 I bitik. Tarixi qaynaqlar (2014)  II bitik



Yüklə 11,02 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix31.01.2017
ölçüsü11,02 Mb.
#6897
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

 
Yeni 
 
daş
 
dövru
 
(neolit
 
63 
                                                 

başlandığını xəbər verir. Bunlarla yanaşı istehsal məhsullarının artması, 
maldarlıq, əkinçilik və toxuculuq sahələrində yüksək irəliləyiş görünür. 
Əvvəllər mövcud olan işlərin neolitdə yeni formaları ortaya çıxır. 
Artıq heyvanın əti ilə bərabər, onun sümüyündən, dərisindən və piyindən 
geniş istifadə olunur, sümük və buynuzdan alət, bəzək əşyaları, bağırsaq-
dan 
bağ, dəridən geyim, çarıq, papaq hazırlanır, piydən boyaqda və alət-
l
ərin cilalanmasında, kətan kimi yabanı bitkilərdən toxuculuqda istifadə 
olunur.  Yeni  tipli  m
əişət  əşyaları  sırasına  səbət,  qab-qacaq,  kisə-torba 
daxil olur, 
ərzaq saxlanması üçün imkan artır. Bu çağ üçün dəri işləmə, 
tor 
hazırlama, paltar tikmə, gil qab düzəltmə yeni sənətlər idi.
 
Neolit 
çağının ən önəmli kəşflərindən olan gil qablar dulusçu sə-
n
ətinin ortaya çıxmasına səbəb olmuş, bu da sonralar əl çarxının yaran-
ma
sına gətirib çıxarmışdır.
56
 
Gild
ən əvvəllər kiçik fiqurlar qayırmada və 
ocaq qurmada, divar tikm
ədə suvaq kimi istifadə olunmuş, sonralar ondan 
su-
ərzaq qabları düzəldilmişdir. İlk qablar qarışıq gildən alaçiy bişirilirdi 
v
ə geniş ağızlı, dibi konusvari olurdu. Girmanşah yaxınlığında m.ö.VIII 
minilin 
ortalarından VII minilin əvvəlinə qədərki dövrü əhatə edən Gən-
cid
ərə abidəsi bu inkişafı aydın əks etdirir. Burada gildən düzəlmiş kiçik 
insan v
ə heyvan fiqurları, sonrakı qatda qara və qəhvəyi rəngli kiçik kasa 
v
ə böyük qablar çıxmışdır. Qabarıq kərpic və daşdan qalınlığı 1 olan 
gill
ə suvanmış divar aşkar edilmiş, kərpic hörülü damdan qalınlığı 4 sm 
olan  böyük  bir gil  qab 
tapılmışdır. «Bu gil qab Ön Asiyada ən qədim 
qablardan biri hesab olunur».
57
 
 
Heyvanların əhliləşməsi mezolit çağında başlansa da, bu proses ne-
olitd
ə artıb kütləvi hal almışdır. Ev heyvanlarının çoxalması ilk maldar 
t
əsərrüfata keçid şəraiti yaratdı. Artıq Azərbaycanın əksər bölgələrində 
qoyun-keçi v
ə qaramal saxlanması yeni yaşam tərzi ortaya çıxartmışdı. 
Əkin daha çox oturaq həyat tərzi tələb edirdisə, heyvandarlıq üçün də ət-
rafda 
örüş yerlərinin olması lazım idi.  Mal-heyvanı qışdan salamat çıxar-
maq da böyük z
əhmət tələb edirdi. Bütün bu şərtlər daxilində formalaşan 
t
əsərrüfat münasibəti icmada qadın əməyini önəmli yerə çıxarmış, əkin-
biçin, 
yığımla məşğul olan, əppək-xörəklə ocaq başına keçən qadın icma 
üzvl
əri  arasında  bərəkət  simvoluna  çevrilmişdi.  Neolit  dövründə  gildən 
56 
Əl çarxını sonrakı eneolit dövründə alt və üst çarxları oxla birləşən və ilk sadə texniki 
qurğu
 
olan
 
ayaq 
çarxı
 
əvəz  etmişdir.
 
Bel
ə  dulusçuluq
 
çarxından  indiyə
 
q
ədər  istifadə 
olunur
.
 
57
 
ИИ,
 1977, 13. 
 
64 
                                                 

düz
ələn kiçik qadın fiqurlarının çoxalması artıq Ana kultunun yaranma-
sından xəbər verir. Amerikalı arxeoloq R. Breydvud tədqiq etdiyi Carmo 
kulturunun  10  minil 
əvvəl  başlandığını  radiokarbon  analizlə  müəyyən 
etdi.  Burada  «ilk 
əkinçi toxalarının çıxartdığı səs demək olar ki, gerçək 
sivilizasiya fundamenti qoyul
masının xəbərini verdi».
58
 
 
Prototürk 
ocaqlarından  biri  olan  Kərkük  bölgəsində  palıd  meşəli 
vadid
ə 15 təbəqəli 7 m çöküntü qalığı olan Carmo kulturu m.ö. VII minilin 
ortasında  artıq  daş  bünövrəli,  ağac  qapılı,  çiy  kərpicdən  tikilmiş  evlərə 
malik idi. Burada 150-200 adaml
ıq 20-23 yaşayış yerinin olması göstərir 
ki, qoyun, keçi, onaqr (çöl 
eşşəyi), it-pişik kimi ev heyvanı saxlayan bu 
icma oturaq m
əskən salmışdır. Arxeoloqlar burada kiçik qadın, it-pişik 
fiqur
ları, boyaqla çəpinə çəkilmiş cizgiləri olan saxsı qab və mərcimək, 
arpa 
qalıqları tapmışlar. Bu kultur təkcə Carmo məskənini deyil, bütöv 
bölg
əni əhatə edir.  
Carmo kulturu Tell-
Şimşar,
 
alp ç
əmənli Təpə-Sorab və
 
onun güne-
yind
ə  (Luristanda)  yerləşən  Təpə-Quran  düşərgələrində,  həmçinin  ba-
tıda Sincar ovasında Tell-Maqzali və digər məskənlərdə özünü göstərir. 
Mosulun  güneyind
ə  m.ö.5800-cü  illərdə  formalaşan  Tell-Xasun  əkinçi 
kulturu c
əmi üç əsr sonra naxışlı saxsı qablar istehsal edir və Xalaf kultu-
runun 
əsasında durur. Əkin alətləri təkcə Carmo kulturu yayılan məskən-
l
ərdə deyil, Azərbaycanın digər bölgələrində də daş toxa, dən daşı, biçin 
al
ətləri  aşkar  edilmişdir.  Qobustanda  dənli  bitkidən  istifadə  olunmuş, 
Dam
cılıda ocaq yeri, naxış-bəzək üçün tünd qırmızı piyli oxra, kiçik daş 
(mikrolit), ox ucu, enli uzunsov lövh
ə ilə yanaşı, biçin üçün qurama pər-
çimli oraqvari al
ət də tapılmışdır. 
  Az
ərbaycanın qonşu bölgələrində də xeyli neolit abidələri vardır. 
Quzeyd
ə  Qafqaz  neolit  abidələri  Qaradəniz  sahili,  Abxaz  və  Gürcüstan 
ərazilərinə düşür.
59
  Lakin  burada 
əhali hələ ovçuluq edir, qoyun,  keçi, 
donuz 
yalnız neolitin sonunda ev heyvanı kimi görünür. Orta Asiyada 
neolit yerli mezolit kulturu üz
ərində davam etmiş, yalnız Aşqabadın qu-
zeyind
ə Kopet-daq və Qaraqum arasındakı ensiz zolaqda m.ö.VI minildə 
m
əşhur Ceytun kulturu yaranmışdır.  
X
əzərin güney-doğusunda Azərbaycan oykumeni əkinçiliyi ilə  əla-
q
əsi olan prototürk tayfaları tərəfindən yaranıb inkişaf edən həmin əkin 
58 
АЗА
, 26-29. 
59 
Bunlar m.ö. V-IV minill
ərin abidələridir: Adler, Kistrik, Odişi və s. 
 
65 
                                                 

kulturu sonralar bütöv Orta Asiya üçün örn
ək oldu. Azərbaycanın güney 
qonşuluğunda  Deh-Luran  neolit  düşərgəsi  Xuzistanda,  Zaqros  kulturu 
t
əsiri altında olan Ali-Koş neolit məskəni isə İkiçayarasının doğu sınırında-
dır.
60
 
Anadolunun  neolit  abid
ələri  əsasən  mərkəzdə,  Konya  civarında 
qeyd
ə alınmışdır. Bu kulturu yaradanlar Van ətrafı bölgələrlə sıx əlaqədə 
olmuşlar.
61
 
  Ancaq son ill
ərdə  Şanlı  Urfa  yaxınlığında  aşkar  olunan  və 
qa
zıntıları  hələ  davam edən  dünyanın  ən qədim  Göbəklitəpə  tapınağının 
yaşı  12  minil  sayılır  ki,  bu  da  tarix  elminin  meqalit  dikilidaşlarla  bağlı 
q
əbul olunmuş xronoloji ölçülərinə sığmır.
 
Ön 
Asiyanın  son  daş  dövrü  abidələrini  təhlil  edən  mütəxəssislər 
bunları doğu və
 
batı kulturlara ayırır,
 
ox 
ucluqlarının batıda çox, güneydə 
az 
yayıldığını, ilk mərhələdə batıda ağac qabların, doğuda isə daş qabla-
rın olduğunu, kiçik geometrik daş alətlərin batıda tez, döğuda gec aradan 
çıxdığını, batıda saxsı qabların qumlu, dırnaq naxışlı, doğuda isə samanlı, 
dekorativ
 
boyaq cizgili, 
naxışlı olduğunu qeyd edirlər. Azərbaycanda neolit 
kulturun 
doğu variantının lokal çalarları da yaranmışdır. 
Bel
əliklə,  Azərbaycanda  paleolit,  mezolit  və  neolit  dövrlərinə  aid 
arxeoloji qaynaqlar göst
ərir ki, antropogenez mərkəzlərindən biri olan bu 
ölk
ədə daş dövrü boyunca Quruçay, Şanidar, Qobustan, Carmo və digər 
kulturlar 
yaranmış, bu kulturlar arasında əlaqələr olmuş və dünyada ilk da-
vamlı  yaşayış  məskəni,  azıxantrop,  ilk  ocaq,  ilk  saxsı,  ilk  basırıq,  ilk 
Gün
əş qayığı Azərbaycanda ortaya çıxmış və ilk maldar-əkinçilik mər-
k
əzlərindən biri burada yaranmışdır. 
Az
ərbaycanda m.ö.VI-V minillərə aid eneolit döv-
rü  ilk  metal 
əşyaların  ortaya  çıxması,  yaşayış  və 
oturaq  h
əyat  üçün  zəruri  olan  evlərin  tikilməsi, 
dulusçuluq, 
heyvandarlıq  və  əkinçiliklə  yanaşı 
dig
ər  sənətlərin  də  formalaşıb  inkişaf  etməsi,  ya-
xın-uzaq bölgələr arasında əlaqələrin artması, pro-
60 
Arxeoloji 
ədəbiyatda bu düşərgənin birinci mərhələsi Bas-Mordex (m.ö.7500-6750), 
ikinci m
ərhələsi isə Ali-Koş (m.ö.6750-6000) adlanır. 
61 
Burada m.ö.VIII minilin 
ortalarında yaranmış Asıklıhöyük, hər məhəllədə bir məbədi 
v
ə  20-dən  artıq  əkinçi  təsərrüfatı  olub  m.ö.VII  minilin  ortalarında  formalaşan  məşhur 
Çatalhöyük v
ə Çayönütəpəsi (m.ö. 7250-6750) neolit məskənləri vardır. 
 
Mis-
daş  
dövrü
  
(eneolit
 
66 
                                                 

totürk  etnosunun 
formalaşması, prototürk dilinin gəlişməsi kimi mühüm 
tarixi  hadis
ələrlə  xarakterizə  olunur.
62 
Az
ərbaycanın  əksər  bölgələrini 
əhatə edən eneolit abidələri oxşar arxeoloji kulturla prototürk etnosunun 
yayıldığı İkiçayarasından ta Orta Asiyanın güney bölgələrinə qədər bö-
yük bir regionda özünü göst
ərir. 
Dağlıq ərazilərdə məhsulun bolluğu və ya qıtlığı hava şəraitindən 
asılı olurdu. Elə ki, erkən əkinçi-maldarlar münbit çay qırağına endilər, 
durum  sür
ətlə  dəyişdi.  Məhsul  artımı  əkin-biçin  və  maldarlıqla  məşğul 
olan 
insanları yeni sivilizasiyanın qapısına gətirdi. Dağlarda ləngiyən in-
ki
şaf, çay vadilərində çiçəkləndi. Eneolitdə Dəclə-Fərat, Kür-Araz kimi 
böyük 
çayların və onlara qovuşan kiçik çayların hövzələri yaşayış məs-
k
əninə,  bu  çayların  adı  isə  ümumişlək  oronimlərə  çevrildi.
63
 
Prototürk 
uruq
larının boya-başa çatıb yetişmə bölgələrindən olan Dəclənin sol ya-
xa
larına yaxın dağlardan enən erkən əkinçilər çay qırağını vətən saymış, 
«
dağ  adamı»ndan  (dağlıdan)  fərqli  olaraq  gün-güzərənı  çay  yaxasında 
keç
ən, həyatını suyla bağlayan bu uruqlara «çay adamı» (sub-ər) məna-
sında ilk prototürk etnonimlərindən biri olan subar adı verilmişdir.
64 
 
Axar 
suların,  daşan  çayların  vadilərindəki  asan  becərilən  və  bol 
m
əhsul verən münbit torpaqlar əkin üçün yararlı oldu, belə vadi və ova-
lıqlara  yaxın  yerlərdəki  təpəliklərdə  eneolit  məskənləri  salındı.  Belə 
m
əskənlərdə  ilk  dairəvi  evlər  gilli  palçıqdan,  çiy  kərpicdən  tikilirdi  və 
bir-birin
ə yaxın bu cür dairəvi evlərə xırda təsərrüfat daxmaları bitişirdi. 
B
əzi yerlərdə dairəvi evlərlə yanaşı, dördkünc tikililər vardı. Bu durum 
artıq oturaq həyat tərzinə keçid idi və belə yaşayış məskənlərində həyatın 
min ill
ərlə davam etməsi aparılan arxeoloji qazıntılarda üzə çıxan çox-
t
əbəqəli kultur qalıqları ilə aydın olur. Yaşayış məskəni bəzən tərk edilsə 
d
ə,
 

əyyən müddətdən sonra onun yerində yeni həyat canlanmağa başla-
62 
Əslində, azər dilində bu dövrün adı «Bakır çağı» adlanmalıdır, çünki bugün də dili-
mizd
ə pas anlamında işlənən «paxır bağlamaq», «paxırı açıldı» kimi ifadələrdəki qə-
dim 
bakır sözü prototürk dilində misdən istifadə olunan ilk dönəmlərdə yaranmışdır. 
63 
İkiçayarasında Fəratın sol qolu Balıq (Balıx), İtiqla (Dəclə), Dəclənin sol qolu Turna 
(Diala), Sub-Ana (Subnat), Ninev
ə civarında Sulu, Azərbaycanda Qızıl-özən, Kur (Kür), 
Araz, Arpa, Kasax v
ə sair çay adlarının prototürk dilində eneolit və tunc çağlarında ya-
ranması barədə sonrakı fəsillərdə bəhs olunacaqdır. (Digər qaynaq:  Azər xalqı,136). 
64
 Az
ər xalqı, 136, 154;  Qədim yazılı qaynaqlarda adı çəkilən Aratta dağlıq ölkəsi Güney 
Az
ərbaycanda idi, Subartu isə İkiçayarasında subar boylarının yayıldığı Bağdaddan yu-
xarı
 
ərazilər idi. Aratta və
 
Subartu 
yazılı qaynaqlarda ən qədim prototürk toponimidir. 
 
 
67 
                                                 

mışdır. Dağlıq və dağətəyi yerlərdəki çayqırağı məskənlərə nisbətən aşağı 
bölg
ələrdəki vadilərdə yaşayış məskənləri çox inkişaf etmiş, kiçik qəsə-
b
ələr bəzi yerlərdə böyüyüb şəhərə çevrilmişdir. İlk şəhər kulturu eneo-
litin sonunda 
İkiçayarasının güneyində yaranmağa başladı və bura gələn 
yeni etnos (sumerl
ər) şəhərsalma gələnəyini inkişaf etdirdi. 
Eneolit  boyunca  bütöv  Az
ərbaycanda erkən əkinçi-maldar kulturu 
Borçalı-Qazax, Qarabağ-Şirvan, Mil-Muğan-Naxçıvan, Ağrı-Ələyəz arası 
vadil
ər, Urmu hövzəsi, Xəzərin güney bölgələri və Dəclənin sol yaxaları-
nı  əhatə  edən  geniş  ərazilərə  yayılmışdı.  Bu  kultur  inkişaf  edib  İkiçay-
arasının  aşağı  bölgələrinə  də  keçmiş  və  burada  daha  sürətlə  gəlişmişdi. 
Bütöv bu 
geniş regionda lokal kultur variantlarının yaranması və təsərrü-
fatda 
əldə olunan hər hansı bir yeniliyin ətrafa yayılması  təbii idi. Dəclə 
hövz
əsində dalbadal yaranan Xasun, Xalaf, Ubeyd, Uruk lokal kulturları-
nın  geniş  yayılması  sıx əlaqələr  və kiçik  köçlərlə  gerçəkləşirdi.  Eneolit 
dövründ
ən sonra m.ö. IV minillikdə isə böyük miqrasiyalar başlandı. 
Eneolit dövrünün erk
ən çağında Mosuldan 25 km güneydə hələ ne-
olit 
çağından yaşayış məskəni olan Xasun və Ninevə (alt təbəqə), Sincar 
(
Yarım-təpə I) və Cəzirə yaylası, Ərbil və yaxın çevrədəki yağmurlu qış 
suyu hopan, sel 
daşqınları ilə suvarılan münbit yerlərdə oxşar kultur for-
malaşırdı.
65
 
Xasun kulturu adlanan bu g
əlişmə ilə eyni çağlarda Bağdad-
dan 120 km quzeyd
ə Dəclə yaxasında Savan, onun quzey qonşuluğunda 
Abbasil
ər sülaləsinin paytaxtı olmuş Samara yaşayış məskənlərində for-
malaşıb  dağətəyi  (Matara,  Çoqa-Mami)  bölgələrə,  orta  Dəclə  və  Fərat 
çayına qədər (Baquz) yayılan kultur bir az da irəli getmiş, burada ilk süni 
suvarma 
üsullarından istifadə olunmuşdur. Qazıntılar burada dörd buğda 
növü, 
altıcərgəli mutant arpa, kətan toxumu aşkar etmişdir.
66
 
Samara arxeoloji kompleksi çiy k
ərpic evlər, alt qatda dördayaqlı 
qablar (Savana m.ö.5600), t
əkmilləşmiş simmetrik cizgili rəsmləri olan 
boya 
naxışlı saxsı qablar və irigözlü qadın fiqurları ilə seçilir. Keramika 
65 
Burada 
aparılan qazıntılar kiçik ərazili məskənlərdə dördkünc və dairəvi (Xasun I-də)  
gil evl
ər, həyətdə dairəvi təndirlər, metal əşyalar, qara-qırmızı cizgilərlə geometrik na-
xış boyalı qısa boğazlı girdə saxsı qablar, kasa və bardaqlar, daş alətlərin deqradasiyası, 
xırda və iribuynuzlu ev heyvanı sümükləri, firuzə, əqiq daşlarından muncuqlar ortaya 
çıxarmışdır. Xasun abidələrində ölülər qəsəbə daxilində, kiçik uşaqlar isə evin döşəməsi 
altında basdırılırdı. Alt qatı m.ö. 5800-cü illərə aid olan Xasun kulturunda boyalı qablar 
m.ö.5500-d
ən görünməyə başlayır. 
66 
АЗ
А, 48; Заблоцка
, 47-50. 
 
68 
                                                 

üz
ərində əvvəllər kobud cızma, sonralar isə zərif çəkmə naxışlar, tək və 
dörd  heyvan 
şəkilli dinamik hərəkət kompozisiyası üsulları göstərir ki, 
samaralılar artıq real varlıqların simmetrik stilizə olunmuş simvollarını 
verm
əyi də bacarırdılar.
 
T
əsadüfi deyil ki, sonralar sumer kulturu gəlişmiş 
samara  kulturu  üz
ərində quruldu. Samara-Xasun lokal kulturları sinxron 
planda paralel 
inkişaf edirdilər. Bu kulturun daşıyıcıları eyni dildə danışan 
prototürk 
uruqları idi. Xasun abidəsinin III qatından çıxan samara saxsı 
qabı bu uruqların yaxın əlaqəsindən xəbər verir. İkiçayarasının lap güne-
yind
ə Eredu abidələri Xasun kulturunun lokal variantı kimi xarakterizə 
olunur.
 
Xasun kulturu il
ə tipoloji paralellik təkcə orta və aşağı İkiçayarası 
bölg
ələrdə  deyil,  quzey  (Tilkitəpə)  və  hətta  quzey-batı  bölgələrdə
 
d
ə 
(Xalaf)  özünü  göst
ərir. Xasun uruqlarının geniş ticarət əlaqələri Anado-
lunun b
əzi bölgələrində boyasız saxsı qablarla yanaşı, boyalı qabların da 
(Mersin)  ortaya 
çıxmasına səbəb olmuşdur.
67 
 
 
Xasun  kulturunun 
əhatə  dairəsinə  düşən  İkiçayarasının  quzeyində 
boyasız qabdan boyalı qablara keçidlə bu kultur yeni mərhələyə qədəm 
qoydu. 
Əvvəlki gələnəklərin davamı kimi formalaşıb yeniləşən və Xalaf  
adlanan yeni kultur 
yarandı. Əslində, bu kulturun yaranma impulsu Arpa-
çıdan başlanmışdı, lakin İkiçayarasının quzey-batısında Xalaf qazıntısında 
ortaya 
çıxdığı üçün arxeoloji ədəbiyatda belə adlanır. Bu kultur m.ö.VI 
minilliyin sonunda 
yaranıb V minillikdə çiçəkləndi və onun təsiri daha 
geniş ərazilərdə özünü göstərməyə başladı.
68 
Xalaf 
keramikası sarı-narıncı 
r
əngli saxsı üzərində qırmızı-qəhvəyi rənglə çəkilmiş şəkillərlə xarakte-
rikdir. 
Arpaçı (V-VI qat) abidəsində naxışlar çoxrənglidir. Qab üzərində 
stiliz
ə edilmədən çəkilən xallı bars, maral, balıq, quş şəkilləri və daha 
yayğın öküz başı natural kompozisiya ilə verilmişdir.  
İkiçayarasında  m.ö.VI  minil  və  V  minilin  ortasına  qədər  Xasun, 
Samara,  Eredu  kulturunda 
əkinçi-maldarlığın çiçəklənməsi, m.ö.V mini-
lin sonu IV minilin 
ortalarına qədər isə əkinçilikdə yeni süni suvarmanın 
g
əlişdiyi, arx və kanalların çəkildiyi dövrdür. Burada kanal adları içində 
bugün 
əksər türk dillərində işlənən arıq «arx», sub «su» (Arax-tu, Zub-i
sözl
əri vardır. Artıq bu çağlarda İkiçayarasının yuxarısı Subar, Bağdaddan 
67 
Kınal, 14;
   
Заблоцка
, 41-42. 
68
  Mosul-
Ərbil  civarında  -  Xasun,  Arpaçı,  Yarım-təpə  II,  Təpə-Qavar  yaranıb  Sincar 
ovalığına,  orta  Dəcləyə  (Çoqa-Mami)  yayılan  bu  kulturun  izinə  Quzeydə  Van  gölünə 
yaxın Tilki-təpə, batıda Habur çayı hövzəsində Tel-Barak, Çaqar-Bazar, Aralıq dənizi 
t
ərəfdə Uqarit III  və doğuda  bəzi Azərbaycan abidələrində rast gəlmək olur. 
 
69 
                                                 

aşağısı  isə  Kiengir  adlanırdı.  Sonralar  bura  köçən  sumerlər  də  özlərinə 
ölk
ənin sakini anlamında Lu-en-Ki-en-gi-r «kəngər adamı» demişlər.  
Samara  kulturu 
İkiçayarasının  yuxarı  bölgələrinə  yayıldığı  kimi, 
aşağı bölgələrə də sızır. Buradakı Eredu yaşayış məskəni həmin kulturun 
t
əsiri altında olsa da, əslində, onun m.ö.VI-V minilliyin qovuşuğuna aid 
t
əbəqələri Xasun kulturunun lokal variantına uyğun gəlirdi. Sonralar bu-
rada 
formalaşmağa başlayan Ubeyd kulturunda (m.ö. 4300-3500) sumer-
l
ərin gəlişiylə bəzi dəyişmələr baş verir, ölülər yerli prototürk gələnəyi ilə 
bükülü  deyil, 
uzadılmış  yöndə  basdırılır,  yanına  gildən  qayıq  fiqurları 
qoyulur.  Ubeyd  kulturu  K
əngər körfəzi yaxasından başlayıb üzüyuxarı 
Eredu, Uruk, Ur, 
Kiş bölgələrini bürüyürdü. O zamanlar üçün möhtəşəm 
sa
yıla biləcək binalar, məbədlər tikilir, keramikada tısbağa formalı uzun-
boğaz qablar ortaya çıxır, sonrakı mərhələdə dulus çarxları yaranır, sənət 
işi yüksəlir, ayrı-ayrı sənətlərlə məşğul olan ustalar artır, zərif zərgər işi 
kimi silindrik  möhürl
ər hazırlanır, təsərrüfatda əməyin təşkilini əlinə alan 
böyük  tutumlu  m
əbədlər  tikilir,  sosial  təbəqələşmə  yaranır,  mal-mülk 
bölgüsü 
diferensiallaşır,  yazı  ortaya  çıxır  və  «çar»  qəbirləri  görünməyə 
başlayır. Bu cür gəlişmələrin çoxu İkiçayarasının guneyi Sumerdə Ubeyd 
kulturu  üz
ərində yaranmış Uruk (m.ö.IV minilin 2-ci yarısı) və Cemdet-
N
əsr (m.ö.3000-2800) kulturları çağında görünür. 
Sumerl
ərin  simasında  bura  yeni  etnosun  gəlməsi  yerli  uruqların 
yuxarı çəkilməsinə, bu da yuxarı İkiçayarasında quzey Ubeyd kulturunun 
ortaya 
çıxmasına səbəb olmuşdu. Əgər sumer dilində yüzlərlə türk sözü 
olduğunu nəzərə alıb, prototürk uruqları (kəngərlər?) ilə protosumerləri 
İkiçayarasının güneyində Ubeyd kulturunun yaradıcıları hesab etsək, onda 
m.ö.V  min  ilin  sonunda  quzey  Ubeyd  kulturunu  y
uxarıdakı  subarların 
aşağıdan  gəlmiş  soydaşları  ilə  birgə  ərsəyə  gətirdiyini  düşünmək  olar. 
Quzey Ubeyd kulturu 
İkiçayarası bölgələrdən Urmu hövzəsinə də yayıl-
mışdı. Hələ 7 minil bundan əvvəl Urmu yanında (Hacı Firuz) erkən əkin-
çilikl
ə yanaşı, boya naxışlı qab vardı, m.ö. IV minilin ortasında Urmu gö-
lünd
ən güney-batı bölgələrdə dağətəyi yerlər erkən maldar-əkinçilər tərə-
find
ən  məskunlaşmışdı.  Burada  mis  əşya,  sümük  və  daş  alətlər,  əllə 
hazırlanmış açıq-qırmızı və sarı-narıncı rəngli keramika üzərində tünd-
q
əhvəyi naxışlar quzey Ubeyd kulturuna aid idi. Bu kulturun lokal variantı 
 
70 

Urmiya 
şəhərinə  yaxın  Göytəpə  abidəsinin  alt  və  sonrakı  «M»  qatında 
görünür.
69
 
 
Urmu  hövz
əsində eneolit məskənləri çoxalmışdı. Qedar çayı qıyı-
sında  Hasanlu,  Təbrizə  yaxın  Yanıqtəpə,  Sulduz  ovasında  Püştəlitəpə, 
D
əlmətəpə erkən əkinçi-maldarların dağdan axarsu yaxalarına enib kər-
pic  evl
ərdə  məskunlaşdığı  ərazilərdir.  Sadə  geometrik  ornamentə,  torlu 
üçbucaq v
ə üfiqi dalğalı xətlərlə boyanmış keramikalı Göytəpə kimi abi-
d
ələr də quzey Ubeyd kulturunu əks etdirir.   
Eneolit 
düşərgə-məskənləri Xəzərin güney hövzəsində Elbars dağı 
ətəklərinə, Damqan,  Qurqan,  Tehran,  Qəzvin,  Qum  və  Kəşan  ətrafına, 
Urmu  hövz
əsinə yayılmışdı. Hələ neolit dövründə Carmo əkinçi-maldar 
kulturu il
ə Girmanşah civarındakı analoji kultur arasında genetik yaxınlıq 
vardı və bu yaxınlıq eyni etnik uruqların erkən əkinçiliklə bağlı dağətəyi 
ərazilərə enməsinin nəticəsi idi. Girmanşah bölgəsi insanların qədimdən 
m
əskunlaşdığı və minillər ötdükcə məskənlərin çoxaldığı bölgələrdəndi. 
T
əpə-Sorab, Asiab belə qədim düşərgələrə aiddir. Bu ərazilərdən güney-
d
əki prototürk sınırlarından aşağıda, sonrakı Elam dövlətinin ərazilərində 
d
ə eneolit məskənləri çoxalmışdı. Xuzistanda, Fars əyalətində m.ö.VI-V 
minill
ərdə  üç  kultur  növü  bir-birini  əvəz  etdi.  Həmin  çağların  sonunda 
Girman  bölg
əsində məskunlaşma başlandı. Bu çağların sonunda Bakun-
t
əpədə  (Persepol)  boyalı  keramika  sənəti  çiçəklənmişdi.  Artıq  eneolitin 
sonunda Fars, Xuzistan, B
əluc bölgələri protoelam və olsun ki, protokassi 
uruqlarının  etnik  coğrafi  ərazilərinə  çevrilmişdi.  Sumerdə  olduğu  kimi, 
burada  da 
əkinçi-maldar kulturu sivilizasiya mərhələsinə daxil olmuşdu. 
B
əlucistanda bugün braqui boyları dravidköklü dillərini saxladığından, o 
çağlarda  elam-kassi  uruqlarının  da  dravidmənşəli  olduğunu  düşünmək 
olar,  çünki  sonralar  prototürk 
sınırlarından  kənarda  qalan  Xuzistan  və 
Farsda ölül
ərin uzadılmış şəkildə basdrıldığı görünür.  
K
əşan civarındakı Sialk təpəsi m.ö.VI-IV minillər arası yaşam tər-
zini 
əks etdirir.
70
  Burada  gil 
palçıqlı bəzi evlərin içərisi qırmızı boya ilə 
boyanmış,  həmin  boyaqla  boyanmış  ölüləri  yaşayış  məskəni  daxilində 
69
 Güney Az
ərbaycan eneolit abidələri iki mərhələyə ayrılır. Dulusçu çarxının hələ orta-
ya 
çıxmadığı, mis külçəsini əritmədən soyuq döymə ilə işləndiyi Sialk I, Sialk II, Təpə-
Qiyan abid
ələri dövrü (m.ö. 5500-3800) və dulusçu çarxının yarandığı, peşələrin ayrıl-
dığı, tökmə  metal işlətmə dövrü (m.ö.3800-3300-də Püştəlitəpə, Göytəpə, Sialk III və 
sair abid
ələr). 
70
 Burada 
yaşayış uzun müddət ara verəndən sonra m.ö.II-I minillərdə yenidən başlayır. 
 
71 
                                                 

basdırmışlar. Sialk I-də mis əşyalar, daş bilərzik, daş alətlər, ən çox üçbu-
caq 
naxışlı boyalı saxsı qablar aşkar edilmişdir. Sialk II-də soyuq döymə 
il
ə hazırlanmış sancaq, nizə ucluğu,
 
iyn
ə, biz kimi mis əşyalar artır. Diorit, 
əqiq, firuzə kimi qiymətli daşlardan hazırlanmış muncuqlar içində lazurit 
mineralının olması göstərir ki, bu qiymətli daşın Bədəxşandan Azərbay-
cana ötürülm
əsində bura tranzit məntəqələrdən biri olmuşdur. Orta Asiya-
Sialk 
əlaqələri bu kulturun get-gedə doğu istiqamətdə artımı ilə də görü-
nür,  m.ö.V  minillikd
ə  Sialk-Türkmənistan  arasında  səlcuqların  paytaxtı 
olmuş Rey yanında Çeşmə-Ali, Damqanda Təpə-Hisar, Xəzərin güneyin-
d
ə  Şahtəpə  və  Tehran,  Qəzvin,  Qum  civarında  eneolit  məskənlərinin 
yayılması buna əsas verir. Azərbaycan-Türkmənistan arasında eneolit 
dövrün 
əlaqələrini Qorqandakı böyük Turəngtəpə abidəsi aydın göstərir. 
Burada y
aşayış Ceytun kulturu ilə başlanıb Sialk II kulturu ilə davam edir. 
Orta 
Asiyanın güney bölgələrində qeydə alınan eneolit abidələri, 
əsasən m.ö.VI minillikdə mövcud olmuş Ceytun kulturu üzərində forma-
laşmışdı.
 
Ona gör
ə də,
 
Türkm
ənistan eneoliti m.ö.V-IV minili əhatə edir.
71
 
Bu
ranın erkən eneolit abidələri Aşqabad yaxınındakı Anau (I A) və Na-
mazqat
əpə  I  sayılır,  burada  boyalı  keramika  gələnəyi  Azərbaycandan 
g
əlmə hesab olunur. Orta Asiya eneolit abidələri ilə Güney Azərbaycan-
İkiçayarası abidələri  arasında ikitərəfli  əlaqə  olsa  da, «batı kulturunun» 
doğuya təsiri açıq görünür, m.ö.IV minilin ortalarından abidələrin sinxron 
qat
ları arasındakı oxşarlıqların artması başlanır.
72
 
 
Artıq m.ö. IV minilin ortalarında İkiçayarası əhalisi içindən Azər-
baycana, buradan da Türkm
ənistana olan miqrasiya nəticəsində arxeoloji 
kulturda 
oxşar  cəhətlər  görünməyə  başlanmışdı.
73
 
Buradakı  Moncuqlu-
71
 
Енеолит СССР, 14. 
72 
R.Daysona gör
ə, Sialk III, 5-7 kompleksi m.ö. 3500-3000, Sialk IV isə m.ö. 3000-ci 
ill
ərdən başlanır (Dyson, 225-237). 
73
 Namazqa III erk
ən eneolit abidəsinin Azərbaycandakı Sialk III, 4-7 ilə sinxron olduğu-
nu n
əzərə alan V. M. Masson arxeoloqların batıdan doğuya «təsir» edən İkiçayarası lokal 
eneolit 
kulturların «hərəkətində gecikmə effekti» gördüyünü təsdiq edir (Массон
 
1964, 
224);    
    Anau  I  t
əbəqəsindən  çıxan  skeletlərin  tədqiqi  göstərir  ki,  burada  əvvəlki  dövrdəki 
kimi  Az
ərbaycan əhalisindən fərqlənməyən doğu Aralıq-dənizi avropoid tipi ilə  yanaşı, 
dravidoid  tip d
ə vardır və onun burada üzə çıxması güneydən də (Elamdan?) gəlmələr 
olduğunu bildirir (Энеолит СССР, 20). 
74
 
Сарианиди 1970, 24. 
 
72 
                                                 

t
əpə məskənində Sialk və hətta Xasun kulturunun izləri vardır.
74
 
Quzey 
Az
ərbaycanın yuxarı sərhədləri dışında qalan ərazilərdə eneolit düşərgə-
l
əri barmaqla sayılası qədər azdır. Halbuki, Güney Qafqazda 150-dən artıq 
eneolit  m
əskəni aşkar edilib.
75
 
Bunların əksəri də Azərbaycanın tarixi-
coğrafi sınırları içindədir və hələlik onların yalnız bir qismi tam tədqiq 
edil
mişdir.  Bu  abidələrin  öyrənilməsi  Ön  Asiyada  formalaşan  prototürk 
etnosunun v
ə protoazər uruqlarının tarixi coğrafiyası barədə tutarlı bəl-
g
ələr  ortaya  çıxarır.  Daha  çox  Kür-Araz  vadilərində,  Marneuli-Qazax, 
Zakatala-
Şəki,  Mil-Muğan,  Dərbənd-Şirvan,  Qarabağ-Naxçıvan-İrəvan 
v
ə Güney Azərbaycan bölgələrində yayılan eneolit kulturu üzərində sonra 
tunc dövrünün möht
əşəm Kür-Araz kulturu formalaşmışdır.  
Quzey  Az
ərbaycan eneolit kulturunun təsiri sonralar Dağıstana və 
Qafqa
zın yuxarı bölgələrinə, indi çeçen-inquş, qaraçay-balkar xalqlarının 
yaşadığı ərazilərə də yayılırdı. Qərbi Azərbaycan sınırlarına qonşu bölgə 
v
ə ərazilər yuxarı İkiçayarası kulturu dairəsində idi. Van gölü yanında 
Tilkit
əpə abidəsinin alt qatındakı boyalı, pardaxlı keramika Xalaf kulturu 
il
ə, eneolitin sonuna aid qatındakı üstü dalğalı boya naxışlı qırmızı qablar 
da  Urmu  abid
ələri (Göytəpə) ilə eynidir. Belə qablar Muş ovasında da 
tapılmışdır.
 
Ərzurum yaxınlığındakı qara keramikalı Karaz-höyük abidəsi 
bir az f
ərqlidir. Orta Anadoludan batıda olan bölgələr tamam ayrı kultura 
sahibdir. Burada b
əzi abidələrdə Xasun, Xalaf, Ubeyd kulturuna aid zəif 
izl
ər görünsə də, bu genetik yaxınlığın yox, mal dəyişmənin, alış-verişin 
n
əticəsi ola bilər. Orta Anadoluda isə bu əlaqələr daha sıx olmuşdur.
 
Tunc 
çağında hat və prototürk dil paralelləri bu əlaqələrin artmasını göstərir.  
Quzey
 
Az
ərbaycanda tədqiq olunmuş eneolit abidələri axarsu qıraq-
larında salınmış yaşayış məskənləridir.
76
 
Erk
ən əkinçi-maldar olan məs-
75
 AT, 1998, 94;  Araqvi 
çayı hövzəsində bir neçə abidə, Tbilisi civarında, Qara-dəniz 
k
ənarı Abxaziyada Maçar, Quad İxu, və Nalçik qədim qəbiri, Dağıstanın dağlıq bölgə-
sind
ə Qinçi çayı kənarında Qinçi düşərgəsi kimi bir neçə eneolit abidələri qeydə alın-
mışdır (Энеолит СССР, 100-137). 
 
76
 Quzey-
batı eneolit məskənləri Kür çayına  qovuşan Alget, Xram, Debet, Tovuz, Aks-
tafa, 
Şəmkir və sair çayların kənarında salınmışdır. Kür çayı hövzəsi Arıxlu, Şulaveri, 
İmiri, Qaçağan, Danqreuli, Gidaçrili, Şomutəpə, Baba-Dərviş, Qarğalartəpə, Rustəpə, 
Töyr
ətəpə, Keçili və sair məskənləri əhatə edir. Mil-Qarabağ zonasında Leylatəpə, İlan-
lıtəpə, Çalağantəpə, Xantəpə, Günəştəpə, Kültəpə, Qaraköpəktəpə, Kamiltəpə, Şahtəpə, 
R
əsultəpə,  Muğanda  Əliköməktəpə,  Qurudərə  I,  Mişarçay,  Naxçıvanda  Kültəpə,  Araz 
yaxası Ağrı vadilərində İqdır, Maştos, Şenqavit, Texut, Adablur (Adatəpə), Xatunarx və 
dig
ər abidələr vardır. Bu abidələr görkəmli arxeoloqlar O. H. Həbibullayev, A. A. İessen, 
 
73 
                                                 

kunlar  bu  yeni 
yaşam tərzini yaratmaqla çox irəli getdilər. Belə ki, həm 
əkinçilikdə, maldarlıqda, həm də ev tikmə və sənətkarlıqda yeni mərhələ 
üfüqü 
açıldı. Eneolit əkinçiləri artıq mədəni taxılçılıq yolunu tapmışdılar, 
onlar 
yumşaq
 
v
ə
 
b
ərk buğda, iki və çoxcərgəli arpa, çovdar, noxud, mərci-
m
ək
 
v
ə
 
h
ətta üzüm də (Şomutəpə) yetişdirə bilirdilər.
77
 
İlk vaxtlar dəmyə 
əkinçiliyə
 
üstünlük ver
ən insanlar
 
sonra süni suvarma il
ə məhsul artımını 
gerç
əkləşdirə bildilər. Sumerdə kanallar çəkildiyi kimi, burada da kiçik 
kanallardan  istifad
ə  olunurdu.  Belə  arx və  kanal  yerləri Borçalı elində 
Arıxlu, Mil düzündə Şahtəpə və İrəvan çuxurunda aşkar edilmişdir.
78 
 
Bu 
çağın  əkinçiləri  hələ  xışdan  istifadə  etməyi  öyrənməmişdilər, 
əkin yerini iri heyvan sümükləri və maral buynuzundan qayırdıqları toxa 
il
ə becərirdilər. Biçində sümük və iti daş qəlpələrindən düzmədiş-yığma 
oraqdan  istifad
ə edir, yığılan məhsulu daş həvəng,  daş dəstə, dən daşı 
v
ə sürtgəc alətləri ilə emal edir, böyük saxsı qablara, küplərə yığırdılar. 
Taxılçılıqda  işlənən belə  məişət əşyalarına az-çox tipoloji  fərqlərlə əksər 
eneolit abid
ələrdə rast gəlmək olur.  
Əkinçiliklə yanaşı,  hələ ev ətrafı otlaqlarla keçinən maldarlıq da 
inkişaf edir, cins heyvan çeşidləri artırdı. Quş, balıq, ceyran və digər çöl 
heyvanla
rını ovlayıb ətindən istifadə etdikləri kimi, evdə bəslənən davar 
v
ə qaramaldan da əsasən ətlik heyvan kimi istifadə olunurdu (hər halda, 
eneolit 
çağına aid abidələrdə süd məhsullarına işıq tutası bəlgələr hələlik 
yoxdur).
 
Lakin bu dövrd
ə
 
iribuynuzlu heyva
nların çoxalması,
 
b
əzi qoyun, 
öküz,  dig
ər ev heyvanı içində çeşidli cinslərin yaranmasına aid bəlgələr 
vardır. Ən önəmlisi isə atın əhliləşdirilməsi və bu olayın məhz ilk dəfə 
Muğan bölgəsində (Əliköməktəpə) gerçəkləşməsidir. Burada iki at cinsin-
ə  aid  sümüklərin tapılmısı  arxeologiyanın  böyük  uğuru  idi, «bu,  nəinki 
Qafqaz,
 
h
ətta bütün Avrasiyada ev atı haqqında ən qədim məlumatdır».
79
 
 Eneolit 
çağının şah əsəri, əlbəttə, metaldır. İlk metal kimi misdən 
istifad
ə olunmuşdur. Əvvəllər mis külçəsindən soyuq döymə ilə bıçaq, 
biz kimi k
əsici, deşici alətlər qayırılırdı. Sonralar metal əritmə üsulu ilə 
daha mük
əmməl alət və bilərzik, sırğa, üzük, sancaq kimi bəzək əşyaları 
hazırlamaq mümkün oldu. Artıq metaltökmə qəlibləri ortaya çıxmağa baş-
M. M. Hüseynov, 
İ. H. Nərimanov, F. R. Mahmudov, Q. S. İsmayılov, A. İ. Cavaxişvili, 
T. V. Kiquradze, R. M. Torosyan v
ə başqaları tərəfindən tədqiq edilib öyrənilmişdir. 
77 
Энеолит СССР, 133. 
78 
Eyni qaynaq, 132-133. 
79 
Энеолит СССР, 135;  АТ, 1998, 97. 
 
74 
                                                                                                                        

ladı. Metal işi filiz yataqları ilə reallaşa bilərdi. Belə yataqlar isə Xorasan, 
Qara
dağ,
 
Qafan, 
Daşkəsən, Gədəbəy bölgələrində vardı.
 
Ancaq ilk metal 
əşyalar
 
bu
 
ərazilərdə
 
yox,
 
Anadoluda  m.ö.VII-VI
 
minill
ərin
 
qovu
şuğunda, 
İkiçayarasında VI, Misirdə V minillərdə görünməyə başladı. Bəzi müəl-
lifl
ər Quzey Azərbaycanda metal əşyaların birdən peyda olmasını, mis 
emalının hazır şəkildə ortaya çıxması kimi, yəni Kiçik və ya Ön Asiyadan 
bura miqrasiya ed
ən uruqların hazır texnologiya ilə gəldiklərini iddia edir-
l
ər.
80
 
Lakin h
əm Güney (Sialk I), həm də Quzey Azərbaycanda (Kültəpə 
I, Texut) eneolit abid
ələrin alt qatında mis əşyalar m.ö.VI minildə tək-tük 
d
ə olsa, vardı. O çağın texniki proqresi sayılan metal əritmə texnologi-
yasının sürətlə yayılması təbii idi. Azərbaycan mis ölkəsi, metal ticarəti 
regionu 
olduğundan bu texnologiyanı tez mənimsəyə bilərdi. Buna yük-
s
ək istilik əldə edən dulusçu kürələrini qurma təcrübəsi də imkan verirdi. 
Az
ərbaycanda filiz yataqları bol idi,
 
barter
 
ticar
əti
 
qurma
ğa və bununla 
geniş
 
əlaqələr yaradıb tranzit yollara nəzarət etməyə də
 
imkan 
açılmışdı.  
Eneolitd
ə  insanların  eyni  məskəndə  davamlı  oturaq  həyat  tərzinə 
keçm
əsi yaşayış evlərinin tikilməsi ilə nəticələndi. Belə evlər adətən çiy 
k
ərpic və gildən düzbucaqlı və ya dairəvi planda tikilirdi. Bəzi evlər daş 
bünövr
ə üzərində, bəziləri içi suvanıb boyanmış şəkildə olurdu. Köməkçi 
t
əsərrüfat daxmaları bu evlərə bitişdirilirdi.  Bir-birinə yaxın ərazilərdə 
yaşayan uruqların tikinti planı üst-üstə düşür, bəzən də fərqlənirdi. Hətta 
Naxçıvanda Kültəpə abidəsinin ayrı-ayrı qatlarında düzbucaq və dairəvi 
tikilil
ər  bir-birini 
əvəz etmişdir. La-
kin 
Borçalıdan tut-
muş  İkiçayarasına 
q
ədər  dairəvi  ev-
tikm
ə
 
g
ələnəyinin 
uzun  müdd
ət  da-
vam  etdiyini  sez-
m
ək
 
olur.
 
Görünür, 
düzbucaq  evl
ərin 
inşasında iki sıralı 
k
ərpic  hörgü  çox 
material  t
ələb  et-
diyi  üçün 
yuxarısı 
80 
Авдусин 1977, 76. 
 
 
75 
                                                 

konusvari baca il
ə bitən dairəvi evlərə daha çox üstünlük verilmişdir.  
Bu  dövrd
ə  toxuculuq  sahəsində  də  inkişaf  olmuşdur.  Artıq  hər 
evd
ə iylərin olması əyiricilik, toxuculuq sənətinin geniş yayılmasından 
x
əbər verir, bu da eneolit insanların geyim kulturuna yiyələndiyini açıq 
göst
ərir. Toxuculuqla yanaşı dulusçuluq da inkişaf edir və xüsusi sənətə 
çevrilirdi. 
Ayrıca dulusçu emalatxanası qalığının və saxsı qabların bişdiyi 
kür
ələrin tapılması bu sənətin də geniş yayıldığını göstərir. Azərbaycanın 
h
ər  yerində  dulusçu  çarxı  ilə  hazırlanmış  qab  üzə  çıxmışdır.  Keramik 
qabların böyük ustalıqla hazırlanması, boyalı naxışlarla bəzənməsi geniş 
yayılmışdı. Kür çayı hövzəsində bəsit, Araz çayı hövzəsində sarı rəngli, 
b
əzən rəsmli  təkmil, Dəclə qıyılarında isə mükəmməl naxışlı, bəzəkli 
saxsı qablar istehsal olunurdu. Güney Azərbaycanda m.ö. V-IV minilin 
ortasına aid keramika üzərindəki boyalı naxış cizgiləri, bəzək çeşidləri 
a
rtır,  insan  və  heyvan  şəkillərində  real  görkəm  stilizə  olunur,  tətbiqi 
inc
əsənət  nümunələri  ortaya  çıxırdı. Keramika  üzərində  (Sialk  III)  yallı 
tutanların  yanlarını  bir  tərəfə  burcutma  ilə  eyni  durumda  çəkilməsi, 
bura
dakı  dinamikanın  diriliyi  insanı  valeh  edir.  Qobustan-Sialk  yallı 
r
əsmlərini  sənət  tarixinin  şedevri  saya  bilərik.  Bu  dövrdə  dulusçuluqla 
paralel gil, 
daş və misdən kiçik plastik heyvan (quş, bars, keçi, ilan və s.) 
fiqurları  və  möhür-damğa  qayırmaq  dəbə  düşmüşdü.  Sənətkarlıq  artıq 
xüsusi 
peşələr üzrə ayrılma mərhələsinə çatmışdı. 
Eneolit dövrü abid
ələri artıq ölübasdırma gələnəyinin formalaşdığını, 
basırıq kulturunun etnik göstəriciyə çevrildiyini əks etdirir.
 
Kür  yaxala-
rında  əsasən  qəsəbə  kənarında,  güney  bölgələrdə  isə  qəsəbə  daxilində 
özünü  göst
ərən basırıqlarda ölüləri
 
ad
ətən tək,
 
b
əzən kollektiv basdırmış-
lar. Bir çox hallarda 
uşaqlar evlərin döşəməsi altında həsirə bükülü və ya 
qabın içində dəfn edilmişdir. Basırıqda bükülü şəkildə tapılan skeletlərin 
yanında  məişət  və  ölənin  şəxsi  əşyaları  vardır.  Kültəpə  I  təbəqəsində 
ölünün 
başına yaxın kasa qoyulmuşdur. Bu örnək sonrakı türk toplumu 
içind
ə yayılmış basırıq kulturunun əlamətlərindən biri kimi diqqəti çəkir. 
N
əzərdən  keçirdiyimiz  bəlli  çoğrafi  ərazidə  əksər  eneolit  abidələri  ölü 
üz
ərinə qırmızı oxra səpilməsinin, onun boyanmasının artıq bir atributa 
çevrildiyini  göst
ərir.  Eneolit  abidələri  prototürk  sınırlarında,  xüsusilə 
güneyd
ə  ölülərin  bükülü  deyil,  uzadılmış  şəkildə  basdırıldığını  göstərir 
ki, bu da 
artıq həmin ərazilərdə prototürk etnosundan fərqlənən protosu-
mer, protokassi, protoelam 
uruqlarının varlığını ortaya qoyur. 
 
76 

Eneolit  dövründ
ə  Dərbənd, Borçalı, Van, Mosul, Bağdad, Kəşan, 
Xorasan, 
Aşqabad boyunca keçən sınırlar içində yaranmış bütöv eneolit 
kulturu v
ə onun lokal variantları arasında əlaqələr olmuşdur. Ona görə də 
Urmu 
ətrafına sızan erkən əkinçilərin İkiçayarasının quzey bölgələrindən 
g
əlməsi  ehtimalı  da  böyükdür.  Güney  və  Quzey  Azərbaycana  Ubeyd 
kulturunun t
əsiri m.ö. IV minilin ortalarına yaxın artmışdır.  
Xasun-Samara-Ubeyd  arxeoloji  kulturunu  müqayis
əli  təhlil  edən 
tarixçi  Y.  Zablotska  Uruk  kulturuna  q
ədər  İkiçayarası  və  Azərbaycan 
(
İran)  əhalisini  qohum  tayfalar  sayır.
 
Analoji  eneolit  kulturunu 
daşıyan 
Güney v
ə
 
Quzey Az
ərbaycan öz əmək alətləri, tikililəri, keramikası ilə Ön 
Asiya, xüsusil
ə yuxarı İkiçayarası erkən əkinçilik kulturu ilə yaxınlıq təş-
kil edir.
81
 Kulturdaxili t
əmas və əlaqələr Sialk III ilə Təpə-Hisar arasında 
olduğu  kimi,  digər  lokal  kulturlarda  da  özünü  göstərir.  Lokal  kulturlar 
arası əlaqələr isə həm yaxın, həm də uzaq məsafələr arasında görünür. İki 
boğazlı qablar, boğazlarında üfüqi gözlər olan küpələr, dulusçuluq kürə-
l
əri, dulus məmulatı, memarlıq formaları ilə qonşu abidələrdən fərqlənib, 
lakin  h
əmin  əlamətlərlə  Yarımtəpə  III  arxeoloji  kulturunu  təkrar  edən 
Leylat
əpə abidəsində paralelliyi müşahidə edən Azərbaycan arxeoloqları 
bundan 
doğru  nəticə  çıxarırlar: «Belə  vəziyət  isə  eramızdan  əvvəl  IV 
minilliyin birinci 
yarısında Qarabağ düzənliyində bina salmış qəbilələrin 
Mesopotamiyadan köçm
əsinə şübhə yeri qoymur».
82
 
 
Kiçik yerd
əyişmə, köç, barter dəyiş-düyüşü formalarında gerçəklə-
şən  əlaqə-təmaslar  m.ö.  IV  minilliyin  ortalarına  doğru  intensivləşərək 
böyük miqrasiyalarla n
əticələnmişdir. Bu miqrasiyalar iqlim dəyişməsilə 
bağlıdır, çünki ilk minillikləri rütubətli iqlimlə keçən eneolitdə meşələrin 
artması nəticəsində yaranmış münbit əkin yerləri, mal-heyvan üçün məs-
k
ənətrafı otlaqlar maldar-əkinçilərə bəs edirdi, lakin eneolitin son minil-
liyi 
ortalarında yaranmış quraqlıq böyük köçlərə səbəb oldu. Quraqlıqla 
bağlı Quzey Azərbaycanda bir sıra eneolit məskənlərinin boşalması,
 
ya
şa-
yış yerlərinin tərk edilməsi arxeoloji ədəbiyatda qeyd olunmuşdur.
83
 
 
Eneolit 
çağında davamlı oturaq yaşam tərzi icma qurumunda bəzi 
ön
əmli dəyişmələrə səbəb oldu. Əmək bölgüsü yarandı. Tikilən yaşayış 
yerinin  daxili  tutumuna  gör
ə bir ailəli evlər olması göstərir ki, ər-arvad 
81 
Абибуллаев, 37;  Мартынов, 83; АЗА, 106; Заблоцка, 66; Энеолит СССР, 127.
 
82 
 
АТ, 1998, 100. 
83
 Eyni qaynaq, 94. 
 
77 
                                                 

qoşa nigahı artıq formalaşmışdı.
 
Arak
əsmələr, yardımçı tikililər məhsulun 
ocaqlar (ail
ələr) üzrə adambaşına görə bölünməsini bildirir. Basırıqlarda 
varlı-kasıb fərqi sezilmir. İcma üzvləri ilə icma başçısı arasında elə bir 
f
ərq hiss olunmur. Yalnız bərəkət rəmzi qutsal Qadın fiqurları Qobustan 
qaya r
əsmləri sırasında
 
v
ə basırıqlar içində görünür.
 
İcma qurumu özünün 
əsl «komunizm» dövrünü yaşayır. Basırıq içinə qoyulan əşyalar yaşamın 
o biri dünyada davam etm
əsinə inam kultunun yayıldığını büruzə verir. 
Ümumiy
ətlə, erkən əkinçi-maldar uruqların astral, təbii olaylar, totemlər 
üzr
ə çoxlu kultları yaranmışdı. 
Prototürk  dialektl
ərində  danışan  uruqlar  m.ö.VI  minillikdə  Orta 
Asiyadan 
İkiçayarasına,  Dərbənd-Borçalıdan  Xuzistana  qədər  yayılan  
ox
şar erkən əkinçi-maldar arxeoloji kulturun daşıyıcıları idi. Bu kulturun 
lokal 
çeşidləri kimi, erkən protodilin də lokal dialektləri formalaşmışdı. 
Eneolitin orta (V minil) 
çağında bölgələrarası əlaqə-təmaslar artdıqca bir 
neç
ə dialektarası koyne üzərində təmərküzləşən dialektlərin sayı azaldı, 
daha  sonra  lokal  koynel
ərarası əlaqələr genişləndikcə prototürk dili öz 
zirv
əsinə çatdı. 
 Sonra g
ələn m.ö. IV minillik böyük miqrasiya dövrünə düşdüyün-
d
ən prototürk dili iki böyük qola parçalandı. Azərbaycanda qalan uruq-
larda  prototürk  dilinin 
batı qanadı, Orta Asiya və oradan daha doğuya 
ged
ən uruqlarda bu dilin doğu qanadı formalaşdı. Sonralar doğuya belə 
böyük 
axın bir də m.ö. II minilin ortalarında təkrar olundu. İndi Aralıq 
d
ənizindən Uzaq Doğuya qədər yayılmış türk dilləri arasında sonrakı qar-
şılıqlı alınmalar istisna olmaqla, nə qədər ortaq söz və şəkilçi varsa, onla-
rın əksəri prototürk  dövründən qalmışdır. 
84
 
 
Prototürk dili 
dağılandan sonra qədim Azərbaycanın bəlli sınırları 
daxilind
ə qalanlar şərti olaraq protoazər uruqları sayıla bilər və bundan 
sonrakı  dövrlərdən  danışarkən  protoazər  adı  altında  batı  prototürkləri, 
84
 Ubeyd kulturunun g
əlişmə çağında İkiçayarasına gələn sumerlərin dilindəki prototürk 
alınmaları sırasında məhz o çağın yaşamı ilə bağlı yeni yaranmış sözləri görmək olur: 
toxuculuqla 
bağlı  tuku  «toxumaq», ev  tikmədə  qapı  ilə  bağlı  qeşik  «eşik», əkinçiliklə 
bağlı aka- «əkmək», agar «sulanan əkin yeri», metalla bağlı tibira «metal», bal «balta», 
dulusçuluqla 
bağlı kab-kagag «qab-qacaq» sözləri bunu aydın əks etdirir.  
   Buradan 
doğuya  gedənlər  də  özləriylə  buranın  yer-yurd,  çay-dağ  adlarını  (Samara, 
İtiqla-İtil, Subar-Sibir, Balıq və b.), eneolit çağında ümumişlək sözə çevrilmiş əkinçi-
malda
rlıq  terminlərini  və  sair  sözləri  aparmışlar.  Ən  ucqar  doğuda  yaşayan  saxalar 
(yakutlar) 
bıs-«biç-», oğus tiriitə «öküz dərisi», ınax «inək», altan «mis», kıhıl-kömüs 
«
qızıl-gümüş», timir «dəmir» kimi o çağın sözlərini hələ də işlədirlər. 
 
78 
                                                 

doğu miqrasiyalarına qoşulanları isə doğu prototürkləri kimi ayırmaq la-
zım gəlir.  
Bel
əliklə, eneolitin sonunda bəlli tarixi-coğrafi sınır içində proto-
az
ər boylarının kökündə
 
dayanan uruqlar güney
 
sınırında protokassi-proto-
elam  v
ə  güney-batı  sınırında  protosumer,  quzey  sınırında  protoqafqaz, 
doğuda  isə  digər  protoürk  soydaşları  tərəfindən  çevrəyə  alınmışdı.  Bu 
tarixi etnolinqvistik 
coğrafi durumla dilini gəlişdirmiş, tikintiyə öyrəşmiş, 
dulusçu,  toxucu  s
ənətinə  yiyələnmiş,  metalı  mənimsəmiş  əkinçi-maldar 
prototürk 
uruqları tunc dövrünə qədəm qoydu.  
 
Az
ərbaycanda bu dövrün hüdudları m.ö. IV minilin 
ortalarından m.ö. II-I minillərin qovuşuğuna qədər 
davam edir, lakin tunc kulturuna aid bir 
sıra xüsusi-
y
ətlər bəzi bölgələrdə daha əvvəllərə aid ola bilər. 
Tunc dövrünün III minilin son rübün
ə qədər
 
davam 
ed
ən erkən çağı  arxeoloji ədəbiyatda Kür-Araz kulturu adlanır, bundan 
son
rakı II minilin ortasına qədərki dövr orta çağ,
 
bu minilliyin ikinci ya-
rısı isə son çağ hesab olunur. Tunc dövründə metal işləmə,
 
əkinçilik, mal-
darlıq, tikinti və digər sənət sahələrində irəliləyiş olmuş, dəvəçilik,
 
atçılıq 
kimi  yeni  sah
ələr  ortaya  çıxmışdır.  Bu  çağda  kurqan  kulturu  yaranmış, 
t
əkər-araba icad edilmiş, ibtidai icma quruluşu dağılmış, prototürk uruq-
larının
 
birl
əşməsilə boylar yaranmış və dövlət
 
qurumları formalaşmışdır.  
Az
ərbaycanda  IV  minilliyin  ortalarından  formalaşmağa  başlayan 
Kür-Araz  kulturu  III  minilliy
ə ərsəyə çatmış şəkildə daxil olub,
 
onun  son 
rübün
ə qədər davam etdi. O.H.Həbibullayevə görə, yerli eneolit kulturu 
üz
ərində yaranan bu kulturun ilkin özəyi Arazın orta hövzəsi olmuş,
 
ətraf  
bölg
ələrə buradan yayılmışdır.
85
 
 Bu kultur Urmu-Van v
ə Kür-Araz höv-
85 
Абибуллаев
,190-195; 
Kınal,
  29;  
ИДВ,
  1988, 36-37; 
Doğrudur,  bir 
çox  arxeoloq  v
ə  tarixçilər  Anadolu-Fələstin  bölgələrində  bu  kulturun  görünməsini 
Qafqazdan g
ələn köçlə əlaqələndirmiş,
 
Leonard
 
Vulley is
ə bu
 
köçü Qafqazdan Anadoluya 
g
ələn hetlərlə bağlamaq istəmişdir (Woolley, 32-35), lakin bu fikirlərlə razılaşmaq çətindir, 
çünki  göst
ərilən bölgələrə Kür-Araz kulturunu daşıyan Van civarındakı batı prototürklər 
idi.  Hetl
ər Anadoluya Qafqazdan deyil, batıdan gəlmişlər, ikincisi də, Ərzurum civarına 
v
ə  Fələstinə  bu  kulturu  daşıyan  uruqlar  Qafqazdan  deyil,  Van  gölünün  güneyindən 
çıxanlar  idi,  çünki  bu  çağlarda  sami  uruqları  İkiçayarasının  quzey  bölgələrinə  gəlib, 
buradakı  subar  boylarını  batı  və  quzey  yönlərə  çəkilməyə  məcbur  etmişlər.  Bu 
yerd
əyişmə  yazılı  qaynaqların  da  mövcud  olduğu  zamanda  gerçəkləşdiyi  üçün  əlavə 

Yüklə 11,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə