1. Kəkələyən uşaqlar üzərində aparılan loqopedik iş necə keçirilir?



Yüklə 16,89 Kb.
tarix08.04.2022
ölçüsü16,89 Kb.
#54920
IV-kurs-VIII-semestr-TSPX-Loqopediya-və-defektologiyanın-əsasları

1.Kəkələyən uşaqlar üzərində aparılan loqopedik iş necə keçirilir?

a) tələffüz üzərində iş

b) müayinə vasitəsi ilə

c) kompleks təsir yolu ilə

d) səs aparatının inkişafı ilə

e) artikuliyasiya üzvlərinin inkişafı ilə

2.Dilin xarici sinirləri hansılardır?

a) dilaltı , bizvari

b) dil, üzlü

c) şaquli, köndələn

d) bizvari, köndələn

e) əlavə


3.Hansı nitq qüsuru 2 yaşdan müalicə edilir?

a) dislaliya

b) dizartriya

c) afoniya

d) kəkələmə

e) disqrafiya

4.Artikuliyasiyasına görə sadə, dilin əlavə hərəkətləri tələb olunmayan səslər hansılardır?

a) l-y-c-k

b) m-n-t-q

c) v-f-m-d

d) z-n-l-q

e) s-z-t-d

5. Damaq-udlaq qapanması “s” samitində “b” samitinə nisbətən neçə dəfə güclü olur?

a) 2-3 dəfə

b) 9-10 dəfə

c) 4-5 dəfə

d) 6-7 dəfə

e) 7-8 dəfə

6. Psevdobulbor dizartriyanın orta dərəcəsində səslərdən hansıların tələffüzü qorunub saxlanılır?

a) p-t-m-n-x-k

b) c-ç-d-v

c) l-v-t-d

d) z-s-m-n-f

e) t-d-v-f-x

7. Rinolaliyalı uşaqlarda səs üzərində və sait fonemlərin düzgün artikulyasiyası üzərində iş hansılardan başlayır?

a) e və ə saitlərindən

b) a və i saitlərindən

c) o və ö saitlərindən

d) u və ü saitlərindən

e) a və e saitlərindən

8. Emblofraziya nədir?

a) əlavə olunan, soxulan nitq

b) danışmaq istəməmək

c) nitq səslərinin pozulması

d) nitqi qavramanın pozulması

e) sərbəst nitqdən istifadə qabiliyyətinin pozulması

9. Analizator nədir?

a) monoloji nitq

b) nitq aparatının hərəkətliyi

c) MSS inkişafı

d) daxili nitq

e) qıcıqlandırıcıları təhlil edən mürəkkəb sinir mexanizmi

10. Uşağın ümumi inkişafında inkişafında eşitmənin rolu nədən ibarətdir?

a) Savad təlimində böyük rol oynayır

b) Uşağın ümumi inkişafında eşitmə az rol oynayır

c) Uşağın fiziki və psixi inkişafında eşitmə müstəsna rol oynayır

d) Ətraf aləmi dərk etməkdə böyük rol oynayır

e) Sözlü nitqin inkişafında böyük rol oynayır

11. Eşitmə ilə səslərin qavranması və fərqləndirilməsi nə vaxt yoxlanılır?

a) MSS müayinəsi zamanı

b) Motorikanın müayinəsi zamanı

c) Fonematik eşitmənin müayinəsi zamanı

d) Səs tələffüzünün müayinəsi zamanı

e) Artikulyasiyanın müayinəsi zamanı

12. Uzunmüddətli, səssiz və ya lokalizasiya ilə müşahidə olunan qıcolma necə adlanır?

a) ekspirator

b) klonik

c) spirator

d) inspirator

e) tonik


13. Danışarkən tənəffüsün hansı növündən istifadə edilir?

a) qarışıq ( sinə və diafraqma tənəffüsü)

b) sinə və döş qəfəsi

c) diafraqma və ya qarın tənəffüsü

d) qarın boşluğu və daxili əzələlərin iştirak etdiyi tənəffüs

e) qabırğalararası, diafraqma

14. Eqosentrik nitq nə deməkdir?

a) patoloji nitq

b) patoloji yazı nitqi

c) impressiv nitqin bir növüdür

d) səslənən nitq

e) daxili nitq

15. Fonosiyada hansı orqanlar iştirak edirlər?

a) qırtlaq və səs telləri

b) qırtlaq, qığırdaq, səs telləri

c) səs telləri

d) səs telləri və qığırdaq

e) səs telləri, qığırdaq, traxeya

16. Akustik-qnostik afaziya zamanı korreksion- pedaqoji işin əsas vəzifəsi hansıdır?

a) fonematik eşitmənin bərpası

b) səs tələffüzünün inkişafı

c) səsin qorunması

d) nitqin zənginləşməsi

e) ümumi motorikanın inkişafı

17. Əgər eşitmə 3 yaşından pozulubsa onda uşaqda nitq necə ola bilər?

a) çox da səlis olmayan nitq

b) vurğusu aydın olmayan nitq

c) tələffüz və quruluş çatışmazlığı olan ibarəli nitq

d) söz ehtiyatının çox zəngin olması

e) fonetik-fonematik qavramanın inkişafsızlığı

18. Doğuş zamanı dölün oksigen çatışmazlığı necə adlanır?

a) alaliya

b) atreziya

c) asfiksiya

d) asteniya

e) atrafiya




Yüklə 16,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə