1.Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri.
Mülki müdafiə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan tədbirlər sistemidir. Mülki müdafiə həyatı, gələcək nəsillərin və ətraf mühitin təhlükəsiliyini təmin edir.
Mülki müdafiə II dunya müharibəsindən sonra hərbi işdə baş verən elmi-texniki inqilabla əlaqədar meydana çıxmış və 1932-ci ildən mövcud olan hava hücumundan Yerli Müdafiənin əvəzində 1961-ci ildə yaradılmışdır. 1998-ci il aprelin 18-də 700 saylı fərmanla Heydər Əliyev tərəfindən təsdiq edilib.
Fövqəladə hadisələr baş vermiş ərazidən əhalini köçürmək və onları müvəqqəti yaşayış yerləri ilə təmin etmək, ictimai asayişin bərpa olunması və qorunmasına yardım etmək, bitki və heyvanları xilas etmək üçün tədbirlər görmək;