ÄßÐÑËÈÊ «ÀÑÏÎËÈÃÐÀÔ» ÁÀÊÛ—2015 Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí.. 2015-úi èë òàðèõëè ¹-li ÿìðè èëÿ òÿñäèã åäèëìèøäèð. Çap üçün deyil


Tullanaraq topun baş üzərindən bir əllə atılması (oğlanlar)



Yüklə 29,39 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix06.05.2017
ölçüsü29,39 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Tullanaraq topun baş üzərindən bir əllə atılması (oğlanlar). Bu müa -
sir basketbol oyununda əsas hücum hərəkəti hesab edilir. Oyun za 
ma 

müxtəlif məsafələrdən atışların 70%-i bu üsulla icra olunur. Oyun şəraitindən
asılı olaraq bu üsulla atma yerindən hərəkətdə topu tutduq dan sonra, çiləmədən
sonra icra oluna bilər. Əvvəlcə atmalar yaxın məsafədən, sonra isə atma
məsafəsi artırılaraq 4–4,5 metrdən yerinə yetirilir. Atma hərə kətinin icrası
hazırlıq və əsas fazalara bölünür.
Şəkil 32. 
a)
b)
c)
ç)
d)
e)
Şəkil 31. 
Çap üçün deyil

77
Hazırlıq fazasında oyunçu iki ayağı ilə təkan verərək sağ əli ilə topu başı
üzərinə qaldırır,  sol əllə yandan, irəlidən tutur. Bu zaman atmanı icra edən
əl dö şəməyə paralel yerləşir (şəkil 32, a, b).
Hərəkətin əsas fazasında sıçrayışın ən yüksək nöqtəsində  (ölü nöqtədə)
qo lun və əlin düzəldilməsi, açılması hesabına topu səbətə tərəf atır. Sağ əlin
irə liyə – yuxarıya hərəkətə baş la ma anında sol əl topdan ayrılır (şəkil 32,
c, ç, d).
Top atma istiqamətinə 60º-lik bucaq altında buraxılır və əlin qamçıvari
hərəkəti ilə topa əks fırlanma impulsu ötürülür. Topu atdıqdan sonra idmançı
hər iki ayağı üstünə dayağa enir (şəkil 32, e).
Hərəkətlər:
1. Cütlükdə icra olunur. Bir idmançı (şagird) gimnastika skamyası üzə -
rində dayanaraq topu iki əllə yuxarıda saxlayır. İkinci idmançı onun önündə
sağ ayaq arxada olmaqla qıçları dizdən azacıq bükülü, əllər sinə önündədir.
Sol əl barmaqları sağ əlin barmağını arxaya elə çəkir ki, sağ əl “dartılmış
kaman” vəziyyətindədir. Sağ ayağı irəliyə qoyaraq iki ayağın təkanı ilə sıç -
rayış və yuxarı nöqtədə sağ əlin qamçıvari hərəkəti ilə topa zərbə vurulur.
2. Cütlükdə icra olunur. Bir idmançı gimnastika skamyası üzərində da -
yanır, hər iki əlini yuxarı qaldırır. İkinci 2 addımlıq  məsafədə topu sinə
önündə tutub bir qaçış addımı edərək təkan vurur. Yuxarı nöqtədə topu
skam yada dayanan oyunçunun əlinə qoyur.
Topun baş üzərindən iki əllə atılması (qızlar)
Topun bu üsulla atılması
həm yerindən, həm də sıçra yış -
dan icra oluna bilər (şəkil 33).
Bu üsulun əsas xüsusiyyəti qol -
ların hərəkəti eyni vaxtda  icra
etməsidir. Top əllərin eyni vaxtda
fəal hərəkəti ilə atma istiqamətinə
göndəril məlidir. 
Belə icra üsulu oğlanlar tə -
rəfindən də istifadə edilə bilər.
Qeyd olunan üsulun icrası
mənimsənildikdən sonra topun
yaxın məsafədən səbətə atılması
bacarığı formalaşdırılır. Bunun
üçün əvvəlcə bir dəfə ye rə vu-
rularaq qısa çilə 
mə 
dən topu
Şəkil 33. 
Çap üçün deyil

78
qəbul etmək və topu hərəkətlə qəbul etdikdən sonra səbətə atmaq bacarığına
yiyələnmək lazımdır.
Hərəkətlər:
1. Bir oyunçu topu 5 dəfə ardıcıl səbətə atır, digəri topu ona qaytarır.
2. Bir oyunçu topu 5 dəfə ardıcıl olaraq çiləmədən sonra səbətə atır. Di -
gəri topu ona qaytarır.
– Top lövhədən qayıtdıqda bütün diqqət topun lövhədən qayıtma nöqtəsinə,
top birbaşa səbətə atıldıqda isə səbətin ön kənarına yönəldilməlidir.
Cərimə atışı müxtəlif üsullarla icra olunur:
– iki əllə sinədən;
– bir və iki əllə baş üzərindən;
– bir əllə çiyindən.
Cərimə atışı zamanı cərimə xətti yanında dayanaraq topu bir-iki dəfə
döşəməyə vurub, dərindən nəfəs alıb-vermək, tənəffüsü sax layaraq atışı icra
etmək lazımdır.
Üç hücumçunun iki müdafiəçiyə qarşı oyunu
Müdafiəçilərin cərimə xətti yaxınlığında bir cərgədə dayandıqları halda
topu ortada yerləşən hücumçunun aparması daha məqsədəuyğundur. Müda -
fiəçi top aparan hü cumçunun qarşısına çıxdıqda, hücumu tamamlamaq üçün
top yan tərəfdə yerləşən hücumçulardan birinə ötürülür.
Müdafiəçilərin cərimə xəttindən içəridə sırada yerləşdikləri halda isə
səbətə hücum təşəbbüsünü yan tərəflərdə yerləşən hücumçulardan biri üzə -
rinə götürür. Müdafiəçi onu qarşıladıqda isə hücumu tamamlamaq üçün topu
sərbəst qalan hücumçuya ötürür.
Hərəkətlər:
1. İki müdafiəçi cərimə xətti yaxınlığında cərgədə durur. Hücumçu üçlüyü
topu bir-birinə ötürərək öndəki iki müdafiəçini aldatmağa və topu
səbətə atmağa çalışır.
2. Müdafiəçilər cərimə xəttindən içəridə sırada dayanırlar. Hücumçu cüt -
lüyü topu bir-birinə ötürərək müdafiəni keçib topu səbətə atmağa
çalışır.
Çap üçün deyil

Zəruri hərəki qabiliyyətləri inkişaf etdirmək üçün hərəkətlər: 
1.  Yerində əllərlə dayaqda maksimal tezliklə qaçış (4–5 seriya, hər biri
6–8 saniyə).
2. Müxtəlif çıxış vəziyyətlərindən  müəllimin siqnalı ilə müxtəlif üsullarla
yerdəyişmələr.
3. Gimnastika skamyası üzərindən tək və cüt ayaqlar üzərində çoxsaylı
sıçrayışlar (5–6 seriya, hər birində 10–15 sıçrayış).
4. Tək ayaq üzərində dayanaraq, digər ayaqla 40–50 sm hündürlükdə
dayaqda 20–30 hoppanma icra etmək.
5. Tək ayaq üzərində oturub-qalxmaq (6–8 dəfə).
6. Divardan  2–3 metr məsafədən 2 topu növbə ilə müxtəlif intervallarla
divara vurmaq, qayıdan topu tutaraq yenidən divara atmaq.
7. İki-üç kiçik topu eyni vaxtda atıb-tutmaq.
8. Topun gövdə və qıçlar ətrafında səkkizvari ötürmələri.
9. Dirəkləri yandan keçmək, tullanma, mayallaq aşmaqdan ibarət kom -
binə olunmuş hərəkətlər.
10. Mütəhərrik oyunlar.
Şəkil 34. 
79
Çap üçün deyil

80
HƏNDBOL
7-ci sinifdə şagirdlər həndbol oyununun sadə bacarıq və vərdişlərinə yi -
yə lənmişlər. Hazırda isə bir sıra yeni icra bacarıqlarının formalaşması, mə -
nim sənilənlərin isə təkmilləşməsi nəzərdə tutulur.
Həndbol dinamik idman oyunudur, topun müxtəlif məsafələrə ötürülməsi,
yerdəyişmələr, sürətli irəliləmə zamanı hərəkət istiqamətinin dəyişməsi
oyun çudan yüksək fiziki hazırlıq, çeviklik və ən əsası isə ani qərar qəbul
etmək bacarığı tələb edir. Bütün qeyd olunan hərəki fəaliyyət oyunçudan
topla uğurlu davranmaq, onu ələ keçirmək, ötürmək üçün müəyyən texniki
icra üsullarına yiyələnməyi tələb edir. Bu sırada əhəmiyyət daşıyan
məsələlərdən biri topun tutulmasıdır.
Topun tutulması. Top iki və tək əllə tutulur. İki əllə tutulmadan hərəkətdə
olan topun ələ keçirilməsi zamanı və ya ötürmədən əvvəl istifadə olunur. Bu
zaman əl barmaqları top üzərində sərbəst yerləşir və onu möhkəm saxlayır.
Topun bir əllə tutulması xeyli çətindir. Bunun üçün barmaqlar geniş və
sərbəst açılır, baş barmaq topu tutmaq üçün yana aparılır (şəkil 35).
Top mümkün qədər barmaqlara yaxın tutulur. Atma, bir qayda olaraq, çi -
yin dən bükülmüş qolla icra olunur (şəkil 36).
Müxtəlif oyun şəraitlərində topu bükülmüş qolla yuxarıdan, aşağıdan,
yandan, düz qolla aşağıdan, düz qolla yuxarıdan – geriyə, iki əllə yuxarıdan –
sinədən döşəməyə vuraraq qalxmaqla baş arxasından (şəkil 37), kürək arxa -
sından (şəkil 38), qol üzərindən (şəkil 39), əli özündən döndərməklə yan dan
(şəkil 40) ötürmək mümkündür. Topun hərəkətdə ötürülməsi sıç ra yışla da
icra oluna bilər.
Şəkil 35.
Şəkil 36.
Şəkil 37.
Çap üçün deyil

81
Şəkil 38.
Şəkil 39.
Şəkil 40.
Şəkil 41.
Şəkil 42.
Şəkil 43.
Topun bükülü qolla yandan atılması müdafiəçini aldadaraq qapıya zərbə
üçün istifadə olunur (şəkil 41). Oyunçu aldadıcı hərəkətdən sonra müdafiə -
çi nin gözləmədiyi halda topu atan qol tərəfdəki ayaqla irəliyə – yana addım
edir, həmin tərəfə kəskin əyilir və yandan atmanı icra edir.
Adətən, top kəmər və bəzən daha aşağı səviyyədə olan hündürlükdən
atılır.
Bükülmüş qolla topun yandan atılması. Bu üsul aldadıcı hərəkətdən
son ra müdafiəçinin yaxından müqaviməti şəraitində istifadə olunur (şəkil 42).
Topun atılması ayaqla yana hücum addımı və gövdənin həmin istiqamətə
əyilməsi, topla olan qolun yüngülcə arxaya holaylandırmaq üçün aparılması
ilə qövsvari hərəkətlə aşağıdan icra edilir və əlin kəskin hərə kə ti ilə tamam -
la nır. 
Topun düz qolla yuxarıdan atılması. Həndbolda bu atma üsulu mü da fiə  çi -
lərin yaratdığı blok üzərindən qapıya hücum zamanı istifadə olunur (şəkil 43).
Çap üçün deyil

82
Bu atma yerindən sıçrayışla və tullanaraq da yerinə yetirilə bilər. Atma qolun
holaylandırılması  gövdənin arxaya əyilməsi, düz qolun baş üzərindən arxaya
aparılması, həmçinin gövdənin atma qolu tərəfə bir az dönməsi ilə yerinə ye-
tirilir. Atma zamanı əl daha böyük iş yerinə yetirir, topu yuxarıdan aşağıya
istiqamətləndirir. Atmadan sonra hər iki ayaq üzərində  yerəenmə icra edilir.
Topun düz qolla yandan atılması. Atmanın bu üsulu hücumçu qar -
şısında müdafiəçilərin dayandığı hallarda istifadə olunur (şəkil 44). Atma
onu icra edə cək qola əks tərəfdə yerləşən ayağın yerə – dayağa qoyulması
ilə icra edilir.
Gözlənilməzlik effekti yaratmaq üçün atma eyni tərəfdə yerləşən ayağın
dayağa qoyulması ilə də icra oluna bilər.
Topun düz qolla aşağıdan atılması. Bu rəqib üçün gözlənilməz amil
kimi istifadə oluna bilər. İcra texnikası bükülmüş qolla aşağıdan atma ilə
eynidir. Lakin qolun düzəlməsi hesabına topu müdafiəçinin yanından daha
inamla atmaq imkanı qazanılır.
Diyirlənən topun tutulması. Diyirlənən topu tutmaq üçün oyunçu ona
tərəf addım atır (şəkil 45). Topun qəbulu anında cəld aşağıya əyilir, əlini
arxası döşəməyə tərəf olmaqla topun hərəkət yoluna qoyur. Top ovuca daxil
olduqda digər əl onu yuxarıdan tutur. Sonra top atan qolun çiyninə yaxın laş -
dırılır, gövdə düzəlir və sonrakı fəaliyyətə keçilir.
Yeddimetrlik cərimə atışı. Cərimə atışı qapı önündəki xüsusi yeddimetrlik
cərimə xəttindən, hakimin cərimə atışına icazə verən fitindən sonrakı 3 saniyə
Şəkil 44.
Şəkil 45.
Çap üçün deyil

83
Şəkil 46.
Şəkil 47.
ərzində icra edilir. Atma zamanı dayaq ayağını döşəmədən götürmək olmaz.
Bu səbəbdən də cərimə atışı həm iki ayaq üzərində dayaqdan, həm də
arxadakı ayağı qaldırmaqla icra oluna bilər.
Cərimə atışı qapıya tərəf olmaqla hər iki ayaq üzərində duruşdan icra
edi lir (şəkil 46). Atma irəliyə yıxılmaqla və ya addımla yerinə yetirilir. Cə -
rimə atışının mühüm komponenti hərəkət texnikası və topun əllə gön də ril -
mə sidir. Cərimə zərbəsinin iki atma forması mövcuddur: birinci – qapı çını
qabaqlayaraq atma; ikinci – aldadıcı hərəkətlə atma.
Cərimə atışlarını ustalıqla yerinə yetirmək üçün əvvəlcə irəliyə yıxılmadan
yerindən atmaya, sonra bir ayaq üzərində dayanaraq atmaya, daha sonra isə
yıxılaraq atma texnikasına yiyələnmək lazımdır.
Yerindən irəliyə yıxılaraq icra olunan cərimə zərbəsi hər iki ayağın və ya
bir ayağın təkanı ilə yerinə yetirilir.
Yıxılaraq cərimə zərbəsinin atma texnikasına yiyələnmə zamanı əsas
məsələlərdən biri də yıxılma zamanı qorxu hissinin aradan qaldırılmasıdır.
Atmaların dəf olunması zamanı qapıçının mövqe seçməsi. Oyunun
gedişində qapıçının mövqeyi daim dəyişir. Adətən, qapıçı bitişdirici addımla,
qaçışla yerdəyişmələr edir, tullanır, top ardınca yıxılır, şpaqat, yarımşpaqat
kimi hərəkətlər yerinə yetirir, flanq (cinah) dirəyi yanında mövqe tutur (şə -
kil 47). Qapıçının mövqe seçməsi, ilk növbədə, topun yerdəyişməsindən,
həm çinin rəqibin və komanda yoldaşlarının mövqelərindən asılıdır.
Çap üçün deyil

84
Yeddimetrlik cərimə atışının dəf olunması zamanı qapıçı müxtəlif möv -
qedə: qapı xəttində, 1,5–2,5 metr çıxışda; qapıdan 4 metrlik nişanda ola
bilər. Qapıdan irəliyə çıxış hü cumçunun cərimə atışı etdiyi və qapıçı ilə tək -
bətək qaldığı bütün hallarda icra olunur. 
Sürətli keçidlə hücum (3:2). Sürətli hücum ən effektli fəaliyyətdir.
Əks-hücumun başlanma anını müəyyən etmək və bu hücuma qarşı rəqibin
səmə rəli müdafiə fəaliyyətini  qabaqlamaq lazımdır. Kəskin əks-hücuma
keçmə anı rəqibin texniki səhvə yol verməsi, hər iki komanda oyunçularının
qar şılıqlı səhvi, topun gözlənilmədən ələ keçirilməsi və s. ola bilər.
Cinahlar üzrə iki hücumçu bir-birinə yaxınlaşmağa çalışır. Müdafiəçilər
də onlara qoşulur, həmin anda top meydançanın digər tərəfinə qaçan və
müdafiəçilərdən azad olan hücumçuya atılır ki, o da hücumu tamam layır.
Topla meydançanın mərkəzi ilə hücum zamanı iki hücumçu yan xətlər boyu
sürətlə hərəkət edir. Onlardan biri – müdafiəçidən azad olmağı bacaran
hücumu tamamlayır. 
VOLEYBOL
Topun tor önündə ötürülməsi
Topun qarşılıqlı cərgələrdə torsuz yuxarıdan ötürülməsi mənimsənildikdən
sonra bu hərəkətin tor önündə və tor üzərindən yerinə yetirilməsinə keçmək
lazımdır. Bu zaman qarşılıqlı sıralarda top tora paralel və ondan 50 sm məsa -
 fədən ötürülür. Tor üzərindən ötürmə zamanı isə top tora toxunmamalıdır.
Qarşılıqlı sıralarda topu yuxarıdan komanda yoldaşına dəqiq ötürmək olduqca
zəruridir. Uçaraq qarşıdan gələn topa vaxtında çıxmağa və ötürmə zamanı
dayanıqlı müvazinətin saxlanmasına diqqət yetirmək lazımdır.
Hərəkətlər:
1. Tor qarşısında 6–8 metr məsafədə sıralarda yerinə yetirilir. Topun yu -
xarıdan qarşılıqlı sıralarda ötürülməsi. Ötürmədən sonra oyunçular öz sırala -
rının sonuna keçirlər.
2. Tor önündə sırada 6–8 metr məsafədə  yerinə yetirilir. Qarşılıqlı sırada
yu xarıdan ötürmə. Ötürmədən sonra oyunçu topu ötürdüyü qarşı sıranın ar -
xa sına  keçir.
Tullanaraq topun tor üzərindən ötürülməsi (şəkil 48). Bu üsuldan to -
pun hündür trayektoriya ilə tora yaxın ötürüldüyü və onun dayaqda digər
istiqamətə ötürməyin mümkün olmadığı hallarda istifadə olunur. Ötürmə
tul lanmanın ən yüksək nöqtəsində, qolların fəal açılması hesabına yerinə
Çap üçün deyil

85
ye  ti  ri lir. Tullanma çox da böyük olmayan qaçışdan, həmçinin iki ayağın tə -
kanı ilə yerindən icra oluna bilər. Ötürmə tam açılmış qolun əl və barmaqlarının
fəal hərəkəti ilə icra olunur.
Tullanma ötürmə ilə top tor üzərindən göndərilir.
Hərəkətlər:
1. Cütlükdə yerinə yetirilir. Torun hər iki tərəfində, ondan 3 metr mə sa -
fədə durub bir-birinə baxan oyunçulardan biri topu öz üzərinə hündürə atır,
ye rin dən tullanır və topu yuxarı ötürmə ilə torun əks tərəfində dayanan yol -
daşına ötürür.
2. Cütlükdə yerinə yetirilir. Torun hər iki tərəfində ondan 3–3,5 m mə -
safədə üzü bir-birinə tərəf duran oyunçulardan biri topu başı üzərindən bir
qə dər irəliyə atır, kiçik qaçışdan tullanaraq onu tor üzərindən hündür ötürmə
ilə qarşı tərəfə göndərir.
Kürəyi atma istiqamətinə topun yuxarıdan ötürülməsi
Hücum zərbəsinin icrası üçün topun iki əllə yuxarıdan ötürülməsinin
növ lə rindən biridir. Əllərin topa toxunması baş üzərində olur. Ötürmə qol -
ların dirsəkdən açılması və gövdənin arxaya – yuxarı hərəkəti, eyni za man -
da sinə və bel hissədən arxaya əyilmə ilə icra olunur. Bədənin ağırlığı arxa -
da yerləşən ayaq üzərinə aparılır (şəkil 49).
Tordan qayıdan topun qəbul edilməsi
Tora dəyən top torun hansı hissəsinə dəyməsindən asılı olaraq tordan
müxtəlif istiqamətlərdə qayıda bilər. Top torun yuxarı hissəsinə dəydikdə
Şəkil 48.
Şəkil 49.
Çap üçün deyil

86
da 
ha iti bucaq altında aşağıya,
meydançaya düşür (şəkil 50). Belə
hallarda, adətən, top iki əllə aşağı -
dan qəbul olunur. Əvvəlcə torun
aşağı hissəsinə dəyib qayıdan topun
qəbul edilməsini öyrənmək la zım -
dır. Bu halda sağ və ya sol  tərəfi
tora tərəf durmaq lazımdır. Torun
aşağı hissəsindən qayıdan top
nisbətən böyük bucaq altında mey-
dançaya qayıdır və onun iki əllə
aşağıdan qəbulu o qədər də çətinlik törətmir. Bu hərəkət mə nim sənildikdən
sonra torun orta və yuxarı hissəsinə dəyib qayıdan topların qə bulu bacarıqlarına
yiyələnmək lazımdır. Tordan qayıdan topların qəbulu za manı çalışmaq la -
zımdır ki, vaxtında topa “çıxılsın” və topun qəbulu za ma  nı qolların düz, çi -
yin  lərin arxaya aparılması və topun altında “oturma” hə rəkəti icra olunsun.
Topun qəbulundan sonra o, hücum zonasına gön də ril mə lidir.
Hərəkətlər:
1. Cütlükdə yerinə yetirilir. Bir oyunçu topu tora atır, digəri isə tordan
qayıdan topu iki əllə aşağıdan qəbul edir. Topun qəbulundan sonra o, hücum
zonasına düşməlidir.
2. Cütlükdə icra olunur. Bir oyunçu topu zərbə ilə tora vurur. Digəri
tordan qayıdan topu aşağıdan iki əllə qəbul edir. Top hücum zonasına enir.
Düz hücum zərbəsi
7-ci sinifdə oyunçu yoldaşının və ya özünün yuxarıya atdığı topa düz
hücum zərbəsi yerinə yetirmək bacarığı formalaşdırmaq qarşıya məqsəd
qoyulurdu. Hazırda isə qarşıdan ötürülən topa düz hücum zərbəsinin icrasına
yiyələnmək lazımdır. Bu zaman topun hərəkəti ilə tullanmaq üçün qaçış
məsafəsini uyğunlaşdırmaq lazımdır. İlk mərhələdə orta hündürlüklü
trayektoriya ilə ötürülən topa düz hücum zərbələri yerinə yetirilir.
Hərəkətlər:
1. Üçüncü zonada duran oyunçunun ötürdüyü topa dördüncü zonadan
düz hücum zərbəsi. Ötürmə məsafəsi 3–4 metr. Top oyunçunun əlindən çıx -
dığı an hücum zərbəsinin icrası üçün qaçışa başlamaq lazımdır.
2. Üçüncü zonadan ötürməyə ikinci zonadan hücum zərbəsi icra olunur.
Taktiki fəaliyyət. Oyun texnikasına yiyələnməklə yanaşı, fərdi, qrup,
komandalı hücum və müdafiə taktikasına da yiyələnmək lazımdır. Bu, ilk
növbədə, topun yuxarıdan, aşağıdan qəbulu üsulunu seçmək, üzü və ya ar -
Şəkil 50.
Çap üçün deyil

87
xası ötürmə istiqamətinə olmaqla topu dəqiq ötürmək bacarığı, topu mey -
dançanın sağ və ya sol tərəfinə ötürmək və s. bu kimi fəaliyyətdən iba rətdir.
Eyni zamanda ön və arxa xətt oyunçularının iştirakı ilə hücum takti kasına
yiyələnmək zəruridir.
Hərəki qabiliyyətlərin inkişaf etdirilməsi
Qüvvə və sürət-güc qabiliyyətinin inkişafı üçün hərəkətlər:
1. Müxtəlif çəkili topların çoxsaylı atılması, itələnməsi.
2. Bir və iki ayağın təkanı ilə uzağa tullanmaq.
3. İki ayağın təkanı ilə toplar və ya hər hansı maneə üzə rindən hoppanaraq
keçmək.
4. Müxtəlif maneələr üzərindən tək ayağın təkanı ilə tullanaraq keçmək.
5. Hündürlükdən (gimnastika skamyası, 40–50 sm digər hündürlük, ha -
zır lıqlı olanlar üçün gimnastika keçisi və ya tir) aşağıya tullanaraq
dərhal yuxarıya sıçramaq.
6. Cüt ayağın təkanı ilə müəyyən məsafə (məsələn, 15 metr) qət et məklə
cütlükdə yarış.
Sürət qabiliyyətinin artırılması üçün hərəkətlər
1. 10–15 metr məsafəyə sü rətlənmə və kəskin qaçış.
2. Müxtəlif çıxış vəziyyətlərindən, 10–15 m sü rət lənmə və kəskin qaçış.
3. Müxtəlif intervallı komanda ilə 10–15 m məsafəyə bitişdirici addımlar
və tullanmalarla qaçış.
4. Müxtəlif istiqamətlərə (sağa, sola, irəliyə, arxaya) sürətli yerdəyişmələr
və hər hansı texniki elementin imitasiya olunması.
5. Mütəhərrik oyunlar.
Müvazinət və koordinasiya qabiliyyətinin inkişafı üçün hərəkətlər
1. İrəliyə tək və çoxsaylı mayallaq aşmalar.
2. 90º, 180º dönməklə yerindən tək və çoxsaylı tullanmalar.
3. Yerindən və qaçaraq 270º, 360º dönmələrlə tullanmalar, sıçrayışlar.
4. Müxtəlif maneələr üzərindən dönmələrlə və dönməsiz tullanmalar.
5. Mütəhərrik oyunlar.
Çap üçün deyil

88
Sıra hərəkətləri
Yerində addımlamadan sırada və cərgədə yerişə keçmək. Bu fəaliyyətə
yerində addımlayarkən sol ayaq altında verilən “İRƏLİ!” komandası ilə
başlanılır. Sağ ayaqla yerində addımdan sonra sol ayaqla irəliyə hərəkət icra
edilir.
Бюлцнмя вя говушма иля бир сырадан 2, 4 вя с. сырайа йенидян
дцзцлцш. Bu fəaliyyət sinfin sırada hərəkətdə olduğu zaman (şəkil 51 a, b, c,
ç, d) aşağıdakı komandaların köməyi ilə yerinə yetirilir:  
а) Hərəkət edən sıra zalın ortasına yaxınlaşdıqda “MƏRKƏZDƏN –
MARŞ!” komandası verilir. Şagird sağla addım atır, ona istinad edərək zalın
mərkəzinə dönür. 
b) Hərəkət edən sıra zalın qarşı tərəfindəki sərhədinə yaxınlaşdıqda sol
ayaq altına “SAĞ VƏ SOL ƏTRAFA TƏK SIRA İLƏ – МАRŞ!” komandası
verilir. B
у команда ilя 1-ci nюmrя саьа, онун ардынъа эялян сола, нювбяти
шаэирд саьа, онун ардынъа эялян сола вя с. олмагла якс истигамятя щярякят
едян ики сырайа бюлцнмя баш верир.
ъ) Якс тяряфлярдян гаршы-гаршыйа щярякят едян сыралар йахынлашдыгда
“МЯРКЯЗДЯН ИКИ-ИКИ – МАРШ!” командасы верилир. Бу команда иля
гаршы-гаршыйа йахынлашан сыралар дюнмя йериндян саьа (сола) щярякят едирляр.
Сонра ися “САЬА ВЯ СОЛА ИКИ СЫРАЙЛА МАРШ!” командасы верилир. 
ч) Синфин сыраларла щярякяти заманы бюлцнмя вя бирляшмядян истифадя
етмякля 4 сырада дцзцлцш йаратмаг мцмкцндцр. Бу заман “МЯРКЯЗДЯН
– МАРШ!” командасындан истифадя олунур. Беляликля, мяркяздян кечмякля
бю лцн мя вя говушма иля
бир сырадан бир нечя сырайа
йенидян дцзцлцрляр.
Якс дцзцлцшляр (бюлцн-
мя вя бирляшмяляр) диэяр
ардыъыллыгла верилян коман-
далар цзря йериня йетирилир.
д) “МЯРКЯЗДЯН ИКИ
СЫРАДА МАРШ!” коман-
дасы иля якс тяряфлярдян гар-
шы-гаршыйа йахынлашан 4 сыра
ики сырада бирляшяряк (саь
тяряфдяки сыралардан биринъи
a)
b)
c)
ç)
d)
Şəkil 51. 
GİMNASTİKA
Çap üçün deyil

89
ъярэяляр, сонра ися сол тяряфдяки сырадан биринъи ъярэяляр мяркяздян щярякятя
башлайырлар. Сонра саь тяряфдяки сыралардан икинъи ъярэя, ардынъа сол тяряфдяки
сыралардан икинъи ъярэя вя с.)  йени 2 сыра йарадыр.
“САЬА ВЯ СОЛА БИР СЫРАДА – МАРШ!” командасы иля щярякятдя
олан сыра якс тяряфляря щярякят едян ики сырайа бюлцнцр. Сонра ися “МЯР-
КЯЗДЯН БИР СЫРАДА МАРШ!” командасы иля ики сыра бир сырада бирляшир.
Sallanmalar və dayaqlar (oğlanlar üçün)
I. İrəliyə yellənməklə aşaraq dayağa qalxmaq və qıçlar aralı oturuş.
Bu hərəkət hündür turnikdə icra olunur. Sallanma vəziyyətində çanaq-bud
oynağından irəliyə bükülmək və fəal arxaya açılma. Hərəkət bir neçə dəfə
ar tan amplitudayla icra olunur. Ən arxa vəziyyətdən çanaq-bud oynağından
fəal bükülərək yuxarıya dartınmaq, qıçları turnik üzərindən aşıraraq arxaya,
qarın üzərində sallanma vəziyyəti almaq. Fırlanma hərəkətini davam etdir -
məklə düzəlmək, qolları açaraq dayağa keçmək. Sonra bir qıçı turnik üzə -
rin dən keçirərək qıçlar aralı oturuş vəziyyətinə keçmək.
Kataloq: noduploads -> book
book -> «aspolèqraf» naTik axundovi, humeir ehmedovi,'
book -> Методическое пособие для учителя 6 мет о диче ск ое пособие для учите
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29. 07. 2013-cü il tarixli 754 nömrəli əmri ilə
book -> Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19. 06. 2009-cu il tarixli
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05. 07. 2010-cu il tarixli
book -> Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov
book -> ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün

Yüklə 29,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə