Cılız//Culaz //Culuz`. Azərbaycan dili şivələrində (Bakı, İs-
mayıllı, Kürdəmir, Qazax, Masallı, Ordubad, Tovuz, Şamaxı, Quba)
“arıq” mənasını ifadə edir: Cılız adam quvvasız olar (Qazax); Nə cılız
uşağdı (İsmayıllı); Sufayı uşaxdı, hayıf cıq-qana cılızdı (Kürdəmir);
Ay qız, tay bu giyəvi: az tə:riflə, görmüşəm dayna, bir cılızın biridi (Or-
dubad); Rahman yaman culazzi (Şamaxı); Uşağ nüş belə culuz ulıb?
(Quba) (7, 76, 81). Quba dialektində culuz` sözünün sinonimləri də
müşahidə edilir: Xəccənin bir cüləz (cu-luz, cılız, cürə, zağar, düşgün,
inimiş, arığ, zəyif) qizi var (53, 211).
Türк ədəbi dilində cılız sözü «zəif, çəlimsiz, gücsüz» mənalarını
ifadə edir (75, 190): Fikret cılız vücûdundan, ağır tabiatından beklen-
mez bir şiddetle hücûma başlamıştı (Reşat N.Güntekin); Biri uzun
boylu kara yağız, öteki cılız iki kişi vardı (Burhan Felek) (68, 485);
İкi yanda üzüm bağları…. Кüsкün vе cılız (131, 10).
Cılız sözünə Azərbaycan ədəbi dili nümələrində “çox arıq, bala-
ca, zəif, sısqa, cansız, ölüvay” mənasında rast gəlinib: Cılız uşaq. Cı-
lız qız. -...Müstəntiq arıq, cılız çiyinlərini çəkə-çəkə, təlaşla içəri girib
əlindəki böyük qovluğu stolun üstünə qoymamış, prokuroru ayıq saldı
(M.Hüseyn); Bütün görkəminin cılız olmasına baxmayaraq, bu ada-
mın mis kimi cingildəyən çox möhkəm səsi...vardı (Ə.Əbülhəsən). Azər-
baycan ədəbi dil nümunələrində cılız leksik vahidinin məcazi məna-
|