ÄßÐÑËÈÊ «ÀÑÏÎËÈÃÐÀÔ» ÁÀÊÛ—2015 Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí.. 2015-úi èë òàðèõëè ¹-li ÿìðè èëÿ òÿñäèã åäèëìèøäèð. Çap üçün deyil



Yüklə 29,39 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix06.05.2017
ölçüsü29,39 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Şəkil 21. 
Çap üçün deyil

64
Hal-hazırda qaçaraq uzunluğa tullanmada “qayçıvari” üsul ən əlverişli he -
 sab olunur. Bu üsul daha  çox qaçış sürəti yüksək olan  şagirdlər üçün ya -
rarlıdır. Bu üsulun fərqləndirici  xüsusiyyəti ondan ibarətdir ki, təkandan
sonra şagird fəzada qıçları ilə qaçış addımı hərəkəti (üsulun qayçıvari adı
buradan götürülmüşdür) yerinə yetirir. Bu hərəkətlər isə şagirdə uçuş faza -
sında daha çox qalmaq və beləliklə də, daha yaxşı nəticə göstərmək imkanı
qazandırır.
Qaçaraq uzunluğa tullanma hərəkəti icra üsulundan asılı olmayaraq, qa -
çış, təkan, uçuş, yerəenmə fazalarına bölünür. Bu fazaların hər birinin uğurlu
icrası digər fazalara da təsir göstərir. Hər bir şagird bu fazaları icra edərkən
aşağıdakıları diqqət  mərkəzində saxlamalıdır:
Qaçış fazası:
1. Qaçışın düzxətli olması;
2. Qaçış sürətinin getdikcə artması;
3. Qaçış məsafəsinin maksimal sürət əldə etməyə yararlı olması;
4. Qaçış məsafəsinin təkan yerinə dəqiq düşməyə imkan verməsi.
Təkan fazası:
1. Təkanı qaçış addımında icra etmək;
2. Bədənin ağırlığını irəliyə – yuxarıya istiqamətləndirmək;
3. Qolların, sərbəst qıçın holaylandırma hərəkətini tez və sürətlə icra
etmək.
Uçuş fazası:
1. Təkandan sonra qaçış addımı vəziyyətini mümkün qədər çox saxlamaq;
2. Uçuşda qıçların hərəkəti ilə müvazinəti saxlamaq;
Şəkil 22. 
Çap üçün deyil

65
3. Yerəenməyə hazırlaşmaq;
4. Gövdənin şaquli vəziyyətini mümkün qədər çox saxlamaq, qıçları
sinəyə tərəf çəkmək.
Yerəenmə fazası:
1. Qıçları sinəyə çəkmək və qolları irəliyə uzatmaqla “qruplaşmaq”;
2. Dabanlar yerə toxunan anda arxaya aşmamaq üçün bədənin ağırlığını
dayaq sahəsindən irəliyə vermək;
3. Enmə xəndəyindən irəliyə çıxmaq.
“Aşma” üsulu ilə qaçaraq hündürlüyə tullanma
Aşağı siniflərdə şagirdlər qaçaraq hündürlüyə tullanmanın “addımlama”
üsulunun icra texnikasına yiyələnirlər.
“Aşma” daha səmərəli icra üsulu hesab olunur. Eyni hazırlıq sə viy yə sinə
malik olan şagirdlər “aşma” üsulundan istifadə etməklə daha artıq hün dür -
lük qət etmək imkanı qazanırlar.
İcra texnikası: “Aşma” üsulu ilə qaçaraq hündürlüyə tullanma zamanı
qa  çış təkan ayağı tərəfdən, 7–8 qaçış addımı məsafəsindən, hündürlük plan -
kasına 25–35º-lik bucaq altında icra olunur. Təkan hündürlük plankasının
Şəkil 23. 
Çap üçün deyil

66
proyeksiyasının 60–70 santimetrliyindən yerinə yetirilir. Sərbəst qıç geniş,
sərbəst holaylandırma hərəkəti ilə uçuş fazasının əvvəlində fırlanma (gövdənin
hündürlük plankasına tərəf dönməsini təmin edir) effekti yaradır. 
Hər iki qol dirsəkdən azacıq bükülərək eyni vaxtda holaylanaraq yuxarıya
aparılan sərbəst qıça tərəf qaldırılır. Çiyinlər və gövdə arxaya aparılır. Uçu -
şun başlanğıcında gövdə plankaya tərəf çevrilir, təkan qıçı diz və çanaq-bud
oynağından sərbəst qıçın dizinə yaxınlaşdırılır. Sərbəst qıçın və xaricə tərəf
çevrilən təkan qıçın hesabına idmançının bədəni hündürlük plankası ətrafında
dönür, fırlanır. İdmançı sinəsi və qarın nahiyəsi hündürlük plankasına tərəf
olmaqla onu keçir. Sərbəst qıç və çiyin plankanın arxasına endirilir. Yerəenmə
kürəklər üzərinə olur.
Kiçik topun hədəfə və uzağa atılması
Atmalar şagirdlərdə yuxarı ətraf əzələlərində sürət-güc hazırlığının
artırılması məqsədilə istifadə olunan atletika növüdür. 8-ci sinifdə hədəfə və
uzağa atmalar yerinə yetirilir. Bu zaman alət kimi kiçik toplar, tennis topları
və 150 qramlıq toplardan  istifadə olunur. Atmalar qaçışdan və yerindən icra
edilir.
Kiçik topun üfüqi hədəfə atılması
Belə atmalarda hərəkətin icra texnikası əsas rol oynayır. Üfüqi atmalar
zamanı icra texnikası aşağıdakı kimidir:
Şagird sol yanı hədəf istiqamətinə olmaqla, ayaqları çiyin enində, pən -
cələr paralel olmaqla dayanır. Topu tutan sağ əl yuxarıya, sağ çiyin üzərindən
arxaya aparılır, baxışlar hədəfə istiqamətlənir. Bu vəziyyətdən sinə ilə atma
istiqamətinə çevrilərək bədənin bütün ağırlığını irəlidə yerləşən sol ayaq
üzərinə keçirmək, sağ ayağı pəncə üzərinə qaldıraraq dabanı xaricə döndərmək
lazımdır. Top tutan qolu dirsəkdən təxminən 120º bükmək, ovucu sola çe vir -
mək lazımdır. Bu vəziyyətdən top tutan qol irəliyə şallaqvari hərəkətlə at -
manı yerinə yetirir. Topun atılmasından sonra sol qıç dizdən bükülür, gövdə
irə liyə əyilir və sola döndərilir.
Kiçik topun atılması zamanı müxtəlifölçülü dairəvi kəsikləri olan löv -
hələr, dirəkdən asılmış və müxtəlifölçülü həlqələr, divarda və ya döşəmədə
çəkilmiş həlqələr, xətlər və s. hədəf rolu oynaya bilər. Həmçinin standart
ava danlıqlardan: basketbol səbətindən də bu məqsədlə istifadə mümkündür.
Hədəfə atmalar həm sağ, həm də sol əllə icra olunmalıdır. Bu həm yuxarı
ətraf əzələlərinin sürət-güc hazırlığının mütənasib inkişafı, həm də koordinasiya
qabiliyyətinin inkişaf etdirilməsi üçün zəruridir.
Çap üçün deyil

67
Şəkil 24. Yerindən topun uzağa atılması
Şəkil 25. Üç addımdan topun uzağa atılması
Çap üçün deyil

68
Atma texnikasının təkmilləşdirilməsi və sürət-güc qabiliyyətinin inkişafı
üçün hərəkətlər:
1. Ç.v. – basketbol lövhəsindən 10 m məsafədə yanı atma istiqamətinə
duruş. Topun yerindən lövhəyə vurulması və qəbulu;
2. Eyni hərəkət üç addımdan, lövhədən 12–15 m məsafədən;
3. Eyni hərəkət beş addımdan, lövhədən 18–20 m məsafədən;
4. Ç.v. – bir ayaq irəlidə, topu tutan əl çiyin üzərində, bir qədər arxaya
aparılır. Topun yerindən 5–8 m məsafədən hədəfə atılması;
5. Eyni hərəkət beş addımdan 8–10 m məsafədən icra edilir.
Atmalar zamanı hərəkətin müxtəlifliyini təmin etmək məqsədilə müxtəlif
üsul və vasitələrdən istifadə olunur. Bu məqsədlə hədəfə qədər olan məsafə
təd  ricən artırılır, hədəf kiçildilir, atma ölçülən vaxt ərzində icra olunur və ya
çə  tinləşdirilmiş çıxış vəziyyətindən: bir dizi üzərindən, yarımoturuşdan və s. atı lır.
Kiçik topun yerindən uzağa atılmasına 
yiyələnmək üçün hərəkətlər
Aşağıdakı hərəkətlər sol ayağın dayağa qoyulması, sağ ayağın dizinin
irəliyə fəal aparılması, gövdənin cəld atma istiqamətinə çevrilməsi və alətin
əlverişli tutulmasına yiyələnməyə kömək edir.
1. Ç.v. – sol yanı atma istiqamətinə olmaqla topun yerindən atılması üçün
duruş. Gövdə arxaya əyilmişdir, sağ ayaq arxada, pəncənin ön hissəsi üzə -
rin dədir, sol ayaq irəlidə bütün pəncə üzərində.
Düz tutulmuş sağ qol çiyin üzərindən arxaya aparılır, əl çiyin sə viy -
yəsindədir. Dirsəkdən bükülmüş sol qol irəlidədir. Sağ ayağı açaraq bədənin
ağırlığını sol ayaq üzərinə keçirmək, eyni vaxtda sinə ilə irəliyə çevrilmək.
Sağ qol dirsəkdən bükülərək yuxarıya qaldırılır, bədən şaquli vəziyyətə
gələrkən sol qol aşağıya endirilir. Bu hərəkət orta və aşağı temp də yerinə
yetirilir. Hərə kətin çoxsaylı təkrarı atma bacarıqlarının formalaşmasına şə -
rait yaradır.
2. Ç.v. – üzü atma istiqamətinə duruş. Sol qıç düzəlmiş vəziyyətdə irə -
lidə, sağ bükülmüş vəziyyətdə bir addım geridə, pəncənin ön hissəsi dayaqda,
sağ qol dirsəkdən bükülərək yuxarıda çiyin üstündə, sol qol bir az bükülü,
si nə  önündə. 
Atma hərəkətinin imitasiyası (yamsılanması). Boş saxlanmış qolun qay -
çıvari hərəkəti, çoxsaylı təkrar.
3. Ç.v. – atma istiqamətinə duruş, sol qıç irəlidə sağ qıçı bükərək çiyin -
lər sağa çevrilir, topu tutan qol düzəldilir, arxaya aparılır.
Çap üçün deyil

69
Yerindən atmaq üçün yanı atma istiqamətinə tərəf durmaq. Düzələrək
sol qıç üzərinə qalxmaq və sinə ilə irəliyə “çıxmaq”. “Dartılmış kaman”
vəziyyətinə keçmək və topu qolun qamçıvari hərəkəti ilə atmaq.
4. Sol yanı atma istiqamətinə duruş. Top tutmuş qol çiyin səviyyəsində ar -
 xaya aparılır. Sağ ayaq soldan irəlidə çarpaz vəziyyətdə qoyulmuşdur. Pən -
cələr bir-birindən 30–40 sm aralıdadır. Bədənin ağırlığı dizdən bükülmüş hər
iki ayaq üzərində bərabər bölüşdürülür, pəncələr atma istiqamətinə, sol qol si -
nə önündə. Sol ayağı topu yerindən atmaq üçün addım vəziyyətinə elə qoy -
maq lazımdır ki, sağ ayağın dizinin irəliyə hərəkətinə şərait yaratmış olsun.
Bədəni atma istiqamətinə çevirmədən “dartılmış kaman” vəziyyəti al maq.
5. Topu divara atmaqla və qayıdan topu tutmaqla kiçik topun qaçaraq
uzağa atılmasını mənimsəmək üçün hərəkətlər.
Qaçaraq kiçik topun uzağa atılmasını 
təkmilləşdirmək üçün hərəkətlər
1. Ç.v. – üzü atma istiqamətinə duruş, sol ayaq irəlidə, topu tutan əl çiyin
üzərində, əl baş səviyyəsində. Sağ ayaqla irəliyə addım, eyni vaxtda gövdə
sağa döndərilir, əl topla düz arxaya aparılır, solla addım, tam sağa dönmə və
top tutan qolun çiyin səviyyəsində tam düzəldilməsi.
2. Eyni ç.v.-dən topla qol iki addımda arxaya aparılır, sonra ç.v.-yə qay -
tarılır.
3. Ç.v. – üzü atma istiqamətinə, sol ayaq irəlidə, qol topla çiyin üzərindən
iki addımla arxaya aparılır, sağ ayaq çarpaz addım edir, sol ayaq dayağa
qoyulur və final səyi vəziyyətini alır. Hərəkət atmasız imitasiya edilir.
4. Eyni hərəkət atma ilə tamamlanır. Hərəkət əvvəlcə aşağı tempdə, da -
yanmadan icra olunur. Bütün elementlər mənimsənildikdən sonra iki addımda
bədənin tam sağ tərəfə döndərilməsi və topla qolun tam düzəldilməsinin
dəqiq icrasına yiyələnmək lazımdır.
5. Ç.v. – üzü atma istiqamətinə, sol ayaq irəlidə, topla qol çiyin üzərində.
Dörd çarpaz addımın (birinci addım solla olmaqla) nəzarət nişanları üzərində
yerinə yetirilməsi. Əvvəlcə hərəkət addımla, sonra sürətli addımla, imitasiya
və atma ilə icra olunur.
6. Ç.v. – üzü atma istiqamətində, sağ ayaq irəlidə, topla qol çiyin üzə -
rində. Hərəkətin qaçış hissəsini nəzarət nişanına qədər yerinə yetirmək.
7. Eyni hərəkətin atma olmadan çarpaz addımlarla yerinə yetirilməsi.
8. Eyni hərəkətin qaçış, çarpaz addımlar, final səyi və atma ritmini sax -
lamaqla icrası.
Çap üçün deyil

70
Əgər atma hərəkətinin 4 atma addımı ilə tam koordinasiyada icrası çə -
tinlik törədirsə və yaxud bu zaman çoxsaylı səhvlərə yol verilirsə, o zaman
topun atılmasının əvvəlcə bir addımdan, iki addımdan, üç addımdan və nə -
hayət, dörd addımdan icra olunması məqsədəuyğundur. 
Bu zaman aşağıdakı hərəkətlərdən istifadə etmək tövsiyə olunur. 
1. Ç.v. – sol yanı atma istiqamətinə olmaqla duruş. Sağ ayaq solun önünə
çarpaz qoyulur. Bədənin ağırlığı sağ ayaq üzərinə keçirilir. Topla qol çiyin
səviyyəsində arxaya aparılır. Sol ayaqla addım edərək əvvəlcə atma hərəkətinin
imitasiyası, sonra isə müəyyən olunmuş bucaq altında topun atılması yerinə
yetirilir. 
Hərəkətin icrası zamanı əsas diqqət gövdənin atma istiqamətinə vaxtından
tez çevrilməsinə yol verməməyə və atan qolun vaxtından tez hərəkətə baş -
lamamasına yönəlməlidir.
2. Ç.v. – sol yanı atma istiqamətinə olmaqla duruş. Topla qol yarım-
açılmış vəziyyətdə, bədənin ağırlığı sağ ayaq üzərində. Sağ ayaqla çarpaz
ad dım icra etmək, ardınca sol ayaqla dayandırıcı addım və topun müəyyən
edilmiş bucaq altında atılması.
3. Ç.v.  – üzü  atma istiqamətinə duruş. Sağ ayaq irəlidə, topla qol çiyin
üzərində, bədənin ağırlığı sağ ayaqda, sinə atma istiqamətinə döndərilir. Sol
ayaqla birinci addımda topla olan qol arxaya aparılır, sağ ayaqla ikinci ad -
dımda çarpaz, üçüncü – sol ayaqla dayandırıcı addım. Əvvəlcə atmanın imi -
tasiyası, sonra isə topun müəyyən bucaq altında atılması yerinə yetirilir.
Hərəkətin icrası zamanı əsas diqqət birinci addımın icrası ilə atma qo lu -
nun arxaya aparılmasına, çarpaz addımların icrasına, çarpaz addımdan sonra
alətin atılmasına, atma qolunun şallaqvari hərəkətinə yönəlməlidir.
4. Ç.v. – üzü atma istiqamətinə, sol ayaq irəlidə, topla qol bükülərək çi -
yin üzərində. Sağ ayaqla addım, sol ayaqla addım və topla qol arxaya apa -
rılır. Sağ ayaqla çarpaz addım, sol ayaqla dayandırıcı addım və topun müəy -
yən olunmuş bucaq altında atılması.  
Mövzu üzrə suallar
1. Sprint qaçışı hansı hərəki qabiliyyəti inkişaf etdirir?
2. Qaçış texnikasının mükəmməl olması nəyə imkan verir?
3. Orta məsafəyə qaçış orqanizmin hansı sistemlərinə müsbət təsir
göstərir?
4. Tullanmalar və atmalar sizdə hansı hərəki qabiliyyəti inkişaf etdirir?
Çap üçün deyil

71
BASKETBOL
Ümumtəhsil məktəblərində şagirdlərin fiziki hazırlıq vasitəsi və çeviklik
qabiliyyətinin inkişafı məqsədilə 5–7-ci siniflərin fiziki tərbiyə dərslərində
basketbolun istifadəsi nəzərdə tutulmuşdur. Müxtəlif siniflərdə basketbolun
ayrı-ayrı elementləri, element birləşmələri mənimsənilmiş, ikitərəfli oyunlar
ke çirilmişdir. 8-ci sinifdə basketbolun mənimsənilməsi elementlərinin tək -
mil ləşdirilməsi və yeni elementlərin öyrədilməsi nəzərdə tutulur.
Qısa arayış
Basketbol oyununu 1891-ci ildə Amerika Birləşmiş Ştatlarının Sprinqfild
şəhərində fiziki tərbiyə müəllimi Ceyms Neysmit icad etmişdir. O zaman
top həlqəyə deyil, adi toxunulmuş səbətə atılırdı. Buradan da oyunun
adı (“basket” ingilis dilindən tərcümədə səbət, “bol” isə top deməkdir)
yaranmışdır.
1932-ci ildə Beynəlxalq  Həvəskar Basketbol Federasiyası təsis olunur.
1936-cı ildə basketbol Berlində keçirilən Olimpiya Oyunlarının proq -
ramına daxil edilir. Həmin Olimpiya Oyunlarında C.Neysmit qonaq
qis mində iştirak edir və ABŞ-ın komandası bu növdə birinci Olimpiya
çempionu olur. Basketbol 1976-cı ildə ilk dəfə Monerial Olimpiadasında
qadınların Olimpiya oyunları proqramına daxil edilmişdir. 
Əsas yarış qaydaları
Basketbolda hər birində 5 iştirakçı olan iki komanda yarışır. Oyunun
əsas məqsədi basketbol topunu ələ keçirib rəqib komandanın səbətinə at -
maq dır. Bu oyun uzunluğu 28, eni 15 metr olan meydançada oynanılır. Sə -
bət 3,05 metr hündürlükdə lövhə önündə yerləşir və bu lövhə meydançanın
1,2 m içərisinə doğru çıxmışdır. Basketbol topu 567–650 qr. çəkidə olur.
Oyun meydançanın mərkəzindəki dairədən  başlanır. Yarışan rəqiblər
topu tuta bilməzlər, onlar onu komanda yoldaşlarına tərəf itələyə, vura bi lər -
lər. Top oyunçunun əlində olarkən onun bir addımdan artıq irəliləmək hüqu -
qu yoxdur. Əgər top çilənmədən sonra tutularsa, onu yenidən çiləməyə icazə
verilmir. Top bir əllə çilənməlidir. Hücum edən komandanın istənilən üzvü
topu sə bə tə ata bilər. Uğursuz atışdan sonra lövhəyə dəyib qayıdan topu
istənilən ko man danın oyunçusu tuta bilər. Atmanın icrası üçün komandaya
24 saniyə vaxt verilir. Bu qayda pozulduqda (yəni səbətə atma icra olun ma -
dıq 
da) top digər komandaya verilir. Topa yiyələnən komanda 8 saniyə
ərzində müdafiə zonasından  hücum zonasına keçməlidir. Əgər atma zamanı
Çap üçün deyil

72
oyunçu itələnərsə, əlinə vurularsa və top buna görə səbətə düşməzsə, həmin
oyunçu iki cərimə atışı hüququ qazanır. Əgər qayda pozuntusu 3 xallıq atış
xəttinin arxasında baş veribsə, o zaman 3 xallı cərimə atışı təyin olunur. Fol
kimi qiymətlən di rilməyən digər qayda pozuntuları sadəcə səhv hesab olunur:
top əldə qaç maq, iki əllə çiləmək, topu meydançadan kənara vurmaq, ayaqla
oyun və s. Cərimə atışı təyin olunmayan fol və ya səhvlər zamanı oyun
topun yan xət dən daxil edilməsi ilə davam etdirilir.
Uğurlu atışdan və ya cərimə atışından sonra top rəqib komanda oyunçuları
tərəfindən üz xətdən oyuna daxil edilir. Uğurlu atış iki xalla, cərimə atışı isə
bir xalla qiymətləndirilir.
6.75 metrlik radiusun arxasından  uğurlu atış 3 xalla qiymətləndirilir.
Da ha çox xal toplayan komanda qalib hesab olunur. Oyun hər biri 10 dəqiqə
olan 4 hissədə davam edir. Yalnız təmiz oyun vaxtı ölçülür. Hesabın bərabər
olduğu hallarda 5 dəqiqəlik əlavə hissə təyin olunur. Birinci hissə ilə ikinci
hissə, üçüncü hissə ilə dördüncü hissə arasında 2 dəqiqə, ikinci hissə ilə
üçüncü hissə arasında isə 15 dəqiqə fasilə verilir. Oyun ərzində oyunçular
is tənilən sayda əvəzlənə bilərlər. Hücum xəttinin oyun çusuna 3 saniyəlik
zo nada 3 saniyə artıq qalmaq qayda pozuntusu kimi qeydə alınır. Əgər top
5 saniyə ərzində atılmırsa, çilənmirsə, ötürülmürsə, alınıb rəqib komandaya
verilir.
Təhlükəsizlik texnikası qaydaları
Dərs və ya yarışdan əvvəl yarış  yerinə, havanın temperaturuna, fəsilə
müvafiq idman forması və sürüşməyən altlığı olan ayaqqabı geyinmək
lazımdır. Dırnaqlar qısa kəsilməli, bütün bəzək əşyaları çıxarılmalıdır. Dərs
və ya yarış zamanı zəruridir:
– yarış qaydalarına əməl etmək;
– bütün fəaliyyəti müəllimin komandasına müvafiq qurmaq;
– rəqib komanda üzvləri ilə toqquşmaqdan yayınmaq, əl və ayağa zərbəyə
yol verməmək;
– özünü yaxşı hiss etmədikdə müəllimə məlumat vermək.
Hərəki fəaliyyətə yiyələnmə
Sürəti və istiqaməti dəyişməklə qaçışdan müdafiəçinin nəzarətindən
azad olaraq topu qəbul etmək üçün əlverişli mövqeyə çıxarkən istifadə
edilir. Belə kəskin qaçış bir tərəfə addım imitasiyası edərək əks tərəfə icra
olunur (şəkil 26). 
Çap üçün deyil

73
Topun bir əllə çiyindən ötürülməsi – top ötür -
mənin ən geniş yayılmış növüdür. Bir əllə top qısa
və orta məsafələrə ötürülür. Top iki əllə sağ çiyin
üzə  rinə qaldırılır. Sağ əl topun arxasında bir az xa -
ri cə tərəf yerləşir. Barmaqlar yuxarıya, ovuc isə hə -
də  fə tərəf is tiqamətlənmişdir. Sol əl topun ön sət hin -
dədir. Sol ayaq irəlidədir. Top sağ əllə irəliyə, hədəfə
tərəf aparılır, bu zaman sol əl topdan “çəkilir”. Top
əlin şal laqvari hərəkəti ilə irəli göndərilir (şəkil 27).
Topun iki əllə döşəmədən sıçrayaraq ötü rül -
mə si.  Basketbolda topötürmənin bu üsulundan
hərəkət istiqamətində rəqib olduğu halda istifadə
et mək məqsədəuyğundur. Rəqibin topun hə rəkətinə
blok qoymaq və ya ötürmənin qarşısını almaq cəh -
dinə yol verməmək üçün top onun irəliyə uzanmış əllərinin altından döşəməyə
vurulur (şəkil 28). 
Ötürmə aşağıdakı kimi icra olunur:
top sinə önündə tutulur, barmaqlar
ge  niş açılmışdır. Baş barmaqlar bir-
bi  rinə paraleldir. Top irəliyə – aşağıya
göndərilir. Belə ötürmənin sürəti aşa -
ğı dır, bu səbəbdən də onu yalnız hə -
rə kəti uğurlu  başa çatdırmaq  əmin -
liyi olduqda istifadə etmək lazımdır.
Qarşıdan hərəkət zamanı ötür -
mə  – Sağ ayağın geniş addı 
mında
top tutulur. Sonra sol ayaqla addım
Şəkil 26. 
Şəkil 27. 
Şəkil 28. 
Çap üçün deyil

74
atılır və qıçın təkanı ilə top sinədən iki əl lə ötürülür. Ötürmə tərəf-müqabilin
sinəsi səviyyəsində olmalıdır. Top ir ə li yə uzanmış əllərlə tutulur (şəkil 29).
Ötürmə hədəfə dəqiq və sürətli olmalıdır. Ötürmə zamanı qollar axı ra
kimi açılır. Top barmaqlarla ötürülür, top  əldən buraxıldıqdan sonra bar -
maqlar komanda yoldaşına tərəf istiqamətlənir. 
İstiqaməti dəyişməklə və maneəni yandan keçməklə topun aparılması
(çilənməsi)
Topun çilənmə istiqamətini dəyişmək üçün qıçları xeyli büküb, hərəkətin
nəzərdə tutulan istiqamətinə tərəf əyilmək, müdafiəçi yaxınlaşdıqda isə topu
rəqibdən uzaq əllə çiləmək lazımdır. Bu zaman gövdə topu mümkün vurul-
maqdan qoruyur.
Hərəkətlər:
1. Üz xəttin yanında sırada düzülüş. 5–6 maneəni ilanvari irəliləməklə
keçib topun qarşıdan gələn sırada olan iştirakçıya ötürülməsi.
2. Hücumçu-müdafiəçi cütlüyündə irəliləyərək topun səbətə atılması.
Hərəkətdə topun bir əllə baş üzərindən atılması
Hərəkətdən topun səbətə atılması üçün bir əllə yuxarıdan atma səmərəli
he sab olunur. Hərəkətdən atma aşağıdakı kimi icra olunur: sağ tərəfdən at -
ma zamanı top sağ addımda (sağ ayağı dayağa qoyma anı), sol ayaq da yan -
dı rıcı vəziyyətdə qısa addım edilir, sağ ayağın təkanı ilə yuxarıya sıçrayış
edilir, top çiyin üzərinə keçirilir, top əlin hərəkəti ilə səbətə göndərilir. 
Şəkil 29. 
Çap üçün deyil

75
Bu atmanın icrası zamanı aşağıdakı ana diqqət yetirmək lazımdır: Sərbəst
qıçın budu irəli – yuxarı istiqamətdə hərəkət etdirilir. Atmanın sonuncu
fazasında atan qol, gövdə və qıçlar bir düz xətt yaradır.
Topla oyunçunun tutulması müxtəlif oyun şəraitində həyata keçirilə bilər.
• Ötürmə zamanı 1–1,5 metr məsafə saxlayaraq müdafiəçi əlləri ilə onun
arxasına düz ötürmənin qarşısını almalıdır. Ötürmə anında müdafiəçi
əlləri ilə fəal işləyərək topun mümkün uçuş yolunu bağlayır.
• Topun çilənməsi zamanı – müdafiəçi topu çiləyərək irəliləyən rəqib
oyun  çunu dayandırmağa çalışır, onu yan xəttə tərəf sıxır və hücumçuya
ya x ın olan əli ilə gözlənilmədən topu vuraraq ondan uzaqlaşdırır (şəkil 30,
vəz. 1).
• Səbətə top atılarkən müdafiəçi yanı hücumçuya tərəf olmaqla tez ona
yaxınlaşır və  tullanaraq eyni tərəfdəki əli ilə topu uçuşda vurub
uzaqlaşdırır. Əgər hücumçu topu səbətə atmaq üçün irəliləyirsə, mü da -
fiəçi onun yanı ilə irəliləyib tullanaraq  topu əli ilə örtür (şəkil 30,
vəz. 2).
Tədris oyunu “Məkik”
Hər birində 2–5 iştirakçı olan üç komanda iştirak edir. Meydançanın hər
iki tərəfində komanda müdafiədə durur. Üçüncü komanda isə meydançanın
ortasından  hər hansı lövhəyə tərəf hücuma başlayır. Əgər həmin komanda
topu səbətə ata  bilərsə, onda komanda digər lövhəyə hücum etmək hüququ
qazanır. Əgər top itirilirsə, o zaman  hücum edən komanda müdafiəyə, topu
ələ keçirən komanda isə əks tərəfdəki lövhəyə hücuma keçir.
Şəkil 30. 
1.
2.
Çap üçün deyil

Cərimə atışı cərimə xəttindən atılır (şəkil 31). Bu
zaman müxtəlif atma üsullarından istifadə etmək olar.
Ən yaxşısı yerindən atma üsulundan istifadə etməkdir.
Ayaqlar cərimə xəttindən arxada çi yin bərabərində aralı,
pəncələr paralel və ya bir ayaq bir qədər irəli qoyulmuş
olur. 
Beləliklə, cərimə zərbəsi atan:
– atma tamamlanana kimi hədəfə baxır;
– lövhənin nişangahına düşməyə çalışır;
– atmadan əvvəl dərindən nəfəs alıb, nəfəsi buraxır,
tənəffüsü saxlayaraq atmanı yerinə yetirir;
– atmanı sıçrayışdan icra edir.
76
Kataloq: noduploads -> book
book -> «aspolèqraf» naTik axundovi, humeir ehmedovi,'
book -> Методическое пособие для учителя 6 мет о диче ск ое пособие для учите
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29. 07. 2013-cü il tarixli 754 nömrəli əmri ilə
book -> Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19. 06. 2009-cu il tarixli
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05. 07. 2010-cu il tarixli
book -> Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov
book -> ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün

Yüklə 29,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə