rilən çörəyə” deyilir: “Çörəklər bişib sobadan çıxarıldıqdan sonra
içləri oyulub alınır, yenidən sobaya qoyulur, qurudulur, içi ayrı, üstü
ayrı qurudulan çörəyə peksimet deyilir” (80, 553). Bu sözün fars
dilindəki beksimāt sözü ilə bağlı olması fikri də irəli sürülür. Türk-
cəyə dəqiq hansı dildən keçdiyi məlum deyildir (70, 2480).
Bulğur. Bu söz Azərbaycan dilinin Ağbaba, Qaraкilsə şivələrin-
də “yarma” mənasında işlənir (7, 66).
Türk ədəbi dilində “qaynadılıb qurudulduqdan sonra dingdə
döyülən və ya dəyirmanda çəkilən qırılmış buğdaya, yəni yarmaya”
bulgur deyilir (75, 166): Zavallıya verdiği yalnız bulgur çorbasıydı (Ömer Seyfettin); Meydanlar bulgur kurutan, daha doğrusu kuruyan bulgurları bekleyen kocakarılarla dolu (Refik H.Karay) (68, 423).
İ.Z.Eyuboğlu yunan dilində təsadüf etdiyi plege (vurma, əzmə) sözün-
dən plegouri-pligouri (əzilmiş, döyülmüş, qırılmış), pulgur-pilgur/ bulgur sözünün bu dilə qədim Anadolu dillərindən keçdiyini qeyd
edir. Müəllif bulgur leksik vahidinin mənşə etibarilə hansı dildən
yaranması hakkında müxtəlif fikirlərin olduğunu bildirir (80, 104-
105). Nemethə görə bulgur~burgul leksik vahidi qonşu dillərə məhz
türkcədən keçmişdir (78, 63).
Çanax. Bu leksik vahid Azərbaycan dilinin əksər şivələrində
“saxsı kasa” (Naxçıvan); “ölçü qabı”(Ağdam, Gəncə); “ölçü vahidi”
(Şərur, Zəngilan) mənalarını ifadə edir: Taxılı çanağınan ülçürəx` (Xanlar); Çanax aşağdan olur (Ağdam); Bir çanax on girvənkədi (Zən-
gilan); Maηa bir çanax taxıl ver (Gəncə); Bir çanax üş put un girvən- kədi (Şəki) (7, 89). Şəki dialektində çanax leksik vahidi “52 kiloqrama bərabər ölçü vahidi” mənasını ifadə edir (40, 261).
İ.Z.Eyuboğluna görə farsca çanağ sözündən çanak (qab, duz qa-
bı, çanaq) əmələ gəlmişdir. Müəllif çanaq sözünün digər mənaları-
nı da qeyd etmişdir: “qab, ölçü qabı, çanaq, üç oqqalıq taxıl ölçəyi,
minarə şərəfəsi, günəşdən sərtləşmiş yaş torpaq, fincan, ağacdan və
ya mədəndən düzəldilmiş qab, dağ təpələri üzərində çökük yerlər,
oyuqlar” (80, 128-129). Qeyd olunan lüğətdə çanaq leksik vahidinin
“qab, ölçü qabı” kimi mənaları Azərbaycan dili dialektləri üçün sə-
ciyyəvidir. Türkmən dilində çānak leksik vahidinə “saxsı kasa” mə-
nasında təsadüf olunub (88, 115).