Zayidov azərbaycana qarşI



Yüklə 39,69 Kb.
səhifə11/12
tarix02.01.2022
ölçüsü39,69 Kb.
#1855
1   ...   4   5   6   7   8   9   10   11   12
B. Xərclər və məsrəflər

78. Ərizəçi yerli məhkəmələrdə və Məhkəmədəki icraatla bağlı iki vəkil tərəfindən göstərilmiş vəkil xidmətlərinə görə 5000 avro tələb etmişdir (Məhkəmə baxışında onu təmsil etdiklərinə görə hər vəkil üçün 300 AZN, həbs qərarından apellyasiya şikayətini hazırladıqlarına görə hər vəkil üçün 400 AZN, girov qoyulmaqla azad olunması barədə vəsatət hazırladıqlarına görə hər vəkil üçün 500 AZN, məhkəmənin girov qoyulmaqla azad olunması tələbini təmin olunmamasına dair qərardan apellyasiya şikayəti hazırladıqlarına görə hər vəkil üçün 500 AZN və onu həbsdə ziyarət etdiklərinə görə hər vəkil üçün 800 AZN). Ərizəçi həmçinin məhkəmə proseslərində iki vəkilin göstərdiyi hüquqi xidmətlərə görə 3,200 AZN tələb etmişdir. Ərizəçi həmçinin xarici hüquqi məsləhət xərclərinə görə 450 funt sterlinq və tərcümə xərclərinə görə 1344,20 funt sterlinq də daxil olmaqla 1794,20 funt sterlinq tələb etdi. Tələbini sübut etmək üçün ərizəçi müxtəlif müqavilələr və fakturalar təqdim etdi.

79. Hökumət bildirmişdir ki, tələb əsassız və məbləğ həddindən artıq çoxdur. Xüsusilə, onlar qeyd etmişdirlər ki, ərizəçi yerli icraatlarda və Məhkəmədə eyni işi gördükləri üçün iki vəkil tərəfindən təmsil edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Hökumət daha sonra bildirmişdir ki, vəkillərdən biri ərizəçinin girov qoyulmaqla azad olunması ilə bağlı vəsatətinə dair Bakı Apellyasiya Məhkəməsindəki məhkəmə baxışında iştirak etməmişdir və ərizəçi vəkillərinin onu həbsdə olduğu müddətdə ziyarət etdiyini sübut edən hər hansı bir dəlil təqdim etməkdə uğursuz olmuşdur. Hökumət daha sonra ərizəçinin öz işində xarici hüquqi məsləhət alması ehtiyacını əsaslandırmaqda uğursuz olduğunu bildirmişdir. Onlar həmçinin tərcümə xərclərinə etiraz etdilər. Hökumət bununla əlaqədar olaraq Məhkəmədə ərizəçinin qeydlərinin yalnız 15 səhifədən ibarət olduğunu və tərcümə xərcləri üçün iddia olunan məbləğin həddindən çox olduğunu vurğulamışdır.

80. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzinin ödənilməsi hüququna yalnız о halda malik olur ki, həmin xərclərin həqiqətən və zəruri olaraq çəkildiyi sübut edilsin və onlar miqdarca ağlabatan olsun. Hazırkı işdə, Məhkəmə ərizəçi tərəfindən təqdim edilən bütün sənədlərin onun işinə uyğun olmadığını, onların bəzilərinin mahiyyətinin aydın olmadığını və müvafiq xərclərin əsaslı və zəruri şəkildə çəkildiyinin və ağlabatan olduğunun açıq şəkildə göstərilmədiyini müəyyən etmişdir. Beləliklə, təqdim olunmuş sənədlərə və yuxarıda qeyd olunan kriteriyaya uyğun olaraq Məhkəmə bütün xərclər üçün 5000 avro məbləğində kompensasiya təyin etməyi ağlabatan hesab edir.


Yüklə 39,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin