ÄßÐÑËÈÊ «ÀÑÏÎËÈÃÐÀÔ» ÁÀÊÛ—2015 Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéèíèí.. 2015-úi èë òàðèõëè ¹-li ÿìðè èëÿ òÿñäèã åäèëìèøäèð. Çap üçün deyil



Yüklə 29,39 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix06.05.2017
ölçüsü29,39 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Köməkçi hərəkətlər:
1. Sallanmada bükülməklə yel -
lənmələr.
2. Sallanmada irəliyə yellənmə
ilə dartınma.
3. Alçaq turnikdə iki ayağın tə -
kanı ilə aşaraq dayağa qalxmaq
(tək rar).
4. Alçaq turnikdə iki ayağın tə -
ka nı ilə aşaraq dayaqdan qıçlar ara lı
oturuşa keçmək.
II. Yellənmə və qüvvə ilə aşa -
raq dayağa qalxma. Sallanmadan
bükülmüş qollarda sallanma (şəkil
52, a) vəziyyətinə qədər dartınma. Çanaq-bud oynağından fəal əyil məklə
qıç la rı irəli-yuxarıya turnikin arxasına qaldıraraq (şəkil 52, b, c) qarın üzə -
rində sal  lan mış vəziyyət almaq. Gövdəni düzəltmək və dayaq vəziyyəti al -
maq (şəkil 52, ç).
Şəkil 52.
a)
b)
с)
ç)
Çap üçün deyil

90
III. Paralel qollarda irəli yellənmədə dayağa qalxaraq ayaqlar aralı
oturuş. Hərəkət paralel qollarda dayaqda yellənmədən başlanır (şəkil 53, a).
İrəli yellənmədə ayaqlar şaquli vəziyyəti keçən kimi  çanaq-bud oynağı
yüngülcə bükülür (şəkil 53, b). Ayaqlar paralel qollardan hündürə qalxdıqda
qolların təkanı ilə gövdə açılaraq düzəlir. Ayaqlar yanlara aparılaraq paralel
qollar üzərinə qoyulur, dayaq vəziyyəti alınır (şəkil 53, c)
Köməkçi hərəkətlər:
1. Paralel qollarda dayaqda irəli və arxaya yellənmə. Ayaqlar paralel qol-
lardan yuxarıya qalxmalıdır.
2. Qollarda dayaq vəziyyətindən çiyinlərdə “sallanma” (dirsəklər yuxarıda),
çiyinlərlə paralel qollara sıxmaq (dirsəklər aşağıda). Gövdənin yuxarıya
qalxmasına diqqət yetirmək.
3. Qollarda dayaq. Ayaqlar paralel qolların altına qoyulmuş gimnastika
keçisi üzərində, çiyinlərdə “sallanma”. Çiyinlərlə paralel qollara ayaqlarla
keçiyə istinad edərək və dayaq vəziyyətinə qayıtmaq. 
Şəkil 53.
Sallanmalar və dayaqlar (qızlar üçün)
Aşağı qolda bükülərək üzü yuxarıya sallanma, ayaqlar yuxarı qola dirə -
nib (şəkil 54, a). Bir ayağın yellənməsi, digərinin təkanı ilə (şəkil 54, b),
çanaq-bud oynağından bükülərək (şəkil 54, c) aşağı qol üzərinə dayağa
keçmək (şəkil 54, ç). Sağ əllə yuxarı qoldan tutmaq, bədənin ağırlığını sol
qol üzərinə keçirib sağ ayağı gövdə üzərindən aşırmaq. Uzanaraq sallanmada
çevrilərək sola dön məklə (şəkil 54, d, e) sol əllə yuxarı qoldan tutmaq. Sağ
a)
b)
c)
Çap üçün deyil

91
ayağı aşağı qol üzərinə endirmək (şəkil 54, ə). Yuxarı qoldan sallanmaqla
aşağı qol üzə rində çanaqda dayaq vəziyyəti almaq (şəkil 54, f). 
Köməkçi hərəkətlər:
1. Bir ayağın yellənməsi, digərinin təkanı ilə aşaraq aşağı qolda dayağa
qalxmaq.
2. Aşağı qolda sallanma və yuxarı qola dirənmədən yuxarıdakı hərəkət.
3. Sağla, solla aşaraq keçmək.
4. Sol (sağ) bud üzərində uzanaraq sallanmadan sağ (sol) qıçı aşırıb uza -
naraq sallanmaya keçmək.
Şəkil 54.
a)
b)
c)
ç)
d)
e)
ə)
f)
Akrobatika elementləri (oğlanlar üçün)
I. Dayaqlı oturuşdan quvvə ilə baş üzərində duruş. Hərəkət ilkin
olaraq qıçların təkanı ilə baş üzərində duruş vəziyyətinin alınması kimi icra
edilir. Dayaqlı oturuş vəziyyəti alınır. Gövdənin ağırlığı baş və qollar üzərinə
keçirilir, ayaqların təkanı ilə baş üzərində  duruş vəziyyəti alınır. Bu hərəkət
mənimsə nil dikdən sonra şagirdlər hərəkəti qıçların təkanı ilə deyil, qolların
qüvvəsi hesabına yerinə yetirirlər.
Çap üçün deyil

92
Akrobatika elementləri (qızlar üçün)
“Körpü” və dönərək bir diz üzərində duraraq dayaq. Əgər “körpü”
vəziyyəti yaxşı mənimsənilibsə, o halda dayağa dönmə hərəkətinin təliminə
başlanılır. Bunun üçün bədənin ağırlığı dönmə tərəfdə yerləşən qol və ayaq
üzərinə keçirilir (şəkil 56, b), dönmənin əks tərəfindəki əl və ayağın təkanı
ilə dönüb çanaq-bud oynağından bü kü lmək dayaq ayağının dizi üzərinə isti-
nad edərək dayağa enmək (şəkil 56, c).
Dayaqlı oturuş vəziyyətindən gövdənin ağırlığı qollar üzərinə keçirilir,
əllərin dayağa təzyiqi tədricən artırılır, eyni zamanda gövdə və bükülü qıçlar
yuxarıya qaldırılır. Qüvvə ilə baş üzərində dayaq vəziyyəti alınır.
II. Üç addımdan qaçaraq uzununa irəli mayallaq aşmaq. İki ayağın
təkanı ilə qıçları tam düzəltməklə yuxarı və uzununa tullanma icra edilir.
Bədənin ağırlığı qollar üzərinə keçirilir, başı sinəyə əyib irəli mayallaq aşma
yerinə yeti rilir.
Köməkçi hərəkətlər:
1. Dayaqlı oturuşdan irə li mayallaq aşmaq.
2. Eyni hərəkəti ayaq lar və əllər arasındakı  məsa fə ni yavaş-yavaş
artırmaqla etmək.
3. Eyni hərəkəti kiçik bir hündür yerdən əlləri ori  yen tirə qoymaqla (xətt,
bay raq cıq)  etmək.
Şəkil 55.
Çap üçün deyil

93
Dayaqlı tullanma (oğlanlar üçün)
Qıçları bükərək gimnastika keçisi üzərindən (H=110–115 sm) uzunluğa
tullanma
10–12 addımlıq məsafədən qaçaraq irəli-yuxarı istiqamətdə təkan vurmaq,
gövdəni düz saxlayıb əlləri irəliyə-yuxarıya uzatmaq. Əlləri keçinin uzaq
səthi üzərinə dayağa qoyan anda qıç və çanaq-bud oynağından bükülməklə
qruplaşmaq. Həmin anda əllərlə təkan verərək gövdəni açıb əlləri yuxarı
yanlara aparmaq. Azacıq bükülmüş qıçlar üzərinə dayağa enmək. 
Köməkçi hərəkətlər:
1. Qaçaraq gimnastika keçisi üzə rin dən ayaqlar aralı tullanmaq.
2. Keçi üzərinə dayaqlı oturuşda tullanmaq.
3. Sıçrayaraq keçi üzərində dayaqlı oturuş, sıçrayaraq və aşaraq enmək.
4. Eninə qoyulmuş keçi üzərindən qıçları bükməklə tullanma.
Şəkil 56.
a)
b)
c)
Şəkil 57.
Çap üçün deyil

94
Hərəki qabiliyyətlərin inkişafı
Qüvvə və qüvvə dözümlülüyünü  inkişaf etdirən hərəkətlər:
– hantellə hərəkətlər (qızlar üçün hantelin çəkisi 1,0–1,5 kq);
– gimnastika divarında sallanmadan ayaqların düz bucağa qədər qaldırılması;
– uzanaraq dayaqda qolların bükülüb-açılması (qızlar üçün – uzanaraq,
əllər gimnastika skamyasında);
– sallanmadan dartınma (qızlar üçün – uzanaraq, sallanmadan). 
Şəkil 58.
a)
b)
c)
ç)
d)
Dayaqlı tullanma (qızlar üçün)
90º dönməklə yanakı tullanma
Çox da böyük olmayan 8–10 addımlıq qaçış məsafəsindən qaçaraq körpü
üzərindən təkanla, əlləri gimnastika tiri üzərində çiyin enində dayağa qoymaq
və çanaq-bud oynağından bükülərək kürəyi və gövdənin aşağı hissəsini
yuxarıya qaldırmaq (şəkil 58, a, b). Hərəkəti davam etdirməklə sol (sağ) əllə
təkan verib (şəkil 58, c, ç) alət üzərindən bədəni üfüqi vəziyyətdə yanakı
keçirmək. Digər əlin təkanı ilə kürəyi alətə tərəf olmaqla azacıq bükülmüş
qıçlar üzərinə dayağa enmək (şəkil 58, d).
Köməkçi hərəkətlər:
1. Döşəmədə uzanmış vəziyyətdə, dayaqda iki ayaqla sağa (sola) hoppa-
naraq yanakı uzanıb dayaq vəziyyətinə keçmək.
2. Gimnastika tiri qarşısında körpü üzərində duraraq təkan vurub yanakı
hoppanmaq.
Çap üçün deyil

95
Sürət-güc qabiliyyətini inkişaf etdirən hərəkətlər:
–  topun (3–5 kq oğlanlar; 1–3 kq qızlar üçün) duruş və ziyyətindən sinə -
dən uzunluğa itələnməsi;
– eyni hərəkətin baş üzərindən icra edilməsi;
– üçlü tullanmalar: iki ayaq üzərində, əllər beldə;
– eyni hərəkətin bir ayaq üzərində icra edilməsi. 
Əyilgənliyi inkişaf etdirən hərəkətlər:
– dayağın yanında bükülmüş ayağın irəli, arxaya və yanlara yellədilməsi;
– eyni hərəkətin bir qədər bükülü ayaqla icra edilməsi;
– eyni hərəkətin düz ayaqla icra edilməsi.
Koordinasiya qabiliyyətini inkişaf etdirən hərəkətlər:
– bir ayaq üzərində müxtəlif müvazinətlər;
– eyni hərəkətin dizdə duraraq icra edilməsi;
– gimnastika tiri üstündə (skamya) 1800, 3600 dönmələrlə irəliləmələr.
Çap üçün deyil

96
Uçan topa pəncənin daxili 
hissəsi ilə zərbələr
Pəncənin daxili hissəsi ilə topa zərbə oyunda həm müdafiə, top ötürmələr,
həm də qapıya hücum zamanı tətbiq edilir. Uçan topa yandan zərbənin icrası
zamanı müvazinətin dayanıqlı olması üçün gövdə dayaq ayağı üzərinə
əyilməlidir (şəkil 59).
Köməkçi hərəkətlər:
1. Cütlükdə icra edilir. İki şagird
bir-birindən 5–6 metr məsafədə qarşı-
qarşıya dayanır. Onlardan biri topu
yuxarıdan aşağıya, ayağına tərəf buraxır.
Top havada olarkən ayaq pəncəsinin
daxili hissəsi ilə topa zərbə endirməklə
onu orta hündürlükdə yoldaşına tərəf
göndərir. Sonra hərəkət digər şagird
tərəfindən əks istiqamətə icra edilir. 
2. Topun hədəfə “asma” ötürülməsi. İki şagird 5–6 metr məsafədən bir
toxunma ilə topu dairə və ya dördbucağa “düşməklə” yoldaşına ötürür.  
3. Divarda 1–1,5 m hündürlükdə dairə və ya dördbucaq formasında
çəkilmiş hədəflərə 5–6 m məsafədən, yerindən topla zərbələr vurulur. 
4. Eyni zərbələr yandan ötürülən topla, hərəkətdən yerinə yetirilir. 
Uçan topa pəncənin  üst hissəsi ilə zərbə
Bu zərbənin öyrədilməsi üçün
qarşıdan, yerlə gələn topa pəncənin üst
hissəsi ilə, havada olan topa pəncənin
daxili hissəsi ilə zərbələr təkrar edilir,
onlar mənimsənildikdən sonra uçan
topa pəncənin üst hissəsi ilə zərbə
öyrədilir. 
Şəkil 59.
Şəkil 60.
FUTBOL
Çap üçün deyil

97
Köməkçi hərəkətlər:
1. Oyunçu  cərimə meydanı qarşısında əli ilə topu önündə yerə atır top
yerə  dəyib qalxdıqdan sonra  qapıya zərbə edir.
2. Qapıçı əli ilə topu cərimə meydançasından hava ilə atır, komanda
yoldaşı isə topu ya havada ya da yerə dəyib qalxdıqdan sonra pəncənin üstü
ilə qapıya zərbə vurur.
3. Top ayağın üst hissəsi ilə çilənir.
4. Künc zərbəsindən sonra müdafiəçilərin fəal müdaxiləsi olmadan uçan
topa ayağın üst hissəsi ilə qapıya zərbə vurulur.
Topun yan xətdən oyuna daxil edilməsi
Bu texniki elementin öyrədilməsi bundan əvvəlki sinifdə başlanan təlimin
davamıdır. Hərəkətin sadə formada icrasından sonra topun yan xətdən oyuna
daxil edilməsi oyun şəraitinə uyğun yerinə yetirilir. 
1. Hərəkət cütlükdə icra edilir. Topun yan xətdən müxtəlif istiqamətlərə
sürətlənmələr yerinə yetirən tərəf-müqabilinə atılması. 
2. Hərəkət üçlükdə yerinə yetirilir. Oyunçu müdafiəçinin qarşısında du -
rur və ondan “azad” olmaq və yan xətdən oyuna daxil edilən topu qəbul edib
əlverişli texniki fəaliyyət göstərmək üçün qısa sürətlənmələr edir. 
Müdafiəçinin passiv müqaviməti ilə müxtəlif istiqamətlərə və müxtəlif
sürətlə topaparmalar
Oyun zamanı meydançada yerləşən bütün oyunçular bu üsuldan istifadə
edirlər. Buna görə də topaparma ilə əlaqəli müxtəlif hərəkətlər, estafetlər və
mü təhərrik oyunlardan istifadə etmək tövsiyə olunur. Topaparma zamanı
zər bələrin və hərəkətin istiqaməti müxtəlif şəraitlərdən top aparan oyunçunun
məqsədindən və meydançada onu əhatə edən situasiyadan asılıdır.
Əgər uzun məsafədə topaparma zərurəti yaranırsa, o zaman topu oyunçu
özündən 5–6 metr məsafəyə “buraxa bilər”. Rəqibin əks fəaliyyəti nəticəsində
topu itirmək ehtimalı yaranır. Buna yol verməmək və topu daim nəzarətdə
saxlamaq məqsədilə onu 1–2 metr məsafədən aralı “buraxmaq” məqsədəuyğun
hesab edilmir.
Köməkçi hərəkətlər:  
1. Cütlükdə icra edilir. Bir oyunçu topu özündə saxlamağa, digəri isə
onu ələ keçirməyə çalışır. Top itirilərkən oyunçular yerlərini dəyişirlər.
2. Məhdud meydançada topla yerdəyişmələr edilir. 
Çap üçün deyil

98
Müdafiəçinin fəal müqaviməti ilə topaparmalar
Texniki elementlərin sadələşdirilmiş şəkildə təlimi mənim sə nil dikdən
sonra hərəkətlər müdafiəçinin fəal müqaviməti şəraitində yerinə yetirilir.
Köməkçi hərəkətlər:  
1. Hərəkət üçlükdə meydanın mərkəzi dairəsinin yaxınlığında icra edilir.
İki oyunçu mərkəz dairənin xaricində yerləşir. Onlardan biri hücumçu, di -
gəri isə mü dafiəçi funksiyasını yerinə yetirir. Üçüncü oyunçu mərkəzi dai rə -
nin da xi lində dayanır. Hücum funksiyasını yerinə yetirən oyunçu müxtəlif
isti qamətlərə topaparmanı icra edir və topu meydançanın mərkəzində duran
oyun çuya ötürərək, müdafiəçidən azad olmağa və topu yenidən qəbul etməyə
çalışır. Müdafiəçi funksiyasını yerinə yetirən oyunçu oyun qaydasını poz -
madan hücumçuya mane olmağa çalışır.  
2. Oyunçular iki qrupa (komandaya) bölünür: qapı xəttində və qapı mey -
danında qapıdan sağda və solda dururlar. Qapıçı topu qapıdan 15–20 m irə -
liyə atır. Oyunçular komanda ilə topa daha tez yiyələnməyə çalışırlar. Topa
yi yələnən komanda hücum edir, topsuz komanda müdafiə olunur. Topa sa -
hib olan komanda qol vurmağa çalışır. 
Enən topun pəncənin daxili hissəsi ilə 
dayandırılması
Enən topun dayandırılması texniki ele-
mentinin  icrası zamanı oyunçu topun uçub
gələn istiqamətinə yanakı dayanır. Topu
dayandırma anında dayaq ayağı diz oyna -
ğından azca bükülür, həmçinin topu dayan -
dı racaq ayaq da diz oynağından bükülür.
Topla təmas edən ayaq nisbətən boşalmış
vəziyyətdə olur. Bu texniki elementin icra -
sındakı çətinlik topun enəcəyi yerin təyin
edilməsidir (dayaq ayağının arxasında). Ona
görə də topu dayandıran zaman hərə kətin
başlanğıc vəziyyətini almaq üçün əvvəl 
-
cədən bir sıra yerdəyişmələr icra etmək
lazımdır (şəkil 61).
Şəkil 61.
Çap üçün deyil

99
Şəkil 62.
Topa yiyələnmə və texniki fəndlərin elementlərindən
ibarət  kombinasiyalar
Üç oyunçu üçün kombinasiya
1. A və B oyunçular bir-birinə yaxın dururlar, C oyunçu isə 10–15 m
uzaqlıqda onların qarşısında dayanır. B oyunçu topu ayağın üstü ilə yerlə C
oyunçuya göndərir, özü isə sürətli qaçışla onun yerinə gedir. C oyunçu isə
topaparma ilə A oyunçuya qədər gedir və onun yerinə keçir. A oyunçu topu
ayağın üstü ilə B oyunçuya yerlə ötürür və sürətlə onun yerinə gedir və s.
Hərəkətlər qeyd olunan ardıcıllıqda təkrarlanır (şəkil 62).
2. Oyunçuların duruş vəziyyəti əvvəlki kimidir. B oyunçu topu hava ilə
müəy yən olunmuş nöqtəyə göndərir, C oyunçu isə qaçaraq başla hə min topu
A oyunçuya qaytarır. Yerdəyişmələr əvvəlki kimidir.  
Oyunçular (A, B, C) bir-birindən 10 metr məsafədə yerləşirlər. B oyunçu
topu dia qo nal üzrə A-ya ötürür və irəliyə qaçır. O da öz növbəsində topu qapı
xəttinə paralel olaraq B-yə ötürür. B topu diaqonal üzrə C-dən  irəliyə ötürür.
C topu yenidən qapı xəttinə paralel istiqamətdə B-yə qaytarır və s. Bu
hərəkət qapıdan-qapıya icra olunur. Burada müxtəlif icra kombina siya larından
istifadə etmək olar. Topun qəbulu–aparma–ötürmə; topun qəbulu–ötürmə;
bir toxunuşla ötürmə və s.
Çap üçün deyil

100
Şəkil 63.
Şəkil 64.
Oyunçular (A, B və C) meydançanın orta xəttinin yanında bir-birindən 10
metr məsafədə dayanırlar. A topu B-yə onun hərəkət istiqamətinə perpendikulyar
olmaqla ötürür. B topu irəli aparır. A isə qaçaraq əvvəlcə B, son ra isə C-nin
zonasına keçir. C B-dən irəliyə qaçaraq ondan düz ötürmə alır. A isə C-nin
zo na sına keçir və C-dən qapıya zərbə vurmaq üçün ötürmə alır (şəkil 63).
Oyunçuların yerləşməsi bundan əvvəlki kombinasiyada olduğu kimidir.
A oyunçu C-yə ötürmə edir. B topa tərəf qaçır və guya, topu qəbul edəcəyini
imita siya edir. Ancaq topun üzərindən sıçrayır. C ötürməni qəbul edir və
topu dü zünə ötürür. B topun ardınca qaçaraq ötürməni qəbul edir, diaqonal
üzrə A-nın önündən keçərək yana çıxır və topu tamamlayıcı zərbə üçün qapı
önünə çıxan A-ya ötürür (şəkil 64).
A
B
C
Çap üçün deyil

101
Oyunçu A meydançanın sol yan xəttinə yaxın yerdə dayanır, oyunçu B
mərkəzdə, C isə sağ yan xətdədir. A topu B-nin zonasına ötürür, özü isə
cərimə meydançası zonasına qaçır. B oyunçu topu qəbul edir və diaqonal
üzrə onu C-yə ötürür. C topu qəbul edir və apararaq üz xəttə yaxınlaşır və
qapıya paralel ötürmə edir. Ötürmədən sonra qapı dirəyinin qarşısına yer də -
yişmə edən A və B bir toxunma ilə C-nin ötürməsini qapıya zərbə ilə
tamam layır. Əgər A və B-nin qapıya zərbə üçün əlverişli imkanları yoxdursa,
onlar topu komanda yoldaşlarına bir toxunma ilə tamamlayıcı zərbə vurmaq
üçün ötürür (şəkil 65).
İkitərəfli oyun – Məsləhətdir ki, bütün məşğələlər ikitərəfli oyunla ye kun -
laşsın.  Adətən (təlim-məşq oyunları), tədris oyunları daha kiçikölçülü mey -
danda və azsaylı oyunçularla aparılır.  Basketbol meydançasında  qapıçısız
4x4; futbol meydançasında eninə yarım meydançada 7x7 və ya 8x8; futbol
mey dançasında və həndbol meydançasında qapıçılarla oynamaq lazımdır.
İki tə rəfli oyu nun gedişatı zamanı xüsusi fiziki hazırlığın və texniki elementlərin
tək mil ləşdirilməsi ilə yanaşı, həmçinin taktiki tapşırıqların da həll edilməsinə
fikir  vermək lazımdır.
Şəkil 65.
Çap üçün deyil

102
Hərəki qabiliyyətlərin inkişaf etdirilməsi
Sürətin inkişaf etdirilməsi üçün hərəkətlər
1. Kəskin dayanma və sürətlənmələrlə məkik qaçışı – 2x10 m, 2x15 m,
4x10 m, 4x15 m. 
2. Görünən siqnala müvafiq gözlənilmədən dairə üzrə dönmələrlə qaçış.
3. Qövs, dairə “ilanvari” qaçış.
Sürət-gücün inkişaf etdirilməsi üçün hərəkətlər
1. Gimnastika ipi ilə tək və cüt ayaqlar üzrə sıçrayışlar. Sıçrayışlararası
tullanmalar. 
2. Maneələr üzərindən seriyalarla tullanmalar.
3. Tullanaraq başla futbol topuna vurmaq.
4. Müxtəlif istiqamətlərə dairədən-dairəyə tullanmalar.
5. Myüxtəlif çəkili topların hədəfə və uzaq məsafəyə atılması, itələnməsi.
Koordinasiyanın inkişaf etdirilməsi üçün hərəkətlər
1. Topun pəncə ilə, budla, başla çilənməsi.
2. Maneələr zolağını dəf etmə.
3. Çoxmərhələli mütəhərrik oyunlar.
Əyilgənliyin inkişafı üçün hərəkətlər.
1. Sağ və sol ayağın növbəli, geniş amplitudalı yellənmə hərəkətləri.
2. İrəli əyilmədən gövdənin sağa və sola çevrilmələri.
3. İrəliyə əyildikdə əllərlə döşəməyə, arxaya əyildikdə isə dabanlara
toxun maq.
4. Döşəmədə ayaqlar aralı oturuşdan arxaya əyilərək pəncələrin ucunu
baş arxasında dö şə məyə toxundurmaq.  
Çap üçün deyil

103
SƏHƏR GİMNASTİKASI
8-ci sinif şagirdlərinin fiziki hərəkətlərin insan orqanizminə təsiri, onun
möhkəmləndirilməsində rolu haqqında kifayət qədər informasiyaları vardır.
Bu məlumatlar gün rejiminin düzgün planlaşdırılması və şagirdin gündəlik
hərəki fəaliyyətinin təşkili zamanı yararlı ola bilər. Gün rejimində şagirdin
sağlamlığının qorunması və möhkəmləndirilməsində mühüm əhəmiyyət
kəsb edən amillərdən biri də səhər gimnastika kompleksidir.
Səhər gimnastikası kompleksinin icrasının əsas məqsədi orqanizmi oyan -
dırmaq, onu gündəlik fəaliyyət üçün optimal hazırlıq vəziyyətinə gətir 
-
məkdir. Bu məqsədlə yerinə yetirilən hərəkətlər insanın orqanizminin hazırlıq
dərəcəsindən asılı olaraq seçilə bilər. Buraya əşyasız və əşyalarla hərəkətlər,
fiziki cəhətdən yaxşı hazırlığı olanlar üçün müxtəlif çəkili hantellərlə
hərəkətlər və s. daxil edilə bilər.
Səhər gimnastika kompleksinin açıq havada və ya havası yaxşı dəyişdirilən
geniş otaqda icra olunması məqsədəuyğun hesab edilir. Bu hərəkətlərin
ayaqyalın, yüngül geyimdə yerinə yetirilməsi daha səmərəlidir. 10–15 dəqiqə
ərzində açıq havada və ya pəncərəsi açıq otaqda yüngül geyimdə hərəkətlərin
icrası orqanizmin möhkəmlənməsinə şərait yaradır. Orqanizmin möhkəm -
ləndirilməsi havanın bədənin nə qədər açıq hissəsi ilə təmasda olma sından
asılıdır. Məsələn, bədənin üz və əl hissələri daim açıq olduğu üçün soyuq və
isti havaya qarşı o qədər də həssas deyildir. Çünki daim ətraf mühitin tem -
pe ratur dəyişikliyinə məruz qalır və buna uyğunlaşır. Səhər gimnastikası
zamanı ayaqyalın olmağın da sağlamlaşdırıcı əhəmiyyəti vardır. Ayaq pəncəsi
altında yerləşən və daxili orqanlarla birbaşa əlaqəsi olan mər kəzlər otaq
temperaturu və ondan bir qədər aşağı temperaturlarda ətraf mühitin təsirlərinə
qarşı dayanıqlıq əldə edib möhkəmlənir.
Səhər gimnastika kompleksinə təxminən 6–8, nisbətən hazırlıqlı olanlar
üçün isə 8–10 hərəkət daxil edilə bilər. Səhər tezdən icrası yüksək gərginlik
tələb edən hərəkətlər etmək məqsədəuyğun hesab olunmur. Səhər gimnastika
kompleksinə daxil edilən hərəkətlər yüngül, əlavə gərginliksiz icra olunmalıdır.
Hər hansı bir hərəkətin maksimal sayda icrasına çalışmaq da düzgün deyildir.
Belə hal sadəcə olaraq yorulmaya səbəb olacaqdır. Lakin yadda saxlamaq
lazımdır ki, hərəkətlərin az olması da arzuolunan nəticə əldə etməyə imkan
vermir. Bu səbəbdən də hər bir şəxs hərəkətləri, onların icrasının optimal
III . 
MÜSTƏQİL MƏŞĞƏLƏLƏR
Çap üçün deyil

104
sayını öz əhvali-ruhiyyəsinə əsasən müəyyən etməlidir. Burada ən düzgün
göstərici nəbz vurğuları və şəxsi hissiyyatdır. Orqanizmin qızışması və
yüngül tərləmə artıq hərəkətlərin sizin üçün kifayət qədər olduğuna işarədir. 
Səhər gimnastika kompleksinin aşağıdakı ardıcıllıqla icrası tövsiyə olu -
nur:
1. Baş-boyun əzələləri üçün hərəkətlər;
2. Çiyin qurşağı üçün hərəkətlər;
3. Gövdə əzələləri üçün hərəkətlər;
4. Aşağı ətraf əzələləri üçün hərəkətlər;
5. Sıçrayışlar, tullanmalar, qaçış;
6. Sakitləşdirici (əzələləri boşaldıcı və tənəffüs) hərəkətlər.
Hərəkətlərin icrası zamanı düzgün tənəffüs xüsusi əhəmiyyət daşıyır.
Adi halda tənəffüs mərkəzi sinir sistemi tərəfindən avtomatik olaraq
tənzimlənir. Fiziki hərəkətlərin icrası zamanı orqanizmin oksigenə olan
tələbatı çoxalır, tənəffüs dərinləşir və tezləşir. Bu səbəbdən də hərəkətlərin
icrası zamanı tənəffüsün icra tempinə uyğunlaşdırılmasına şüurlu sürətdə
yiyələnmək lazımdır. Əks halda mürəkkəb strukturlu hərəkətlərin icrası
zamanı tənəffüs ritmi pozulur, təngnəfəslik və tez yorulma meydana çıxır.
Belə halın yaranmaması üçün nəfəsalma və nəfəsvermə hərəkətin icrasına
uyğunlaşdırılır. Məsələn, çıxış vəziyyətində – nəfəsalma; icrada – nəfəsvermə;
oturduqda – nəfəsalma; ç.v. qayıtdıqda – nəfəsvermə və s. Ümumiyyətlə,
ətraf ların gövdədən uzaqlaşdırılması, gövdənin açılması zamanı nəfəsalma;
ətrafların gövdəyə yaxınlaşdırılması, gövdənin əyilməsi, bükülməsi zamanı
– nəfəsvermə. Tənəffüsü hər bir sadə hərəkətə uyğunlaşdırmağa eytiyac
yoxdur. Ən əsası ritmik tənəffüsdür.
Yuxarıda qeyd olunan qaydalara əməl etməklə müstəqil şəkildə səhər
gim   nastikası kompleksi tərtib etmək və onu hər gün yerinə yetirmək olar.
Hər üç-dörd həftədən bir icra etdiyiniz səhər gimnastika kompleksinə yeni
hərəkətlər əlavə etmək lazımdır. İlkin olaraq əşyasız və əşyalarla yerinə yeti -
rilən, aşağıda tövsiyə olunan hərəkətlər kompleksindən yararlanmaq olar.
Kataloq: noduploads -> book
book -> «aspolèqraf» naTik axundovi, humeir ehmedovi,'
book -> Методическое пособие для учителя 6 мет о диче ск ое пособие для учите
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> YAŞar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29. 07. 2013-cü il tarixli 754 nömrəli əmri ilə
book -> Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19. 06. 2009-cu il tarixli
book -> Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05. 07. 2010-cu il tarixli
book -> Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov
book -> ŞÜKÜr mustafa, İLTİfat ləTİfov ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün

Yüklə 29,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə