1. Maliyyə uçotunun tətbiqi sahələri və onun aparılmasının seçim



Yüklə 17,6 Kb.
tarix09.04.2022
ölçüsü17,6 Kb.
#55014

1.Maliyyə uçotunun tətbiqi sahələri və onun aparılmasının seçim

üsulu

Ölkədə fəaliyyət göstərən qurumlardan, kredit və büdcə təşkilatlarından başqa mülkiyyətin bütün formaları əsasında Azərbaycanda aparılması nəzərdə tutulan maliyyə uçotunun təşkilinin əsas prinsipləri öz xüsusiyyətlərinə görə digər uçot növlərindən fərqlənir.



Bu prinsiplər 41 Beynəlxalq və 37 Milli Mühasibat Uçotunun Standartlarına əsaslanmaqla əhatə edilir.

Sözügedən maliyyə uçotu, müəssisə və təşkilatlarda öz işini müstəqil struktur kimi quran mühasibatlıq tərəfindən aparılır.

Bu prinsipləri tətbiq edib həyata keçirən Mühasibatlıq alman Buchhalter –mühasib, öz növbəsində Buch ─ kitab və halten – tutan (kitab tutan) sözündən götürülən mənanı ifadə edir. “İzahlı iqtisadi terminlər lüğəti” adlı məcmuədə mühasibatlıq hesab kitabının təyin olunmuş qaydada bacarıqla aparılmasını yerinə yetirən bir sahə kimi müəyyən edilir. Bu sözün sinonim mənasına gəldikdə mühasibatlıq “Mühasibat – maliyyə uçotu” anlayışını ifadə edir. Maliyyə uçotu – nağd pul vəsaitlərinin və naqdsız resursların hərəkətinin uçotunu əhatə edir. Onun əsas hissəsi mühasibat uçotunun əsas formasıdır.

Mühasibatlığın göstərilən qaydada müəyyən edilməsi insan fəaliyyətinin iş təcrübəsi sahəsinə tətbiqini özündə əks etdirir. Mühasibatlığın bu cür anlayışı əsas anlayış hesab edilir.

Ancaq qeyd edək ki, mühasibatlıq həm də bir neçə digər anlayışlara da malikdir. Onlardan ən başlıcası mühasibatlığın necə bir maraqlı fikir, yəni elm, yaxud tədris fənni kimi tədris olunması hesab edilir.

Mühasibatlığı biznesin universal dili hesab edirlər. Bu dilin universallığı hər bir müəssisə, yaxud təşkilatın təsərrüfat həyatında baş verən ayrı-ayrı halların (hadisələrin) nəyi əhatə etməsindən asılı olmayaraq eyni təsvir edilməsinə, eləcə də tamamilə müxtəlif sahələrdə işləyən müəssisələrin fəaliyyətini müqayisə etməyə şərait yaratması ilə ifadə olunur.

Mühasibatlığın universallıq dili bütün təsərrüfat həyatının vahid pul ölçüsü ilə qiymətləndirilməsi ilə bağlıdır. Müəssisə və təşkilatların sözügedən dildən istifadə edən işçiləri mühasib adlandırılır.

Mühasibat-maliyyə dili- pul kütləsinin təsvir edilməsi dilidir. Daxili istifadəçilər üçün bu dil ancaq mühasibin özü tərəfindən dərk edilir.

Pul, biznesin qan damarı adlandırılır. O, insan bədənindən axan qan kimi biznesin qan damarı hesab edilir və bu damar, bir qayda olaraq, tənzimlənməlidir. Ona görə də bu qan damarı iqtisadi dildə kimi ifadə olunur. Pul axını təşkilatın daxilindən keçərək təsərrüfat fəaliyyətinə kənardan daxil olur. Məhz bu səbəbdən bu axın idarə olunmalı, yaxud onu müəssisənin rəhbəri idarə etməlidir.

Mühasiblər isə hər bir manatın hara və nə qədər istifadə edilməsini, onun məqsədəuyğunluğunu izləyir və müntəzəm qeydiyyatını aparır. Pul vəsaitinin hərəkətində baş verə biləcək hər hansı qeyri-qanuni əməliyyatın aparılmasını müəssisə rəhbərinin nəzərinə çatdırmaq mühasibin birbaşa vəzifəsi sayılır.

Təşkilatın normal fəaliyyətini mühasibsiz təsəvvür etmək qeyri-mümkündür. Buna görə bütün fəaliyyət üzərində nəzarəti təşkil etmək üçün ilk növbədə həmin fəaliyyətlərin sənədləşdirilməsi diqqət mərkəzində olmalıdır. Məhz bu səbəbdən mühasib, mühasibat sənədlərinin düzgün və vaxtlı-vaxtında rəsmiyyətə salınmasını, onlarda zəruri imza və möhürün olmasını, təyin olunmuş standarta uyğun tikilib arxivə verilməsini izləməlidir.

Maliyyə uçotunun aparılması ilə bilavasitə mühasiblər məşğul olur. Ancaq bu işlərin yerinə yetirilməsində çoxlu insanlar iştirak edir.

Maliyyə uçotu təşkilatın rəhbəri üçün əvəzedilməz vasitədir. Məhz maliyyə uçotunun məlumatlarına əsasən müvafiq idarəetmə qərarı qəbul edilir.

Müəssisənin mülkiyyətçisi maliyyə uçotunun məlumatlarına əsasən təşkilatın fəaliyyəti, yəni onun genişləndirilməsi, yaxud ləğv edilməsi ilə bağlı qərar qəbul edir.

Dövlətin marağı isə onun əsas məqsədini, təşkilat və işçilərin daha çox pul qazanmasını və bunun əsasında dövlətə müvafiq vergi verməsini təmin etməkdən ibarətdir.

Vergi formasında toplanan pul məbləği ancaq öz vətəndaşlarının sosial tələbatının ödənilməsinə yönəldilir.

Təşkilat, maliyyə uçotunu qanunvericilik eləcə də hökumət və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş normativ sənədlərlə təyin edilmiş qaydalara uyğun aparmalıdır. Bütün qeyd edilən qaydaların məcmuyu maliyyə uçotunun mükəmməl sistemini yaradır.

Maliyyə uçotunun aparılmasının seçim üsulu. Təşkilatda mühasibat və maliyyə üzərində məsuliyyət, onun rəhbəri hesab edilir. O, təşkilatda maliyyə uçotunun qurulmasının aşağıdakı variantlarından birini seçmək hüququna malikdir:

• Baş mühasibin rəhbərlik etdiyi struktur bölməsi kimi mühasibat xidməti təsis etmək;

• Ştata, mühasib vəzifəsi daxil etmək;

•Müqavilə əsasında mühasibat uçotunun aparılmasını mərkəzləşdirilmiş mühasibatlığa, ixtisaslaşmış təşkilata, yaxud mühasib-mütəxəssisə vermək;

• Mühasibat uçotunu şəxsən aparmaq.

Təcrübədə işə təşkilata ən çox bir mühasib cəlb edilir, yaxud ayrı struktur bölməsi- mühasibatlıq kimi mühasibat xidməti yaradılır.



Beləliklə, mühasibatlıq-təşkilatda maliyyə uçotunu aparan struktur bölmədir. Bu struktur bölmənin işçiləri mühasiblər, onun rəhbəri isə baş mühasib adlandırılır.
Yüklə 17,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin