1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri



Yüklə 335,33 Kb.
səhifə14/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   10   11   12   13   14   15   16   17   ...   106
null

İstehsalat qəzaları. Güclü qəzalara aiddir. Maddi sərvətlər zədələnir, insanlar arasında tələfat və xəsarətlər baş verə bilər. Adətən güclü təsirli ZM atmosferə yaxud əraziyə yayıldığı aşkar olunarkən təhlükə barədə obyektin qulluqçuları, yaxud obyektin yaxınlığında yaşayan əhali dərhal xəbərdar edilir. Qəza haqqında məlumat verildikdə tənəffüs üzvlərini mühafizə edən fərdi vasitələri, bədənin səthini qoruyan geyim vasitələrini tez geyinmək və qəza rayonundan mümkün qədər tez çıxmaq lazımdır. Mənzillərdə qalan insanlar pəncərələri, nəfəslikləri kip bağlamalı, elektrik cihazlarını, qazı, sobaları söndürmək lazımdır. Küçədə olarkən qəza yerinə yaxınlaşmağa, ətrafdan hər hansı əşyalara toxunmağa icazə verilmir. Tənəffüs üzvlərini qorumaq üçün suda isladılmış parçadan, paltarın pambıqlı sahələrindən istifadə etmək lazımdır. Zəhərlənmə təhlükəsinə məruz qalan insanlar onlara zəhərli hava buludu yaxınlaşanadək əleyhqaz geyinməlidirlər. Təhlükəli sahələri tərk edə bilməyən bütün şəxslər süzgəcli sənaye əleyhqazları ilə təmin olunmalıdır. Köçürülmə güclü təsirli ZM lərlə zəhərlənmə baş verə biləcək sahələrdən zəhərli hava buludu bura çatanadək yerinə yetirilməlidir. Köçürmə zamanı əhali, evlər, küçə qapıları üzrə qruplaşdırılır. Belə hallarda insanlar təhlükəli sahələrdə köçürmə qaydaları barədə MM qərargahlarının sərəncamlarını diqqətlə dinləməli və dəqiq yerinə yetirilməlidirlər. Atom elektrik stansiyalarında qəzalar zamanı işçilər sığınacaqlara daldalanmalıdırlar. 30km zonada yaşayan əhali isə mühafizə qurğularında gizlənir ya da köçürülür. Bu zaman çütləq fərdi mühafizə vasitələri geyinilməlidir. Ərzaq, su ehtiyatları, eləcə də vacib olan şeyləri özləri ilə götürməlidirlər. Əgər yaranmış vəziyyət insanları mənzillərində və yaşayış yerlərində qalmağa məcbur edərsə, onda bu binaları mümkün qədər hermetikləşdirmək, xüsusən də pəncərələri parça ilə kip örtmək, sobalar olan binalarda soba bacalarını bağlamaq və digər hava çəkən yerləri tutmaq lazımdır. Zəhərlənmiş ərazidə çox ehtiyatla davranmaq lazımdır. Fərdi mühafizə vasitələrindən istifadə etmək, küçəyə çıxmamaq, sığınacaq və daldalanacaqlardan çıxmamaq, çıxdıqda isə çıxmazdan əvvəl fərdi mühafizə vasitələrindən istifadə etmək lazımdır. Belə bir vəziyyətdə əhalinin arasında tibbi proflaktika tədbirləri aparmaq lazımdır. Onların radiyasiya əleyhinə dərmanların hər formasında yod pereparatların qəbul etmək lazımdır. Təbii fəlakətlər qəzalar zamanı yüksək mütəşəkkilik göstərilən dövlət orqanlarının və xidmətlərinin qüvvələrinin birgə düşünülmüş dəqiq tədbirləri həyata keçirilən yerdə, eləcə də, FH zamanı davranış qaydalarını bilən və bu qaydalara riayət edərək, insan təlafatı və maddi itkilər az olur. Kimyəvi zəhərlənmə təhlükəsi kimya sənayesinin iri müəssisələrində kimyəvi maddələr saxlanılan anbarlarda, hərbi sursatların saxlanma yerlərində, baş verə biləcək qəzaların nəticəsində ortaya çıxa bilər. Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərsə, burada bir neçə zədələyici amillər işə düşə bilər. Bu amillərdən partlayış, yanğın, ətraf mühitin, havanın və su hövzələrinin kimyəvi zəhərlənməsi ola bilər. Kimyəvi qəza baş verdikdə hökumət orqanlarının və xilasedicilərin göstərişlərini yerinə yetirmək lazımdır. Əgər binada yaşayırsızsa, qapı pəncərələri, bütün deşikləri kip bağlamaq lazımdır. Ən etibarlı otaqlar pəncərəsiz və su təchizatına malik otaqlardır. Bütün hallarda əgər zəhərli maddələrin təsirinə şüphə yaranarsa, məlumat verilən kimi duş qəbul etmək lazımdır. Paltarları dəyişmək və həkimə müraciət etmək lazımdır.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə