Fəslə aid suallar: 1. Azərbaycan dili dialektlərində və türk ədəbi dilində ortaq işlənən ad bildirən sözlər hansı qruplara daxil edilir? 2. Azərbaycan dilinin hansı dialektlərində ad bildirən sözlər türk ədəbi dili ilə ortaq işlənir? 3. Azərbaycan dili dialektlərində hansı ad bildirən sözlər türk ədə- bi dili ilə ortaq işlənir? 4. Azərbaycan dili dialektlərində türk dili ilə ortaq işlənən türk, ərəb, fars, yunan, monqol mənşəli sözləri seçib yazın. 5. Azərbaycan dilinin dialekt leksikasına aid olan hansı türk dili ilə ortaq sözlər daha geniş dairədə işlənir? 6. Azərbaycan dilinin dialekt leksikasına aid olan hansı türk dili ilə ortaq sözlər məhdud dairədə işlənir?