1. «Ahıl» sözünün sinonimi hansıdır? A yaşlı b gənc c mərd



Yüklə 48 Kb.
tarix01.01.2022
ölçüsü48 Kb.
#50609
2 5188330535201540371


1. «Ahıl» sözünün sinonimi hansıdır?

A) yaşlı B) gənc C) mərd

D) ağıllı E) saqqallı
2. Aşağıdakı sözlərdən biri digərləri ilə sinonim deyil:

A) lətif B) sərt C) incə

D) zərif E) nəfis
3. Omonim sözlər sırasını göstərin:

A) yol, bal, badam B) at, bel, bənd

C) axır, naxır, paxır D) üz, baş, qıç

E) ürək, palaz, balta


4. Omonim sözlər cərgəsini seçin:

A) yol, tut, min B) baş, diş, göz

C) əsir, gəlin, əkin D) dimdik, vurun, yeyin

E) adam, yemək, qul


5. «Namərd» sözünün təhlili ilə bağlı fikirlərdən biri səhvdir:

A) Sözdə iki kar, iki cingiltili samit var

B) Alınma sözdür

C) Sifətdir

D) Sözdə ahəng qanunu pozulmuşdur

E) Sözün deyilişi ilə yazılışı arasında fərq var


6. Həm omonim, həm termin, həm də ümumişlək xüsusiyyətlərinə malik olan söz hansıdır?

A) yol B) bənd C) baş D) gül E) saç


7. «Məcra» sözünün lüğəvi mənası hansı bənddə düzgün izah edilmişdir?

A) qeyri-adi hadisə B) qələbəyə can atma

C) suyun axdığı yol D) gözlənilməz hadisə

E) insanları düzgün yola aparmaq


8.Milli və alınma sözlərdən ibarət olan sinonim cütlüyü hansıdır?

A) mənbə-qaynaq B) demək-söyləmək

C) məktəb-mədrəsə D) yerimək-yüyürmək

E) gəlmək-getmək


9. Vurğusu birinci hecaya düşən çoxaltma dərəcəli sifət hansı cümlədədir?

A) Balaca qız utandığından atasının arxasında gizləndi.

B) Dünən məktəblilər Şəhidlər xiyabanına ziyarətə gedirdilər.

C) Onun saçlarının rəngi zil qara, gözləri isə gömgöy idi.

D) Sanki qarğalar ölmüş yoldaşlarına yas saxlayırdılar.

E) Qırmızı-qırmızı almalar adama gəl-gəl deyirdi.


10. Yalnız alınma sözlərdən ibarət cərgə hansıdır?

A) qış, gəl, ər

B) beş, palıd, bivəfa

C) nadinc, namus, baxmaq

D) Ramin, Zeynəb, ədəbiyyat

E) inanc, inanmaq, əsarət


11. Fikirlərdən yalnız biri düzdür:

A) Bir-birinə əks mənalı olan sözlər ayrı-yarı nitq hissələrinə aid ola bilər.

B) Omonimlər eyni leksik mənadan yaranan sözlərdir.

C) Sinonimlik yaradan sözlər ayrı-ayrı nitq hissələrinə aid ola bilər.

D) Çoxmənalı sözlər ayrı-yarı nitq hissələrinə aid ola bilər.

E) Omonimlik yaradan sözlər ayrı-ayrı nitq hissələrinə aid ola bilər.


12. Həm omonimlik, həm də çoxmənalılıq xüsusiyyətinə malik olan sözlərin sayını müəyyənləşdirin. Qol, dil, çay, maşın, bel, meşə, almaq, qul, yol

A) 5 B) 3 C) hamısı D) 6 E) 4


13. Aşağıdakı lardan hansı frazeoloji birləşmə deyil?

A) yola salmaq B) qulaq asmaq

C) kitabı oxumağım D) xoşu gəlmək

E) başa salmaq


14. Verilmiş sözlərdən biri omonimdir:

A) yaş B) qalaq C) dadlı

D) şirin E) duzsuz
15. İsim və fel kimi işlənməsinə baxmayaraq, omonim olmayan sözlərin sayını müəyyənləşdirin?

gəlin, at, alma, əkin, gəlir, qan, al

A) 3 B) 5 C) 4 D) 2 E) hamısı
16. Neologizmlərdən hansı öz dilimizin imkanları hesabına yaranmışdır?

A) biznes B) sayt C) kvorum

D) yetərsay E) İnternet
17. Yalnız termin kimi işlənən sözlər cərgəsi:

A) epitet, fonetika B) say, xəbər

C) isim, kitab D) zərf, dəftər

E) leksika, güc


18. Nümunədə türk mənşəli neçə söz verilmişdir?

Ölməz bu gözəl aləmə idrakla gələnlər

Məna evinin sirrini vicdanla bilənlər.

A) 6 B) 7 C) 8 D) 5 E) 4




  1. Çoxmənalı sözü göstərin.

A) yaşıl B) moruq C) palıd

D) ürək E) baş




  1. Lüğətləri öyrənən dilçilik sahəsi hansıdır?

A) sintaksis B) qrammatika

C) morfologiya D) leksikoqrafiya

E) etimologiya


  1. Çoxmənalı sözlər cərgəsini göstərin.

A) ürək, it B) baş, göz

C) göl, ölkə D) ayaq, insan

E) çəkmə, respublika


  1. Həm ümumişlək, həm termin olan sözlər cərgəsini göstərin.

A) epitet, samit B) qrammatika

C) say, sifət D) üslubiyyat, inversiya

E) metafora, əvəzlik


  1. Hansı sözlər artıq fəal nitq prosesindən çıxmışdır?

A) sosializm, kolxoz, kommunizm

B) duyğu, hiss, çağdaş

C) doqqaz, nimdər, qarqundey

D) xış, insan, yasavul

E) dünya, cahan, kainat


  1. Təkmənalı sözü göstərin.

A) insan B) ayaq C) göz

D) burun E) almaq




  1. Hansı söz termindir?

A) üzümçülük B) lətafət C) morfologiya

D) maaş E) istiqlaliyyət




  1. Aşağıdakı sözlərdən biri «Suveren» mənasında­dır?

A) çağdaş B) öndər C) toplu

D) baxımsız E) asılı




  1. Əsl Azərbaycan sözlərindən ibarət cərgəni göstərin.

A) ildırım, çiçək B) razı, qüllə C) millət, arzu D) Nailə, üzr E) saat, qalib


  1. Araşdırma bu sözlərdən birinin sinonimidir.

A) məndə B) qədimlik C) əsas D) təhlil E) etimologiya
29 «Xələt» və «dinmək» sözlərinin sinonimləri hansılardır?

A) susmaq, pay B) hədiyyə, danışmaq

C) çığırmaq, don D) qışqırmaq, çuxa

E) gileylənmək, sovqat


30. Bəndlərdən birindəki sözlər bir-biri ilə sinonim deyil:

A) igid, cəsur B) gəlir, vergi

C) adam, insan D) bacarıqlı, qabiliyyətli

E) gödək, qısa


31. «Məharət» sözünün sinonimi hansı sözdür?

A) möhtərəm B) fərasət C) hörmətli

D) dahi E) ideal


32. Aşağıdakı şəkilçilərdən hansını həm leksik, həm də qrammatik şəkilçi kimi işlətmək olmaz?

A) -ır4 B) -ın4 C) -ıq4 D) -ça2 E) –ım4


33. Cütlüklərdən hansı sinonim deyil?

A) qaçmaq-yüyürmək

B)işləmək-dincəlmək

C) yola salmaq-ötürmək

D) böyük-iri

E) balaca-kiçik


34. Fikir və duyğularımızı ifadə edən anlaşıqlı söz düzümünə nə ad vermək olar?

A) söz B) əlifba C) cümlə D) lüğət E) morfem


35. Omonim sözü tapın:

A) baş B) göz C) hava D) ətək E) kitab
Yüklə 48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin