Zzzzeeeeyyyynnnnaaaalllloooovvvvaaaa Ə



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix06.05.2017
ölçüsü5,82 Mb.
  1   2   3   4   5   6   7   8

 

ZZZZeeeeyyyynnnnaaaalllloooovvvvaaaa    Ə



ƏƏ

Əzzzziiiizzzzəəəə    

    

M

M



M

Möööövvvvzzzzuuuu::::    

    

BBBBaaaazzzzaaaarrrr    m



m

m

müüüünnnnaaaassssiiiibbbbəəəəttttlllləəəərrrriiii    şşşşəəəərrrraaaaiiiittttiiiinnnnddddəəəə    bbbbüüüüddddccccəəəəddddəəəənnnnkkkkəəəənnnnaaaarrrr    ffffoooonnnnddddllllaaaarrrrıııınnnn    



ffffoooorrrrm

m

m



maaaallllaaaaşşşşm

m

m



maaaassssıııınnnnıııınnnn    pppprrrroooobbbblllleeeem

m

m



mlllləəəərrrriiii    

 

 

GIRIŞ 



 

IFƏS L. BÜDCƏDƏNKƏNAR FONDLARININ   NƏZƏR   ƏSASLARI….. 

1.1.Büdcədənkənar fondlar - maliyyə sisteminin  həlqəsi kimi……………………. 

1.2.  Büdcədənkənarfondların mahiyyəti və təşkili formaları……………………. 

1.3.  nkişaf etmiş ölkələrin büdcədənkənar fondlarının formalaşması  təcrübəsi…. 

 

IIFƏS L.  BÜDCƏDƏNKƏNARFONDLARINFORMALAŞMASININ  

MÜAS R    VƏZ YYƏT ………………………………………………………… 

2.1. Müasir  şəraitdə  büdcədənkənar  fondların  formalaşması  xüsusiyyətlərınin 

təhlili……………………………………………………………………………….. 

2.2. Azərbaycanda 

fəaliyyət 

göstərən 

büdcədənkənar 

fondların 

formalaşmasınınmüasir 

vəziyyətinin 

tədqiqi………………………………………………………… 

 

III FƏS L.BAZAR MÜNAS BƏTLƏŞƏRA T NDƏ 



BÜDCƏDƏNKƏNARFONDLARINVƏSA TLƏR N N 

FORMALAŞMASININ TƏKM LLƏŞD R LMƏS     ST QAMƏTLƏR ……. 

3.1Dövlət  Sosial  Müdafiə    və    Dövlət  Neft  Fondlarının  vəsaitlərinin  istifadə 

olunmasının səmərəliliyinin artırılması  yolları…………………………………….. 

3.3. Büdcədənkənar fondların vəsaitinin formalaşmasının təkmillləşdirilməsi…….. 

 

NƏTICƏ 

 

STIFADƏ   OLUNMUŞ ƏDƏBIYYAT 

 

 



 

 

 



 

G R Ş 

Mövzunun  aktuallığı.Büdcədənkənar  fondlann  yaradılmasında  əsas  məqsəd 

mümkün qədər çox vəsait cəlb etmək və onların sosial — iqtisadi məsələlərin həllinə 

yönəltməkdən ibarətdir.Büdcədənkənar fondlar dövlətin maliyyə sisteminin mühüm 

hissəsidir.Büdcədənkənar  fondları  dövlət  və  yerli  səviyyələrdə  yaratmaq 

olar.Məqsədli  təyinatına  görə  büdcədənkənar  fondları  sosial,  iqtisadi  və  digər 

fondlara  bölmək  olar.Büdcədənkənar  fondlar  pul  vəsaitlərinin  xüsusi 

formasıdır.Büdcədənkənar  fondlar  üçün  pul  vəsaitlərinin  yaradılması  və 

istifadəsinin  xüsusi  sistemi  fəaliyyət  göstərir.Dövlətin  büdcədənkənar  fondları 

mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarmın  sərəncamında  olan  və  məqsədli 

təyinata  malik olan maliyyə  vasitələrinin  məcmusudur.Respublikada  bu  fondların 

vəsaiti yeni istehsal səhələrinin yaradılmasmda, işçilərə yeni ixtisas verilməsində və 

ə

halinin  sosial  vəziyyətinin  yaxşılaşdınlmasmda  mühüm  rol  oynamışdır.Qeyd 



edilənlər  "Bazar  münasibətləri  şəraitindəbüdcədənkənar  fondların  formalaşması 

problemləri"  mövzusunda  dissertasiya  işinin  aktual  bir  problemə  həsr  edildiyini 

göstərir.Büdcədənkənar  dövlət  fondları  dövlət  büdcəsindən  və  Azərbaycan 

Respublikası  subyektlərinin  büdcələrindən  kənar  yaradılan,  vətəndaşların 

konstitııtsiya  hüquqlarının  təmin  edilməsi,  iqtisadi  və  sosial  xarakterli  bəzi 

tələblərinin  ödənilməsi  üçün  müəyyən  edilmiş  pul  vəsaitləri  fondlarıdır. 

Büdcədənkənar fondlar milli gəlirin yenidən bölüşdürülməsiformalarından biri olub 

maliyyə  münasibətlərinin  tərkib  hissəsi  kimi  çıxış  edir.  Büdcədənkənar  fondlar 

Azərbaycan Respııblikası qanunvericiliyi əsasında yaradılır, müstəqil hüquqi şəxs 

hesab olunur və büdcə sistemi ilə heç bir əlaqəsi yoxdur. Lakin Maliyyə Nazirliyinin 

xüsusi  qərarı  ilə  əlahidə  hal  kimi  Azərbaycan  Respublikasmda  büdcədənkənar 

fondların vəsaiti dövlət büdcəsinin tərkibinə daxil edilmiş və xəzinədarlıq sistemi 

onun  istifadəsinə  nəzarət  edir.  Büdcədənkənar  fondların  fəaliyyəti  xüsusi  dövlət 


 

aktları  ilə  reqlamentləşdirilir.  Bu  qanunlarda  onların  yaradılması  mənbələri,  pul 



fondlarının təşkili və istifadəsi qaydaları göstərilir. 

Problemin  öyrənilmə  vəziyyəti.Azərbaycanda  büdcədənkənar  fondların 

formalaşdırılması  problemləri və bu sahədə qanunvericilik üzrə bazanın yaranması 

məsələlərini  tədqiq  edən  müasir  alimlərdən  D.A.Bağırov,  M.X.Həsənli, 

A.M.Kərimov,  Ş.Ş.Bədəlov,  S.S.Səfərov,  S.M.Məmmədov,  B.A.Xankişiyev  və 

başqalarının xidmətləri böyükdür. 

Büdcədənkənar  fondların  formalaşdırılması    problemlərinin  nəzəri  cəhətdən 

tədqiq  olunması  zəruriliyi,  iqtisadi  inkişafın  müasir  mərhələsində  onun  xüsusi 

ə

həmiyyət  kəsb  etməsi  dissertasiyva  işinin  mövzusunun  seçilməsini 



şə

rtləndirmişdir. 



Tədqiqat  işinin  nəzəri-metodoloji  əsasları.Tədqiqatın  nəzəri  və  metodoloji 

ə

sasını  dünyanın  və  ölkəmizin  iqtisadçı  alimlərinin  əsərləri,  Azərbaycan 



Respublikasının  Konstitusiyası,  problemlə  əlaqədar  fərmanlar,  hökümətin 

sərəncamları, diqər hüquqi normativ sənədlər təşkil edir. 



Tədqiqatınməqsəd  və  vəzifələri.  Dissertasiya  işinin  əsas  məqsədi 

büdcədənkənar  fondlarının  formalaşdırılması    problemlərini  tədqıq  etməkdən 

ibarətdir.  Tədqiqat  işinin  məqsədinə  uyğun  olaraq  aşağıda  sadalanan  vəzifələr 

qarşıya qoyulmuş və öyrənilmişdir: 

Büdcədənkənar fondlarm mahiyyətinin acıqlanması; 



Büdcədənkənar fondların formalaşması xüsusiyyətlərinin sistemləşdirilməsi; 

Respublikamızda  fəaliyyət  göstərən  büdcədənkənar  fondlarm  müasir 



vəziyyətinin təhlilivə qiymətləndirilməsi; 

nkişaf  etmiş  ölkələrin  büdcədənkənar,  xüsusi  fondları  və  onların  ölkə 



iqtisadiyyatında rolunun acıqlanması; 

Müasir  şəraitdə  respublikamızda  büdcədənkənar  fondların  formalaşmasrının 



təkmilləşdirilməsi istiqamətlərinin açıqlanması. 

Tədqiqatın  obyekti.Respublikamızda  fəaliyyət  göstərən  büdcədənkənar 

fondlar, predmetini isə bu fondların  formalaşması problemlərinin öyrənilməsi təşkil 

edir. 


 

Tədqiqat  işinin  informasiya  bazası.  Dissertasiya  işində  informasiya  bazası 

kimi  Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin,  DSMF,  ADNF, 

Beynəlxalq Valyuta Fondunun, Vergilər Nazirliyinin,  qtisadi  nkişaf Nazirliyinin 

məlumatlarından,  Azərbaycan və  xarici dövlətlərin  dövrü  mətbuatının  təhlili üzrə 

məqalələrdən və internet materiallarından istifadə edilmişdir. 

ş

in  quruluşu  və  həcmi.  Dissertasiya  işi  giriş,  üç  fəsil,  nəticə  və  istifadə 

edilmiş ədəbiyyat siyasından ibarətdir. 

 


 

IFƏSIL. BÜDCƏDƏNKƏNAR   FONDLARIN   NƏZƏR   ƏSASLARI 

 

1.1.

  Büdcədənkənar fondlar - maliyyə sisteminin  həlqəsi kimi. 

 

Maliyyənin  elmi  anlayış  kimi  çox  uzun  tarixi  olmasma  baxmayaraq,  onun 

mahiyyəti hələ tam açılmamışdır.Cəmiyyətin inkişafında maliyyənin rolu artdıqca 

və iqtisadiyyatın müxtəlif sahələrini əhatə etdikcə iqtisadçı və maliyyəçilər arasında 

maliyyənin  mahiyyəti  və  funksiyalan  haqqında  müxtəlif  baxışlar  formalaşmağa 

başlamış,  yeni-yeni  fıkirlər  səslənmişdir.Maliyyə  barəsində  ən  mübahisəli 

məsələlərdən  biri  maliyyənin  iqtisadi  təbiəti  və  maliyyə  münasibətlərinin  əhatə 

dairəsidir.Bir sıra maliyyəçi-alimlər belə hesab edirlər ki, maliyyə təkrar istehsalın 

ikinci  mərhələsi  olan  bölgü  və  yenidən  bölgü  mərhələsində  meydana  çıxır.Yəni 

maliyyənin mahiyyəti ictimai məhsulun dəyərinin bölgüsü və yenidən bölgüsü ilə 

bağlıdır.Digər qrup iqtisadçılar isə ümumiyyətlə maliyyəyə təkrar istehsal anlayışı 

kimi  baxırlar.Bu  qrup  maliyyəçilər  həmçinin  maliyyənin  əsasını  mübadilə 

mərhələsində meydana çıxan pul münasibətlərində görürlər. 

Məlum  olduğıı  kimi,  bölgü  və  mübadilə  özünəməxsus,  xüsusi  iqtisadi  ifadə 

formaları  olmaqla  təkrar  istehsalın  müxtəlif  mərhələlərini  təşkil  edir.Ona  görə  də 

maliyyənin  mahiyyətini  təkrar  istehsalın  müxtəlif  mərhələlərində  meydana  çıxan 

münasibətlərlə  bağlamaq  qeyri-mümkündür.Maliyyənin  mahiyyətini  alqı-satqı 

fəaliyyətləri  üçün  əsas  olan  və  əmtəə  dövriyyəsi  prosesində  meydana  çıxan  milli 

məhsulun dəyərinin pul formasında bölgüsü ilə bağlamaq daha düzgün olar. 

Maliyyə  anlayışı  pul  münasibətlərini  ifadə  etməsinə  baxmayaraq,  o  heç  də 

bütün  pul  münasibətlərini  əhatə  etmir.Pul  münasibətləri  maliyyə  münasibətlərinə 

nisbətən  daha  geniş  anlayışdır.Hazırki  şəraitdə  hər  bir  cəmiyyətdə  bir  sıra  pul 

münasibətləri fəaliyyət göstərir. Bunlara aiddir: dövlətlə müəssisələr, dövlətlə əhali, 

ayrı-ayrı  müəssisələr,  müəssisələrlə  əhali,  ayrı-ayrı  müəssisələr  arasında  olan  pul 

münasibətləri.  Maliyyə  müasir  cəmiyyətin  inkişafının  mühüm  elementlərindən 

biridir. Bu anlayış qədim latın sözü olub, "fınancia" sözündən götürülmüşdür, hərfı 

mənası pul tədiyyəsi deməkdir. Maliyyə ilk dəfə olaraq pul tədiyyəsi anlayışı kimi


 

XII-XV  əsrlərdə  taliyada  tətbiq  olunmağa  başlanmışdır.Sonralar  bu  anlayış 



tədriclə bütün dünyada istifadə olunmağa başlamış və beynəlxalq status almışdır. 

Maliyyə  münasibətlərini  digər  pul  münəsibətlərindən  fərqləndirən  bir  sıra 

xüsusi elementlər vardır: 

• 

Maliyyə münasibətləri bölgü xarakteri daşıyır, yəni ümumi milli məhsulun 



və milli gəlirin bölgüsü və yenidən bölgüsü ilə əlaqədardır. 

• 

Maliyyə  münasibətləri  bilavasitə  dövlətlə  əlaqədardır,  yəni  imperativ 



xarakter  daşıyır.  Maliyyə  münasibətləri  yalnız  dövlətlə  əlaqədar  formalaşan 

imperativ pul münasibətlərini özündə əks etdirir. 

• 

Maliyyə  münasibətləri  pul  fondlarının  yaradılması  və  istifadəsi  ilə 



ə

laqədardır.  Onlar  bu  və  ya  digər  səviyyələrdə  (dövlət,  müəssisə,  təşkilat)  pul 

fondlarının  yaradılması  və  istifadəsi  ilə  əlaqədardır.  Onlar  bu  və  ya  digər 

səviyyələrdə  (dövlət,  müəssisə,  təşkilat)  pul  fondlarının  yaradılması  və  iqtisadi 

münasibətləri sistemini ifadə edir. 

Bu  münasibətlərin  hər  üçünə  uyğun  olan  pul  münasibətləri  maliyyə 

münasibətlərinə aiddir.Yuxarıdakı təhlil göstərir ki, maliyyə iqtisadi münasibətləri 

ifadə  edir  və  deməli,  iqtisadi  bazisin  tərkibinə  daxildir.Bir  sıra  iqtisadçılar 

maliyyənin üstqurumunu (ideoloği münasibətlər və mənəvi - siyasət, hüquq, əxlaq, 

fəlsəfə, 

incəsənət 

və 


s.münasibətlərin 

məcmunu) 

elementi 

kimi 


qiymətləndirirlər.Lakin  o  iqtisadi  münasibətləri  ifadə  etdiyinə  görə  bu  fikirlə 

razılaşmaq olmaz.Maliyyə iqtisadi bazisin elementidir və iqtisadi kateqoriya kimi 

çıxış  edir.Çünki hər şeydən  əvvəl o  istehsal  münasibətlərinin müəyyən  tərəflərini 

universal və mücərrəd formada ifadə edir, tarixi səciyyə daşıyır. 

Maliyyənin  mahiyyətinin  müəyyən  olunması  zamanı  da  iqtisadçılar  arasında 

böyük  fıkir  ayrılığı  yaranır.Onlardan  bəziləri  maliyyənin  bölgü  keteqoriyası, 

digərləri  istehsal  kateqoriyası,  üçüncü  qrup  isə  geniş  təkrar  istehsal  kateqoriyası 

kimi  qiymətləndirirlər.Məlum  olduğu  kimi  geniş  təkrar  istehsal  4  mərhələdən 

ibarətdir: stehsal  -  Bölgü  -  Mübadilə  -  stehlak.Hər  bir  mərhələnin  özünəməxsus 

aləti  və  obyektləri  var.  nsanlar  həmin  alətlər  vasitəsilə  obyektə  təsir  göstərir  və 

həmin  mərhələlər  həyata  keçirilir.Məsələn,  əsas  fondlar  vasitəsilə  insan  şüurlu 


 

surətdə dövriyyə fondlarına təsir göstərir və beləliklə istehsal alınır.Dəyər bölgüsü 



zamanı insanlar maliyyə vasitəsilə ümumi milli məhsulun dəyərinə təsir göstərir və 

bölgü alınır.Bu arqumentlərlə sübut etmək olur ki, maliyyə bölgü kateqoriyasıdır, 

geniş təkrar istehsalın mərhələlərinin yalmz dəyər bölgüsü hissəsində iştirak edir. O 

nə istehsal, nə mübadilə, nə də istehlakda birbaşa iştirak edə bilməz və yalnız bölgü 

vasitəsilə onlara təsir göstərir. Beləliklə, maliyyəyə belə tərif vermək olar: maliyyə 

pul  fondlarının  yaradılması  və  istifadəsi  ilə  əlaqədar  olan  pul-bölgü 

münasibətlorinin məcmusuna deyilir. 

Maliyyənin  bölüşdürücü  xarakterini  qeyd  edən  alimlər,  maliyyənintəkrar 

istehsal anlayışı olması fıkrini inkar etmirlər.Maliyyənin meydana gəlməsinin və öz 

funksiyalarını  yerinə  yetirilməsinin  təkrar  istehsahn  ikinci  mərhələsi  ilə  bağlı 

olmasından danışarkən maliyyə münasibətlərinin yerini və əhatə dairəsini, onların 

iqtisadi münasibətlər sistemində özünəməxsusluğunu və təsir istiqamətlərini qeyd 

etmək  lazım  gəlir.Maliyyə  münasibətləri  istehsal  mıinasibətlərinin  mühüm  tərkib 

hissəsidir. 

Maliyyədə  mübahisəli  məsələlərdən  biri  də  maliyyənin  iqtisadi  anlayış  kimi 

özünəməxsusluğunu  müəyyən  edən  baxışlarla  bağlıdır.Mübahisələr  əsasən 

maliyyənin  iqtisadi  sistemdə  hakim  mövqeyi  barəsindədir."Hakim  rol"  anlayışını 

alimlər  müxtəlif  baxımından  qəbul  edirlər.Bəziləri  anlayışm  mahiyyətini dövlətin 

maliyyə münasibətlərinin təşkilində fəal rol oynamasında görürlər.Digərləri isə bu 

hakimliyin maliyyənin fəaliyyətinin nəticəsindən asılı olduğunu israr edirlər.Lakin 

bütün bunlarla əlaqədar onu qeyd edək ki, maliyyə münasibətləri obyektiv xarakter 

daşıyır.Maliyyə  münasibətlərinin  meydana  çıxması  formaları  həmişə  subyectlərin 

fəaliyyətinə təsir göstərir və onlann fəaliyyətini təşkil edir.Ona görə də hakimlilik 

adı altında, dövlətin maliyyə münasibətlərinin təşkilinə yönəlmiş taktiki fəaliyyəti 

başa düşülürsə, onda belə bir anlayışın istifadəsinə heç bir ehtiyac qalmır.

Umumiyyətlə,  maliyyənin  mahiyyətindən  danışarkən  onun  funksiyaları 

haqqında məlumat vermək zəruridir.Maliyyəninfunksıyaıarı haqqında  mübahisəli 

məsələlər mövcuddur. Bir çox iştirakçılar belə hesab edirlər ki, maliyyə ancaq iki 

funksiya-bölgü  və  nəzarət  funksiyalarını  yerinə  yetirir.  Bununla  belə,  iqtisadi 


 

ə



dəbiyyatlarda da maliyyənin istehsal, stimullaşdırıcı, tənzimləyici, idarəedici və s. 

funksiyaları da göstərilir. Heç bir şübhə yoxdur ki, maliyyə ictimai təkrar istehsalda 

çox vacib rol oynayır. Maliyyənin köməyi ilə istehsal amillərinin səmərəli istifadə 

olunmasmın stimullaşdırılması, qiymətlərin uyğunluğunun tənzimlənməsi, iqtisadi 

sabitlik  şəraitinin  təmin  edilməsi  və  s.  məsələlər  həllini  tapa  bilər.  Nəzərə  almaq 

lazımdır  ki,  funksiya  iqtisadi  anlayışların  özünün  mahiyyətinin  ifadə  edilməsi 

vasitəsidir.Əslində,  maliyyə  bir  kateqoriya  kimi,  pul  fondlannın  yaradılması  və 

istifadəsi  gəlirlərin  meydana  gəlməsi  ilə  əlaqədar  olan  bölgü  münasibətləri  kimi 

təqdim  edilir.Ancaq  eyni  zamanda  maliyyənin  funksiyalar  vasitəsilə  istehsal 

fondlarının  səmərəli  istifadəsi,  istehsalın  qiymət  strukturu  tənzimlənir  və  daha 

doğrusu,  maliyyə  funksiyalannın  istiqamətləndiyi  obyektlər  stimullaşdırılır, 

tənzimlənir və möhkəmlənir.Bəzi iqtisadçılar isə hesab edirlər ki, maliyyə əsasən üç 

fiınksiya - pul fondlarının formalaşdırılması (pul gəlirləri), pul fondlarının (gəlirləri) 

istifadə  olunması  və  nəzarət  funksiyalarını  yerinə  yetirir. lk  iki  funksiya  maliyyə 

anlayışı müstəqil funksiyaları kimi deyil, daha çox maliyyənin bölgü funksiyalarınm 

reallaşdırılması  mexanizmi  kimi  özünü  göstərir.Göründüyii  kimi,  maliyyənin 

mahiyyəti  və  funksiyaları  haqqında  müxtəlif  baxışlar  mövcuddur.Ona  görə  də 

maliyyənin mahiyyəti və funksiyaları ilə bağlı problemlərin nəzəri baxımdan daha 

dərindən işlənməsinə çox böyük ehtiyac var. Maliyyənin iqtisadi təbiəti haqqında 

zəngin biliyin olması onun təsərrüfat həyatında ən yaxşı vasitələrlə istifadəsinəşərait 

yaradır. qtisadi münasibətlər sistemində maliyyənin yerinin və  rolunun tam aydın 

olması  qeyd  edilən  məsələnin  müsbət  həllindən  çox  asılıdır.  Azərbaycan 

Respublikasının  dövlət  maliyyəsinin  tərkibinə  aşağıdakı  maliyyə  münasibətləri 

daxildir: dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət krediti, və dövlət mülkiyyət 

formalarında  olan  müəssisələrin  maliyyəsi.Yuxarıda  göstərilən  maliyyə 

münasibətlərini iki iriləşdirilmiş qrupa bölmək olar. Makrosəviyyədə geniş təkrar 

istehsahn  tələblərini  təmin  edən  dövlət  maliyyəsi.Mikrosəviyyədə  geniş  təkrar 

istehsal  prosesini  pul  vəsaitləri  ilə  təmin  edən  təsərrüfat  subyektlərinin 

maliyyəsi.Maliyyə  sisteminin  bir  sıra  həlqələrə  bölünməsi  bu həlqələrin  hər  birin 

yerinə yetirdiyi vəzifələrin fərqli olmasından, həm də mərkəzləşdirilmiş və qeyri- 



 

mərkəzləşdirilmiş  pul  vəsaiti  fondlarımn  təşkili  və  istifadəsi  metodlarının 



müxtəlifliyindən  irəli  gəlir.  Dövlətin  mərkəzləşdirilmiş  pul  resursları  fondları  adi 

istehsalda yaradılan milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi yolu ilə 

yaradılır.  Dövlətin  iqtisadi  və  sosial  sahələrdə  yerinə  yetirdiyi  rolun  vacibliyi 

maliyyə  resurslarının  mühüm  hissəsinin  onun  əlində  cəmləşdirilməsini, 

mərkəzləşdirilməsini  zəruri  edir.  Bu  resurslardan  istifadə  forması  isə  dövlətin 

iqtisadi, siyasi və sosial vəzifələrini yerinə  yetirməsi təlabatını təmin edən dövlət 

büdcəsi  və  büdcədənkənar  fondlardır.Maliyyə  həlqələrinin  fəaliyyət  dairələrinin, 

yaranma  və  istifadə  formalarının  fərqli  olmasına  baxmayaraq  Azərbaycan 

Respublikasında  vahid  maliyyə  sistemi  mövcuddur.  Çünki  bütün  maliyyə 

həlqələrinin resurslarının mənbəyi eynidir.Vahid maliyyə sisteminin əsası təsərrüfat 

subyektlərinin  maliyyəsidir,  çünki  onlar  bilavasitə  maddi-istehsal  prosesinin 

iştirakçısı  və  yeni  dəyərin  yaradıcılarıdır.  Mərkəzləşdirilmiş  dövlət  pul  vəsaitləri 

fondunun mənbəyi isə maddi istehsal sahələrində yaradılan milli gəlirdir. 

Dövlət  maliyyəsi  maliyyə  sistemində  aparıcı  rol  oynayır  və  onun  iki  əsas 

vəzifəsi var: 

Iqtisadiyyatın  bütün  sahələrində  müəyyən  olunmuş  inkişaf  tempini  təmin 

etmək.Maliyyə resurslarının iqtisadiyyatın sahələri, ölkənin regionları, istehsal və 

qeyri-istehsal  sahələri,  mülkiyyət  formaları,  əhalinin  ayrı-ayrı  qrupları  arasında 

yenidən bölüşdürlməsi. 

Maliyyə sisteminin əsas həlqələrinin qarşılıqlı əlaqələri və bir-birindən asılılığı 

maliyyənin mahiyyəti ilə şərtlənir. Müxtəlif mülkiyyət formasında olan təssərüfat 

subyektlərinin  maliyyəsi  ölkənin  vahid  maliyyə  sisteminin  əsası  olmaqla  ictimai 

məhsulun  və  milli  gəlirin  yaradılması  və  bölüşdürülməsinə  xidmət  edir. 

Mərkəzləşdirilmiş  pul  fondlanmn  maliyyə  vəsaiti  ilə  təmin  edilməsi  təsərrüfat 

subyektlərinin  maliyyə  vəziyyətindən  asılıdır.  Maliyyə  resurslarmdan  səmərəli 

ıstifadə  yalnız  dövlətin  aktiv  maliyyə  siyasəti  əsasında  mümkündür.  Dövlət 

maliyyəsi  təsərrüfat  subyektəlirin  maliyyəsi  ilə  üzvü  surətdə  əlaqədardır.  Bir 

tərəfdən  ümumdövlət  maliyyəsinin  əsas  həlqəsi  olan  dövlət  büdcəsinin  mənbəyi 

maddi istehsalda yaradılan milli gəlirdir. Digər tərəfdən geniş təkrar istehsal prosesi 


 

təkcə müəssisələrin xususi vəsaiti hesabına deyil, həm də büdcə təxsisatları və bank 



kreditindən  istifadə  formasında  ümumdövlət  pul  vəsaitləri  fondundan 

maliyyələşdirilr.  Müəssisənin  xüsusi  vəsaiti  çatmadıqda  o  pay  haqları  əsasında 

səhmdar kapitalı, yaxud qiymətli kağızlarla əməliyyatlar şəklində borc vəsaitlərin 

bu işə cəlb edə bilər.



10 

 

1.2.Büdcədənkənar fondların mahiyyəti və təşkili formaları 



Bildiyimiz  kimi,  Azərbaycaın  Respublikasında  dövlət  maliyyəsinin  mühüm 

həlqələrindən  biri  də  büdcədənkənar  fondlardır.  Bu  fondlar  bazarla  tənzimlənən 

iqtisadiyyata  keçid  dövründə  təşəkkül  tapmağa  başlamışdır.  Bu  fondlarm  bəziləri 

ə

vvəllər büdcə vəsaiti hesabına yaradılırdı. 



Büdcədənkənar  fondlar  dövlət  maliyyəsinin  tərkib  hissəsidir.  Büdcədənkənar 

fondlar - əhalinin müəyyən sosial qruplarının xeyrinə dövlət tərəfindən milli gəlirin 

yenidən  bölgüsü  metodudur.Azərbaycan  Respublikasında  hal-hazırda  aşağıdakı 

mühüm büdcədənkənar fondlar mövcuddur: 

Dövlət Sosial Müdafıə Fondu; 



Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafıə Fondu 

Dövlət Büdcəsinin Ehtiyat Fondu; 



AR Prezidentinin Ehtiyat Fondu; 

Dövlət Neft Fondu; 



Digər məqsədli fondlar (innovasiya fondları, ətraf mühitin qorunması fondu, 

təbiəti mühafizə fondları və s.) 

stənilən  səviyyədə  yaradılmış  büdcədənkənar  fondun  əsas  təyinatı  xüsusi 

məqsədli  ayırmalar  və  sair  mənbələr  hesabına  ayrı-ayrı  tədbirlərin 

maliyyələşdirilməsidir. Burada vəsait yalnız qabaqcadan nəzərdə tutulmuş məqsədə 

yönəldilə  bilər.  Büdcədənkənar  fondlar  idarəetmə  səviyyəsinə  və  funksional 

məqsədli  təyinatma  görə  iqtisadi,  sosial  və  təbiəti  mühafizə  xarakterli  fondlara 

bölünürlər.  darəetmə səviyyəsinə görə ümumdövlət., respublika, muxtar respublika 

və rayon əhəmiyyətli (bəzən regional) fondlar mövcuddur. 



Büdcədənkənar fondların təsnifatı 

Sxem 

 

 

 

 

 

Büdcədənkənar fondların 

funksional məqsədli təyinatı 

       İqtisadi 

Sosial 

Təbiəti mühafizə 



xarakterli fondlar 

11 

 

Dövlət büdcədənkənar fondlar vasitəsilə aşağıdakı vəzifələri həyata keçirilir: 



ə

halinin sosial müdafıəsi; 



ə

halinin həyat səviyyəsinin yüksəldilməsi; 



ə

halinin sağlamlığının qorunması; 



işsiz əhalinin sosial müdafıəsi; 

ə

haliyə sosial xidmətlərin göstərilməsi. 



"Büdcə  sistemi  haqqında"  Azərbaycan  Respublikasımn  Qanununda 

büdcədənkənar  dövlət  fondları  qanunvericiliyə  uyğun  olaraq  dövlət  tərəfındən 

hüquqi şəxs qisnıində təsis edilmiş və dövlət büdcəsində kənar, müstəqil büdcəyə 

malik olan məqsədli maliyyə fondudur. Başqa sözlə, büdcədənkənar dövlət fondları 

dövlət büdcəsindən və Azərbaycan Respublikası subyektlərinin büdcələrindən kənar 

yaradılan, vətəndaşlarm konstitııtsiya hüquqlarımn təmin edilməsi, iqtisadi və sosial 

xarakterli  bəzi  tələblərinin  ödənilməsi  üçün  müəyyən  edilmiş  pul  vəsaitləri 

fondlarıdır. 

Büdcədənkənar 

fondlar 


milli 

gəlirin 


yenidən 

bölüşdürülməsiformalarından biri olub maliyyə münasibətlərinin tərkib hissəsi kimi 

çıxış  edir.  Büdcədənkənar  fondlar  Azərbaycan  Respııblikası  qanunvericiliyi 

ə

sasında yaradılır, müstəqil hüquqi şəxs hesab olunur və büdcə sistemi ilə heç bir 



ə

laqəsi  yoxdur.  Lakin  Maliyyə  Nazirliyinin  xüsusi  qərarı  ilə  əlahiddə  hal  kimi 

Azərbaycan  Respublikasmda  büdcədənkənar  fondların  vəsaiti  dövlət  büdcəsinin 

tərkibinə  daxil  edilmiş  və  xəzinədarlıq  sistemi  onun  istifadəsinə  nəzarət  edir. 

Büdcədənkənar fondların fəaliyyəti xüsusi dövlət aktları ilə reqlamentləşdirilir. Bu 

qanunlarda  onların  yaradılması  mənbələri,  pul  fondlarının  təşkili  və  istifadəsi 

qaydaları göstərilir. 

 

 



 

 

 

 

 

 

12 

 

Sxem 



Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə