 I bitik. Tarixi qaynaqlar (2014)  II bitik



Yüklə 11,02 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix31.01.2017
ölçüsü11,02 Mb.
#6897
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

 
Qaya 
r
əsmləri 
faktına  diqqət  çəkilir.  Türk  boylarına  aid  daşat,  daşqoç  bədizləri  onların 
yayıldığı ərazilərdə üzə çıxır.  
Az
ər  boyları  yaşayan  bölgələrin  qədim  basırıqlarında  belə 
b
ədizlərin  olması,  bu  gələnəyin  orta  əsrlərdə  daha  geniş  yayılması  etnik 
atributlardan 
sayıla bilər.
177
 
H
ələ islamdan öncə Doğu Anadoluda xristian 
türkl
ərin  üzərində  xaç  işarəsi  olan  qoçdaşları  bəllidir  və  Azərbaycanda 
başqa  türk  elləri  ilə  müqayisədə  atdaş  ilə  qoçdaş  daha  geniş  yayılmış 
g
ələnəkdir.
178
 
 
Daş qaynaqlardan danışarkən bunu da vurğulamaq lazım gəlir ki, 
fiquru düz
əldilən, heykəli yonulan heyvanlar təkcə basırıqlarda deyil, gil 
qablar  üz
ərində  boyalı  rəsmlərlə  də  verilmiş,  qayalar  üzərində  şəkilləri 
ç
əkilmiş, sonralar bu gələnək xalça sənətinə də keçmişdir. Ona görə də, 
az
ər  xalqının  etnogenezini  araşdıranda,  xüsusilə  saqa-oğuz  boylarından 
b
əhs edəndə bağa, at və qoç heykəlləri diqqətə alınmalıdır.  
Əgər Azərbaycanda daş plastika 4-5 minillik bir dövrü əhatə edirsə, 
son 
əsrlərə  qədər  davam  edən  qayaüstü  cizgi  rəsmlərinin  tarixi  10-15 
minil
ə gedib çıxır. Prototürk, protoazər və sonralar da azər boylarının ya-
ra
dıcılığı olan qaya rəsmləri - petroqliflər Azərbaycanın müxtəlif guşə-
l
ərində tapılmışdır.
179
 
Boyalı-boyasız və cızma-döymə kimi müxtəlif texniki 
üsullarlara ç
əkilmiş qayaüstü rəsmlər müxtəlif zərurət-
d
ən  doğan  çeşidli  tematika  sərgiləyir.  Burada  adi 
m
əişət  xarakterli  şəkillərlə  yanaşı,  estetik  və  ritual 
mahiy
ətli rəsmlərə də rast gəlmək olur. Qut və lulu, 
177 
Ведидя бир нечя гядим гябиристанлыг варды. Бунлардан бири 
Паски  мящяллясиндя  иди  вя  биз  ушаг  икян  бурадакы  гоч 
дашларла  яйлянярдик.  Гоъалар  бунларын  гядимдя  даща  чох 
олдуьуну, лакин дашгочuн ичиндя гызыл ахтаранлар тяряфиндян 
даьыдылдыьыны данышардылар.
 
178
 
Чай 1990,  42. 
179  
Эцней  Азярбайъанын  бир  сыра  бюлэяляриндя  олдуьу  кими, 
Гузей  Азярбайъанын  да  Эюйчя,
 
Армудлу,  Кялбяъяр,  Шамахы, 
Гобустан,  Абшерон  (Артйом),  Дярбянд,  Ордубад  бюлэяляриндя 
гайацстц  рясмляр  вардыр  вя  бунларын  хейли  щиссяси  гейдя 
алыныб  илкин  тядгигата  ъялб  олунмушдур.  Бу  сащядя  алим  вя 
айдынларымыздан  Исаг  Ъяфярзадя,  Нясир  Рзайев,  Ъяфяргулу
 
Рцстямов, Вяли Ялийев, Гардашхан Асланов, Щямзя Вяли, Ящмяд
 
Оьуз вя башгалары дяйярли иш эюрмцшляр.
 
 
124 
                                                 

elb
əyilərinin  barelyef və yazıları, azər boylarının qədim qala şəkilləri 
v
ə Abşeron qabartmaları kimi daş bəlgələr qaya rəsmləri sırasında azlıq 
t
əşkil etsə də, ov səhnələri, qoç, öküz, at, ilan, bars və sair heyvan rəsm-
l
əri,  müxtəlif  simvolik  işarələr,  boy  damğaları,  piktoqramlar,  ayrı-ayrı 
süjetli  kompozisiyalar  öz
əl  tədqiqat  mövzularına çevrilə  biləcək  qədər 
boldur.  T
əkcə Qobustan rəsmləri üzərində aparılan yarım əsrlik tədqiqatı 
bu  sah
ədə hələ başlanğıc mərhələ hesab etmək olar. Qayaüstü rəsmlərə 
dünya
nın müxtəlif yerlərində rast gəlinsə də, onlar türk boyları, özəlliklə, 
yaylaq kulturu 
yaşayan boyların yayıldığı ərazilər üçün daha xarakterikdir.  
  Az
ərbaycandan getmə prototürk boyları da qaya rəsmlərində eyni 
süjet v
ə motivləri, hətta eyni üslubu Güney Sibir yörələrinə qədər daşı-
mışlar. Dağlıq Altayda Yelanqaş sahillərində minlərlə adam, heyvan və 
simvolik 
işarələrin tarixi m.ö. III-II minillərdən başlayıb keçən əsrə, XX 
yüzilliy
ə
 
q
ədər davam etmişdir.
 
Qayaüstü r
əsmlərdə qam (şaman)
 
oyunu, 
ovçuluq,
 
sürü otarma,
 
t
əbiət simvolu kimi «ölüb-dirilən» heyvan,
 
dağ-daş 
kultu,  b
ərəkət, baba kultu motivlərini əks etdirən kompozisiyalar vardır. 
Yelanqaş (Qızıl-göl) qaya rəsmləri ilə bərabər Yenisey sahilindəki Muqur-
Sarqol  r
əsmləri də tunc dövründən günümüzə qədər insanların yaşatdığı 
düşüncə tərzini, həyata baxışını və mifoloji yaddaşı əks etdirir.
180 
 
 
Burada
 
ölüm
 
v
ə 
qış  simvolları  olan 
qurd-
quş, bars şəkil-
l
ərinə qarşı qoyulub, 
«t
əkə  daşı»  adlanan 
r
əsmlərdə  qoç-təkə, 
maral  r
əsmləri  daha 
yayğın  olub,  bahar- 
yaz  v
ə həyat simvol-
la
rını  bildirir.  Qaya-
üstü  r
əsmlərdə  özəl-
likl
ə  təkə  şəkili  ən 
yayğın motivdir. Türk etnosunda etnoqrafik tutumu olan təkə rəsmi azər 
boyları üçün də doğma motivdir və bir sıra boyların bəlgəsinə çevrilən 
t
əkə-damğa işarəsinin yayğınlığı bununla bağlıdır.  
180 
Дэвлет 1980;  Окладников - Окладникова 1985, 8. 
 
125 
                                                 

A. D. 
Qraçın verdiyi sxemdəki təkə rəsmlərinin əksəri soy, boy və 
kağan damğalarıdır. Lakin stilizə olunmuş bu təkə-damğa işarələri yara-
nana  q
ədər qoç-təkə rəsmləri uzun inkişaf yolu keçmişdi. Azərbaycanın 
əksər bölgələrində, özəlliklə Qobustan, Gəmiqaya, Sialk III və başqa qeydə 
alınmış petroqliflər sırasında qoç-təkə şəkilləri geniş yayılmışdır. Qoş-təkə 
qayaüstü r
əsmlərinə Anadolunun ayrı-ayrı bölgələrində də rast gəlmək olur. 
Ümumiy
ətlə, belə durumu geniş sərgiləyən Ön Asiya təkə rəsmləri qədim 
tarix
ə malikdir.  
Stiliz
ə  olunmuş  forma  Taqar  kulturu  çağından Mərkəzi Asiyada 
görünm
əyə başlayır və artıq Göytürk çağında daha çox damğa kimi işlə-
nir. Bu 
inkişaf xətti və batıdan doğuya aparılan təkə rəsminin xronolo-
gi
yası yuxarıda verilən sxemi
 
M. X.  Mannay-
ool  v
ə  A.  D.  Qraçın  tərtib  etdikləri  sxemlərlə 
müqayis
ə edəndə
 
aydın
 
görm
ək
 
olur:  
Qobustan  r
əsmlərində mühüm yer tutan 
motivl
ərdən biri də öküz ovuna hazırlıq və ov 
s
əhnələrində görünən qabarıq geyimli insan fi-
qurla
rıdır.  Sonrakı  mifoloji  görüşdə  yaranan 
cild  d
əyişmə
 
inamının
 
qayna
ğında  duran  bu 
motivi b
əzi alimlər düzgün şərh etməyib.  
Qobustan qayaüstü r
əsmləri üzərində fau-
na il
ə bağlı gərəkli araşdırma aparan paleonto-
loq  N.  K.  Ve
reşşagin
 
bu
 
fiqur
ları
 
qa
dınlara 
b
ənzədib onların ama-
zonkalar  oldu
ğunu  ya-
zır.
181
 
Qobustan  r
əsm-
l
əri  içində  xüsusi  yeri 
olan  bu  müq
əvva  şə-
kill
ərini  amazonka  və 
ya hamil
ə qadın hesab 
ed
ən  alimlərdən  fərqli 
olaraq, s
ənətşünas alim 
181
 
Верещагин
, 58-
60;  И.Ъяфярзадя  бунлары  гадын  фигуру 
саймышдыр (Ъяфярзадя 1999, 96).
 
 
126 
                                                 

N
əsir Rzayev bunları ov vaxtı və ov
 
m
əşqi üçün istifadə olunan «gizləncək» 
kimi 
vermişdir.
182  
Ov  heyvan
larına  yaxınlaşa  bilmək  üçün  heyvanların 
d
ərisinə bürünmək üsulu geniş yayıldığından belə gizləncəklər təkcə Qo-
bustanda deyil, Avrasiya
nın müxtəlif bölgələrində qayaüstü şəkillər sıra-
sında vardır.
 
Güney  Sibir  petroqlifl
ərini tədqiq edən M. A. Devlet yazır 
ki,  paleolit  dövrün
ə  aid  rəsmlərə  görə,  heyvana  yaxınlaşa  bilmək  üçün 
ovçular maral v
ə bizon dərisinə bürünürmüşlər.  
Gizl
əncək  gələnəyinin  sonralar
 
da  tuva 
ovçuları  içində  yaşadığını 
etnoqraflar t
əsdiq edirlər.
183  
Qobustanda bir neç
ə daşın üzərində müxtəlif 
yönd
ən  çəkilmiş  gizləncək  şəkillərinin  görünüşü  onların  hansı  məqsədlə 
hazırlanması  haqqında  fikir
 
söyl
əməyə  imkan  verir.  Belə  ki, 1-ci  şəkildə 
(№3) ritual yallı rəqsi ilə ova hazırlaşan ovçulardan biri əlində
 
gizl
əncək 
tutmuşdur,
 
4 №-li rəsmdə isə gizləncəyin hazırlanmasında istifadə  olunan 
k
əndir sarğıları və arxadan tutacaq yeri aydın cizgilərlə verilmişdir:  
182 
Рзайев
 1985, 11-20.
 
183 
Дэвлет
 1980, 248. 
 
127 
                                                 

Göründüyü  kimi,
 
Qobustan 
daşları 
üz
ərində  gizləncəklərin  müxtəlif  yöndən 
(ön,  arxa  v
ə  yan)  görüntüsü  əks 
olunmuşdur.
 
Ona 
gör
ə
 
d
ə
 
bunları 
amazonka v
ə ya hamilə qadın adlandırmaq 
düzgün  deyil,  çünki  qobustan
lılar  insan 
fiqurları  ilə  bu  gizləncəkləri  ayrı-ayrı 
görünüşdə  vermiş,  hətta  daş  üzərində 
gizl
əncəkləri  istifadə  olunduğu  ov  öncəsi 
ritual  r
əqslə  və  ov  etmə  səhnələrilə  birgə 
h
əkk etmişlər:  
Heyvan d
ərilərilə belə forma dəyiş-
m
ə  sonralar  mərasim-ritual  oyunlarında 
davam 
etmiş, daha sonralar meydan tamaşalarına keçərək çeşidli maska 
taxma  il
ə  zənginləşmişdir.  Orta  əsrlərdə  dərviş  oyunlarında,  bahar 
bayramında  dəri  geyib  keçi  cildinə  girmək  gələnəyisə  yayğın  olmuşdur 
(
Şəkil  1,  №5).  Hər  hansı  heyvan  dərisinə  girib  cilddəyişmə  sonralar 
protoaz
ər boylarında mifoloji motivə çevrilmişdir. 
 Q
ədim Azərbaycanda hansı dəridən geyimdə istifadə olunması isə 
ayrı-ayrı  türk  boylarının  fərqləndirici  əlaməti  kimi  bəzi  boyadında  əks 
olun
muşdur.
184
 Protoaz
ərlərin  geydikləri  paltarın  qo-
yun,  bars  v
ə başqa heyvan dərisindən olması qayaüstü 
cizgi v
ə qabartmalarda aydın görünür: 
 
 
184
 
Эейим  тярзиня  эюря  гарапапах

гарадонлу

гарадолаг

шишпапаг
 
вя  саир  бойлар  фяргляндийи
 
кими

гурд
 
дяриси
 
бюрцляр
 
бойуну

барс дяриси барс~барсил
 
бойуну фяргляндирян 
эейим
 
формалары
 
иди.  Мана
 
яразисиндя
 
протоазяр  бойларындан
 
бири дя
 
кипабюрцтак
 
адланырды

 
 
128 
                                                 

4. Y
AZIÖNCƏSİ  İŞARƏLƏR 
 
Yazıyaqədər  qədim  insanlar  fikirlərini  başqasına  çatdırmaq  üçün 
informasi
yanın  simvolik  işarələrlə  saxlanmasında  qayaüstü  rəsmlərdən, 
piktoqramlardan 
yararlanmış, bunların əsasında damğalar, daha sonra isə 
yazı yaranmışdır. Damğa-yazı olayından daha qədim bəlgələr göstərir ki, 
yazıdan öncə insanlar «əşya-məktub» və «şəkil-məktub» üsulundan isti-
fad
ə etmiş, ideoqram və loqoqram vasitəsi ilə istəklərini «yaza» bilmişlər. 
Bel
ə
 
y
azıöncəsi durum türk və protoazər boyları içində də
 
yayğın olmuş-
dur.
 
Nizami  G
əncəvi «İskəndərnamə» əsərində Dara ilə İskəndər arasında 
«
əşya-məktub»  xəbərləşməsini  vermişdir:  Dara  İskəndərə  top,  cövkən  və 
bir çüval küncüt gönd
ərib demək istəyir ki, sən hələ uşaqsan, top-cövkən 
oyna, 
əgər savaş istəsən üzərinə çuvaldakı küncüt sayı qədər əskər göndə-
r
ərəm. İskəndər isə bu məktubu özünə uğur gətirəcək simvolika ilə yozur: 
«Top
 
Yer
 
kür
əsidir,
 
cövk
ənlə onu özünə
 
ç
əkib Dünyaya sahib
 
ola bil
ər,
 
kün-
cüt  toxumunu  is
ə sarayındakı quşlara dənlədib  İran qoşununun sonuna 
çıxa bilərsən». Bundan sonra İskəndər cavab olaraq, Daraya toxumu acı 
oldu
ğundan  quşların  dənləyə  bilməyəcəyi  üzərlik  dolu  çuval  göndərir. 
Bel
ə bir məktubu həmin Daranın ulu sələfi Daraya da quş, siçovul, qurba-
ğa və beş ox timsalında saqa bəylərinin göndərdiyini Herodot da yazır. Bu 
m
əktubu alan Dara onu uğurlu xəbər hesab edir, lakin yanındakı Qobrya 
m
əktubu  belə  açıqlayır: «İranlılar,  əgər  quş  kimi  uçmasanız,  siçovul 
kimi yerin 
altına girməsəniz, qurbağa kimi bataqlıqda gizlənməsəniz, bu 
oxlara 
tuş olacaqsınız».
185
  
Az
ər nağıllarında rast gəldiyimiz əşya-nəsnə məktubu motivindən 
«Bir 
qalanın sirri» filmində istifadə olunmuşdur. Burada Simnar xan və 
Qanlıqaya ilə bağlı məlumat vermək üçün sandıqçaya sim, nar, qanlı daş 
kimi n
əsnələr qoyulur. Belə məktublarda nəsnə sırası o qədər də mühüm 
deyil, lakin 
şəkilli məktubda şəkillərin düzüm sırası həm informasiya ba-
xımından,  həm  də  dilin  söz  düzümü  qaydasından  asılı  olur.  Məsələn, 
«M
əktubu Günay yazdı», yaxud «Aygün məktub yazır» cümləsi kimi oxu-
nan 
aşağıdakı  şəkil  düzümündə  «yazmaq»  simvolunun  əvvəldə  gəlməsi 
az
ər dilinə xas deyil:  
                
☼                                             
  M
əktubu  Günay   yazdı                Aygün   məktub   yazır 
185 
Herodot, IV. 131-132. 
 
129 
                                                 

Əşya  və  şəkilli  yazıların  ən  yaxşı  nümunəsi  müəyyən  nəsnə  və 
mal-heyvan 
simvollarını bildirən fiqurlarla onların sayını qeyd etməkdir. 
M
əsələn,          X X X  O O O və sair bu kimi işarələrdən isti-
fad
ə  olunması  3  sayını  və  həmin  sayda  müəyyən  simvolu  bildirən  ən 
asan  v
ə anlaqlı üsuldur. Ona görə də, qədim insanlar primitiv də olsa, 
mühasibat 
işlərində belə işarələrdən geniş istifadə etmişlər. Belə simvolik 
işarələrdən  indi  də  müxtəlif  sahələrdə  istifadə  olunur  və  onların  üstün 
c
əhəti budur ki, hər kəs onu öz dilində rahat «oxuya» bilir:   
 IX  ½    %          v
ə sairə. 
Protoaz
ər  bölgələrində  qədim  çağlardan  əşyanın  sayını  və  ayrıca 
r
əqəm  bildirən  işarə-simvolların  bir  qismi  sonralar  damğaların  ortaya 
çıxmasına səbəb olmuşdur. Damğa gələnəyi isə Azərbaycanda son dövr-
l
ərə qədər mövcud idi. Bəllidir ki, yazının yaranması damğa və piktoqra-
fiya il
ə bağlıdır. Dünya şöhrətli Qobustan rəsmləri sırasında tutumlu yeri 
olan piktoqramlardan b
əzisi haqqında ötəri qeydlər nəzərə alınmasa, de-
m
ək olar ki, onların sistemli tədqiqinə hələ başlanılmayıb. Azərbaycanın 
başqa bölgələri də petroqlif, piktoqram və damğalarla doludur, bunlar isə 
yazıyaqədərki dövrün «yazılarıdır». Deməli, Azərbaycanda yazı dövrünə 
q
ədər informasiya ötürülməsi üçün istifadə olunan üsullar, əsl yazıya ha-
zırlıq mərhələlərini ehtiva edən əşya və şəkilli yazı, damğa mövcud idi. 
Saxsı  və  metal  qablar  üzərində  çəkilən  və  qədim 
çağlardan  qayaüstü  rəsmlər  sırasında  gördüyümüz 
«
şəkilli yazılar» piktoqram və ya loqoqram adlanır. 
Saatsaz,  ç
əkməçi  köşkləri  üzərində  saat,  ayaqqabı 
şəkili kimi piktoqramlardan bugün də geniş istifadə 
olunur. Pikto
qramın üstün cəhəti hər hansı bir dilin qramatikasından asılı 
olma
masıdır, hər kəs onu öz dilində «oxuya» bilir. Bəzi piktoqramlar uni-
versal simvollara çevril
ə bilmişdir: «ölüm-dirim» qarşıdurmasında yırtıcı 
qartal, qrifon, börü, bars «
qışı», dağ keçisi, maral «yazı», dünya, həyat 
ağacı da «varlığı» təmsil edir. Bugün onlarla növü olan «Yallı» oyunu-
nun ilkin 
semantikası unudulsa da, vaxtilə onun prototürk boylarının, xü-
susil
ə protoazərlərin ritual rəqslərindən olması piktoqramlarda yaşayır.   
Qobustan  qaya  r
əsmləri böyük bir xronoloji zamanı əhatə etdiyin-
d
ən buradakı şəkillərin texnikası fərqlənir. Əvvəllər çəkilən şəkildə real 
ölçül
ərə  yaxınlıq,  statik  görkəm  əks  olunurdusa,  getdikcə  simvolizə  və 
dinamika 
artımı hiss olunur. Bu fərqlər Qobustanda müxtəlif çağlarda çə-
kilmiş  ritual  rəqslərində  aydın  görünür.  Əvvəlki  dövrlərə  aid  Qobustan 
 
 
Piktoqram 
 
130 

(№1) və Monqolustan (№2) qaya rəsmlərində eyni pozalı maskasız fiqur-
lar ç
əkilmişdir, lakin sonrakı dövrlərə aid Tamqalı-say (№3)  və Qobus-
tan 
(№4, №6) rəsmləri sırasında həm maskalı, həm də dinamik hərəkətli 
fiqurlar 
verilmişdir. Sonralar «Yallı» adı alan bu ritual rəqslərin Mərəzə 
xalçası (№5) və Güney Azərbaycan keramikası (№7) üzərində çəkildiyini 
d
ə görmək olur:  
  
 
 
 
 
 
 
 
YALLI RITUAL R
ƏQSLƏRİ 
   1.Qobustan, neolit dövrü;   2. Monqolustan (SDO, 100);  3.
Qazaxıstan, 
Tam
qalı-say  (Tarcan, 90);  4.Qobustan,  eneolit  dövrü;  5.Qobustan  (Mərəzə) 
«
əl-ələ» xalça naxışı;  6.Qobustan, eneolit dövrü; 7. Güney-Azərbaycan, Sialk III 
(Ghirshman, pl.LXXV). 
 
 
 
 

 
131 

Bir  neç
ə qədim yazının yaranmasında şəkilli rəsmlərin böyük rolu 
olmuşdur. Belə şəkillərin simvoik işarələrə və onların da sonradan hero-
qlifl
ərə  çevrilməsi  yazı  sisteminin  ortaya  çıxmasına  səbəb  olmuşdur. 
Pik
toqramın qaya rəsmindən məişət əşyaları üzərinə keçməsini göstərən 
nümun
ədən  biri  də  Qədim  Azərbaycanda  yayğın  olub  «Keçinin  nağılı» 
adlanan süjetdir. Bu 
şəkil Tehran-Qəzvin yolunda Marliktəpə abidəsində 
tapılan badə formalı qızıl bardağın (m.ö.VIII) üzərinə də həkk olunmuş-
dur.  Bu  pik
toqramı  tədqiq  edən 
E.  O.  Negahbana  gör
ə,  aşağıdan 
yu
xarıya  doğru  beşcərgəli  süjet-
d
ə keçi balasının doğulub, həyat 
ağacı ilə böyüməsi, yırtıcı qaban 
t
ərəfindən öldürülüb, yırtıcı quş-
lar  t
ərəfindən  didilməsi  verilmiş-
dir,  be
şinci  cərgədə  isə  yenidən 
doğulma  simvolu  embrionun  və 
ya  bu  na
ğılı  danışan  meymunun 
şəklidir.
186
 
 
Bu cür h
ər hansı bir süjet 
ətrafında  çəkilmiş  şəkillərə  xal-
ça
çılıq,  dulusçuluq,  metaldöymə, 
da
şoyma kimi sənətlərdə çox rast 
g
əlmək olur. Bugün də dekorativ 
s
ənətdə  davam  edən  bu  gələnək 
Az
ərbaycanda  geniş  yayılmışdır. 
Onun  izi  müxt
əlif məişət əşyala-
rında qalmışdır.  
 
    «KEÇININ 
NAĞILI» 
Qızıl bardaq üzərində dövrələmə 
t
əkrar olunan rəsmdən fraqment   
(Marlikt
əpə, m.ö.VIII əsr). 
186 
Negahban, 54-55;  Kiçik  f
ərqlə bu izahı qəbul etmək olar, belə ki, burada ilin dörd 
f
əsli  və  yazda  doğulma,  yayda  həyat  ağacı  ilə  böyümə,  payızda  börülərin  öldürdüyü, 
qışda yırtıcı quşların diddiyi keçi leşindən ayrılan embrion - qut (ruh) və onun tutduğu 
kiçik h
əyat ağacı təsvir olunmuş, burada «canı çıxma» və «ölüb-dirilmə» motivi şəkilli 
yazı ilə aydın verilmişdir (AT, 1996,73). 
 
132 
                                                 

«H
əyat Ağacı» və ya «Dünya Ağacı» motivinin Dəclə-Urmu höv-
z
əsində geniş yayılması Ziviyə dəfinəsindən tapılan sinəbənd üzərində və 
Asur 
çarı I Tukulti-Ninurtanın sarayındakı bu divar rəsmində aydın görü-
nür.
187
 Bu  motivin  sonralar 
doğu  və  quzey  yönlərə  ya-
yılması  isə  türk  boylarının 
miqrasiyası  ilə  bağlıdır.  Bu 
miqrasiyaları  izləmək  üçün 
piktoqrafik «
yazıların» tipo-
logiyasını da diqqətə almaq 
lazım gəlir. Təəssüf ki,
 
bugü-
n
əcən  Qobustan,
 
G
əmiqaya 
piktoqramlar sistem
 
şəklində
 
t
ədqiq
 
olunmamışdır.
188
 
Qayaüstü
 
r
əsmlərdə  olan              
 
 
kimi,  müxt
əlif
 
m
əişət
 
əşyaları,
 
öz
əlliklə
  
keramika  üz
ərində də 
piktoqramlar 
vardır. Bu baxım-
dan,  tunc 
çağının sonlarına aid 
Kilik
dağ
 
v
ə
 
Xanlar
 
kurqanla
rın-
dan 
çıxan və üzərində müxtəlif  
«ov
 
s
əhnəsi»
 
olan
 
qablar  xarak-
terikdir:
 
189
 
Bel
ə  piktoqramlar  Alban 
dövl
əti  çağında  da  özünü  gös-
t
ərir.
 
Az
ərbaycan
 
piktoqramla-
rında istifadə olunan işarələr sı-
ra
sında dünya ağacı, kurqan, ev, 
quş, təkə, maral, Günəş, dönərgə 
(svastika) 
şəkilləri diqqəti çəkir. 
Bu 
işarələrin sırasında Günəş və 
Ulduz 
işarəsi Tanrı simvolu kimi 
sonralar mixi 
yazıda Dingir, yəni  
187 
ИДВ, 1988, 113. 
188 
Bu sah
ədə görkəmli mifoloq Mirəli Seyidov və sənətşünas alim Nəsir Rzayevin bir-
iki kiçik yaz
ısı istisna olmaqla, Azərbaycan piktoqramları tədqiq olunmamışdır.  
 
189 
Гусейнова 1989, 126.
 
 
133 
                                                 

«
tanrı»
 
sözün
ə çevrilmiş,
 
buradakı
 
son  piktoqramda  görün
ən ev (qədim
 
forması
 
«eb»)
 
işarəsi isə sonralar runik yazıda b(b) hərfini bildirmişdir. 
 Prototürk  v
ə  protoazər  boylarınında  damğa  sisteminin  yaranmasına 
piktoqram «
yazılar» da müəyyən imkan açmışdır. Türklərin Altaydan Ön 
Asiyaya deyil, Ön Asiyadan Altaya getm
əsini əks
 
etdir
ən
 
sübutlar 
sırasında 
arxeoloji
 
b
əlgələrlə
 
yanaşı, bu miqrasiyanı aydın göstərən dekorativ
 
s
ənət
 
əsərləri,
 
«añ üslubu», piktoqram v
ə xalı-xalça üzərində naxışların tipolo-
gi
yası, damğalar da vardır. 
Kür-Araz kulturu 
çağlarından türk toplumunda etnik 
b
əlgə olan soy-boy damğaları Azərbaycanda son il-
l
ərə qədər işlənirdi, dəmir, dulus, kilim ustaları dü-
z
əltdiyi  nəsnələrin  üzərinə  öz  damğasını  vurmaqla 
adını yaşadırdı. Türkmənistanda 3-4 minil əvvəl bən-
nalar  k
ərpiclərə beləcə damğalar vururdular. Bu gələnək qədim Anado-
ludakı tikinti daşları üzərində də vardır, Y. Fridrix və İ. Y. Qelb bu dam-
ğalardan 125-ini təsvir etmişlər.
190  
       
 
Müt
əxəssislər  damğanın  yaranmasını  kollektiv  mülkiyət  dövrünə 
aid edir, 
geniş yayılmasını isə atçılıqla bağlayırlar. Doğrudur, ilxıçı boylar 
başqa boya məxsus atlarla qarışıq düşməməsi və yetişdirilən cins atların 
tanınması üçün onlara damğa vururdular,
 
lakin eyni qayda dig
ər heyvan-
lar  üçün  d
ə keçərli idi.  Ona görə də,  damğanın atçılıqdan daha əvvəl 
yayıldığını  düşünmək  lazım  gəlir.  Qayaüstü  rəsmlərdən  tutmuş  qoç-
qoyun,  at,  b
əlgə daşları, xalı-xalça, xurcun-çuval, qab-qacaq, bayraq və 
b
əzək  əşyaları  üzərində  görünən  damğa  gələnəyi  xüsusi  mülkiyətin  ya-
ran
ması ilə bağlı artmış, möhür funksiyası qazanmışdır. Bu qədər yayğın 
olan 
damğa gələnəyi türk boylarının yayıldığı yeni ərazilərdə onun ortaya 
çıxmasına və 
damğa sözünün türklərlə təmasda olan başqa xalqların dilinə 
dam
ğa, möhür, gömrük anlamında keçməsinə səbəb olmuşdur.
 
Bu ba
xım-
dan,  sumer  v
ə  akad  dillərində  «ticarət  üzrə  məmur»  və  «tacir»  anlamlı 
damqar//tamk
āru sözü də diqqəti çəkir. Damğa sözü bir sıra avropa, qaf-
190 
Фридрих, 
1979?
 
241
 (
шякил 
15
); Гельб, 
1982, 45
 (
şəkil 15);  Bəzi Anadolu 
v
ə  Orta  Asiya  damğaları  L.  İ.  Lavrovun  əsərində  də  verilmişdir
  (
Лавров,
  1978, 
167, 5-
ъи ъядвял).
 

Yüklə 11,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə