1
. Mikrobioloji müayinə üsullarına aid deyil:
A) konstruktiv
B) mikroskopik
C) seroloji
D) molekulyar-genetik
E) bakterioloji
2
. Mikroskopik üsulla təyin edilir:
A) mikroorqanizmlərin çoxalma qabiliyyəti
B) mikroorqanizmlərin antigen xüsusiyyəti
C) mikroorqanizmlərin morfologiyası
D) mikroorqanizmlərin DNT-i
E) mikroorqanizmlərin fiziologiyası
3
. Prokariot hüceyrə üçün xasdır:
1) Hüceyrə divarı;
2) Nüvə membranı;
3) Ribosom;
4) Mitoxondri;
5) Endoplazmatik şəbəkə;
A) 2, 4
B) 2, 3
C) 3, 4
D) 1, 3
E) 1, 2
4
. Koklar:
A) düzbucaqlı formalıdır
B) qıvrım formalıdır
C) sapvari formalıdır
D) çöpvari formalıdır
E) kürəvi formalıdır
5
. Stafilokoklar:
A) tək-tək yerləşirlər
B) iki-iki yerləşirlər
C) zəncir şəklində yerləşirlər
D) kəndir şəklində yerləşirlər
E) salxım şəklində yerləşirlər
6
. Streptokoklar:
A) kəndir şəklində yerləşirlər
B) salxım şəklində yerləşirlər
C) tək-tək yerləşirlər
D) zəncir şəklində yerləşirlər
E) sapşəkilli yerləşirlər
7
. Mikrokoklar:
A) salxım şəklində yerləşirlər
B) tək-tək yerləşirlər
C) iki-iki yerləşirlər
D) zəncir şəklində yerləşirlər
E) kəndir şəklində yerləşirlər
8
. Filamentasiya nədir?
A) bakteriyaların sapvari formalar əmələ gətirməsi
B) çöpvari bakteriyaların uc-uca yerləşməsi
C) bakteriyaların uzun pililər əmələ gətirməsi
D) bakteriyaların çöpvari formalar əmələ gətirməsi
E) çöpvari bakteriyaların paralel yerləşməsi
2
Dostları ilə paylaş: |