3.2. Hərəkət bildirən sözlər
Azərbaycan dili dialektlərindəki feillərin tədqiqatı nəticəsində,
türk ədəbi dilində də işlənən feillərin ümumi mənzərəsini aydınlaş-
dırmaq mümkündür. Türk dillərinin feilləri daha çox areal təşkil et-
mək baxımından fərqlənir. Bu dillərdə hətta bir dil üçün səciyyəvi
olan, başqalarında müşahidə olunmayan feillərə də rast gəlmək olur
Azərbaycan dilinin dialekt leksikası
93
(danışmaq, konuşmak və s.) (66, 63). Türk və Azərbaycan dillərində
ortaq istifadə olunan feillər də az deyildir. Lakin bəzi feillər tama-
mən fərqli məna daşıyır: Azərbaycan dilində saxlamaq, türk dilin-
də durdurmak; Azərbaycan dilində durmaq, türk dilində kalkmak;
Azərbaycan dilində yatmaq, türk dilində uyumak; Azərbaycan dilin-
də uzanmaq, türk dilində yatmak; Azərbaycan dilində düşmək, türk
dilində inmek; türk dilində düşmek, Azərbaycan dilində yıxılmaq. F.
Zeynalovun qeyd etdiyi kimi Azərbaycan dilində danışmaq, türk di-
lində konuşmak (türk dilində danışmak sözü “məsləhət almaq” mə-
nasında işlənir). Azərbaycan dilində vaxtilə işlənmiş bir sıra feillər
artıq arxaikləşərək istifadədən qalmışdır. Azərbaycan dili dialekt-
lərində bu növ feilləri aşağıdakı kimi səciyyələndirmək olar:
Ağırramax. Azərbaycan dilinin Cəbrayıl, Xanlar, Şəmkir şivələ-
rində “hörmətlə qəbul etmək” mənasında işlənir. Məsələn: sən qonax
gəleysiη, soηra gedif deysiη kin, məni yaxşı ağırradılar (Xanlar) (7,
14). Bu söz ağır (əziz, qiymətli, dəyərli, hörmətli) sifətindən düzəl-
mişdir (53, 72).
Türk ədəbi dilində bu söz (ağırlamak) “qonağı hörmətlə qəbul
etmək, hər cür ehtiyacını qarşılamaq” mənasını ifadə edir: Jülide`nin
onları ağırlaması lazım (R.N.Güntekin) (68, 41).
“Divanü lüğat-it-türk” əsərində ağırlar-ağırlamaq leksik vahid-
lərinin başqasına iltifat edən hər adam üçün “əzizləmək” mənasında
belə deyildiyi qeyd olunub: Tənqri məni ağırladı Tanrı mənə kərəm
qıldı (41, 320).
Axtarammağ. Azərbaycan dilinin Dərbənd dialektində “çevril-
mək, qəzaya uğramaq (maşın, traktor və s.)” mənasını ifadə edir:
Tabasaran yulində sovxozun tiraxturi axtarammişdi (7, 17).
Türk ədəbi dilində aktarmak leksik vahidinin “bir yerdən, mə-
kandan və ya qabdan digərinə daşıma” mənası var (75, 33): Dışarıda
bir yarım tenekede elleme kömürü yanıyor. Recep bunu ocağına akta-
racak (Burhan Felek); Birbirini anlamaz hâle gelmiş kuşakların bir-
birine aktaracakları bir şey olmaz (Burhan Felek) (68, 83). Qədim
türkcədə aktarmak sözü “yüksəlmə, yer dəyişdir-mə” mənalarını da
ifadə edib (80, 21). Axtarmaq sözü “Kitabi-Dədə Qorqud” abidəsin-
də də öz əksini tapır: Baybörə bəg aydır: “Mərə, mənim oğlım başmı
|