Zakir bayramli



Yüklə 2.5 Mb.

səhifə1/32
tarix24.06.2017
ölçüsü2.5 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   32

ZAKİR BAYRAMLI 

 

 

 

 

 

 

 

 

 

 

MİN İLƏ BƏRABƏR  

YÜZ İL 

 

    Bu kitab Şabran (keçmiş Dəvəçi) 

rayonu Pirəbədil kənd tam orta 

məktəbinin 100 illik yubileyinə həsr 

olunur.  

 

 



 

 

 



 

 

 

 

 

 

“Müəllim” nəşriyyatı 

Bakı – 2014 

 



Redaktor:  Aydın Tağıyev 

                             

     

 

 



 

 

 



 

 

 



 

 

 



Zakir Bayramlı. MİN İLƏ BƏRABƏR YÜZ İL.  

Bakı: “Müəllim” nəşriyyatı, 2014, - 516 səh.  

 

 

 



 

Kitab Şabran (keçmiş Dəvəçi) rayonundakı Pirəbədil kənd orta 

məktəbinin 100 illik tarixini əks etdirir. Kəndin qısa tarixi, rayonda 

ilk məktəbin məhz burada açılması, onun fəaliyyət göstərdiyi dövrdə 

uğurları, bu təhsil ocağının rayon təhsilində tutduğu yer, məktəbdə 

dərs deyən müəllimlərin işindən və  məktəbin yetişdirdiyi 

məzunlardan bəhs edir. Ümid edirik ki, müəllifin bu kitabı oxucuları 

tərəfindən böyük maraqla qarşılanasaqdır.  

 



435

9952


2014

4792409


 



 

 Zakir Bayramlı, 2014 



 

 



ÖN SÖZ 

 

Zakir Bayramlı oxucularla yeni kitabı ilə görüşə  gəlib. 



Kitabın qalınlığı qoy oxucunu qorxutmasın! Axı, bu kitab 

Zakir müəllimin təkcə yuxusuz gecələrinin, yorğun gündüzlə-

rinin deyil, ixtisasca təcrübəli maliyyə işçisi olan bir müəllifin 

həm də tədqiqatçı zəhmətinin məhsuludur.  

Zakir Bayramlı qeyd etdiyim kimi ixtisasca maliyyə  iş-

çisidir. Uzun müddət ixtisasına uyğun rəhbər vəzifələrdə 

çalışıb.  

Təkcə işinə uyğun mühasibatlıq çötkəsində və ya müxtəlif 

hesablayıcı maşınlarında hesablamalar aparmaqla kifayətlən-

məyib.  Əlinə  şair qələmi aldığı ilk günlərdə barmaqları ilə 

yazdığı şeirin hecalarını hesablayıb: 

          

Uzaq qürbət ellərdə  

Olsam da əziz qonaq.  

Çıxarmı heç yadımdan 

Doğma kəndim, bağça, bağ? 

Deyirəm gələn gündən,  

Vətən, Vətən, can Vətən.  

 

Nur kimi gözümdəsən,  



Kəlməmdə, sözümdəsən.  

Elə bil özümdəsən,  

Eşqimdə bir zirvəsən,  

Vətən, Vətən, can Vətən.  

 

Müxtəlif janrlarda, müxtəlif mövzularda, necə deyərlər, 



müxtəlif səpkilərdə yazılar toplanan, hamısının da ideya müəl-

lifi, istiqamətvericisi bu kitabın müəllifi olan Zakir Bayramlı-

nın bu əsərini həm də onun doğulub dünyaya göz açdığı, sətin 

məktəb çantasını yelləyə-yelləyə işıq, nur, təhsil, elm ardınca 



oxumağa yollananda Pirəbədil məktəbi haqqında yada düşən 

xoş təsüratları səngimək bilmir: 

 

 



Mən də burda bir vaxt təhsil almışam,  

Müəllimlərdən çox razı olmuşam.  

Sən cavan qalmısan,  mən qocalmışam,  

Yüz yaşında mənim cavan məktəbim,  

Yaşa-yaşa, a qocaman məktəbim.  

 

Müəllif Pirəbədil kəndinin ilk yaranma tarıxıni, bura ilk 



əhali qruplarının köç eləməsini, kəndin keşmişdə və indi Şab-

ran (keçmiş Dəvəçi) rayonundakı rolundan geniş söhbət açır: 

 

Min tarix yaşadır sənin hər daşın,  



O qədər ulusan, bilinmir yaşın.  

Şahidi olmusan neçə savaşın,  

Müsibətlər görüb, ağrıyıb başın,  

Alqış deyir sənə Vətən, Pirəbədil,  

Şabranımda bir dənəsən , Pirəbədil.  

 

Bu kitabı təkcə şimal bölgəsində deyil, ölkəmizdə ilk dün-



yəvi tədris ocaqlarından olan Pirəbədil kənd orta məktəbinin 

tarixi ilə  məhdudlaşdırmaq olmaz. Bu kitab həm də dillər 

əzbəri, dünyanın məşhur muzeylərini bəzəyən, dünyanın məş-

hur rəssamlarının yaratdığı tablolarında xüsusi yer tutan, öz 

rəng çalarları, orjinallığı, bir sözlə nadir çeşnisi ilə ürəkləri 

fəth edən “Pirəbədil” xalçaları haqqında bir dastandır: 

 

Zərif xalçaların dünyanı gəzər,  



Əlvan naxışları onları bəzər.  

Hər çeşni dil açan bir canlı əsər,  

Hər rəng musiqitək qəlblərə süzər,  

Alqış deyir sənə Vətən, Pirəbədil,  

Şabranımda bir dənəsən , Pirəbədil.  


    Kitabin  yazılmasında böyük həvəs, tükənməz məhəbbətlə 

çalışan şair Pirəbədilin ətraf kəndlərini də unutmur. Pirəbədilin 

şöhrətlənməsində böyük zəhməti olan kəndlərimizi bir-bir 

yada salır: 

Qədimdir tarixi Sumaqovanın,  

Buralar gözüdür elin, obanın.  

Şirin söhbəti var nənə-babanın,  

Yubanma, əziz dost, bu yerlərə gəl.  

Həm tamaşa elə, həm gəz, həm dincəl.  

 

Yaşıl donlu olur yazda Zöhramı,  



Hüsnü heyran edir görən adamı.  

“Əhsən” deyir ona qonaqlar hamı,  

Yubanma, əziz dost, bu yerlərə gəl.  

Həm tamaşa elə, həm gəz, həm dincəl.  

 

Bir barlı, bəhərli bağçadır Qorğan,  



Hər yanı yaşıllıq, güllər al-əlvan.  

Çıxsan dağlarına qalarsan heyran,  

Yubanma, əziz dost, bu yerlərə gəl.  

Həm tamaşa elə, həm gəz, həm dincəl.  

    

Bu kitab Zakir Bayramlının həm də  Vətən haqqında 



nəğməsidir: 

 

Ey ömrümün dan ulduzu Azərbaycan,  



Gözümdə nur, dizimdə güc, bədəndə can.  

Göz oxşayır, könül açır bu gün dövran,  

İnkişafdan, yüksəlişdən coşur qanım,  

Dünya durduqca yaşa, Azərbaycanım! 

 

Dəyişdirib libasını neçə kənd, şəhər,  



Könül açır hər tərəfdə mənzərələr.  

Qələbədən soraq verir bizə səhər,  

Gəlir zəfər qüruruyla qəhrəmanım,   

Dünya durduqca yaşa, Azərbaycanım! 

 

Uğuruna bütün dünya heyran qalıb,  



Çöx ölkədən turist gəlib mehman qalıb.  

Görüb sənin bu gününü, heyran qalıb,  

Deyib, axı həqiqəti necə danım? 

Dünya durduqca yaşa, Azərbaycanım! 

 

Əskərlərin keşik çəkir sərhədlərdə,  



Güclü ordun düşmənləri salıb dərdə.  

Əmr eləsə Baş Komandan-baş sərkərdə,  

Qurban olar Vətənimə şirin canım,  

Dünya durduqca yaşa, Azərbaycanım! 

     

İndi isə,  əziz oxucu sizlərə kitabı diqqətlə oxumaq, ön 



sözün müəllifi kimi mənə isə belə bir kitabı  ərsəyə  gətirdiyi 

üçün müəllifə  təşəkkür etmək, ona can sağlığı  və yeni-yeni 

yaradıcılıq uğurları arzulamaq qalır.  

 

Aydın Tağıyev,  

Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.  

 

 

 

 

 




I  BÖLMƏ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BURA VƏTƏNDİR...    

 

 

 

    

 

   

 

 

 

 

 

 

 

 

 

 



NƏ GÖZƏLMİŞ “VƏTƏN” SÖZÜ...    

 

Maşınımız  Şabran  şəhərindən sürət götürüb Dəvəçiçay 



üzərində yeni salınmış 548 metr uzunluğundakı körpünün 

altından keçib Pirəbədil kəndinə sarı istiqamət aldı. Bir neçə 

qəqiqədən sonra yeni çəkilmiş  Şabran-Zeyvə asvalt yoluna 

çıxdıq. Sürücümüz kiçik oğlum Ramin müəllim idi. Bu üçüncü 

kitabı yazmaq sözünü ilk dəfə dilimə  gətirəndə o mənə söz 

verib ki, bu işdə mənə dəstək olacaq.  

Ramin tarix müəllimidir. Mən də ki, tarix, dil-ədəbiyyat, 

çoğrafiya müəllimlərindən ötrü “sınov” gedirəm. Onlardan 

həm öyrənirəm, həm də öz şəxsi fikirlərimi onlarla bölüş-

dürürəm.  

Ramin müəllim rayonumuzun tarixi keçmişi və bu günü 

ilə dərindən maraqlanır. Onun tariximizə aid silsilə məqalələri  

rayon və  mərkəzi mətbuatda işıq üzü görmüş, çoxsaylı oxu-

cular tərəfindən rəğbətlə qarşılanmışdır. Mənim birinci kita-

bımda da onun bir məqaləsi dərc edilib.  

Gənc olsa da sağlam məntiqə, iqtisadı dünya görüşünə, bu 

günki reallıqları qiymətləndirməyi bacaran və ona bir gənc 

ziyalı kimi düzgün istiqamət verən bir şəxsdir. Tərəzi – hava 

bürcündəndir. Mən su bürcündən olduğuma görə sözümüz çox 

vaxt üst-üstə düşür, hər kəlməmiz bir-birimizin boğazından 

keçir. O dediyi sözünün sahibidir. Əxlaqımıza, mənəvi dəyər-

lərimizə, dövlətçiliyimizə, onun qanunlarına ciddi əməl edir. 

Ona görə də biz təkcə ata-bala deyil, həm də dostuq, yoldaşıq. 

Bu məqamda ərəblərin bir atalar sözü yadıma düşdü: “Üç şey 

adamın gözünü işıqlandırar: mehriban qardaş, yaxşı arvad, 

ağıllı  oğul. Bu üç şey kimə qismət olubsa deməli o insana 

xoşbəxt demək olar. Hər  şeyin yaxşısını  və hansı sonluqla 

bitəcəyini Allah bilir. Allah-Təala hamı kimi mənim də axirə-

timi xeyirli eləsin. Amin!   

Havada yağış və külək olmadığı üçün göyün və yerin üzü 



cox aydın görünürdü. Belə bir gözəl yaz günündə dağ yolu ilə 

maşınla səfərə  çıxmağımın ləzzətini bir daha dərk edərək 

tanrıya  şükür etdim. İşimin müsbət alınacağını  nəzərdən 

keçirər-keçirməz ovqatım düzəldi. İçimdə incə bir duyğu, xoş 

rahatlıq hiss etdim. Bütün dərd-sərimi unudaraq bir anlığa 

özümü çox xoşbəxt sandım. Rahat , sakit, qayğısız dərindən 

nəfəs almağa başladım. Elə bu dəmdə böyük şair Sədi 

Şirazinin (1184-1291 ) bir beyti yadıma düşdü: 

 

“İşığa çatmaq üçün can atsan pərvanə tək,  



Səni yandırsalar da səsin çıxmasın gərək!”  

 

Beynimdə “hardan başlanır Vətən?” sualı canlandı. Dü-



zünü deyim, Vətən haqqında çox dahilərin fikrini oxuyub 

öyrənmişəm.  İndi bunlardan ikisinə müraciət edəcəyəm. 

Birinci fransız riyaziyyatçısı  və filosofu Dalamber Jan Leron 

(1717-1783 ) vətən haqqında belə deyib: “Əsl namuslu insan 

ailəsini özündən, vətəni ailəsindən, bəşəriyyəti vətənindən 

üstün tutmalıdır”. Azərbaycanın dövlət xadimi, yazıçı və pub-

lisist Nəriman Nərimanov isə bu barədə demişdir: “Vətənin 

qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, 

vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün.” Vətən mənə də 

onun bir vətəndaşı kimi canımdan şirindir. İlk dəfə ğördüyüm 

anam və gözəlliklər məskəni vətən torpağı olub. Bu torpağın 

üstündəki gözəlliklərə vurulmuşam. Dünyaya ilk gözümü 

açandan Vətən sözü ana sözü qədər mənə əziz və dogma olub. 

Ana sevgisi ilə  Vətən sevgisi mənim həyatımın ilham mən-

bəyini təşkil edib. Bu sevgi mənim həyatımda qızıl hərflərlə 

yazılmış bir şah əsərdir. Ana dedim, Azərbaycanımızın sevimli 

yazıçısı M.S.Ordubadinin (1872-1950) bir sözü yadıma düşdü. 

Gör o nə yazır: “Ana! dünyada sənin müqəddəsliyini təyin edə 

biləcək hələ heç bir ölçü yoxdur, sənin  əzəmətini təsvir edə 

biləcək hələ heç bir kitab yazılmamışdır.” 



10 

Vətən sözü, Vətən sevgisi ana sevgisi qədər mənim 

qəlbimin dərinliyində  əbədi həkk olunmuş  məşhur bir bəstə-

karın yazdığı ən həzin melodiya kimi səslənir. Bu söz mənim 

gözümün və  ağlımın köməyilə beynimə  və yaddaşıma birdə-

fəlik möhürlənib. Vətən torpağı həmişə məni özünə tərəf çək-

miş, ana nəvazişiylə  məni ağuşuna almışdır. Üz-gözümdən 

öpüb, sevimli övladı kimi bağrına basmışdır. Mənim böyük 

zəhmət, gərginlik və tarixi faktlar tələb edən bu“Min ilə 

bərabər yüz il” bədii-publisistik kitabını yazmağa vadar edən 

də  vətənə, xalqa və  təhsilə olan böyük və ülvü məhəbbətim, 

sıx bağlılığım olub. Bunu “Vətən”  şeirimdən verilmiş bir 

parçadan da görmək olar: 

             

 

Çıxdım yurdun göz seyrinə 



Dağ seyrinə, düz seyrinə,  

Könlüm uçdu söz seyrinə,  

Valeh oldum, sözün düzü,  

Nə gözəlmiş “Vətən” sözü.  

               

Torpağını ayaqladım,  

Tarixini varaqladım,  

Gah sevindim, gah ağladım,  

Gördüm qalıb ruh bədənsiz,  

Neçə elim, obam mənsiz...    

  

 

Ömrümün, günümün heç olmasa cüzi bir hissəsini də olsa 



səyahətə  həsr etməyə çalışmışam. Öz respublkamızın Naxçı-

van və  Lənkaran bölgəsi çıxılmaqla bütün şəhər və rayon 

mərkəzlərində, bir çox kənd və qəsəbələrdə dəfələrlə olmuşam.  

Ukraynada və Moldovada iki illik hərbi xidmət dövründə 

hərbi hissənin gündəlik təlabatına aid çörəyi, əti, yağı, meyvə 

və  tərəvəzi, tələb olunan digər məhsulları maşınla mən alıb 

gətidiyimə görə Dinepropetrovsk vilayətini və bütöv Moldo-

vanı bütünlklə  gəzmişəm. 15 dəfə Moskvada, 2 dəfə Sankt-



11 

Peterburqda, 1 dəfə Kiyevdə və Tbilisidə olmuşam. Rusiyanın 

Krasnoyarski  şəhərində  təxminən on ay yaşamışam.  Şimalı 

Qafqazın elə bir tanınmış  şəhəri yoxdur ki, mən orda ya 

ekskursiyada, ya turist səyahətində, ya da istirahətdə olmayım. 

Kanat yolu ilə Elburusun zirvəsinə, payı-piyada Kazbek 

dağının buzlaqlarına, Qafqazın  ən iti çayı Terekin düz mən-

bəyinə  qədər gedıb çıxmışam. Hara getməyimdən, gedişimin 

məqsədindən aslı olmayaraq olduğum bütün yerlərin tarixi, 

cografiyası  və bitki aləmi  ılə maraqlanmışam. Nə  qədər gör-

məli yerləri görsəm, dostla-tanışla gözəl,  hər biri bir ilə dəyən 

unudulmaz günlər keçirsəm də, Vətənsiz elə bil qəfəsdə quş 

olmuşam.  

Xaricə olan saysız xidməti və şəxsi səyahətlərə baxmaya-

raq məni həmişə  Vətən torpağı özünə  çəkib. Yalnız Vətəni 

cənnət bilmişəm. Ancaq Vətəndə rahatlıq tapmış, onda asudə 

nəfəs alaraq, özümü xoşbəxt sanmışam. Bunu xaricdə olduğum 

vaxtda yazdığım “Can Vətən” serinin misralarından da aydın 

görmək olar: 

         

               

Uzaq qürbət ellərdə 

               

Olsam da əziz qonaq,  

               

Çıxarmı heç yadımdan 

               

Doğma kəndim, bağça, bağ? 

               

Deyirəm gələn gündən,  

               

Vətən, Vətən, can Vətən.  

               

Cismən uzaq olsam da,  

               

Sanıram yanımdasan,  

               

Kövrək duyğularımda,  

              

Qanımda, canımdasan,  

               

Görməyəsən duman, çən,  

               

Vətən, vətən, can Vətən! 

 

Mən Azərbaycan adlı bir məmləkətdə yaşadığıma görə 



özümü xoşbəxtlərin xoşbəxti sanıram. Elə bir diyarda ki, 

haranı  gəzsək və dolansaq, harada yaşasaq da bu yeri cənnət 



12 

məkan bilmişik. Onun suyu və havası  həmişə  qəlbimizə bir 

məlhəm olub. Bu doğrudan da belədir. Mənim “Azərbay-

canım” şeirində olduğu kimi: 

 

Ey ömrümün dan ulduzu Azərbaycan,  



Gözümdə nur, dizimdə güc, bədəndə can.  

Göz oxşayır, könül açır bu gün dövran,  

İnkişafdan, yüksəlişdən coşur qanım,  

Dünya durduqca yaşa Azərbaycanım! 

 

Şabran (keçmiş  Dəvəçi) torpağı da sevimli Azərbayca-



nımın bir parçasıdır.  Şabranın (keçmiş  Dəvəçi) rayonunun 

torpaq sahəsi 108. 8 min hektardır. Ümumi ərazinin 21. 5 min 

hektarı (təxminən 20 %-i) yaşıl meşəliklər təşkil edir. Rayonun 

əhalısı 55. 1 min nəfərdir.  

Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 2010-

cu ildə  Dəvəçi rayonunun adı  dəyişilərək  Şabran adlan-

dırılmışdır.  

Şabran sözünün etimologiyası barədə müxtəlif fikirlər var. 

Bu fikirlərdən birində  Şabran sözünün mənası  “şəbi”- gecə, 

“ran” isə məkan, yer deməkdir. Sözün diğər forması isə Sabir 

türklərinin adı ilə adlandırılmış,  əvvəlcə Sabiran, sonralar isə 

Şabran formasını almışdır. Hazırda Azərbaycan tarixçiləri 

dünyanın onlarla aliminin, səyyahının, dövlət adamlarının 

Şabran haqqında  tarixə qoyub getdikləri fikirlərə aydınlıq 

gətirməklə məşğuldur. Qisaca deyim ki, hələ biz şabranlılar öz 

tariximizi dərindən öyrənmək üçün çox çalışmalıyıq. Bilmə-

liyik ki, Şabran Cəbi xaqanın oğlu  Şatın  şərəfinə tikilən, 

hamısı  “ş” hərfi ilə başlayan 6 şəhərdən (Şabran,  Şəmkir, 

Şatar,  Şamaxı,  Şirvan,  Şəki) biridir. Onun dağılmasının bir 

səbəbi də bu şəhərin böyük strateji, beynəlxalq ziddiyyətlərin 

toqquşduğu bir məkan olması ilə əlaqələndirilir.  

Qədim Şabran Şabrançayın hər iki sahilində yerləşmişdir. 

Yazılı mənbəələrə görə şəhər V əsrdə Sasani hökmdarlığı tərə-


13 

findən salınmışdır. 928-ci ildən isə adı yaşayış məntəqəsi kimi 

məlumdur. 1979-cu ildən, artıq 35 ildir ki, bura arxeoloji 

ekspedisiya tərəfindən tədqiq olunur. Vaxtikən bu ərazidə 

şəhər salınanda 14 kilometr aralıdan  şəhərə su kəməri çəkil-

mişdir. Azərbaycan ərazisində qədim dövrlərə aid ilk kanaliza-

siya xəttlərinin çəkilməsi arxeoloqlar tərəfindən bu şəhərdə 

aşkar edilmişdir.  

1982-ci ildə tanınmış Norveç alimi və səyyahı Tur Heyer-

dal Azərbaycanda olarkən qədim Şabranı ziyarət etmiş, burada 

tapılmış mədəniyyət nümunələrinə yüksək dəyər vermişdir.  

Şabran (keçmiş  Dəvəçi) rayonu 1930-cu ildə  təşkil edil-

mişdir. Rayon Quba, Xaçmaz və Siyəzən rayonları  və  Xəzər 

dənizi ilə həmsərhəddir. Respublikanın 

ən böyük şirin sulu (Ağzıbirçala ) gölü Şabran torpağındadır.  

Rayonun ərazisindən mühüm strateji xəttlər: Bakı-Moskva 

dəmir yolu, Bakı-Rostov avtomobil yolu, Bakı-Novorosiyski 

neft kəməri, Samur-Abşeron su kanalı,  Şollar-Bakı içməli su 

xətti və s. keçir.  

Şabran (keçmiş  Dəvəçi) rayonunda 1 şəhər, 68 kənd 

vardır.  Şabran rayonunda inzibati ərazi dairələrinin sayı 17, 

bələdiyyələrin sayı isə 15-dir.  

Respublikamızın paytaxtı Bakı  şəhərindən rayon mərkə-

zinə qədər məsafə 123 km-dir.  

Şabran (keçmiş  Dəvəçi) Azərbaycanın tarixi məskən-

lərindən biridir. Azərbaycanın hər sevincini, kədərini  Şabran-

sız təsəvvür etmək mümkün olmadığı kimi, respublikamızın 

qədim tarixini, dünənini, bu gününü və sabahını da Şabransız 

heç cür təsəvvürə gətirmək olmaz: 

 

Qala üstə yandırın şam,  



Qoy sevinsin elim, obam,  

Əldə qopuz Qorqud babam 

İgidlərə boy boylasın,  

Nəğmə qoşub soy soylasın.  



14 

Keçib burdan İpək yolu 

Yüz-yüz karvan yükü dolu.  

Özün kimi adın ulu,  

Bir tarixsən sən, Şabranım,  

Görüm səni şən, Şabranım.  

 

 

 



 

 

 



 

        

 

          

 

 


15 

TARİXİN YADDAŞINDA 

DAŞLAŞMIŞ ULU ŞABRAN… 

 

 



Yazılı  mənbələrdə  Şabran  şəhə-

rinin salınma tarixi V əsrə  təsadüf 

edir.  

“Şabran “sözünün etimelogiyası 



haqqında müxtəlif fikirlər var. Bəzi-

ləri bu adı  qədim türk tayfalarından 

olan sabirilər ilə  əlaqələndirirlər. 

Bəzi mənbələrdə isə  “Şəbiran” yəni “şəbi” – gecə, “ran” isə 

məkan bildirir.    

Qədim  Şabran  ərazısinə tarixi mənbələrin və arxeoloji 

tədqiqatların verdiyi məlumata görə Böyük Qafqaz sıra dağları 

ilə Xəzər dənizi arasındakı torpaqlar daxil olmuşdur , bura dağ 

silsilələrinin  şərq  ətəkləri, Samur-Dəvəçi düzənliyi,  Ərəblər, 

Pirəmsən, Şahnazərli, Padar, Rəhimli, Maytablı, Kaul kəndləri, 

Çayqaraqaşlı və Açıqaraqaşlı kəndləri arasında yerləşmiş Şab-

ran (dəniz) limanı daxil idi.  

Şabranda 1979-1980-ci ildən başlanan əsaslı arxeoloji qa-

zıntı işləri hələ başa çatmasa da, indiyə kimi 5000 kv. metrdən 

artıq sahədə  iş görülmüşdür. Burada arxeoloq-mütəxəssislər 

tərəfindən qazınan 6, 2 metr qalınlığındakı üç tikinti layından 

ibarət apxeoloji təbəqə araşdırılarkən oradan zəngin maddi-

mədəniyyət nümunələri tapılmışdır.  

Şabran  şəhəri yarandığı gündən  yadelli işğalçılara qarşı 

mübarizə aparmaq məcburiyyətində qalmışdır.  VII  əsrdə 

ərəblərin işğalı,  ərəb-xəzər müharibələri dövrü Şabran dəfə-

lərlə bir düşmənin  əlindən digər düşmənin  əlinə keçmişdir. 

Orta  əsrlərdə monqol hücumları, Osmanlı  işğalı, Krım tatar-

larının saysız basqınları  Şabranın iqtisadiyyatına və  mədəni 

həyatına dəfələrlə ciddi zərbələr vurmuşdur.  



16 

Azərbaycan alimi, şair, maarifpərvər Bakı xanı II Mirzə 

Məhəmmədin oğlu Abbasqulu Ağa (təxəllüsü Qudsi) Bakı-

xanov “Gülüstani-İrəm “(1841) əsərində Şabran haqqında ge-

niş açıqlamalar verir. Onun bu əsəri Azərbaycan tarixini qədim 

zamanlardan 1813-cü ilə qədər olan dövrünü əhatə edir.  

Müəllifin yazdığına görə bu əsəri qələmə alarkən antik 

dövrün, rus, gürcü, şərq mənbəələrindən istifadə edilmiş, Azər-

baycan tarixinə dair sənədlər dərindən araşdırılmışdır. A. Bakı-

xanov yazır ki, IX əsrdən başlayaraq  Şabranda kənd təsər-

rüfatı, tikinti-memarlıq, ticarətlə yanaşı ipəkçilik, dulusçuluq, 

şüşə  və qab-qacaq istehsalı, metalişləmə, silahqayırma, metal 

pul kəsmə  və s. sahələr böyük sürətlə inkişaf etmişdi. O 

dövrdə Şabran ərazisində yaşayan məşhur adamların məzarları 

indi də Şabranın müxtəlif kəndlərində səcdəgah kimi tanınaraq 

onlara ibadət edilir. Müəllifin fikirincə, o dövrdə Sabranın 

məşhur elm adamlarından biri Şeyx Yaqub Çarxı, məşhur 

şəxsiyyətlərdən biri isə Əli Şabranlı olub.  

Şabran təkcə qala deyil, bütöv Azərbaycanın mübarizlik 

simvolu idi. Bu qalanı şərqdən və qərbdən gələn yadellilər bir 

neçə  dəfə saysız hücumların qurbanına çevirmək istəsələr də 

qalanın döyüşçülərinin və Şabran əhalisinin mübarizlik əzmini 

qıra bilməyiblər. Bu vətənpərvər insanlar son damla qanlarına 

kimi vuruşmuş, hər dəfə böyük döyüş  məharəti göstərək 

qələbə çalmışlar.  Şəhər dəfələrlə dağıdılsa da, yandırılsa da, 

şabranlılar təslim olmamışlar.  

Əl Kufi “Fəthlər tarixi “kitabında yazır ki, ərəblər Şabran-

da çiddi müqavimətlə rastlaşmışdılar. Müqavimətə tab gətir-

mədikləri üçün xəyanətə əl atmış, 1000 nəfərlik qala əhalisini 

aldadaraq onların 999 nəfərini tamamilə məhv etmişdilər.  

Azərbaycanın görkəmli tarixçi alimi Ziya Bünyadov da öz 

əsərlərində  Şabran  əhalisinin igid və  vətənpərvər olduğunu 

dəfələrlə qeyd etmişdir.  

Sərkərdə  Məsləmi aldatma yolu ilə  Şabran qalasını 



17 

aldıqdan sonra hiylə yolu ilə Dərbəndi də tutmuşdu.  

Qıpçaqlar 73 gəmi ilə 1175-ci ildə Şabrana hücum edirlər. 

Qüvvələr bərabər olmadığına görə onlar  Şabranı və Dərbəndi 

ələ keçirirlər. Lakin çox keçmir ki, Şirvanşah Axistan Sabranın 

köməyinə çatır. O, gürcü çarı III Georgidən kömək istəyir. 

Birləşmiş qoşunlar düşmənlərə  həmlə edərək Dərbəndi və 

Şabranı geri ala bilmişdilər.  





  1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə