ÄßÐÑËÈÊ «ÀÑÏÎËÈÃÐÀÔ» ÁÀÊÛ—2015 Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí.. 2015-úi èë òàðèõëè ¹-li ÿìðè èëÿ òÿñäèã åäèëìèøäèð. Çap üçün deyil


Şəkil 5. Ürəyin quruluşu Çap üçün deyil



Yüklə 29,39 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix06.05.2017
ölçüsü29,39 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Şəkil 5. Ürəyin quruluşu
Çap üçün deyil

15
Ürək təqəllüsünün tezliyi – bu ürək ritminin tezliyi olub bir dəqiqədə baş
verən təqəllüslərin sayını əks etdirir. Sakit halda bu göstərici 60–80 vurğu
arasında yerləşməklə bir dəqiqədə 5 litrə yaxın qanı damarlar vasitəsilə bə -
dənə yayır. Yeniyetməlik dövründə ürək-damar sistemi əhəmiyyətli də rə cə -
də dəyişir. Əgər uşağın ürəyinin həcmi 6 yaşdan 13 yaşa qədər 30–35% ar -
tı rsa, cin si yetişkənlik dövründə ürəyin həcmi 60–70% böyüyür. Yeniyetməlik
döv  ründə ürək-damar sisteminin dəyişməsinin əsas xüsusiyyəti ürək boş -
luq   larının həcminin qan damarlarının en kəsiyi ilə müqayisədə daha artıq
olma sıdır. Bu isə yeniyetməlik hipertoniyası adlanan vəziyyətin yaranmasına
Şəkil 6. Qan dövranının sxemi
Çap üçün deyil

16
səbəb ola bilir. Bu dövrdə qan-damar sisteminin inkişafı ahəngdar olur,
lakin arteriya damarları vena damarlarına nisbətən daha yaxşı inkişaf edir.
Ey ni za man da yeniyetmələrdə kapillyar damar şəbəkəsi yaşlılara nisbətən
daha ge nişdir. Bu da yeniyetmələrdə arterial təzyiqin nis bətən aşağı olmasının
əsas səbəblərindən biridir. Cinsi yetiş kənlik dövründə tez-tez bədənin ümumi
inkişafı ilə ürəyin ölçülərinin artması arasındakı ahəngin pozulması müşahidə
olunur. Belə hallar daha çox akselerativ tipə aid olan yeniyetmələrdə müşa -
hidə edilir. Bunun nəticəsində həmin yeniyetmələrdə orqanizmin funksional
im kanlarının azalması nəzərə çarpır. Arterial qan təzyiqinə əsas amillərlə
(ürə yin təqəllüs qüvvəsi, damar mənzəfinin ölçüsü, dövrə qoşulan qanın
miq  darı, qanın qatılığı və s.) yanaşı, digər amillər – yaşayış şəraiti, yaşayış
ye rinin iqlim vəziyyəti, qidalanma tərzi, ailədə və kollektivdə psixoloji ab-
hava da təsir göstərir. Arterial təzyiq yeniyetmələrdə cinsi yetişkənliklə
əlaqədar olaraq baş verən hormon fəallığı ilə yüksəlir. Bəzi şagirdlər bu
dövr  də başağrısı, yorğunluq, zəiflik, başgicəllənmə, ürək nahiyəsində ağrıdan
şika yətlənirlər. 
Ürəyin funksional vəziyyətini əks etdirən əsas göstəricilərdən biri qanın
sistalik və birdəqiqəlik həcmidir. Sakit haldakına nisbətən maksimal oksigen
sərfi tələb edən fiziki yükün icrası zamanı bu göstəricilər 4–5 dəfə artaraq
yeniyetmələrdə 15–20 litr/dəqiqəyə, yaşlılarda isə 6–7 dəfə artaraq 28–30
litr/dəqiqəyə çatır. Bu, yeniyetmə orqanizminin ürək fəaliyyətinin effektli
və qənaətli olmasına, qan-damar sisteminin funksional imkanlarının
genişlənməsinə imkan verir. 
Tənəffüs tezliyi 1 dəqiqə ərzində 12–16-ya çatır. Tənəffüs ritmi isə sta -
bil  ləşir. Nəfəsalma fazası qısalır, nəfəsvemə və tənəffüs pauzası isə uzanır. 
Fiziki hərəkətlərin yerinə yetirilməsi, xüsusən gərginlik tələb edən fiziki
yük zamanı ürək vurğularının sayı yüksəlir. Bu, əslində, orqanizmin oksigenə
artan tələbatına cavab reaksiyasıdır. Lakin ürək vurğuları yalnız fiziki yükün
icrası ilə deyil, eyni zamanda həyəcan, qorxu, psixoloji sarsıntı hallarında
da yüksəlir. Sistemli şəkildə fiziki hərəkətlərin icrası ürək qan-damar
sisteminin işinin səmərəsini yüksəldir. Daimi olaraq belə hərəkətlərlə məşğul
olan insanlarda orqanizmin oksigenə olan tələbatı səmərəli rejimdə təmin
olunur. Məhz bu səbəbdəndir ki, eyni fiziki yükü yerinə yetirən iki müxtəlif
adamda ürək vurğularının göstəricisi fərqli olur. Fiziki hazırlığı yüksək
olan, qandaşıma sistemi daimi məşqlərin, fiziki yükün icrası ilə təkmilləşmiş
insanlarda ürək vurğularının göstəricisi xeyli aşağıdır. Fiziki hərəkətləri
yerinə yetirməyən və fiziki hazırlığı aşağı olan insanlarda, hətta orta inten -
sivlikli fiziki yük ürək vurğularının kəskin artmasına səbəb olur. Hər bir
Çap üçün deyil

17
şagird ürək-damar sisteminin qeyd olunan fiziki yükə reaksiyasını sadə
yolla yoxlaya bilər. Bunun üçün 30 saniyə ərzində 20 dəfə oturub-qalxma
hərəkətini icra etmək və hərəkətin əvvəlində və icradan sonra nəbz vurğusu
göstəricilərini müqayisə etmək kifayətdir.     
Qan damarları – qan orqanizmdə qan damarları adlanan borularla hərə -
kət edir. Təyinatına görə qan damarları arterial, vena və kapillyar damarlara
bölünür. Bu damarlar ürək və ağciyərlə birlikdə orqanizmin qan-damar sis -
temini yaradır. Arterial qan damarları həmişə qanı oksigenlə zən ginləşmə
də 
rə 
cəsindən asılı olmayaraq, ürəkdən ətraflara daşıyırlar. Arterial qan-
damar sistemi yüksək təzyiqlidir və buna görə də arterial damarlar qalın və
elastik struktura malikdir. Bu damarlar kəsildikdə təzyiqin yüksək olması
səbəbindən çoxlu qan itkisinə səbəb olur. Əksər arteriya damarları dərinlikdə
yerləşir. Lakin bəziləri bədən səthinə yaxındır. Onların bədən səthinə yaxın
olduğu yerlərdə nəbz və ya ürək vurğularının tezliyini müəyyən etmək
mümkündür. Arteriya damarları kiçik arteriyalara və sonda ən nazik damarlar
olan kapillyarlara qədər şaxələnir. Kapillyarlar divarı bir hüceyrə qalınlığında
olan qan damarlarıdır. Belə qalınlıqda olan qan damarının divarı oksigen və
qida maddələrinin toxumalara və hüceyrələrə keçməsinə imkan verir. Belə
mübadilə zamanı hüceyrə və toxumalarda olan karbon qazı və mübadilə
məh sulları hüceyrə və toxumalardan kapillyarlara keçir. Kapillyar damar
şəbəkəsi həddindən artıq genişdir. Və onun həcmi qan-damar sistemində
olan qanın miqdarından xeyli böyükdür. Kapillyar qan-damarları fəal əzələ
liflərində, o cümlədən beyində çox sıxdır. Kapillyar şəbəkə işlək, fiziki yü -
kü yerinə yetirən əzələ qruplarında xeyli inkişaf edir. Beləliklə, həmin əzələ
qrupları inkişaf edib güclənir. 
Sinir sistemi. Beyindən, onurğa beyinindən, periferik sinir sistemindən
və hissi orqanlardan ibarətdir. Sinir sistemi orqanizmin bütün üzv və to -
xumalarının bir-biri ilə, həmçinin ətraf mühitlə əlaqəsini təmin edir və onun
fəaliyyətini tənzimləyir. Mərkəzi sinir sisteminin fəaliyyəti:
– ayrı-ayrı orqanları təşkil edən müxtəlif hüceyrə və toxumaların funk -
siyalarını əlaqələndirir (məsələn, təqəllüs aktında əzələni təşkil edən
ayrı-ayrı lifləri, daxili sekresiya aktında vəziləri);
– üzv və sistemlərin fəaliyyətini koordinasiya edir (məsələn, işlək əzə -
lələrdə qan dövranı, qan dövranında tənəffüs, fiziki və əqli iş zamanı
enerji təminatı və s.);
– ətraf mühitin dəyişən şəraitinə müvafiq olaraq orqanizmin bütün həyati
funksiyasını tənzimləyir.
Çap üçün deyil

18
İnsanın sinir sisteminə mərkəzi sinir sistemi, periferik sinir sistemi və
ve getativ sinir sistemi daxildir.
Mərkəzi sinir sistemi. Təxminən 15 milyard sinir hüceyrəsindən təşkil
edil mişdir. Buraya beyin və onurğa beyni daxildir. Birinci kəllə boşluğunda,
ikinci isə onurğa kanalında yerləşir. 
Baş beyin. İnsanın baş beyni bir-biri ilə qarşılıqlı əlaqədə olan sağ və sol
yarımkürələrdən, beyin lüləsindən və beyincikdən ibarətdir. Beyin yarım kü -
rə lərinin səthi çoxsaylı şırımlar və xətlərlə kəsilmişdir. Beyin ya rım kürələri
xaricdən özündə 4 milyard sinir hüceyrəsini birləşdirən nazik qabıqla (bir
neçə qatda) əhatə olunmuşdur. İnsan beyninin çəkisi təxminən 1,2 kq-dan
2 kq-dək olur. 
Onurğa beynin uzunluğu 43–45 sm olur. Çəkisi 32 qrama qədərdir. 
Periferik sinir sistemi. Mərkəzi sinir sistemindən çıxan bütün si nirlərin
toplusundan ibarətdir. Baş beyindən 12 cüt kəllə siniri, onurğa bey nindən
isə 31 cüt onurğa beyni sinirləri çıxır. Bu sinirlər hissiyyat orqanlarından gə -
lən impulsları baş beyinə ötürür, baş beyindən isə əzələlərə çatdırır. 
Vegetativ sinir sistemi. Daxili
orqanların tənzimlənməsində
iştirak edir. 
Bütün sinir sistemi bütövlükdə
və onun ayrı-ayrı funksional böl -
mələri iki prinsip əsasında fəa -
liy yət  göstərir:  refleks prinsipi
və bağlı reflektor dai rəvi koor-
dinasiyaedici idarəetmə
Refleks prinsipi. Orqanizmə
xaricdən və ya daxildən gələn
qıcığa cavab reaksiyasıdır. İkinci
prinsipə daha çox mürəkkəb
hərəki fəaliy yət daxildir. Hə rəkət
aktının məqsədyönlü təşkilində
baş beyinin alın hissəsi xüsusi
rola malikdir. İradi hərəkətlər
(şüurla idarə olunan) hərəkət ana -
li zatorlarının  və  di gər  anali za tor -
ların (görmə, eşitmə və digər)
bir gə fəa liy yəti ilə həyata keçirilir
(şəkil 7).
Şəkil 7. Refleks qövsü
Çap üçün deyil

19
Mərkəzi sinir sistemi və hərəkət aparatı, həm də onunla tənəffüs, qan
döv ranı və enerji təchizi sistemləri ara sın da sıx funksional əla qə mövcuddur. 
Enerji mübadiləsi. Yeniyetməlik dövrünün başlanması ilə əlaqədar ola -
raq orqanizmdə enerji mübadiləsi prosesi yaşlılarla müqayisədə daha gərgin
ke çir. Nis bətən sakit halda yeniyet mənin bədən çəkisinin hər kiloqramına
5–6 millilitr, yaşlılarda isə 4–4,5 millilitr oksigen tələb olunur. Bununla əla -
qə dar ola raq, ye ni yetmənin oksigen da şıma sistemi daha intensiv işləyir. Ye -
niyetmə 100 millilitr oksigeni 3 litr havadan, yaşlılar isə 2,3–2,6 litr hava dan
ala bilirlər. Sutkalıq enerji sərfi necədir? 6 yaşlı oğlan uşağında bu gös tə rici
1970 kilokalori, 7–10 yaşlı oğlan uşağında 2300 kilokalori, 13–15 yaş lı ye -
niyetmədə isə 2600–2700 kilokaloriyə çatır. 16–17 yaş la   rın da sutkalıq enerji
sərfi oğlanlarda 3000 kilokalori, qızlarda isə 2900 kilokaloridir. Be ləliklə,
orqanizmin ümumi enerji sərfi bədənin kütləsinin, birinci növbədə isə əzələ
kütləsinin artması ilə əlaqədardır. Burada, həmçinin hərəki fəallıq daha
mühüm rol oyna yır. Bu zaman enerjiyə olan  tələbat bədənin çəkisindən,
hərəki fəallıqdan, bədən quruluşundan, bio loji yetkinlik səviyyəsindən asılı
olaraq çox geniş diapazonda dəyişir. 
Mövzu üzrə suallar
1. Qandaşıyıcı sistem insan orqanizmində hansı funksiyaları yerinə ye-
tirir?
2. Orqanizmin qandaşıyıcı sisteminə hansı üzv və sistemlər daxildir?
3. İnsan ürəyi neçə kameralıdır?
4. Arterial qan venoz qandan nə ilə fərqlənir?
5. Ürəyin işinə hansı göstərici ilə nəzarət olunur?
6. Ürəyin işinin effektli olmasına hansı amillər təsir göstərir?
7. Kapillyar damarların orqanizmdə rolu nədən ibarətdir?
8. Sinir sistemi hansı hissələrdən ibarətdir?
9. Mərkəzi sinir sisteminə nələr daxildir? 
10. Sinir sistemi orqanizmdə neçə prinsip əsasında fəaliyyət göstərir?
Çap üçün deyil

20
ÖZÜNƏNƏZARƏT
Hər bir insan sağlam yaşamaq, fiziki cəhətdən hazırlıqlı olmaq arzusu ilə
yaşayır. Sağlamlıq insan üçün hər şeydən qiymətli, heç nəyin əvəz edə
bilməyəcəyi böyük bir dəyər, xoşbəxtlikdir. Bu xoşbəxtliyin uzunmüddətli
olmasının təməli daha çox yeniyetməlik, orqanizmin fəal inkişafı dövründə
qoyulur. Sistemli olaraq aparılan özünənəzarət şagirdə sağlamlıqla əlaqəli
zəruri olan fəaliyyət istiqamətini göstərir.
Hər bir yeniyetmə fiziki inkişafla əlaqədar öz yaş dövrünün fərqli xüsu -
siyyətləri haqqında dərsliyin əvvəlki bölmələrində informasiya əldə etmək
imkanına malikdir. Bu informasiyalar öz sağlamlığını möhkəm lən dirmək,
fiziki hazırlığını artırmaq və ən əsası bütün  bunlar üzərində nəzarətin həyata
keçirilməsinin zəruri olduğunu yeniyetmələrin diqqətinə çatdırır.
Vaxtında və sistemli olaraq aparılan özünənəzarət şagirdə orqanizmin
funksional vəziyyətini (nəbz vurğusu, AHT), fiziki hazırlıq səviyyəsini müəy -
yən etmək, onu müqayisə edib dəyərləndirmək imkanı verir. 
Özünənəzarət – sağlamlıq, fiziki inkişaf, əhvali-ruhiyyənin vəziyyəti
üzərində aparılan müşahidədir. Özünənəzarət metodları müxtəlif və çoxsaylı
ola bilər. Lakin şərti olaraq onları iki qrupa bölmək mümkündür:
1. Subyektiv metodlar – buraya yuxu, iştaha, əhval, ağrı hissi və s. da -
xildir.
2. Obyektiv metodlar – buraya müəyyən ölçmələrdən istifadə etməklə mü -
əyyən olunan göstəricilər: bədənin çəkisi, boy, nəbz vurğusu, ağciyərin hə yat tu-
tumu, ayrı-ayrı əsas qrup əzələlərdə sürət, qüvvə, dözümlülük və s. da xildir.
Özünənəzarət nəticələri sistemli olaraq gündəlikdə qeyd olunduqda mü-
vafiq təhlil aparmaq, göstəriciləri müqayisə etmək və ən əsası baş verən
dəyişikliklərin səbəblərini aşkar etmək mümkündür. Bu qeydlər zamanı
ölçmənin tarixi, günü, saatı qeyd olunmalıdır. 
Subyektiv metodla əhval, yuxu və s. üzərində müşahidə apardıqda da
günü və saatı qeyd etmək lazımdır. Həmişə günün eyni vaxtında müşahidə
aparmaq daha əlverişlidir.
Fiziki hərəkətlərin icrası, oyun, fiziki hərəkətlər üzrə ev tapşırıqlarını
yerinə yetirərkən, fiziki yükdən sonra müşahidə aparmaq sizə icra etdiyiniz
fiziki yükün hazırlıq səviyyənizə müvafiq olub-olmaması haqda fikir
yürütməyə imkan verəcəkdir. Əgər fiziki yükdən və ya məşqdən sonra siz
özünüzü yaxşı hiss edirsinizsə, əhvalınız, yuxunuz, iştahanız və məşğul
olmaq istəyi varsa, deməli, bu onu göstərir ki, orqanizminiz icra etdiyiniz
fiziki yükə hazırdır və onun öhdəsindən gəlir. Yox, əgər fiziki yükdən sonrakı
Çap üçün deyil

21
gün nəbz vurğusu həmişəki göstəriciyə qayıtmırsa, əhvalınız yaxşı deyilsə,
iştahanız yoxdursa və yuxusuzluq müşahidə olunursa, bu yerinə yetirdiyiniz
fiziki yükün, məşqin sizin orqanizm üçün çox yüksək olduğuna və bu yükün
azaldılmasının zəruriliyinə dəlalət edir.
Funksional göstəricilər üzrə özünənəzarət – buraya nəbz (ürək vurğuları)
və ağciyərin həyat tutumu daxildir.
Ürək vurğuları – bu insanın ürək-damar sisteminin funksional vəziyyə -
tini əks etdirən göstəricidir. Bu göstərici ilə istənilən şagird nəbz vurğularının
özünün yaş qrupu üçün müəyyən olunmuş normativlərə uyğunluğu, ürək-
damar və tənəffüs sisteminin funksional  vəziyyətini, nəbzin bərpa əmsalını
müəyyən edə bilər. Nəbzin ölçülməsi həm idmanda, həm də tibdə çox geniş
yayılmış müşahidə metodudur. Alınan göstərici orqanizmdə baş verən
dəyişiklikləri əks etdirdiyi üçün  informativ göstərici hesab olunur.
Nəbz vurğularının ölçülməsi çox sadədir (şəkil 8). Ürək vurğularının sayı
arteriya damarlarının bədənin səthinə yaxın olan nahiyələrində:
a) üç barmaqla biləkdə;
b) böyük və göstərici barmaqlarla boyunda (yuxu arteriyalar üzərində);
c) orta və göstərici barmaqların ucu ilə gicgahda;
d) ovucla sinədə – ürək nahiyəsində ölçülür.
Şəkil 8. 
Nəbz vurğularının müəyyənləşdirildiyi nahiyələr
Cədvəl 1.
Yaş
Oğlanlar
Qızlar
13
73
75
14
73
74
Çap üçün deyil

22
Ölçmələr 10 saniyə ərzində aparılırsa, alınan rəqəm 6-ya, 15 saniyə ərzin -
də aparılırsa, 4-ə, 30 saniyə ərzində aparılırsa, 2-yə vurularaq 1 dəqiqədə ürək
vurğularının sayı müəyyən edilir. Nəbz vurğuları 1 dəqiqə ərzində də öl  çülə
bilər. Belə ölçmə daha dəqiq olacaqdır. 10 saniyə ərzində ölçülən nəbz vur -
ğu sunun aşağıdakı cədvəldən istifadə etməklə 1 dəqiqəlik göstəricisini tap -
maq  mümkündür.
Nəbzin hesablanması
İstənilən fiziki yükün icrası ürək vurğularının sayını artırır. Fiziki yük nə qə -
 dər böyük və intensivdirsə, ürək vurğularının sayı da bir o qədər yüksək olur.
Yün gül fiziki yük zamanı bu göstərici 100–120 vur/dəq.; orta fiziki yük də 130–
150 vur/dəq.; intensiv, gərgin iş zamanı isə 170–190 vur/dəq.-yə çata bilər.
Ürək vurğularının tezliyi fərdi xüsusiyyətlərindən asılıdır və bu səbəbdən
də hər hansı bir insanın göstəriciləri orta nəbz göstəricisindən fərqlənə bilər.
Sistemli olaraq sağlamlaşdırıcı hərəkətləri yerinə yetirən, yeriş, qaçış,
veloidman və üzgüçülüklə məşğul olanlarda ürək daha qənaətlə işləyir, ürək
vurğularının sayı onlarda əhəmiyyətli dərəcədə aşağıdır.
Nəbz vurğuları göstəricisinin davamlı məşğələlər zamanı dəyişməsi
tədricən baş verir və bu dəyişməni (azalma) uzunmüddətli müşahidə va si -
təsilə aşkarlamaq mümkündür. Lakin ürək vurğuları göstəricisində yo rul ma,
gərgin fiziki yük və s. əlaqədar baş verən dəyişikliklər tez nəzərə çarpır.
Orqanizmin fiziki yükə uyğunlaşması nəbzin bərpa əmsalı deyilən gös -
tərici ilə müəyyən olunur. Bu zaman fiziki yükdən dərhal sonra və üç dəqiqə
sonra müəyyən olunan nəbz vurğusu göstəricilərinin nisbəti bərpa əmsalını
aşkar edəcəkdir.
Nəbz
Nəbz
Nəbz
10 san.                1 dəq.
10 san.                1 dəq.
10 san.                1 dəq.
10                          60
20                         120
30                          180
11                          66
21                         126
31                          186
12                          72
22                         132
32                          192
13                          78
23                         138
33                          198
14                          84
24                         144
34                          204
15                          90
25                         150
35                          210
16                          96
26                         156
17                          102
27                         162
18                          108
28                         168
19                          114
29                         174
Cədvəl 2.
Çap üçün deyil

23
Nəbzin bərpa əmsalı =
x 100
FY-dən 3 dəqiqə sonrakı nəbz vurğusu
FY-dən dərhal sonrakı nəbz vurğusu
Yaş
AHT litr
Oğlanlar
Qızlar
13
2550–3000
1850–2100
14
3050–3150
2150–2250
Cədvəl 3.
Şəkil 9. Ölçmə üsulları (boy, ağciyərlərin həyat tutumu (AHT), 
döş qəfəsinin eni)
30 %-dən az olan NBƏ orqanizmin fiziki yükə reaksiyasının yaxşı oldu -
ğunu göstərir.
Orqanizmin fiziki yükə reaksiyası adi oturub-qalxma hərəkəti ilə yoxlanıla
bilər. Bu üsulun qaydası dərslikdə verilmişdir.
Ürək vurğularının (nəbzin) dəyişməsi (artması), əslində, fiziki hərəkətlərin
ic rası zamanı oksigenə olan tələbatla əlaqədardır. Orqanizmdə isə ok sigen
daşı yıcı sistemin ən vacib orqanı ağciyərlərdir. Ağciyərlərin nəfəs al dı ğımız
hava kütləsi ilə təmas sahələri (alveollar) nə qədər çox olarsa, or qa niz min
ok si gen lə təminatı da bir o qədər asanlaşar. Bu səbəbdən də ağ ciyərlərin
həyat tutumu in san orqanizminin funksional sistemlərinin və ziy yətini (başqa
sözlə, sağlamlıq göstəricisini) əks etdirən göstərici kimi qəbul olunur. Ağ ci -
yə rin həyat tutumu spi roqram adlanan cihaz vasitəsilə  müəyyən olunur.
Çap üçün deyil

Cədvəl 4.
Oğlanlar
Yaş
Orta boy-
dan aşağı
(sm)
Bədənin
çəkisi
(kq)
Orta boy
(sm)
Bədənin
çəkisi
(kq)
Orta boy-
dan yuxarı
(sm)
Bədənin
çəkisi
(kq)
13
141–148
27,9–47,4
149–165
39,3–53,0
166–173
49,4–86,9
14
148–154
35,3–54,1
155–170
45,4–56,8
171–177
52,8–71,6
Qızlar
13
144–150
31,1–53,6
151–163
43,3–54,4
164–169
49,7–71,3
14
148–153
36,5–57,5
154–167
46,5–55,5
168–174
50,3–72,0
Yeniyetmələrdə bədənin normal  boy-çəki göstəriciləri
24
Orqanizmin tənəffüs sisteminin fəaliyyətini, onun yorulmaya qarşı da -
yan maq qabiliyyətini qiymətləndirmək üçün bir neçə üsuldan istifadə olunur.
Bu üsullardan biri oturmuş vəziyyətdə dərin nəfəs alıb buraxmaq, sonra ye -
ni dən dərindən nəfəs alıb nəfəsi saxlamaqdır (burun barmaqlarla sıxılıb sax -
la nılır). Bu zaman 90 saniyə ərzində nəfəsi saxlamaq – “əla”; 60–90 sa niyə
ərzində nəfəsi saxlamaq – “yaxşı”; 30–60 saniyə ərzində nəfəsi saxlamaq –
“kafi”; 30 saniyədən az olan göstərici – “qeyri-kafi” hesab olunur. Fiziki yü -
kün köməyi ilə, xüsusən uzaq məsafələrə qaçış, üzgüçülük, kross qaçışı və s.
nəfəsi saxlamaq göstəricisi artır.
Tənəffüs sisteminin işinin effektliliyini yoxlamağın digər üsulu da möv -
cuddur. Burada da oturmuş vəziyyətdə dərindən nəfəs alınır, nəfəsi bu rax -
dıqdan sonra burnu tutub nəfəs alınmır və vaxt ölçülür. Məşq etməmiş in -
sanlar 25–30 saniyə bu vəziyyətdə qala bilirlər. Fiziki hazırlığı yaxşı olanlar
40–60 saniyə nəfəs almadan qala bilirlər.
Şagirdlərin fiziki inkişafı boy və çəki, döş qəfəsinin eni göstəricilərinə
əsasən müəyyən olunur. Bu göstəricilər müəyyən mənada şagirdlərin mənsub
olduqları bədən quruluşu tiplərindən də asılıdır. Lakin hər bir şagirdin boyu
və çəkisi onun fiziki inkişafı haqqında müəyyən fikir yürütməyə əsas verir.
Normal boy, çəki göstəriciləri yalnız fiziki inkişafın deyil, həm də sağ -
lamlığın göstəricisi hesab olunur. Hər bir yeniyetmə aşağıdakı cədvəldən
isti fadə etməklə boy, çəki göstəricilərinin yaş qrupuna müvafiqliyini müəyyən
edə bilər. Əgər sizin çəkiniz boy göstəricilərinə müvafiq deyilsə, artıqdırsa,
bu sizin idmanla və fiziki hərəkətlərin icrası ilə ciddi məşğul olmağınızın
zəruriliyini göstərir.
Çap üçün deyil

25
Fiziki hazırlıq üzərində nəzarət ümumtəhsil məktəblərinin bütün siniflərində
fiziki tərbiyə dərslərinin təcrübi hissəsinin şagirdlərin funksional hazırlığının
diaqnostik qiymətləndirilməsi ilə başlanır. Bu zaman hər bir yaş qrupu üçün
müəyyən normativ göstəricilər müəyyən olunmuşdur. Bu göstəricilər şa -
gird lərin sürət, sürət-güc, çeviklik, qüvvə, əyilgənlik və dözümlülük qabi -
liy yətlərini “kafi”, “yaxşı”, “əla” səviyyədə qiymətləndirməyə imkan verir.
Lakin hər bir şagird özünün fiziki hazırlıq səviyyəsini evdə, həyətdə, mək -
təbin meydançasında asanlıqla yoxlaya bilər.  Bu zaman aşağıdakı hərəkətlərdən
istifadə etmək olar:
Turnikdə dartınma – şagirdin yuxarı ətraf əzələlərinin hazırlığını yoxlamaq
üçün istifadə olunur. 
Aşağı ətraf əzələlərinin qüvvə hazırlığı:
Bir ayaq (sağ, sol) üzərində oturub-qalxma hərəkəti ilə;
Gövdənin qüvvə hazırlığı isə 30 saniyə ərzində uzanmış vəziyyətdə
gövdənin bükülüb-açılması hərəkətinin icrası ilə müəyyən olunur;
Yerindən uzunluğa tullanma – aşağı ətrafların sürət-güc hazırlığını qiy -
mətləndirmək məqsədilə istifadə edilir;
Məkik qaçışı – (10x3) qısa və çox vaxt sərf etmədən bu hərəkətin kö -
məyi ilə şagirdin çeviklik  qabiliyyətinin səviyyəsi müəyyən olunur;
60 metrəyə qaçış – 8-ci sinif şagirdlərinin sürət qabiliyyətini dəyər lən -
dir mək məqsədilə istifadə olunur. Şəraitdən asılı olaraq bu məqsədlə bəzən
30 m qaçış da tətbiq edilə bilər;
Uzanmış vəziyyətdən irəliyə  əyilmək – “körpü” bədənin əyilgənlik qabi -
liyyətinin qiymətləndirilməsində istifadə  olunur.
Hər bir şagird aşağıdakı cədvəldən istifadə etməklə fiziki hazırlıq səviy -
yəsini müəyyənləşdirə bilər. Siz il ərzində belə yoxlamalar aparmaqla fiziki
ha zırlığınızda olan dəyişiklikləri müəyyən edə bilərsiniz. Nə  zərə almaq la -
zımdır ki, belə testləşmələri sinif yoldaşınızla, həmyaşıd, dost-tanışlarınızla
apardıqda daha düzgün göstəricilərə nail ola bilərsiniz. Çün ki kiminlə ya -
rışmanızdan asılı olmayaraq, belə halda siz daha çox səfər bər olmağa, daha
yaxşı nəticə göstərməyə çalışırsınız.
Kataloq: noduploads -> book
book -> «aspolèqraf» naTik axundovi, humeir ehmedovi,'
book -> Методическое пособие для учителя 6 мет о диче ск ое пособие для учите
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29. 07. 2013-cü il tarixli 754 nömrəli əmri ilə
book -> Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19. 06. 2009-cu il tarixli
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05. 07. 2010-cu il tarixli
book -> Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov
book -> ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün

Yüklə 29,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə