Baba “ata” sözü türk, qaqauz, krım-tatar dilləri və karaim dili-
nin krım dialekti üçün səciyyəvidir (27, 232). Xakas dilində ada və
baba sinonim sözlərdir. Bu dildə hər iki söz də “ata” mənasında işlə-
nir. Türkmən dilində isə atavə atanın atası “ata”, ananın atası isə
“baba” adlanır (114, 26). Türk dilində bəzi söz birləşmələrinin tər-
kibində ata sözünə təsadüf olunur: atalar sözü, ata yurdu. Damad. Quba dialektində “кürəкən” mənasında işlənir: Cəfə- rin damadı naxuşdu (7, 113).
Türk ədəbi dili üçün damat sözü səciyyəvidir (75, 249): Dеmек orada, hеla aralığında, avanaк damadı yola gеtirmек için bir dul кızı bahtını dеnеsin istеmiş (139, 47).
Fars mənşəli damat leksik vahidinə Azərbaycan ədəbi dil nümu-
nələrində təsadüf edilib: Çünkü Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır, heç bir əmrdə onun rəyinə müxalifət etməz. (M.F.Axund-
zadə); Lakin ixtiyar bir şair öz damadına, öz övladına qarşı bu cür rüsvayçılıq yaradarsa, buna nə ad qoya bilərik? (M.S.Ordubadi); Qızı çoxdan gətirmişdilər. Damad hələ gəlib çıxmamışdı. (A.Şaiq) (10, 525).
Farsca olan damat sözünün türk dilindəki sinonim qarşılığı “güvey“
dir (95, 851). Bu söz Azərbaycan dilinin dialekt leksikasında müxtə-
lif fonetik tərkiblərdə işlənir: Cəbrayıl şivəsində gəyəv sözü “kürə-
kən” mənasını ifadə edir (7, 180). Culfa, Ordubad, Şərur, Zəngilan
şivələrində “kürəkən” mənasını ifadə edən söz giyəvdir: Mənim gi- yəvimin adı Cəbrayıldır. (Culfa) (7, 184). Quba dialektində giyo: və
giyov sözləri, Zaqatala şivəsində isə göyüm sözü “kürəkən” mənasın-
da işlənir (7, 187). Göy (Qazax, Tovuz, Marneuli, Dmanisi, Göyçay)
“kürəkən”, gəv (Şahbuz), göy (Şəki) “yeznə” mənalarını ifadə edir:
Əlinin göyü danna bizə gələcək (Göyçay) (27, 265).
Azərbaycan dilinin dialektoloji atlasının 81-ci xəritəsi göstərir
ki, dialektlərdə giyev, göy şəkilləri çox geniş sahəyə yayılmışdır (3,
188). Göy sözünə Şəkinin Kiçik Dəhnə (40, 183), Zaqatalanın Muğanlı,
Oğuzun Muxas, Vardanlı, Xaçmaz, Xalxal, Sincan, Qəbələnin Bum,
Zalam, Zarğan, Vəndam, Çuxur, Qəbələ, Quşlar kənd şivələrində tə-
sadüf edilir: Bajımnan göyüm gəlmişdi dünən bizə (K.D.) (3, 188).
“Qızın əri” mənasını ifadə edən göy sözü Azərbaycan dilinin qərb
ləhcəsi üçün daha səciyyəvidir: Mə:m göyüm qalxozda işder (Sarvan
kəndi) (8, 226).