1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix06.05.2017
ölçüsü5,01 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   14

83
A.K.Nadirovu,  M.T.Süleymanovu,  A.B.  Nadirovu,  S.  İ.  Seyidovu,  İ.  A. Əliyevi;
Kikboksinq  üzrə Avropa  çempionları:  Mikayıl  və İsmayıl  Nadirova  qardaşlarını,
Ramazan  Səyadovu,  Boks  üzrə MOİK  komandasının  baş  məşqçisi,  idman  ustası  A.
Aslanovu və onlarla başqalarını misal göstərmək olar.
Orta  Asiya  regonunda  kürdlərin  daha  çox  yaşadığı  respublika  Qırğızıstandır.
Qırğızıstan  Respublikasında (1917-1926-ci  illərdə Qara  Qağız  muxtar    vilayəti;  1926-
1991-ci  illərdə Qırğızıstan  SSR)
yaşayan kürdlər  də Qazaxıstan  Kürdləri  kimi
1937,1944,1989-ci illər deportasiyaları nəticəsində bu yerlərə zorla köçürülmüşlər.
Sürgün edilən ( Cənubi Qafqaz respublikalarından) kürdlərin birinci         ( 1937-
ci il) və ikinci (1944-cü il) dəstəsi əsasən OŞ vilayətinin Suzak rayonunda, kokyanqak və
cələlabat  şəhərlərinin ətraf  qəsəbələrində məskunlaşmışlar.  1989-cu  ildən  sonra
köçənlərin  də bir  qismi  həmin  rayonlara  digərləri  isə Bişkek  şəhəri  və onun ətrafındakı
şəhərlərə üz tutmuşdur.
1989-cu  ilin  rəsmi  siyahıyaalınmasına  görə Qırğızıstanda  yaşayan  kürdlərin  sayı
14300 nəfər olmuşdur həmin dövrdə kürdlər əsasən Çu vilayətinin Alamudin və Sokuluk
rayonlarında; Tallas vilayətinin Manas və Kabarin rayonlarında; Oş vilayətlərinin, Rok-
Yanqaq  və Cələlabad  şəhərlərində;  Bişkek  şəhəri  və onun ətrafında  yerləşən  kəndlərdə
(Karl   Marks , Petrovkaha, Vasilyevka, Vinoqradnoye, Leninskoye və s.) yaşayırdı.
Hal –hazırda  bu  ölkələrdə yaşayan  kürdlərin  sayı  tətqiqtçıların  hesablamalarına
əsasən 25 min nəfərdən çoxdur (9,181).
SSRİ-nin  dağıdılmasına  doğru  getdiyi  illərdə (1988-1991) Qırğızıstanda  da
ekstremist –millətçi  qüvvələr  az  saylı  xalqlara  qarşı  təzyiq  və təqib  kompaniyasına
başladılar.  Başqa  millətdən  olan xalqların    məskunlşadığı  yaşayış  məntəqələrinə hücum
edən  quldur dəstələri  Oş  vilayətinin  Sozak  rayonundakı  Oktyabr,  Safarovka  və
Mixaylovka  kəndlərində yaşayan  300-dən  yuxarı  kürdü  də öz  doğma  ev-eşiklərindən
didərgin saldılar. Həmin kürdlər Rusiyanın Krasnodar, Stavropol və Saratov vilayətlərinə
pənah aparmaq məcburiyyətnidə qaldılar.
1994-cü  ildə,  yanvar  ayının  21-də çağrılan  Qırğızıstan  xalqlarının  qurultayından
sonra  ölkədə milli  münasibətlərdəki  gərginlik  səngiməyə başladı. Həmin  qurultayda
kürdlərin  “Niştiman” (“Vətən”) assosasiyasının  da  daxil  olduğu  Qırğızıstan  Xalqlarının
Assambleyasının  Nizamnaməsi,  həmçinin  “Birlik,  sülh  və barışıq  Bəyannaməsi”  qəbul
edildi.
1993-cü  ildə yaradılmış  Qırğızıstan  kürdlərinin  “Niştiman”  assosasiyası  öz
sıralarını genişləndirərək “Midya” adlı Qırğızıstan Kürdlərinin İctimai Birliyinə çevrildi.

84
Birliyin  sədri  Şeyx  Ramazan  Seyidov  seçildi. (“Niştiman”  nın  köməkliyi  ilə Bişkek
şəhərində və bir sıra kəndlərdə kürdlərin bir sıra rəqs və mahnı qrupları yaradılmışdır.
Hazırda  qırğızıstan  radiosunda  12  aprel  2002-ci  ildən) həftədə bir  dəfə kürd  dilində
verilişlər (cəmi15  dəqiqə) yayımlanır.  Qısa  efir  vaxtından  səmərəli  istifadə etməyə
çalışan  redaktorlar  Həjar Əsgərov  və Pakizər  Məmmədova-ölkədə və dünyada  yaşayan
kürdlər haqqında maraqlı verilişlər hazırlayırlar.
2004-cü  ilin  noyabr  ayında  yaradılan  “İraq  Kürdüstanı  və Qırğızıstan  Dostluq
Cəmiyyəti”də iki  xalq (kürdlər  və qırğızlar), həmçinin  iki  ölkə (İraq  və Qırğızıstan)
arasında  sosial-iqtisadi  və mədəni əlaqələrin,  dostluq  münasibətlərinin  inkişafı  üçün
əlindən gələni əsirgəmir.
Orta Asiyada kürdlərin yaşadığı üçüncü (1924-1991-ci illərdə Özbəkistan SSR; 26
dekabr 1991-ci ildən ÖR) kürdlərin məskunlaşma tarixi daha qədimdir. Belə ki, yuxarıda
qeyd  etdiyimiz  kimi  bu ərazilərə kürdlərin  bir  qismini (bəzi  tətqiqatçılara  görə ona
itaətsizlik göstərən döyüşçüləri; başqalarına görə kürd əalimləri və sənətkarlarını) bələ
XIV əsrdə Teymurləng köçürmüşdür (96,154;9,189)
XVIII-XIX əsrlərdə tarixi Özbəkistanın bir hissəsi olan Xivə xanlığının ordusunda
kürdlər də xidmət edirdi. Məhz həmin əsrlərdən kürdlərin də xidmət edirdi. Məhz həmin
əsrlərdən kürdlərin bu qədim torpaqlar da məskunlaşması başlanmışdır.
Mənbələrin  verdiyi  məlumatlara  görə Özbəkistanda  sovet  hakimiyyətinin  ilk
illərində burada yaşayan kürdlərin sayı 15 min nəfər olmuşdur (9,189).
1937-ci ildə Azərbaycan və Ermənistandan sürgün edilən Kürdlərin az bir hissəsi,
1944-cü  ildə Gürcüstandan  deportasiya  edilənlərin  isə əksəriyyəti  Özbəkistana
köçürülmüşdür.  Burada  kürdlər  respublikanın  7  vilayəti ən  çox  Daşkənd,  Səmərqənd,
Fərqanə, Buxara “43 rayonu və yüz”lərlə kəndinə səpələnmişlər.
1990cı  illərdə Fərqanə vadisində baş  verən  millətlərarası  toqquşmalar  nəticəsində
məshəti türkləri ilə yanaşı (onların çoxu Azərbaycana pənah gətirdi), onlara qonşuluqda
yaşayan kürdlərin də xeyli hissəsi Rusiya və Qazaxıstana köçməyə məcbur oldu.
Bu  münaqişədən  sonrakı  illərdə də Özbəkistanda  milli  münaqişələrin  tez-tez
qızışması ilə əlaqədar olaraq, digər azsaylı xalqlar kimi, kürdlər də bu ölkəni tərk etmiş
və etməkdədirlər.
Orta Asiya respublikalarından olan Türkmənistanda kürdlərin qədimdən (bax: I.II.:
Xorasan kürdləri haqqındakı səhifələr) yaşadığına baxmayaraq, bəzi sovet kürdşünasları
(Ç.  Bakayev,  O.İ.Jiqalina  və b.) belə hesab  edir  ki,  buradakı kürdlər  XVII əsrdən sonra
Xorasandan gəlmişlər (113,8).

85
Tətqiqatçıların  hesablamalarına  görə Türkmənistanda  hal-hazırda  300  minə yaxın
kürd  yaşayır.  Hələ XX əsrin əvvəllərində burada  yaşayan  kürdlərin  sayı  100  min
nəfərdən  çox  olmuşdur  (9,194).  Lakin  1970-ci  il  siyahıyaalınmasında  Türkmənistanda
yaşayan  kürdlərin  sayı  2993  nəfər  (?!)  göstərilmişdir.  1990-cı  ildə isə Türkmənistanın
rəsmi  dairələri  bu  respublikada  cəmi  4300  nəfər  kürdün  yaşadığını  bildirmişlər (yenə
orada).
Məsələ burasındadır  ki,  Türkmənistan  torpaqlarında  qədim  zamanlardan  türklərlə
birgə yaşayan və onlarla eyni dinə mənsub olan qarışıq ailə quran kürdlər demək olar ki,
tamamilə assimlyasiyaya uğramış və rəmi sənədlərdə “türkmən ” kimi qeyd edilmişlər.
SSRİ  dağıldıqdan  sonra  Türkmənistanda  yaşayan  kürdlər  haqqında  da  inkarçılıq
siyasəti  yeridilmiş,  nəticədə bəzi  kürdlər  bu  ölkəni  tərk  etmiş,  qalanları  isə öz əsillərini
danmağa  məcbur  olmuşlar.  Təsadüfi  deyil  ki,kürdlərin  bu  vəziyyətini  nəzərə alan  İnsan
haqları  üzeə Hülsinki  qrupu  2004-cü  ildə dərc  etdirdiyi  məruzəsində Türkmənistanda
yaşayan  6000  (?!)  kürdün  hüquqlarının  tapdalandığına  ayrıca  paraqraf  həsr  etmişdir
(9,195).
Sovet  hakimiyyətinin  ilk  illərində
Türkmənistanda
(1918-1924-cü  illərdə
Türkmənistan MSSR; 1924-1991-ci illərdə TÜrkmənistan SSR; 27 oktyabr 1991-ci ildən
Türkmənistan Respublikası) yaşayan  kürdlər əsasən  İranla  sərhəd  bölgəsində:  Aşxabad,
Göy-Təpə,  Kaaxkin  ragonlarında (Baqir,  Firyzə,  Çuli,  Qərm-ab-“İstisa”,  kürdcə-və s.
kəndlərdə);  Mari  vilayətinin  Türkməqali,  Bayram-Əli  rayonlarında;  həmçinin  Aşxabad
və Mare  şəhərlərində məskunlaşmışdılar.  Hal-hazırda  da  kürdlər  həmin  yaşayış
məntəqələrində yaşayır.  Lakin  sovet  hakimiyyəti  illərində kürdlərin  Türkmənistandan
kütləvi  miqrasiyası,  yaxud,  deportasiyası  baş  vermədiyi  halda,  burada  onların  sayı  100
mindən 6000-ə (?!) enmişdir, daha doğrusu endirilmişdir.
Cənubi  Qafqaz,  Orta  Asiya  regionlarından  sonra  Kürdütanın tarixi  torpaqlarından
Kənarda (post  sovet  məkanında”) kürdlərin ən  çox  yaşadığı  üçüncü  region  Rusiya
Federasiyasıdır.  RF  Dövlət  Dumasının  verdiyi  bir  arayışdakı  məlumata  görə bu  ölkədə
yaşayan  kürdlərin  sayı  250  min  nəfərdən  çoxdur  (9,15).  Halbuki    1989-cu  il
siyahıyaalınmasına  görə bu  rəqəm  cəmi  4700  nəfər,  2002-ci  ildə isə 19607  nəfər
göstərilmişdir (Yenə orad, səh 215)
Tətqiqatçıların fikrinə görə Çar Rusiyası ərazisində kürdlərin ilkin məskunlaşması
tarixi XIX əsrin əvvəllərindən başlayır. A.N. Xalfin bu barədə yazır ki, Rus-İran (1804-
1813  və 1826-1828) və Rus-Türk (1806-1812  və 1828-1829) müharibələri  gedişində və
Gülüstan (1813), Türkmənçay (1828) sülh müqavilələrindən sonra Rusiya imperiyasının
sərhədləri  cənuba  doğru  uzandı.  Qarabağ  xanlığının  Rusiyaya  birləşdirilməsi  ilə
imperiyanın xalqları sırasında kürdlər də görünməyə başladı (114,39).

86
Çar  Rusiyası  dağıldıqdan (1917-ci  il) və Cənubi  Qafqaz  respublikaları  müstəqillik əldə
etdikdən (1918-ci  il) sonra  Rusiyada  yaşayan  Kürdlərin  sayı  minimuma  endi.  Sovet
hakimiyyətinin  ilk  illərində Rusiya  şəhərlərində (əsasən  Moskva,  Sankt-Peterburq)
yaşayan  Kürdlər  burada  ali  təhsil  almaq  məqsədilə gələnlərdən  ibarət  idi. Məhz  onların
və onlardan  sonra  gələnlərin  Moskva  və Leninqrad (Sankt-Peterburq) şəhərlərinin
şərqşünaslıq  institutunun  rus  alimləri  ilə sıx əməkdaşlığı  sayəsində həmin  şəhərlərdə
Sovet  kürdşünaslığının əsası  qoyuldu.  1954-cü  ildə SSRİ  EA  şərqşünaslıq  institutunda
(Leninqrad  bölməsində) kürd  qrupu  yaradıldı.  Burada  Qanade  Kurdo  Kordoyev (1960-
1985-ci illərdə həmin qrupa rəhbərlik etmişdir), İ.İ. Sukerman, M.B. Rudenko, həmçinin
onların  şagirdləri  Y.İ.  Vasilyeva,  İ.S.  Musaelyan,  İ.A.  Smirnova,  K.A.  Eyyubi,  Z.A.
Yusupova və başqalarının əməyi sayəsində sovet kürdşünaslığının bir çox dəyərli əsərləri
yaradıldı.
XX əsrin  30-cu  illərində həmçinin 1944-cü  ildə Stalin  repressiyaları  nəticəsində
cənubi  Qafqaz  repressiyalarından  departasiya  edilən  kürdlərin  bir  qismi  də Rusiyanın
uzaq  Sibir  regionuna  sürgün  edilmişdir.  Onların  böyük əksəriyyəti  burada  məhv  olmuş
sağqalan  az  bir  qismi  isə orada  qalaraq  yerli  ruslarla  ailə qurmuş,  son  nəticədə
assimliyasiyaya
uğrayaraq  yoxa  çıxmışlar.  Həmin  kürdlərin  bəzilərinin  övladları
(nəvələri)
XX
əsrin  70-ci  illərin  axırlarınadək  babalarının  kürd  olduqlarını
unutmamışdılar.  Məsələn,  təsadüf  nəticəsində bu sətirlərin  müəllifi 1977-ci  ilin  yayında
“Moskva- Novosibirsk” qatarında həmin kürdlərdən birinin nəvəsi lə tanış olmuş və onun
Maqadan  vilayətindəki  qəsəbələrin  birində
yaşamış  “kürd”  babası  haqqındakı
söhbətlərini (babasının  və bir  neçə başqa    kürdün  bu  yerlərə İkinci  Dünya  müharibəsi
illərində sürgün  edilmələri,  burada  rus  qızları  ilə evlənərək  məskən  salmaları,  atasının
kürdlərin qəhrəmanlığı haqqında söylədiklərini və s.) dinləmişdir.
“Sovet  dövründə Rusiyaya  gedib  orada  qalan  kürdlərin  bir  qismi    də “əmək
miqrantlarıdır”. Bir parça çörək” üçün onlar doğma yerlərini tərk etmiş və bir daha geri
qayıtmamışlar.  Cənubi  Qafqaz  və Orta  Asiya  respublikalarında  milli  zəmində
toqquşmalar  baş  verdikdən  və SSRİ  dağıldıqdan  sonrakı  illərdə kürdlərin  təzyiq  və
təqiblər  nəticəsində öz  doğma  yurdlarından,  uzun  illər  boyu  ağır  zəhmət  bahasına
qurduqları ev-eşiklərindən didərgin düşməsi zamanı onların böyük bir qisminin ümid yeri
və pənahgahı  Rusiya  Fedarasiyası  oldu.  Həmin  illərdə Rusiyaya  üz  tutan  bir  çox  kürd
ailələri  ikiqat  departasiyaya (Ermənistandan  Orta  Asiyaya,  oradan  da  Rusiyaya) məruz
qaldılar. Bəzi kürd ailələri isə həmin illərdə qısa vaxt ərzində üç, hətta dörd dəfə köçmək
(Ermənistandan  Qırğızıstana,  oradan  Qazaxıstana,  daha  sonra  isə Rusiyaya;  yaxud
Ermənistandan-Azərbaycana,  buradan  Orta  Asiyaya-Qırğızıstan  və ya  Qazaxıstana,
oradan Rusiyaya) məcburiyyətində qalmışlar.

87
1988-1991-ci  illərdə Ermənistandan  didərgin  salınmış 18  mindən  çox  kürdün  xeyli
hissəsi əvvəlcə Azərbaycana  pənah  gətirmiş,  sonrakı  illərdə buradan  Orta  Asiya
respublikalarına köçmüş; oralarda da rahatlıq tapmadıqda Rusiyaya üz tutmuşdur. Həmin
kürdlərin  ikinci  qismi  isə ya  birbaşa  Rusiyaya  (ən  çox  Krısnodor  diyarına)  ya  da  Orta
Asiyaya;  buradakı  respublikalarda  bir  neçə il  qaldıqdan  sonra  oradan  Rusiyaya  köçmək
məcburiyyətində qalmışlar.
Qeyd  olunan  dövrdə Rusiyaya  pənah  gətirən  kürdləri  ilk  illərdə Krasnodor  və
Stavropol  diyarlarında  “Xoş  üzlə”  qarşıladıqları  üçün  onların  (didərgin  kürdlərin)  xeyli
hissəsi məhz həmin yerlərdə məskunlaşmaq qərarına gəldi. Lakin tezliklə Şimali Qafqaz
respublikalarında,  xüsusilə,  Çeçenistanda  milli  zəmində toqquşmaların  (daha  sonra
müharibənin) 
baş 
verməsi 
Rusiyanın 
digər 
regionlarında 
da 
millətlərarası
münasibətlərinin  gərginləşməsinə səbəb  oldu.  Odur  ki,  Krasnodar  diyarının  tərkibində
olan Adigey respublikasında məskunlaşmış didərgin (qaçqın və köçkünlərin, az miqdarda
“əmək  miqrantlarının”- SSRİ-nin  dağılmasından əvvəl  Rusiyaya  iş  dalınca  gedənlərin)
kürdlərin  həminillərdə yenidən  qara  günləri  başladı.  Belə ki,  ikiqat  milli  ayrı-seçkiliyə,
təzyiq  və təqiblərə (bir  yandan  ruslar,  digər yandan  isə adigeylər  tərəfindən) məruz
qalan, hər cür bəhanə ilə qeydiyyata alınmayan krasnodar kürdlərinin bir qismi üçüncü,
bəziləri isə dördüncü dəfə dərbədər oldular.
RF-ə pənah  aparan  kürdlərin  ikinci  “axınını”  Ermənistandan  didərgin  salınmış
Erdi kürdləridir. Onların əksəriyyəti Ermənistandakı təzyiq və təqiblərə tab gətirməyərək,
Rusiyanın  iri  sənaye  mərkəzlərinə,  hətta,  Sibir  və Uzaq  Şərq  regionuna,  Krasnodar  və
Stavropol diyarlarına və digər vilayətlərə üz tutmuşlar.
Hal-hazırda
(2010)
RF-də
yaşayan  kürdlərin  coğrafiyası  H.Əsgərovun
tətqiqatına (9) görə aşağıdakı  kimidir.  RF-də kürdlərin  kompakt  yaşadığı ərazilər
bunlardır:  Moskva  şəhəri  və moskva  vilayəti;  Sankt  Peterburq  şəhəri;  Krasnodar  və
Saratov  vilayətləri;  AdıgeyRespublikası;  Saratov,  Tambov,  Yaroslave,  Nijni  Novqorod,
Kursk vəs. vilayətləri; Xantı-Manssı Muxtar dairəsi (Surqut, Nijnivartovsk, Nefteyuqansk
şəhərləri) və s. (9,216).
Qeyd  olunan  ocaqlardan  başqa  RF-in  digər  vilayət  və şəhərlərində hətta,  Uzaq
Şərq  (Vladivastok,  Petropowlivsk-Kamçatsk)  və ən  ucqar  qərb  (Kalininqrad  vilayəti)
regionlarında da kürdlər yaşayır.
RF.də yaşayan  kürdlərin  az  bir  qismində taleyin  hökmü,  siyasi  təqib  və
təzyiqlər,  həmçinin əmək  miqrasiyası  nəticəsində tarixi  kürdüstanın ərazisini  tərk  edən,
müxtəlif şəhər və vilayətlərdə məskunlaşanlar təşkil edir.

88
“Postsovet”  məkanında  kürdlərin  yaşadığı  respublikalardan  biri  də Ukraynadır.
Burada  kürdlərin  məskunlaşma  tarixi  XX əsrin əvvələrinə aiddir.  Lakin  ukraynalı  alim
Valentin Stetsyuk kürdlərin mənşəyini qədim skiflərlə bağlayır və öz fikrini sübut etmək
üçün Ukraynanın ərazisində kürd dilində olan 250 dən çox toponimin (həmin toponimlər
skiflərin yadigarıdır) izahına istinad edir. (9,223). Başqırd alimi S Qalyanov da kürdlərin
skiflərlə sıx əlaqəsini elmi mənbələr əsasında sübut etməyə çalışır (24,6-7).
Skiflər  elmi  mənbələrin  verdiyi  məlumata  görə Skiflər  e.ə.  VII əsrin  70 –ci
illərinədək  Qara  dənizin  şimal  sahillərində (indiki  Ukraynanın  cənub  vilayətlərində)
geniş  yayılmış  hind-ari  (İran)  dilində danışan  tayfa  birləşmələrindən  biri  olmuşdur.
“Tarixin  atası”  Heredot onlar  haqqında  geniş  məlumat  vermişdir.  Skiflər  e.ə.  VII əsrin
ortalarında  Midya,  Suriya,  Fələstin  və digər əraziləri ələ keçirərək  Ön  Asiyada,  o
cümlədən, qədim Kürdüstanda hakim mövqeyə çatmışdırlar.
Sovet hakimiyyəti illərində bura (Ukraynanın müxtəlif vilayət və şəhərlərinə) iş
dalınca  gələn  kürdlərə SSRİ  dağıldıqdan  sonra  Cənubi  Qafqaz  və Orta  Asiya
respublikalarından  didərgin  düşənlər  də əlavə olunmuşdur.  Bu  ölkədə kürdlərin  sayı
barədə dəqiq  məlumat  yoxdur;  tətqiqatçıların  hesablamalarına  görə bu  rəqəm  20  min
nəfərə yaxındır (9,227).
Hal-hazırda  kürdlər əsasən  Ukraynanın  Xarkov,  Kiyev,  Odessa,  Nikolayev,
Xerson,  Zaporojiye,  Donetsk  şəhərlərində və Krım  Muxtar  Respublikasında  yaşayırlar.
1944-cü ildə Krım tatarları ilə burada yaşayan kürdlər də Özbəkistana sürgün edilmişdir.
SSRİ  dağıldıqdan  və Krım  tatarlarının  öz  doğma  vətənlərinə qayıtma  hüququ  bərpa
olunduqdan sonra kürdlə də bu yarmadaya qayıtmağa başlamışlar.
Ukraynada kürdlərin öz mədəniyyətlərini inkişaf etdirmələri üçün heç bir maneə
yoxdur. Odur ki, son onilliklərdə bu ölkənin Kiyev, Odessa, Nikolayev, Xerson, Xarkov
şəhərlərində, eləcə də Krım Muxtar Respublikasında kürdlərin bir sıra milli mədəniyyət
ocaqları yaradılmışdır.
“Postsover” məkanında yaşayan kürdlərin az bir hissəsi də Tacikistan, Moldova,
Belorusiya və Baltikyanı ölkələrdə (Estoniya, Latviya, Litva) məskunlaşmışdır.
“Postsovet”  məkanına  daxil  olan  ölkələrdə,  daha  doğrusu  MDB-də yaşayan
kürdlər  haqqında  görkəmli  jurnalist  və kürşünas  H.Əsgərov  “MDB  ölkələrində kürd
diasporası” adlı sanballı monoqrafiyasında (9) geniş məlumat verdiyi üçün həmin kürdlər
haqqında yuxarıdakı qısa qeydlərlə kifayətlənirik.

89
Asiya qitəsinin digər ölkələrində-Əfqanıstan və Pakistanda da küdlər yaşayır. Bu
ölkələrdə, xüsusilə, Əfqanıstanda kürdlər qədim zamanlardan (Parfiya çarlığı dövründə)
yaşayır.
Avropa  ölkələrində yaşayan  kürdlər əsasən  siyasi  mühacirlər  və əmək
miqrantlarıdır.  Bu  kürdlərin  çoxu  tarixi  kürdüstanın  bütün  parçalarından,  xüsusilə
Türkiyədən,  az  bir  hissəsi  isə “postsovet”  məkanına  daxil  olan  ölkələrdən  köçənlər  və
mühacirlərdir.Kürdlər  son  on  illiklərdə daha  çox  Avropanın  Almaniya  (300  mindən
yuxarı),  Fransa  (50  min),  İsveç  (30  min),  Norveç,  Avstriya,  Polşa,  Bolqarıstan  və s.
ölkələrində məskunlaşmışlar. Bu ölkələrdə yaşayan kürdlər milli mədəniyyət mərkəzləri
yaratmış,  ana  dilində “bazar  günü”  məktəbləri  təşkil  etmiş,  özəl  televiziya  kanalları
açmış, çoxsaylı qəzet və jurnallar nəşrinə nail olmuşlar.
Bu  zaman  fransanın  paytaxtı  Paris  şəhərinə görkəmli  kürd  ziyalısı  Kəndal
Nəzanın  rəhbərliyi  altında  20  ildən  çoxdur  ki,  fəaliyyət  göstərən  “Kürd  İnstitutu”nu
xüsusi  qeyd  etmək  lazımdır.  Burada  kürd  dili, ədəbiyyat  və tarixinin  öyrənilməsi  və
təbliği  istiqamətində təqdirəlayiq işlər  görürlər.  Onu  da  qeyd  edək  ki,  “Kürd-1”  özəl
televiziya kanalının rəhbəri də K. Nəzandır.
Öz  tarixi  vətənlərindən  didərgin  salınmış  kürdlər  bir  gün  Amerika  (ABŞ  və
Kanada)  və uzaq  Avstraliya  (Avstraliya  İttifaqı  və Yeni  Zelandiya)  qitələrinədək
səpələnmişlər. Kürdlərin köç karvanı, belə getsə, buzlu Antraktida materikinə üz tutmağa
məcbur  olacaqdır.  Çünki  “doğma  vətən”  də təzyiq  və təqiblər  altında,  milli
diskriminasiya  və dövlət  teroru  şəraitində “yaşamaqdan”  (buna  yaşamaq  demək
mümkünsə!!!) buzlu materikin 70
0
-80
0
şaxtasında rahat nəfəs almaq daha yaxşıdır.

90
I.IV. KÜRDLƏRİN  ETNOQRAFİYASI  VƏ
MƏDƏNİYYƏTİ
Kürd xalqının özünəməxsus etnoqrafik xüsusiyyətləri haqqında demək olar ki,
bütün  kürdşünas  alimlərin  və xarici  ölkələrdən  kürdüstana  gələn  missionerlərin,
siyasətçilərin fikri eynidir. Həmin fikirlərin “ortaq məxrəci” belədir: Kürdlə ön Asiyanın
antropoloji cəhətdən ən gözəl tiplərindən biridir. Onlar qorxmaz, cəsur, “kişi sözünə əməl
edən”, mərd, döyüşkən, igid, əməksevər və qonaqpərvərdirlər. Kürd cəmiyyətində qadın
Şərqin  heç  bir  xalqında  olmayan  azadlığa  malikdir.  Kürd  qadını  təkcə özünün  gözəlliyi
ilə deyil,  həm də namusu, qeyrəti, “aslan ürəyi” olması ilə fərqlənir.
Bütün bu xüsusiyyətlər hər bir kürd üçün, eləcə də kürdləri yaxından tanıyanlar
üçün “teorem” yox, sübuta ehtiyacı olan bir aksiomadır. Kürdləri yaxşı tanımayan xarici
ölkə vətəndaşları  onların  fərqləndiri  və heyrətləndirici  xüsusiyyətləri  “teoremə”
bənzədiyinə görə elə əcnəbi ölkə alimlərinin fikirləri əsasında bu “teoremi” isbat etməyi
məqsədəuyğun  hesab  edirik.  Dr.  F.  Şinnavi  yazır:  “Kürdlər  xarakter  baxımından  cəsur,
igid və qorxmadan savaşan, düşmənə qarşı addımını geri atmayan bir millətdir” (22,46).
İran kürdləri arasında yaşayaraq onlar haqqında kitab (25) yazan alman mənşəli
Rusiya alimi P.Lerx yuxarıda qeyd etdiyimiz bəzi xüsusiyyətlər haqqında öz fikrini belə
bildirir:  “Kürdlər  qədim  Xaldeylər  kimi  çox zirək (cəld,  bacarıqlı) olub, zəhmətdən
qorxmurlar......  Bu  xalq  artıq ən  qədim  zamanlardan döyüş  qəhrəmanlıqları ilə
fərqlənir...”  (25,25).  MÜəllif  kürdlərin  qəhrəmanlığı  haqqında  fikirlərini əsaslandırmaq
üçün  yunanların  10.000-lik  qoşununa  qalib  gələn  karduxları;  Xaçpərəstlərin
(“Səlib”çilərin)  birləşmiş  qoşunlarını  darmadağın  edib  müqəddəs  Qüdsü  və İslam
dünyasını  xilas  edən  Səlahəddin Əyyubini;  Hulaku  xan  və Teymurləngin  vahiməli
monqol-tatar  döyüşçülərinə ciddi  müqavimət  göstərib  böyük  zərbə vuran  Aməd
(Diyarbəkir) kürdlərini;  üç  yüz  ildən  çox  bir  müddətdə Osmanlı  Sultanlarına  baş
əyməyən  və öz  müstəqilliklərini  qoruyub  saxlayan  kürd əmirlərini;  kiçik  bir  kürd
tayfasının  başçısından  İran  şahı  titolunadək  yüksələn  Kərim-xan  Zəndi  milas  göstərir
(Yenə orada,  səh25-26).  O  kürdlərdə döyüş  ruhunun  yüksək  olmasını  onların  qədim
zamanlardan azadlıqsevər olmaları və ona canatmaları ilə əlaqələndirir.
P.Lerx həmin kitabında kürdlərin antropoloji xüsusiyyətlərinə görə cəzbedici və
cüssəli  olmalarını  da  xüsusi  qeyd  etməyi  unutmamışdır:  “Kürd  kifayət  qədər  qəddi-
qamətli,  boyu  və möhkəm  quruluşlu əzələləri  ilə fərqlənir.  Onu  başı  demək  olar  ki,
yumrudur,  alnı  açıqdır,  saçları  sıx  və qaradır,  burnu  gözəldir,  gözləri  qara  və parlaqdır,
sifətinin  rəngi  tutqun,  cizgiləri  isə xoşagəlimlidir  və kişiliyi  kəs  etdirir”  (Yenə orada).
Müəllif bu əlamətlərin əcnəbi alim Riqler tərəfindnə də təsdiqlədiyini qeyd edərək, daha

91
sonra əcnəbi missioner, səyyah və tətqiqatçıların (Pujula, Riç, Bore, Qyörnle, Kox və s.)
kürdlərin  fərqləndirici  antropoloji  və xarakter  xüsusiyyətləri  haqqındakı  fikirlərini
sadalayır  və həmin  fikirlərin  demək  olar  ki,  yuxarıda  qeyd  olunanlarla  üst-üstə
düşdüyünü vurğulayır.
Kürdləri  yaxından  tanıyan  və bir  neçə il  onların  həyat  tərzini  öyrənən  erməni
şairi  X.  Abovyan  da  onların  antropoloji  cəhətdən  fərqləndiyinə diqqəti  çəkərək  yazır:
“Kürdlər ilk baxışdan kişilik təcəssümünü əks etdirən, görkəminə, boy-buxununa, hündür
boyuna,  enli  sinəsinə,  cəngavər  çiyinlərinə görə fərqləndirmək  mümkündür...  Bundan
başqa kürdün fərqləndirici əlamətləri: iri odlu gözləri, sıx qaşları, hündür alnı, uzun qartal
burnu, bərk yerişi, bir sözlə qədim qəhrəmanlara xas olan bütün cəhətlər” (115,202).
X.  Abovyan  kürdlər  haqqında  yazdığı  başqa  bir  məqaləsində onların
cəngavərliyinə,  verdiyi  sözə kişi  kimi əməl  etməsi  diqqəti  cəlb  edir:  “Kürdləri  şərqin
retsarları (cəngavərləri) adlandırmaq olar... Döyüşkənlik, açıqürəklilik, düzgünlük, öz
knyazlarına  son  dərəcə sədaqətlilik, verilən sözə ciddi əməl etmək,  qonaqpərvərlik...
qadına hədsiz hörmət, bax, budur bütün xalqa məxsus ümumi əlamətlər” (116,189).
Kürdlərin  cəngavərliyi  və döyüşçü  kimi  qəhrəmanlığını,  orduda  sədaqətlə
xidmət etdiklərini təkcə P. Lerx və X. Abovyan deyil, onlarla əcnəbi səyyah, misioner və
tətqiqatçılar  da,  xüsusi  qeyd  etmişlər.  Aleksey  Manzyak  “İslam  döyüşçüləri”  adlı
kitabında  kürdlərin döyüşkənliyinin, qəhrəmanlığının mənbəyini araşdıraraq gösətiri ki,
bu, kəndlərin etnogenezində mühüm rol oynamış karduxların döyüş ənənələri ilə bağlıdır.
Müəllifin  fikrincə bu ənənələrin əsrlər  boyu  qorunub  saxlanılmasının başlıca  səbəbi
kürdlərin  yaşadığı  regionun  qanlı  tarixi (yuxarıda  kürdüstan ərazisinin  tarix  boyu
imperiyalar  arsındakı  döyüş  meydanına çevrilməsini
qeyd  etmişik), kürd əmirləri
arasında  müntəzəm  baş  verən  “kiçik  müharibələr”  və kürdlərin  gündəlik  həyatında
döyüşməyin əsas məşquliyyətlərdən biri olmasıdır. (31, 198-200)
Belə döyüş ənənələrinin  kürdlərin  həyatında    XX əsrin əvvəllərinədək davam
etməsini  A.A.  Arakelyan  da  təsdiqləyir:  “Kişilərin  başlıca  məşğuliyyətinin  at  belində
silah işlətməklə bağlı, hərbi yürüşlər... və ov zamanı yerinə yetirilən tapşırıqlar təşkil edir
” (117,20).
Onu  da  qeyd  edək  ki,  kürdlərin  döyüş  qəhrəmanlığından  və sədaqətlə
xidmətindən əsrlərlə geniş  istifadə edən  Osmanlı  sultanları,  İran  şahları, Ərəb  xəlifələri
böyük  hərb  uğurlar  qazanmış,  öz ərazilərin  təhlükəsizliyini  qoruyub  saxlamışlar.  Yaxın
şərq  regionunda  kürd  süvari  dəstələrinin  döyüş  məharəti  ilə fərqlənməsi  az  qüvvə ilə
böyük uğurlar qazanması barədə tarixi faktlar kifayət qədərdir.
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə