olunur:
xrom – X, nikel – H, volfram – B, vanadium – F, silisium – C, manqan – Q,
titan – T, molibden – M, alüminium – Ö, mis – D, bor – P, niobit – B, fosfor – P,
kobalt – K, sirkonium – Ü, azot – A (ancaq isarənin sonunda yox. Əgər A hərfi
markanın sonunda yazılırsa, bu, poladın yuksək keyfiyyətli olduğunu gös tərir).
Misal ücün, 12 XH3A markalı polad – tərkibində 0,12% karbon ,1% xrom, 3%
nikel olan yuksəkkeyfiyyətli konstruksiya poladıdır.
Bəzi qrup poladlar əlavə hərflərlə işarə olunur. Tezkəsən poladlar – P, kürə
cikli yataq poladı – H.
Dostları ilə paylaş: |