ZÜlal möCÜZƏSİ harun yəhya müNDƏRİcat


Hüceyrələrin bədənimizdə üzməsini təmin edən zülallar



Yüklə 0,51 Mb.
səhifə5/9
tarix07.01.2017
ölçüsü0,51 Mb.
#4818
1   2   3   4   5   6   7   8   9

Hüceyrələrin bədənimizdə üzməsini təmin edən zülallar

İnsan bədənindəki bəzi hüceyrələrin hərəkətləri maddələr mübadiləsinin getməsi və həyati funksiyaların davam etdirilməsi baxımından çox əhəmiyyətlidir. Beləliklə, bütün orqanizmin funksiyalarında olduğu kimi, bu çox mühüm funksiyaların icrasını təmin edən, əlbəttə ki, zülallardır. Bəzi hüceyrələrin orqanizm daxilində hərəkət etmək üçün istifadə etdikləri bu zülallar “tubulin” adlandırılır. Bu zülalların əmələ gətirdiyi və hüceyrənin üzməsini təmin edən isə kirpiklərdir. Bu kirpiklər iki cürdür: kirpiklərə oxşayan və yaxud da qamçı kimi çırpılaraq hərəkəti təmin edənlər. Əgər hüceyrə kirpikləri ilə özünü hərəkət etdirə bilirsə, bunu kürəklərin bir qayığı hərəkət etməsini təmin etdiyi kimi edir. Məsələn, sperma qadın bədənindəki çətin yolunu bu kirpiklər hesabına həyata keçirir.

Kirpiklər, eyni zamanda, hərəkət etməyən, sabit duran hüceyrələr tərəfindən də istifadə edilir. Kirpikləri olan hüceyrə, digər hüceyrələrin ortasında sabit durur və hərəkət halında olan kirpiklər mayeni hərəkət etdirmək istədikləri hüceyrənin üzərinə sıçradaraq onun irəli getməsini təmin edirlər.

Məsələn, tənəffüs yollarındakı sabit hüceyrələrin hər birində bir neçə yüz kirpik vardır. Kirpiklərin çoxu eyni anda hərəkət edirlər. Bu kənardan qədim zamanlarda istifadə edilən hərbi gəmilərdə sinxron hərəkətlə avarçəkməyə bənzəyir. Bu hərəkətlərlə selikli mayenin üzərinə su atırlar və onu boğazdan yuxarıya doğru itələyirlər. Bu qaydada nəfəs alarkən bu mayenin nəfəs borusuna düşməsinin qarşısı alınır. Göründüyü kimi, bu hərəkət əvvəlcədən planlaşdırılmış, olduqca ağıllı və şüurlu bir hərəkətdir. Selikli mayenin vura biləcəyi zərərin qarşısını almaq üçün həmin mühitdə olan hüceyrələr lazımi orqanlarla təmin edilmişdir.

Bundan başqa, bu zülallar həmrəy olaraq bir hüceyrəni müəyyən bir istiqamətə yönəltmək üçün birlikdə hərəkət edirlər. Onlar arasında qüsursuz bir uyğunlaşma və nizam vardır. Heç bir önmühakiməyə sahib olmadan düşünən bir insan belə bir mexanizmin və tədbirli hərəkətlərin təsadüfən əmələ gələ bilməməsini açıq-aşkar görür.

Bu orqanların, yəni kirpiklərin quruluşları tədqiq edildikdə, müəyyən edilmişdir ki, onların olduqca mürəkkəb quruluşları var və bütün bunlar üstün bir yaradılışın əsəridir. Yalnız elektron mikroskopu ilə görülə bilən ölçüyə malik hüceyrənin ucundakı incə kirpiklərə o qədər mükəmməl bir sistem və bir-birinə qarışmış quruluşlar yerləşdirilmişdir ki, bunların şüursuz atomların birgə qərarı və təsadüf nəticəsində meydana gələn hadisələr səbəbi ilə əmələ gəlməsini iddia etmək qeyri-mümkündür. İndi isə bu kirpiklərin quruluşlarını ümumi olaraq öyrənək...



Nazik kirpiklərin daxilindəki mürəkkəb struktur

Kirpiklər xarici təbəqə ilə örtülmüş liflərdən ibarətdir. Kirpiklərin hüceyrə qılafının xaricində yaranan bir hissədir; bu səbəbdən də kirpiyin içi hüceyrə ilə təmasda olur. Əgər bir kirpik uzununa kəsilərək elektron mikroskopu altında tədqiq edilərsə, doqquz ədəd bir-birindən ayrı yerləşən boruyabənzər çubuqlar müşahidə edilər. Bu məqamda bir məsələyə diqqət yetirmək vacibdir. Bu kirpiklərin biri insan saçının bir teli ilə belə müqayisə edilməyəcək dərəcədə kiçikdir. Saçın bir telinin içərisinə doqquz ayrı çubuğun yerləşdirilməsi qeyri-mümkün hesab edildiyi halda, hüceyrə kimi gözlə görünməyəcək qədər kiçik bir quruluşun ucundakı yüzlərlə kiçik kirpiyin içərisində doqquz ayrı çubuq yerləşir. Bu çubuqlara mikroborucuq adı verilmişdir. Bu doqquz mikroborucuqların hər biri isə bir-birinə keçmiş iki halqadan ibarətdir. Bundan əlavə, dərin araşdırmalar göstərir ki, buradakı bir halqa on üç ayrı teldən ibarətdir.

Yuxarıda da qeyd edildiyi kimi, bunlar hüceyrənin uc hissəsindəki kirpiklərin içindəki doqquz çubuğun hissələridir. Bu hissələrin izahı bununla bitmir. Birincisinə bağlı olan ikinci halqa isə on ayrı teldən ibarətdir. Kirpiyi əmələ gətirən doqquz mikroborucuq tubulin adlı zülaldan meydana gəlir. Bir hüceyrədə tubulin molekulları silindir formasında birləşərək, kərpiclərin üst-üstə düzülməsinə bənzər forma əmələ gətirmişlər.

Bu məqamda bir daha düşünək: bundan əvvəlki cümlədə, zülal molekullarının müəyyən bir forma əmələ gətirmək üçün birləşmələrindən söhbət açıldı. Bu tip cümlələrə biologiya, biokimya, genetika və oxşar mövzulu kitab və jurnallarda tez-tez rastlaşırıq. Lakin zülal molekulları cansız atomların birləşməsindən əmələ gəlir. Bu cansız, şüursuz, heç bir biliyə və iradəyə sahib olmayan, beyni, gözü və qulağı olmayan varlıqlar necə olur ki, ilk öncə bir-birilərini tapır, sonra bir silindr meydana gətirəcək formada hərəkət edirlər. Onlara digər tubulin molekulları ilə birləşmək, daha sonra silindr formasını almaq üçün nizamlanmaq əmrini kim vermişdir? Bundan əlavə, onlar bu əmri necə başa düşür və tətbiq edə bilirlər? Üstəlik, tubulin molekullarının düzülüşü də təsadüfi deyil. Düzülüş forması, tərtibat və məqsədləri üçün ən uyğun şəkildədir.

Hüceyrə daxilində normal şərait təmin edildiyi halda, (kalsium miqdarı normal olduqda və temperatur müəyyən bir səviyyədə olarsa) tikinti materialı rolunu yerinə yetirən tubulin zülalları, mikroborucuqları əmələ gətirmək üçün avtomatik olaraq birləşirlər. Tubulin molekulunun bir tərəfi ikinci tubulin molekulunun arxa tərəfini tamamlayan səthi var. Beləliklə də, üçüncü tubulin molekulu ikinci tubulinin arxa tərəfinə yapışır. Dördüncü üçüncünün arxasına və beləliklə, davam edir. Belə birləşmə üst-üstə düzülmüş konserv qutularına bənzəyir. Eyni əmtəə nişanlı konserv qutularını üst-üstə düzdükdə altdakı qutunun üstü ilə üstündəki qutunun alt hissəsi bir-birinə tam uyğun gəlir. Eyni ilə digər qutuların alt üst hissələri bir-birinə uyğun gəlir. Konserv qutuları bir-birinin üstünə bu şəkildə qoyulsa, dağılma riski olmaz. Lakin başqa-başqa şirkətlərin konserv qutularının altı digərinin üstü ilə uyğun gəlməyəcəyinə görə, onların üst-üstə düzülməsi risklidir və ən kiçik bir hərəkətlə dağılmasına gətirib çıxarar. Bundan əlavə, siz onları düzərkən tərəflərini dəyişdirsəniz belə, onlar yenə dağılarlar. Yəni birinci konservin üstü ilə ikinci konservin altı bir-birinə uyğun gəlmədiyi üçün yenə də konservlər dağılar. Tubulin zülalının düzülüşündəki nizam isə konserv qutularındakından daha aydındır. Birinin önü digərinin arxa tərəfi ilə bir-birinin içinə keçir.43

Bəs bu cür tərtibatı kim həyata keçirir? Tubulin zülallarını sintez edən hüceyrələr əvvəlcədən qüsursuz bir plan quraraq onların möhkəm şəkildə birləşmələrini müəyyən edə bilərmi? Zülalların hansısa yolla bu xassələrlə sintez edildiklərini düşünək. Onda bir sual meydana gəlir: onlara arxa-arxaya deyil, birinin ön digərinin arxa tərəfi ilə birləşməli olduqlarını onlara kim deyib? Zülallar bu əmri necə başa düşür ki, onların biri belə səhvə yol vermədən bu cür düzülüşlə sıralanırlar? Orta məktəblərdə tədris olunan bədən tərbiyəsi dərslərini yada salaq. 20 şagirdi heç bir şuluqluq olmadan bir sıraya düzmək böyük əmək və səbir tələb edir. Şüur və ağıl sahibi, müstəqil şəkildə istiqamətlənmək, müəyyən bir məqsədlə hərəkət etmək qabiliyyətinə yiyələnən insanlar üçün belə əmək tələb edən işi necə olur ki, yağ, karbohidrat və fosfor tərkibindən ibarət zülallar uyğunluq içərisində, bir molekulun belə səhvinə yol vermədən həyata keçirə bilir?

Bir məsələni də unutmayaq ki, tubulin molekulları ətrafda olan milyonlarla molekul içindən özləri ilə eyni növdən olanı seçərək onun yanına gedir və dərhal sırada öz yerini alır. Tubulinlər mikroborucuqlarla asanlıqla əlaqə yarada bilirlər. Lakin mikroborucuqların bir-biriləri ilə birləşmələri üçün başqa zülallara ehtiyac var. Yəni kirpiyi əmələ gətirən doqquz mikroborucuq bir-birinə bağlanmalıdır. Bunun üçün isə digər zülallara ehtiyacın olmasının çox mühüm səbəbi var. Mikroborucuqlar insan orqanizmində çox müxtəlif funksiyaları yerinə yetirən zülallardır. Həmin funksiyalarını yerinə yetirə bilmək üçün isə onlar tək olmalı və heç bir digər molekullarla əlaqəsi olmamalıdır. Buna görə də, başqa bir funksiyanın icrasına başlamazdan əvvəl, yəni digər molekullarla birləşənə qədər sərbəst olaraq fəaliyyət göstərir. Lakin kirpiklərin əmələ gəlməsi üçün bu köməkçi zülallar belə sərbəst halda olan zülalları seçir və bir-birilərinə bağlayır. Bu hadisədə də çox şüurlu və planlı təşkilatçılıq var. Yeni hüceyrə kirpiklərinin yaradılmasına qərar verən bəzi zülallar kirpiklərin yaradılması üçün nələrin lazım olduğunu bilir və sərbəst hərəkət edən molekulları yığaraq birləşdirir.

Kirpiklərin elektron mikroskop altında çəkilən şəklində, mikroborucuqları bir-birinə bağlayan müxtəlif növdən olan bağlayıcılar müəyyən edilmişdir. Kirpiklərin ortasındakı iki mərkəzdə mikroborucuqları bir-birinə bağlayan körpü şəklində bir zülal vardır. Eyni zamanda, iki mikroborucuqdan kirpiklərin mərkəzinə doğru çıxıntı var. Beləliklə, “neksin” adlanan zülal hər bir mikroborucuğu yanındakına bağlayır və mikroborucuqların bir-birindən aralanıb dağılmamasını təmin edir. Hər mikroborucuqda ayrı iki müxtəlif çıxıntı olur. Bunlardan biri xarici qol, digəri isə daxili qol adlanır. Biokimyəvi analizlər bu çıxıntılarda “dinein” adlı zülalın olduğunu irəli sürür. Dineinin funksiyaları arasında hüceyrədə mühərrik funksiyasını yerinə yetirmək və mexanik güc yaratmaq vardır.

İndi isə bir çox hissədən ibarət olan və hər parçanın digərini böyük ustalıqla və olduqca ağıllı vasitələrlə tamamladığı bu quruluşu düşünək. Gözlə görülməyəcək qədər kiçik bir yerin ondan daha kiçik hissəsində milyonlarla atom birləşərək müxtəlif cür formalar əmələ gətirir, sonra onları yenə də digər atomların köməkliyi ilə bir-birilərinə montaj edir. Bunun nəticəsində isə olduqca mürəkkəb və iş forması aşağıda verilən bir mexanizm meydana gəlir.

Sizə məlum olan bir neçə hissədən ibarət bütün əşyaları və ya maşınları yada salın. Məsələn, kompyuterin içini açdıqda çoxlu fazaların, kabellərin, metalın qarışıq şəklə düşdüyünü görərik. Ola bilsin ki, kompyuter sxemi haqqında biliyə malik olmayan bir insan üçün heç bir məna ifadə etmir. Lakin kompyuter mütəxəssisi bu qarışıq bağların hansı funksiyanı yerinə yetirdiyindən xəbərdardır. Məsələn, mütəxəssis bilir ki, tək bir kabel əksik olarsa və ya ən nazik sim başqa bir yerə birləşdirilərsə, kompyuter öz funksiyalarını lazımınca yerinə yetirə bilməz. Bir sözlə, kompyuterin içindəki hər bir hissə onun funksiyalarını tam şəkildə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir. Buna oxşar qaydada, hüceyrənin kirpiklərini təşkil edən hər bir parça kirpiklərin funksiyasını yerinə yetirə bilməsi üçün olduqca vacibdir. Quruluşun tərtib hissələrindən biri əksik olarsa, kirpik hüceyrəni və hüceyrənin ətrafındakıları hərəkət etdirə bilməz və ya heç əmələ gələ bilməz.

Biokimyaçılar hər hansı parçanın olmaması halında nələrin olacağını sınaqla yoxlamışlar. Məsələn, dinein zülalının qolları bir-birindən ayrılarsa, kirpiklər hərəkət edə bilməz. Mikroborucuqlar arasında körpü funksiyasını daşıyan neksin zülalı olmazsa, mikroborucuqlar açılar və bir-birinin içindən keçərlər, belə olan halda isə onların quruluşu pozular. Göründüyü kimi, insanın qavraya bilməyəcəyi qədər kiçik bir yerdə bir parçası belə əksik olmamaqla mürəkkəb bir sistem mövcuddur. Hər bir parçası canlı aləmin həyatının davam etdirilməsi və hüceyrənin funksiyalarını təmin edilməsi məqsədi ilə hesablanaraq planlaşdırılmış bu sistemin necə işlədiyini gördükdə, hər parçanın tərtibatının nə qədər mühüm olduğu aşkara çıxır.

Kirpiklərin hərəkət sistemi

Kirpiklərin hərəkətlərini su üzərində üzən bir qayıq kimi təsəvvür etmək olar. Səthi su ilə təmasda olan və itələməni təmin edən mikroborucuqlar avar funksiyasını daşıyır. Bir-birinə bağlı doqquz çubuq aralarındakı bağlar sayəsində avarlar kimi hərəkət edə bilirlər. Dinein zülalının qolları mühərrikdir və hərəkət sistemini güclə təmin edir. Neksin qolları isə əlaqələri təşkil edir və mühərrikin gücünü bir mikroborucuqdan digərinə ötürür. Belə bir sistem bir gəmini və ya bir hüceyrəni hərəkətə gətirməyindən asılı olmayaraq, bu hərəkətin təmin edilməsi üçün bir çox parçanın eyni anda eyni yerdə mövcud olması zəruridir. Hər parça düzgün yerə qoyulmadığı müddətdə, bu parçalarla heç bir iş görülə bilməz. Metal qırıntılarından olan yığınlar buna misal ola bilər. Köhnə şeylərin alveri ilə məşğul olan istənilən şəxsin anbarında olan bütün əşyaların heç bir fəaliyyəti olmaz. Lakin bir mühəndis-mexanik bu yığından ona lazım olan hissələri seçib, nəzərdə tutduğu maşını müəyyən plana uyğun olaraq quraşdırdığı zaman müəyyən işləri görə bilən, mürəkkəb quruluşlu və ağılın məhsulu sayılan bir mexanizm-maşın meydana gələr.

Göründüyü kimi, istənilən funksiyalı parçaların əmələ gəlməsi üçün ağıl və şüur tələb edilirsə, zülalların da yararlı bir quruluşa malik olması üçün də eyni şəkildə ağıla, şüura, plana və bir məqsədə ehtiyac var. Zülalların hər hansı üsulla əmələ gəldiklərini hesab etsək belə, onların hamısı hüceyrənin içinə şırnaqla yeridilsə, bir yerdə cəm olaraq qüsursuz işləyən strukturlar meydana gətirəcəyini gözləyə bilmərik. Bunları təşkil edərək uyğun şəkildə birləşdirmək üçün ağıl sahibi bir varlıq olmalıdır.

Təkamül nəzəriyyəsi nə zülalların meydana gəlməsini, nə də həmin zülalların bir yerə toplanaraq mürəkkəb və bir parçasının belə əksikliyi mümkün olmayan quruluşların, maşınların, mühərriklərin, məlumat bazalarının, fabriklərin əmələ gətirməsini izah edə bilməz. Təsadüflərin bu qədər mürəkkəb və qüsursuz sistemlər meydana gətirməsi mümkün deyil. Bundan əlavə, canlı orqanizmlərin hüceyrəsindəki kirpiklər kimi ən kiçik sistemlərin belə əmələ gəlməsi üçün yüzlərlə zülal, ferment, molekul eyni anda mövcud olmalıdır. Hətta biokimyaçılar apardıqları araşdırmalarda hüceyrənin hərəkətinə burada bəhs edilməyən 200-ə qədər sayda zülal tərəfindən kömək edildiyini müəyyən etmişlər. Yüzlərlə zülalın birinin olmaması, digərlərinin yararsız vəziyyətə düşməsinə səbəb olur.

Bu halda, canlı həyatın mərhələ-mərhələ tədricən cüzi dəyişikliklərlə meydana gəldiyini iddia edən təkamül nəzəriyyəsi kirpiklərin əmələ gəlməsini qəti şəkildə izah edə bilməz. “Darvinin qara qutusu” adlı kitabı ilə təkamül nəzəriyyəsinə olduqca əhəmiyyətli tənqidlər irəli sürən və kitabında zülallara və kirpiklərə geniş yer verən mikrobioloq Maykl Bihi təkamül nəzəriyyəsinin kirpiklər kimi mürəkkəb quruluşların izahı qarşısında çarəsizliyini belə ifadə etmişdir:

Biokimyaçılar kirpik və qamçı kimi görünüşcə sadə olan formaları tədqiq etməyə başlayanda son dərəcə mürəkkəb bir quruluşla qarşılaşdılar. Bunlar çoxsaylı və hətta yüzlərlə ayrı parçadan ibarətdir. Əslinə qalanda isə, bizim burda adını belə çəkmədiyimiz bir çox hissə kirpiklərin hərəkət edə bilməsi üçün zəruridir. Lazım olan hissələrin sayı artdıqca sistemin birləşməsində də çətinlik artır və irəli sürülən əlavə versiyalar da çıxılmaz vəziyyətdə qalır. Darvin də getdikcə daha çox səhvlər buraxmağa başlayır. Bir-biri ilə əlaqəli zülallar üzərində aparılan tədqiqatlar sistemin qarışıqlığını izah edə bilməmişdir. Məsələ dəqiqliyi ilə açılmamış və getdikcə də çıxılmaz vəziyyətlə nəticələnmişdi. Darvinin nəzəriyyəsi kirpik və ya qamçı haqqında bir izah verməmişdir. Onların üzmə sistemlərindəki qarışıq vəziyyət darvinistlərin həqiqətdə heç zaman onun izahını verə bilməyəcəyini nümayiş etdirir... Kirpik Darvinə problem yaradan sistemlərin sadəcə birirdir.44

Maykl Bihinin də dediyi kimi, hüceyrələri hərəkət etdirən kirpiklər darvinizmi yalanlayan həqiqətlərdən biridir. Canlı aləm kirpiklər kimi saysız-hesabsız yaradılış möcüzəsi ilə təmin edilmişdir. Hər yaradılış möcüzəsi isə bizə uca Allahın sonsuz gücünü, ağlını, elmini, bənzəri olmayan yaradılışın və yaradılışdakı sənətini göstərir. Ağıl və vicdan sahibi insan bu dəlilləri gördükdə Allahın hər varlıq üzərində yeganə hakim olduğunu anlayar:

(Musa) dedi: “Əgər anlayırsınızsa, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir...” (Şüəra surəsi, 28)

Həyatı davam etdirmək üçün katalizatorlar: fermentlər

Canlıların orqanizmlərində hər saniyə sayı bilinməyən proseslər getməkdədir. Bu proseslər o qədər təfsilatlıdır ki, hər mərhələsində bütün qarışıqlığa nəzarət edən, intizamı təmin edən və hadisələri sürətləndirən “baş nəzarətçinin” müdaxiləsinə ehtiyac var. Məhz bu baş nəzarətçilər fermentlərdir.

Hər canlı hüceyrədə hərəsi öz işini görən, məsələn, DNT nüsxələnməsində köməkçi olan, qida maddələrini parçalayan, qidalardan enerji istehsal edən, sadə molekullardan zəncirin alınmasını təmin edən və bunun kimi saysız işləri görən minlərlə ferment var.

Fermentlər hüceyrə daxilində mitoxondrilərdə sintez edilir. Əksəriyyəti zülallardan əmələ gəlir, digərləri isə vitamin və vitaminə bənzər maddələrdir. Əgər bu fermentlər olmasaydı, ən sadəsindən ən qarışıq-mürəkkəbə qədər heç bir funksiyanız işləyə bilməz və haradasa dayanacaq qədər yavaşlayardı. Nəticə hər iki halda da dəyişməzdi və ölüm olardı. Nəfəs ala bilməz, heç nə yeyə bilməz, görə bilməz, danışa bilməz, bir sözlə yaşaya bilməzdik.

Fermentlərin ən vacib funksiyaları orqanizmdəki bir sıra kimyəvi reaksiyalara təkan vermək, onları dayandırmaq və ya sürətləndirməkdir. Orqanizmdəki hüceyrələr funksiyalarını yerinə yetirərkən daxilində olan kimyəvi tərkiblər reaksiyaya girməlidir. Kimyəvi reaksiyaların başlaması üçün yüksək temperatur lazımdır. Bu yüksək temperatur canlı hüceyrələrin həyatı üçün təhlükəli vəziyyət yarada bilər və hüceyrənin məhv olmasına gətirib çıxardar. Məhz bu problemi həll edən fermentlərdir. Yüksək temperatura ehtiyac olmadan fermentlər kimyəvi reaksiyaların başlanmasına təkan verir və ya onları sürətləndirir, lakin özləri reaksiyaya girmirlər. Fermentlərin hüceyrələrimizdə gedən reaksiyaları sürətləndirdiyinə dair bir misal göstərə bilərik: nəfəs alıb-verərkən karbondioksidin qanımızın təmizlənməsində müəyyən rol oynayan bir ferment sayəsində boğulmadan həyatımıza davam edə bilirik. Belə ki, “anhidraz” adlı bir ferment karbondioksidin təmizlənmə prosesinin sürətini 10 milyon dəfə artırır.45 Bu sürətlə fermentlər bir dəqiqədə 36 milyon molekulu dəyişdirmək imkanına malikdir.

Fermentlər həm çox mühüm reaksiyaların sürətlə həyata keçməsini təmin edir, həm də bədənin enerjisindən də çox qənaətlə istifadə edirlər. Əgər insan bədənini bir fabrik, içində işləyən fermentləri də fabrikin istehsal mexanizmləri hesab etsək, belə bir fabriki enerji ilə təmin edən mənbə işi çatdıra bilməz. Belə ki, 2000 müxtəlif növdə olmaqla trilyonlarla maşının heç bir səhvə yol vermədən bu sürətlə işləməsi üçün lazım olan enerji çox yüksəkdir. Bundan əlavə, hüceyrə daxilində sadə bir reaksiyanın laboratoriyada həyata keçirilməsi üçün olduqca yüksək temperatur və enerji sərfiyatı tələb edilir.46

Bununla belə, hüceyrə daxilində səssizcə fəaliyyət göstərən fermentlər bədənin istisi və qida maddələrindən aldıqları enerji ilə bütün funksiyalarını heç bir qüsura yol vermədən yerinə yetirirlər. Yalnız bu xüsusiyyətləri fermentlərin orqanizmdə yaranan hər hansı hadisəni ən qüsursuz və ən yararlı hala salmaq üçün nəzərdə tutulmuş bacarıqlı elementlər olduqlarını görmək üçün kifayətdir. Hal-hazırda, siz bu kitabı oxuduğunuz zaman belə, bir çox ferment bədəninizin hər bir yerində meydana gələn reaksiyalara nəzarət edir və onları həyatınızı davam etdirməniz üçün lazımı sürətə çatdırırlar. İnsan, bədənində nəyin baş verdiyini bilmədiyi halda, fermentlər həm bunlardan xəbərdardır, həm də bütün əməliyyatlarda son dərəcə əhəmiyyətli və yerində müdaxilələr edirlər. Bundan əlavə, hər bir ferment bədəndəki müəyyən kimyəvi reaksiyaları sürətləndirir. Heç bir ferment digər fermentin funksiyasını yerinə yetirmir, öz vəzifəsini də başqaları ilə çaşdırmır.

Məsələn, fermentlərin əksəriyyəti qələvi mühitdə maye tərkibində aktiv ola bildiyi halda, mədədə qida maddələrini həzm etmək funksiyasını daşıyan fermentlər yalnız turş mühitdə aktiv ola bilir. Və ya ağız suyunda nişastanı maltozaya parçalayan amilaza fermenti qida borusu boyunca qida ilə təmasda olur, lakin mədəyə çatdıqda turş mühit onu təsirsiz hala salır. Mədəyə çatdıqda onsuz da onun vəzifəsi tamamlanmış olur.

Fermentlərin formaları, təsir etdikləri maddələrlə tam uyğunluq təşkil edir. Ferment və birləşərək təsir edəcəyi maddə üç ölçülü qarışıq bir həndəsi formada, qıfıl-açar şəklində bir-birilərinə bərkidilirlər. Orqanizmin daxilində fermentlərin onlara uyğun gələn maddələri tapmaları və tədricən birləşmələri çox şüurlu hərəkətdir. Bundan əlavə, fermentlər bədənin istənilən yerində və özlərinə uyğun maddəni axtaran ovçulara bənzəyirlər. Hər biri öz quruluş və xüsusiyyətlərinə uyğun olan ən münasib yerdə dururlar. Zərərli mühitdən və ya təsirlərini itirəcəkləri mühitdən uzaqlaşırlar. Bütün reaksiyalara təkan vermək və ya onları sürətləndirmək kimi öhdəlikləri öz üzərlərinə götürmək isə üzərində düşünülməli başqa bir mövzudur. Əgər fermentlər onları dayandıran amillər olmazsa, orqanizmdəki bütün reaksiyaları dayanmadan başladar və sürətləndirər. Bu da, məsələn, bir zülalın lazım olduğundan daha çox sintez edilməsinə və ya hüceyrədəki bəzi tarazlıqların pozulmasına səbəb olur. Fermentin fəaliyyətlərini qaydaya salan isə hüceyrədir. Hüceyrə fermentin fəaliyyətinin dayandırılması barədə qərar verdikdə, qeyri adi şüur və planlama ilə fermenti “yayındırır”. Bunun üçün fermentin normal halda birləşdiyi maddəyə oxşayan maddə göndərir və ferment bu maddə ilə birləşir. Bir sözlə, bu “təqlidi” maddə fermenti bir müddətlik yayındıraraq lazımsız fəaliyyət göstərməsinin qarşısını alır. Lakin bu təqlidi maddə həqiqi maddələrlə rəqabət aparmalıdır. Bu səbəbdən də, fermentin fəaliyyətinin bu formada iflic olmasına “competitive inhibitor” (ingibitor) deyilir. Fermentin iştirak etdiyi reaksiya nəticəsində yaranan məhsul müəyyən dərəcəyə çatana qədər fermentin fəaliyyəti bu iflicetmə metodu ilə dayandırılmış olur.

Yuxarıda izah edilənlər əlbəttə ki, üzərindən bir dəfə oxunub keçiləcək hadisələr deyil. Hər şeydən əvvəl bunu xatırlatmaqda fayda vardır; bu hesabları aparan, qərarları alan, planları tətbiq edən təhsilli, şüurlu, məsuliyyətli insanlar deyil, cansız atomların birləşmələrindən meydana gəlmiş zülallar, yağlar, karbohidratlar, vitaminlərdir. Hüceyrə ehtiyat anbarına nəzarət edirmiş kimi, sintez etdiyi maddənin miqdarını müəyyən edir, sintezin bir müddət dayandırılması zərurəti barədə qərar verdiyində isə sintezi dayandırmaq üçün son dərəcə ağıllı bir plan tətbiq edir.

Hüceyrənin fermentin fəaliyyətini dayandıran təqlidi maddəni sintez etməsi və onu məhz lazım olduğu zamanda göndərməsi də çox şüurlu bir hərəkətdir. Belə ki, əgər bu təqlidi maddələr hər zaman hüceyrədə olsa, təcili olaraq zülal sintezinə ehtiyac yarananda fermentlərin fəaliyyətini azaldaraq sintez prosesinə mane olardılar. Ancaq hüceyrələr hər dəfə dəqiq vaxtı müəyyən edə bilir. Bu qədər mütəşəkkil, ağıllı və elmi bilik tələb edən hərəkətlərin bir-birinin ardınca gözlə görülməyəcək qədər kiçik molekullar tərəfindən həyata keçirilməsi uca Allah tərəfindən yaradılışın üstünlüyün göstəricilərindəndir. Bütün bu varlıqların Allahın əmrilə hərəkət etdiyi açıq-aşkar bir həqiqətdir.

İndiki zamanda, fermentlər, zülallar və bütün oxşar quruluşlarla əlaqədar təfsilatlar ortaya çıxdıqca, təkamül nəzəriyyəsinin əsassızlığı da üzə çıxır. Bu mikro mühitdəki tərtibat, elm adamlarının istər-istəməz canlı aləmdə qüsursuz bir tərtibatın olduğunu qəbul etmələrinə səbəb olur. Mikrobioloq Malkolm Dikson belə alimlərdən biridir:

Ferment sistemi hər dəqiqə gecə-gündüz növbəsində bütün günü işləyən kimyaçıların edə bilmədiyini edir... Kimsə mövcud olan fermentlərin yüzlərlə yoldaşı ilə birgə təsadüfən bir-birlərini təbii şəkildə tapmalarını ciddi qəbul edə bilərmi? Fermentlər və ferment sistemləri eyni genetik mexanizmlər kimi məhək daşlarıdır. Daha geniş tədqiqat aparıldıqda daha təfsilatlı tərtibat ortaya çıxır.47

Fermentlərin təsadüfən meydana gələ bilməyəcək qədər mürəkkəb quruluşa malik olmalarını isə məşhur biokimyaçı Michael Pitman ehtimal hesablarıyla belə ifadə edir:

Bilindiyi kimi, kainatda 1080-ə qədər atom var və “Big Bang”in partlamasından bu yana 1017 saniyə keçdi. Həyatın davam edə bilməsi üçün də 2000 ədəd əsas fermentə ehtiyac var. Bu fermentlərdən birinin belə təsadüfən meydana gəlməsi üçün 1020-dən artıq bir ehtimal lazımdır. Bunun hamısının təsadüfən meydana gəlməsi üçün isə 1040000 ehtimalda bir ehtimal meydana gəlməlidir. Belə bir ehtimalın meydana gəlməsi üçün bütün kainatın orqanik bir horra olduğunu düşünsək də, bu qeyri-mümkündür.48

Tək bir fermentin belə təsadüf nəticəsində özbaşına meydana gəlməsi elm adamlarının da sözdə ifadə etdiyi kimi, qətiyyən, qeyri-mümkündür. Halbuki, bir fermenti meydana gətirmək üçün 50 fərqli ferment bir yerdə işləyir. Bir fermentin tək bir amin turşusunu sintez etmək üçün isə əlavə 9 müxtəlif fermentə ehtiyac vardır. Fermentləri olmayan hüceyrə isə fəaliyyət göstərə bilmədiyi üçün məhv olar. Lakin fermentlərin mövcud olması üçün hüceyrədəki digər fermentlər də olmalıdır. Bu halda, başqa fermentlər olmadan ilk ferment necə meydana gəlib? Məhz bu sual təkamülçülərin heç vaxt cavab verə bilmədiyi bir sualdır.

Lakin təkamülçülərin problemləri bununla bitmir. Fermentlərin kimyəvi sintezinə aid problemləri ilə birgə daha bir xüsusiyyətləri də var. Fermentlər əmələ gəldikdə, əgər lazımlı şərtlərdə qorunmazlarsa, asanlıqla yox olar və ya passiv hala gələr, yəni yararsız hala düşərlər.49 Nəticə olaraq, bir fermentin belə işlək halda olması üçün digər bütün fermentlər, hüceyrə, sistem və quruluşlar hazır olmalıdır. Yaxşı, bəs ilk ferment necə meydana gəlib? Bu problemin cavabı çox açıqdır. Hər bir canlı bütün molekulları, hüceyrələri, ferment və zülalları ilə birlikdə eyni anda bir bütün olaraq, qüsursuz bir şəkildə uca Allah tərəfindən yaradılmışdır.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin