Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 262,06 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix21.04.2017
ölçüsü262,06 Kb.
#15224
  1   2   3

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

E-mail: serqqapisi@nakhchivan.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 211 (20.616)

7 noyabr 2012-ci il, çərşənbə

    Naxçıvan  Muxtar  Respublikası  İqtisadi  İnkişaf

Nazirliyinin  və  GS1  (Qlobal  Sistem  1)  Azərbaycan

Cəmiyyətinin  təşkilatçılığı  ilə  keçirilən,  muxtar  res-

publikadan 70-dən çox sahibkarın iştirak etdiyi tədbirdə

“Avtomatik identifikasiya texnologiyaları iqtisadiyyatın

real sektorunda” mövzusu müzakirə edilib.

    Tədbirdə Naxçıvan Muxtar Respublikası  iqtisadi

inkişaf nazirinin müavini Anar Seyidov və GS1 Azər-

baycan Cəmiyyətinin Baş direktoru Vəfa Əliyev çıxış

edərək tədbirin məqsəd və mahiyyətindən danışıblar.

    Əvvəlcə, GS1 beynəlxalq sistemin strukturu haqqında

məlumat verilib və GS1-in fəaliyyəti ilə bağlı video-

təqdimat olub.

    GS1  Azərbaycan  Cəmiyyətinin  icraçı  direktoru

Nigar  Nəzərova  ştrixkod  ilə  malların  nömrələnməsi

və markalanması, əmtəə məhsullarının identifikasiyası

üçün  ştrixkod  simvolikaların  növləri,  bağlamaların

üzərində ştrixkodların yerləşdirilmə qaydaları, ştrix-

kodların  rəng  palitrası,  ölçüləri,  etiketlərin  çapı  və

markalanması  zamanı  tipik  səhvlər  haqqında  ətraflı

məlumat  verib.  Həmçinin  ştrixkod  nümunələrindən

istifadə qaydaları əyani şəkildə izah olunub.

Qeyd edilib ki, 1999-cu il may ayının 11-də Berlində

EAN-International (hal-hazırda GS1 adlanan) Asso-

siasiyasının  Baş Assambleyasında  GS1 Azərbaycan

Cəmiyyəti yekdilliklə bu təşkilata üzv qəbul olunub

və  ölkəmizə  476  prefiksi  ayrılıb.  Bu  prefiks  GS1

Azərbaycan  Cəmiyyətinə  respublika  üzrə  məlumat

bankının yaradılmasına imkan verir. GS1 Azərbaycan

Cəmiyyəti ölkəmizdə Beynəlxalq Assosiasiyanın üzvü

kimi  çıxış  edən,  müəssisələrin  beynəlxalq  sistemdə

qeydiyyatını təmin edən və onlara müvafiq nömrələr

vermək səlahiyyəti olan yeganə təşkilatdır. Bu təşkilat

respublika  iqtisadiyyatının  inkişafına  və  tərəqqisinə

kömək  göstərilməsi  zəminində  vətəndaşların  öz  ira-

dələrini  sərbəst  ifadə  etməsi  nəticəsində  yaradılıb.

Cəmiyyətin  əsas  məqsədi  Azərbaycanda  əmtəələrin

və  xidmətlərin  beynəlxalq  avtomatik  identifikasiya

sistemində  təbliğatı  və  həyata  keçirilməsidir.  GS1

Azərbaycan Cəmiyyəti GS1 Beynəlxalq Assosiasiya-

sının  tamhüquqlu  üzvüdür  və Azərbaycan  müəssisə

və təşkilatlarının maraqlarını qoruyur. Bundan başqa,

bu təşkilat  GS1 beynəlxalq sistemin milli səviyyədə

istifadəsini və inkişafını təmin edir, müəssisələri bey-

nəlxalq sistemdə qeydiyyata alır, onlara müvafiq iden-

tifikasiya nömrələri ayırır.

GS1 Azərbaycan Cəmiyyəti nümayəndələrinin

muxtar respublika sahibkarları ilə görüşü olub

    Naxçıvan Regional Peşə Tədris

Mərkəzində Azərbaycanda ilk dəfə

olaraq fotoqrafiya kursu təşkil olu-

nub. Noyabrın 1-dən başlayan kurs

iki ay davam edəcək. Noyabr ayında

müdavimlərə fotoqraflıq sənəti nə-

zəri cəhətdən tədris olunacaq. Daha

sonra  isə  kurs  iştirakçıları  öyrən-

diklərini praktik olaraq tətbiq edə-

cək, fotoçəkimlərdə iştirak edəcəklər.

Müdavimlər ingilis dili dərsləri alır,

fotoqrafiya ilə bağlı beynəlxalq ter-

minləri və kütləvi informasiya va-

sitələri haqqında Azərbaycan Res-

publikasının Qanununu da

öyrənirlər. Dərslər qurtar-

dıqdan  sonra  imtahanlar-

dan  müvəffəqiyyətlə  ke-

çənlərə  sertifikatlar  veri-

ləcək. Kursa həvəskar fo-

toqraflarla bərabər, muxtar

respublikamızın mətbu or-

qanlarının  fotomüxbirləri

də cəlb edilib. Məqsəd on-

ların təcrübələrinin və peşəkarlıq-

larının artırılmasıdır. 

    Məlumat üçün qeyd edək ki, fo-

toqrafiya  ilə  bağlı  dərsləri  Azər-

baycan  Fotoqraflar  Birliyi  İdarə

Heyətinin sədri, tanınmış fotoqraf

Mirnaib Həsənoğlu tədris edir.



Xəbərlər şöbəsi

Həvəskar fotoqraflar üçün kurs təşkil edilib

    Naxçıvan  Muxtar  Respublikası



Vergilər  Nazirliyinin  mətbuat  xid-

mətindən aldığımız məlumata görə,

2012-ci ilin ilk 10 ayı ərzində Nax-

çıvan Muxtar Respublikası  Vergilər

Nazirliyi və onun yerli vergi orqanları

tərəfindən operativ nəzarətin əhatə

funksiyalarına daxil olan məsələlər

üzrə 268 vergi ödəyicisində qanun-

vericiliyin pozulması faktları aşkar

edilib, müvafiq tədbirlər görülüb.

    Həyata keçirilən operativ nəzarət

tədbirləri zamanı 74 vergi ödəyicisi

tərəfindən əhali ilə nağd hesablaş-

maların aparılması qaydalarının po-

zulması, 68 vergi ödəyicisi tərəfin-

dən  xarici  valyuta  məbləğlərinin

ödəniş vasitəsi kimi qəbul edilməsi

və valyuta sərvətlərinin ticarət, iaşə

və xidmət müəssisələrində qanun-

vericiliklə müəyyən edilmiş qaydalar

pozulmaqla  alınıb-satılması  və  ya

dəyişdirilməsi, 6 vergi ödəyicisində

19 nəfər fiziki şəxsin əmək müqa-

viləsi bağlamadan işə qəbul edilməsi

faktları aşkarlanıb.

    Operativ vergi nəzarəti tədbirləri

zamanı 33 vergi ödəyicisinin “Fərq-

lənmə  nişanı”  olmadan  avtomobil

nəqliyyatı ilə sərnişin daşıması, 41

vergi ödəyicisinin xüsusi razılıq (li-

senziya) tələb olunan fəaliyyət növləri

ilə belə razılıq (lisenziya) olmadan

məşğul olması, 26 vergi ödəyicisində

isə aksiz markası olmadan alkoqollu

içki  və  tütün  məmulatlarının  satışı

faktları aşkar edilib. Vergi orqanla-

rında  uçotda  durmadan  fəaliyyət

göstərən şəxslərin aşkar edilməsi ilə

bağlı  həyata  keçirilən  nəzarət  təd-

birləri  zamanı  20  şəxsin  vergi  or-

qanlarında uçotda durmadan fəaliyyət

göstərdiyi müəyyənləşdirilib. 

    Qeyd  olunan  dövr  ərzində  202

obyektdə nəzarət-kassa aparatlarının

quraşdırılması təmin edilib. 

    2012-ci ilin ilk 10 ayında vergi-

dənyayınma və dövriyyənin gizlə-

dilməsi  hallarına  qarşı  mübarizə

məqsədilə  98  vergi  ödəyicisində

xronometraj metodu ilə müşahidələr

aparılıb,  müşahidələr  zamanı  mü-

şahidəyədək olan dövriyyələrlə mü-

qayisədə 108013.5 manat dövriyyə

artımına nail olunub.

    Operativ vergi nəzarəti tədbirləri

mütəmadi olaraq davam etdirilir. 

Operativ vergi nəzarəti tədbirləri gücləndirilir

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  noyabrın  6-da  Beynəlxalq  Tele-

kommunikasiya İttifaqının Baş katibi Hamadun Tureni qəbul etmişdir.

Beynəlxalq  Telekommunikasiya  İttifaqının  Baş  katibi  Hamadun  Ture  2003-cü  ildən

başlayaraq Azərbaycana  səfərlər  etdiyini  və  hər  gəlişi  zamanı  ölkəmizdə  böyük  inkişafın

şahidi  olduğunu  vurğuladı.  Prezident  İlham  Əliyevin  Beynəlxalq  Telekommunikasiya

İttifaqının  Cenevrə  Sammitində  iştirakını  və  o  vaxtlar  dövlət  başçısının  “qara  qızılı  insan

kapitalına çevirəcəyəm” sözlərini xatırlayan qonaq həmin fikirlərin bu gün artıq reallığa çev-

rildiyini  qeyd  etdi.  Hamadun  Ture  VII  İnternet  İdarəçilik  Forumunun  yüksək  səviyyədə

təşkil olunduğunu dedi. O, ölkəmizlə rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlığı daha da

genişləndirməyin önəmini vurğuladı. 

Dövlətimizin başçısı son 9 ildə Azərbaycanın qeyri-neft sektorunda, o cümlədən informasiya

və  kommunikasiya  texnologiyaları  sahəsində  böyük  uğurlar  əldə  etdiyini  vurğuladı.  VII

İnternet  İdarəçilik  Forumunun  Bakıda  keçirilməsinin  əhəmiyyətini  qeyd  edən  Prezident

İlham Əliyev bunu Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə ölkəmizdə görülən

işlərə verdiyi qiymətin göstəricisi kimi dəyərləndirdi.

*    *    *

Noyabrın  6-da  Bakı  Sərgi  Mərkəzində  “BakuTel-2012”  XVIII  Azərbaycan  Beynəlxalq  Telekommunikasiya  və  İnformasiya  Texnologiyaları  Sərgisi  açılmışdır.  Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olmuşlar. 

Rəsmi xronika

    Muxtar  respublika  əhalisi  ara-

sında  profilaktik  tədbirlərin  ke -

çirilməsini daim diqqət mərkəzində

saxlayan tibb müəssisələrindən biri

də Naxçıvan Muxtar Respublikası

Onkoloji Mərkəzidir. 2009-cu ildə

yeni  binaya  köçürülən  mərkəzdə

onkoloji  xəstəliklərin  müayinə  və

müalicəsi  üçün  lazımi  şərait  ya -

radılıb.  Mərkəzdə  stasionar  rent -

genoqrafiya və rəqəmsal mammo -

qrafiya aparatları quraşdırılıb. Bu-

rada həmçinin histoloji və sitoloji

laboratoriya fəaliyyət göstərir. Məhz

buna  görə  də  istənilən  onkoloji

xəstə liyin müayinəsi yüksək səviy-

yədə həyata keçirilir. Belə tədbirlərdə

yüksək ixtisaslı həkimlərin iştirakı

artıq mütəmadi xarakter daşıyır.

    Noyabrın 6-da Azərbaycan Res-

publikası Milli Onkologiya Mərkə-

zinin 9 nəfərdən ibarət mütəxəssi-

sinin Naxçıvan Muxtar Respublikası

Onkoloji Mərkəzində olması həmin

tədbirlərin  davamıdır.  Azərbaycan

Respublikasının baş onkoloqu Azad

Kərimlinin rəhbərlik etdiyi heyətin

səfərində  məqsəd  onkoloji  xəstə-

liklərdən  əziyyət  çəkənləri  tibbi

müayinədən keçirmək və müalicə-

lərinə kömək etməkdən ibarət idi.

    İkigünlük səfər çərçivəsində on-

koloq, mammoloq, mamoqraf, rent-

genoqraf, ginekoloq həkimlər tərə-

findən, ümumilikdə, 274 xəstə müa-

yinə  olunmuş,  xəstələr  həmçinin

ultrasəs, elektrokardioqrafiya müa-

yinələrindən  keçirilmiş,müvafiq

tibbi təyinatlar almışlar.

    Müayinə olunmuş xəstələr belə

tədbirləri dövlətin əhalinin sağlam-

lığına  göstərilən  qayğının  ifadəsi

kimi  dəyərləndirmiş  və  öz  min -

nətdarlıqlarını bildirmişlər.

Yüksək ixtisaslı həkimlər onkoloji xəstələri 

müayinədən keçirmişlər

    Dünən Akademik Həsən Əliyev

adına “Araz” Elm-İstehsalat Birli-

yində  bu  mövzuda  tarla-seminar

müşavirəsi keçirilib. Naxçıvan Mux-

tar  Respublikası  Kənd  Təsərrüfatı

Nazirliyi əməkdaşlarının, nazirliyin

strukturuna daxil olan təşkilatların

mütəxəssislərinin, bələdiyyə nüma-

yəndələrinin və fermerlərin iştirak

etdikləri müşavirəni birliyin direk-

toru Bəhruz Bayramov açaraq təd-

birin mahiyyətindən danışıb. Qeyd

olunub ki, su itkisi və su məsrəfinin

qarşısını  almaq,  taxıl  zəmilərində

suvarılmamış tala sahələrin qalma-

ması üçün şırım üsulu taxılçılıqda

daha səmərəli üsullardandır. Həm-

çinin bu üsulla əkin taxılı qış şax-

talarından daha etibarlı şəkildə qo-

ruyur  və  əkinlər  quraqlığa  qarşı

daha dayanıqlı olur. Məhsuldarlığın

yüksək  olmasında  da  şırım  üsulu

xeyli əlverişlidir.

    Mövzu ətrafında nazirliyin əmək-

daşı Xaliq Abbasov, Layihə Axtarış

Kimyalaşdırma Stansiyasının direk-

toru  Məhəmməd  Qaybalıyev  çıxış

ediblər. Bildirilib ki, bir neçə ildir,

muxtar respublikada şırım üsulundan

istifadə  olunur.  Torpaq  mülkiyyət-

çiləri,  taxılçılıqla  məşğul  olan  fer-

merlər iqtisadi səmərəlilik baxımın-

dan bu üsulun üstünlüklərini öz təc-

rübələrindən müəyyən ediblər. Ona

görə də şırım üsulu ilə taxıl əkənlərin

sayı ilbəil artır. 

    Sonda  bələdiyyə  nümayəndələ-

rinin və fermerlərin sualları cavab-

landırılıb. 



Naxçıvan Muxtar Respublikası 

Kənd Təsərrüfatı Nazirliyinin 

mətbuat xidməti

Taxıl bitkilərinin şırım üsulu ilə 

əkilib-becərilməsi mütərəqqi üsuldur

    Mərkəzi Neftçilər Xəstəxanasının

invaziv kardioloqu, tibb üzrə fəlsəfə

doktoru Abbasəli Abbasəliyev noyabr

ayının 2-si və 3-də Naxçıvan Diaq-

nostika-Müalicə Mərkəzində olmuş-

dur. Mərkəzin həkimləri tərəfindən

son iki ay ərzində angioqrafiya əmə-

liyyatına və stend qoyulmasına eh-

tiyacı olan xəstələr müəyyən edilərək

növbəyə alınmışlar.

    Təcrübəli həkim 2 gün ərzində

9 xəstə üzərində angioqrafiya əmə-

liyyatı  aparmış,  9  xəstəyə  isə  12

stend qoymuşdur. Xəstələr birgün-

lük həkim nəzarətindən sonra evə

buraxılmışlar.

    Qeyd  etmək  lazımdır  ki,  Diaq-

nostika-Müalicə  Mərkəzində  Kar-

diocərrahiyyə şöbəsi açıldıqdan sonra

yüzlərlə xəstə üzərində angioqrafiya

əməliyyatı aparılmış, daralmış ürək

damarları balonla genişləndirilmiş,

stendlər,  kardiostimulyatorlar  qo-

yulmuş,  müxtəlif  anadangəlmə  və

qazanılmış  ürək  qüsurları  aradan

qaldırılmış, həmçinin ürəyin işemik

xəstəlikləri zamanı açıq ürək əmə-

liyyatı  yolu  ilə  xəstələrin  həyatı

xilas edilmişdir. Angioqrafiya kimi

mürəkkəb  diaqnostik  müayinə  və

laparostik əməliyyatlar mərkəzin öz

həkimləri  tərəfindən  də  müvəffə-

qiyyətlə aparılmaqdadır.



Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin

mətbuat xidməti

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində

növbəti angioqrafiya əməliyyatları aparılıb

2

    Dünya  əhalisinin  sayının  get-

dikcə  artmasına  baxmayaraq,  bu

gün  insanlar  əvvəlki  əsrlərə  nis-

bətən  daha  yüksək  həyat  səviy-

yəsinə malikdirlər. Bəziləri düşü-

nürlər  ki,  dünyada  mövcud  olan

təbii ehtiyatların getdikcə tükən-

məsi həyat səviyyəsinin aşağı düş-

məsi ilə nəticələnəcək. Amma ha-

zırkı iqtisadiyyatı əvvəlki ilə mü-

qayisə etsək, aydın olar ki, inno-

vasiya iqtisadiyyatı şəraitində və

texnoloji  tərəqqi  nəticəsində  is-

tehsal ehtiyatlarımız təkmilləşərək

daha qənaətcil işləyir, bərpa edilə

bilməyən  ehtiyatlar  müxtəlif  eh-

tiyatlarla əvəzlənir. 

    Dünya  iqtisadiyyatında  əldə

olunan nailiyyətlər və məhsuldar-

lığın  artması  informasiya  texno-

logiyaları və internetin sürətli in-

kişafı  ilə  əlaqələndirilir.  Bu  gün

sahibkar operativ olaraq dünyada

istehsal  edilən  yeni  məhsul  və

xidmətlər  haqqında  informasiya

alır, daha məhsuldar texnologiya-

larla tanış olur, müxtəlif yerli və

xarici müəssisələrlə virtual əlaqə

yaradaraq öz bazarını axtarır, in-

ternet vasitəsilə satış prosesini hə-

yata keçirir. Nəticədə, müstəqillik

illərinin əvvəllərində üstünlük təş-

kil edən  kommersiya sahibkarlığı

öz  yerini  istehsal  sahibkarlığına

ötürməklə  ölkənin  iqtisadi  inki-

şafına böyük töhfələr verir.

    İnsanların yaradıcılıq potensi-

allarından istifadə etmək məqsədilə

innovasiya  sahibkarlığını  inkişaf

etdirmək dövlətin qarşısında duran

prioritet vəzifələrdən biridir. Cə-

miyyətin  inkişafının  əsasını  in-

formasiya və elmi-texniki tərəqqi

təşkil  etdiyindən  dövlətin  də  so-

sial-iqtisadi siyasətinin əsasını ha-

zırkı  dövrdə  innovasiya  siyasəti

təşkil edir və bu istiqamətdə əhə-

miyyətli investisiyalar qoyularaq

müxtəlif proqram və layihələr hə-

yata keçirilir. İnnovasiya siyasəti

yeni elmi ideyaların təcrübədə tət-

biqi ilə innovasiya sahibkarlığının

inkişafı üçün geniş imkanlar açır,

müasir standartlara uyğun məhsul

istehsalını təmin etməklə iqtisadi

səmərəliliyi yüksəldir və ixrac po-

tensialını genişləndirir. 

    Bu  məqsədlə  ölkə  Prezidenti

cənab  İlham  Əliyev  tərəfindən

təsdiq edilmiş “Azərbaycan Res-

publikasında 2009-2015-ci illərdə

elmin  inkişafı  üzrə  Milli  Strate-

giya”nın  həyata  keçirilməsi  ilə

bağlı Dövlət Proqramı”nda inno-

vasiya siyasətinin aparılması, el-

min, təhsilin və istehsalın inteqra -

siyasının təmin edilməsi nəzərdə

tutulmuşdur. Bunlarla yanaşı, elmin

inkişafı  üzrə  Milli  Strategiyada

innovasiya  fəaliyyəti  infrastruk-

turunun inkişaf etdirilməsi, o cüm-

lədən texnoparklar, texnoloji mər-

kəzlər, biznes inkubatorları şəbə-

kəsinin  genişləndirilməsi  də  bir

vəzifə kimi qarşıya qoyulmuşdur.

Milli Strategiyanın həyata keçiril -

məsi ilə bağlı Dövlət Proqramının

icrasına  dair  Tədbirlər  Planında

isə  elmi-tədqiqat  işlərinin  isteh-

salata  tətbiqini  sürətləndirmək

üçün texnoparkların yaradılmasına

dair  təkliflərin  və  müvafiq  nor-

mativ-hüquqi sənədlərin hazırlan-

ması  Azərbaycan  Milli  Elmlər

Akademiyasına və digər əlaqədar

təşkilatlara  tapşırılmışdır.  Səna-

yeləşmə  sahəsində  yeni  dövrün

başlanğıcı  olaraq,  Azərbaycan

Prezidenti cənab İlham Əliyevin

Sumqayıtda və Balaxanıda sənaye

parklarının  yaradılması  ilə  bağlı

müvafiq fərman və sərəncamları

innovasiya sahibkarlığının, yüksək

texnologiyalara  əsaslanan  müəs-

sisələrin  təşkil  edilməsinə  güclü

stimul olmuşdur.

    İnnovasiya  prosesi  yeni  məh-

sulların mənimsənilməsi, buraxılan

məhsulun modernləşdirilməsi, yeni

istehsal vasitələrinin istehsal pro-

sesinə  cəlb  edilməsi,  istehsalın

təşkili və idarə olunmasının daha

mükəmməl formaları ilə əlaqəlidir.

Həyata keçirilən bu proseslər nə-

ticəsində məhsulun çeşidi təzələ-

nərək  onun  rəqabət  qabiliyyəti

artır,  nəticədə,  əhalinin  tələbatı

ödənilir,  istehsalın  səmərəliliyi

yüksəlir, məhdud resurslardan qə-

naətlə  istifadə  olunur,  istehsal

xərcləri  azalmaqla  mənfəət  artır

və  sosial-iqtisadi  inkişaf  təmin

edilir.  İnnovasiya  prosesinin  son

məqsədi  yeni  məhsulun  istehsal

qabiliyyətini yüksəltməklə kütləvi

istehsala  nail  olmaqdır.  Uğurlu

fəaliyyət nümayiş etdirmək istəyən

hər bir sahibkarın istehsala inno-

vasiyanı tətbiq etməsi vacib şərtdir.

Bunun üçün böyük çevikliyə ma-

lik  olması  ilə  məhsul  çeşidinin

durmadan təzələnməsi, istehsalda

qabaqcıl texnologiyadan istifadə

etməklə  əmək  məhsuldarlığının

və keyfiyyətin  artırılması, yerli

xammaldan istifadə edərək tədarük

xərclərinin  azaldılması  üçün  is-

tehsalın idarə edilməsinin təkmil-

ləşdirilməsi,  həmçinin  satışdan

sonrakı  xidmətin  təşkili  müəssi-

sənin  qarşısında  duran  mühüm

vəzifələrdən olmalıdır. 

    İnnovasiya iqtisadiyyatı şərai-

tində  sahibkar  daim  risk  etməyə

hazır olmalı, başqalarının edə bil-

mədiklərini əvvəlcədən görə bil-

məli, istehlakçıların etibarını qa-

zanmalı,  özünəinamlı  olmalı  və

daim yeniliklər axtarmalıdır. Onlar

daim  axtarışda  olan  işgüzar  in-

sanlar olmaqla yeni məhsulların,

texnologiyanın, biznesin yeni for-

malarını  yaradan,  yeni  ideyaları

və layihələri həyata keçirənlərdir.

Sahibkarlıq fəaliyyəti həmişə ye-

niliklə və yeniliyin tətbiqi ilə bağlı

olan  dinamik  prosesdir.  Ən  az

məsrəflə, əməyin və istehsalın təş-

kilinin ən səmərəli üsullarını tətbiq

etməklə tələbata uyğun məhsullar

istehsal etdiyi və istehlakçıya yük-

sək keyfiyyətli xidmət göstərdiyi

üçün sahibkarlıq fəaliyyəti səmərəli

təsərrüfat formasıdır. İqtisadiyyatın

dinamik  inkişafının  təmin  edil-

məsində, iqtisadi tərəqqinin daha

sürətli  xarakter  almasında  inno-

vasiya  sahibkarlığının  fəaliyyəti

əvəzedilməz əhəmiyyətə malikdir.

İnkişaf etmiş ölkələrdə elmi-texniki

tərəqqinin inkişafı məhz innovasiya

sahibkarlığı ilə bağlıdır. 

    Dünya standartlarına malik olan

texnologiya  məhsuldarlığın  əsas

amili olmaqla, işçi qüvvəsinə tə-

ləbatı azaldaraq istehsal xərclərini

aşağı salır, rəqabətədavamlı məhsul

istehsal  etməyə  şərait  yaradır  və

işçilərin başqa məhsul və xidmət

istehsal etməkdə iştirakına imkan

verir. Əhalinin həyat səviyyəsi is-

tehsal edilən  məhsul və xidmətin

həcmi ilə ölçüldüyündən bu proses

sosial-iqtisadi inkişafla nəticələnir. 

    Müasir  iqtisadi  şəraitdə  Nax-

çıvan Muxtar Respublikasında sə-

naye, kənd təsərrüfatı, tikinti, so-

sial-mədəni  və  digər  sahələrdə

yeni nəsil texnologiyaların tətbiqi

ilə keyfiyyətli məhsul və xidmət-

lərin istehsalına nail olunmuş, in-

novasiya,  modernləşmə,  müasir-

ləşmə nəticəsində davamlı və da-

yanıqlı inkişaf təmin edilmişdir. 

    Muxtar respublikada yerli sa-

hibkarlığın inkişafı istiqamətində

həyata keçirilən tədbirlərlə əlaqədar

olaraq, hər il onlarca layihələr re-

allaşdırılaraq müasir texnologiya-

larla  təmin  olunmuş  innovasiya-

yönümlü müəssisələr yaradılmışdır.

Nəticədə, xarici ticarət dövriyyə-

sinin strukturunda ciddi dəyişiklik

baş vermiş, idxalda üstünlük təşkil

edən ərzaq məhsulları öz istiqa-

mətini avadanlıq və texnologiya-

lara doğru dəyişmişdir ki, bu da

istehsalın avtomatlaşdırılması ilə

dünya  standartlarına  uyğun  ix-

racyönümlü məhsulların istehsa-

lının artmasına öz müsbət təsirini

göstərmişdir.

    İstehsala innovasiyaların tətbiqi

nəticəsində  bu  gün  muxtar  res-

publikada  30-dan  çox  ixrac  po-

tensiallı  istehsal  müəssisəsi  fəa-

liyyət göstərir. Belə müəssisələrin

artaraq səmərəli fəaliyyət göstər-

məsi nəticəsində xarici ticarət döv-

riyyəsinin  həcmi  cari  ilin  ilk  9

ayında  ötən  ilin  müvafiq  dövrü

ilə  müqayisədə    8,7  faiz  artaraq

xarici ticarət dövriyyəsi üzrə 191

milyon 519 min ABŞ dolları həc-

mində  müsbət saldo yaranmışdır.

Xarici ticarət dövriyyəsinin 19,5

faizini  idxal,  80,5  faizini  ixrac

təşkil edir.

    Sahibkarlığın inkişafı məqsədilə

həyata  keçirilən  tədbirlər  nəticə-

sində son 12 il ərzində Sahibkarlığa

Kömək Fondunun vəsaiti hesabına

1066 layihənin maliyyələşdirilmə-

sinə 86 milyon manatdan artıq gü-

zəştli  kredit  verilmişdir.  Təkcə

2012-ci ilin ilk doqquz ayında fon-

dun hesabına müasir texnologiya-

larla  təmin  olunmuş  16  istehsal

və xidmət sahəsi istifadəyə veril-

mişdir.  Hər  yeni  açılan  istehsal,

emal və xidmət müəssisəsi muxtar

respublikanın sosial-iqtisadi inkişaf

istiqamətində  qazandığı  yeni  bir

uğur hesab olunmaqla daha bir və

ya bir neçə idxal məhsuluna tələbatı

minimuma endirərək idxaldan ası-

lılığın azaldılmasına, onlarla iş ye-

rinin  açılmasına  şərait  yaradır.

Eyni zamanda milli valyutamızın

xarici ölkələrə axınının qarşısının

alınması ilə bu vəsaitlərin yenidən

dövriyyəyə  qayıtması  və  investi-

siyaya yönəldilməsi  dünya baza-

rına  uyğun  yeni  məhsul  istehsal

etməyə imkan verir. Əmtəə, xidmət

və müəssisənin rəqabətqabiliyyətli

olması, bütövlükdə, ölkənin də rə-

qabətqabiliyyətliliyini artırır. 

    Naxçıvan  Muxtar Respublikası

Ali Məclisi Sədrinin hər yeni müəs-

sisənin    açılışında  iştirak  etməsi,

müəssisənin iş prosesi ilə tanış ol-

ması  muxtar  respublikada  sahib-

karlıq fəaliyyətinə verilən dəstək,

göstərilən diqqət və qayğının əyani

təzahürü,  sahibkarlıq  məsuliyyə-

tinin artırılmasına isə bir işarədir.

Bu ənənəni davam etdirən muxtar

respublika rəhbəri fikrini belə ifadə

edir:  “İndi bizim qarşımızda bir

vəzifə var. O da sahibkarlıq struk-

turlarında fəaliyyəti genişləndir-

məklə ölkəmizin, eləcə də muxtar

respublikamızın iqtisadi qüdrətini

artırmaqdan,  bununla  yanaşı,

əhalinin rifah halını daha da yax-

şılaşdırmaqdan ibarətdir”.

    Deməli, daha yaxşı və firavan



həyat  üçün  sahibkarlığın  inkişaf

etdirilməsinin əhəmiyyətini dərin-

dən anlayaraq hər sahibkar üzə-

rinə düşən vəzifəni layiqincə yerinə

yetirməlidir. 

Yüklə 262,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin