1. Dil işarəsi haqqında təlim. Dil işarəsinin təbiəti. Dil işarəsi təlimi



Yüklə 18,13 Kb.
səhifə1/4
tarix02.01.2022
ölçüsü18,13 Kb.
#47973
  1   2   3   4
Sosiolinqv kv 2


1.Dil işarəsi haqqında təlim. 2. Dil işarəsinin təbiəti. 3. Dil işarəsi təlimi.

F. Sössör dili işarə sistemi hesab edirdi. Dil fikir ifadə edən işarələr sistemidir, həm də semiotik sistemlərdən ən mühümüdür. Sössör 1-ci dilçidir ki, semiologiya haqda məsələ qaldırmışdır. Semiologiya cəmiyyətin həyatında işarələrin fəaliyyətini öyrənir. Bu elmin vəzifəsi işarələrin təbiətini və işarələri idarə edən qanunları aşkara çıxarmaqdır. Dilçilik bu elmin yalnız bir hissəsidir. Semiotika ümumi psixologiyanın bir hissəsi hesab olunur. Deməli, eyni zamanda, bu elmin bir hissəsi olan dilçilik də ümumi psixologiyaya daxildir. Yəni ümumi psixologiyanın bir hissəsidir. Dil işarəsi əşya və onun adını deyil, məhfum və akustik obrazı birləşdirir. Akustik obraz material səslənmə deyil. Səslənmənin bizim hiss orqanlarmız vasitəsilə alınan əlamətidir, təsəvvürüdür. Dil işarəsi psixi əhəmiyyətə malik olduğu üçün dilin linqvistikası işarələri öyrənən semiologiya elminin bir hissəsi olmalıdır. F. Sössör dil işarələrini başqa işarələrdən fərqləndirən xüsusiyyətləri göstərmişdir. Onun fikrincə, dil işarəsi 2 mühüm xüsusiyyətə malikdir. Bu xüs-lər eyni zamanda dil sisteminin fəaliyyət göstərməsi prinsipləridir. Bunlar işarənin ixtiyariliyi prinsipi və işarələyənin xəttiliyi prinsipidir. Dil işarəsinin 1-ci əlaməti onun ixtiyarilidir. İşarələyənlə işarələnən əlaqəsi ixtiyaridir. İşarələyənlə işarələnən arasındakı əlaqənin ixtiyari olması məfhumla onun adı arasında üzvi,zəruri əlaqənin olmaması deməkdir. Yəni hər hansı işarəyə ad ixtiyari şəkildə verilir. Dil işarəsinin ixtiyariliyi prinsipi dilin linqvistikası üçün böyük əhəmiyyətə malikdir. Dünyada elə bir dil tapmaq mümkün deyildir ki, orada bütün dil işarələri mütləq surətdə ixtiyari olsun. Dil işarələrinin yaxşı müəyyən bir hissəsi ixtiyari olur. Dil işarələrinin mühüm hissəsi az ya çox dərəcədə motivləşmiş olur. Məs, 30 sözü ixtiyaridir, 90 sözü isə motivləşmişdir. Çünki doxsan 9 və 10sözlərindəndir. 9 və 10 sözləri ixtiyaridir, 90 isə artıq motivləşib.  Dil işarəsinin 2-ci əlaməti onun xəttiliyidir. Yəni işarələyənin xətti səciyyə daşımasıdır. Sössör göstərirdi ki, işarələyənin eşitmə xüsusiyyəti olduğu üçün yalnız zamanca inkişaf edir və zamannan alınmış əlamətlərlə səciyyələnir. İşarələyənlər eyni zamanda təzahür edə bilməz. Onların bir-birinin ardınca gəlir və deməli xətti zəncir yaradır. Sözlərdəki səslər ardıcıl yerləşə bilər. Hər səsin özünəməxsus əlamətləri mövcuddur. Belə əlamətlər həmişə xətti yox, həcmi səciyyə daşıyır. Yəni bir səs eyni zamanda bir neçə əlamətə malik olur. Dil işarəsinin xəttiliyi əlaməti sözlərdəki səslərə aiddir. Sössör göstərirdi ki, işarənin xəttiliyi əlaməti dili yox nitqi səciyyələndirir.




Yüklə 18,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin