ÄßÐÑËÈÊ «ÀÑÏÎËÈÃÐÀÔ» ÁÀÊÛ—2015 Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí.. 2015-úi èë òàðèõëè ¹-li ÿìðè èëÿ òÿñäèã åäèëìèøäèð. Çap üçün deyil



Yüklə 29,39 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix06.05.2017
ölçüsü29,39 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Çap üçün deyil

48
Beləliklə, Olimpiya Oyunlarında Azərbaycan idmançısı İnna Rıskal
ümu milikdə iki qızıl və iki gümüş medal qazanmış oldu.
1980-ci ildə XXII Yay Olimpiya Oyunları Moskvada keçirildi. Bu oyun -
lar əvvəlcədən planlaşdırıldığı kimi alınmadı. Çünki 1979-cu ildə  Sovet qo -
şunları Əfqanıstanı işğal etdiyinə görə dünyanın bir çox ölkələri bu oyunlarda
iştirakdan imtina etdilər, lakin oyunlar keçirildi. Bu oyunlarda 5 azərbaycanlı
idmançı iştirak edirdi. Onlardan ikisi:
Larisa Savkina – həndbol – qızıl medal;
Tatyana Şviqanova – otüstü xokkey – gümüş medal qazanaraq mükafatçılar
sırasına çıxa bildilər. 
1988-ci ildə Seul şəhərində keçirilən XXIV Yay Olimpiya Oyunlarında
isə azərbaycanlı idmançılar SSRİ yığ ma komandasının tərkibində nisbətən
çoxsaylı heyətlə – 18 nəfərlə çıxış edirdilər. Seul Olimpiyadasında 6 azər -
baycanlı idmançı medal qazandı:
İlqar Məmmədov – qılıncoynatma – qızıl medal;
Boris Koretski – qılıncoynatma – qızıl medal;
İqor Ponamaryov – futbol – qızıl medal;
Aleksandr Lukyanov – avarçəkmə – gümüş medal;
Vasili Yakuşa – avarçəkmə – bürünc medal;
Elina Qusyeva – həndbol – bürünc medal.
Seul Olimpiya Oyunları azərbaycanlı idmançıların SSRİ-nin yığma ko -
man dası tərkibində ən böyük uğur qazandığı yarış oldu.
MÜSTƏQİLLİK İLLƏRİ
1992-ci ildə Barselonada keçirilən 
XXV Yay Olimpiya Oyunları
Bu oyunlar ərəfəsində dünyanın siyasi xəritəsində ciddi dəyişiklik baş
ver di, SSRİ dağıldı. Vaxtilə SSRİ-nin tərkibinə daxil edilmiş respublikalar
müs təqillik qazandılar. Lakin bu illərdə müttəfiq respublika idmançıları öz
bay   raqları altında çıxış edib lisenziya qazanmamışdılar. Bu səbəbdən də Müs -
 təqil Dövlətlər Birliyinə daxil olan ölkələr oyunlarda Beynəlxalq Olimpiya
Komitəsinin bayrağı altında çıxış edirdilər. Şəxsi yarışlarda isə hər bir idman çı
öz ölkəsinin bayrağı altında çıxış edirdi. Barselona Olimpiadasında üçrəngli
Azərbaycan bayrağı altında 5 idmançı çıxış edirdi:
Nazim Hüseynov – cüdo – qızıl medal;
Valeri Belenki – gimnastika – qızıl, bürünc;
Çap üçün deyil

49
İlqar Məmmədov – qılıncoynatma;
Valeri Timoxin – stend atıcılığı;
Valentina Popova – tennis.
Qazanılan 3 medal Azərbaycan idmançılarının və idman mütəxəssislərinin
böyük potensiala malik olmasının bariz nümunəsi idi.
Oyunların qızıl mükafatçısı Nazim
Hüseynov fənd işlədərkən
Valeri Belenki
Çap üçün deyil

50
1996-cı il Atlanta  XXVI Yay Olimpiya Oyunları
Bu oyunlarda, ilk dəfə olar aq, Azərbaycan idmançıları müstəqil dövləti -
mi zin bayrağı altında çıxış edirdilər. Nüma yən də heyətinə 23 idmançı daxil
idi. Bu yarışlarda Azər bay canın iştirakına ümummilli lider Heydər Əliyev
bö 
yük önəm verirdi və bunu müs 
tə 
qil 
liyini yenicə bərpa etmiş ölkənin
beynəlxalq aləmdə tanıdılmasının vasitəsi hesab edirdi. Atlantada sərbəst
güləş çi miz Namiq Abdullayev gümüş medal qazandı. 
2000-ci il Sidney XXVII Olimpiya Oyunları
Nümayəndə heyətinin tərkibinə Olimpiya Oyunlarında iştirak hüququ
verən lisenziya normativlərini yerinə yetirmiş 31 idmançı  daxil edilmişdi.
Oyunların gedişində 3 idmançımız Olimpiya medalı qazandı:
Zemfira Meftəhəddinova  – dairəvi stend – qızıl medal;
Namiq Abdullayev – sərbəst güləş – qızıl medal;
Vüqar Ələkbərov – boks – bürünc medal.
Azərbaycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin
Prezidenti cənab İlham Əliyev bu yarışları bilavasitə izləyirdi və tamaşaçılar
arasında idi. Bu möhtəşəm qələbələr Azərbaycanı Sidney Olimpiadasında
iştirak edən 202 ölkə arasında 34-cü yerə çıxartdı.
Namiq Abdullayev hücum zamanı
Çap üçün deyil

51
Namiq Abdullayev
Vüqar Ələkbərov
Zemfira Meftəhəddinova
2004-cü il Afina XXVIII Yay Olimpiya Oyunları
Afina Olimpiadasında iştirak üçün aparılan planlı hazırlıq öz bəhrəsini
verdi. İdmançılarımız 12 növ üzrə yarışlarda iştirak hüququ verən 38 lisen -
zi ya qazandılar. Onlar gərgin mübarizə şəraitində 5 medal qazandılar:
Fərid Mansurov – yunan-Roma güləşi – qızıl medal;
Zemfira Meftəhəddinova – dairəvi stend atıcılığı – bürünc medal;
İradə Aşumova – güllə atıcılığı – bürünc medal;
Ağası Məmmədov – boks – bürünc medal;
Fuad Aslanov – boks – bürünc medal.
Çap üçün deyil

52
Fərid Mansurov
2008-ci il Pekin XXIX Yay Olimpiya Oyunları
Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan 44 idmançı ilə təmsil
olun muş dur. Bu idmançılar yarışlarda 7 medal qazandılar və ümumi komanda
hesabında 39-cu yeri tutdular:
Elnur Məmmədli – cüdo – qızıl medal;
Rövşən Bayramov – yu-
nan-Roma güləşi – gümüş
medal;
Vitali Rəhimov – sərbəst
güləş – gümüş medal;
Şahin İmranov – boks –
bürünc medal;
Mövlud Mirəliyev – cüdo
– bürünc medal;
Mariya Stadnik – sərbəst
güləş – bürünc medal;
Xetaq Qazyukov – sərbəst
güləş – bürünc medal.
Elnur Məmmədli
Çap üçün deyil

53
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev Elnur Məmmədlini
Pekində Olimpiya Oyunlarının qızıl
medalı ilə təltif edir
Rövşən Bayramov erməni idmançıya
qalib gələrkən
Şahin İmranov döyüşdə
Vitali Rəhimovun fəndi
Çap üçün deyil

54
Şərif Şərifovun rus güləşçisi ilə mübarizəsi 
2012-ci il London XXX Yay Olimpiya Oyunları
Bu Olimpiadada əldə olunan uğurlar Azərbaycanın müstəqilliyini bərpa
etdiyi dövrdən sonra  qazandığı ən böyük idman nailiyyəti idi. İdmançılarımız
bu Olimpiadada 2 qızıl, 2 gümüş, 6 bürünc olmaqla 10 medal qazandılar və
ümumi komanda hesabında əhalisi bizdən qat-qat artıq olan Polşa, Kanada,
Türkiyə və digər ölkələri geridə qoyaraq 30-cu yeri tutdular:
Toğrul Əsgərov – sərbəst güləş – qızıl medal;
Şərif Şərifov – sərbəst güləş – qızıl medal;
Rövşən Bayramov – yunan-Roma güləşi – gümüş medal;
Mariya Stadnik – sərbəst güləş – gümüş medal;
Teymur Məmmədov – boks – bürünc medal;
Valentin Xiristov – ağırlıqqaldırma – bürünc medal;
Emin Əhmədov  – yunan-Roma güləşi – bürünc medal;
Yuliya Ratkeviç – sərbəst güləş – bürünc medal;
Məmmədrəsul Məcidov – boks – bürünc medal;
Xetaq Qazyukov – sərbəst güləş – bürünc medal.
London Olimpiadası Azərbaycan idmanının möhtəşəm qələbəsi kimi
tarixdə qalacaqdır.
Çap üçün deyil

55
Toğrul Əsgərov
Mövzu üzrə suallar
1. SSRİ-nin yığma komandası tərkibində Olimpiya Oyunlarında ilk medal
qazanan  azərbaycanlı idmançı kim idi?
2.  Azərbaycanlı idmançılardan ilk qızıl Olimpiya medalını qazanan kim
olmuşdur?
3. SSRİ-nin yığma komandası tərkibində azərbaycanlı idmançıların ən
çox medal qazandıqları hansı Olimpiya Oyunudur və harada ke çi ril -
mişdir?
4. Müstəqillik dövründə Azərbaycan idmançıları ilk dəfə hansı Olimpiadada
çıxış etmişlər?
5. London Olimpiadasında Azərbaycan idmançıları neçə medal
qazanmışlar?
Çap üçün deyil

56
ATLETİKA
Atletika hərəkətlərinin icra texnikasının mənimsənilməsi və
təkmilləşdirilməsi
8-ci sinifdə atletika idmanına aid edilən növlər şagirdlərdə sürət
qabiliyyətinin inkişafı üçün qısa məsafələrə qaçış, estafet (müxtəlif mərhələli)
qaçışları; sürət-gücün inkişafı üçün uzunluğa və hündürlüyə tullanmalar,
kiçik topun uzağa və hədəfə atılması; dözümlülüyün inkişafı məqsədilə
kross qaçışları əsas vasitə kimi seçilmişdir. Şagirdlərin fiziki hazırlığının
artırılmasında atletikanın yuxarıda qeyd olunan klassik hərəkətlərindən
başqa, müxtəlif xüsusi hərəkət kompleksləri, hərəkət birləşmələri istifadə
oluna bilər. Ayrı-ayrı atletika  hərəkətlərinin mükəmməl icra texnikasına
yiyələnmə hər bir şagirdə mövcud normativləri yerinə yetirməyə müəyyən
köməkdir. Lakin bu sizin yaş qrupunuza aid olan normativlər üzrə yüksək
nəticə üçün  kifayət deyildir. Çünki bunun üçün siz müvafiq hazırlığa, sürət,
sürət-güc, dözümlülük qabiliyyətinə malik olmalısınız. Ola bilsin ki, siz
aşağı start texnikasını qənaətbəxş səviyyədə mənimsəmişsiniz, lakin sürətlənmə,
maksimal qaçış sürətiniz aşağı səviyyədədirsə, onda qısa məsafəyə qaçışda
yüksək nəticə göstərmək mümkün olmayacaqdır. Və yaxud qaçaraq uzunluğa,
hündürlüyə tullanma texnikasına yiyələnmişsiniz, lakin kifayət qədər sürət-
güc hazırlığı olmadan bu növlərdə qənaətbəxş nəticə göstərmək mümkün
olmayacaqdır. Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, siz hərəkətin
icra texnikasına, yəni icra bacarığı və vərdişinə yiyələnməklə yanaşı, bu
hərəkətin icrası üçün müvafiq hərəki qabiliyyətlərə; sürət, sürət-güc, qüvvə,
çeviklik və s. bu kimi hərəkətin icra keyfiyyətini müəyyən edən dəyərlərə
də yiyələnməlisiniz. Xüsusi qeyd etmək lazımdır ki, ayrı-ayrı hərəki
qabiliyyətlər bütün idman növlərində yüksək nəticə göstərmək üçün zəmin
yaradır. Sürət, sürət-güc yalnız atletika növlərində deyil, eləcə də futbol,
basketbol, voleybol, həndbol və digər idman oyun növlərində uğur əldə
etmək üçün zəruri faktor hesab edilir.
II. BACARIQ VƏ VƏRDİŞLƏR
Çap üçün deyil

57
Qısa məsafələrə qaçış texnikasının təkmilləşdirilməsi
Siz aşağı siniflərdə qısa məsafələrə (30, 60, 100 m) qaçış texnikası
haqqında kifayət qədər məlumat əldə etmisiniz. Digər növlərdə olduğu
kimi, qısa məsafəyə qaçış tam bir hərəkət (təmrin) kimi hissələrdən,
fazalardan ibarətdir. Bu hərəkət fazalarının hər birində idmançının icra et -
məli olduğu zəruri elementlər vardır. Onları lazım olan ardıcıllıq və tezliklə
icra etmədikdə ümumi hərəkətin icrası uğurlu alınmır. Başqa sözlə desək,
arzu etdiyiniz nəticəni göstərə bilməyəcəksiniz. Qısa məsafələrə qaçışda da
yuxarıda qeyd olunan zəruri icra elementləri vardır. Bu elementlər qısa
məsafəyə qaçışın bütün fazalarında vardır. Bildiyiniz kimi, qısa məsafələrə
qaçışın icra texnikası şərti olaraq dörd hissəyə bölünür: start, start sürətlənməsi,
məsafəboyu qaçış və finişetmə.
Start. Qısa məsafələrə qaçışda aşağı startdan istifadə olunur. Aşağı start
vəziyyəti idman mütəxəssislərinin fikrincə, qaçışa daha tez başlamaq və az
məsafədə maksimal qaçış sürəti əldə etməyə imkan verir. Siz aşağı siniflərdə
bu start vəziyyətlərindən dəfələrlə
istifadə etmisiniz. Lakin sizin indiki
hazırlığınız aşağı start texnikası ilə
daha yaxından tanış olmağa imkan
verir. Startdan çıxmaq üçün start
qəliblərindən istifadə olunur. Bu qə -
liblər qaçışa başlayarkən  idmançının
təkanı zamanı arxaya mümkün sü -
rüş mənin qarşısını alır, təkanın gü -
cü 
nü qaçış istiqamətinə yönəldir.
Start qəliblərinin qurulması idman -
çı nın baş, xüsusən qıçlarının uzunlu -
ğuna, onun hazırlıq səviyyəsinə uyğun
qurulmalıdır. Qəliblərdən istifadə
variantı idmançının (şagirdin) start
zamanı malik olduğu potensialı
reallaşdırmağa imkan verməlidir.
Start qəliblərinin qurulmasının
üç variantı mövcuddur: “adi”, “uzaq -
laş dı rıl mış”  və  “ya xınlaşdı rıl mış”
(şəkil 13).
Şəkil 13. Start qəliblərinin qurulması
variantları
adi
uzaqlaş-
dırılmış
yaxınlaş -
dırılmış
Çap üçün deyil

58
Yeni məşğul olanlar, adətən,
daha çox start qəliblərinin qurul -
ma sı nın “adi” variantından istifadə
edir lər. Bu zaman irəlidəki qəlib
start xəttindən 1–1,5 pəncə məsa -
fədə, arxadan qəlib isə birinci qə -
libdən baldır uzunlu ğun da və ya
1,5 pəncə aralıda (deməli, start xət -
tindən 3 pəncə arxaya) qurulur. İrə -
lidəki qəlibin dayaq sahəsi qaçış
yoluna nəzərən təxminən 45–50º-lik,
arxa qəlib isə bir qədər artıq 60–
70º-lik bucaq altında qurulur. Qeyd
etmək lazımdır ki, bu göstəricilər şərtidir və fərdi xüsusiyyətlərə müvafiq
olaraq dəyişir.
Məhz fərdi xüsusiyyətlərin müxtəlifliyi start qəliblərinin qurulmasının
digər variantlarından istifadə etmək zərurəti yaradır. Qəliblərin qurulması va -
riantları şəkil 13-də verilmişdir. “Uzaqlaşdırılmış” start variantında irəli dəki
qəlib arxadakı qəlibə yaxınlaşdırılır və onların arasındakı məsafə 1–0,5 pəncə
ölçüsündə olur.
“Yaxınlaşdırılmış” start variantında isə arxada yerləşən qəlib irəlidəkinə
yaxınlaşdırılır. Start qəlibləri start xəttinə yaxınlaşdırılarkən  dayaq sahəsinin
bucağı azalır, start xəttindən uzaqlaşdırılarkən isə dayaq sahəsinin bucağı
artır.
“Starta!” komandası
ilə  id man çı  start  qəlib lə -
rindən irə liyə keçir, əl -
ləri ilə qaçış  yoluna
isti nad edərək bir pən -
cəsini irə lidəki qəli bə,
digər  pəncə  ni isə arxa
qəlibə  söy kə  yir  (şəkil
15).  Arxa  da yaq  da  diz
üzərində duraraq, əl lə -
rini start xət tinin arxa -
sında saxlayır.
Şəkil 14. Start qəlibləri
Şəkil 15. 
Çap üçün deyil

59
Start vəziyyətində şagird
fəaliyyətini aşağıdakı qaydada
tən zimləyir:
1. Əllər start xəttinin ar xa -
sın da çiyin enindən bir qədər
aralı olmaqla dayağa qoyulur.
2. Hər iki ayaq pəncəsi qə -
liblər və yerlə (pəncənin uc his -
səsi) təmasdadır.
3. Arxaya qoyulan qıçın dizi
yerə toxunur.
4. Baş kürək səviyyəsində
düz tutulur, baxışlar qaçış yoluna istiqamətlənir.
5. Bədənin ağırlığı dayaq nöqtələri: əllər, irəlidəki qıçın pəncəsi, arxadakı
qıçın dizi üzərində bərabər bölüşdürülür.
“Diqqət” komandası ilə qıçların azacıq açılması hesabına çanaq çiyinlərdən
bir qədər yuxarıya qaldırılır, bədənin ağırlığı yuxarıya – irəliyə aparılır. İd -
man çı qaçışa tez, gecikmədən başlamaq üçün əlverişli vəziyyət alır. “Diqqət”
komandasında şagird öz fəaliyyətini aşağıdakı qaydalara uyğun tənzimləyir:
1. Bədənin ağırlığı əllər, irəlidəki ayaq üzərində bərabər bölüşdürülür.
2. Hər iki ayaq qəliblərə
təzyiq edir.
3. Çiyinlər qollardan azacıq
qabağa keçir.
4. Çanaq çiyin səviyyəsin -
dən bir qədər hündürdür. Gövdə
irəliyə əyilmiş vəziyyətdədir.
5. Baldırlar bir-birinə paralel
vəziyyətdədir.
6. Pəncənin ucu və əllər qa -
çış yoluna toxunur.
7. Bütün diqqət qaçışa baş -
lamaq üçün veriləcək komandaya yönəldilir.
“Marş” komandası qaçışa başlamaq üçün siqnaldır. Şagird öz fəaliy -
yətini belə tənzimləyir:
1. Hər iki qıç qəliblərə təkan verir, oynaqlardan düzəlir. Əllər eyni vaxt -
da qaçış yolundan götürülür, bədən düzəlir, qollar kəskin hərəkətlə ho lay -
lan  dırma hərəkəti icra edir.
Şəkil 16. 
Şəkil 17. 
Çap üçün deyil

60
2. Arxadakı qıç ani, güclü təkan icra edir, irəlidəki qıç daha güclü və
davamlı təkanla gövdəni irəliyə itələyir.
3. Arxadakı qıç ani təkandan sonra sürətlə, qaçış səthinə mümkün qədər
yaxından irəliyə aparılmaqla tez dayağa qoyulur.
4. Təkan qıçın bütün oynaqlarının tam düzəlməsi, qolların kəskin holay -
landırma hərəkəti ilə icra olunur.
Aşağı start vəziyyətini start qəlibləri olmadan da mənimsəmək mümkündür.
Bunun üçün qaçış yolunda start xətti çəkilir və xətdən 20–25 sm məsafədən
ikinci, ikinci xətdən 25–30 sm məsafədən isə üçüncü xətt çəkilir. “Starta!”
komandası ilə idmançı güclü qıçının pəncəsini ikinci xəttə, arxadakı ayağını
isə üçüncü xəttə qoymaqla dizini qaçış səthinə dayağa qoyur. Əllər start
xəttinin (birinci xəttin) arxasında çiyin enində dayağa qoyulur. “Diqqət”
komandası ilə idmançı bir əli dayaqda olmaqla start vəziyyətinə qalxır və
“Marş” komandası ilə qaçışa başlayır.
Start sürətlənməsi – qaçışa başladıqdan sonra maksimal qaçış sürəti
əldə olunana qədər məsafə qət olunur. İdmançının hazırlığından asılı ola raq
bu məsafə 25–35 m arasında dəyişir. Ümumtəhsil məktəblərinin şagirdləri
Şəkil 18. 
Şəkil 19. 
Çap üçün deyil

61
üçün təxminən 20–25 m məsafə start sürətlənməsi üçün kifayətdir. Start
sürətlənməsi zamanı şagird öz fəaliyyətini aşağıdakılarla tənzimləyir:
1. Bədənin irəliyə mailliyi saxlanılır.
2. İlkin qaçış addımları qaçış səthinə yaxından aparılır, təkan ani və
sürətlə icra olunur.
3. Qaçış addımının uzunluğu və tezliyi getdikcə artır.
4. Qollar kəskin hərəkətlə təkanın sürətli icrasına kömək edir.
5. Gövdənin irəliyə mailliyi 20–25 metrdə tədricən düzəldilir.
Start sürətlənməsi ilə məsafəboyu qaçış arasında dəqiq sərhəd yoxdur.
Adətən, start sürətlənməsi maksimal qaçış sürətinin 90–95%-i əldə olunduqda
başa çatır.
Məsafəboyu qaçış – qısa məsafələrə qaçışda məsafənin əsas hissəsini
təşkil edir. Bu hissənin əvvəlində idmançı maksimal sürət əldə etməyə və
onu bütün məsafə boyu saxlamağa çalışır. Bunun üçün qaçış addımlarının
uzunluğunun və addım tezliyinin optimal nisbəti saxlanılmalıdır. Şagird
məsafəboyu qaçış zamanı öz fəaliyyətini aşağıdakı qaydada tənzimləyir:
1. Gövdənin irəliyə mailliyi (əyilməsi) cüzidir.
2. Qolların hərəkəti qaçış ritminə müvafiqdir və təkanın sürətli icrasına
və addım tezliyinə kömək edir.
3. Qaçış addımlarının  uzunluğu təxminən eynidir.
4. Ayaqlar qaçış səthinə pəncənin ön hissəsi ilə yayvari dayağa qoyulur.
5. İrəliyə sürətli hərəkət etmək səyi hiss olunmalıdır.
6. Əldə olunmuş qaçış sürətini saxlamaq lazımdır.
Məsafəboyu qaçış finişetmə ilə başa çatır.
Finişetmə – qısa məsafələrə qaçışda finişetmə məsafənin uğurlu qət
edil məsi üçün xüsusi əhəmiyyət daşıyır. Finişetmənin bir neçə üsulları möv -
cuddur. Burada əsas məqsəd maksimal sürətlə qaçışın yaratdığı yorulma fo -
nunda öz qaçış sürətini saxlamaq və məsafəni uğurla başa vurmaqdır.
Ümum təhsil məktəblərində finişetmə sadəcə olaraq sonuncu qaçış ad dımında
gövdəni irəliyə əyməklə icra edilir.
Qısa məsafəyə qaçış texnikasını təkmilləşdirmək üçün hərəkətlər:
1. “Starta!” komandası ilə mümkün qədər tez əlverişli start vəziyyəti al-
maq.
2. Aşağı start vəziyyətindən əvvəlcə 20 m, sonra 30 m məsafələrə maksi -
mal sürətlə qaçış yarışları (cütlüklərlə).
3. Müxtəlif start vəziyyətlərindən istifadə etməklə 30 m məsafəyə mak -
si mal sürətlə qaçış (hər bir start vəziyyətindən bir neçə dəfə istifadə
etməklə), cütlüklərlə yarış.
Çap üçün deyil

62
Orta məsafəyə qaçış
8-ci sinifdə dözümlülük qabiliyyətinin inkişafı məqsədilə orta, uzaq və
kross qaçışından istifadə olunur. Uzunmüddətli, davamlı qaçış insan orqa -
niz minin müxtəlif üzv və funksional sistemlərinə müsbət təsir göstərir, on la -
rın işinin təkmilləşməsinə imkan yaradır. Orqanizmin tənəffüs, xüsusən də
ürək-damar sistemi, ürək əzələləri möhkəmlənir, qandaşıyıcı sistemin iş
fəaliyyəti yüksəlir, mü ba dilə prosesi asanlaşır. Digər tərəfdən uzunmüddətli
qaçış bədəndəki artıq, lazımsız mayenin tər vasitəsilə xaric olmasına, orqa -
nizmin möh kəm lən məsinə şərait yaradır. Uzunmüddətli qaçışı şərti olaraq
start, məsafəboyu qaçış və finişetməyə bölmək olar.
Start. Orta və uzaq məsafələrə qaçış zamanı yuxarı start vəziyyətindən
istifadə olunur. “Starta” komandası ilə idmançılar start xəttinə yaxınlaşır və
onun arxasında düzülürlər. Bu za-
man daha güclü ayaq start xəttinə
yaxın, pəncənin ucu qaçış isti 
-
qamətinə olmaqla, digər ayaq isə
yarım addım geridə dayağa qoyu-
lur (şəkil 20). Bədənin ağırlığı
dizdən azacıq bükülmüş irəlidəki
ayaq üzərinə keçirilir. Gövdə
irəliyə əyilir, çiyinlər və çanaq
irəliyə veri 
lir, irəlidə qoyulmuş
ayağın əks tərəfindəki qol dir 
-
səkdən bükülərək irəliyə, digəri
isə arxaya aparılır. “Marş!” ko -
man 
dası ilə idmançılar qaçışa
başlayırlar. İlk addımlarda ayaq
da yağa pəncənin ön hissəsi ilə elastik yayvari qoyulur, göv də bir qədər
irəliyə əyilir. Tədricən gövdənin mailliyi azalır, qaçış ad dımlarının uzunluğu
artır.
Məsafəboyu qaçış. Məsafəboyu qaçış zamanı idmançı gövdəsini irəliyə
cüzi maillikdə saxlayır, baxışlar irəliyə istiqamətlənir, çiyinlər sərbəst tutulur.
Dirsəkdən bükülmüş qollar irəliyə və arxaya sərbəst, qaçış ritminə müvafiq
hərəkət edir. Ayaq pəncənin xarici hissəsi ilə dayağa elastik toxunur, sonra
bütün pəncə üzərinə dayağa qoyulur. Təkan qıçın bütün oynaqlardan açılması
ilə yerinə yetirilir. Qaçış zamanı bütün hərəkət sərbəst, ritmik olmalı, əlavə
gərginlik hiss olunmamalıdır.
Şəkil 20.
Çap üçün deyil

63
Finişetmə. Adətən, finişetmə məktəblilərdə finişə 100 metr məsafə qal -
mış başlayır. Bu zaman qaçış tempi artır, sürət yüksəlir. Qaçış finiş xəttini
keçməklə tamamlanır. Finişi keçdikdə dərhal dayanmaq məsləhət görülmür.
Hərəkətin ətalət üzrə davam edilməsi zamanı tədricən qaçışdan yerişə keçilir
və dayanılır.
5–6-cı siniflərdə dözümlülük qabiliyyətinin inkişafı məqsədilə 1000 metr
məsafəyə qaçış, 7-ci sinifdə isə 1500 metr məsafəyə qaçış əsas vasitə kimi
seçilmişdir.
Tullanmalar
8-ci sinifdə şagirdlərin sürət-güc qabiliyyətinin inkişaf etdirilməsi mə q -
sə dilə tullanmalar və atmaların hazırlıq vasitəsi kimi icra edilməsi nə zər də
tutulur. Atletika idmanında tullanmaların müxtəlif üsullarla yerinə yetirilməsi
şagirdin fiziki hazırlığının getdikcə artan səviyyəsinə uyğun seçilməlidir.
Aşağı siniflərdə uzunluğa tullanmanın “qıçları bükərək”, hündürlüyə tullan -
mada isə “addımlama” üsullarından istifadəsi müəyyən hərəki bacarıq və vər -
diş lə rin formalaşmasına şərait yaratmışdır. 8-ci sinifdə qaçaraq uzunluğa tu l -
 lanmanın “arxaya əyilərək” (gövdəni açaraq) və “qayçıvari” üsulları, qa ça -
raq hündürlüyə tullanmanın isə “aşma” üsulundan istifadə nəzərdə tutulur.
Qaçaraq “gövdəni açma” üsulu ilə uzunluğa tullanma. Bu üsul icra
strukturuna görə “qıçları bükərək” tullanma üsuluna nisbətən əlverişli hesab
olunur. Bu üsulun icra texnikası onunla fərqlənir ki, təkandan sonra uçuş
fazasında sərbəst qıç aşağıya – arxaya aparılır, gövdə bir qədər arxaya əyilir
(açılır). Bunun da nəticəsində gövdənin ön əzələ qrupları dartılır. Bu da
idmançıya uçuş fazasının sonunda daha uğurla qruplaşmağa və qıçları irəliyə
atmağa şərait yaradır.
Kataloq: noduploads -> book
book -> «aspolèqraf» naTik axundovi, humeir ehmedovi,'
book -> Методическое пособие для учителя 6 мет о диче ск ое пособие для учите
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29. 07. 2013-cü il tarixli 754 nömrəli əmri ilə
book -> Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19. 06. 2009-cu il tarixli
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05. 07. 2010-cu il tarixli
book -> Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov
book -> ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün

Yüklə 29,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə