ÄßÐÑËÈÊ «ÀÑÏÎËÈÃÐÀÔ» ÁÀÊÛ—2015 Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí.. 2015-úi èë òàðèõëè ¹-li ÿìðè èëÿ òÿñäèã åäèëìèøäèð. Çap üçün deyil



Yüklə 29,39 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix06.05.2017
ölçüsü29,39 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Çap üçün deyil

120
ÇEVİKLİK  QABİLİYYƏTİ
13–15 yaş dövründə çeviklik qabiliyyətinin  inkişafı üçün kifayət qədər
imkanlar mövcuddur.
Çeviklik – mürəkkəb hərəki fəaliyyəti optimal idarə etmək və tənzim lə mək
qabiliyyətidir. Başqa sözlə, yeni hərəkəti tez və asan mənimsəmək, hə rəkəti
şüurlu icra etmək, dəyişən icra şəraitinə müvafiq hərəki fəaliyyətini yenidən
qurmaq və  optimal qərar qəbul etmək bacarığıdır. Çeviklik yuxarıda qeyd
olu  nan tələblərə cavab verən hərəki qabiliyyət olub bir neçə tərkib kom po -
nen tinə görə qiymətləndirilir. Bunlardan biri hərəkətin koordinasiya çevik li -
yi dir. Hərəkət nə qədər müəkkəb, struktur cəhətdən çətindirsə, onun icrası da
bir o qədər çox diqqət, bu hərəkətin icrasını həyata keçirən mərkəzi sinir sis-
temi, dayaq-hərəkət aparatının yüksək fəaliyyətini tələb edir. Məsələn, qaça -
raq gimnastika keçisi  üzərindən dayaqlı tullanmanı icra etmək. Burada hər bir
hərəkət fazası müəyyən ardıcıllıqla icra olunmalıdır. Burada yalnız ar dı cıllıq
deyil, eyni zamanda fazaların icrasında müəyyən dəqiqlik tələb olunur. Çünki
qaçış məsafəsi, xüsusən təkan fazası dəqiq icra olunmazsa, əllərlə da yaq düzgün
yerinə yetirilməyəcək və hərəkətin  tamlığı pozulacaqdır. Bu çevik liyin ikinci
komponentidir. Hərəkət onun fazaları tələb olunan dəqiqliklə icra olunmalıdır.
Hərəkətin tam uğurla yerinə yetirilməsi onun ayrı-ayrı fazalarının optimal
vaxtda icrasını tələb edir. Bu da hərəkətin ümumi ahəngini, axıcılığını
müəyyənləşdirir, ona estetik gözəllik verir. Bu, yəni icra vaxtı çevikliyin
üçüncü  komponenti hesab olunur. İstənilən, bizə tanış, mürəkkəb bir hərə -
kə tin icrası zamanı biz şüuraltı olaraq həmin hərəkətin icrasını təsəvvür edi -
rik və təsəv vürümüzdə olan modelə uyğun icra gözləyirik. Hərəkətin hər
hansı fazasında olan ani gecikmə onun icra gözəlliyini pozur, estetikliyinə
xələl gətirir, nəticə gözlənilən kimi olmur. Belə halda hesab olunur ki,  çevik -
lik qabiliyyəti tələb olunan  səviyyədə və onun inkişafına zərurət verir. Çe-
viklik qabiliyyəti bəzən hərəki çeviklik də adlandırılır. Çeviklik qabiliyyətinin
yüksək olması:
– yeni hərəkəti asan mənimsəməyə;
– psixi proseslərin yaddaş, təfəkkür, təsəvvür, hərəkətin və şəraitin qav -
ra nılmasına;
– hərəkətin icra texnikasını təsəvvür etmək, idman oyun növlərində tak-
tiki fəaliyyəti həyata keçirmək, təkmübarizlik növlərində taktiki
fəaliyyəti  ani olaraq dəyişdirməyə;
– fiziki hazırlıq potensialını daha qənaətlə sərf etməyə imkan verir.
Çeviklik ümumi və xüsusi olmaqla iki yerə bölünür. Ümumi çeviklik
insanın müxtəlif hərəki fəaliyyətin idarə olunması və tənzimlənməsinə
hazırlığı kimi dəyərləndirilir.
Çap üçün deyil

121
Xüsusi çeviklik – hər hansı ixtisas sahəsində (məsələn, basketbolçunun,
cüdoçunun, sprintin çevikliyi) hərəki fəaliyyətin idarə olunması və tənzim -
lənməsi qabiliyyətidir.
Çevikliyin inkişafı yaş dövründən asılı olaraq müxtəlifdir. Ümumi çeviklik
məktəbdə fiziki tərbiyə dərslərində istifadəsi nəzərdə tutulan hərəkətlərin kö -
mə yi ilə inkişaf etdirilə bilər. Xüsusi çeviklik isə idman bölmələrində və şa gir -
din məşğul olduğu idman növünə aid hərəkətlərin köməyi ilə inkişaf etdirilir.
Çe vikliyin inkişafı üçün 7–9 və 9–13 yaş dövrləri ən əlverişli vaxt hesab olunur.
Aşağıdakı hərəkətlər kompleksi çeviklik qabiliyyətinin inkişafı üçün töv -
siyə olunur:
– topla yerdəyişmələr, estafetlər, oyunlar;
– istiqaməti dəyişməklə qaçışlar;
– sürəti və istiqaməti dəyişməklə, süni və təbii maneələri keçməklə qaçış;
– topla və topsuz məkik qaçışları;
– müxtəlif çəkili topların hədəfə atılması;
– hərəkət reaksiyası və sürət üçün hərəkətlər;
– nişanlanmış sahələrdə istiqaməti dəyişməklə sıçrayışlar, qaçışlar;
– topla icra olunan, müxtəlif hərəkətlər;
– oyun hərəkətləri iki hücumçu bir müdafiəçiyə qarşı, üç hücumçu bir
müdafiəçiyə qarşı, iki hücumçu iki müdafiəçiyə qarşı və s.;
– məkik qaçışları;
– maneələr və sədləri sıçramaqla qaçış;
– mayallaq aşmaq, fırlanmaq, dönmələrlə icra olunan gimnastika hərəkətləri;
– akrobatik hərəkətlər;
– gimnastika körpüsündən tullanaraq icra olunan müxtəlif hərəkətlər;
– gimnastik hərəkətlərdən ibarət estafetlər, oyunlar.
ƏYİLGƏNLİK QABİLİYYƏTİ
Əyilgənlik insanın dayaq-hərəkət aparatının morfofunksional xüsusiyyəti
olub, hərəkətlərin mümkün olan geniş amplituda ilə icrası qabiliyyətidir. 
Əyilgənliyin iki növü vardır: fəal və qeyri-fəal. Fəal əyilgənlikdə  hərə -
kət lər idmançının əzələ gücü hesabına geniş amplitudada icra olunur. Qeyri-
fəal əyilgənlikdə hərəkət kənar dartma qüvvəsi hesabına geniş amplituda ilə
icra olunur. Əyilgənlik təzahür formasına görə dinamik və statik ola bilər.
Dinamik əyilgənlik hərəkətlərin icrası, statik əyilgənlik isə bədənin vəziy -
yət lərində təzahür edir.
Əyilgənliyin inkişafı bir sıra amillərlə təyin olunur. Onlardan ən əsası
anatomik (əzələlərin, oynaq və bağların forması və strukturu, onların elastik-
liyi, antaqonist əzələlərin gərginliyi və boşalması) amildir.
Çap üçün deyil

122
Əyilgənliyin təzahürü insanı əhatə edən xarici mühitdən: havanın tempe -
ra  tu rundan, günün vaxtından, qızışdırıcı hərəkətlərdən və s. asılıdır. Adətən,
günün sə hər vaxtlarında əyilgənlik az, axşam vaxtlarında isə xeyli yüksəkdir.
20–30º C-də əyilgənlik 5–10º C-də olduğundan xeyli yüksəkdir.
Orqanizmin funksional vəziyyəti də əyilgənliyə təsir göstərir. Yorulma
fəal əyilgənliyə mənfi təsir göstərir, lakin qeyri-fəal əyilgənliyin yaxşılaş ma -
sına şərait yaradır.
İnsanın yaşı və cinsi də əyilgənlik göstəricisinə təsir göstərir. Yaşlandıqca
xüsusi məşğələlər olmadan əyilgənlik pisləşir. Qadınlarda əyilgənlik kişilərə
nisbətən yüksəkdir. 10–12 yaşda əyilgənlik intensiv olaraq yaxşılaşır. 11–14
yaş dövrü əyilgənliyin təkmilləşməsi üçün optimal hesab olunur.
Əyilgənliyin inkişafı üçün maksimal, geniş amplituda ilə icra edilən əzələ,
oynaq-bağ aparatını dartmağa yönəlmiş hərəkət komplekslərindən istifadə
olu nur. Həmin hərəkətlər də icra xüsusiyyətlərinə görə fəal və qeyri-fəal
qrup lara bölünür. Eyni zamanda əyilgənliyin inkişafına yönəlmiş statik hərə -
kətlərdən də istifadə olunur ki, bu hərəkətlər də oynaq, ətraf və gövdənin
müəyyən maksimal statik vəziyyətini 6–10 saniyə saxlamağa xidmət edir.
Əyil gənlik üçün istifadə edilən hərəkətlərin icra ardıcıllığı qüvvə və əzə lə -
lərin boşaldılması istiqamətli hərəkətlərlə növbələşməlidir. Bu, qüvvəni,
əzələlərin elastikliyini artırmaqla yanaşı, əzələ-bağ apa ra tını möhkəmləndirir. 
DÖZÜMLÜLÜK QABİLİYYƏTİ
Dözümlülük anlayışı hər hansı bir işin uzunmüddətli icrasını yerinə yetir -
mək qabiliyyəti kimi başa düşülür. Dözümlülüyün sürət, qüvvə, statik, di-
namik, koordinasiya və s. kimi növləri mövcuddur.
Ümumtəhsil məktəblərinin şagirdləri üçün tətbiqi əhəmiyyət kəsb edən
ümumi və xüsusi dözümlülükdür.
Ümumi dözümlülük – aşağı intensivlikli işin insanın bütün əzələ apara -
tının iştirakı ilə uzunmüddətli icrası zamanı təzahür edir. Ümumi dözümlülük,
ilk növbədə, insanın ürək-damar və tənəffüs sistemlərinin funksional vəziy -
yətindən asılıdır.
Xüsusi dözümlülük – hər hansı hərəki fəaliyyətin xüsusiyyətinə müvafiq
təzahür etdirilən dözümlülük növüdür. Məsələn, sprint qaçışında sürət dö -
züm lülüyü, tullanma və atmalarda sürət-güc dözümlülüyü, ağırlıqlarla icra
olunan hərəkətlərdə qüvvə dözümlülüyü və s. Xüsusi dözümlülük sinir-əzələ
aparatının imkanlarından, enerji resurslarının sərf olunması tezliyindən, hərə -
kətin icra texnikasının effektliliyindən, hərəki qabiliyyətlərin inkişaf səviy -
yə sindən  asılıdır.
Çap üçün deyil

123
Dözümlülüyün inkişaf etdirilməsi üçün müxtəlif hərəkətlərdən – yeriş,
qaçış, kross qaçışı, veloidman, üzgüçülük, avarçəkmə, futbol, tennis, həndbol,
badminton və s. bu kimi idman oyunlarından istifadə edilir. Ümumi dözümlü -
lü  yün inkişafı üçün ən sadə və əlverişli vasitə qaçışdır. Bu məqsədlə 3–4 də -
qi qəlik yüngül qaçış hər gün getdikcə artırılır və 1,5–2 aya 20–25 dəqiqəyə
gündəlik normaya çatdırılır. Belə qaçış səhər gimnastika kompleksinin icra -
sından sonra hər gün yerinə yetirilir. Lakin gün rejimindən asılı olaraq günün
digər əlverişli vaxtlarında da icra oluna bilər. Məsələn, birinci növbədə təhsil
alanlar axşamüstü, ikinci növbədə təhsil alanlar isə səhərlər dözümlülük
qaçışı ilə məşğul ola bilərlər. Nəzərə almaq lazımdır ki, qaçışın əvvəlindən
tez, sürətli qaçmağa ehtiyac yoxdur.
Dözümlülüyün inkişafı üçün hərəkətin icra vaxtının uzadılması əhəmiyyət
daşıyır. Bu səbəbdən də qaçış tempinin sizin hazırlıq səviyyənizə müvafiq
seçilməsi, qaçışın mümkün qədər çox vaxtda icrası daha məqsədəuyğundur.
Qaçış zamanı yorulma hiss etdikdə yerişə keçmək olar. Müəyyən təcrübə
əldə etdikdən, dözümlülük göstəricilərini yaxşılaşdırdıqdan sonra qaçış pro -
sesinə müxtəliflik gətirmək üçün məsələn, ilkin olaraq  10–15 metr məsafədə
sürəti artırıb, yenidən əvvəlki qaçış sürətinə qayıtmaq olar. Belə qaçış rejimi
ürək-damar sisteminin möhkəmlənməsinə, dözümlülüyün artma sına səbəb
ola bilər. Dözümlülük qabiliyyəti davamlı icra və optimal yük olan bütün
hərəkətlərdə inkişaf etdirilə bilər.
MÜSTƏQİL MƏŞĞƏLƏLƏRİN TƏŞKİLİ ZAMANI İSTİFADƏSİ 
TÖVSİYƏ OLUNAN SADƏ MƏŞQ METODLARI
İstənilən məşq prosesi əvvəlcədən müəyyən olunmuş hər hansı bir məq -
sədin həyata keçirilməsinə yönəlir. Bu hərəkətin icra üsuluna yiyələnmə,
onun tək milləşdirilməsi, ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı ola bilər.
Müstəqil məş  ğələlər daha çox hərəki qabiliyyətlərin – qüvvə, sürət, sürət-
güc, çeviklik və s.-nin inkişafına həsr olunur. Bu səbəbdən də hər bir yeni -
yet mə ayrı-ayrı hə rəki qabiliyyətlərin inkişafını əsaslandıran faktorlar haq -
qında məlumata ma lik olmalı, yəni hər hansı hərəki qabiliyyətin xüsusiyyətlərini
və eyni za manda sadə məşq metodlarını bilməli, onlardan istifadə bacarığına
yiyələnməlidir. Beləliklə, hərəki qabiliyyətlərin  təzahürünə hansı amillər
tə sir  edir?
Qüvvə qabiliyyəti. İnsanın qüvvəsini əzələlərin gərginləşdirilməsi ilə xa -
rici müqaviməti dəf etmək və yaxud ona qarşı dayanmaq bacarığı kimi xa -
rakterizə etmək olar.
Çap üçün deyil

124
Qüvvənin təsnifatını vermədən qeyd etməliyik ki, idmanda maksimal, müt -
 ləq, partlayış, sürətli, nisbi, reaktivlik, elastiklik qüvvə anlayışları mövcuddur.
Qüvvənin inkişafını və təzahürünü şərtləndirən əsas amillər aşağıdakılardır:
1. Əzələnin en kəsiyi;
2. Əzələ liflərinin xüsusiyyəti;
3. Əzələnin reaktivliyi və onun elastiklik xüsusiyyəti;
4. Eyni hərəkətlə iştirak edən müxtəlif qrup sinergist əzələlərin optimal
qarşılıqlı əlaqəsi;
5. Antaqonist və sinergist əzələlərin koordinasiyası;
6. Əzələ fəaliyyətini nizamlayan sinir impulslarının gücü və tezliyi;
7. İcra olunan hərəkətlərin və icra rejiminin səmərəliliyi;
8. Maddələr mübadiləsi, orqanizmin enerji mənbələri, onların xüsu siy -
yətləri.
Sürət və sürət-güc qabiliyyəti. İnsanın sürət keyfiyyəti hərəki fəaliyyəti
qısa vaxt ərzində yerinə yetirmək bacarığı kimi səciyyələnir. Sürət kompleks
hərəki qabiliyyətdir. Sürət-güc – qısa vaxt vahidində mümkün qədər yüksək
qüvvə təzahür etdirmək qabiliyyətidir. Hər iki qabiliyyətin inkişafı aşağıdakı
amillərlə şərtlənir:
1. İdmançının sinir sistemi və sinir-əzələ aparatının vəziyyəti;
2. Əzələnin reaktivliyi və elastikliyi;
3. Əzələ qüvvəsi;
4. Oynaqların mütəhərrikliyi;
5. Əzələnin gərgin vəziyyətdən boşalmış vəziyyətə keçə bilmək bacarığı;
6. Hərəkətin icra texnikası;
7. Əzələnin anaerob şəraitində təqəllüsünü təmin edən enerji mən bə -
ləri;
8. Əzələ liflərinin xüsusiyyəti, əzələdə sürətli liflərin miqdarı;
9. Sürətlə əlaqəsi olan başqa fiziki keyfiyyətlərin inkişaf səviyyəsi və s.
Dözümlülük qabiliyyəti – hər hansı hərəki fəaliyyət zamanı yorulmaya
qarşı dayanmaq bacarığıdır. Dözümlülüyün ümumi, sürət, qüvvə və xüsusi
növ ləri vardır. Onun təzahürü aşağıdakı amillərlə şərtlənir: 
1. Orqanizmin aerob imkanları və idmançının yaşı;
2. Hərəkətin oksigen sərfinin həcmi və idmançının enerji ehtiyatı;
3. Texniki ustalıq;
4. Səmərəlilik amilləri (anaerob mübadilə həddi); 
5. İdmançının güc və sürət imkanları;
6. Əzələ işini yerinə yetirərkən və yorulma zamanı fizioloji funksiyaların
dayanıqlığı;
7. Bərpa proseslərinin sürəti.
Çap üçün deyil

125
Çeviklik qabiliyyəti – yeni hərəkətin mümkün qədər tez mənimsənilməsi
və dəyişən icra şəraitinə uyğun hərəkət fəaliyyətinin yenidən qurulması ba ca rı -
ğıdır. 
Çevikliyi şərtləndirən amillər aşağıdakılardır:
1. Hərəkət analizatorlarının səmərəli fəaliyyəti (xüsusən hərəkət reak -
siyasının latent dövrünün qısa olması);
2. Hərəki fəaliyyətin koordinasiya çətinliyi;
3. Başqa hərəki qabiliyyətlərin (sürətin, elastikliyin) inkişaf səviyyəsi;
4. Hərəkəti dəqiq təhlil etmə bacarığı;
5. İdmançının cəsarət və  qətiyyəti;
6. İdman təcrübəsi, ümumi hazırlığın səviyyəsi.
Əyilgənlik qabiliyyəti hərəkətləri geniş amplitudada, sərbəst icra etmək
qabiliyyətidir. Onun inkişafı aşağıdakı amillərdən asılıdır:
1. Hərəkətdə iştirak edən oynaqların mütəhərrikliyindən;
2. Əzələ-bağ aparatının elastikliyindən;
3. Əzələdaxili koordinasiyadan;
4. Antaqonist və sinergist əzələlər arasında koordinasiyadan;
5. Əzələnin boşalma qabiliyyətindən;
6. Hərəkətlərin icrasından əvvəl orqanizmin kifayət qədər qızışdırılmasından;
7. Ətraf mühitin temperaturundan.
Hərəki qabiliyyətlərin inkişaf xüsusiyyətləri haqqında informasiya müva -
fiq məşq metodu seçməyə və ondan istifadə etməyə imkan yaradır.
İDMAN MƏŞQİNİN METODLARININ XÜSUSİYYƏTLƏRİ
İdman məşqinin metodları bacarıq və vərdişlərin formalaşmasına və tək -
mil ləşməsinə, hərəki qabiliyyətlərin inkişaf etdirilməsinə istiqamətlənmişdir.
Metod məşq prosesində hərəkətlərdən necə istifadə olunmasını müəyyənləşdirir.
İnterval metod – məşq yükü komponentlərinin və ya hərəkətlərin intensiv -
liyinin dəqiq bir diapazonda təkrar icrası ilə səciyyələnir. Burada əsas diqqət
hərəkətlərin icrası arasındakı istirahətə (əvvəlcədən ciddi müəyyən olunmuş)
yönəlmiş olur. Hərəkətlərarası vaxt intervalı nisbətən qısa, 1–3 də qi qəyə
qədər olur. Bəzən məşqin məqsədindən asılı olaraq bu interval 15–30 sa ni yə
arasında ola bilər. Beləliklə, məşqlənmə effekti təkcə hərəkətin icrası za -
manı deyil, daha çox hərəkətlərin təkrar icrası arasındakı vaxt intervalında
baş verir. Bu metod idman formasına tez düşməyə imkan verir. Lakin qısa
vaxt 
da bu metoda uyğunlaşmaq mümkündür. Bu isə məşqin səmərəsini
azaldır.
Çap üçün deyil

126
Təkrar metod – təyinatı müəyyən edilmiş məşq yükünün id 
man 
çı
orqanizminin iş qabiliyyətinin bərpası üçün kifayət edəcək istirahət in ter -
valında çoxsaylı təkrarla icrası ilə səciyyələnir. Bu metod hə rəkətlərin se ri -
yalarla icrası üçün əlverişlidir. Hərəkətin orqanizmə məşqlənmə tə siri interval
metoddan fərqli olaraq, yalnız hərəkətin bilavasitə icrası za manı baş verir.
Təkrar metoddan hərəkət texnikasının təkmilləşdirilməsi, hərəki qa bi -
liyyətlərin  inkişafı məqsədilə keçirilən məşqdə istifadə olunur. 
Bu metod illik məşqin bütün mərhələlərində tətbiq edilir.
Oyun metod – yeniyetmə idmançıların hazırlanmasında əsas metod he -
sab olunur. Metod emosionallıq və daim dəyişən yarış şəraitində hərəki qa -
bi liyyətlərin inkişafına əsaslanır.
Dairəvi metod – bir sıra metodlardan istifadə etməklə xüsusi seçilmiş
hə rə kət lər kompleksinin yerinə yetirilməsi ilə səciyyələnir.  Bu metoddan
istifadə zamanı bir-biri ilə əlaqəli hərəki qabiliyyətlərin inkişafı və vərdişlərin
tək mil ləşdirilməsi daha səmərəli həyata keçirilir. Bu halda istifadə olunacaq
hərəkətlər seçilir, onların alətlər üzərində icra olunma yerləri (“da ya nacaq -
lar”), intensivliyi, təkrarların və seriyaların sayı, istirahət intervalı müəy -
yənləşdirilir. Bir kompleksə 5–20 hərəkət daxil edilə bilər.
Bu metodu fərqləndirən cəhətlər bunlardır:
1. Hər bir alətdə (və ya “dayanacaqlarda”) yerinə yetiriləcək işin və
istirahətin reqlamentləşdirilməsi;
2. Məşq yükünün fərdiləşdirilməsi;
3. Məşq yükünün sistemli və tədricən artırılması;
4. Yaxşı mənimsənilmiş hərəkətlərdən istifadə olunması;
5. Ayrı-ayrı əzələ qruplarının ardıcıllıqla işə cəlb edilməsi.
Rəvan metod – məşq yükünün sabit dəyişməyən intensivlikdə nisbətən
uzun müddət ərzində yerinə yetirilməsi ilə səciyyələnir. Bu zaman idmançı
qaçış sürətini və ya hərəkətin icra sürətini, ritmini, qüvvə sərfini, hərəkət
amplitudasını sabit saxlamağa çalışır. Hərəkət aşağı, orta, bəzi hallarda isə
maksimal intensivlikdə yerinə yetirilə bilər. Bu metod illik məşqin bütün
mər  hələlərində istifadə olunur. Metodun çatışmayan cəhəti ondan ibarətdir
ki, idmançının orqanizmində bu rejimdə yerinə yetirilən məşq yükünə
uyğun  laş  ma ehtimalı böyükdür. Bu da məşqin səmərəsini azaldır.
Dəyişkən metod – bu metod qaçış prosesində (və ya istənilən hərəkətin
icra olunması zamanı) məşq yükünün icra intensivliyinin, tempinin, ampli -
tu dasının qüvvə sərfinin və s. məqsədəuyğun dəyişdirilməsi ilə fərqlənir.
Mə sələn: 1500 və 3000 metrlik məşq məsafəsində idmançı hər 200 metrdən
sonra 100 metr məsafəni sürətlə (məsələn, 90% in ten  sivliklə) qaçır, sonra
Çap üçün deyil

127
qaçışı dayandırmadan əvvəlki qaçış tempinə “qayıdır”. Bu metodun üstün
cəhəti ondan ibarətdir ki, məşqdə yeknəsəqliyi aradan qal  dırır. Lakin ürək-
damar və tənəffüs sistemi üçün gərginlik yaradır. Ona görə də bu metoddan
hazırlıq səviyyəsi yüksək olan idmançıların məşq pro se  sində istifadə etmək
da ha məqsədəuyğundur. Metodun çatışmayan cəhəti məşq yükünün bütün
kom ponentlərinin təxmini (idmançının özünü necə hiss et məsi ilə) hesab -
lanmasıdır.
Nəzarət metodu – hərəkətlərin maksimum intensivlikdə yerinə yetirilməsidir.
Bu metoddan istifadə etməklə məşqçi idmançının hazırlığı haqqında müəyyən
qənaətə gələ bilər. 
Dövrü olaraq bu metoddan istifadə edilməsi fiziki keyfiyyətlərin inkişafının
dinamikası haqqında dəqiq məlumat əldə etməyə imkan verir. Bu da öz növ -
bə sində məşq prosesinin səmərəliliyini aydınlaşdırmağa şərait yaradır.
Yarış metodu – hərəkətlərin yarış qaydalarına əməl etməklə mümkün ol -
du ğu qədər yüksək intensivliklə yerinə yetirilməsi ilə səciyyələnir. Bu me to -
dun iradi və mənəvi keyfiyyətlərin inkişafı, yarış şəraitində taktiki bacarıq
və vərdişlərin təkmilləşməsində müstəsna rolu vardır.
Çap üçün deyil

128
ATLETİK GİMNASTİKA
Atletik gimnastika müxtəlif ağırlıqlar və qüvvə hərəkətlərindən ibarət
olub, e.ə. IV əsrdən məlumdur. Atle tik gimnastikanın oynaqların sağlam laş -
dı rılması, tənəffüs sisteminin tənzim lən məsi, zəif əzələ qruplarının möhkəm -
lən dirilməsi kimi müsbət təsiri hələ e.ə. I–II əsrlərdə yaşamış qədim tibb
mü təxəssisləri tərəfindən qeyd edilmişdir. XIX əs rin sonları, XX  əsrin əv vəl -
lərində hipertrofiya (həddən artıq inkişaf etmiş) olun muş əzələ sisteminə
malik insanlara maraq çoxalmış, bununla əla qə dar çoxsaylı yarışlar və çem-
pionatlar keçirilməyə başlanmışdı.
Atletik gimnastika məşğələləri, hər şeydən əvvəl, insana atletik bədən qu -
ru luşu formalaşdırmaq imkanı verir, qüvvə, dözümlülük, əyilgənlik qabi liy -
yət lərinin inkişafına şərait yaradır, ürək-damar, tənəffüs sisteminə müsbət
təsir göstərir, qamətdə olan qüsurları aradan qaldırır.
8-ci sinifdə atletik gimnastikanın əsas vəzifəsi qüvvə hərəkətləri vasitəsilə
sinir-əzələ aparatını təkmilləşdirmək, əsas əzələ qruplarının ahəngdar inkişa -
fına nail olmaq, əzələarası və əzələdaxili koordinasiyanı yaxşılaşdırmaq və
eyni zamanda qüvvənin və qüvvə dözümlülüyünün  inkişaf metodlarına dair
bilik və bacarıqların formalaşdırılması, təkrar cəhd və “imtinaya qədər” me -
tod ların tətbiqi bacarıqlarına yiyələnməkdir.
Atletik gimnastika məşğələlərinə bir yaxınlaşmada 12–15 dəfə təkrar
qaldırmaq mümkün olan çəkilərlə başlamaq lazımdır. Harmonik fiziki inkişaf
üçün hərəkətlər bütün əsas əzələ qrupları: boyun, çiyin oynağı və qollar, göv -
dənin arxa əzələləri, gövdənin ön əzələləri və qıç əzələləri üçün seçilməlidir.
Ağırlıqlarla hərəkətlər müxtəlif idman növlərinin xüsusiyyətlərinə mü-
vafiq hərəki bacarıq və vərdişlərin formalaşmasına istiqamətlənmiş hərə kət -
lərlə  növ bə ləşdirilməlidir.
13–15 yaşlı yeniyetmələrdə qüvvə istiqamətli məşğələlərdə istifadə olu-
nan ağırlıqlar yeniyetmənin çəkisinin 75–85%-ni təşkil etməlidir. Qüvvə
hazırlığı yaxşı olan 15 yaşlı yeniyetmələrdə istifadə olunan ağırlığın çəkisi
bəzi hallarda bədən çəkisinə bərabər ola bilər. Lakin belə ağırlıqlar yalnız iki
həftədə bir dəfə yerinə yetirilə bilər. 
Yeni başlayanlar üçün qüvvə istiqamətli məşğələlər həftədə 2–3 dəfə ol maq -
la 30–60 dəqiqə vaxt ərzində aparılır. Nisbətən təcrübəli yeniyetmələrdə bu məşğə -
lə lərin sayı həftədə 4–5 dəfə, davam etmə müddəti isə 90–150 dəqi qə yə çatdırılır. 
Atletik gimnastika məşğələləri mütləq şəkildə özündə müxtəlif silsiləli
hərəkətləri birləşdirən və 30–60 dəqiqə ərzində yerinə yetirilən səhər gim-
nastika kompleksi ilə tamamlanmalıdır. 
Çap üçün deyil

129
Bu məşğələlər zamanı qızlar üçün məşq yükünün həcmi və intensivliyi oğ -
 lanlarla müqayisədə xeyli az, yaxınlaşmalar arasındakı fasilələr isə da vam lı ol -
malıdır. İstifadə olunan ağırlıqların maksimal həcmi 50%-dən artıq ol ma ma lı dır. 
Atletik gimnastika məşğələlərində oturmuş və uzanmış vəziyyətlərdə
yerinə ye tirilən hərəkətlərə üstünlük verilir ki, bu da öz növbəsində onurğa
sütununun həd dindən artıq yüklənməsinin qarşısını alır. Nəzərdə saxlamaq
lazımdır ki, yu xarı ətraf əzələləri üçün verilən hərəkətlərin icrası zamanı
zədələnmələrə yol verməmək üçün maksimum diqqətli olmaq lazımdır. Əksər
hallarda qızların 15–20 dəfə təkrar yerinə yetirdikləri hərəkətlər tətbiq olun -
malıdır. Bunlar həm qüv və dözümlülüyünün artmasına, həm də bədəndə yağ
kütləsinin azalmasına im kan yaradır. Yaxınlaşmalar arasındakı istirahət inter -
valı təxminən 45–60 sa ni yə arasında olmalıdır.
Məktəbin fiziki tərbiyə müəllimi hər bir şagirdə fərdi məşq yükünün, ayrı-
ayrı çəkilərin müəyyən olunmasında köməklik göstərməlidir. 
Atletik məşğələlərin birinci ayında hər bir məşğələ üçün 7 hərəkət, son -
rakı məş ğələlərdə isə 7–12 hərəkət planlaşdırılır. Birinci ayda hər bir hərə -
kət 1–2 ya  xınlaşmada, ikinci və sonrakı aylarda isə hər bir hərəkət 3–6
yaxınlaşmada ye rinə yetirilir. 
Kataloq: noduploads -> book
book -> «aspolèqraf» naTik axundovi, humeir ehmedovi,'
book -> Методическое пособие для учителя 6 мет о диче ск ое пособие для учите
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29. 07. 2013-cü il tarixli 754 nömrəli əmri ilə
book -> Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19. 06. 2009-cu il tarixli
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05. 07. 2010-cu il tarixli
book -> Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov
book -> ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün

Yüklə 29,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə