ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə25/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

Fəslə aid suallar: 
1.  Azərbaycan dilinin formalaşması tarixi haqqında məlumat verin. 
2.  Azərbaycan dili dialektlərinin öyrənilməsində hansı tədqiqat iş-
ləri aparılmışdır? 
3.  Dialektologiyanın  mövzusu və  əsas anlayışları haqqında ətraflı 
yazın. 
4.  Dildə dialekt fərqlərinin əmələ gəlməsinin əsas səbəbi nədir? 
5.  Azərbaycan dilinin dialekt bölgüsü haqqında geniş məlumat verin.  
6.  Azərbaycan dili dialektlərinin fonetik və morfoloji xüsusiyyətlə-
rini  yazın. 
 
 


Azərbaycan dilinin dialekt leksikası 

 
25
 

 
II FƏSİL 
AZƏRBAYCAN DİLİ DİALEKTLƏRİNDƏ                                     
AD BİLDİRƏN SÖZLƏR 
Azərbaycan dilinin dialekt leksikasına aid olan sözlərin müəy-
yən  hissəsi  daha  məhdud  dairədə,  müəyyən  hissəsi  isə  nisbətən 
geniş  dairədə  işlənir.  Bu  sözlərin  bəziləri  nisbətən  geniş  dairədə 
işləndiyinə, bəziləri isə termin səciyyəli olduğuna görə Azərbaycan 
ədəbi dilində də özünü göstərir. Təsadüfi deyil ki, bu leksik vahidlə-
rə Azərbaycan dilinin orfoqrafiya lüğətində də yer verilmişdir. Dia-
lekt sözlərin bir qismi isə ədəbi dilə daxil olmamış, xalqın danışıq-
məişət nitqinin malı olaraq qalmışdır. 
Azərbaycan dili dialektlərində və türk ədəbi dilində qarşılaşdı-
ğımız leksik vahidlərin böyük əksəriyyəti türk mənşəlidir. Türk di-
linin leksik tərkibinin əsas hissəsini təbii ki, xalis türk mənşəli söz-
lər təşkil edir. Ancaq bu sözlər içərisində ərəb, fars, yunan mənşəli 
sözlərə  də  təsadüf  olunur.  Tarixi-coğrafi  şərait  baxımından  qeyd 
etdiyimiz sözlərin bəzilərinin yunan mənşəli olması diqqətimizi xü-
susilə cəlb etdi. Fars mənşəli –riçal “əncirdən bişirilmiş mürəbbə”, 
vərdənə “yoğun oxlov”, mərmərşə “parça adı”, mintənə “geyim, pal-
tar adı”, dilbəstə “vurğun”, dilbaz “dilli-dilavər”; ərəb mənşəli – sahan 
“dərin  mis  qab”,  əssah  (“dəqiq,  səhih”,  nüktəli  “eyhamlı”, 
saqat “şikəst”; yunan mənşəli – anahtar “açar”, balgöz “daş sındır-
maq üçün çəkic” və s. kimi sözlər bu qəbildəndir. Həm Azərbaycan 
dili dialektlərində, həm də türk ədəbi dilində tədqiqata cəlb etdiyi-
miz türk mənşəli sözləri qədim türk təbəqəsinə aid sözlər hesab 
edə bilərik. Bu sözlər türk dilinə özləşmə hərəkatı nəticəsində daxil 
olmayıb. Bilindiyi kimi, XX əsrin ortalarından başlayaraq M.K.Atatür-
kün türk dilində apardığı özləşmə siyasəti ilə bağlı olaraq bu dildə 
alınma sözlərin əksəriyyəti yenisi ilə (qədim türk sözləri, türk dili-
nin  dialektlərində  işlənən  sözlər,  qondarma  sözlər)  əvəz  olunub. 
Tədqiqat nəticəsində türk dilində ortaya çıxardığımız sözlər Azər-
baycan  dili  dialektlərində  işlənməsi  baxımından  qədimdir  və  bu 
sözlər qondarma sözlər deyil, xalis türk mənşəli sözlərdir. 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin