1 İnformasiya sistemlərinin arxitekturası 7 Ümumi anlayışlar İT-nin qiymətləndirilməsi meyarları



Yüklə 98,77 Kb.
səhifə1/6
tarix09.11.2019
ölçüsü98,77 Kb.
#29554
  1   2   3   4   5   6
yazi (1)

1.7. İnformasiya sistemlərinin arxitekturası

1.7.1. Ümumi anlayışlar

2.3. İT-nin qiymətləndirilməsi meyarları



2.3.1. İT-nin qiymətləndirilməsinə ümumi yanaşmalar

İstənilən növ texnologiyaların tətbiqi nəticəsində əldə edilən, kifayət qədər universal ümumi səmərəlilik meyarı kimi sosial zamanın qənaəti istifadə oluna bilər. Sosial zaman dedikdə fərd, qrup və ya cəmiyyətin mövcudluğunun müəyyən dövri ərzində hadisələrin baş vermə tempi (sürəti) və ritmi (ahəngi) başa düşülür. Bu meyarın səmərəliliyi informasiya texnologiyalarının timsalında daha aydın görünür.

Sosial zamanın qənaət edilməsi vacibliyi diqqətimizi, birinvi növbədə, daha kütləvi inforasiya prosesləri ilə əlaqəli olan texnologiyalara yönəlir. Həmin proseslərin optimallaşdırılması onların geniş və dəfələrlə istifadəsi hesabına sosial zamanın daha çox qənaətini təmi etməlidir.

İstifadə olunan İT-lərin səviyyəsi keyfiyyət və kəmiyyət xarakteristikaları əsasında qiymətləndirilə bilər. Keyfiyyət xarakteristikalarına, məsələn, aşağıdakıları aid etmək olar:



  • İnformasiya üzərində yerinə yetirilən əməliyyatların ayrı-ayrı mərhələləinin (toplanma, saxlanma, ötürmə, emal, xaric etmə) həyata keçirilməsi zamanı avtomatlaşdırmanın səviyyəsi;

  • Avtomatlaşdırılmış informasiya texnologiyalarının təşkilində istifadə olunan platforma;

  • İnformasiya texnologiyaları növlərinin inteqrasiya dərəcəsi;

  • Elektron sənəd dövriyyəsinin, müasir telekommunikasiya vasitələrinin və s. istifadəsi.

İT-nin kəmiyyət xarakteristikaları keyfiyyətin qiymətləndirilməsi göstəricilərinin (məsələn, etibarlılıq, mobillik, modifikasiya olunma, səmərəlilik və s.) istifadəsinə əsaslanırlar. İqtisadi səmərəlilik ilə əlaqə olan göstəriciləri nəzərdən keçirək.

2.3.2. İnformasiya texnologiyalarının tətbiqinin səmərəlilik meyarları

Səmərəlilik – hazırda hamı tərəfindən qəbul olunmuş vahid tərifə malik olmayan ümumi iqtisadi anlayışlardan biridir.

Səmərəlilik – sistemin keyfiyyətinin mümkün xarakteristikalarından biridir, yəni xərclərlə sistemin fəaliyyət nəticələrinin nisbəti nöqteyi-nəzərindən sistemin xarakteristikasıdır.

Məhz informasiya texnologiyalarının səmərəliliyi dedikdə xərclərlə sistemin fəaliyyət nəticələri nisbətinin ölçüsü başa düşülür. Səmərəliliyin əsas göstəriciləri kimi əsas hallarda iqtisadi səmərəlilik göstəriciləri nəzərdə tutulur: iqtisadi səmərə, kapital qoyuluşlarının iqtisadi səmərəlilik əmsalı, kapital qoyuluşlarının ödənilməsi vaxtı və s.

İqtisadi səmərə - qiymət formasında ifadə olunmuş, mövcudluğundan alınan qənaət şəklində verilmiş hər hansı bir tədbirin tətbiqinin nəticəsidir.

Belə ki, informasiya texnologiyalarından istifadə edən təşkilatlar üçün qənaətin əsas mənbələri aşağıdakılardır:



  • İnformasiya texnologiyalarının tətbiqi nəticəsində təşkilatların əsas fəaliyyət göstəricilərinin yaxşılaşdırılması;

  • Yeni informasiya texnologiyalarının ən yaxşı erqonomik xarakteristikaları hesabına onların öyrənilməsi müddətinin azalması;

  • İnformasiya texnologiyalarının yeni alətlərinin tətbiqi zamanı məsələlərin sazlanması və istismara verilməsinə sərf olunan maşın vaxtının və digər resursların azalması;

  • İnformasiya-hesablama işlərinin texniki səviyyəsinin, keyfiyyət və həcminin artması;

  • İnformasiya həcminin artması və onun emal vaxtının azalması;

  • Hesablama resurslarının tətbiqi əmsalının, informasiyanın hazırlanması və ötürülməsi vasitələrinin artması;

  • İşçi heyətin, o cümlədən proqram vasitələrinə, avtomatlaşdırılmış sistemlərə, emal sistemləriə xidmət edən yüksək peşəkar işçi heyətinin sayının azalması;

  • İnformasiya texnologiyaları istehlakçısı olan təşkilatda yeni informasiya texnologiyalarından istifadə etməklə tətbiqi məsələlərin proqramlaşdırılması zamanı proqramçıların işlərinin əməktutumunun aşağı salınması;

  • Istismar materiallarına xərclərin azalması.

Kapital qoyuluşlarının iqtisadi səmərəlilik əmsalı informasiya texnologiyalarının yaradılması və ya istismarı nəticəsində yaranan 1 manat birdəfəlik kapital qoyuluşuna görə gəlirin illik artımını göstərir.

Ödənmə müddəti (səmərəlilik əmsalına əks olan kəmiyyət) – kapital qoyuluşlarının istifadəsinin səmərəlilik göstəricisidir. Ödəmə müddəti informasiya texnologiyalarına çəkilən xərclərin əldə edilmiş səmərə ilə ödənilən vaxt dövrüdür. İnformasiya texnologiyalarının səmərəliliyinin təyin edilməsi istehsalın iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və informasiya texnologiyalarının xüsusiyyətlərini nəzərə alaraq xalq təsərrüfatında yeni texnikanın istifadəsi prinsiplərinə əsaslanır.

İlkin iqtisadi səmərə texniki təkliflər və tətbiqin proqnozu əsasında informasiya texnologiyalarının işlənməsi yerinə yetirilənə qədər hesablanır. İlkin səmərə informasiya texnologiyalarının işlənməsinin texniki-iqtisadi əsaslandırılmasının elementidir və onların planlaşdırılması, işlənməsi və tətbiqi zamanı istifadə olunur.

Potensial iqtisadi səmərə əldə edilmiş texniki-iqtisadi xarakteristikalar və informasiya texnologiyalarından maksimum həcmlə istifadəsi haqqında proqnozlaşdırılan verilənlər əsasında işlənmə başa çatdıqdan sonra hesablanır. Potensial səmərə informasiya txnologiyalarının layihəçiləri təşkilatının faəliyyətinin qiymətləndirilməsi zamanı istifadə olunur.

Zəmanətli iqtisadi səmərə konkret tətbiq obyekti üçün zəmanətli iqtisadi səmərə və bir sıra obyektlər üzrə ümumi zəmanətli tətbiq şəklində hesablanır.

Konkret tətbiq obyekti üçün zəmanətli iqtisadi səmərə bir tətbiq üçün işlənmə başa çatdıqdan sonra aşağıdakı verilənlər əsasında hesablanır: layihəçi tərəfindən zəmanətlə verilmiş informasiya texnologiyalarının tətbiqindən alınan xüsusi səmərə; istifadəçi tərəfindən verilmiş zəmanət müddəti; İT-nin istifadəsinin illik həcmi. İnformasiya texnoogiyalarının bir tətbiqindən əldə edilən zəmanətli səmərə layihəçi-təşkilatla istifadəçi-təşkilat arasında razılaşmalar tərtib olunduqda hesablanır. Zəmanətli ümumi səmərə İT-nin qiymətinin əsaslandırılması, onların istehsalı və tətbiqi variantının seçilməsi üçün xidmət edir.

Faktiki iqtisadi səmərə uçot verilənləri və informasiya texnologiyalarının konkret tətbiqləri zamanı çəkilən xərclərin və nəticələrin tutuşdurulması əsasında hesablanır.

Faktiki səmərə aşağıdakı məqsədlərlə istifadə olunur: informasiya texnologiyalarını işləyən, tətbiq və istifadə edən təşkilatların faəliyyətinin qiymətləndirilməsi; iqtisadi inkişaf fondlarına ayrılmış məbləğlərin həcminin təyin edilməsi; İT-nin fəaliyyətinin səmərəliliyinin təhlili; İT-lərin və onların istismar şərtlərinin təkmilləşdirilməsi ilə bağlı texniki təkliflərin işlənməsi.

İnformasiya texnologiyalarının iqtisadi səmərəlilik göstəriciləri aşağıdakılar əsasında təyin olunurlar:


  • informasiya texnologiyalarının istifadəsinin son nəticəsinə göstərilən təsirin nəticələrinin iqtisadi qiymətləndirilməsi;

  • hesablama sistemlərində verilənlərin hazırlanması, ötürülməsi və emalının texnoloji proseslərinə təsirin nəticələrinin iqtisadi qiymətləndirilməsi;

  • İT-lərin yeni növlərinin yaradılmasının texnoloji prosesinə informasiya texnologiyaları tərəfindən göstərdiyi təsirin nəticələrinin iqtisadi qiymətləndirilməsi.


2.3.3. İT-nin tətbiqi zamanı iqtisadi səmərənin hesablanması

Müasir informasiya texnologiyalarının kompüter və kommunikasiya texnikası vasitələri ilə təmin olunurlar. Təbiidir ki, onların istifadəsi kapital qoyuluşlarını (texnikanın, proqram təminatının və s. əldə edilməsi) tələb edir. Buna görə də, İT-nin tətbiqindən əvvəl onların istifadəsinin məqsədəuyğunluğunun iqtisadi əsaslandırılması, platformanın seçilməsinin əsaslandırılması və s. yerinə yetirilməlidir. Başqa sözlə, informasiya texnologiyalarının tətbiqinin səmərəsi hesablanmalıdır.

İnformasiyanın avtomatlaşdırılmış çevrilməsinin səmərəliliyi dedikdə verilənlərin tərtib edilməsi, ötürülməsi və emalı zamanı hesablama və təşkilati texnika vasitələrinin tətbiq edilməsinin məqsədəuyğunluğu başa düşülür.

Hesablanan və faktiki səmərəni ayırırlar. Hesablanan səmərə informasiya işlərinin avtomatlaşdırılması mərhələsində təyin olunur. Faktiki səmərə avtomatlaşdırılmış informasiya texnologiyalarının tətbiqi nəticələrinə görə hesablanır.

İqtisadi səmərənin ümumiləşdirilmiş meyarı kimi canlı və maddiləşmiş əməyə çəkilən minimum xərclər çıxış edir. Bu zaman təyin olunub ki, tətbiqi iş sahələri nə qədər çox avtomatlaşdırılsa, texniki və proqram təminatı o qədər səmərəli istifadə olunur.

Hesablama və təşkilati texnikanın tətbiqindən alınan iqtisadi səmərə birbaşa və dolayı iqtisadi səmərəyə ayrılır.

İnformasiya texnologiyalarının birbaşa iqtisadi səmərəsi dedikdə aşağıdakıların nəticəsində əldə edilən maddi-əmmək resurslarının və pul vəsaitlərinin qənaət edilməsi başa düşülür: informasiya məsələlərinin həlli ilə əlaqəli olan işçi heyətin (idarəedici heyət, mühənis-texniki heyət və s.) ixtisarı; əmək haqqı fondunun azaldılması; konkret növ informasiya işlərinin avtomatlaşdırılması nəticəsində əsas və köməkçi materialların sərfinin azaldılması.

Dolayı səmərə təşkilatlarının fəaliyyətlərinin son nəticələrində özünü büruzə verir. Məsələn, idarəçilik fəaliyyətində onun lokal meryarları kimi aşağıdakılar çıxış edə bilər: məlumatların tərtib edilməsi müddətlərinin azalması; plan-uçot və analitik işlərin keyfiyyətinin artması; sənəd dövriyyəsinin azalması; əməyin mədəniyyətinin ə məhsukdarlığının artması və s. Dolayı səmərənin təhlili amanı əsas göstərici kimi idarəetmənin keyfiyyətinin artması çıxış edir. O, bir-başa iqtisadi səmərədə olduğu kimi, canlı və maddiləşmiş əməyin qənaətinə gətirir.

İqtisadi səmərənin hər iki növü bir-biri ilə sıx əlaqəlidir.

İqtisadi səmərəni əmək və dəyər göstəriciləri vasitəsi ilə təyin edirlər. Hesablamalar zamanı bazis və hesabat dövrlərinin tututşdurulması üsulu əsas hesab olunur. Ayrı-ayrı işlərin avtomatlaşdırılmış formaya çevrilməsi zamanı bazis kimi informasiya texnologiyalarının tətbiqinə qədər (əl ilə emal zamanı) informasiyanın emalına çəkilən xərclər qəbul edilir. İnformasiya işlərinin mövcud avtomatlaşdırılmış sisteminin təkmilləşdirilməsi zamanı isə bazis dövrü kimi əldə edilmiş avtomalaşdırma səviyyəsində informasiyanın emalına çəkilən xərclər qəbul edilir. Bu zaman mütləq və nisbi göstəricilərdən istifadə olunur. Məsələn, sənədlərin əl ilə emalına 100 insan/saat (T0), informasiya texnologiyalarının tətbiqi zamanı isə 10 insan/saat (T1) sərf etmək tələb olunur.

İqtisadi səmərənin mütləq göstəricisi (Tiq) aşağıdakı kimi hesablanır:

Tiq = T0 - T1= 100-10 = 90 insan/saat.


Aydın olur ki, avtomatlaşdırma zamanı sənədlərin emalına, əl ilə emala nisbətən, vaxtın ancaq 10%-i tələb olunur. Əmək məhsuldarlığının indeksindən (Jəm) istifadə edərək, əmək xərclərinin qənaətinin nisbi göstəricisinin təyin edilməsi mümkündür. İnformasiya texnologiyasının tətbiqi nəticəsində sənədlərin emalına aid göstərilmiş misada qənaət 90% təşkil edir. Əmək göstəriciləri ilə yanaşı, dəyər göstəriciləri də hesablanır, yəni bazis (C0) və hesabat (C1) variantlarında informasiyanın emalına çəkilən xərclər (pul vahidi ilə) təyin olunur.

Dəyərin mütləq göstəricisi (Cm) aşağıdakı kimi təyin olunur:

Cm = C1 - C0.

Xərclərin dəyər indeksi (Jd) aşağıdakı düstur vasitəsi ilə hesablanır:

Jd = C1/C0.

Xərclərin ödənilməsi müddəti (Töm) aşağıdakı kimi hesablanır:

Töm = ((TT+PT) K/ (C0 – C1),

burada TT – texniki təminata çəkiləən xərclər, PT – proqram təminatına çəkilən xərclər; K – səmərəlilik əmsalıdır.

Avtomatlaşdırılmış informasiya texnologiyalarının və sistemlərinin işlənməsinin texnoloji mərhələləri respublika və beynəlxalq standartlar tərəfindən reqlamentləşdirilir.

3.1.2.İnterfeyslərin növləri
İnterfeys, ilk növbədə, qaydalar toplusudur. İstənilən qaydalar kimi onların ümumi əlamətə görə qruplaşdırılması mümkündür. Beləliklə, “interfeysin növü” anlayışı insanın kompüter ilə qarşılıqlı əlaqələndirmə qaydalarının oxşar əlamətə görə birləşdirilməsini bildirir.

İstifadəçi interfeysinin müasir növləri aşağıdakılardır:



  1. Əmrlər interfeysi.

  2. Qrafiki interfeys.

  3. Nitq interfeysi.

Əmrlər interfeysi- İstifadəçi interfeysinin bu növünün belə adlandırılması onunla əlaqədardır ki, burada istifadəçi kompüterə “əmrlər” verir, kompüter isə həmin əmrləri icra edir və istifadəçiyə nəticələri təqdim edir. Əmrlər interfeysi paket texnologiyası və əmrlər sətri texnologiyası şəklində realizə olunur.

Paket texnologiyası. Tarixi olaraq texnologiyanın bu növü birinci yaranmışdır. Züs və Süzenin rele tipli maşınlarında (1937-ci il) bu texnologiya artıq mövcud idi. Texnologiyanın ideyası çox sadədir: kompüterin girişinə proqramlar ardıcıllığı və bu proqramların icrası qaydasım təyin edən simvollar ardıcıllığı verilir. Proqram icra olunduqdan sonra, növbəti proqram işə salınır. Müəyyən qaydalara görə maşın özü. üçün əmrlər və verilənləri tapır. Bu texnologiyada insanın maşma təsiri çox azdır və yalnız maşının işinin dayandırılması, proqramın dəyişdirilməsi və yenidən EHM-in işə salınması ilə məhdudlaşır.

Əmrlər sətri texnologiyası. Bu texnologiyada insan tərəfindən informasiyanın kompüterə daxil edilməsinin yeganə üsulu klaviaturanın istifadəsidir, kompüter isə əlifba-rəqəm displeyi (monitoru) vasitəsi ilə informasiyanı insana təqdim edir. Monitor- klaviatura kombinasiyası terminal və ya konsol adlanır. Əmrlər sətrinə əmrlər yazılır. Əmrlər sətri dəvət simvolundan və kursordan (sayrışan düzbucaqlıdan) ibarətdir. Klavişlərin sıxılması zamanı kursorun yerində simvollar peyda olur, kursor özü isə sağ tərəfə yerini dəyişir. Səhv yığılan simvollar şilinə və redaktə oluna bilərlər. Əmr “Enter” klavişinin sıxılması ilə başa çatır. Bundan sonra yeni sətirə keçid yerinə yetirilir. Məhz bu mövqedən kompüter gördüyü işin nəticələrini monitora verir. Sonra proses təkrarlanır. Ən geniş yayılmış əmrlər interfeysi MS DOS əməliyyat sistemində olmuşdur.

Hər iki texnologiya əmrlər interfeysi şəklində realizə olunur: maşına əmrlər verilir, maşın isə onlara “cavab” verir.

Əmrlər interfeysi ilə işləyərkən üstünlük təşkil edən fayllar mətn faylları olmuşdur, belə ki, klaviatura vasitəsi ilə yalnız onların yaradılması mümkün idi.

Hazırda paket texnologiyası praktiki olaraq istifadə olunmur, əmrlər sətri texnologiyasına isə insanın kompüter ilə ünsiyyəti üçün ehtiyat üsul kimi rast gəlmək olar.



Qrafiki interfeys- Bu növ interfeysin səciyyəvi xüsusiyyəti ondadır ki, istifadəçi ilə dialoq əmrlər vasitəsi ilə deyil, qrafik obrazlar (menyu, pəncərələr, digər elementlər) vasitəsi ilə aparılır. Bu interfeysdə də maşına əmrlər verilir, lakin bu “dolayı yolla”, qrafiki obrazlar vasitəsi ilə yerinə yetirilir. Qrafiki interfeys ideyası keçən əsrin 70-ci illərində Xerox firmasının Palo Alto Research Center (PARC) tədqiqat mərkəzində vizual interfeys konsepsiyası işləndikdə yaranmışdır. Qrafiki inter­feysin meydana çıxmasına kompüterin əmrə reaksiya vermə vax­tının azalması, əməli yaddaş həcminin artması, həmçinin kompü­terin element bazasının, texniki xarakteristikalarının (xüsusən də monitorun) inkişafı zəmin yaratdılar. Müxtəlif rəngli istənilən qrafiki təsvirlərin əks etdirilməsi im­kanlarına malik qrafiki displeylər yaradıldıqdan sonra, qrafiki inter­feys bütün kompüterlərin ayrılmaz hissəsinə çevrildi. Tədricən tət­biqi proqramlar tərəfindən klaviatura və siçanm istifadəsinin unifı- kasiyası prosesi keçirildi. Bu iki tendensiyanın birləşməsi nəticə­sində yaranmış istifadəçi interfeysinin köməyi ilə işçilərin öyrədilməsinə minimum vaxt və xərc sərf etməklə istənilən proqram tətbiqləri ilə işləmək mümkün olur. PARC qrupunun 8010 Star Information System qrafiki interfeysli ilk sistemi 1981-ci ildə IBM firmasının ilk kompüterinin dünyaya gəlməsinə dörd ay qalmış yaranmışdır. İlk əvvəl vizual interfeys ancaq proqramlarda istifadə olunurdu. Tədricən o, əvvəlcə Atari və Apple Macintosh kompüterlərində istifadə olunurdu, sonra isə IBM tipli kompüterlərin əməliyyat sistemlərinə keçməyə başladı.

İnterfeysin bu növü iki səviyyədə realizə olunmuşdur:



Sadə qrafiki interfeys- İlk mərhələdə sadə qrafiki interfeys əmrlər sətri texnologi­yasına oxşayırdı. Sadə qrafiki interfeysin əmrlər sətri texno­logiyasından fərqli xüsusiyyətləri aşağıdakılardır:

  • təsvirin əyaniliyinin artırılması məqsədi ilə simvolların əks etdirilməsi zamanı simvolların bir hissəsinin rənglənməsi, inversiyası (qara fonda ağ simvolların əksi ilə, yəni ağ fonda qara simvollar ilə əvəzlənməsi), altından xəttin çəkilməsi və titrəməsinin mümkünlüyü;

  • qrafiki interfeysin konkret realizə edilməsindən asılı olmayaraq kursor tək sayrışan (titrəyən) düzbucaqlı kimi deyil, bir neçə simvol və hətta ekranın bir hissəsini əhatə edən müəyyən sahə ilə təqdim oluna bilər. Ayrılmış həmin hissə digər ayrılmış hissələrdən fərqlənir (adətən rəngi ilə);

  • istənilən klavişin sıxılmasına olan reaksiya kursorun ek­randa tutduğu mövqedən asılıdır;

  • kursorun idarə edilməsi üçün tez-tez istifadə olunan kla- vişlərdən başqa manipulyatorların (siçan, trekbol və s.) istifadəsi başlandı, onlar vasitəsi ilə ekranın tələb olunan sahəsinin cəld ay­rılması və kursorun cəld hərəkət etdirilməsi mümkün oldu,

  • rənqli monitorların geniş istifadəsi.

Sadə qrafiki interfeysin yaradılması MS DOS əməliyyat siste­minin geniş yayılması ilə əlaqəlidir. Bu növ interfeysin istifadəsinə tipik misal olaraq Norton Commander fayl örtüyünü və MultiEdit ChiWriter və Microsoft Word for DOS mətn redaktorlarını gös­tərmək olar.

WIMP-interfeys- Qrafiki interfeysin inkişafının ikinci mərhələsi tam WIMP-in- terfeysinin (Windows (pəncərə) Image (təsvir, obraz) Menu (menyu) Pointer (göstərici)) təşkili oldu. İnterfeysin bu altnövünün aşağıdakı xüsusiyyətlərini qeyd etmək olar:

Proqramlar, fayllar və sənədlər ilə bütün iş pəncərələrdə yerinə yetirilir.

Bütün proqramlar, fayllar, sənədlər, qurğular və digər ob­yektlər nişanlar (ikons) şəklində verilir. Açıldıqda həmin nişanlar pəncərələrə çevrilir.

- Obyektlər ilə bütün əməllər menyu vasitəsi ilə yerinə yetirilir. Menyunun qrafiki interfeysin əmələ gəlməsinin ilk mərhə­ləsində yaranmasına baxmayaraq, o zaman vacib məna kəsb etmirdi və əmrlər sətrinin əlavəsi kimi çıxış edirdi. Tam WIMP-interfeysdə menyu idarəetmənin əsas elementinə çevrilir. Obyektlərin qeyd edilməsi üçün manipulyatorlarm geniş istifadəsi. Manipulyator artıq oyuncaq (klaviaturaya əlavə) deyil, idarəetmənin əsas elementinə çevrilir. Manipulyator vasitəsi ilə ek­ranın, pəncərənin istənilən sahəsinə və ya nişana işarə edilir, seçilir, sonra isə menyu və ya digər texnologiyalardan istifadə edərək onların idarə edilməsi yerinə yetirilir. Qeyd etmək lazımdır ki, WIMP-interfeysinin realizəsi üçün yüksək tezliyə malik rəngli rastr displeyi və manipulyator tələb olunur. Həmçinin bu növ interfeysə yönələn proqramlar kompüterin məhsuldarlığına, yaddaşın həcminə, şinin keçirtmə qabiliyyətinə və s. yüksək tələblər qoyurlar. Lakin interfeysin bu növü qavranma üçün asandır və intuitiv olaraq başa düşüləndir. Qrafiki interfeys ilə proqramlara parlaq misal Microsoft Windows əməliyyat sistemidir.

Nitq texnologiyası- Keçən əsrin 90-cı illərinin ortalarından ucuz səs kartlarının ya­ranması və nitqin tanınması texnologiyasının geniş yayılmasından sonra SILK-interfeysinin (Speech (nitq) Image (təsvir, obraz) Language (dil) Knowledge (bilik)) “nitq texnologiyası” meydana gəlmişdir. Bu növ interfeys adi, insan ünsiyyəti formasına ən çox yaxın­laşıb. Bu interfeys çərçivəsində insan ilə kompüter arasında adi “söhbət” baş verir. Bu zaman kompüter insanın nitqini təhlil edib və açar ifadələri taparaq özü üçün əmrlər formalaşdırır. Əmrlərin ye­rinə yetirilməsinin nəticəsində də o, insan üçün aydm olan formaya çevirir. Bu növ interfeys kompüterin aparat resurslarına çox tələb­kardır, buna görə də o, əsasən hərbi məqsədlər üçün istifadə olunur. Bu texnologiyada əmrlər səs vasitəsi ilə, əvvəlcədən müəyyən olunmuş xüsusi sözlərin (əmrlərin) deyilməsi yolu ilə verilir. Sözlər sə­lis və bir tempdə deyilməlidir. Sözlər arasında fasilə məcburidir. Nitqin tanınması alqoritminin bir sıra çatışmazlıqlarına görə bu cür sistemlər hər bir konkret istifadəçi üçün fərdi ilkin sazlamam tələb edir.

“Nitq” texnologiyasi SILK-interfeysinin sadə realizəsidir.



Biometrik texnologiya- Bu texnologiya keçən əsrin 90-cı illərində yaranmış və hazırda işlənmə mərhələsindədir. Kompüterin idarə edilməsi üçün insanın sifətinin ifadəsi, baxışının istiqaməti, göz bəbəyinin ölçüsü və digər əlamətlər istifadə olunur. İstifadəçinin identifikasiyası üçün gözlərin əlvan təbəqəsinin cizgiləri, barmaq izləri və digər unikal in­formasiya istifadə olunur Təsvirlər rəqəmsal videokameradan oxu­nur, sonra isə obrazların tanınması üçün xüsusi proqramlar vasitəsi ilə həmin təsvirdən əmrlər ayrılır. Bu texnologiya, ehtimal ki, kom­püter istifadəçisinin dəqiq identifikasiyası tələb olunan proqram məhsulları və tətbiqlərdə öz yerini tutacaqdır.

Semantik (sosial) interfeys- İnterfeysin bu növü keçən əsrin 70-ci illərində süni intellektin inkişafı nəticəsində yaranmışdn. Onun müstəqil interfeys növü kimi qəbul edilməsi düzgün deyil, belə ki, onun tərkibinə əmrlər sətrinin interfeysi, qrafiki, nitq və biometrik interfeys daxildir. İnterfeysi fərq­ləndirən əsas cəhət kompüter ilə ünsiyyət zamanı əmrlərin olmaması­dır. Sorğu təbii dildə mənalı mətn və obrazlar şəklində formalaşır. Əs­lində bu, insanın kompüter ilə ünsiyyətinin “modelləşdirilməsidir”.
3.1.3.İnterfeyslərin tipləri

İstifadəçi interfeysinin iki tipi mövcuddur:

- prosedura-yönlü: primitiv interfeys, menyu interfeysi, azad naviqasiyalı interfeys;

- obyekt-yönlü: birbaşa manipulyasiyalı interfeys.

Prosedura-yönlü interfeys “prosedura” və “əməliyyat” anlayışlarına əsaslanan istifadəçi ilə qarşılıqlı əlaqələndirmənin ənənəvi modelini istifadə edir. Bu model çərçivəsində proqram təminatı istifadəçiyə müəyyən əməliyyatların yerinə yetirilməsi im­kanını təqdim edir. Bu əməliyyatlar üçün istifadəçi verilənlərin uyğunluğunu təyin edir və onların icrasının nəticəsində arzu olunanlar əldə edilir. Obyekt-yönlü interfeyslər predmet sahəsinin obyektləri üzə­rində müəyyən əməliyyatların yerinə yetirilməsinə yönələn istifa­dəçi ilə qarşılıqlı əlaqələndirmə modelini istifadə edirlər. Bu model çərçivəsində istifadəçilər hər bir obyekt ilə birbaşa qarşılıqlı əlaqələndirmə və icra zamanı bir neçə obyektin qarşılıqlı əlaqədə olan əməliyyatlarının yerinə yetirilməsi təşəbbüsünə imkan verir. İs­tifadəçinin vəzifəsi müəyyən obyektin məqsədyönlü dəyişdirilməsi kimi müəyyən olunur. Obyekt sözün geniş mənasında (VB modeli, sistem və s.) başa düşülür. Obyekt-yönlü interfeys nəzərdə tutur ki, istifadəçi ilə qarşılıqlı əlaqələndirmə uyğun obyekt-yönlü sahənin piktoqramlarının seçilməsi və yerdəyişməsi yolu ilə yerinə yetirilir.

Prosedura-yönlü interfeyslər:



  • məsələnin icrası üçün tələb olunan funksiyaları təmin edirlər;

  • məsələlər xüsusi vurğulanır;

  • piktoqramlar tətbiqləri, pəncərələri və ya əməliyyatları təq­dim edirlər;

  • qovluq və arayış kitabçalarının tərkibi cədvəl-siyahı va­sitəsi ilə təsvir olunur.

Obyekt-yönlü interfeyslər:

  • istifadəçiyə obyektlər ilə qarşılıqlı əlaqələndirməni təmin edirlər;

  • giriş verilənləri və nəticələr xüsusi vurğulanır;

  • piktoqramlar obyektləri təqdim edirlər;

  • qovluq və arayış kitabçaları obyektlərin vizual konteynerləridirlər.

Primitiv interfeys dedikdə istifadəçi ilə qarşılıqlı əlaqə­ləndirməni təmin edən və konsol rejimində istifadə olunan interfeys başa düşülür. Verilənlərlə təmin olunan ardıcıl proseslərdən yeganə fərq bir neçə verilənlər dəstinin emalı üçün dövrün təşkilidir.

Primitiv interfeysdən fərqli olaraq menyu interfeysi isti­fadəçiyə proqramla verilən xüsusi siyahıdan əməliyyatların seçil­məsi imkanını yaradır. Bu interfeyslər əməliyyatların ardıcıllığı isti­fadəçilər tərəfindən müəyyən edilən bir çox iş ssenarisinin realizə edilməsinə imkan verirlər. Menyunun ağacşəkilli təşkili ciddi məhdudlaşdırılmış realizəni nəzərdə tutur. Bu zaman menyunun təşkilinin iki variantı mümkündür:

- menyunun hər pəncərəsi tam ekranı tutur;

- ekranda eyni zamanda bir neçə müxtəlif səviyyəli menyu (Windows) yerləşir.

Məhdud naviqasiya şəraitində, realizə olunma variantından asılı olmayaraq, iki səviyyədən çox olan menyunun bəndinin axtarışı çox çətin məsələyə çevrilir. Azad naviqasiya interfeysi (qrafiki interfeys) proqram təminatı ilə interaktiv qarşılıqlı əlaqələndirmə konsepsiyasını, istifadəçi ilə vizual qarşılıqlı əlaqəni və obyekt üzərində birbaşa manipulyasiya imkanını (düymələr, indikatorlar, vəziyyət sətirləri) dəstəkləyir. Menyu interfeysindən fərqli olaraq, azad naviqasiya interfeysi konkret vəziyyətdə mümkün olan istənilən əməliyyatların yerinə yetirilməsi imkanını təmin edir (müraciət müxtəlif komponentlər ilə (“qaynar” klavişlər) mümkündür). Azad naviqasiya interfeysi hadisəli proqramlaşdırma vasitəsi ilə realizə olunur, bu da emalın vizual vasitələrinin istifadəsini (məlumatlar vasitəsi ilə) nəzərdə tutur.


Yüklə 98,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin