ZəLİmxan yaqub seçİLMİŞ


QORUYA BİLMƏDİK MƏZARINIZI



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə30/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   26   27   28   29   30   31   32   33   ...   94
Zelimxan Yaqub-Seirler-2022

QORUYA BİLMƏDİK MƏZARINIZI
Molla Pənah Vaqifin, Xan qızı Natəvanın, Aşıq
Ələsgərin, Dədə Şəmsirin, Sarı Aşığın müqəd-
dəs ruhları! Sizin qarşınızda günahkarıq, Siz
günahımızdan keçsəniz də, Allah bizi bağışla-
mayacaq, Qoruya bilmədik məzarınızı!
Qayanı yardılar, daşı çapdılar,
Məqbərə ucaldıb, günbəz yapdılar,
Sizin ruhunuzu sevən nəsillər
Sizin adınızla şöhrət tapdılar.
Belinə daş qoyduq biz o şöhrətin,
Qoruya bilmədik məzarınızı!
Könül adamları, ruh adamları,
Ağrı adamları, ah adamları,
Saflıqda dünyanın şeh adamları,
Ulu məmləkətin şah adamları,
Belimiz qırıldı şah damarından,
Qoruya bilmədik məzarınızı!
Döyüşdə əsgərə dönə bilərdik,
Torpaqda səngərə dönə bilərdik,
Sıyrılmış xəncərə dönə bilərdik,
"Allahu əkbər"ə dönə bilərdik,
Dünya bizdən ötrü məhşərə döndü,
Qoruya bilmədik məzarınızı!
Yurdun işığını, nurunu satdıq,
Odunu, közünü, qorunu satdıq,
Satdıq, dədəmizin gorunu satdıq,
Qaniçən yağının ixtiyarına
Qəbristan da verdik, qəbir də verdik,
Utanmaz-utanmaz hələ bir durub
Millətə öyüd də, səbir də verdik.
Hər şeyi qoruduq, ismətdən özgə,
Hər şeyi qoruduq, qeyrətdən özgə,
Qoruya bilmədik məzarınızı!


___________________Milli Kitabxana__________________
73
Yaxina gəlmədi uzaqlarımız,
Çox yerdə kar oldu qulaqlarımız.
Baltalar enəndə kökə, gövdəyə,
Bilmədik quruyar budaqlarımız.
Axarı qarışdı zir-zibillərə,
Gözündən bulandı bulaqlarımız,
Qurumaz bulaqlar, qaynar çeşmələr,
Qoruya bilmədi məzarımızı!
Dağıldı, töküldü torpağın üstü,
Hər yanı dumandı, hər yam tüstü.
Könül bulandıran bu mənzərədən
Dünyanın müqəddəs ruhları küsdü.
Vaqifı qaldırıb Cıdır düzündə
Şeir köhləninə mindirən olsa,
Qəmli Natəvanı tutub söhbətə,
Ruh verib, dil verib dindirən olsa,
Eşitmək ağırdı ah-zarınızı,
Qoruya bilmədik məzarınızı!
Göyçə göyüm-göyüm göynədi, getdi,
Ağdamda ağ gündən əsər qalmadı.
Gəldi Kəlbəcərin qara günləri,
Şuşada bir tutar, kəsər qalmadı.
"Vaqif! Ey sərvərim, ey tacidarım!"
Başdan Şuşa adlı tacı vermişik!
Şuşanı verməklə düşmən çənginə,
Məkkəni vermişik, Hacı vermişik!
Yaxşının məzarı yad tapdağında,
Biz San Aşığa acı vermişik!
Eheeey! Hayandasan, Xan qızı, söylə,
Eheeey! Hayandasan, Ələsgər dədə,
Eheeey! Hayandasan, gəl, Dədə Şəmşir,
Haraya uçdunuz əllərimizdən,
Hayana saldınız güzarınızı?
Qoruya bilmədik məzarınızı!!!


___________________Milli Kitabxana__________________
74

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin