ZəLİmxan yaqub seçİLMİŞ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə42/94
tarix20.07.2023
ölçüsü1,5 Mb.
#136888
1   ...   38   39   40   41   42   43   44   45   ...   94
Zelimxan Yaqub-Seirler-2022

İTİRDİYİM "DOST"A
ƏRMƏĞAN
Yoxsulluq əlindən göz açmayaydım,
Kasıb doğulaydım, kasıb öləydim.
Gəlməsə, Allahın ucuz ölümü
Qeyrət damarını kəsib öləydim,
Kaş sənə həyatda rast gəlməyəydim!
Heç nəyi zamandan gizlətmək olmur,
Vaxtın üzü belə, astarı belə.
Çəkir imtahana salır sınağa
Bax, bclə tanıdır dostları, belə!
Un kimi, dən kimi dost da, düşmən də,
Ələnir xəlbirdən, keçir ələkdən.
Həqiqi məhəbbət, həqiqi sevgi
Beləcə ayrılır küydən, kələkdən.
Mən haqqı tanıyan adamam, qardaş,
Yersiz nə küyüm var, nə kələyim var.
Zamanı gələndə, vaxtı çatanda,
Mənim öz şadaram, öz ələyim var.


___________________Milli Kitabxana__________________
107
Sən şeytan yoluyla qazandığını
Mən Allah yoluyla çoxdan almışam.
Boynumda heç kəsin minnəti yoxdur,
Mənə nə verilib, haqdan almışam!
Otuz il əlimdə qələm işlədi,
Varağa bir kəlmə qeybət düşmədi.
Əsdi mən tərəfdən sevda yelləri,
Heç kəsin payına nifrət düşmədi.
Deyərəm Allahın öz işləridi,
Göynəsə ürəyim, sızlasa yaram.
Sənin pisliyinlə enib zirvədən,
Qələmi çirkaba bulaşdırmaram!
Dostluğun sarayı neçə pilləli,
Kim taxta ucaldı, kim endi taxtdan.
Kiminki sevgidi, kiminki tamah,
Qoy Allah ayırsın haqqı nahaqdan.
Mən elə bilirdim sənsən sirdaşım,
Ruhuma doğmasan, könlümə yarsan.
Mən sənə dağlardan nəğmə gətirdim,
Dedim, dağlar kimi uca durarsan!
Ən böyük düşmənsən özün-özünə,
Suçu nə məndə gör, nə də xalqında,
Bir zirvə vermişdi yaradan sənə,
Dayana bilmədin o ucalıqda!!!
SUÇ MƏNİM
Aldanmışam sərvətinə dünyanın,
Ömrüm-günüm, yalan mənim, puç mənim.
Nahaq yerə yaxasından yapışdım,
Taqsır mənim, günah mənim, suç mənim.


___________________Milli Kitabxana__________________
108
Beş-altı gün yas paltarı geyəllər,
Hərdən yaxşı, hərdən yaman deyəllər.
Ehsanımı şirin-şirin yeyəllər,
Qırxa qədər yeddi mənim, üç mənim.
Qəlom alsın başdaşımı yazanlar,
Bel götürsün mozarımı qazanlar.
Ay Zəlimxan, ağı desin ozanlar,
Kəfən mənim, karvan mənim, köç mənim

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin