Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 120 (20.774)
2 iyul 2013-cü il, çərşənbə axşamı
İsti yay günlərində muxtar respublika əha-
lisinin istirahətinin səmərəli təşkili və sağ-
lamlığının qorunması diqqət mərkəzin də sax-
lanılır, mövcud təbii imkanlardan geniş
istifadə edilir. Bu məqsədlə su anbarların da
yaradılan çimərliklər xüsusi əhəmiyyət daşıyır.
İyunun 29-da Naxçıvan Muxtar Res-
publikası Ali Məclisinin Sədri Vasif Talıbov
Uzunoba Su Anbarındakı çimərlik zonasına
gəlmiş, burada yaradılan şəraitlə tanış
olmuşdur.
Naxçıvan Muxtar Respublikasının föv-
qəladə hallar naziri, general-mayor Şamı
Abdullayev məlumat vermişdir ki, çimərlik
zonasının ərazisi 1,5 hektardır. Qumlu sahil
xəttinin uzunluğu 550, eni isə 60 metrdir.
Böyüklər və uşaqlar üçün nəzərdə tutulan
çimərlik iki hissədən ibarətdir. Böyüklərin
istirahəti üçün ayrılan sahənin su hissəsinin
dərinliyi 4, eni isə 50 metrdir. Suyun üzərində
çimərlik sərhədinin qurtardığını bildirən qa-
dağanedici nişanlar qoyulmuşdur.
Çimərlik ərazisində insanların istirahət
etməsi üçün lazımi şərait yaradılmışdır. Əra-
ziyə günlüklər qoyulmuş, paltardəyişmə yer-
ləri, futbol və voleybol meydançaları, eləcə
də avtomobil dayanacağı yaradılmış, icti-
mai-iaşə xidməti təşkil olunmuşdur. Həmçinin
burada su idman növləri ilə məşğul olmaq
üçün də lazımi şərait vardır.
Naxçıvan Muxtar Respublikası Fövqəla -
də Hallar Nazirliyinin Dövlət Sularda Xi -
lasetmə Xidmətinin şəxsi heyəti əyani şəkil -
də axtarış-xilasetmə tədbirlərini nümayiş
etdirmişdir.
Qeyd olunmuşdur ki, çimərlikdə insanların
təhlükəsizliyi və sağlamlığı da nəzərə alın-
mışdır. Burada 2 müşahidə qülləsi, ilkin tibbi
yardım məntəqəsi yaradılmış, xəbərdaredici
və məlumatlandırıcı lövhələr vurulmuşdur.
Naxçıvan Muxtar Respublikası Fövqəladə
Hallar Nazirliyinin dalğıc geyimləri və lə-
vazimatları ilə təchiz olunmuş xilasedici
qrupu ərazidə xidmət göstərir.
Ali Məclisin Sədri mövsüm ərzində aidiy -
yəti qurumlar tərəfindən çimərlikdə suyun
təmizliyinin nəzarətdə saxlanılması və təh-
lükəsizlik qaydalarına əməl edilməsi barədə
tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Naxçıvanda çimərlik istifadəyə verilmişdir
Təbiətin qorunmasında, yeni yaşıllıq zolaqlarına qulluq göstərilməsində iməciliklərin
mühüm əhəmiyyəti vardır. Ona görə də muxtar respublikada iməciliklər mütəmadi olaraq
davam etdirilir, isti və quraq aylarda da təbiətin mühafizəsinə ciddi diqqət yetirilir, ona
qayğı ilə yanaşılır.
İyunun 29-da muxtar respublikada keçirilən növbəti iməciliklərdə ictimaiyyətin nü-
mayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak etmiş, yaşıllıq zolaqlarına
və meyvə bağlarına qulluq göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan
Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin kollektivləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin
ətrafındakı 2,5 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.
Ötən iməciliklər zamanı ərazidə müxtəlif meyvə tingləri əkilmişdir. Vaxtlı-vaxtında
qulluq göstərildiyindən ağaclar bara dolmuşdur. İməcilik iştirakçıları ağaclara aqrotexniki
qulluq göstərmiş, suvarma işləri aparmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak
etmişdir.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci
bəndini rəhbər tutaraq qərara alıram:
Vüqar Səyyad oğlu Babayev Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə
İdarəsinin rəisi təyin edilsin.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif TALIBOV
Naxçıvan şəhəri, 1 iyul 2013-cü il
V.S.Babayevin Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla
İş üzrə İdarəsinin rəisi təyin edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
Sərəncamı
Naxçıvanda keçirilən növbəti iməcilikdə yaşıllıqlara qulluq göstərilmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iyulun 1-də ABŞ müdafiə
nazirinin Rusiya, Ukrayna və Avrasiya
üzrə müşaviri xanım Evelin Farkasın
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev iyulun 1-də İsveçrə Kon-
federasiyası Federal Parlamentinin Kan-
tonlar Şurasının sədri Filippo Lombardinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Rəsmi xronika
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 iyul
tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası daxili
işlər nazirinin müavini
Səbuhi Məhərrəm oğlu Novruzova
polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 iyul
tarixli digər Sərəncamı ilə cinayətkarlığa qarşı mübarizədə,
ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə
yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilmişdir.
Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Daxili
İşlər Nazirliyinin əməkdaşları da vardır.
“Vətən uğrunda” medalı ilə:
Ağayev Aydın Cəlil oğlu – polis mayoru
Məmmədov İlham Qüdrət oğlu – polis mayoru
2
Dünən Naxçıvanda stomatoloq-
ların “Dental innovasiyalar” möv-
zusunda VII elmi-praktik simpozi -
umu keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyi və Azərbaycan
İmplantoloq İctimai Birliyinin birgə
təşkilatçılığı ilə keçirilən elmi-prak-
tik simpoziumun iştirakçıları əvvəlcə
ulu öndər Heydər Əliyevin abidəsi
önünə gül dəstələri düzmüş, Heydər
Əliyev Muzeyində olmuşlar.
Akademik Zərifə Əliyeva adına
Naxçıvan Şəhər Poliklinikasında
keçirilən tədbiri giriş sözü ilə açan
Naxçıvan Muxtar Respublikasının
səhiyyə naziri Niyazi Novruzov
Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin təbrik və salam-
larını simpozium iştirakçılarına çat-
dırmışdır. Nazir muxtar respublikada
stomatologiyanın inkişafı üçün gö-
rülən işlərdən, bu sahədə maddi-
texniki bazanın möhkəmləndiril-
məsindən, infrastrukturun yaradıl-
masından, yüksək ixtisaslı kadrların
yetişdirilməsi istiqamətində görülən
işlərdən danışmışdır. Son illər Nax-
çıvanda tibbin bütün sahələrində
olduğu kimi, stomatologiya sahə-
sində də müsbət irəliləyişlərin, əsaslı
keyfiyyət dəyişikliklərinin baş ver-
diyini diqqətə çatdıran Niyazi Nov-
ruzov demişdir ki, Naxçıvanda Sto-
matoloji Mərkəzin yaradılması, özəl
stomatoloji kabi-
netlərin sayının
artması eyni za-
manda sivil rəqa-
bətə, keyfiyyətli
xidmətə zəmin
yaradır. Son illər-
də tibbin bütün sa-
hələrində özünü
göstərən müasir-
ləşmə stomatolo-
giya sahəsində də
müşahidə olunur.
Stomatoloq həkimlər dünyadakı ən
son yenilikləri öyrənərək tətbiq et-
məyə, yeni cihazlar, stomatoloji
qurğu və alətləri tez bir zamanda
əldə etməyə çalışırlar. Dünya el-
mindəki qabaqcıl təcrübənin Nax-
çıvan Muxtar Respublikası Stoma-
toloji Mərkəzində tətbiqi isə muxtar
respublikada stomatologiyanın sü-
rətli inkişafının göstəricisidir.
Ankara Universiteti Diş həkimliyi
fakültəsinin Endodontiya bölməsi
üzrə mütəxəssisi, Türk və Avropa
Endodontiya dərnəklərinin üzvü,
professor-doktor Badə Sonat, Azər-
baycan İmplantoloq İctimai Birliyinin
sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar
Həsənov çıxış edərək simpoziumun
təşkilinə və yaradılan şəraitə görə
öz minnətdarlıqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası
Stomatoloji Mərkəzinin baş həkimi
Səkinə Məmmədovanın, İmplant–
Dent Klinikasının ortodont həkimi
Teymur Məmmədovun, estetik və
restovrativ diş həkimi, Azərbaycan
İmplantoloq İctimai Birliyinin üzvü
Rövşən Məmmədovun, İmplant-
Dent Naxçıvan Klinikasının rəhbəri
Rauf Cəfərovun stomatologiyanın
müxtəlif problemləri ətrafında mə-
ruzələrində dünya praktikasındakı
son yeniliklərdən söhbət açılmışdır.
Bütövlükdə stomatologiya sa-
həsində təcrübəli mütəxəssislərin,
alimlərin, həkimlərin iştirak etdiyi
simpozium məhsuldar keçməklə
faydalı nəticələrlə yadda qalmışdır.
Burada stomatologiyanın dünəni,
bu günü və ən son nailiyyətləri ilə
bağlı geniş fikir mübadiləsi aparıl-
mışdır. Bakıdan və Ankaradan gəl-
miş mütəxəssislər Naxçıvanda fəa-
liyyət göstərən stomatoloqları bu
sahədəki elmi yeniliklərlə, tətbiq
olunan ən son texnologiyalarla tanış
etmişlər. Tədbirdə Naxçıvanda sto-
matologiyanın vəziyyəti də ətraflı
təhlil edilmiş, bir sıra maraqlı tövsiyə
və təkliflər səsləndirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin
mətbuat xidməti
Mağara tədqiqatçıları üçün
füsunkar mehmanxana
Azərbaycanın ayrılmaz bir par-
çası olan Naxçıvan sakinlərinin
yerli mağaralardan əldə etdikləri
duz təkcə dadına görə deyil, həm
də nadir bərpaetmə xüsusiyyətinə
görə də fərqlənir. Yerli sakinlər bu
duzdan artrit xəstəliyinə tutulmamaq
üçün istifadə edirlər, habelə astma
və başqa tənəffüs yolu xəstəliklə-
rindən sağalmaq üçün hər cür təc-
hizatı olan mağaralarda günlərlə
müalicə alırlar.
Bu mağaraların ən yaxşı təchiz
olunmuşu və məşhuru Naxçıvan
şəhərindən miniklə 15 dəqiqəlik
məsafədə yerləşən Duzdağdadır.
300 metrlik tunel duzla elə zəngindir
ki, sənə elə gəlir ki, toxunanda
ovulacaq. Duzdağ onunla bağlı əf-
sanələr və horizontal quruluşun ya-
ratdığı giriş sərbəstliyi ilə tanınır.
O həm də son dərəcə yaxşı təchiz
olunmuşdur. Boş zallar mərmər
çərçivələrlə bəzədilmiş və taxta
çarpayılar duz divarları içərisində
yerləşdirilmişdir.
Tunelin doqquz bölümündə 300
çarpayıdan ibarət otaqlar otel lə-
vazimatları və müasir avadanlıq-
larla təmin olunmuşdur. Hər kəs
tam müalicə üçün əvvəlcədən si-
fariş verə bilər. İnsanların əksə-
riyyəti buraya 5 və ya 6 günlüyə
gəlirlər, lakin 20 və ya daha artıq
günlüyə gələn ağır xəstələr həm
də həkimlər tərəfindən təyin olun-
muş terapiya müalicəsindən də
keçə bilərlər.
Zəngin tarixi keçmişlə müasirliyi
və rahatlığı özündə birləşdirən Duz-
dağ dünyanın heç bir yerində ol-
mayan qəribə və inanılmaz xoş ov-
qat yaradır. Komaya bənzər kabi-
nələrlə ayrılmış mağaraları gəzərkən
insanlar sanki bunların həqiqət ol-
duğuna inanmırlar. Bu yer müali-
cəxanadan çox “Ulduz keçidinə”
bənzəyir. Ən təəccüblüsü isə müalicə
qiymətlərinin əlverişli olmasıdır:
hər kabinənin qiyməti 40-55 dollar
arasındadır. Bir tərəfdən Naxçıvan
dağlarının, digər tərəfdən Araz ça-
yının xoş mənzərələri ilə tamam-
lanmış bu heyranedici gözəlliyə
baxmağa dəyər.
Naxçıvanlıların tarixən bu ma-
ğaraların və onun ətrafındakı tor-
paqların müalicəvi gücünə dərin
inamlarına şübhə etmək çətindir. 2000
kvadratmillik ərazidə sərt dağlarla
əhatə olunmuş bu diyar 1990-cı ildən
blokada nəticəsində Ermənistan və
İran arasında qalaraq Azərbaycanla
ərazi əlaqəsini itirmişdir. Buradakı
torpağın altında və üstündə xeyli
sərvət vardır.
ABŞ-da nəşr olunan “Men's” jurnalı
ən çox sağlamlıq, səhiyyə, turizm, ekoloji
təmiz mühit mövzularını əhatə edən
nəşrdir.
Jurnalda dərc olunmuş “Mağara təd-
qiqatçıları üçün füsunkar mehmanxana”
(müəllif Mark Hey) məqaləsinin tərcü-
məsini təqdim edirik.
Ölkənin ictimai-siyasi sabitlik
şəraitində inkişafında, dövlətçiliyin
cinayətkar qəsdlərdən qorunmasında,
asayişin mühafizəsində daxili işlər
orqanlarının mühüm xidmətləri var-
dır. Fəaliyyəti dövründə Azərbaycan
polisi daim öz peşəkarlıq səviyyəsini
yüksəldərək çətin və şərəfli yol keç-
miş, tarixin sınaqlarından ləyaqətlə
çıxaraq mütəşəkkil və mübariz bir
quruma çevrilmişdir. İctimai-siyasi
quruluşdan və şəraitdən asılı olma-
yaraq, ölkəmizin bütün inkişaf mər-
hələlərində polis istər daxili cina-
yətkarlara, istərsə də əhalinin əmin-
amanlığı üçün təhlükə törədən digər
qüvvələrə qarşı əzmlə mübarizə
aparmış, əsl fədakarlıq və peşəkarlıq
nümunələri göstərmişdir. Azərbaycan
müstəqillik qazandıqdan sonra daxili
işlər orqanlarının şəxsi heyətinin
üzərinə daha böyük məsuliyyət düş-
müşdür. Azərbaycan polisi bir tə-
rəfdən milli müdafiə funksiyalarını
yerinə yetirərək ərazi bütövlüyümüz
uğrunda erməni qəsbkarlarına qarşı
ağır döyüşlərdə iştirak etmiş, digər
tərəfdən isə dövlətçiliyimiz əleyhinə
yönəldilmiş cinayətkar qəsdlərin
aradan qaldırılmasında mühüm xid-
mətlər göstərmişdir.
Azərbaycanda bu sahənin inkişafı
ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. Ulu öndər polis
əməkdaşları qarşısında mühüm və-
zifələr müəyyənləşdirərək demişdir:
“Polis peşəsi ağır peşədir. O, bir
tərəfdən yüksək vətəndaşlıq məsu-
liyyəti, cəsarət, şəxsi mətanət, ikinci
tərəfdən bilik, dərrakə, elm, təhsil
və təcrübə tələb edir. Cinayətkarlığın
qarşısının alınması, dövlətin yarat-
dığı bütün imkanlardan respublika
vətəndaşlarının bəhrələnməsi üçün
dinc şəraitin təmin edilməsi, asayişin
və qanunçuluğun möhkəmləndi-
rilməsi naminə polis daim öz pe-
şəkar səviyyəsini yüksəltməli, gün-
dəlik işini müasir tələblərə, bey-
nəlxalq təcrübəyə və normalara
uyğun qurmalıdır”.
Müstəqillik illərində ümummilli
liderimizin rəhbərliyi ilə daxili işlər
orqanlarının maddi-texniki bazası
xeyli möhkəmləndirilmiş, xalqa,
vəzifə borcuna sədaqətli kadrların
irəli çəkilməsinə, əməkdaşların və-
tənpərvərlik, milli-mənəvi dəyərlər
əsasında təlim-tərbiyəsinə, peşəkar -
lığının yüksəldilməsinə xüsusi diqqət
yetirilmişdir. Ölkəmizdə sabitlik
bərqərar edilmiş, cinayətkarlığın
artan dinamikasının qarşısı alınmış,
kriminogen durum tam nəzarətə gö-
türülmüş, mütəşəkkil cinayətkarlığın,
sabitlik üçün təhlükə doğuran zərərli
meyillərin və qanunsuz silahlı birləş-
mələrin qarşısı alınmışdır. Dahi şəx-
siyyətin 1994-cü il avqustun 9-da
imzaladığı “Cinayətkarlığa qarşı
mübarizənin gücləndirilməsi, qa-
nunçuluğun və hüquq qaydasının
möhkəmləndirilməsi tədbirləri haq-
qında” Fərman mütəşəkkil cina -
yətkarlıqla mübarizənin təşkilati-
hüquqi bazasının, bu sahədə gələcək
uğurların əsasını qoymuşdur. Bun-
dan sonra ölkəmizdə cinayətkarlığa
qarşı mübarizədə, ictimai qaydanın
və ictimai təhlükəsizliyin təminində,
daxili sabitliyin yaradılması sahə-
sində qanunla müəyyən edilmiş və-
zifələrin icrasına başlanılmışdır. Bu
sahənin qanunvericilik bazasının
təkmilləşdirilməsi sonrakı dövrdə
də davam etdirilmiş, “Polis haq-
qında”, “Əməliyyat-axtarış fəaliyyəti
haqqında” qanunlar, Daxili işlər or-
qanlarında xidmətkeçmə haqqında
Əsasnamə qəbul edilmişdir.
Bu gün Prezident İlham Əliyev
tərəfindən daxili işlər orqanlarına
hərtərəfli diqqət və qayğı göstərilir,
ölkəmizdə sabitliyin və asayişin
qorunması istiqamətində ardıcıl təd-
birlər görülür. Dövlət başçısının tə-
şəbbüsü ilə 2004-cü ildə qəbul olun-
muş “Azərbaycan Respublikasında
polis orqanlarının fəaliyyətinin tək-
milləşdirilməsinə dair Dövlət Pro -
qramı” müasir dövrün tələbinə uy-
ğun islahatların aparılmasında, mad-
di-texniki bazanın və şəxsi heyətin
sosial müdafiəsinin gücləndirilmə-
sində mühüm əhəmiyyətə malik ol-
muşdur. Dövlət Proqramına uyğun
olaraq, vətəndaşların məruz qaldığı
hüquqazidd əməllərə qarşı təxirə-
salınmaz operativ tədbirlərin gö-
rülməsi, eləcə də ictimaiyyətlə əla-
qələrin daha effektli təşkili məqsə-
dilə “102”, “Təhlükəsiz şəhər” və
“Qaynar xətt” xidmətləri yaradıl-
mışdır. Daxili işlər orqanlarının
ölkə mizin müstəqilliyinin qorun-
ması, insanların təhlükəsizliyinin
təmin olunmasındakı rolunu yüksək
qiymətləndirən Prezident İlham
Əliyev demişdir: “Azərbaycan po-
lisinin çox böyük və şərəfli yolu
var. Bu yol Azərbaycan dövlətçili-
yinin yoludur. Bu gün Azərbaycan
polisi öz vəzifə borcunu ləyaqətlə
icra edir, Azərbaycanın hərtərəfli
inkişafında öz rolunu oynayır.
Azərbaycanda ictimai asayişin qo-
runmasında, sabitliyin saxlanma-
sında çox önəmli rol oynayır”.
Naxçıvan Muxtar Respublika-
sında da daxili işlər orqanları hər-
tərəfli qayğı ilə əhatə olunmuşdur.
Bu gün fəxrlə demək olar ki, Nax-
çıvan polisi yüksək peşəkarlığa ma-
likdir. Muxtar respublikanın daxili
işlər orqanlarında qarşıya qoyulan
məqsədlərə nail olmaq, vətəndaş-
larımızın etimadını qazanmaq üçün
yeni iş metodları tətbiq edilir, hü-
quqazidd əməllərin qarşısının alın-
masında və ictimai təhlükəsizliyin
təmin edilməsində vətəndaş cəmiy-
yəti ilə əlaqələr möhkəmləndirilir.
Şəxsi heyətin peşə hazırlığı, milli
dəyərlərə sadiqlik ruhunda tərbiyə
olunması, əhalinin müxtəlif təbə-
qələri və kütləvi informasiya vasi-
tələri ilə əlaqələrin genişləndirilməsi
istiqamətində də zəruri tədbirlər
həyata keçirilir.
Muxtar respublikamızda bütün
sahələrdə əldə olunan inkişaf və
tərəqqi, aparılan çoxşaxəli quruculuq
işləri digər sahələrlə yanaşı, polis or-
qanlarını da əhatə etmişdir. 1995-ci
ildən ötən müddət ərzində Naxçıvan
Muxtar Respublikası daxili işlər
orqanlarının maddi-texniki bazasının
ən müasir səviyyəyə çatdırılması
istiqamətində mühüm tədbirlər hə-
yata keçirilmiş, Naxçıvan Muxtar
Respublikası Daxili İşlər Nazirli-
yinin inzibati binası da daxil ol-
maqla bütün ərazi, xətt polis or-
qanlarının inzibati binaları yenidən
qurulmuş, ən müasir xidməti av-
tomobillər verilmişdir. Əməkdaş-
ların sosial-məişət problemlərinin
həlli də dövlət qayğısından kənarda
qalmamışdır.
Polis insanların həyatını, sağ-
lamlığını, hüquq və azadlıqlarını,
dövlətin, fiziki və hüquqi şəxslərin
qanuni mənafelərini və mülkiyyətini
qoruyur. Son 17 ildə muxtar res-
publikada hüquq-mühafizə orqan-
larının maddi-texniki bazasının
möhkəm ləndirilməsinin, onlara yük-
sək səviyyədə xidməti şəraitin ya-
radılmasının və profilaktik tədbirlərə
üstünlük verilməsinin nəticəsidir
ki, cinayətkarlıq halları minimuma
endirilmişdir. Naxçıvan polisinin
cinayətkarlığa və digər hüquqpoz-
malara qarşı mübarizə sahəsində
əldə etdiyi uğurlar yüksək qiymət-
ləndirilmiş, onlarla əməkdaş orden
və medallara, Azərbaycan Respub-
likasının və Naxçıvan Muxtar Res-
publikasının fəxri adlarına layiq
görülmüşdür.
Sabitliyin vw ictimai asayişin keşiyindw
Polis Azərbaycan dövləti-
nin, xalqımızın keşiyində duran mübariz bir orqandır.
N
axçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin polis or-
qanlarına göstərdiyi yüksək diqqət və qayğı əməkdaşların pe-
şəkarlıq səviyyəsinin yüksəlməsinə, qanunçuluğun və daxili təhlükəsizliyin
möhkəmlənməsinə, asayişin mühafizəsi sahəsində qarşıya qoyulmuş
tapşırıqların uğurla yerinə yetirilməsinə səbəb olmuşdur. Naxçıvan
polisi bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edərək
göstərilən etimadı doğruldacaq, dövlətçiliyin qorunması, asayişin təmin
edilməsində qüvvə və bacarığını əsirgəməyəcəkdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin
mətbuat xidməti
2 iyul Azərbaycan Polisi Günüdür
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli
Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Na-
zirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün –
2 iyul “Azərbaycan Polisi Günü” elan olunmuşdur.
Füsunkar Duzdağ
3
Uzunmüddətli taxıl anbarı hər
biri 3 min ton tutumu olan 6 bun-
kerdən ibarətdir ki, burada da ABŞ
istehsalı olan yüksək texniki göstə-
ricilərə malik müasir texnoloji ava-
danlıqlar quraşdırılmışdır. Həmçinin
burada işçilərə normal iş şəraiti ya-
radılmış, 8 iş otağı, yeməkxana, la-
boratoriya və digər yardımçı otaq-
lardan ibarət inzibati bina tikilib is-
tifadəyə verilmişdir. Müəssisə strateji
əhəmiyyət daşıdığından burada il-
dırımötürücü qurğu və yanğından
mühafizə sistemi quraşdırılmışdır.
Həyata keçirilən ardıcıl və məqsəd-
yönlü tədbirlərin nəticəsidir ki, torpaq
mülkiyyətçilərinin istehsal etdiyi ta-
xılın alıcı sarıdan heç bir problemi
yoxdur. Muxtar respublikada taxıl-
çılıqla məşğul olan sahibkarlardan
buğdanın hər kiloqramı 30, qarğıda -
lının hər kiloqramı isə 35 qəpikdən
alınır. Bu, taxılçılığa olan marağın
daha da artmasına səbəb olur. Taxıl
ehtiyatı anbarında mövsümə hazır-
lıqla əlaqədar kompleks tədbirlər
həyata keçirilmiş, havalandırma sis-
temində, ayrı-ayrı anbarlarda cari
təmir işləri aparılmış, rəqəmsal tərəzi
mütəxəssislər tərəfindən yoxlanılmış,
laboratoriyaya baxış keçirilmişdir.
Muxtar respublikada strateji əhə-
miyyətli məhsula olan tələbatın daxili
imkanlar hesabına ödənilməsi isti-
qamətində həyata keçirilən tədbirlər
öz bəhrəsini vermiş, 2013-cü ilin
məhsulu üçün taxıl əkini keçirilmiş
35 min 324 hektar sahədə bol məhsul
yetişdirilmişdir. Ayrı-ayrı rayon-
lardan gətirilən sarı kəhrəba “Nax-
çıvan
Muxtar Respublikası Taxıl
Məmulatları Sənaye Kompleksi”
MMC-də laborator analizdən keçi-
rildikdən sonra 60 tonluq rəqəmsal
tərəzidə çəkilərək qəbul olunur. To-
xumluq və istehsal üçün nəzərdə
tutulan taxıl, təyinatı üzrə ayrı-ayrı
anbarlara təhvil verilir. Taxılçılıqla
məşğul olan sahibkarlardan Xaləddin
Zeynalov, Ramiz Şükürov, Zürab
Mehdiyev qeyd etdilər ki, təsərrüfat
suyuna olan tələbat vaxtında ödənilir,
torpaq mülkiyyətçilərinə güzəştli şərt-
lərlə kreditlər və lizinq yolu ilə müasir
kənd təsərrüfatı texnikaları verilir,
“Naxçıvan Aqrolizinq” ASC-nin ra-
yon bazalarında aqrotexniki xidmət
sarıdan köməkliklər göstərilir. Həm-
çinin kənd təsərrüfatı məhsulları is-
tehsalçılarına sərf etdikləri yanacaq
və motor yağlarına görə dövlət tə-
rəfindən hər hektar sahə üçün 40
manat və hər hektar sahə üçün tələb
olunan mineral gübrələr verilir.
Taxılın əkilib-becərilməsi ilə ya-
naşı, məhsulun vaxtında toplanıl-
masına və münasib qiymətə “Nax-
çıvan
Muxtar Respublikası Taxıl
Məmulatları Sənaye Kompleksi”
Məhdud Məsuliyyətli Cəmiyyətinə
təhvil verilməsinə də əlverişli şərait
yaradılmışdır. Sahibkarlar yaradılan
şəraitə, göstərilən dövlət qayğısına
görə minnətdarlıqlarını bildirdilər.
Strateji əhəmiyyətli məhsulun tə-
darük olunub yüksək keyfiyyətlə
saxlanılması istiqamətində həyata
keçirilən ardıcıl və məqsədyönlü təd-
birlər cari ildə də uğurla davam et-
dirilmiş, “Gəmiqaya Holdinq” Şir-
kətlər İttifaqının “Naxçıvan
Muxtar
Respublikası Taxıl Məmulatları Sə-
naye Kompleksi” Məhdud Məsuliy-
yətli Cəmiyyətində hər birinin tutumu
3 min ton olan daha 3 ədəd uzun-
müddətli taxıl ehtiyatı anbarının in-
şasına başlanılmışdır. İnşaat işlərinə
“Gəmiqaya” MMC-nin təcrübəli in-
şaatçıları və mütəxəssisləri cəlb olun-
muşlar. Hazır da hər 3 anbarın özü-
lündə beton işləri başa çatdırılmışdır.
Müasir layihə əsasında inşa olunan
taxıl ehtiyatı anbarlarının vaxtında
istifadəyə verilməsi üçün mövcud
imkanlardan səmərəli istifadə edilir.
-
Kərəm HƏSƏNOV
N
axçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr
2008-ci il tarixli Sərəncamla təsdiq etdiyi “2008-2015-ci
illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, muxtar
respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Muxtar respublikamızda taxılçılığın inkişafı, istehsalın artırılması
belə məhsulların saxlanılması üçün anbarların qurulması zərurətini
yaratmış, 2009-cu ilin iyul ayında “Naxçıvan Muxtar Respublikası
Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiy-
yətində 18 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma
malik qısamüddətli taxıl ehtiyatı anbarları istifadəyə verilmişdir.
R
R
edaksiyadan muxtar
respublikamızda taxıl
biçininin gedişi ilə bağlı reportaj
hazırlamaq tapşırığı alanda ilk
olaraq hansı bölgəyə getməyi
soruşdum. Bildirdilər ki, Kənd
Təsərrüfatı Nazirliyinin əmək-
daşları ilə Kəngərli rayonuna
gedirsiniz.
Redaksiyadan çıxanda saat 10
radələri idi. Nazirliyin əməkdaşı Xa-
liq Abbasov bildirdi ki, vaxtında
çatacağıq. Çox tez getməyin xeyri
yoxdur. Çünki səhər çağlarında zə-
milərə şeh gəldiyindən biçinə baş-
lamaq olmaz. Ona görə mexaniza-
torlar gecə saatlarında da məhsul
tədarük edirlər. Səhər saat 11-ə qədər
kombaynlara texniki baxış keçirilir
ki, işin qızğın çağında dayanma hal-
ları baş verməsin.
Nazirliyin digər əməkdaşı Zərrab
Əfəndiyev söhbətə qoşulur:
– Bu il muxtar respublika üzrə
100-dən artıq kombaynın gücündən
istifadə olunacaq. Onların hamısı
texniki baxışdan keçirilib, nasazları
işlək vəziyyətə gətirilib. Lazım
olan ehtiyat hissələri əldə olunub.
Kifayət qədər yanacaq ehtiyatı ya-
radılıb. Taxılın sahələrdən daşın-
ması üçün texnikalar ayrılıb. Məq-
səd isə ondan ibarətdir ki, mövsüm
uğurla və optimal müddətdə başa
çatdırılsın.
– Bəs Kəngərli rayonunda və-
ziyyət necədir? Sahələrə neçə kom-
bayn çıxarılıb?
– Hələlik 12 kombayn. Ehtiyac
olarsa, “Naxçıvan Aqrolizinq” Açıq
Səhmdar Cəmiyyətindən əlavə kom-
baynlar gətiriləcək ki, məhsul itkisinə
yol verilməsin. Torpaq mülkiyyət-
çilərinin minbir zəhmətlə hasilə gə-
tirdikləri məhsul vaxtında toplanılsın.
Başımız söhbətə qarışdığından
biçin aparılan sahəyə nə vaxt çat-
dığımızı bilmirik. Öyrənirik ki, bu-
rada Böyükdüz və Xok kəndlərinin
torpaq mülkiyyətçilərinin yetişdir-
dikləri məhsul toplanılır. Xok kənd
sakini Xaləddin Zeynalov 50 hektar
sahədə taxıl əkib. Onun 30 hektarı
arpadır. Böyük heyvandarlıq təsər-
rüfatı var. Ona görə də arpa əkininə
daha çox maraq göstərir. Rayonda
birinci olaraq o, arpa sahəsində bi-
çini başa çatdırıb. Kənd sakinləri
Rəhim Qəmbərov 18, İsrail Məm-
mədov 10 hektar sahədən məhsul
götürüblər. Deyirlər ki, çəkdikləri
zəhmət hədər getməyib. Bu işdə
dövlətin qayğısından da razılıq
edirlər.
Zəmisini biçdirən Hüseyn Allah-
verdiyevə yaxınlaşırıq. Salamlaşıb
hal-əhval tuturuq. Onun dedikləri:
– Şükür Allaha. Sahələrdə bol
məhsul yetişib. Yığıb-yığışdırmaqla
qurtaran deyil. Düzdür, yağışlar bir
qədər işimizi yubatdı, biçinə gec
başladıq. Ancaq itki yoxdur.
– Nə qədər taxıl əkmisiniz?
– 1,3 hektar sahəyə toxum səp-
mişəm. Son illər muxtar respublikada
yaradılmış toxumçuluq təsərrüfatları
biz taxılçıların əlindən yaxşıca tutur.
Özümüz də bəzən bu işlə məşğul
oluruq. Əkin vaxtı da bilirik ki, tor-
pağa necə toxum səpmişik. Neçə
illər əvvəl əlimizə keçən toxumdan
istifadə edirdik. Çəkdiyimiz zəhmət
də hədər gedirdi.
– Bəs aqrotexniki tədbirləri necə
aparmısınız?
– Aqrotexniki tədbirləri vaxtında
aparmasaydım, belə bol məhsul ye-
tişməzdi. Onu da deyim ki, məh-
suldarlığın artırılmasında gübrələrdən
düzgün istifadə başlıca rol oynayır.
Bu sahədə də narazılığımız yoxdur.
Dövlət tərəfindən gübrə verilib, hər
hektar taxıl sahəsi üçün müəyyən
edilmiş yardımı da almışıq. Texnika
üçün müraciət etməyə isə ehtiyac
qalmayıb. Mütəxəssislər sahələrə
baxdıqdan sonra biçinə başlamışıq.
Çalışırıq ki, biçin kampaniyası ye-
kunlaşan kimi sahələrdən saman və
küləşi yığışdıraq. Çünki gələn ilin
əkini üçün şum qaldırmağı da yu-
batmaq olmaz.
Zəmilərin kənarında növbə göz-
ləyən Məmmədhüseyn Məmməd -
ovun, Mirbağır Seyidovun razılıq
dolu söhbətlərini dinləyirik. Onlar
da deyirlər ki, bu il də sahələrdə
bol məhsul yetişib. Əlavə edirlər
ki, Kəngərli torpaqları münbit tor-
paqlardır. Bu torpaqlarda yüksək
keyfiyyətli taxıl yetişdirmək heç də
çətin məsələ deyil. Son illər bu sa-
hənin inkişafına göstərilən dövlət
qayğısı onları daha da ruhlandırıb.
Rayonun taxılçılıqla məşğul olan
torpaq mülkiyyətçiləri zəhmətdən
qorxan deyillər. Mövcud şəraitdən
səmərəli istifadə edirlər.
Biçinin gedişinə nəzarət edən ra-
yon İcra Hakimiyyəti başçısının
aqrar məsələlər üzrə müavini Rza
Məmmədovla da həmsöhbət olduq.
Bildirdi ki, cari ildə Kəngərli rayo-
nunda 3869 hektar sahədə məhsul
yetişdirilib. Biçin kampaniyasına
iyun ayının 16-dan başlanılıb. Bu
günədək 670 hektar sahədə biçin
aparılıb. Məhsuldarlıq hələlik 26
sentnerdir.
Sahədən ayrılarkən üst-başımız toz-torpaq içində olsa da, üzümüz
gülürdü desəm, səmimiyyətimə inanın. Çünki bu gün tədarük edilən
məhsul təkcə torpaq mülkiyyətçilərinin deyil, bizim hamımızındır. Bir
neçə gündən sonra onu süfrələrimizdə görəcəyik. Bu gün o çörəyin ətri
taxıl zəmilərindən gəlir.
İstehsal müəssisələri
Naxçıvan Muxtar Respublika-
sında iqtisadi inkişafı sürətləndirən
mühüm amillərdən biri real sek-
tora kredit dəstəyidir. Muxtar res-
publikanın sənaye, tikinti, kənd
təsərrüfatı, nəqliyyat və rabitə,
ticarət, xidmət və digər sahələ-
rində işlərin genişləndirilməsi
üçün cari ilin ilk beş ayı ərzində
bank və qeyri-bank kredit təşki-
latları tərəfindən 20 milyon 207
min manat kredit verilmişdir.
Mərkəzi Bankın Naxçıvan Muxtar
Respublikası İdarəsindən aldığı-
mız məlumata görə, verilmiş kre-
ditlər arasında öz xüsusi çəkisinə
görə kommunal, sosial və şəxsi
xidmətlərin göstərilməsi və is-
tehlak kreditləri 33,6 faizlə ilk
sıranı tutur. İkinci yerdə isə 28,4
faiz göstərici ilə kənd təsərrüfatını
qeyd etmək olar. Bunları sırası
ilə tikinti və maliyyə fəaliyyəti
sahələrinə yönəldilən kreditlər iz-
ləyir. Ötən ildən başlayaraq ipo-
teka kreditlərində yaranan artım
bu il də davam etmiş, təkcə cari
ilin ilk beş ayı ərzində 330 min
manat ipoteka krediti verilmişdir
ki, bu da ötən ilin müvafiq döv-
ründən 13,8 faiz çoxdur.
-
Ə.CABBAROV
Naxçıvan şəhərinin Heydər
Əliyev prospektində bir neçə
obyektdə aparılan qurucu-
luq işləri davam etdirilir.
Onlardan biri də 44 nömrəli
üçmərtəbəli yaşayış binası-
dır. 27 mənzilli binanın əsas-
lı təmirinə bu ilin aprel
ayından başlanılıb.
Binanın eni 4 metr 70 san-
timetr artırılaraq 18 mənzil əla-
və olunub. İş icraçısı İlqar Fə-
rəcovun verdiyi məlumata görə,
hazırda binada qapı və pəncə-
rələr dəyişdirilir, üçüncü mər-
təbədə isə hörgü işləri gedir.
Binanın birinci mərtəbəsinə
üzlük travertin döşənib, dam
örtüyünün vurulmasına başla-
nılıb. “Gəmiqaya” Məhdud
Məsuliyyətli Cəmiyyətinin in-
şaatçıları yaşayış binasını vax-
tında təhvil vermək üçün səylə
çalışırlar.
* * *
Muxtar respublikamızda
müxtəlif təyinatlar üzrə apa-
rılan tikinti-quruculuq işlərin-
dən Əli abad qəsəbəsindəki 16
nömrəli tam orta məktəbə də
pay düşüb. “Gəmiqaya” Məh-
dud Məsuliyyətli Cəmiyyətinin
inşaatçıları tərəfindən aparılan
yenidənqurma işlərinə cari ilin
aprel ayından başlanılıb. İş
icraçısı Namiq İsmayılovun
verdiyi məlumata görə, 869
şagird yerlik olacaq məktəb
binasına bir mərtəbə və iki
korpus əlavə olunub.
Üç mərtəbədən ibarət ola-
caq məktəb binasının birinci
mərtəbəsində müəllimlər otağı,
kitabxana və sinif otaqları,
ikinci mərtəbədə fənn kabi-
nələri və siniflər, elektron löv-
həli sinif, kompyuter otağı,
üçüncü mərtəbədə isə 2 elek-
tron lövhəli sinif, 2 kompyuter
otağı və digər sinif otaqları
yerləşəcək.
Binanın zirzəmi hissəsində
isə qazanxana, 3 fənn labora-
toriyası, müəllim və şagirdlər
üçün ayrı-ayrı yeməkxanalar
olacaq. Hazırda yeni korpus-
larda hörgü və suvaq işləri
aparılır. Tikintidə təhlükəsiz -
lik qaydalarına ciddi əməl
edilir.
Xəbərlər şöbəsi
-
Muxtar MƏMMƏDOV
4
İtmişdir
Əsgərov Əli Əsgər oğlunun adına olan Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi itdiyindən etibarsız sayılır.
* * *
Şərur rayonunun Məmmədsabir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə
aid möhür və ştamp itdiyindən etibarsız sayılır.
Həmyerlimiz Avropa çempionatından
qızıl medalla qayıdıb
Bu günlərdə Serbiyanın Novi Sad şəhərində məktəblilər arasında
Avropa çempionatı keçirilmişdir. 13 ölkədən 250-dək məktəblinin
qatıldığı çempionatda Azərbaycan şahmatçıları ilə bərabər mübarizə
aparan muxtar respublikamızın şahmatçısı Rauf Murtuzov uğurlu nəticə
əldə etmişdir. İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuş yarışda 11 yaşlı
oğlanlar arasında öz qüvvəsini sınayan Rauf Murtuzov 8.5 xalla qızıl
medal qazanmışdır.
AMEA Naxçıvan Böl-
məsinin Tarix, Etnoqrafiya
və Arxeologiya İnstitutu-
nun Qədim dövr arxeolo-
giyası şöbəsinin böyük
elmi işçisi, tarix üzrə fəl-
səfə doktoru Toğrul Xəlil -
ovun “Son Tunc-Erkən
Dəmir dövründə Naxçı-
vanın əkinçi-maldar tay-
falarının mədəniyyəti” adlı yeni ki-
tabı “Elm və təhsil” nəşriyyatında
çapdan çıxıb. AMEA Naxçıvan Böl-
məsi Rəyasət Heyətinin qərarı ilə
çap olunan kitabın elmi redaktoru
AMEA-nın müxbir üzvü Vəli Bax-
şəliyev, rəyçiləri AMEA-nın müxbir
üzvü Vəli Əliyev və tarix üzrə fəl-
səfə doktoru Bəhlul İbrahimlidir.
Naxçıvanın Son Tunc-Erkən Dəmir
dövrü mədəniyyətinin öyrənilməsinə
həsr olunmuş kitabda bəhs olunan
dövrə aid abidələrin geniş təhlili
verilib. Bu dövrdə Naxçıvan ərazi-
sində yaşayan insanların həyat tərzi,
məşğuliyyəti, dini-ideoloji görüşləri
haqqında maraqlı mə-
lumatlarla zəngin olan
kitab iki fəsildən iba-
rətdir. “Arxeoloji abi-
dələr” adlanan birinci
fəsildə oturaq və möv-
sümi yaşayış yerləri,
qalatipli yaşayış məs-
kənləri, qəbir abidələri
və qayaüstü təsvirlər-
dən bəhs olunur. Bu fəsildə Gəmi-
qaya qayaüstü təsvirləri, Yuxarı Gi-
lançay vadisindəki qaya təsvirləri,
Kolanı və Sarıdərə nekropollarındakı
təsvirlər haqqında verilən məlu-
matlar xüsusilə maraq doğurur.
“Arxeoloji materialların təhlili”
adlanan ikinci fəsildə isə o dövr
əhalisinin əmək alətləri, keramika
məmulatları, silahlar, bəzək əşyaları
haqqında ətraflı məlumat verilib.
Kitabın illüstrasiyalar hissəsində
yaşayış yerlərinin sxemləri ilə ya-
naşı, aşkarlanan maddi-mədəniyyət
nümunələrinin şəkilləri də yer alıb.
-
Elnur KƏLBİZADƏ
Naxçıvanın qədim dövr tarixindən bəhs edən
yeni monoqrafiya çapdan çıxıb
Dama üzrə rayon birinciliyi
Ordubad Rayon Uşaq-Gənclər Şahmat Məktəbində “Zərərli vərdişlərə
yox deyək, həmişə sağlam olaq” devizi altında dama üzrə rayon birinciliyi
keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
tədbirlər planına uyğun olaraq təşkil edilən yarışda 25 idmançı mübarizə
aparmışdır. Olimpiya sistemi ilə keçirilən birincilikdə Simur Rzayev ən
yüksək nəticəni göstərmişdir. Elnur Məhərrəmov ilə Aydın İsmayılov
ikinci və üçüncü yerləri tutmuşlar. Qalib idmançılara Ordubad Rayon
Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti
Hörmətli redaksiya!
2013-cü il mayın 22-dən 26-dək
Naxçıvan Muxtar Respublikasına
olan səfərimi xatırlayarkən demək
istəyirəm ki, mən unikal tarixi abi-
dələrdən, landşaftın müxtəlifliyindən
və Naxçıvandakı insanların qonaq-
pərvərliyindən təəccüblənmişəm.
Türkiyədən sərhədi keçdiyim
andan Bakıya səfər etməyi plan-
laşdırmışdım. Ancaq Naxçıvanda
gördüyüm qonaqpərvərlik, gözəl
mənzərələr məni bir neçə gün orada
qalmağa vadar etdi.
Bələdçim əvvəlcə məni Naxçıvan
şəhərinin tarixi abidələri olan əzə-
mətli Möminə xatın və Nuh türbə-
lərinə apardı. Möminə xatın türbəsi
öz dəqiq quruluşu və şəbəkə formalı
dekorasiyası ilə məni heyrətləndirdi.
Mən yenidən bərpa olunmuş Xan
Sarayına da baş çəkə bildim. Uzun
zamandan bəri xalçalara və qədim
İpək Yolu ərazisinin kilimlərinə ma-
raq göstərdiyim üçün Xalça Muzeyi
mənim üçün səyahətin ən zövqlü
məqamı idi. Naxçıvandakı bütün
muzeylərə ödənişsiz səfər etdim və
çoxlu ətraflı məlumat verən dostcanlı
heyət tərəfindən qarşılandım.
Mənim üçün, həqiqətən, inanıl-
maz bir müşahidə Araz çayı bo-
yunca Ordubada asta dəmir yolu
səyahəti idi. Yaxınlaşdıqca Ordubad
təpələri rəngarəng qırışları olan dağ
yamaclarına çevrilirdi. Dağlarla
əhatələnmiş tarixi şəhər olan Or-
dubaddan çox təsirləndim.
Növbəti gün Batabata getdik.
Kiçik bir ərazidə müxtəlif iqlim və
landşaftın şahidi olmaq mənim üçün
möcüzəli idi. Biz yuxarı qalxdıqca
hava daha da sərinləşirdi. Batabat-
dakı bulağın suyu o qədər sərin idi
ki, mən əlimi bir neçə saniyədən
çox həmin bulağın suyunda saxlaya
bilmədim.
Digər bir heyrətamiz yer tənəffüs
yollarında problem olan insanlar
üçün əvəzolunmaz təbii sağlamlıq
ocağı Duzdağ idi.
Qədim kənd olan Qarabağlarda
çoxlu meyvə bağları gördüm.
14-cü əsrdə tikilmiş abidəni də zi-
yarət etdim.
Əlincə qalasını və Haçadağı unut-
maq olmaz. Çay içmək üçün bizi
dağa yaxın olan evlərdən birinə dəvət
etdilər. Mən Naxçıvan əhalisinin bö-
yük qonaqpərvərliyini gördüm.
Səfər etdiyim yerlərin hamısında
keçmişlə müasirliyin vəhdəti açıq-
aydın görünürdü. Naxçıvanın kənd -
ləri, qəsəbələri şəhər görkəmindədir.
Naxçıvan şəhəri isə müasir Avropa
şəhərlərindən seçilmir. Sizin döv-
lətiniz insanların yaxşı yaşayışı
üçün hər cür şərait yaradıb. Belə
dövlətlə yalnız fəxr etmək olar. Ən
önəmli cəhətlərdən biri də Naxçı-
vanda insanların təhlükəsiz şəraitdə
yaşamasının təmin olunmasıdır.
Naxçıvanı hər bir turist üçün də
ideal məkan kimi dəyərləndirirəm.
Muxtar respublikanın çoxlu gəz-
məli-görməli yerləri, qədim tarixi
abidələri, müasir otelləri, restoran-
ları, rahat yolları vardır. Mən dost-
larıma və tanışlarıma Naxçıvana
səyahət etməyi tövsiyə etmişəm.
Mənim üçün Naxçıvanda keçir-
diyim vaxt unudulmaz idi və
ümid edirəm ki, bir gün ora geri
qayıdacağam.
Liebervirt Daniela
Almaniya vətəndaşı
Naxçıvan hər bir turist üçün ideal məkandır
Son illər muxtar respublikamızda müasir infrastrukturun yara-
dılması, turizmin inkişafı istiqamətində böyük işlər görülmüşdür.
Nəticədə, artıq bir neçə ildir ki, muxtar respublikamıza il ərzində
300 mindən çox turist gəlməkdədir. Muxtar respublikamızın əsrarəngiz
təbiəti, buradakı inkişaf turistlərdə dərin təəssürat yaradır. Bu
günlərdə Almaniyadan redaksiyamızın elektron ünvanına həmin
təəssüratların ifadəsi olan məktub daxil olmuşdur. Bu məktubun
maraqlı olacağını nəzərə alaraq oxucularımıza təqdim edirik.
Qeydiyyat №: 575
Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır
ØßÐÃqapısı
Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az
Nömrəyə məsul: Səbuhi Həsənov
Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb, səhifələnib və
“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur
.
Tiraj: 3940. Sifariş № 617
Baş redaktor:
TURAL SƏFƏROV
Allah rəhmət eləsin
Naxçıvan Dövlət Universitetinin
Təbiətşünaslıq və kənd təsərrüfatı
fakültəsinin dekanı Akif Mərdanlı və
dekan müavini Şəmil Mahmudov
AMEA-nın vitse-prezidenti İsa
Həbibbəyliyə, əzizi
FATİMƏ XANIMIN
vəfatından kədərləndiklərini bildirir və
dərin hüznlə başsağlığı verirlər.
Naxçıvan Muxtar Respublikası
Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin kollektivi
komitənin sədri Malik Rzayevə və komi-
tənin əməkdaşı Ramiz Rzayevə, əzizləri
HİDAYƏTİN
vəfatından kədərləndiyini bildirir və dərin
hüznlə başsağlığı verir.
Naxçıvan Tibb Kollecinin direktoru
İlhamə Mustafayeva və kollecin
kollektivi iş yoldaşları Tamella
İbrahimovaya, qohumu
MEHDİ ŞƏRİFOVUN
vəfatından kədərləndiklərini bildirir və
dərin hüznlə başsağlığı verirlər.
Naxçıvan Tibb Kollecinin direktoru
İlhamə Mustafayeva və kollecin
kollektivi iş yoldaşları
YAQUB MEHDİYEVİN
vəfatından kədərləndiklərini bildirir və
mərhumun ailəsinə dərin hüznlə
başsağlığı verirlər.
Naxçıvan Muxtar Respublikası Dövlət
Sosial Müdafiə Fondunun kollektivi iş
yoldaşları Fərzi Seyidova, atası
MİRHÜSEYNİN
vəfatından kədərləndiyini bildirir və dərin
hüznlə başsağlığı verir.
Naxçıvan Dövlət Filarmoniyasının
direktoru Elman Əliyev və
filarmoniyanın kollektivi iş yoldaşları
İlqar Hüseynova, qayınatası
RƏHİM FƏRZƏLİYEVİN
vəfatından kədərləndiklərini bildirir və
dərin hüznlə başsağlığı verirlər.
İkinci Azərbaycan Kənd İnvestisiya
Layihəsinin Naxçıvan Regional Əmə-
liyyatlar Ofisinin əhatə etdiyi Şərur ra-
yonunun Xanlıqlar icmasının tender
komissiyası, icma qrupunun hazırladığı
“Elektrik sistemlərinin bərpası və ge-
nişləndirilməsi” adlı layihənin icrası
məqsədilə keçirilən tenderdə iştirak et-
mək iddiasında olan bütün hüquqi və
fiziki şəxsləri əməkdaşlığa dəvət edir.
Tender komissiyasına aşağıdakı sə-
nədlər təqdim olunmalıdır:
* Maraq məktubu
* Nizamnamə
* Maddi-texniki və insani resurslar
barədə məlumat
* Son üç ildə icra etdikləri işlər
haqqında məlumat
* Maliyyə vəziyyəti barədə arayış
Qeyd olunmuş sənədlər toplusunu
8 iyul 2013-cü il, saat 18
00
-ə kimi ten -
der komissiyasına təqdim etmək
lazımdır.
Şərur rayonu, Xanlıqlar kəndi
tender komissiyası.
İcma qrupunun sədri:
Adil Cabbarov
Əlaqə telefonu: 542-85-32
Tender elanı
S/S
Taxıl məhsullarını tədarük edən
müəssisənin adı
Müəssisənin ünvanı
Əlaqə telefonları
1.
“Naxçıvan Muxtar Respublikası
Taxıl Məmulatları Sənaye Kompleksi” MMC
Naxçıvan şəhəri,
Şəhriyar küçəsi 60
(036) 544-82-38, (070) 250-85-81,
(050) 314-85-57
2.
“Aqrotexservis” ASC
Şərur şəhəri,
K.Kərimov küçəsi
(051) 923-36-88,
(070) 344-64-44
3.
“Məhsul-2000” kəndli fermer təsərrüfatı
Şərur şəhəri,
K.Kərimov küçəsi
(050) 390-93-48,
(070) 390-93-48
4.
“Arpaçay” un dəyirmanı
Şərur rayonu,
Qarxun kəndi
(050) 314-28-76, (070) 314-28-76,
(051) 561-35-51, (060) 540-13-81
5.
“İlham” MMC, un dəyirmanı
Babək rayonu,
Sirab kəndi
(050) 210-11-81,
(070) 220-11-81
6.
“Darıdağ” un dəyirmanı
Babək rayonu,
Hacıvar kəndi
(050) 342-34-03, (050) 342-52-35,
(050) 354-74-03
7.
“Ruzi” Kiçik Müəssisəsi, un dəyirmanı
Babək rayonu,
Cəhri kəndi
(050) 218-08-06,
(050) 363-00-02
8.
“Dəstə” un dəyirmanı
Ordubad rayonu,
Dəstə kəndi
(050) 662-91-79,
(050) 587-30-12
9.
“Əylis” un dəyirmanı
Culfa rayonu,
Camaldın kəndi
(050) 678-29-47, (050) 312-69-98,
(070) 312-69-98
10.
Qarabağlar “Asnı” un dəyirmanı
Kəngərli rayonu,
Qarabağlar kəndi
(050) 369-46-93, (070) 369-46-93,
(070) 654-85-85
Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi
Qeyd: İstehsalçılar öz məhsullarını müqavilə əsasında anbarlarda saxlaya bilərlər.
Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi
Elan
Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının istehsalçılarının nəzərinə çatdırılır ki, tələbatdan
artıq istehsal etdikləri meyvə və tərəvəz məhsulları soyuducu anbarlar tərəfindən satın alınır.
Tədarük müəssisələri və soyuducu anbarların ünvanını və əlaqə telefonlarını bildiririk.
S/S
Hüquqi və fiziki şəxsin adı
Tədarük ediləcək məhsulların –
Müəssisənin ünvanı Əlaqə nömrəsi
1.
Naxçıvan “Meyvə-Tərəvəz
Məhsulları” MMC
adı
qiyməti
Naxçıvan şəhəri,
Ə.Qəmküsar küçəsi
(036) 554-05-57
(050) 516-45-61
(070) 366-45-61
Kartof I növ
30-35 qəpik
Kartof II növ
20-22 qəpik
Soğan I növ
25-30 qəpik
Alma (payız mövsü-
mündə yığılan)
45-55 qəpik
2.
Naxçıvan “Araz-3” MMC
Alma III növ
10 qəpik
Naxçıvan şəhəri,
Ə.Qəmküsar küçəsi
(050) 372-89-69
(036) 554-21-20
3.
“Gəmiqaya Holdinq” Şirkətlər
İttifaqının “Qida Məhsulları
Sənaye Kompleksi” MMC
Ərik I növ
15 qəpik
Naxçıvan şəhəri,
N.Tusi küçəsi
(050) 391-69-23
(051) 831-85-85
(060) 540-28-95
II növ
12 qəpik
III növ
10 qəpik
Şaftalı I
növ
20 qəpik
II növ
15 qəpik
Alma III növ
10 qəpik
Gilənar
25 qəpik
Muxtar respublikada fəaliyyət göstərən kənd təsər-
rüfatı məhsullarının istehsalçılarının nəzərinə çatdırılır
ki, muxtar respublikada fəaliyyət göstərən taxıl emalı
müəssisələri tərəfindən aşağıda qeyd edilmiş qiymət-
lərlə tələbatdan artıq istehsal olunmuş buğda, arpa və
qarğıdalı məhsulları satın alınır:
Buğda – 30 qəpik
Arpa – 30 qəpik
Qarğıdalı – 35 qəpik
Məlumat üçün muxtar respublikada fəaliyyət gös-
tərən taxıl emalı müəssisələrinin ünvanı, əlaqə tele-
fonları və məhsulların tədarük qiymətləri nəzərinizə
çatdırılır.
Elan
Yeni nəşrlər
Redaksiyanın elektron ünvanından
Dostları ilə paylaş: |