Bitki mühafizəsi 1
1. Buğda bitkisinin bərk və ya iylənən sürmə xəstəliyi, onunla mübarizə.
T.caries və T.laevis həyat tsikli və əmələ gətirdikləri simptomlara görə oxşardırlar. Növlər
teliosporların morfologiyasına (T.caries növündə teliosporlar tozlu, T.laevis -də hamar) və yayılma
zonalarına görə fərqlənirlər. Törədicilər teliospor şəklində toxumlarda və ya quraqlıq zonalarda
torpaqda saxlanılır. Səpindən sonra teliosporlar cücərir və haploid bazidiosporlarla (sporidi)
bazidilər formalaşırlar. Bazidisporların mayalanmasından sonra dikariotik infeksion hiflər əmələ
gəlir. Belə hiflər buğdanın cücərtisinə daxil olur. Törədici bitkinin böyümə konusuna çatır və
sonrakı müddətlərdə onunla birlikdə inkişaf edir. İnkişaf edən patogen çiçək toxumluğuna düşən
zaman göbələyin mitseli toxumalarda yayılır. Sirayətlənən bitkilərin buğumaraları qısaldığından
adətən sağlamlardan kiçikdir, onların sünbülləri isə boruya çıxma fazasında göy-yaşıl rəngli
olurlar. İnfeksiyaya uğramış sünbüllər yaşıl rəngdə uzun müddət qalır, eyni zamanda onlar
sağlamlara nisbətən daha nazikdirlər. Törədicinin mitseli inkişaf etdikcə tünd kipləşmiş
fraqmentlərə transformasiya olunur, onlardan isə gələcəkdə teliosporlar formalaşır və «sürmə
kisələri» əmələ gəlirlər. Xəstəlik sünbüllər əmələ gələn zaman müşahidə edilir.
Mübarizə tədbirləri. Buğda bitkisini bərk və ya iylənən sürmə xəstəliyindən qorumaq üçün elə
tədbirlər həyata keçirilməlidir ki, xəstəliyin kütləvi inkişafının qarşısı alınsın. Tədbirlər sistemi
ölkənin hər bir regionu üçün xəstəliyin inkişaf qanunauyğunluqları, bitkinin becərilmə şəraiti və
intensiv texnologiyanın tələbləri nəzərə alınmaqla işlənməlidir. Toxum materialının hazırlanmasına
ciddi fikir verilməlidir. Toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi elit, superelit toxum
materiallarının yetişdirilməsinə zəmin yaradır. Buğdanın toxum materialı hind sürməsi və sarı
bakterioz kimi karantin mənşəli xəstəliklərdən azad olmalıdır. Təmizləmə, kalibirləşdirmə,
toxumların isti hava ilə qızdırılması sürmələrə qarşı ən əhəmiyyətli tədbirlərdəndir. Toxumların
sürmə ilə yoluxmasının fitoekspertizasının aparılması, kimyəvi toxum dərman normalarının
differensasiya edilməsinə imkan yaradır.
2. Tağlı bitkilərin antraknoz xəstəliyi, yayılması və mübarizəsi.
Xəstəliklə örtülü və açıq şəraitdə becərilən bütün tağlı bitkilər vegetasiya dövrü yoluxurlar.
Yarpaqlarda açıq qonur və ya sarı dəyirmi ləkələr formalaşır, onlar adətən birləşir və bütün
yarpağı tutur. Sirayətlənmiş yarpaqlar qonurlaşır və kövrəkləşir. Meyvə, gövdə və saplaqlarda
qonur və ya qara ləkələr basıq yara şəklində meydana çıxır. Rütubətli hava şəraitində ləkələr
çəhrayı və ya qırmızıtəhər-sarı yastıcıqlarla örtülür. Yastıcıqlar adətən konsentrik həlqələrlə
yerləşir. Güclü yoluxma zamanı yarpaq və gövdələr quruyur, meyvələr çürüyürlər. Adətən kök
boğazı yoluxur, bunun nəticəsində bitki soluxur və quruyur. Xəstəliyin yayılmasında konidilər
iştirak edir, onlar ellip-soidal, silindrik, oraqaoxşar əyri, bir huceyrəli və 10-40 x 3-8 mkm
ölçülüdür.
Yayılması. Bəzi əddəbiyyat mənbələrinə görə xiyarın yalançı unlu şeh xəstəliyi ilk dəfə
S.İ.Rostovsev tərəfindən 1903-cü ildə Rusiyanın Tver vilayətində aşkar edilmişdir. Hazırda bu
xəstəlik dünyanın əksər ölkələrində becərilən həm örtülü, həm də açıq qruntda xiyar əkinlərində
geniş yayılmışdır. Bu xəstəliyə Azərbaycanın bütün bölgələrində təsadüf edilir. Naxçıvan MR,
Gəncə-Qazax və s. rayonlarda istixana şəraitində daha güclü zərər vurur.
Mübarizə tədbirləri. Bitki qalıqları toplanmalı, açıq sahədən və ya istixanadan kənarlaşdırılmalıdır.
Növbəli əkin sisteminə əməl edilməlidir. Tağlı bitkilər, eləcə də xiyar əvvəlki əkin yerinə 2-3 ildən
sonra qaytarılmalıdır. Parnik və istixanalar dezinfeksiya edilməli, torpaq zərərsizləşdirilməlidir.
Səpindən əvvəl toxum sortları kütləsinə görə sortlaşdırılmalı, mikroelementlərlə
zənginləşdirilməli və kimyəvi dərmanlarla dərmanlanmalıdır.
3. Xiyar bitkilərinin yalançı unlu şeh və peronosporoz xəstəliyi, yayılması və mübarizəsi.
Örtülü və açıq qruntda becərilən xiyar bitkiləri yoluxurlar. Xəstəlik bəzi illərdə yemiş, qarpız və
qabaq bitkilərində də rast gəlinir.
Bitkinin bütün inkişaf mərhələsində əsasən yarpaqlar sirayətlənir. Yarpaqların səthində damar
boyunca sarı-yaşıl dairəvi və ya kələ-kötür ləkələr inkişaf edir. Belə ləkələr az bir müd-dətdə
irilənir və bir-biri ilə qovuşur.
Yayılması. Bəzi əddəbiyyat mənbələrinə görə xiyarın yalançı unlu şeh xəstəliyi ilk dəfə
S.İ.Rostovsev tərəfindən 1903-cü ildə Rusiyanın Tver vilayətində aşkar edilmişdir. Hazırda bu
xəstəlik dünyanın əksər ölkələrində becərilən həm örtülü, həm də açıq qruntda xiyar əkinlərində
geniş yayılmışdır. Bu xəstəliyə Azərbaycanın bütün bölgələrində təsadüf edilir. Naxçıvan MR,
Gəncə-Qazax və s. rayonlarda istixana şəraitində daha güclü zərər vurur.
Mübarizə tədbirləri. Bitki qalıqları toplanmalı, açıq sahədən və ya istixanadan kənarlaşdırılmalıdır.
Növbəli əkin sisteminə əməl edilməlidir. Tağlı bitkilər, eləcə də xiyar əvvəlki əkin yerinə 2-3 ildən
sonra qaytarılmalıdır. Parnik və istixanalar dezinfeksiya edilməli, torpaq zərərsizləşdirilməlidir.
Səpindən əvvəl toxum sortları kütləsinə görə sortlaşdırılmalı, mikroelementlərlə
zənginləşdirilməli və kimyəvi dərmanlarla dərmanlanmalıdır.
4. Çəyirdəkli meyvə bitkilərində monilioz, onunla mübariznin aspektləri.
Xəstəliyə praktiki olaraq bütün çəyirdəkli meyvə bitkilərində rast gəlinir. Çiçək, toxumluq, meyvə
və budaqlar sirayətlənirlər.
Xəstəliyin yaz formasını moniliya yanığı adlandırırlar, bu forma qəflətən hamaşciçəklərin
soluxması və qonurlaşması, yarpaq, cavan zoğ və meyvə budaqlarının quruması ilə xarakterizə
olunur. Yoluxmuş çiçək və yarpaqlar tökülmür, uzun müddət ağacda qalır və yanıq görkəmi alır.
Moniliya yanığı adı da elə buradan gəlir.
Sonrakı müddətdə xəstəlik tədricən yoluxmuş budaq üzrə hərəkət edir və daha yeni sahələr tutur.
Rütubətli havada sirayətlənmiş çiçək, toxumluq, yarpaq və budaqlarda küləoxşar-boz yastıcıqlar
şəklində spor mərhələsi inkişaf edir.
Mübarizə tədbirləri. Xəstəliklə mübarizədə yüksək aqrofon bitkilərin normal böyüməsi
və inkişafını təmin edir, mumyalaşmış meyvələrin toplanması, bağın becərilməsi, sanitar
budamalarının aparılması, düzgün gübrələmə və s. önəmli tədbirlərdəndir.
Çəyirdəkli meyvə bitkiləri çiçəkləmədən qabaq 1%-li bordo məhlulu ilə işçi məhlulun məsarifi
600-800 l/ha olmaqla dərmanlanmalıdır. Çiçəkləmədən sonra çiləmə bordo məhlulunun
əvəzedicilərindən biri ilə təkrarlanır. Bu zaman delan 3 kq/ha, melpreks 5 kq/ha, melpreks+topaz
kombinə edilmiş qarışığı yüksək bioloji səmərəliliyi təmin edir.
5. Tağlı bitkilərin yaş çürüməsi xəstəliyi və onunla mübarizənin yolları.
Xəstəlik bitkilərin bütün vegetasiya dövrü əmələ gəlir və inkişaf edir. Yarpaqlarda tünd
yaşıl-ləkələr meydana çıxır və sonra onlar qonurlaşır. Adətən yarpaqların alt səthində mərkəzi
damar boyunca yerləşən yağlı ləkələr görünür, onlar qovuşur və diametri 20-30 mm olan
nekrozlar əmələ gətirir.
Günün ən qızmar vaxtlarında 2-6 həqiqi yarpaqları olan cavan xəstə bitkilərdə turqorun itməsi
müşahidə edilir. Səhərə yaxın o bərpa olunur. Belə hal bir neçə gün davam edir, bunun nəticəsində
bitkilər tamamilə soluxur və quruyur. Gövdə toxumalarının matserasiyası baş verir, ekssudat
ayrılır. Gövdənin eninə kəsiyində boruların və ona yaxın toxumaların qonurlaşması görünür.
Mübarizə tədbirləri. Bitki qalıqları toplanmalı, açıq sahədən və ya istixanadan kənarlaşdırılmalıdır.
Növbəli əkin sisteminə əməl edilməlidir. Tağlı bitkilər, eləcə də xiyar əvvəlki əkin yerinə 2-3 ildən
sonra qaytarılmalıdır. Parnik və istixanalar dezinfeksiya edilməli, torpaq zərərsizıəşdirilməlidir.
Səpindən əvvəl toxum sortları kütləsinə görə sortlaşdırılmalı, mikroelementlərlə
zənginləşdirilməli və kimyəvi dərmanıarla dərmanlanmalıdır.
6. Buğda bitkisinin pitioz kök çürüməsi və onun qarşısının alınma yolları.
P.aristosporum, P.arrhenomanes, P.graminicola, P.ultimum göbələkləri cavan buğda bitkilərinin
və cücərtilərin kök sis-temini yoluxurlar.
Kök çürümə xəstəliyinin törədiciləri nazik, tozlu, rəngsiz, 7 mkm-ə qədər diametrli mitselə və
xlamidosporlara malikdirlər. Anamorf mərhələdə onlar ikiqamçılı sporlar olan zoosporan-gilər
əmələ gətirirlər. Telemorf mərhələdə patogenlərdə uzun-sov anteridilərlə şarşəkilli ooqonilər
görüşürlər. Mayalanma nəticəsində tək-tək, hamar örtüklü oosporlar formalaşırlar.
Buğdanın yoluxmuş köklərində açıq-qəhvəyi ləkələr əmələ gəlir. Gövdənin kök boğazı hissəsində
tünd-qonur nekroz (qara ayaq) əmələ gəlir, bu da rəngsiz mitsellə örtülür. İnfeksiya mənbəyi
zoosporlar və oosporlardır. Oosporlar torpaqda 10 ilə qədər həyatilik qabiliyyətini saxlayırlar.
Mübarizə tədbirləri. Növbəli əkin, toxumların səpindən əvvəl dərmanlanması məsləhət görülür.
7. Tumluların qara xərçəngi, onunla mübarizənin əsas prinsipləri.
Ən zərərli xəstəliklərdən biri olmaqla dünyanın əksər ölkələrinin tumlu meyvə plantasiyalarında
geniş yayılmışdır. Baltikyanı ölkələrin meyvə bağları üçün xarakterikdir. MDB məkanında Ukrayna,
Moldova, Mərkəzi Qaratorpaq zonalar, Orta Asiya Türk Respublikaları, Qafqaz, Uzaq Şərqin meyvə
bağlarında önəmli yayılma tempinə malikdir. Azərbaycanın meyvə bağlarında geniş yayıla-raq
ciddi zərər vurur.Qara xərçənglə alma, az hallarda isə armud və heyva sirayətlənir. Xəstəliyin əsas
forması ştamb və skelet budaqların yoluxmasıdır. Yarpaq, çiçək, toxumluq və meyvələrin də
xəstələnməsi hallarına rast gəlinir.
Mübarizə tədbirləri. Plantasiyaların qara xərçəngdən mühafizəsində profilaktik tədbirlər önəmli
rol oynayır. Bunun üçün kompleks təşkilati-təsərrüfat, aqrotexniki və digər tədbirlər həyata
keçirilməlidir. Bu tədbirlər bağda ağacları daim fəal vəziyyətdə saxlamalı, onların normal
böyümə və inkişafını təmin etməlidir. Bağ salınarkən torpağın yararlığı nəzərə alınmalı, sortların
davamlılığı, bitkilərin sıxlığı gözlənməlidir.
8. Çəyirdəkli meyvə bitkilərində bakteriyal ləkəlik xəstəliyi haqqında məlumat.
Bakterial ləkəlik. Xəstəlik dünyanın bir-çox ölkələrində yayılmışdır. Bütün çəyirdəklilər, xüsusilə
ərik və gavalı yoluxurlar. Xəstəlik əvvəlcə yarpaqlarda kiçik qonur və ya qırmızıtəhər ləkələr
formasında əmələ gəlir, sonra quruyur və tökülürlər. Meyvələrdə kiçik qonurtəhər basılmış
qovuşan ləkələr formalaşır. Budaqlarda böyük olmayan qəhvəyi və ya qara yaralar əmələ gəlir.
Xəstə budaqlar çox zaman ölürlər.
Çəyirdəkli meyvə bitkilərində bakterial ləkəlik xəstəliyini Xanthomonas campestris pv. pruni Dye
bakteriyası törədir. Bu hərəkətli iki qamçılı çubuqlardır. Onların inkişafı üçün optimal temperatura
25°S-dir. Bakteriya bitkinin yoluxmuş orqanlarında qışlayır.
Mübarizə tədbirləri.
- Erkən yaz dövrü bağda aparılan aqrotexniki tədbirlər kompleksinə daxil olan yoluxmuş
budaqların vaxtında kəsilməsi və plantasiyadan kənarlaşdırılması əhəmiyyətlidir.
- Ağaclar nisbi sükunət dövrimdə olduqda DNOK-la ciddi dərmanlanır.
- Vegetasiya dövrü klasteprosporioz, moniliyoz, şaftalıda yarpaq qıvrılması və s. xəstəliklərə
qarşı fungisidlərlə aparılan çiləmələr bakterial ləkəlik üçün də önəmlidir.
9. Buğda bitkisinin septoriozu, septoriozla mübarizə necə aparılmalıdır.
Xəstəliyin törədicisi Septoria nodorum təsnifata görə Asco mycota şöbəsinin, Dothideomycetes
sinifinin, Capnodiales sırasının, Mycosphaerellaceae fəsiləsinin, Septoria cinsinin
nümayəndəsidir. Berk göbələklərin Sphaeropsidales sırasına aiddir. Xəstəlik bitkinin bütün
yürüstü orqanlarında: yarpaq, gövdə və sünbülündə özünü göstərir. Yarpaq və gövdə üzərində
əvvəlcə sarımtıl qonur rəngdə xırda ləkələr müşahidə edilir və bu ləkələr getdikcə böyüyərək qara
nöqtəyə bənzər, adi gözlə də görünən piknidi (göbələyin meyvə bədəni) əmələ gətirir. Xəstəliyin
təsiri nəticəsində bitkinin gövdəsi büzüşüb qaralır və əyilməyə başlayır. Özü və sünbül pulcuqları
üzərində çoxlu piknidlər əmələ gətirir və gendən alabəzək şəklində görünür. Belə sünbüllərdə olan
dənlər olduqca yüngül olur. Sep torioz bəzən sünbüldə mayalanmanın pozulmasına da səbəb
olur
Mübarizə tədbirləri. Aqrotexniki mübarizə tədbirləri unlu şeh xəstəliyində olduğu kimidir. Kimyəvi
mübarizə məqsədilə vegeta siya dövründə unlu şeh xəstəliyində işlədilən preparatlardan istifadə
olunur.
10. Tağlı bitkilərdə quru ləkəlik ya yarpaqların alternariozu xəstəliyi, onunla mübarizə.
Tağlı bitkilərdə quru ləkəlik və ya yarpaqların alternariozunu əmələ gətirən göbələk çoxlu sayda
əks sancaqşəkilli, tünd qəhvəyi rəngli 3-8 eninə və 1-4 uzununa arakəsməli konidilər əmələ gətirir.
Konidilər uzun, bəzən budaqlanan, hər birində 6-8 ədəd olmaqla zəncir formalaşdırırlar. Hava
cərəyanı ilə yayılan konidilər istixanada dağılır və daim yeni bitkiləri yoluxdurur.
Sirayətlənmiş bitkilərin istixanada və tarlada qalan qalıqları infeksiyanın bərpa olunmasında
iştirak edirlər. Patogen mitsel və konidi mərhələsində qışlayır. Göbələk toxumların səthində də
qışlaya bilir.
Mübarizə tədbirləri. A.K.Axatov, F.S.Cəlilov (2002) məlumat verirlər ki, xəstəliyə qarşı davamlı
sortlar qeydə alınmamışdır. Xəstəliklə ən yaxşı mübarizə adi fitosanitar tədbirlərin həyata
keçirilməsidir. Xəstəliyin istixanada ilkin əlamətləri göründükdə 0,7%-li bordo məhlulu və ya
0,3%-li mis xloroksidi ilə çiləmələr səmərəli nəticələr verir.
11. Pomidorun antraknoz xəstəliyi və onunla mübarizə tədbirləri.
Xəstəlik üst yarpaqlardan başlayır və bitkinin soluxması ilə meydana çıxır. Belə bitkilər torpaqdan
asanlıqla çıxır, onların kökləri dağılmış vəziyyətdə olur, burada toxumaya yüklənmiş kiçik
sklerosiyalar görünür. Bəzən gövdə və meyvələrdə qonur yastıcıqlar (lojalar) da müşahidə
edilir. Xəstəliyi törədən göbələk inkişaf tsiklində uzun qara tüklü konidial loja əmələ gətirir.
Konididaşıyanlar birhüceyrəli, demək olar ki, rəngsiz və ya qonurtəhər, konidilər uzunsov-silindrik,
əyilmiş uclu, ölçüləri 15-22 x 3-6 mkm-dir. Göbələk kartofu da yoluxur. Torpaqda sklerosiya
halında qışlayır.
Mübarizə tədbirləri. Növbəli əkinə əməl etməklə. pomidor əvvəlki əkin yerinə 3 ildən sonra
qaytarılmalıdır. Havalanmanı kifayət qədər təmin etmək üçün optimal bitki sıxlığına əməl edilməli,
meyvələrin yetişməsi fazasında qruntda optimal nəmlik gözlənilməli, suvarılma günün birinci
yarısında aparılmalıdır. Ehtiyac duyulduqda fungisidlərlə çiləmə aparıla bilər.
12. Alma yarpaqlarının xloritik ləkəliyi xəstəliyi v onunla mübarizə tədbirləri.
Alma, armud və heyvanın ən geniş yayılmış xəstəliyidir. Almada yarpaq-ların xlorotik ləkəliyi,
deformasiyası formasında meydana çıxır. Yabanı alma növlərində simptomlar daha yaxşı seçilir.
Erkən yazda armudun yarpaqları 3-5 günlük olduqda səthlərində dağınıq şəffaf ləkələr əmələ
gəlir, sonra həmin ləkələr üzük forması alır. Kəskin istilərin düşməsi ilə əlaqədar həssas sortlarda
yarpaqların nekrozlaşması baş verir, son nəticədə yoluxmuş toxuma tökülür. Yayın II yarısında
daha davamlı sortlarda xəstəliyin əlamətləri gizlənir və yeni yarpaqlarda xəstəliyin simptomları
müşahi-də edilmir. Xəstəliyin əlamətləri yetkin meyvələrin qabığında yaşıltəhər və ya tünd halqa
formasında aşkar edilir, bu zaman meyvənin forması dəyişmir, lətli hissənin nekrozlaşması
müşahidə olunmur.
Xəstəliyi törədən virusun hissəcikləri sapşəkillidir. Virus 53-550C tempe-raturda inaktivasiyaya
uğrayır. Çox zaman xəstəlik törədici latent, yəni gizli for-madadır. Xəstəlik xüsusilə tinglik üçün
çox təhlükəlidir.
Mübarizə tədbirləri. Bağda yüksək aqrofon yaradılması, mozaika və yarpaqların xlorotik
ləkəliyinin törədicilərinə qarşı inteqrir mübarizə tətbiq edil-məlidir.
13. Tağlı bitkilərin unlu şeh xəstəliyi, onunla mübarizə.
Yarpaqların əvvəlcə üst, sonra alt tərəfində ağ unlu örtük inkişaf edir. Yarpaqlar və gövdələr
güclü yoluxan zaman tamamilə unlu örtüklə əhatə olunur, yarpaqlar saralır və quruyurlar.
Yoluxan orqanların səthində formalaşan ağ örtük xəstəliyi törədən göbələyin mitseli və
spormərhələsindən ibarətdir. Mitsel əmzik əmələ gətirir və qaustoriyanın köməyi ilə yarpaq
hüceyrəsinə daxil olur. Mitseldə zəncir üzərində düzülmüş konidilərlə konididaşıyanlar əmələ
gəlir. Bitkinin vegetasiyası dövrü xəstəlik konidilərlə yayılır, bu zaman xəstəlik törədicinin
inkubasiya müddəti hava şəraitindən asılı olaraq 3-4 gündür. Vegetasiyanın sonunda unlu
örtük üzərində qara qonur nöqtələr kleystotesilər zühur edir. Kleystotesilər çoxsaylı, 80-150
mkm diametrli, sadə qısa çıxıntılıdır. Xəstəliyi törədən göbələyin növündən asılı olaraq
kisə və kisəsporların sayı dəyişir. Erysiphe cichoracearum f. cucurbita-cearum göbələyinin
kleystotesilərində kisələrin sayı çox olsa da, hər kisədə iki kisəspor mövcuddur. Sphaerotheca
fuliginea cucurbitae növündə isə bir kisə və kisədə 8 kisəspor vardır.
Mübarizə tədbirləri. Xəstəliyə qarşı davamlı sortların becərilməsi, növbəli əkin sisteminə ciddi
əməl edilməli, tağlılar əvvəlki əkin yerinə 4 ildən tez qaytarılmamalıdır. Toxum materialı sağlam
tarladan və sağlam meyvələrdən toplanmalıdır. Tağlı bitkilərin toxumları hökmən 80%-li TMTD-nin
suspenziyası ilə (0,3 kq/1 sentner toxum) dərmanlanmalıdır. Suspenziya hazırlamaq üçün dərman
1 l suda isladılır, ona 0,2% NaKMÇ yapışdırıcısı əlavə edilir. Suspenziyaya 0,1 qr/l borat turşusunu
daxil etdikdə bitkilərin xəstəliklərə qarşı davamlılığı güclənir. Toxumların səpinə 2-3 ay qalmış
dərmanlanması məsləhət görülür.
15. Çəyirdəklilərin sitosporozu və ya infeksion quruması və onunla mübarizə yolları.
Meyvə bitkilərinin, о cümlədən çəyirdəklilərin ən geniş yayılmış xəstəliklə-rindən biridir.
Xəstəliklə bütün çəyirdəkli meyvə bitkiləri, xüsusilə cavan ərik və şaftalı plantasiyaları sirayətlənir,
bəzən də xəstəliyin nəticəsində məhv olurlar.
Budaqların quruması və ağacların ölməsinə adətən yazda və ya yayın bi-rinci yarısında təsadüf
olunur. Əgər ağacların məhvi yarpaq tumurcuqlarının açıl-masına qədər baş verirsə, qönçələr
qonurlaşır, qıvrılır, quruyur və məhv olmuş budaqdan uzun müddət tökülmürlər. Əgər yarpaq
tumurcuqları açılarsa, yarpaqlar kiçik, xloritik olurlar. Quru isti havaların düşməsi ilə əlaqədar
(mayın sonu - iyun ayının əvvəlləri) belə yarpaqlar 3-4 gün müddətində quruyur, yaşıl rəngi itirmir
və habelə uzun müddət ağacdan asılı vəziyyətdə qalır. Budaqların belə tez bir zamanda məhvi
aparıcı boruların tutulması ilə əlaqədardır. Oduncaq birtərəfli qaydada nekrozla yoluxduqda
ağaclar yavaş-yavaş quruyur və onların tam məhvi 3-4 ildən sonra başlayır.
Mübarizə tədbirləri. Profilaktiki tədbirlər bitkilərin sitosporoz xəstəliyinə qarşı davamlılığının
yüksəldilməsinə yönəldilməlidir: sortların düzgün seçilməsi, bitkilərə düzgün aqrotexniki qulluq,
bitkiləri günəş və günəş-şaxta yanıqlarından qorumaq, monilioz, klasterosporioz və başqa
xəstəliklərlə yoluxmanın qarşısını almaq, budama zamanı yara yerlərinin yağlanması, rənglənməsi
və s. sitosporoz-la yoluxmuş budaq və ağaclar bağdan kənarlaşdırılmalı və məhv edilməlidir.
Çə-yirdəklilər becərilən bağlarda profilaktiki mühafizə çiləmələri yazda və payızda 3%-li bordo
mayesi ilə aparılır. Bu zaman bitkilər nisbi sükunət fazasında ol-malıdır.
16. Buğda sünbüllərinin qaralması və onunla mübarizə.
Qara ləkəlik bakteriozu yarpaq, gövdə, sünbüllərdə zühur edir. Yarpaqlarda əvvəlcə kiçik sulu
ləkələr formalaşır, tədricən ləkələr irilir, qəhvəyiləşir, hətta qara rəng alır. Gövdələr yoluxan zaman
buğumun altında qəhvəyi və ya qara zolaqlar əmələ gəlir, sünbülün altında saman qonurlaşır.
Xəstəliyin xarakterik əlaməti xüsusilə təpə hissədə sünbül pulcuqlarının qaralmasıdır. Mil oxları
nadir hallarda qaralırlar. Xəstəlik güclü inkişaf edən zaman bütün sünbül qonurlaşır, buna
görə də xəstəliyi çox zaman buğdanın qara bakteriozu adlandırırlar. Bakteriya günəş şüalarına,
donmaya və qurumağa çox həssasdır. Bakteriya bitkidən bitkiyə yağış, su damcısı, həşə-ratlarla,
bəzən küləklə yayılırlar. Bitkiyə ağızcıq və yara yerlərindən daxil olur. Pulcuq və dənlərdə
hüceyrəarası lövhəni həll edir və hüceyrə aralarında selik əmələ gətirir.
Xəstəlik dənin formalaşması mərhələsində yüksək rütubət şəraitində güclü inkişaf edir.
Bitki qalıqları çürüyən zaman bakteriyalar da ölürlər. Yoluxmuş dənlərlə səpin aparanda
cücərtilərin bir hissəsi məhv olsa da, digər hissəsi inkişafını davam etdirir, eyni zamanda boru
sistemində yerləşən patogen bitkilərin diffuz yoluxmasına səbəb olur.
Mübarizə tədbirləri. Alaq otları və bakteriyanın daşıyıcıları olan həşəratlarla mübarizə elmi
əsaslarla aparılmalı, aqrotexniki tədbirlər kompleksinə əməl edilməlidir. Toxumların səpinqabağı
dərmanlanması məsləhət görülür.
17. Kartof bitkisinin fitoftoroz xəstəliyi, onunla mübarizənin əsas istiqamətləri.
Kartofda fitoftoroz xəstəliyini ilk dəfə dahi alman botaniki Anton de Bari 1861-ci ildə təsvir
etmişdir. Fitoftora sözünün mənası bitkini yeyən, dağıdan anlamına gəlir.
Xəstəlik törədici yarpaq, gövdə və kartof yumrularını yoluxur. Əvvəlcə xəstəliyin simptomları
sulutəhər ləkələr formasında alt yarpaqların kənarlarında əmələ gəlir. Rütubətli hava zamanı ləkə
tezliklə böyüyür və şəffaf yaşıl haşiyəli qonur rəng
alır. Ləkənin alt tərəfində göbələyin spor mərhələsindən ibarət ağ örtük meydana çıxır.
Gövdələrdə xəstəliyin simptomları tünd-qonur ləkə şəklində baş verir, bu isə gövdələrin sınması
ilə nəticələnir.
Mübarizə tədbirləri. Hər bir ekoloji-coğrafi zona üçün əlverişli olan davamlı sortlardan istifadə,
səpin üçün yalnız sağlam yumrular seçilməli, toxumluq yumrular 80%-li TMTD-nin 3,5%-li sulu
suspensiyası ilə (2,1-2,5 kq dər¬man 50 l suya qarışdırılır və 1 ton toxuma məsarif edilir)
dərmanlanır.
18. Tağlı bitkilərin kələ-kötür ləkəliyi və onunla mübarizə.
Örtülü və açıq qruntda becərilən xiyar bitkiləri yoluxurlar. Xəstəlik bəzi illərdə yemiş, qarpız və
qabaq bitkilərində də rast gəlinir.
Bitkinin bütün inkişaf mərhələsində əsasən yarpaqlar sirayətlənir. Yarpaqların səthində damar
boyunca sarı-yaşıl dairəvi və ya kələ-kötür ləkələr inkişaf edir. Belə ləkələr az bir müddətdə irilənir
və bir-biri ilə qovuşur.
Ləkə kələ-kötür formada müşahidə edildikdə çox zaman onu bakterioz kimi diaqnoz edirlər.
Bakteriozdan fərqli olaraq yalançı unlu şehdə yarpağın alt tərəfində olan ləkələrdə bakteriya
yığınından ibarət ekssudat toplanmır, borular arası toxuma tökülmür, havanın yüksək rütubəti
zamanı yalançı unlu şehlə yoluxmuş yarpaqların altında boz-bənövşəyi örtük formalaşır. Bu
örtuk isə xəstəliyi törədən göbələyin spormərhələsindən ibarətdir. Müəyyən vaxtdan sonra ləkə
tamamilə böyüyür və yarpağın bütün özəyini tutur. Belə yarpaqlar tezliklə qonur rəng olur, quruyur
və kövrəkləşərək dağılırlar.
Mübarizə tədbirləri. Bitki qalıqları toplanmalı, açıq sahədən və ya istixanadan kənarlaşdırılmalıdır.
Növbəli əkin sisteminə əməl edilməlidir. Tağlı bitkilər, eləcə də xiyar əvvəlki əkin yerinə 2-3 ildən
sonra qaytarılmalıdır. Parnik və istixanalar dezinfeksiya edilməli, torpaq zərərsizləşdirilməlidir.
Səpindən əvvəl toxum sortları kütləsinə görə sortlaşdırılmalı, mikroelementlərlə
zənginləşdirilməli və kimyəvi dərmanlarla dərmanlanmalıdır
19. Badimcan və bibər bitkisinin antraknoz xəstəlikləri və onunla mübarizə yolları.
Antraknoz bibərin bütün yerüstü orqanlarını böyümə mərhələsindən asılı olmayaraq yoluxur.
Toxmacarların yoluxması filqə yarpaqlarla məhdudlaşa bilir, bu zaman infeksiya uzaq məsafələrə
yayıla bilmir. Yarpaq və gövdələrdə nekrozlu ləkələr əmələ gəlir, burada da ləkənin rəngi
bozdan qəhvəyiyə qədər dəyişə bilir. Yüksək iqtisadi itkilərlə səciyyə olunan forma meyvələrin
sirayətlənməsidir. Meyvələrdə xəstəliyin simptomları su ilə zəngin hissələrdə baş verir və meyvə
tədricən sarıyabənzər qəhvəyi və ya qəhvəyi rəng alır. Meyvə üzərində meydana çıxan zədələr
kiçikdir, həlqəvidir, belə zədələr birləşir və meyvə toxumasının əhəmiyyətli bir hissəsini tutur.
Rütubətli hava zamanı meyvələrin üzərində çəhrayı, narıncı çəhrayı və narıncı rəngli spor kütləsi
yerləşir. Göbələyin növündən asılı olaraq yoluxmuş sahədə qara və ya qəhvəyi sapabənzər
strukturlar fərqlənirlər. Mübarizə tədbirləri. Antraknoz xəstəliyi ilə mübarizədə müasir bitki
mühafizəsinin bütün elementlərindən istifadə edilməlidir. İnteqrir mübarizə üsuluna üstünlük
verilməlidir, ona görə ki, bu metod xəstəliyə qarşı davamlı sortların becərilməsinə, patogenlərə
qarşı onların antaqonistlərindən istifadəyə, bioloji üsulun daha geniş tətbiqinə əsaslanır. Bütün
bunlarla yanaşı xəstəliyin ilkin simptomları göründükdə kontakt (1%-li bordo məhlulu, 0,5%-li
moniko bordo, 0,4%-li misxloroksidi) və sistem (0,1%-li ridomil) təsirli fungisidlərin növbəli
tətbiqinə ehtiyac duyulur.
20. Üzümdə mildyu və yalançı unlu şeh xəstəliyi, mübarizə tədbirləri haqqında.
Mildyu üzüm tənəyinin bütün yaşıl orqanlarında - yarpaq, budaq, zoğ, qönçə, çiçək, salxımlarda
inkişaf edir. Təzə yetişməyə başlayan salxımlar xəstəliyə tutulmur.
Yarpaqlar mildyu ilə bütün vegetasiya dövrü sirayətlənirlər. Cavan yarpaqlarda xəstəlik xarakterik
solğun yaşıl və ya sarı, azca parlaq, yağlıtəhər müxtəlif forma və ölçülü ləkələr əmələ gətirir.
Rütubətli hava şəraitində mildyulu ləkələrin alt tərəfində ağ, asanlıqla silinən örtük formalaşır.
Həmin örtük göbələyin qeyri-cinsi konidi mərhələsindən ibarətdir. Rəngli üzüm sortlarında
yoluxmuş yarpaq toxumaları qırmızı rəng alır. Nəticədə sirayətlənmiş yarpaq sahələri quruyur.
Xəstəlik güclü inkişaf edən zaman yarpaq tamamilə məhv olur və asanlıqla saplaqdan qopur.
Mübarizə tədbirləri. Üzüm bitkisini mildyu xəstəliyindən qorumaq üçün davamlı sortların
yaradılması və becərilməsi, yüksək keyfiyyətli və sağlam əkin materialının istehsalı, yüksək
məhsuldar plantasiyaların yaradılması, habelə aqrotex- niki və kimyəvi mübarizə kimi kompleks
tədbirlər sistemi həyata keçirilməlidir.
Torpaq və cərgəaraları yüksək keyfiyyətlə becərilməli, patogen ehtiyatı azaldıl- malıdır. Torpağın
aqrokimyəvi analizi əsasında ona üzvi və mineral gübrələr verilməlidir.
21. Pomidor bitkisinin fitoftoroz xəstəliyi və ona qarşı kimyəvi mübarizə.
Xəstəliklə bitkinin yarpaq, gövdə və meyvələri yoluxur. Fitoftorozun ilkin əlamətləri adətən
pomidor kolunun aşağı yarpaqlarında kiçik səpələnmiş qonur rəngli ləkələr şəklində meydana
çıxır. Əlverişli hava şəraitində (yüksək rütubət, mülayim davamlı hava) ləkə tezliklə böyüyür və
bütün yarpağı əhatə edir. Rütubətli hava zamanı məhv olmuş toxumanın kənarlarında (adətən
yarpağın alt tərəfində) yüngül torlu örtük inkişaf edir. Həmin örtük göbələyin mitselindən
ibarətdir.
Pomidorda fitoftoroz yayın ortalarında və ya sonunda müşahidə edilir.
Tarlada xəstəliyin inkişaf mənzərəsi meteoroloji şəraitdən asılı olaraq dəyişilir. Uzun müddətli isti
və rütubəli hava xəstəliyin intensiv inkişafına kömək edir. Belə şəraitdə bir-neçə gün müddətində
gövdələr qara çürüyən kütləyə çevrilir. Xəstəliyin güclü inkişafı zamanı bir çox meyvələr təzə
halda istifadəyə və texniki işlənməyə yararsızlaşır.
Kimyəvi mübarizə tədbirləri. yüksək profilaktiki və aqrotexniki tədbirlər pomidor bitkilərini
xəstəlikdən qorumur. Ona görə də kimyəvi üsul mobilliyi və yüksək iqtisadi səmərəliliyi ilə
bitkilərin xəstəliklərdən mühafizə sistemində əhəmiyyətli yer tutur. Kimyəvi mühafizə vasitələrinin
rasional tətbiqi yüksək aqrotexniki fonda mövcud məhsul itkilərinin qarşı¬sını alır, onun
keyfiyyətini yüksəldir. Pomidoru fitoftorozdan qorumaq üçün aşağıdakı kontakt və sistem təsirli
fungi¬sidlərdən istifadə olunur: akrobat MS 69% i.t. 1,8 kq/ha; kvadris 25% s.k. 0,3 kq/ha; ridomil
qold MS 68% i.t. 2,5 kq/ha; kuproksat 34,5% k.ş. 3,0 kq/ha; penko¬seb 80% i.t. 2,0 kq/ha; mis
xloroksidi 90% i.t. 2,4 kq/ha. Kontakt və sistem təsirli fungisidlərin hava şəraiti nəzərə alın¬maqla
növbəli tətbiqi yüksək bioloji və iqtisadi səmərəliliyi müəyyən edir.
Dostları ilə paylaş: |