1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur


xronikalarında  İdel (Volqa) və Yaik (Ural) çayları  arasındakı  bütün ərazi  birbaşa kürd dilində “Dəşte Savaran”



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix06.05.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14

11
xronikalarında  İdel (Volqa) və Yaik (Ural) çayları  arasındakı  bütün ərazi  birbaşa kürd
dilində “Dəşte Savaran” (“Suvarlar səhrası, çölü”) adlandırılmışdır.
Kürdlərlə başqırdların  etnogenezində eyni  tayfaların  iştirak  etdiyini  sübut  edən
dəlillərdən  biri  də kürdlərin  geniş  yayılmış  tayfalarından  biri  olan alanların adı  ilə
bağlıdır.  Belə ki,  başqırdların əcdadı  sayılan  masaqetlər  özlərini  “arilər”-“alanlar”
adlandırmışlar (“al”/ar+  “an”-cəm  şəkilçisi) (24,8).  Bu  fikri  təsdiq etmək  üçün  S.
Qallyamov ərəb tarixçisi İbn-əl-Əsirdən və İran tarixçisi Rəşiddədindən iqtibaslar gətirir.
Birinci müəllif yazır: “1223-cü ildə Çingizxan Dəşte-Qıpçakda (Dəşte-Savara) qıpçaklarla
və alanlarla qarşılaşdı. Monqollar qıpçaklara dedilər: “Biz sizinlə eyni qandan, alanlar isə
bizə və sizə yad xalqlardır”. Rəşiddədin bu hadisəni belə təsvir edir: “Biz və siz eyni xalq
sayılırıq, alanlar isə bizə yaddır, bizimlə birləşin” (24,8-9).
Müasir  dövrdə alanlar Van  gölü  hövzəsində,  Tatvan əyalətində-öz  adları  ilə bağlı
olan-Kürdalan    (Kurd  alan)  şəhərində yaşayır.  Başqırdıstanda (Başkordıstanda) da ən
böyük  yerli    tayfalardan  olan  Elan  tayfası  yaşayır.  Müəllif  daha  sonra  Başqırdıstandakı
Tanqaur (“tan” qədim hind dilində “bədən”, “qa”-kürdcə “öküz” deməkdir) tayfası ilə
kürdlərə məxsus Qoran tayfasının eyni mənşəyə malik olmasını misal göstərir.
Kürdlərin  mənşəyi  haqqında  başqa  bir  fikir  də P.Lerxə və bəzi  kürd  alimlərinə
aiddir. XIX əsrin ortalarında Rusiyanın İranda səfiri olmuş P.Lerx “İran kürdləri və onların
əcdadları Şimali  Xaldeylər haqqında tətqiqat” adlı əsərində (25) sübut etməyə çalışır ki,
kürdlərin  ulu əcdadları  qədim  xaldeylər  olmuşdur.  Dr.  M.Nuri  Dersimi  onun  bu  fikrini
təsdiqləyərək  qeyd  olunan əsərdən  sitat  gətirir: “Kürdlər  iranlı  bir  irq olan  bu
xaldeyalılardan önəmli dərəcədə irqi miras almış olan millətdir. Xaldeyalılar Miladdan
3  min  il əvvəl  öncə Babilistanı  istila  və iraqa  hakim  olduqları  üçün,  Assuriya  dövlətinin
inkişafında böyük rol oynamışlar. Yeni araşdırmalar Kürd tayfaları arasında rast gəlinən
gözəl  va  cazibəli tiplərin həmin  qədim  xalqların məhsulu olduğunu sübut edir ”(26,70-
71).
Tarixdən  yaxşı  məlumdur  ki,  xaldeylər (xaldilər) e.ə.  I  minilliyin əvvəllərində
assuriyalıların Yrarta adlandırdığı  və Ön  Asiyada  üç  yüz  il  ömür  sürmüş  qədim  dövlət
qurmuş  bir  xalqdır.  Bu  qədim  xalq  özünə xaldey (xaldi) demiş,  assuriyalılar  isə onları
urartalar adlandırmışlar. Əsasən van gölü hövzəsində yerləşən Urartu çarlığının sərhədləri
özünün  qüdrətli  dövründə şimalda  sevan  gölünə,  şərqdə Urmiya  gölünə,  cənub-qərbdə
Dəclə çayı və Fərat çayının yuxarı axarına qədər azlalırdı.
Dr.  Raysk  yazır:  “Xaldi (Khaldi), Kurti, əl-Kurdi  adları  Kürdlərin  adıyla  eyniyyət
təşkil edir” (81,143).
Bildiyimiz  kim  Ermənilər  qədim  urartuları  özlərinə “calamaq”  üçün  dəridən-
qabıqdan  çıxmış  və hər  cür  saxtakarlığa əl  ataraq  çoxlu  “elmi əsərləri”,  “tarixi  faktlar”

12
uydurmuşlar. Halbuki, özlərini xaldey (xaldi) adlandırmış urartuların ermənilərlə heç bir
əlaqəsi  yoxdur.  Belə ki,  tətqiqatçılar  arxeoloji  qazıntılar  zamanı  müəyyən  etmişlər  ki,
“hay”lar (ermənilər) Kürdüstan (Urartu) ərazisinə e.ə.  600-cü  ildə yunalarla  birgə
Trakiyadan gəlmişlər. Bu zaman Urartu çarlığı artıq sübut etmişdi.
Bəzi alimlər Urartu sözünün üç kürd kəlməsindən (“Ur”+ “ard”+“tə”) yarandığını
və mənasının  “Ur-sənin  torpağında”  olduğu  fikrini  irəli  sürürlər.  Həmin  müəlliflərə görə
“Ur” –qədim  Uruk  şəhərinin  qısaldılmış  formasıdır.  Uruk  isə 2500 –ci  ildə kürdlərin
etnogenezində mühüm  rol  oynamış hürrilərin tikdirdiyi  və öz  adları  ilə adlandırdıqları
Xurik (Hurik) şəhərinin adı ilə bağlıdır. Onu da qeyd edək ki, “huri” sözünün kürd dilində
mənası “gözəl” deməkdir.
Fərat (kürd  dilində Fırat-“enli  çay”) çayının  qədim  məcrasının  sahilində yerləşən
Uruk  şəhərinin ərazisində alman  alimləri  qədim Şumer sivilizasiyasının  mərkəzlərindən
birini  aşkar  etmişlər.  Məhz  bu  mərkəz  bəşəriyyətə qədim  yazı  nümunələrini,  coğrafi
xəritələri zodiak işarələrinə malik təqvimi və s. bəxş etmişdir. E.ə. 883-cü ildə xaldeylərin
bir qismi assuriyalıların zülmündən xilas olmaq üçün şimala doğru hərəkət etmiş, Merivan
(Van) gölünün hövzəsində və Kapavta gölünün cənub-qərb sahillərində məskunlaşmışlar.
Urartu  dövlətini  quran  xaldeylər  Kapavta  gölünün  adını  dəyişərək  Urmiya
qoymuşlar. Urmiya sözünün mənası isə kürd dilində “Mənim Urum” deməkdir.
E.ə.  II  minillikdə Manna
dövləti  öz ərazisini  Van  gölünün  hövzəsinədək
genişləndirmiş  və həmn  dövrdən  başlayaraq  Ararat  yaylası  “Arimana”,  yəni  “Manna
ariləri” adlandırılmışdır. E.ə. V əsrdə yunanlar Ararat yaylasını “Arimana” (“Armenaya”)
yaylası adlandırmışlar. Eradan əvvəl IV-III əsrlərdə Frigiya və Lidiyadan bu yerlərə köçüb
gələn  “hay”-lar (sonralar ermənilər) özlərini  Arimananın  sakinləri  kimi  qələmə verməyə
başladılar.  Beləliklə, erməni, yəni  “Arimananın  sakinləri”  termini  yaranmışdır. Bu  isə o
deməkdir  ki,  “hay”-ların (ermənilərin) vətəni  heç  də onların  uydurduğu  kimi  Armeniya
(Armanna) deyildir.
Onu da qeyd edək ki, bir çox tətqiqatçılar (S.Qallyamov, N.Dersme və.b) belə hesab
edirlər  ki,  kürdlərin  özləriə verdikləri  ad-Kur  manc məhz Manna  sözü  ilə bağlıdır  və
mənası “Mannanın oğlu” (“Kur” kürdcə “oğul”) deməkdir. Manna isə bəşəriyyatın atası
sayılan,  qədim  hind ədəbi  abidələrində (vedolarda)  və “Avesta”da  adı  çəkilən Mamı
(german tayfaları öz əcdadlarını Mann hesab edirlər) ilə bağlıdır.
S.Qallyamov  kürdlərin  Manna  ilə bağlılığını  sübut  etmək  üçün  çoxsaylı  dəlillər
gətirərək yazır: “Armenidaha doğrusu, ari-manna –Manna ariləri, manna-midiya tayfa
ittifaqına aid olan tayfalardan birinin adını əks etdirən tipik qədim kürd etnonimidir. Belə
mürəkkəb tərkibli adlar kürd və qədim fars dilləri üçün xarakterikdir; Belə adları müqayisə
edin:  Ariaramna,  Ariabarran,  Ariomard,  Ariabiqn,  Arimena-Manna  ariləri  etnoniminin

13
kürd  mənşəli  olması  onun  senefontun (e.ə.V əsr) qeyd  etdiyi  hürri-mitani  etnonimi
Arisennadan  daha  qədimliyini  təsdiqləyir...  Qədim  Arimen,  “Manna  ariləri”  etnonimi
kürdlərin  armeni-varta-“Manna  arilərinin  yurdu” (“var,  var-kürdcə “yurd”deməkdir)-
tayfasının  adında  bugünədək  qorunub  saxlanmışdır...  Mürəkkəb  tərkibli armena  varto  öz
davamını  digər  kürd  tayfaların-avroman  və saurman-adında  tapır.  “Sauroman”-kürd
dilində “Manna  suvariləri”  deməkdir.  Beləliklə,  üç  kürd  etnonimi-kurmanc (“Manna
oğulları”), Sauroman (“Manna  suvariləri”) və arimen (“Manna  ariləri”) bir  biri  ilə
birbaşa qohumluq əlaqələrinə malikdir (23,289-290).
Bu fukrə onu da əlavə edək ki, kürd tayfalarından biri bu gün də Manki adlanır. Bu
sətrlərin müəllifi bu tayfadandır.
Kürdlərin mannalılarla sıx əlaqəsini sübut edən faktlardan biri də manna çarlarının
adlarıdır. Həmin  çarların ən  məşhurları  Artsari,  İranzo,  Ara, Losan  və Deyok  olmuşdur.
Deyoka Key Qubada  Kürdi adı verilmişdir.
Beləliklə,  kürdlərin  mənşəyi  və formalaşması  tarixi  haqqında  elmi  mənbələrin
tətqiqi və bu barədə alimlərin müxtəlif fikirlərinin təhlili göstərir ki, bu xalq, Ön Asiyanın
və Şimali Mesopotomiyanın ən qədim-ən azı 8 min illik tarixə malik olan aborigen (yerli)
etnoslarından biridir. Qədim kürd tayfa birləşmələrinin tərkibində fəal iştirak edən hürrilər,
lallabeylər,  kutilər,  kassitlər,  karduxlar,  xaldeylər (urartalar), mannalılar,  midyalılar
(medlər,  marlar)    bu  xalqın  etnogenezində mühüm  rol  oynamışlar.  Həmin  tayfa
birləşmələri  e.ə.  III-I  minilliklər ərzində bir  neçə qüdrətli  dövlət (Kuti  imperatorluğu,
Urarta çarlığı, Manna çarlığı, Midiya imperiyası və.s.) yaratmağa və regionda dərini tarixi
izlər  (ilk  yazı  nümunələri-şumer  yazıları,  zodiak  təqvimləri,  qədim  şəhərsalma
mədəniyyəti,  tarixi  abidələr,  dini-mənəvi  dəyərlər-“Avesta”,  Zərdüşt  dini  və s.)  salmağa
nail olmuşdur.
Bizim  eranın  II-VI əsrlərndə qeyd  olunan  tayfa  birləşmələrinin  vahid  kürd  xalqı
kimi formalaşması prosesi getmiş və bu proses ən geci VII əsrdə başa çatmışdır. Artıq VII
əsrdə bu xalqın yazılı ədəbiyyat nümunələri meydana gəlmişdir.(14,15)

14
I.II. KÜRDLƏRIN VƏ KÜRDÜSTANIN QISA TARIXI
.
“Kürdlərin  yaşadığı  yer  mənasında  olan  Kürdüstan  termininin  yaranması  tarixinə
nəzər  salaq.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  qədim  kürdlər  bir  sıra  qüdrətli  dövlətlər
yaratdıqlarına baxmayaraq, onların heç birinə onu yaradan xalqın adı verilməmişdir. Necə
ki, ABŞ-ı yaradan xalqın (inglislərin) adı bu ölkəyə verilməyib. Rəsmi sənədlərdə və elmi
mənbələrdə Kürdüstan sözünə ilk dəfə XII əsrə aid materiallarda rast gəlirik. Belə ki, “XII
əsrin  ortalarında səlcuqlar  sülaləsinin  görkəmli  hökmdarlarından  olan  Sultan  Səncər
Luristan (kürdlərə aid lan lurların vətəni) ilə Azərbaycan (Cənubi Azərbaycan) arasındakı
vilayətləri, o  cümlədən  Həmədan, Dinəvər  və Kermanşah  sərhəddini  müəyyənləşdirmək
və qərb hissələri Kermanşaha tabe etmək məqsədilə Kürdüstanın bir qismini müstəqil elan
edərək,  onu  həmin ərazidə yaşayan  xalqın  adı  ilə adlandırdı.  Bunda  sonra  Səlcuq
dövlətinin  rəsmi  sənədlərində Kürdüstan adı  yazıldı  və paytaxtı Bahar şəhəri  olmaqla,
Sultan  Səncərin  qardaşı  oğlu  Sultan  Süleyman  1159-1161-ci  illərdə Kürdüstan  padşahı
oldu” (29,49).
Həmin  dövrdə (XII əsrdə) Kürdüstan əyalətinin  tərkibinə beş  iri  vilayət-Həmədan,
Dinavər,  Kermanşah,  Şəhrizur,  Səncər-daxili  idi.  Kürdüstan əyalətinin  tabeliyindəki
dairələrin sayı 16 idi: 1) Alanı; 2) Alişter; 3) Bahar; 4) Huftian (Həftian); 5) Dərbənde Tac
Xatun;  6)  Dərbənde Zənqe; 7)  Dəzbil;  8)  Dinavər;  9)  Sultanabade  Çəm-Cəmal;
10)  Şəhrizur;  11)  Kermanşah;  12)  Kərənd  və Xoşan;  13)  Kənqavər;  14)  Mahidəşt;  15)
Hərsin; 16) Vəstam.
XIII əsrədək Luristan vilayəti də Kürdüstanın tərkibinə daxil idi. (51,73).
Yuxarıda  qeyd  olunan  vilayətlərin  və dairələrin  adından  göründüyü  kimi  Sultan
Səncər  Kürdüstan əyalətinə kürdlərin  qədim  məskunlaşma ərazilərinin  təxminən  40%-ni
daxil etmişdi.
M.İ.Şəmsi  yazır  ki,  Kürdüstan  adını  ilk  dəfə İran  tarixçisi  Həmdulla  Qəvzini
1339/40-ci  ildə yazdığı əsərində qeyd  etmişdir  (29,49). Əlbəttə,  bu  fikirlə razılaşmaq
olmaz. Çünki Kürdüstan sözünə H.Qəzvinidən xeyli əvvəl (XII əsrin axırlarından) bir sıra
ərəb  mənbələrində rast  gəlirik.  Digər  tərəfdən  Strabonun  Kordienası  elə Kürdüstan
deməkdir.  Kürdüstan  Vilayəti  zaman  keçdikcə öz  sərhədlərini  genişləndirmiş  və proto
kürd tayfalarının kompakt yaşadığı qədim məskunlaşma ərazilərini əhatə etmişdir.
XII əsrin  görkəmli  kürd  tarixçisi  Şərəfxan  Bidlisi  özünün  məşhur  “Şərəfnamə”
əsərində göstərir  ki,  Kürdüstan  ölkəsi  Hind  dənizi  sahilində olan  Hormuzdən  başlayaraq
düz  xətlə Mərəş  və Malatiya  vilayətlərinə qədər  uzanır.  O,  şimalda  fars,  İraq-Əcəm,
Azərbaycan  və Ermənistanla,  cənubda  isə Diyarbəkir,  Mosal  və İraq-Ərəblə sərhədlənir.
Övliya Çələbi isə 1646-cı ildə yazdığı əsərində Kürdüstanın Şimalda Ərzrum, cənubda isə
Bəsrə
(İran)
körfəzinədək 
uzandığını 
qeyd 
etmişdir. 
(81,121-122). 
O,öz

15
“Səyahətnamə”sində göstərir  ki, Ərzurumdan şimal-qərbdə yerləşən  Baybort  şəhəri
əhaləsinin yarısı kürdlərdən ibarət olub (85,286).
1514-cü  ildə baş  vermiş  Çaldıran döyüşünədək  vahid ərazinin  adı  olan  Kürdüstan
həmin  ildə Osmanlı  və İran  imperiyaları  arasında  iki  yerə parçalandı. 1923-cü
ildə
bağlanan  lozanna müqaviləsindən  sonra  Kürdüstanın ərazisi  dörd  dövlət  (Türkiyə,  İran,
İraq  və Suriya)  arasında  bölüşdürüldü.  Elə həmin  ildə Azərbaycan  SSR ərazisində
kürdlərin adı ilə bağlı Kürdüstanın beşinci parçası-“Sovet Kürdüstanı”, “Qızıl Kürdüstan”
(rusca  “Krasnıy Kürdüstan”ın) deyilən  Kürdüstan  qəzası  yarandı.  Beləliklə,  elmi
mənbələrdə vahid  Kürdüstan əvəzinə Türkiyə Kürdüstanı,  İran  Kürdüstanı,  İraq
Kürdüstanı,  Suriya  Kürdüstanı  və
“Sovet  Kürdüstanı”  ifadələri  içlədildi  və
içlədilməkdədir.
Elmi mənbələrin verdiyi məlumata görə tarixi Kürdüstanın sahəsi 530 min kv. km-
dən çoxdur ki, bu da Fransanın sahəsinə yaxındır (8,45). Kürdlərin tarixən məskunlaşdığı
və bu  günədək  yaşayıb  öz  azadlığı  uğrunda  mübarizə apardığı ərazi  (vahid  Kürdüstan)
şimalda  Kars-Ərzurum  paralelindən  başlayıb  cənubda  İran  körfəzi  sahillərinədək,  qərbdə
vəşimal-qərbdə Suriyanın Hələb şəhərinədək, şərqdə və cənub-şərqdə Maka-Xoy-Salmas-
Mehabad-Sənəndəc-Kirmanşah-Hürrəmabad-Şəhre-Kord (Kürd  şəhəri) xəttinədək,  başqa
sözlə Zaqros dağlarının şərq ətəklərinədək uzanır.
Qeyd  olunan ərazilər  hal-hazırda  Türkiyənin  cənub-şərq,  İranın  şimal-qərb,  İraqın
şimal, Suriyanın şimal-şərq hissələrini təşkil edir. Göründüyü kimi, bu ərazi Yaxın və Orta
Şərq  regionunun  mərkəzi  olub  olduqca  mühüm  geostrateji  mövqeyə malikdir.  Qədim
“İpək  yolu”,  regionun ən  iri  şəhərləri  olan  İstanbul,  Ankara,  Təbriz,  Tehran,  Dəməşq,
İsfan,  Bağdad,  Bəsrə və s.  Şəhərləri  bir-biri  ilə birləşdirən  beynəlxalq əhəmiyyətli
magistrallar  (avtomobil  və dəmir  yolları,  boru- kəmər  nəqliyatı) Kürdüstan ərazisindən
keçir.
Kürdüstan ərazisi həm də təbii şəraitinin gözəliyi və zənginliyi ilə diqqəti cəlb edir.
Belə ki, Kiçik Asiya yaylasını və Zaqros silsiləsini (Kürdüstan dağlarını) yaradan dağlar,
dağlararası dərələr, Mesopotomiya ovalığının şimal hissələri təbii sərvətlərlə-qiymətli ağac
növlərinə mail  sıx  meşələr,  yay  otlaqları  olan  güllü-çiçəkli (Bingöl  kürd  dilində “çiçək
qoxulu”  yaylaq  deməkdir) yaylaqlar,  neft,  dəmir, əlvan  metal  filizləri,  mineral  sular,
məhsuldar  torpaqlar  və s.  olduqca  zəngindir.    Təsadüfü  deyil  ki  üç  qədim  peyğəmbərin
(Nuh, Zərdüşt, Ibrahim) vətəni məhz kürdüstan ərazisində yerləşir.
Kürdüstanın bu gözəlliyi və zənginliyi, beynəlxalq əhəmiyyətli geostrateji mövqeyi
tarix  boyu  kürd  xalqına  xeyirdən  çox  zərər  gətirmiş,  hətta  bu  qədim  etnosun  faciəsinə
səbəb olmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi, II-VI əsrlərdə qədim kürd tayfa birləşmələrinin vahid

16
xalq  kimi  formalaşması  prosesi  getmişdir.  Çox  təəsüflə acı  bir  həqiqəti  qeyd  etmək
lazımdır ki, qədim kürd tayfa birləşmələrinin yaratdığı qədim  imperiya və çarlıqlar kimi,
vahid  kürd  xalqının,  yaradılması  və qorunması  uğrunda  canını  və qanını  qurban  verdiyi
sonrakı dövlətlər (Parfiyalılar, Sasanilər Rəvvadilər, Şəddadilər, Mərvanilər, Əyyabilər və
s.) də onların adını daşımamışdır.
Kürdlərin  vahid  xalq  kimi  formalaşdığı  ilk əsrlərdən (II-VI əsrlər) bu  günədək
onların  tarixi yadelli  işğalçılara-böyük  imperiyalara (İran,  Roma,  Bizans, Ərəb xilafəti,
Monqol-tatarlar,  Osmanlı  imperiyası  və s.) qarşı  mübarizə tarixi  olmuşdur.  Məhz həmin
mübarizə nəticəsində qəhraman kürd xalqı öz milli kimliyini, dilini, dinini, hətta öz milli
geyimini, ən başlıcası doğma vətənini-yarandıqları torpaqları bugünədək qoruyub saxlaya
bilmişdir. Həmin mübarizə tarixinin ən mühüm məqamlarına qısa nəzər yetirək.
Hələ e.ə.V əsrdə yunanlar  Ksenofontun (“Anabazis” əsərinin,  karduxlar  haqqında
ilk  yazılı  məlumatın müəllifi) rəhbərliyi  ilə (on  mindən ibarət qoşun ilə) kürdlərlə üz-üzə
gəldikdə axırıncıların  ciddi  müqavimətinə rast  gəlmişdi.  Ona görədə yunan  sərkərdəsi və
tarixçisi Ksenofont  kürdlər  haqqında  yazırdı:  “Karduxlar əla  oxatan  idilər.  Onların
yaylalarının  böyüklüyü  təxminən  2 dirsəkdən (bir dirsək-44,4 sm-ə bərabərdir) çox  idi...
Onların oxları qalxanları olub zirehləri deşib keçirdi”(30,198-200). Ksenofont daha sonra
“Anabazis”də kürdlərin  heçkimə baş əymədiklərini,  qorxmaz  olduqlarını  və azad
yaşamağa üstünlük verdiklərini qeyd edir.
E.ə.  550-ci  ildə Midyanı (Kürdlərin  etnogenezində mühüm  rol  oynamış  medlərin
vətəni) işğal  edən Əhəmənilər  kürdlərin  məskunlaşdığı  digər əraziləri  də zəbt  edtməyə
başladılar. Beləliklə, 330 il hökmranlıq edən əhəmənilərlə kürdlər arasında zaman-zaman
müharibələr  baş  verdi.  E.ə.  529-cu  ildə əhəməni  çarı  Kir  öz  qoşunlarını  Araz  çayı
sahillərində yaşayan  və Heredotun  qəhrəman  tayfa  kimi  qələmə aldığı  Masagetlərin
(kürdcə: “balıqçıların”) üzərinə yeritdi. Bu zaman masagetlərin çarı Tomris adlanan cəsur
və qorxmaz bir qadın idi. Kir ilə Tomris qoşunları arasındakı döyüşü Herodot “ən dəhşətli
döyüş” adlandırmışdır. Döyüşdə əhəmənilər məğlub oldu və onların şahı Kir öldürüldü.
E.ə.  331-ci  il  oktyabr  ayının  1-də Əhəməni  III  Dara  ilə Makedoniyalı  İsgəndərin
qoşunları  indiki  Iraq  Kürdüstanın  paytaxtı  olan Ərdəbil (Hewler) şəhərinin    yaxınlığında
yerləşən  Qavqamela  kəndinin ərazisində üz-üzə gəldi.  III  Dara  döyüşdən  qaçdı  və
Əhəməni qoşunları darmadağın edildi. Beləliklə, Əhəməni sülaləsinə son qoyuldu.
Makedoniyalı  Isgəndər  Midya (Kürdüstan) ərazisini  işğal  etdikdən  sonra  burada
zərdüştlərin  bütün dini  və yazılı  abidələrini  dağıtdı,  o cümlədən,  “Avesta”nın nüsxələrini
yandırtdı.  Bu  dövrdə (e.ə.312-64) Kürdüstan ərazisinin  böyük  hissəsi  yananların-
Makedoniyalı  İsgəndərin  sərkərdələrindən  biri  olmuş  Selevk  I  Nikatorun  adını  daşıyan
selevkilər sülaləsinin hakimiyyəti altına keçdi.

17
E.ə. 250-ci və eramızın 224-cü illərində Kürdüstan ərazisinin xeyli hissəsi Parfiya
padşahlığının  tərkibindən  olmuşdur. Əvvəlcə Tehran  və Gürgan  şəhərləri  arasındakı
ərazidə (Təbəristan  vilayəti) yaranmış  Parfiyanın  sərhədləri  sonralar  Mesopotomiyadan
Hindistanadək  genişlənmişdi.  Bəzi  tətqiqatçıların  fikrinə görə Parfiya  sözü  Partan
sözündən,  bu  isə “bər (kürcə “ittifaq”,  “birlik”)  Təbəristan” yəni  Təbəristan  birliyi
(İttifaqı, tayfası) ifadəsinin qısaldılmış formasıdır. Selevkilərə qarşı üsyan qaldıran Parfiya
satrapı (Knyazı) Aşek (Kürdcə Aşıq, yəni aşiq) bu imperiyanın və onu idarə edən Arşakilər
(yunanlar  Aşeki-Arşak  kimi  qeyd  etmişlər) sülaləsinin  banisi  hesab  olunur.  Azərbaycan
alimi  M.  Vəlili (Baharlı) yazır:  “Bəzi  alimlərin  rəyinə görə,  kürdlər-parfiyalılardandır
(partiyalılardandır”) (219,62). Əslində isə parfiyalılar  kürdlərdəndir,  yəni  kürd  tayfa
birləşmələrindən biridir.
Şərqşünas alimlərin və tarixçilərin qeyd etdiyi kimi parfiya dili İran dillərinin şimal
qərb  qrupuna  aiddir  (31,477).  Yəni  bu  dil  kürd  dilinə ən  yaxın  dillərdən  biridir.
Parfiyalıların  kürdlərlə sıx əlaqəsini  ingilis  alimi  S.J.Malxin  də təsdiqləyir.Buna
baxmayaraq,  saxtakarlıqda  və cəfəngiyat  uydurmaqda  mahir  olan  ermənilər (əslində
“hay”lar) parfiyalıları və onların dilini də özlərinə aid etməyə çalışmışlar.
E.ə.132-ci ildə parfiyalıların çarı II Fərhad Pont əyalətində yunanları məğlub edib
erməni  Arşakı  bura  satrap  (başçı)  təyin  edir.  Arşakın  ölümündən  sonra  (e.ə.  114-cü  il)
onun  yerinə,  oğlu  Ardaşes  keçir.  Kürdlərin  avropalılarla apardığı  müharibədən  və
yunanların  köməyindən  istifadə edən  Ardaşes  özünü  ermənilərin  çarı  elan  edərək,
kürdlərin yaşadığı Nisebin, Omed (indiki Diyarbəkir) və Urfa vilayətlərini işğal edir. E.ə.
89-cu  ildən  ölən  Ardaşesin  yerinə onun  oğlu  Tiqran (hayların “Böyük  Tiqran”ı) keçir.
Tiqranın başçılıq etdiyi erməni qoşunları e.ə. 71-ci ildə Pompeyin başçılıq etdiyi romalılar
tərəfindən  dağıdılır  və yandırılır.  Beləliklə,  Kürdüstan ərazisində qısa  zaman  kəsiyində
mövcud  olmuş  erməni  çarlığına  bir  dəfəlik  son  qoyulur.  Bu  faktı  şişirdib  filə döndərən
ermənilər  öz  cızma-qaralarında  “dənizdən-dənizə”  uzanan  “Böyük  Ermənistan”  dan  dəm
vurur, qonşu xalqlara (kürdlər, türklər, Azərbaycanlılar, gürcülər) məxsus olan torpaqlara
göz dikib və bu günədək işğalçılıq niyyətlərindən əl çəkmirlər.
Kürdüstanın  qərb  torpaqlarını  işğal  edən  romalılar  kürdlərin  bütün ərazisini  zəbt
etmək  məqsədilə Mesopotomiyaya  doğru  hərəkət  edir.  Kürdlərin  ciddi  müqavimətinə
baxmayaraq, Kürdüstan ərazisinin yarıdan çoxu Roma imperiyası tərəfindən zəbt edilir.
Romalılardan sonra Kürdüstan ərazisi Sasanilər sülaləsinin hakimiyyəti altına düşür.
Tarixdən  məlum  olduğu  kimi,  Sasanilərdövləti  III-IV əsrlərdə Yaxın  və Orta  Şərqdə ən
böyük imperiyalardan biri olmuşdur. Sülalə bu dövlətin banisi I Ərdəşirin babası Sasanın
adını  daşıyır.  224-cü  ildə Parfiya  hökmdarı  V  Artabanı  məğlub  edib  bu  dölətin  varlığına
son  qoyan  I Ərdəşir  226-cı  ildə Ktesifon (Mədain  Ekbatan-indiki Həmədan-kürdcə
“Midyalılar”  deməkdir) şəhərində hökmdar  elan  etdi.  Beləkilə,  öz  sərhədlərini  tədricən

18
qərbdə Mesopotomiyaya  ,    şimalda  Cənub  Qafqaza (indiki Gürcüstan,  Ermənistan  və
Azərbaycan əraziləri,) şərqdə Əfqanıstan  və Orta  Asiyaya,  cənub  isə Yəmənədək
genişləndirən Sasanilər 400 ildən çox regionda hökmranlıq etdilər
Bəzi  tətqiqatçılar (xüsusilə,  görkəmli  şərşünas  alim  S.Qalyamov) bir  çox  faktlar
əsasında iddia edirlər ki, Sasanilərin sülaləsinin banisi I Ərdəşir milliyətcə kürd olmuşdur.
I Ərdəşirin babası Sasan Kürdüstandakı Avroman (Həmroman) əyalətinin, onun (Sasanın)
atası Bəhman    Kürdi isə Avroman  və Pəhlə vilayətlərinin  hakimi  olmuşdur. Ərdəşir
sözünün mənası kürdcə “Yer üzünün aslanı” deməkdir.
Sasani  imperiyasının  dövlət  dili  məlum  olduğu  kimi, (fəhlə vilayətinin  adından
götürülmüşdür)
dili  olmuşdur.  Sasanilərin  kürd  mənşəli  olduğunu  iddia  edən  alimlər
pəhləvi  dilinin  müasir  kürd  dilinin  dialektlərindən  biri  etdiyini  söyləyirlər.  İ.  Nuri  paşa
özəsərində Sasanilərin  kürd  mənşəli  olduqlarını əsaslandırmaq  üçün  Kürdüstanın  Kəlhur
vilayətinin  hakiminin  arvadı  olan  Şəhrabanu  Xatunun  öz  atasına-sasanilərin  axırıncı  şahı
Yezdi  Kürdə qoran dialektində (pəhləvi dilində) yazdığı məktubu misal göstərir. Onu da
qeyd  edir  ki,  bu  faktı  ört-basdır  etmək  istəyənlər  Yezdi  Kürd  sözünü  Yezdəgird  kimi
yazmışlar (81,122-123).
Milliyətlə başqırd olan S. Qallyamov bir sıra faktlar əsasında Sasani sülaləsinin kürd
mənşəli olduğuna təsdiqləyərək, yazır: “Sasani çarlarının etnik cəhətdən kürdlərə məxsus
olduğunu  sülələnin (sasanilərin) İranda  bütün  hakimiyyəti  dövründə ali  kahinlər
vəzifəsinin kürdlərin konfessional-troktatik nəsli olan Barzanlarda (Barzanilər bu gün də
Iraq   Kürdüstanına başçılıq edir saxlanılması faktı izah edir)” (24,314).
Barzanların (Barzanilərin) Sasani  sülaləsində mühüm  rol  oynadığını  Firdovsinin
tarixi “Şahnamə” əsərindən də görmək olur. Həmin əsərdə Firdovsi dəfəlrlə kahin (möbid)
(Xərrad  Bərzinin)  (Bərzanın) adını  çəkir  onun  Virantiya  imperatoruna  zərdüştlük  dininin
əsaslarını izah etməsini təsvir edir. Tarixdən yaxşı məlumdur ki, Sasani dövlətində hakim
din məhz Zərdüştlük dininin əsaslarını izah etməsini təsvir edir. Tarixdən yaxşı məlumdur
ki, Sasani dövlətində hakim din məhz zərdüştlük idi. Zərdüşt peyğəmbərlər isə “yuxarıda
qeyd  etdiyimi  kimi,  kürdlərin  ulu əcdadlarının (melərin,  madların,  midyalıların) əsas
peyğəmbəri olmuşdur”. Sasanilər V-VI əsrlərdə şimaldan gələn hunların və xəzərlərin (hər
ikisi  türk  tayfa  birləşmələridir) qarşısını  almaq  məqsədi  ilə Xəzərin  sahilində Dərbənd
şəhərini və qalasını tikmişlər. Dərbənd-Kürd dilində “Bağlı qapı” deməkdir.
Əlbəttə,  sasanilərin  kürd  mənşəli  olduğunu  sübut  etmək  üçün  çoxlu  sayda  digər
faktlar (şahların adları, coğrafi adlar, etnik-dini xüsusiyyətlər və s.)İda tapmaq olar. Lakin
faktsız-sübutsuz bir acı həqiqət gün kimi aydındır ki, Sasani dövləti də kürdlərin yaratdığı
və ya  qurulmasına  kömək  etdiyi  digər  dövlətlər  kimi  tarixə bir  kürd  dövləti  kimi  deyil,
fars-İran  dövləti  kimi  düşmüşdür.  Daha  acınacaqlısı  odur  ki,  bu  sülalənin  hökmranlıq
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə