1 Felin indiki zamanı haqqında fikirlərdən biri səhvdir



Yüklə 13,51 Kb.
tarix02.01.2022
ölçüsü13,51 Kb.
#39156
İndiki Zaman


İndiki Zaman

(Садашње Време)

1) Felin indiki zamanı haqqında fikirlərdən biri səhvdir:


A) Felin indiki zamanının iki növü var

B) Danışır, fikirləşir, oxuyur sözləri felin indiki zamanındadır

C) Felin indiki zamanı hazırda, danışıq zamanı baş verən hərəkəti bildirir

D) Felin indiki zamanı ır4 şəkilçisi ilə düzəlir


2) İndiki zamanı bildirən feli seçin:


A) Oxuyacaq

B) Oxumuşsan

C) Oxuyur

D) Oxudu

3) - ır4 şəkilçisi felin hansı zaman şəkilçisidir:


A) Şühudi keçmiş

B) İndiki

C) Keçmiş

D) Gələcək


4) Cümlələrdən hansında felin indiki zamanı işlənilib?


A) Havada hərəkət yox idi, demək, gün çox isti olacaqdır

B) Görürəm, dan yeri yeni sökülür

C) Yalnız dünən dənizlərin ağır toplu gəmiləri sahillərə lövbər saldı

D) Çox keçmişəm bu dağlardan


5) Felin indiki zamanı haqqında fikirlərdən biri düzgündür:


A) Felin indiki zamanının iki növü var

B) Felin indiki zamanı hərəkətin danışıq vaxtından əvvəl baş verdiyini bildirir

C) Felin indiki zamanı – ar, - ər şəkilçiləri ilə yaranır

D) Felin indiki zamanı hazırda, danışıq zamanı baş verən hərəkəti bildirir


6) Biri felin indiki zamanının inkarındadır:


A) gəlməz

B) gəlməmişdir

C) gəlmədi

D) gəlməyib

E) gəlmir

7) Biri felin indiki zaman şəkilçisidir:


A) -ıb, -ib, -ub, -üb

B) -ır, -ir, -ur, -ür

C) -mış, -miş, -muş, -müş

D) -acaq, -əcək

E) -dı, -di, -du, -dü

8) İndiki zamanın neçə növü var?


A) 2

B) 5


C) 1

D) 4


E) 3

9) Felin indiki zamanı bu şəkilçi ilə düzəlir?


A) -ib

B) -ar


C) -ır

D) -acaq


E) -mış
Yüklə 13,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin