ZƏHMƏT Şahverdiyev ismayil zeynalov



Yüklə 0.52 Mb.
Pdf просмотр
səhifə1/5
tarix23.07.2017
ölçüsü0.52 Mb.
  1   2   3   4   5

 

ZƏHMƏT ŞAHVERDİYEV 

İSMAYIL ZEYNALOV 

 

 



 

 

 

 

 

 

NAXÇIVAN  

MUXTAR RESPUBLİKASI  

1991 -2001 -ci illərdə 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"QİSMƏT" -2002 

 

Ş 30 



 

 

Şahverdiyev Zəhmət Əbülfət oğlu:                           tarix elmləri namizədi, dosent  

 

Zeynalov İsmayıl Əli oğlu:                                        tarix elmləri namizədi, dosent 

 

Elmi redaktorlar:   Hüseyn Həşimli   – filologiya elmləri namizədi, dosent  

                                 Bəsirət Zeynalov  – magistr 

 

Rəyçilər:                   İsmayıl Hacıyev 

                                  tarix elmləri doktoru, professor, millət vəkili  

                                  Məmməd Məmmədov 

                                 "Şərq qapısı" qəzetinin baş redaktoru, millət vəkili 

 

 

Kitabın nəşri Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 02 mart 2002-ci il 6 №-li qərarı ilə 

məqsədəuyğun hesab edilmişdir. 

 

«Naxçıvan Muxtar Respublikası 1991-2001-ci illərdə»,  

Bakı-Qismət-2002, 168 səhifə. (Şəkilli) 

 

Bəşər sivilizasiyasının ən qədim mərkəzlərindən sayılan, Azərbaycan Respublikasının ayrılmaz 



tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ölkəmizin müstəqilliyi dövründə böyük inkişaf yolu 

keçmişdir. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər  Əliyev 1991-1993-cü illərdə 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən blokada şəraitində olan Naxçıvanı 

erməni hücumlarından, işğalından qorumuş, muxtar respublikada sosial-iqtisadi və mədəni quruculuq 

sahəsində geniş, çoxşaxəli tədbirlər həyata keçirmişdir. Cənab H. Ə. Əliyev xalqın tələbi ilə ikinci dəfə 

Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra Naxçıvanda onun xətti davam etdirilmiş, xüsusən 1995-

2001-ci illərdə muxtar respublika yeni yüksəliş yoluna qədəm qoymuşdur. Heydər  Əliyev idarəçilik 

məktəbini və siyasi kursunun ən layiqli nümayəndələrindən biri Vasif Talıbov 1995-ci ildə Naxçıvan 

MR Ali Məclisinə  sədr seçiləndən sonra muxtar respublikada bütün sahələrdə güclü irəliləyiş baş 

vermiş, sənayedə, tikintidə, nəqliyyatda, kənd təsərrüfatında, mədəniyyətdə qlobal quruculuq işləri 

həyata keçirilmişdir. Bu gün Naxçıvan özünün əsl intibah dövrünü yaşayır. 

Hörmətli oxuculara təqdim olunan bu kitab məhz 1991-2001-ci illərdə - Azərbaycanın 

müstəqilliyi dövründə Naxçıvan MR-in keçdiyi inkişaf yolunun çoxsaylı faktlar və rəqəmlər əsasında 

təhlilinə  həsr olunmuşdur. Bəhs olunan dövrdə Naxçıvanın sosial-iqtisadi və  mədəni inkişafı bütün 

rayon, şəhər və kəndlər üzrə izlənilmiş, başlıca yekunlar ümumiləşdirilmişdir. Kitabda bu quruculuğu, 

inkişafı əks etdirən bir çox fotoşəkillər də verilmişdir. 

Əlbəttə, Naxçıvan MR-in son on ildəki inkişafı daha geniş tədqiqat üçün material verir. Biz bu 

kitabda bir sıra ən mühüm cəhətlərə toxunmuşuq. Güman edirik ki, kitab hörmətli oxucuların marağına 

səbəb olacaq, onlarda mövzu ilə bağlı müəyyən təsəvvür yaradacaqdır. 

Əsər barədə rey və təkliflərini bildirəcək şəxslərə əvvəlcədən təşəkkür edirik. 

 

 

 

© "Qismət" nəşriyyatı, 2002. 


 

 



M Ü N D Ə R İ C A T 

 

 

ÖN SÖZ .......................................................................................................................................... 4 

 

GİRİŞ ............................................................................................................................................. 5 

 

1. NAXÇIVANDA 1989-1993-cü İLLƏRİN TARİXİ HADİSƏLƏRİ ..................................... 6 

 

2. NAXÇIVANDA HEYDƏR ƏLİYEV XƏTTİNİN DAVAM ETDİRİLMƏSİ .................. 11 

 



2. 1. Sənaye sahəsindəki dəyişikliklər .............................................................................. 13 

 



2. 2. Kənd təsərrüfatının vəziyyəti ................................................................................... 14 

 



2. 3. Nəqliyyat, rabitə və energetika sahəsindəki inkişaf ............................................... 17 

 



2. 4. Elm-təhsil, səhiyyə, idman və mədəniyyətin vəziyyəti ............................................  20 

 



2. 5. Sosial  siyasi və demoqrafik vəziyyət ....................................................................... 25 

 



2. 6. Tikinti, abadlaşdırma və bərpa tədbirləri ............................................................... 26 

 

NƏTİCƏ ....................................................................................................................................... 32 

 

 



ÖN SÖZ 

 

Azərbaycanın ayrılmaz bir hissəsi olan Naxçıvan diyarı çox mürəkkəb, keşməkeşli inkişaf yolu keçməklə, 



həm də  qəhrəmanlıqlarla zəngin bir tarix yaşamışdır. Tarixin bütün mərhələlərində öz övladlarının səyləri 

nəticəsində bölgə ərazisi düşmən basqınlarından qorunmuş və inkişaf etdirilmişdir. 

80-ci illərin sonlarında muxtar respublikanın qarşılaşdığı vəziyyət, üzləşdiyi çətinliklər yenə də qorxmaz 

və igid övladların bacarığı ilə aradan qaldırıldı. Xüsusilə, 90-cı ilin yayında dünya miqyaslı siyasi xadim Heydər 

Əliyevin Naxçıvana gəlməsi, yerli əhali ilə birlikdə olması bu diyarı gələcək bəlalardan qurtardı, əhalinin inam 

və mübarizəsinə güc və qüvvət verdi. Həqiqətən də 90-cı illərin  əvvəllərində, eləcə  də Naxçıvana basqınları 

bölgədə çox mürəkkəb və  təhlükəli vəziyyət yaratmışdı. Möhtərəm Heydər  Əliyevin Naxçıvan Muxtar 

Respublikası Ali Məclisinin sədri seçilməsi, bu görkəmli siyasi xadimin yeritdiyi uzaqgörən və  ağıllı siyasət 

bölgəni və  əhalini gözlənilən bəlalardan xilas etdi. Xarici təhlükənin aradan qaldırılması, daxili sabitliyin və 

inkişafın  əsası bu illərdə qoyuldu. Həmin illərdəki tarixi hadisələrin düzgün məcraya yönəldilməsi məşhur 

dövlət xadimi Heydər  Əliyevin adı ilə bağlıdır. Siyasət aləminin zirvəsi olan Heydər  Əliyevin siyasətində 

təsadüfi heç nə yoxdur. Bu siyasətdə qanunauyğunluq və uzaqgörənlik, ciddi təhlil və bundan çıxarılan nəticə, 

məntiq və  qətiyyət, obyektivlik və düzlük, inandırmaq və bir çox hallarda bəzi siyasətçilərin qəbul edə 

bilmədikləri sadəlik  Heydər Əliyev siyasətinin gücü bunlardadır. Xalqımızın milli lideri olan Heydər Əliyevin 

siyasi fəaliyyəti haqqında yüzlərlə əsərlər yazılmış və bundan sonra da daha çox yazılacaqdır. 

Heydər  Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında bəhs edilsə  də, bu fəaliyyətin 

öyrənilməyən cəhətləri haqqında tədqiqat işləri aparılacaq, Naxçıvan Muxtar Respublikasının siyasi, sosial-

iqtisadi və mədəni inkişafında həmin dövrün təkanverici səbəbləri araşdırılacaqdır. 

Hörmətli oxuculara təqdim edilən «Naxçıvan Muxtar Respublikası 1991-2001-ci illərdə» adlı kitabda 

bəhs etdiyimiz həmin məsələlərə aydınlıq gətirilmişdir.  İlk dəfə olaraq burada 80-ci illərin sonlarından 

başlayaraq baş vermiş siyasi, tarixi hadisələrin mənzərəsi verilmiş və bu proseslərdə Heydər Əliyevin fəaliyyəti, 

uzaqgörən siyasəti faktik materiallar əsasında təhlil edilmişdir. Burada həm də Naxçıvanda baş verən xalq 

hərəkatı, ermənilərin bölgəyə basqınları SSRİ rəhbərlərinin ikiüzlü siyasətləri və nəticədə Naxçıvan MSSR Ali 

Sovetinin qərarı verilmişdir. Kitabda möhtərəm Heydər  Əliyevin Naxçıvan Muxtar Respublikasında 

hakimiyyəti zamanı ictimai-iqtisadi, siyasi və  hərbi sahədə  həyata keçirdiyi tədbirlərdən, dövlət quruculuğu 

proseslərdən geniş bəhs edilmişdir. 

Kitabda Naxçıvan Muxtar Respublikasında möhtərəm Heydər  Əliyev siyasətinin davam etdirilməsinə, 

bununla bağlı 1995-2001-ci illərdə  həyata keçirilmiş  tədbirlərə, görülmüş  işlərə daha çox yer verilmiş  və bu 

sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun təşəbbüskarlığı, təşkilatçılığı  və 

idarəetmə qabiliyyəti sayəsində mümkün olması faktlarla verilmişdir. Həqiqətən də bu illərdə muxtar 

respublikanın sosial-iqtisadi həyatında, ictimai mühitində, elmin və  təhsilin inkişafında, ordu quruculuğunda 

çox müsbət irəliləyişlər olmuş və bu sahələrdəki işlər bu gün də müvəffəqiyyətlə aparılır. Son beş ildə Naxçıvan 

Muxtar Respublikasının bütün sahələrində son illərdə görülməsi mümkün olmayan işlər yerinə yetirilmişdir. 

Sənaye və  kənd təsərrüfatındakı  uğurlar, sosial-siyasi sahələrdəki müvəffəqiyyətlər, xalq təsərrüfatının digər 

sahələrindəki dəyişkənliklər, abadlıq və quruculuq sahələrindəki ağlasığmaz inkişaf qısa müddət  ərzində  əldə 

edilmiş nailiyyətlərdən xəbər verir. 

Naxçıvan Muxtar Respublikasının 1995-2001-ci illərdəki inkişafı və dəyişikliyi ilə hələ vaxtı ilə deyilmiş 

«Kadrlar hər  şeyi həll edir» - fikrinin tam düzgün olduğunu göstərir. Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin sədri Vasif Talıbovun Heydər Əliyev xəttini çox prinsipiallıqla, vətən sevgisi ilə həyata keçirməsi 

əldə olunan müvəffəqiyyətlərin əsas rəhnidir.  

Fikrimizcə, kitab müəlliflərin ciddi araşdırmalarının və  gərgin  əməklərinin nəticəsində yazılıb.  İnanırıq 

ki, bu tədqiqat əsəri hər bir oxucu üçün maraqlı olacaq və bundan xeyli dərəcədə faydalanacaqlar. 



 

İSMAYIL HACIYEV 

tarix elmləri doktoru, professor 

 

 



GİRİŞ 

 

Naxçıvanda son illərdə quruculuq işləri gedir, məktəblər tikilir, 

yaşayış evləri tikilir. Bunlar bir daha onu göstərir ki, naxçıvanlılar ən 

çətin  şəraitdə ruhdan düşmürlər, öz işlərini aparırlar, qururlar, 

yaradırlar. 

Heydər Əliyev  

Azərbaycan Respublikasının Prezidenti 

 

Azərbaycan prezidentinə, dövlətçiliyə  sədaqət təkcə sözdə yox, 

işdə, əməldə də göstərilməlidir. 

Vasif Talıbov 

Naxçıvan MR Ali Məclisinin sədri 

 

1991-ci il oktyabr ayının 18-də müstəqilliyini elan etdikdən sonra Azərbaycan xalqı özünün çox çətin 



günlərini yaşayırdı. Bir tərəfdən 70 il davam edən kommunist üsul idarəsindən miras qalmış  zəhərli təbliğat, 

iqtisadi gerilik, bir tərəfdən də müstəqillik qazanandan sonra hakimiyyət uğrunda kreslo çəkişmələri və bununla 

əlaqədar dağıntılar, ölkənin parçalanma vəziyyətinə düşməsi, eləcə də ölkəyə erməni təcavüzü Azərbaycan əldə 

etdiyi müstəqilliyin məhvi təhlükəsini yaratmışdı. 

Belə bir şəraitdə Azərbaycanı bu vəziyyətdən xilas etmək üçün geniş dünya görüşə, möhkəm iradə, 

qeyrət, təşəbbüs və lazımi hazırlığa malik bir rəhbər tələb olunurdu. Ona görə uzun illər boyu xalqa ləyaqətlə 

xidmət edən, ürəyi vətən eşqi ilə döyünən, dünyaya öz qüdrətini nümayiş etdirən, Naxçıvan MR Ali Məclisinin 

sədri möhtərəm Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət olundu və 1993-cü ildə ikinci dəfə hakimiyyətə 

gətirildi. Heydər  Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı  əslində Azərbaycanın özünə qayıdışı oldu. Onun 

hakimiyyətə qayıdışı ilə Azərbaycanda mövcud olan gərginlik və müşkül məsələlər öz axarına düşdü. 

Azərbaycan xalqı azad, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə irəliləyərək, bütün ölkələr və xalqlar ilə 

sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamağa başladı. 

Müharibə  şəraitinə, ağır iqtisadi vəziyyətə, 1993-1995-ci illərdə olan təxribatlara baxmayaraq, 

Azərbaycan yenidən bütün sahələrdə, о cümlədən dövlətçilik, ordu, mədəni, iqtisadi, siyasi sahələrdə quruculuq 

yoluna qədəm qoydu. Çox keçmədi ki, Azərbaycanın bütün regionlarında sabitlik yarandı. Yaradılmış bu 

sabitlik başqa regionlarda olduğu kimi, Naxçıvanda da quruculuq işlərinin aparılmasına geniş yol açdı. Bu quru-

culuq işlərinin həyata keçirilməsində kadr məsələsi xüsusi rol oynayır. Ona görə möhtərəm Heydər  Əliyevin 

başqa regionlarda olduğu kimi, Naxçıvanda da apardığı kadr siyasəti taleyüklü məsələlərin həllində  əsas rol 

oynadı. Bu regionda Heydər  Əliyev məktəbindən bəhrələnən və onun quruculuq ideyasına söykənən Vasif 

Talıbov 1995-ci ilin noyabr ayında Ali Məclisin sədri seçildi. Naxçıvanın blokada şəraitində olmasına 

baxmayaraq, ölkə  rəhbəri möhtərəm Heydər  Əliyevin 1969cu ildən başladığı quruculuq və inkişaf 

konsepsiyasını davam etdirməklə, həm də onun 1990-1993-cü illərdəki siyasi fəaliyyətinin Naxçıvan dövründə 

işləyib hazırladığı muxtar respublikanın uzun müddətə hesablanmış inkişaf proqramını dönmədən ardıcıl olaraq 

həyata keçirməyə başlamışdır. Muxtar respublikada son beş ildə, yəni 1996-2001-ci illərdə iqtisadi, siyasi, elm-

təhsil, sosial-mədəni, hərbi, beynəlxalq  əlaqələr, abadlaşdırma kimi ağır sahələrdə geniş quruculuq işləri 

aparılmış və getdikcə daha geniş vüsət almışdır. 

Naxçıvanda son beş ildə görülən işlər Sovetlər birliyinin ötən 70 ilində görülməmişdir. 

Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun sağlam məfkurəsinin, mübarizliyinin, yüksək 

qabiliyyətinin sayəsində Naxçıvanda hər gün quruculuq prosesi genişlənir. Muxtar respublika rəhbərliyinin 

gündəlik qayğısı ilə  şəhər, rayon və  kəndlərdə  ən vacib sosial-iqtisadi problemlər  əsasən həll olunmuşdur, 

həmçinin muxtar respublikada sənaye, kənd təsərrüfatı, elm-təhsil, səhiyyə, idman, mədəniyyət, sosial-siyasi, 

tikinti, abadlaşdırma və  bərpa işləri, energetika, rabitə, nəqliyyat və sairə kimi sahələrdə  əsaslı yenidənqurma 

işləri aparılmışdır ki, bu da Naxçıvanın intibah dövrünü yaşamasını sübut edir. 

Sadalanmış bu məsələlər barədə  təqdim olunan kitabda ayrıca başlıqlar altında qısa da olsa həm 

məlumatlar, həm də müvafiq fotoşəkillər verilmişdir ki, bu da Azərbaycan vətəndaşlarını,  о cümlədən, gənc 

nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına ciddi təsir göstərə bilər. 



 

 



1. NAXÇIVANDA 1989-1993-cü İLLƏRİN TARİXİ HADİSƏLƏRİ 

 

XX  əsrin 80-ci illərinin sonu, 90-cı illərinin  əvvəli Azərbaycan,  о cümlədən onun tərkib hissəsi olan 



Naxçıvan tarixinin ən ağır, məsul və mürəkkəb dövrünü təşkil edir. 

Həmin dövrdə sovet imperiyası  rəhbərliyinin Azərbaycan xalqına zidd siyasəti, erməni quldurlarının 

Azərbaycandan,  о cümlədən Naxçıvandan  ərazi iddiaları  və  sərhədlərdə  hərbi toqquşmaların yaradılması, 

uydurma Dağlıq Qarabağ probleminin ortalığa atılması  və s. problemlər Naxçıvanda ictimai-siyasi şəraitin 

mürəkkəbləşməsinə gətirib çıxarmışdı. 

1988-ci il mayın 18-də Bakıda Qarabağın müdafiəsi naminə güclü mitinq oldu. Bakıda keçirilən mitinqin 

təsiri nəticəsində mayın 20-də Naxçıvanda da əhalinin güclü mitinqi keçirildi. Bütün Azərbaycan xalqı kimi 

naxçıvanlılar da öz haqq səslərini qaldırdılar. Beləliklə, xalq öz ana torpağının müdafiəsinə yönəldi. 

1988-ci ilin mart-aprel aylarında azərbaycanlıların Ermənistandan Naxçıvana ilk köçkün dəstəsi gəldi. 

Naxçıvan əhalisi bu hadisələri qəzəblə qarşıladı. Bunun nəticəsi olaraq Naxçıvanda may ayında daşnak və sovet 

imperiyasının siyasətinə qarşı ilk güclü mitinq keçirildi. 

Bu dövrdə hadisələr gərginliklə davam edirdi. Azərbaycanlılar öz doğma torpaqlarından didərgin 

salmırdılar.  

1988-ci il noyabr ayının 17-də Azərbaycanda, onun paytaxtı Bakıda xalqın əzəmətli mitinqləri başlandı. 

Xalq daşının, torpağının müdafiəsinə qalxmışdı. 

Bu mitinqin təsiri altında Naxçıvanda da 1988-ci il noyabrın 21-də mitinq keçirildi. Xalq Azadlıq 

meydanına toplanaraq, erməni daşnaklarının və sovet imperiyasının Azərbaycan xalqının mənafeyini 

tapdalamaq siyasətini və yerli rəhbərlərin mövqe tutmalarını  kəskin ifşa etdi. Həmin mitinqin nəticəsi olaraq 

Naxçıvan Vilayət Partiya Təşkilatının birinci katibi Nurəddin Mustafayev xalqın tələbi ilə hakimiyyətdən 

uzaqlaşdırıldı. Beləliklə, bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da meydan hərəkatı geniş şəkil aldı. Bu 

meydanlarda Sov. İKP MK-dan, SSRİ Ali Sovetindən, SSRİ Nazirlər Sovetindən erməni daşnaklarının insanlığa 

sığmayan siyasətinin qarşısının alınması, onların özlərinin Azərbaycan xalqının mənafeyinə zidd olan 

siyasətlərinin dəyişdirilməsi tələb olunurdu. 

Hətta mitinqlərdə daha irəliyə gedilərək Azərbaycanın müstəqilliyi məsələsi irəli sürülürdü. Lakin bütün 

bunlara baxmayaraq sovet imperiyası özünün millətçilik və müstəmləkəçilik siyasətini davam etdirərək, nəinki 

erməni daşnaklarının insanlığa zidd siyasətinin qarşısını almağa təşəbbüs göstərmiş, hətta azadlıq hərəkatını qa 

içində boğmağa çalışırdı. 

1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə Bakıda «Meydan hərəkatı» sovet imperiyasının tanklarının gur 

səsi altında qan içərisində boğulmuşdu. Eləcə də Naxçıvanda başlayan mitinqlər zor gücünə dağıdılmışdı. Bütün 

Azərbaycanda, о cümlədən Naxçıvanda da «Xüsusi fövqəladə vəziyyət» rejimi yaradılmışdı. 

Bütün bunlara baxmayaraq, ümumiyyətlə, xalqımızın çağdaş tarixində «Meydan hərəkatı» ciddi iz qoydu. 

Meydan hərəkatına dərindən nəzər yetirdikdə aydın olur ki, Meydan, xalqın 1920-ci ildə  məhv edilmiş 

inamını özünə qaytardı. Xalq inandı ki, onun təzyiqi altında nəinki Bakıdakı, hətta Kremldəki rəhbərləri də geri 

oturtmaq mümkündür. «Meydan» ümummilli mənafelər uğrunda birləşməyi bacardığımızı göstərdi. Həmin 

mitinqlərdə imperiyanın başçıları, о cümlədən Sov. İKP MK-nın baş katibi M. S. Qorbaçovun, Siyasi Büronun 

fəaliyyəti kəskin ifşa olunurdu. 

Qeyd edək ki, həmin dövrdə Naxçıvanda gedən güclü siyasi hərəkata, xalqın mitinqlərinə rəhbərlik etmək 

üçün təşkilata böyük ehtiyac duyulurdu. Çünki təşkilatı olmayan xalq mübarizənin gedişində ciddi və mühüm 

qələbələr qazana bilməz. Düzdür, həmin dövrdə Naxçıvanda «Yurd birliyi» təşkilatı fəaliyyət göstərirdi. Lakin 

həmin təşkilat mübarizənin gedişindən geridə qalırdı. 

1989-cu ilin iyununda Azərbaycanda Xalq Cəbhəsi yaranandan az sonra, Azərbaycan Xalq Cəbhəsinin 

Naxçıvan şöbəsi təşkil olundu. 

Naxçıvan şöbəsinin yaradılması mübarizənin sonrakı gedişinə müəyyən təsir göstərdi. 

Tədqiqat nəticəsində aydın olur ki, bundan sonra keçirilən mitinqlərdə xalqın milli istiqlalı  uğrunda 

aparılan mübarizə aydınlıqla dərk olunaraq müəyyən mərhələlər üzrə həyata keçirilirdi. Artıq əvvəllərdə olduğu 

kimi, necə gəldi, elə çıxışlar edilmir, əksinə qabaqcadan razılaşdırılmış proqram əsasında mitinqlər keçirilirdi. 

Bu dövrdən etibarən Bakı ilə möhkəm əlaqələr yaradılır və keçirilən aksiyalar planlı şəkildə hazırlanaraq, 

mərkəzlə razılaşdırılırdı. 

Elə bunun nəticəsi idi ki, bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da 1989-cu ilin avqustundan 

başlayaraq milli-azadlıq hərəkatı yüksələn xətlə gedirdi. Demək olar ki, 1989-cu ilin avqustundan 1990-cı il 

yanvar qırğınına qədər Naxçıvanda mitinqlər ardı-arası kəsilmədən davam etmişdi. Həmin mitinqlərdə mühüm 

siyasi tələblər irəli sürülmüş, imperiyaya qarşı sərt mövqedə dayanmış, onun Azərbaycan xalqının mənafeyinə 



 

zidd siyasəti kəskin pislənilmişdir. Eləcə  də erməni daşnaklarının mənfur siyasəti ifşa olunaraq, doğma 



yurdlarından qovulan azərbaycanlıların özlərinin isti ocaqlarına qaytarılması tələb edilmişdir. Bununla yanaşı, 

bir sıra aksiyalar keçirilmiş, mövcud Naxçıvan rəhbərliyinə xitabən onlar xalqla birləşməyə dəvət edilmiş həmin 

dövrdəki Azərbaycan rəhbərliyinin satqın siyasəti kəskin şəkildə ifşa olunmuşdur. 

Naxçıvanda xalq hərəkatının yüksəlişi  о  səviyyəyə  gəlib çatmışdı ki, həmin dövrdə SSRİ  dəmiryolu 

naziri, SSRİ müdafiə nazirinin müavini və bir neçə  əməkdaşı, Sov. İKP MK katibi Siyasi Büronun üzvü, 

Azərbaycan KP MK-nın birinci katibi Naxçıvana gəlməyə məcbur olmuşlar.  

Azərbaycan xalq hərəkatının tarixində  həm də ilk dəfə olaraq Naxçıvanda qardaş xalqlar arasında olan 

sərhədlərin açılması tələbi irəli sürülmüşdür. 

Azərbaycan xalq hərəkatı tarixində «sərhəd hərəkatı» özünəməxsus yer tutur. 1989-cu ilin dekabr ayının 

1-dən etibarən Naxçıvanda sərhəd hərəkatı başlayır. Naxçıvan  əhalisi «Azərbaycan  İran» sərhədinin 

Naxçıvandan keçən hissəsində bütün sərhəd boyu düzülərək, qan qardaşlarımızı bizimlə  həmrəy olmağa 

çağırmış və sərhədlərin götürülməsini, gediş-gəlişə icazə verilməsini sovet imperiyasından tələb etmişlər. 

Meydan hərəkatının yatırılmasının ildönümü günündə, yəni 1989-cu il dekabrın 5-də bütün sərhəd boyu 

Naxçıvanda xalq əl-ələ tutaraq məşəllər yandırmış və sərhədlərin açılması tələbini irəli sürmüşlər. 

Xalqın bu tələbi qarşısında aciz qalan imperiya sərhədlərin açılmasını  təmin etməyə  məcbur olmuşdur. 

1989-cu il dekabr ayının 31 də Naxçıvan MR ərazisində iki qardaş xalq arasında l70 ildən artıq davam edən 

sərhəd məftilləri açılmış və etiraz əlaməti olaraq yandırılmışdır. 

Azərbaycanda,  о cümlədən Naxçıvanda xalqın milli-azadlıq hərəkatının qarşısını almaq üçün imperiya 

qüvvələri daim planlar hazırlayır, bu hərəkatı daxildən yatırmağa çalışır,  əgər baş tutmasa hərbi qüvvələr 

yeritmək planlarım həyata keçirməyə təşəbbüs göstərirdilər. 

Ermənipərəst siyasət yeridən imperiya özünün mənfur planını həyata keçirmək üçün 1990-cı il yanvarın 

13-də Bakıda erməni qırğını törətdi. Həmin hadisədən istifadə edən sovet imperiyası Bakıda «Fövqəladə 

vəziyyət» elan etdi. Bunun ardınca Azərbaycanın ayrı-ayrı bölgələrində təxribatlar törədildi. 

Təhlillər nəticəsində aydın olur ki, bu dövrdə imperiya qüvvələrinin  ən çirkin niyyəti Naxçıvanı 

ermənilərə təslim etmək və bununla da burada xalq hərəkatını yatırtmaq idi. Həmin planı həyata keçirmək üçün 

artıq imperiya qüvvələri fəaliyyətə başlamış və yanvarın 18-də ermənilərin Naxçıvan ərazisinə hücumunu təşkil 

etmişdilər. 

Naxçıvan əhalisi, о cümlədən mütərəqqi ziyalılar bu hərəkata qarşı öz ciddi etirazını bildirmiş və 1990-cı 

il yanvarın 19-da Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası keçirilmiş, və Naxçıvan MSSR-in SSRİ-

nin tərkibindən çıxması haqında qərar qəbul edilmişdi. Həmin qərar Naxçıvan televiziyası vasitəsilə xalqa, 

imperiyaya və dünyaya çatdırılmışdı. 

Qeyd edək ki, həmin vaxt Naxçıvan ziyalılarından bir qrupu qardaş Türkiyə dövlətinə getmiş və həmin 

qərarın bütün dünyaya çatdırılması üçün Türkiyənin informasiya vasitələrindən istifadə olunmuşdur. 

Belə bir ağır vəziyyətdə Sovet imperiyası Bakıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 

Azərbaycan xalqına qarşı  ağır bir cinayət işlətmişdir. Bakıda Azərbaycan xalqına qarşı  qırğın təşkil olunmuş, 

Azərbaycan xalq hərəkatı qan içərisində boğulmuşdu. Bundan istifadə edən sovet imperiya qüvvələri 

Naxçıvanda da «Fövqəladə vəziyyət» yaratmışdılar. Naxçıvana sovet imperiyasının qoşun hissələri  xüsusi əsgər 

birləşmələri yeridilmiş  və xalq hərəkatına ağır zərbə vurulmuşdu. Bütün bunlara baxmayaraq, milli-azadlıq 

duyğusunu Naxçıvan əhalisi qəlbində yaşatmış və mübarizəni davam etdirmişdir. 

Lakin qeyd edək ki, bu mübarizəni qələbə ilə başa çatdırmaq üçün Naxçıvan  əhalisinə geniş siyasi 

təcrübəyə, diplomatik qabiliyyətə malik, bütün varlığı ilə xalqına bağlı olan, xalq tərəfindən sevilən, rəhbər 

lazım idi. Belə bir rəhbər Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, siyasət aləmində böyük 

nüfuza malik Heydər Əlirza oğlu Əliyev oldu. 

Azərbaycanın görkəmli dövlət xadimi və böyük siyasətçi H.Əliyev respublikada gedən mürəkkəb ictimai-

siyasi  şəraiti yaxından izləyir, milli-azadlıq hərəkatına böyük rəğbət bəsləyirdi. O, Bakıda baş verən qanlı 

yanvar faciəsindən xəbər tutan kimi, həmin günün səhəri Azərbaycan xalqına başsağlığı teleqramı göndərmişdi. 

H.Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, orada keçirilən 

yığıncaqda çıxış etmiş, sovet imperiyasının mənfur siyasətini kəskin pisləmişdi. 

Görkəmli dövlət xadimi H.Əliyev həmin çıxışında göstərmişdir: «Azərbaycanda baş vermiş hadisələrə 

gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə  və ölkəmizdə elan olunmuş hüquqi dövlət 

quruculuğu prinsiplərinə zidd hesab edirəm. Bunlar üçün ilk növbədə Azərbaycan KP MK-nın artıq sabiq birinci 

katibi Vəzirov müqəssirdir». 

«Qanlı yanvar» hadisəsini törədən sovet imperiyası  rəhbərliyinin iç üzünü açan H.Əliyev demişdir: 

«Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya, siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri 



 

tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmazdı, başlıcası isə yanvarın 19-dan 20-nə keçən gecə çoxlu 



insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı». 

Bakıda «Qanlı yanvar» faciəsindən sonra Azərbaycanın böyük oğlu H.Əliyev öz doğma vətəninə, 

Azərbaycana gəlməyi qarşısına məqsəd qoymuşdu. Lakin Azərbaycan rəhbərliyi H.Əliyevin Azərbaycana 

gəlməsinin qarşısını almağa çalışırdı. Bütün bu maneələrə baxmayaraq, ürəyi doğma xalqı ilə bir döyünən 

H.Əliyev, nəhayət, Azərbaycana gələ bildi. 

İttifaq əhəmiyyətli fərdi pensiyaçı, 1976-1982-ci illərdə Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 

sonra isə Siyasi Büronun üzvü, 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi, 1982-1987-ci illərdə 

SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, görkəmli partiya və dövlət xadimi, iki dəfə Sosialist Əməyi 

Qəhrəmanı,  ən nəhayət, həmyerlimiz Heydər  Əliyev 1990-cı il iyulun 20-də Bakıya, iyulun 22-də isə doğma 

vətəni Naxçıvana gəlmişdir. H.Əliyev Naxçıvana qayıdan kimi «Şəhidlər xiyabanı»na getmiş, dəhşətli faciənin 

qurbanlarının məzarlarını ziyarət etmiş, bir daha qəlbən sarsılmışdır. O, Azərbaycana, о cümlədən Naxçıvana 

adi vətəndaş kimi gəlmişdir. Hətta Naxçıvana gələndə belə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci 

katibinə xəbər verməmiş, onun gəlişindən muxtar respublika rəhbəri Afiyəddin Cəlilov sonra xəbər tutmuşdur. 

Qeyd edək ki, 1990-cı il iyulun 22-i naxçıvanlıların yaddaşında həmişəlik qalacaqdır. Həmin gün saat 

10

21 


dəqiqədə H.Əliyev təyyarə ilə Naxçıvana gəldi. Bu qayıdışla Naxçıvanın və eləcə də bütün Azərbaycanın 

xilasının əsası qoyulmuş oldu. Gəlişini ailə üzvlərindən başqa heç kimin bilmədiyi keçmiş sovet rəhbərlərindən 

biri olan H.Əliyev 20 yanvar Bakı hadisələri ilə bağlı ittifaq və respublika rəhbərlərini ciddi tənqid etdiyinə görə 

siyasi təqiblərə, partiya mətbuatında böhtanlara məruz qalmışdı. 

Doğma vətən torpağına qədəm basandan dərhal sonra H. Cavidin məzarını ziyarət edən H.Əliyevin sorağı 

bir anda ildırım sürətilə Naxçıvan Muxtar Respublikasının hər tərəfini bürüdü. 

Minlərlə adam onunla görüşmək istəyirdi. Həmin gün axşamçağı Naxçıvan şəhərinin mərkəzi meydanına 

80 min nəfərdən çox adam toplaşmışdı. Ayağının altında onlarca qurban kəsilən H.Əliyevə  ağır müharibə  və 

iqtisadi böhran şəraitində yaşayan naxçıvanlılar özlərinin nicatı və son ümidi kimi baxırdılar. 

H.Əliyev meydana - xalqın görüşünə  gəldi. Bu böyük şəxsiyyətlə görüşə  gələnlərin, onu uzaqdan 

müşahidə edənlərin şadlığını təsvir etmək çətindir. 

H. Əliyevin Naxçıvana gəlişi о dövrkü Azərbaycan rəhbərliyini, satqın Ayaz Mütəllibovu olduqca narahat 

etmişdi.  

İttifaq qəzetləri isə («Komsomolskaya pravda», İzvestiya») bu haqda məlumat vermiş, H.Əliyevin 

nüfuzunu aşağı salmağa çalışmışlar. «İzvestiya» qəzetinin 25 iyul 1990-cı il tarixli nömrəsində xəbər verilir ki, 

«İyulun 22-də axşam Naxçıvanda Heydər  Əliyevlə  əhalinin görüşü olmuşdur. Görüşdə 30 min adam iştirak 

etmişdir». 

Göründüyü kimi, izdihamlı görüşdə 80 mindən artıq adamın iştirakı «İzvestiya»nı, о cümlədən imperiya 

rəhbərliyini narahat edirdi. Ona görə də H.Əliyevin nüfuzunu ittifaqda aşağı salmaq üçün qəsdən iştirakçıların 

sayı az verilmişdir. 

H.Əliyev Naxçıvana gəldikdən sonra Naxçıvan  şəhər zəhmətkeşləri ilə görüşmüş, rayon və  kəndlərdə 

olmuş, adamlarla söhbətdə mövcud vəziyyəti təhlil edərək çıxış yollarını göstərmişdi. Həmin görüşlərdə 

H.Əliyev əsasən bir məsələni daha çox vurğulayırdı ki, indi hər şeydən əvvəl, bütün siyasi qüvvələr birləşməli, 

Azərbaycanın xoşbəxt gələcəyi naminə mübarizə aparmalı, xalqın tərəqqisinə kömək edilməlidir. Bütün bu 

vəzifələri həyata keçirmək üçün ancaq birlik, yekdillik lazımdır. Bir yumuruq kimi birləşməli, xalqımıza 

düşmən olan qüvvələrə qarşı durmalıyıq. Bunun üçün rəhbərliklə xalqın yekdilliyi tam təmin olunmalıdır. 

Qeyd edək ki, bu dövrdə Naxçıvan əhalisi böyük oğluna öz məhəbbətini bildirərək, demək olar ki, bütün 

seçki dairələrindən onu deputatlığa namizəd göstərmişlər. Özünün arzusu ilə Nehrəm seçki dairəsindən 

Azərbaycan SSR-nin xalq deputatlığına, Naxçıvan Alt Trikotaj Fabriki kollektivi tərəfindən isə Naxçıvan 

MSSR-in xalq deputatlığına namizədliyi verilmişdir. 

Seçicilərlə görüşündə H.Əliyev Azərbaycana gəlişinin məqsədini və platformasını belə bildirmişdir: «İlk 

növbədə respublikamızın bu ağır iqtisadi və siyasi böhrandan çıxması üçün var qüvvəmi sərf edəcəyəm. 

Xalqımız çox çətin bir dövr keçirir. Azərbaycan böhran içərisindədir. Başqa regionlara nisbətən Azərbaycan 

daha ağır vəziyyətdədir. Qarabağ problemi deyilən uydurma bir problem üç ilə yaxındır ki, respublikaya 

çaxnaşma salmışdır. Bu problem aradan qaldırılmayınca bizim rahatçılığımız tam təmin olunmayacaq. Mən 

bütün səyimi, bacarığımı  və qüvvəmi Azərbaycanda  əmin-amanlığın təmin olunmasına sərf edəcəyəm. 

Azərbaycanın milli ənənələri və milli xüsusiyyətlərinin inkişaf etməsinə çalışacağam. Onu da deyim ki, 70 il 

ərzində biz belə bir çətin vəziyyətə düşməmişdik. Bunun isə səbəbkarları ermənilər, Ermənistan respublikasının 

rəhbərləridir. Erməni quldurları tez-tez ərazimizə basqınlar edir, torpaqlarımızı ələ keçirməyə çalışırlar. Əlbəttə, 

bu, onlara müyəssər olmayacaqdır. Lakin bu məsələləri qətiyyətlə həll etməyin vaxtı çatmışdır. 



 

Bir sözlə, mənim  əsas məqsədim Azərbaycanın  ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini 



respublikanın bütün ərazisində  bərqərar etməkdən ibarətdir. Azərbaycan Respublikasının milli dövlət kimi 

inkişaf etməsi indi əsas məsələdir. Bunun üçün Azərbaycan tam müstəqil, azad, demokratik respublika 

olmalıdır.  İndi hər  şeydən  əvvəl, bütün siyasi qüvvələr birləşməli, Azərbaycanın xöşbəxt gələcəyi naminə 

mübarizə aparmalı, xalqın tərəqqisinə kömək etməlidir». 

H.Əliyev 1990-cı il seçkilərində həm Azərbaycan, həm də Naxçıvan MR parlamentinə deputat seçildi. 

1990-cı ilin noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyası Heydər 

Əliyevin sədrliyi ilə keçirildi. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında çox mühüm qərarlar qəbul olundu. 

Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını  dəyişdirərək bundan sonra Naxçıvan Muxtar 

Respublikası adlandırmağı qərara aldı. Naxçıvan MSSR Ali Sovetinin admı dəyişərək onun Naxçıvan Muxtar 

Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul etdi. 

Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan 

Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul olundu. 

Naxçıvan Muxtar Respublikasının АН Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın 

bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında və sadət qaldırdı. 

Naxçıvan MR АН Məclisinin birinci sessiyasında müzakirə olunan ən mühüm məsələlərdən biri də 1990-

cı il 20 yanvar faciəsinə verilən siyasi qiymət idi. Sıravi deputat olan Heydər Əliyev həmin dövrdə «1990-cı ilin 

yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət veilməsi haqqında» qərar layihəsini işləyib Naxçıvan 

Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə təqdim etdi. 

Ali Məclisin binası önünə toplaşan xalq kütlələrinin tələbi, muxtar respublika deputatlarının fəallığı  və 

Heydər  Əliyevin siyasi nüfuzu nəticəsində  qəbul olunan və  о zaman Naxçıvan Muxtar Respublikası Ali 

Məclisinin sədri işləyən Azərbaycan xalqının böyük oğlu, mərhum Afiyəddin Cəlilov tərəfindən imzalanan bu 

qərarda ilk dəfə Yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə  cəlb 

olunması tələb edilirdi. 

Böyük siyasi xadim H.Əliyevin öz əli ilə yazdığı həmin sənəddə göstərilirdi: 

«Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu 

işğalçı  hərəkət nəticəsində görünməmiş  vəhşiliklərə yol verilmiş, günahsız insanlar, о cümlədən uşaqlar, 

qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır». 

Sov.  İKP MK-nın Baş katibi M. S. Qorbaçov, həmin müddətdə Bakıda olan Sov. İKP MK katibi A. 

Girenko, SSRİ Ali Sovetinin sədri Primakov, SSRİ Müdafiə Naziri Yazov, SSRİ Daxili İşlər Naziri Bakatin, 

Sov. İKP MK-nın məsul işçisi A. Mixayilov, eləcə də respublika rəhbərliyi  Azərbaycan KP MKnın birinci ka-

tibi  Ə. Vəzirov, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E. Qafarova, Azərbaycan SSR Nazirlər 

Sovetinin  о zamankı  sədri A. Mütəllibov, Azərbay can KP MK-nın büro üzvülərindən V.Polyaniçko, 

M.Məmmədov, V.Hüseynov xalqa qarşı  həyata keçirilən bu siyasi və  hərbi qəsd üçün cavabdehdirlər və bir-

başa məsuliyyət daşıyırlar. 

Respublika rəhbərliyi əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli 

tədbir görməmiş, yol verilən cinayətin iştirakçısı ola-ola, zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır. 

H.Əliyev və demokratik blokun deputatlarının səyi nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi 

aşağıdakı qərarı qəbul etmişdi: 

1. 1990-cı ilin yanvar ayında Bakı  şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren 

hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin. 

2. Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir 

silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan 

xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin. 

3. Bu qərar qəbul edilən andan 20 yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında milli matəm günü 

kimi qeyd edilsin. 

4. Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin ki, 20 yanvar günü hər il Azərbaycan SSR-də milli 

matəm günü kimi qeyd edilsin. 

1991-ci il sentyabr ayının 3-də möhtərəm Heydər  Əliyev xalqın tələbi ilə Naxçıvan Muxtar 

Respublikasının Ali Məclisinin sədri seçildi. Oktyabrın 18-də isə Azərbaycan Respublikası Ali Sovetinin 

sessiyası Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktmı  qəbul etdi. H.Əliyev 

teleqram vurub bu tarixi hadisəni alqışladı. 

Eyni zamanda H.Əliyev Naxçıvanda ictimai-siyasi şəraiti sabitləşdirmək, Azərbaycanın müstəqilliyi 

uğrunda mübarizəni davam etdirmək üçün siyasi qüvvələri və xalqı birləşdirmək naminə demokratik blokun üç 

üzvünün yüksək hakimiyyət strukturunda təmsil olunmasına şərait yaratdı. 


10 

 

H.Əliyevin Naxçıvanda ictimai-siyasi şəraiti sağlamlaşdırmaq üçün gördüyü ən mühüm tədbirlərdən biri 



də siyasi əqidəsinə görə  və kommunist partiyasının siyasətinə etiraz əlaməti kimi partiya biletlərindən imtina 

etdikləri üçün təqib olunan şəxslərin hüquqlarının bərpası haqqında qərarı idi. 

Oktyabrın 26-da keçirilən Naxçıvan Muxtar Respublikası Ali məclisinin sessiyasında Naxçıvanda 7-8 

noyabr bayramlarının ləğv edilməsi haqqında da qərar qəbul olundu. 

H.Əliyevin Naxçıvandakı  fəaliyyətində  ən uğurlu cəhətlərdən biri də Dünya Azərbaycanlılarının 

həmrəylik və birlik günü haqında fərman verməsi olmuşdu. Həmin fərman bütün Naxçıvan əhalisinin ürəyin-

dən olmuş və ictimai-siyasi şəraitin gələcək gedişinə çox yüksək səviyyədə təsir etmişdi. 

Bu böyük dahi hər gün Azərbaycan üçün, onun müstəqilliyi və  tərəqqisi üçün böyük tədbirlər həyata 

keçirildi. Elə o illərdə əhalinin iqtisadi vəziyyətinin pis olması ilə əlaqədar dövlətçilik məsələsində olduğu kimi, 

iqtisadi məsələlərin həlli sahəsində də H.Əliyev böyük addımlar atmış oldu. 

Heydər  Əliyev Naxçıvanın Türk dünyasına,  İslam aləminə bir qapı olduğunu bilərək 1992-ci il mart 

ayının 22-də Türkiyə Cümhuriyyətinin prezidenti Turqut Ozalın və Baş Nazir Süleyman Dəmirəlin dəvəti ilə 

Türkiyəyə gedib Türkiyə ilə iqtisadi əməkdaşlıq barə-də protokol imzaladı. Bu protokol əsasında Türkiyə ilə 

Naxçıvan arasında iqtisadiyyat, təhsil, nəqliyyat və rabitə sahəsində münasibətlərin inkişaf etdirilməsi, Araz 

çayı üzərində körpü salınması, muxtar respublikaya kredit verilməsi, 100 tələbənin Türkiyədə pulsuz təhsil 

alması və başqa məsələlərin həyata keçirilməsinə başlanıldı. 

1992-ci ildə isə H.Əliyev  İran  İslam Respublikasına gedərək iqtisadi və  mədəni  əməkdaşlıq barədə 

protokol sənədləri imzaladı. 

Beləliklə, qısa bir müddətdə Naxçıvanda xalq deputatı, parlament başçısı kimi fəaliyyət göstərən Heydər 

Əliyev bəzi dairələr tərəfindən təzyiq və  təqiblərə  məruz qalmasına baxmayaraq xalqımızın gələcəyi naminə 

böyük xidmətlər göstərdi. 

Heydər  Əliyev muxtar respublikada fəaliyyət göstərməklə, regionu erməni işğalından qoruyub saxladı. 

Digər tərəfdən, iqtisadi problemlərin həllinə ciddi fikir verərək, respublikanı iqtisadi çətinlikdən, aclıqdan xilas 

etdi. 


Qonşu Türkiyə  və  İranla iqtisadi əlaqələr yaradıldı. 1992-ci il may ayının 28-də Araz çayı üzərində 

Türkiyənin Dilucu və Azərbaycanın Sədərək bölgələrini birləşdirən on bir aşırımlı «Ümid» körpüsü tikilib 

istifadəyə verildi ki, bu da Azərbaycanın Avropaya pəncərə açması demək idi. 

1992-ci ildə İran və Türkiyə ilə bağlanmış əməkdaşlıq müqavilələri əsasında, Sədərək, Culfa və Şahtaxtı 

keçid məntəqələri yaradıldı. Bundan əlavə, Naxçıvan şəhəri yaxınlığında İstilik-Elektrik Stansiyası tikildi. 

İran  İslam Respublikasından Culfa rayonuna, Türkiyə Respublikasının  İqdır vilayətindən isə 92 

kilometrlik bir məsafədən yüksək gərginlikli elektrik xətlərinin Naxçıvana çəkilməsi başa çatdırıldı ki, bu da 

Naxçıvanın elektrik enerjisinə olan ehtiyacmı əsasən ödəmiş oldu, yanacağa olan ehtiyac isə azaldı. 

Bundan əlavə, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda aqrar islahatın və özəlləşdirmə tədbirlərinin 

keçirilməsi ilk dəfə olaraq Naxçıvanda başlanıldı. 

1992-1993-cü illərdə Azərbaycanın başı üstünü qara bulud alanda, 7 milyonluq xalq öz gözünü 

Azərbaycanın ayrılmaz bir hissəsi olan Naxçıvana dikdi. 

1993-cü ilin iyun ayının 3-də o zamankı ölkə prezidenti Əbülfəz Elçibəy siyasi vəziyyətin gərginliyi ilə 

əlaqədar Bakıdan Naxçıvanın Kələki kəndinə qaçdığından haqsızlıq və özbaşınalıqdan təngə  gələn xalq öz 

sözünü dedi. Möhtərəm Heydər  Əliyev təkidlə Bakıya dəvət olundu. İyun ayının 15-də o, Azərbaycan 

parlamentinə  sədr seçildi. Həmin gün tarixə qurtuluş günü kimi daxil oldu. O, Gəncə qiyamını dinc yolla 

yatırtdı, vətəndaş müharibəsinin qarşısını aldı. Müstəqilliyimizi qoruyub saxladı. 

H.Əliyev oktyabr ayında xalq tərəfindən yekdilliklə prezident seçildi. Bununla da dahi rəhbər 

Azərbaycanı geniş tərəqqi yoluna çıxarmağa başladı. 


11 

 

 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə