1. Ekologiyanın kompleks uçotu çərçivəsində ətraf mühitin mühafizəsinə



Yüklə 170,5 Kb.
səhifə1/18
tarix05.05.2023
ölçüsü170,5 Kb.
#108058
  1   2   3   4   5   6   7   8   9   ...   18

1. Ekologiyanın kompleks uçotu çərçivəsində ətraf mühitin mühafizəsinə
çəkilən xərclərin formalaşdırılması üzrə metodoloji tövsiyələr

Milli hesablar sisteminin təkmilləşdirilməsində əsas məqsədlərdən biri aqreqat göstərici olan “Təbiəti mühafizə xərcləri”nin (ətraf mühitin mühafizəsinə çəkilən xərclər) ekoloji və iqtisadi uçot çərçivəsində formalaşdırılmasından ibarətdir.


Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəni, bütövlükdə təbiətin çirkləndirilməsinin qarşısının alınması, ona nəzarət edilməsi və təbiətin insan fəaliyyətinə mənfi təsir göstərən və ya göstərə biləcəyi əsas elementlərinin qismən saxlanması və bərpa edilməsinə yönəldilmiş kompleks tədbirlər kimi xarakterizə etmək olar.
Təbiəti mühafizə xərclərinə dair məlumatların digər makroiqtisadi göstəricilərlə uzlaşdırılması məqsədilə bu göstəricinin təyin edilməsi üsulları və hesablanması metodları ekoloji və iqtisadi uçot sistemi çərçivəsində bir-biri ilə uyğunlaşdırılmalıdır.
Tövsiyələrdə ölkə səviyyəsində fəaliyyət göstərən statistik müşahidə sistemi çərçivəsində ətraf mühitin mühafizəsinə çəkilən xərcləri xarakterizə edən göstəricilər sadalanır.
Ətraf mühitin mühafizəsinə çəkilən bütün xərclərin yekununun təyin edilməsi hazırki dövrdə aşağıdakı təbiəti mühafizə tədbirləri üzrə həyata keçirilə bilər:

  • su hövzələrinin çirkab sulardan mühafizəsi;

  • atmosfer havasının çirkləndirici maddələrdən qorunması;

  • torpaq və meşə resurslarının mühafizəsi;

  • balıq ehtiyatlarının bərpa edilməsi;

  • xüsusi qorunan təbii ərazilərin mühafizəsi;

  • bərk istehsal və istehlak tullantılarının (ilk növbədə onların zəhərlilik dərəcələri üzrə) təkrar emalı, zərərsizləşdirilməsi, basdırılması və anbarlara yığılması üçün qurğuların (tikili və poliqonların) tikintisi və istismarı.

Beynəlxalq təcrübəyə görə, “Ətraf mühitin mühafizəsinə çəkilən xərclər” göstəricisini aşağıdakı istiqamətlərdə çəkilən xərclərin toplanması yolu ilə formalaşdırmaq olar:
- ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı olan müəssisələrin cari xərcləri;

  • insanın yaşayış mühitinin qorunub saxlanması, qoruqların saxlanması, ətraf mühitə nəzarət və monitorinqi, həmçinin idarəetmə sisteminin əlaqədar struktur və bölmələrinin saxlanması ilə bağlı dövlət idarəetmə orqanlarının cari xərcləri (elmi tədqiqat və işləmələrə və ekoloji təhsilə ayrılan büdcə vəsaiti uçota alınmamaqla);

  • təbiəti mühafizəyə aid olan sahədə elmi- tədqiqat işlərinə çəkilən xərclər;

  • ətraf mühitin mühafizəsinə dair təhsil və maarifləndirmə xərcləri;

  • ətraf mühitin mühafizəsi tədbirlərinə və təbii sərvətlərdən səmərəli istifadəyə yönəldilən əsas kapitala investisiyalar;

  • ətraf mühitin mühafizəsini həyata keçirən əsas fondların əsaslı təmiri.




Yüklə 170,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin