1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix06.05.2017
ölçüsü5,01 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

58
bir  bələdiyyə məclisinin  kürdlərə ayrılması) onları  razı  salmasa  da  nümayəndə heyəti
sakitcə Mehabada qayıtdı.
17  dekabr  1945-ci  ildə İKDP-nin  təşkil  edildiyi  mitinqdə İranın  şah  rejiminin
Mehabadda  son  qalığı  olan Ədliyyə Sarayının  binası ələ keçirildi  və onun  üzərində
Kürdüstan  bayrağı  ucaldıldı. 1946-cı  ilin  22  yanvarında (O.İ.Jiqabina  yuxarıda  qeyd
olunan  mənbələrdə 24  yanvar  yazır) Mehabad  şəhərində,  qış  olduğuna  və bu ərazinin
dənzi səviyyəsindən 1000 metr yüksəklikdə yerləşdiyinə baxmayaraq, günəşli bir gün idi.
Səhər açılandan bir qədər sonra Mehabadın mərkəzindəki “Çawarçıra” (“Dörd lampa”)
meydanı  ardı-arası  kəsilməyən  mitinq  iştirakçıları  təeəfindən  tamamilə dolmuşdu.
Meydana gələn hər iki küçə Kürdüstan bayraqları ilə bəzədilmişdi. Mitinqçilər tərəfindən
meydana dəvət edilən Məhəmməd Qazi maxta kürsünün üzərinə çıxaraq nitq söylədi. O,
öz nitqində kürdlərin  qədim  zamanlardan  bu  günədək  doğma  torpaqlarında  yaşadığını,
haqqlarının  tapdalandığını,  artıq  onların  da  oyandığını  və digər  xalqlar  kimi  öz
müqəddaratlarını  təyin  etmək  hüququna  malik  olduğunu  bildirdikdən  sonra  Mehabad
Kürd  Cumhuriyyətini  elan  etdi:  “Bu  andan  etibarən  muxtar  Kürd  Cumhuriyyəti
qurulmuşdur” (95,154). On beş dəqiqə davam edən çıxışında M. Qazi göstərdiyi yardıma
görə Sovet  İttifaqına  minnətdarlığını  bildirdi,  qonşu  Azərbaycan  xalqını  Demokratik
Respublika  qurmaları  münasibətilə təbrik  etdirə kürdlərin  azərilərlə dostluq  edəcəyini
söylədi.
M.Qazi  Mehabad  və ətraf  rayonlarda  çox  böyük  nüfuza  malik  olan Qazilər
ailəsinin  görkəmli  nümayəndələrindən  biri  idi.  O  ilk  təhsilini  “Kütabxanə”  adlanan dini
məktəbdə almışdı.  Lakin  onun dünyagörüşünün    formalaşmasında  Mehabad ən  nüfuzlu
qazilərindən olan atası Əli Qazinin və evlərindəki müxtəlif dillərdə olan çoxlu kitabların
qiraəti  mühüm  rol  oynamışdı.  Dini  təhsil  aldığına  baxmayaraq,  müşahidəçilərin
yazdığına  görə kürd ərəb,  fars,  ingilis,  Azərbaycan,  rus  dillərini  bilən  M.  Qazinin
dünyagörüşündə mütərəqqi iqtisadi, siyasi və sosial baxışlar mühüm yer tuturdu (95,79).
Bəziləri onun “Sovet” təsirlə hərəkət etdiyini söyləsələrdə, W. Aegletonun yazdığı kimi,
M. Qazi ömrünün sonuna qədər kürd milliyətçisi olaraq qaldı və kimsənin ona rəhbərlik
etməsini qəbul etmədi (95,145). O, Kürdüstan Cumhuriyyətinin başçısı kimi ona verilən
3000 tümən (700 dollar) maaşdan imtina etmiş, xalqa təmənnasız xidmət göstərmişdir.
Yeni qurulan Kürd hökumətinin başçısı Hacı Baba Şeyx təyin olundu. Hökumətin
digər üzvləri aşağıdakılar idi:
1. Məhəmməd 
Hüseyn 
Seyfi 
Qazi-
Hərbi 
naziri 

prezidentin
köməkçisi(Prezident M.Qazi idi).
2. Mənaf Kərimi- Milli Təhsil nazir.
3. Məhəmməd Əmin Muini –Daxili işlər naziri.

59
4. Seyid Məhəmməd Əyyubi-Səhiyyə naziri
5. Əbdürrəhman İlhanzadə-Xarici işlər naziri.
6. İsmayıl Ağa İlhanzadə-Rabitə və Yol işləri naziri.
7. Əhməd İlahi-İqtisadiyyat naziri.
8. Xəlil Hüşvəri-Əmək Naziri.
9. Kərim Əhmədiyan-Poçt, Teleqraf, Telefon işləri naziri.
10. Hacı Mustafa Davudi-Ticarət naziri.
11. Molla Hüseyn Məcdi-Ədliyyə naziri
12. Mahmud Vəlizadə-Kənd təsərrüfatı naziri.
Kürdüstan 

Azərbaycanda 
milli-azadlıq 
hərəkatının 
getdikcə
möhkəmləndiyindən narahat olan İran hökuməti BMT-yə Sovet İttifaqından şikayət etdi.
və sovet qoşunlarının öz ərazisindən (həmin qoşunlar 1941-ci ildən İran ərazisinə, daha
doğrusu  Cənubi  Azərbaycana  daxil  olmuşdu) çıxarılmasını  istədi.  4  aprel  1946-cı  ildə
İranla  Sovet  İttifaqı  arasında  müqavilə imzalandı.  Həmin  müqavilənin  şərtlərinə görə
Sovet  İttifaqı  6 həftə ərzində öz  qoşunlarını  İran ərazisindənçıxarmalı,  bunun əvəzində
isə 50 il müddətində güzəştli qiymətlərlə bu ölkədən neft almalı idi.
Vəziyyətin 
gərginləşdiyini 
görən 
M.Qazi 
Kürdüstan 
Cumhuriyyətini
möhkəmləndirmək  üçün  zəruri  addımlar  atmağa  başladı.  Ordunu  gücləndirmək  üçün
Sovet İttifaqında silah-sursat alındı. Kürdüstan Milli marşı hazırlanıb əsgərlərə öyrədildi.
Marşın sözlərini şair Əbdürrəhman Həjar yazmış, musiqisini Mənaf Kərimi (Milli Təhsil
naziri)
bəstələmişdilər.  Marşın  son  bəndində
Kürdüstanın  coğrafi
ərazisinin
genişlənəcəyinə açıq işarə vardı:
Neftım awe jiyan,
Le Sert u Kermanşane,
Baba gurgur duzane,
Le Musilda hemane.
Mosal nefti də bizimdir (95,179).

60
1946-cı  ilin  Mart  ayında  Kürdüstan Cumhuriyyətinə dəstək  olmaq  məqsədilə öz
döyüşçülərini (3000 nəfər) Mehabada topladı və burada qərarga yaratdı. Tez bir zamanda
ayrı-ayrı tayfa başçılarına tabe olan silahlı dəstələr əsasında vahid Mərkəzə (M. Qaziyə və
Hərb  naziri  Məhəmməd  Hüseyn  Seyfiyə) tabe  olan  Kürd  Ordusu  yaradıldı.  Həmin  ilin
Aprel ayının 23-də (O. Jiqalina 3may yazır, Bax: 54,səh. 182;96, səh 136) Kürdüstan və
Azərbaycan  Cümhuriyyətləri  arasında  yeddi  maddədən  ibarət  dostluq  və qarşılıqlı
əməkdaşlıq  haqqında  müqavilə imzalandı.    Müqavilədə hər  iki  tərəfin  sosial-iqtisadi  və
hərbi  sahələrdə bir-birinə yardım  edəcəyi,  hər  iki  xalqın (kürdlərin  və azərbaycanlıların)
milli  haqlarının  qarşılıqlı  sürətdə təmin  ediləcəyi  xüsusi  qeyd  olunmuşdu.  Yeddinci
maddədə deyilirdi: “-Hər kim ki, iki xalq arasında tarixi dostluğu və əməkdaşlığı pozmağa
cəhd  edərsə və hər  kim  ki,  iki  xalqın  milli  birliyini  aradan  qaldırmağa  çalışarsa,  iki  xalq
tərəfindən cəzalandırılacaqdır” (95,194-195).
1946-cı ilin 24 aprelində İranın hökumət qoşunları kürdlərə öz gücünü göstərmək və
onların gözünü qorxutmaq məqsədi ilə Kürdüstan Cümhuriyyətinin üzərinə hücuma keçdi,
lakin “Qəhrawa” (“Qəhrabad”) adlanan kəndi yaxınlığında Kürd ordusunun silahlı dəstəsi
onları ağır məğlubiyyətə uğrdaraq, 40-dan çox əsgəri əsir aldı. (Həmin əsgərlər sonradan
azad edilib Tehran şəhərinə geri göndərildi).
Moskva  radiosunun  verdiyi  xəbərə görə 1946-cı  ilin  9  May  günü  bütün  Sovet
qoşunları  İran ərazisini  tərk  etdi  (95,207).  Bundan  bir  neçə gün (15  May  ) sonra  İranın
hökumət  qoşunları  Saqqız  şəhəri  yaxınlığında-Mameşah  dağında  yerləşən  kürd  silahlı
dəstələrinin  üzərinə hücuma  keçdi.  Buradakı  Kürdlərin (Bazanilərdən  ibarət  idi) silahlı
dəstəsinə (cəmi  43  nəfər) Xəlil  Xoşəwi  başçılıq  edirdi.  Qeyri-bərabər  döyüşdə düşmənin
22 əsgərini məhv  edib,  40 əsgərini əsir  aldıqdan  sonra  kürd  döyüşçüləri  geri  çəkilmək
məcburiyyətində qaldı.  Bu  döyüşdə kürdlər  cəmi  bir  nəfər  itki  verdi  ki,  bu  da  10  güllə
yarası aldığına baxmayaraq, son qanınadək qəhramancasına vuruşan və döyüş mövqeyini
tərk etməyən dəstə başçısı Xəlil Xoşəvəri idi (95,224).
1946-cı  ilin
iyun  ayının  ortalarında  tərəflər (kürd  döyüşçüləri  ilə hökumət
qoşunları) arasında  atəşkəs  elan  olundu.  Nisbi  sakitlik  şəraitində Kürd  Cumhuriyyətinin
sosial-mədəni inkişafı üçün ətdbirlər gücləndirildi. Bu dövrdə İran Kürdüstanı Demokratik
Partiyasının  rəsmi  orqanı  olan  “Niştiman” (“Vətən”) qəzetindən  başqa  “Kürdüstan”  adlı
gündəlik  qəzet,  “Həwar” (“Fəryad”),  “Aqır” (“Od-alov”),  “Hilalə” (“Aypara”),
“Gelawiz” (“Gəlavej”-ulduz adıdır) adlı jurnallar kürd dilində çap olunub İran kürdləri və
eləcə də İraq kürdləri arasında geniş yayılmışdı.
İyul ayının axırlarında ibtidai siniflər üçün kürd dilində dərslər artıq çapa hazır idi.
Kürd dilində hər gün saat 16
00
-dan 22
00
-dək verilişlər yayımlanırdı.

61
M.Qazi  İran  dövləti  çərçivəsində
Kürd  Cümhuriyyətinin  qanuni
əsaslara
söykənməsini təmin etmək məqsədilə 1946-cı ilin avqust ayının əvvəllərində Tehrana səfər
etdi. O, burada iki dəfə iranın baş Qərərgah rəisi Genral Razmara ilə görüşdü. İranın baş
naziri bütün İran Kürdüstanının bir ostan (vilayət) altında birləşdirilməsi və bura Mərkəzi
iran hökuməti tərəfindən bir rəhbərin təyin olunmasını təklif etdi. Lakin M. Qazi bu təklifi
qəbul  etmədi.  Çünki  bu  həm  kürdlərin,  həm  də Cənubi  Azərbaycanın (İran  Kürdüstanın
bəzi  şəhərlərində azərbaycanlılar  üstünlük  təşkil  etdiyi  üçün  Azərbaycan  Demokratik
Cümhuriyyətinin  tərkibinə daxil  edilmişdi) milli  maraqlarına zidd  idi.  Hiyləgər  siyasətçi
olan Ə.Kvıvammüssəltənə bu təklifi ilə kürdlərlə azərbaycanlılar arasındakı tarixi dostluğu
və möhkəm birliyi pozmaq, beləliklə hər ikisini zəiflədib məğlubiyyətə uğradaraq özünə
tabe etdirmək istəyirdi.
ABŞ-ın beynəlxalq dəstəyini alan və Sovet İttifaqının müdaxilə etməyəcəyinə əmin
olan  Iran  hökuməti payız  aylarında  Cənubi  Azərbaycanda və Kürdüstanda  baş vermiş  və
demokratik Cümhuriyyətin yaranması ilə nəticələnmiş milli-azadlıq hərəkatını qan içində
boğmaq qərarına gəldi.
11  dekabr  1946-cı  ildə Təbrizdə xalq  İran  ordusuna  qarşı  mübarizəyə səsləyən
vərəqələr  yayılmağa  başladı.  Lakin  elə həmin  günü  axşam saatlarında  Azərbaycan  valisi
Səlamüllah  Cavidin  Tehrana  Azərbaycan  Demokratik  Cuümhuriyyətinin    çökdüyü  və
Azərbaycan və Azərbaycan  demokratk  Partiyası  liderlərinin (sədri  Cəfər  Pişəvəri  idi)
Şimala (Sovet Azərbaycanına) qaçdıqları barədə teleqram vurulması xəbəri yayıldı.    İki
gün sonra (13 dekabr) İran ordusu Təbrizə daxil oldu və şəhəri zəbt edərək buradakı milli
hərəkatı qan içində boğdu (95,258-259).
Azərbaycan Demokratik Respublikasının qəfildən çökməsi və Sovet İttifaqının buna
göz  yumması  Kürdləri  ciddi  narahat  etməyə başladı.  Dekabrın  14-də (1946-cı  il)
Kürdüstan  Demokratik  partiyasının  liderləri  və milli  hölumətin  bəzi  üzvləri  M.  Qazinin
yanına  gələrək  müqavimətin  mənasız  olduğunu  bildirdilər  və ölkəni  tərk  etməyi  təklif
etdilər. M. Qazi təklif sahiblərinin istədikləri kimi hərəkət etmələrinə razı olduğunu, lakin
özünün  Mehabadı  heç  vaxt  tərk  etməyəcəyini,  doğma  xalqı  ilə qalacağını  qətiyyətlə
bildirdi. Bu qətiyyətdən heyrətlənən bəzi liderlər də onunla qalacağını bəyan etdilər.
21 dekabr 1946-cı ildə M. Qazi başda olmaqla Mehabad Kürd Cümhuriyyətinin 45
nəfərdən  ibarət  məmurları  həbs  edildi. (M.  Qazi  xalqı  mənasız  qırğına  verməmək  üçün
silahlı  müqavimət  göstərmədi). 23  yanvar  1947-ci  ildə İranın  Hərbi  Məhkəməsi  M.
Qazinin,    qardaşı  Sədri  Qazi  və əmisi  oğlu  Seyfi  Qaziyə edam, 28  nəfər  milli  hərəkat
fəallarına isə 2 ildən 15 ilədək həbs cəzası barədə hökm çıxarıldı. Həmin ilin Mart ayının
31-də gecə saat  3
00
-da  M.  Qazi,  Seyt  Qazi  və Sədri  Qazi  Mehabadın  “Çawarçıra”

62
meydanında (Kürd Cümhuriyyətinin yaradılması 22 yanvar 1946-cı ildə bu meydanda elan
edilmişdi) edam edildilər.
M.Qazinin  son  nəfəsinədək  qəhrəmancasına davrandığını  və məğrurluğunu,  milli
qürur  hissini  itirmədiyini  göstərən  tətqiqatçılar  onun  məhkəməsindən  belə bir  epizodu
xüsusi  olaraq  qeyd  edirlər.  Məhkəmədə M.Qazinin  iki  ay əvvəl  İran  Ordusunun
rəhbərlərinə göndərdiyi məktub oxunan zaman zalda əyləşən İran hərbiçiləri səs-küy salır
və onun əfv edilməsini tələb edirlər. Çünki, M.Qazi həmin hərbiçilərə həqarətlə yazmışdı:
“Siz,  orda  zabitləri  müharibə qızışan  kimi canınızı  qurtarmaq  üçün  geri  qaçarsınız  və
Firdovsinin misralarını belə təhrif edərsiniz:
Hamımızın düşmənə baş əyməmiz
Özümüzü ölümə verməyimizdən yaxşıdır” (95, 285).
Firdovsi “Şahnamə” də həmin misraları belə yazmışdı:
Ölkəni düşmənə verməkdən daha yaxşıdır-
Bizim bir-bir öldürülməyimiz.
Kürd  xalqının  qəhrəman  və yenilməz  oğlu  M.  Qazi  məhz  bu  yolu  seçərək,  doğma
Vətəni son nəfəsinədək tərk etmədi və onun uğrunda ölməyi qaçmaqdan üstün tutdu. Ona
görə də onun  adı  Kürd  xalqının  tarixinə qızıl  hərflərlə yazılmış  və əbədi  olaraq
yaşayacaqdır.
Cəmi  on  bir  ay  şamadığına  baxmayaraq,  Mehabad  Kürd  Cumhuriyyəti  İran
kürdlərinin  milli-azadlıq  hərəkatı  tarixində mühüm  rol  oynadı.  Bzəi  tətqiqatçılar  bu
respublikanın yaradılmasını təkcə Kürdüstanda deyil, bütün Orta Şərq regionunda mühüm
hadisə kimi  qiymətləndirildi.  Məsələn,  1945-1946-cı  illərdə Mehabadda  olmuş  amerikalı
A.  Ruzvelt  yazır:  “Kiçik  Kürd  respublikasının  yaranması  və məzmunu,  onun  qısa  və
burulğanlı  tarixi,  gözlənilməz  süqutu  Orta  Şərqin  müasir  tarixinin ən  parlaq  hadisələrini
təşkil edir” (97,135).
Mehabad  Kürd  Cümhuriyyətinin  və Azərbaycan  Demokratik  Respublikasının
ləğvindən sonra İranın şah rejimi ölkənin şimal-qərb regionunda repressiyalara, təzyiq və
təqiblərə,  hətta,  dövlət  səviyyəsində terror əməliyyatlarına  başladı.  İKDP  gizli  fəaliyyətə
keçməyə məcbur oldu, partiya fəallarının əksəriyyəti xarici ölkələrə üz tutdu. XX əsrin 60-
70-ci  illərində Şah  rejimi  kürdlərə qarşı  mübarizəni  qəddarcasına  şiddətləndirdi.  İran
kürdlərinin  ağır  vəziyyyətindən  bəhs  edən  İran  alimi  Bş  Cazani  həmin  illərdə yazırdı:
“Farslarla  müqayisədə onlar (kürdlər) ikiqat  istismardan əzab  çəkirlər:  həm  istismar
olunan sinif kimi, həm də milli dini haqları tapdalanan xalq kimi” (98,215).

63
Şah  rejiminin  bu  ikiqat  zülmündən  cana  doyan  İran  kürdləri  yenidən  silaha
sarılmağa məcbur oldular. 1967-ci ildə başşlayan və İKDP tərəfindən idarə olunan silahlı
üsyan  18  aya  yaxın  davam  etdi. Əsasən  Mehabad,  Bane,  Sərdəşt  rayonlarını əhatə edən
üsyan “partizan  müharibəsi”  xarakteri  daşıyırdı.  Üsyançılara  qarşı  böyük  hərbi  qüvvə
göndərən  İran  hökuməti  onları  məğlub  etdikdən  sonra  İKDP-nin  fəallarının  böyük  bir
qismini həbs edib edam cəzasına məhkum etdi. Üsyançı kürdlərin gözünü qorxutmaq üçün
üsyana  rəhbərlik  edənlərdən  birinin-Süleyman  Muyninin  cəsədini  növbə ilə bir  neçə
şəhərdə dar ağacından asdılar.
Lakin  nə kütləvi  həbslər,  nə də qəddarcasına    həyata  keçirilən  edam  cəzaları  Iran
kürdlərinin    milli-azadlıq  mübarizəsi əzmini  qıra  bilmədi.  Öz  sıralarını  yeni  üzvlərlə
möhkəmləndirən İKDP 1973-cü ilin sentyabr ayında özünün III qurultayını keçirərək yeni
Proqram  və Nizamnamə qəbul  etdi.  Partiyanın  müəyyənləşdirdiyi  yeni  strategiyanın
əsasında “İrana-demokratiya, Kürdüstana-muxtariyyət” prinsipi dururdu.
1975-ci  ildə imzalanan Əlcəzair  müqaviləsindən  sonra  Şah  rejimi  İran  kürdlərinə
qarşı  repressiya  tədbirlərini  yenidən  gücləndirməyə başladı. Kürd  dilində ədəbiyyatın
nəşrinə qadağa  qoyuldu.  Müəllimlərin  öz  şagirdləri  ilə kürd  dilində danışması,  dövlət
müəssisələrində kürdlərin milli geyimdə gəzməsi yasaq edildi.
Təkcə kürdlərin  deyil,  ölkədə yaşayan  bütün  milli  azlıqların,  hətta,  farsların
həbsxanasına çevrilən Şah rejimi 1978-1979-cu illərdə baş verən İslam inqilabı nəticəsində
devrildi.  1  aprel  1979-cu  ildə İran  İslam Respublikasının  yaradılması  elan  edildi.  Digər
milli  azlıqlar  kimi,  kürdlər  də Şah  rejimindən  cana  doyduqları  üçün  islam  inqilabına
yaxından  köməklik  göstərdilər.  Onlar  ölkədə qurulacaq  İslam  dövlətinin  öz  din
qardaşlarına,  o  cümlədən  kürdlərə,  Şah  rejimi  kimi  zülm  etməyəcəyinə,  milli  haqlara
hörmət  edəcəyinə inanırdılar.  Çox təəsüf ki, kürdlərin, azərilərin və digər  milli  azlıqların
bu unamı özünü doğrultmadı.
1980-ci  ilin  mart  ayında  İKDP-nin  lideri Ə.  Qasımlo  İran  İslam  Respublikasının
prezidenti  Bənisədrə açıq  məktub  göndərdi.  İran  kürdüstanında  vəziyyətin  gərgin
olduğunu  həmin  məktubda  açıqlayan Ə.Qasımlo,  silahlı  toqquşmanı  dayandırmağı,
danışıqlar aparmağı təklif etdi. Məktuba heç bir cavab almayan İKDP lideri Bənisədrdən
Kürd  nümayəndə heyyətini  qəbul  etməyi  və onların  mövqeyini  dinləməyi  xahiş  etdi.
Bənisədr  Kürd  nümayəndələrini  Tehranda  qəbul  etdi  və İran  dövləti  çərçivəsində
Kürdüstana  muxtariyyət  verilməsi haqqında 6  maddədən ibarət  layihəni ona təqdim  edən
kürd  liderlərinə
bildirildi  ki,  onlarla  danışıqlar  ancaq  və ancaq  kürdlərin  döyüşü
dayandırıb (bu zaman kürdüstan əyalətində kürdlərlə hökumət qoşunları arasında şiddətli
döyüşlər  gedirdi) bütün  silahları  təhvil  verdikdən  sonra aparıla  bilər  və muxtariyyət
məsələsinə yalnız bundan sonra baxmaq olar.

64
Bu təklifin səmimiliyinə inanmayan kürdlər silahları təhvil vermədən imtina etdi. 22
May 1980-ci ildə “Kürd məsələsi”ni prezident Bənisədrlə müzakirə edən İmam Xomeyni
nəyin  bahasına  olursa-olsun,  bu  problemə bir  dəfəlik  son  qoymağı  təklif  tapşırdı.
(Görünür,  o,  unutmuşdu  ki,  ondan əvvəl  bir  çox  İran  şahları  da  belə qərar  qəbul  etmiş,
lakin qəhrəman kürd xalqının qanını içsələr də milli iradəsini qıra bilməmişdilər).
İraqla  aparılan  və təxminən  10  il  davam  edən  müharibə Xomeyni  rejiminin  başını
qatsa  da,  İran əsgərləri  fürsət  düşən  kimi  kürdlərin  dağlarda  yerləşən  mövqelərini
bombardman  etməyi  unutmurdular.  Kürdlərin  milli-azadlıq  mübarizəsini  silah  gücünə
məğlub  etməyin  qeyri-mümkün  olduğunu  görən  Xomeyni  rejimi  onların  dini  liderlərinin
vasitəsi  lə (İrandakı  kürdlərin əksəriyyəti  sünnü  təriqətinə mənsubdur) milli  maraqların
“müsəlman  birliyinə və qardaşlığına”  xələl  gətirməsi  barədə təbliğat  kompaniyasına
başladı. Belə kompaniyanın təsiri nəticəsində Şeyx Əhməd Moftizadənin (sünnü kürdlərin
şüyxi) tərəfdarları  açıq  dini  fanatizm  nümayiş  etdirərək  Kürdüstanın  milli  hərəkat
üzvlərinin əlində olan rayonlarına silahlı hücum təşkil etdilər.
Lakin  kürd  şeyxləri  arasında  dini  birliyi  “müsəlman  birliyini”  milli  maraqlarla
uzlaşdırmağın mümkünlüyünü dərk edən ağıllı şəxslər də vardır. Onlardan biri-Mehabadın
CÜmə məscidinin  rəhbəri  Şeyx  İzəddin  Hoseyni (o  da  sünni  təriqətinə mənsubdur)
müsəlman birliyini müdafiə etməklə yanaşı, İran İslam  Respublikası çərçivəsində kürdlərə
muxtariyyət  verilməsinin  tərəfdarı  olmasını  gizlətmir  və deyir:  “Kürd  xalqı-İranın  bir
hissəsidir və bizim mübarizəmiz iran xalqının mübarizəsindən ayrılmazdır.
Əgər  mərkəzi  hökumət  kürd  xalqının  tələblərini (onlara  muxtariyyətin  verilməsi)
yerinə yetirsə, əsil 100% demokratik islam sistemi (quruluşu) yaranar” (99,170).
İranın “vahid müsəlman xalqı”nın dövləti olduğunu bəyan edən Xomeyni rejiminin
tərəfdarları  tərəfindən  aparılan  dini  təbliğatın  burada  yaşayan  milli  azlıqların  qanuni
haqlarının tapdalanmasına yönəldiyini yaxşı bilən şeyx İ. Hoseyni müsahibələrinin birində
deyir: “Biz özünəməxsus xüsusiyyətləri olan bir millətik. Biz daxili muxtariyyət istəyirik”
(99,171).
İ.  Hoseyni  və başqa  mütərəqqi  kürd  şeyxlərinin (“din  qardaşlarının”) belə
demokratik təkliflərini qulaqardına vuran Xomeyni rejimi İraqla müharibədən başı açılan
kimi  yenidən  İran  Kürdüstanının ərazisini  bombalamağa  başladı.  Təkcə 1993-1994-cü
illərdə 300-dən  çox  İslam  inqilabından  həmin  ilədək  isə 500-dən  çox  kürd  kəndi  yerlə
yeksan edilmişdir.
“Terorizmə qarşı  mübarizə”
pərdəsi  altında  dinc əhalini  bombardman  etməklə ürəyi
soyumayan Xomeyni rejimi dövlət səviyyəsində terrora əl ataraq, İKDP-nin liderləri olan
Ə.Qasımlonun (1989-cu  ildə Vyana  şəhərində) və S.  Şərəfkəndinin  Balin  şəhərində
ölümünü təşkil etdi.

65
Kürdlərin milli-azadlıq mübarizəsini zəiflətmək və yox etmək məqsədilə hal-hazırda
da Xomeyni rejimi dinc əhaliyə və milli hərəkat liderlərinə qarşı teror əməliyyatlarına ara
vermir.  “PKK-nın İran qanadı” adlandırılan “PİAK-a qarşı mübarizə” pərdəsi altında İraq
və Türkiyə kəndlərinin yaxınlığında yerləşən kürd kəndlərini vaxtaşırı bombardman edən
Xomeyni rejimi  “din qardaşlarının” qanını tökə-tökə “Müsəlman birliyi”ndən dəm  vurur.
Və unudur ki, kürdlər müsəlman olmaqdan əvvəl insandı; tarixi farslardan çox-çox qədim
olan bir xalqdır; onların insani və milli haqlarını tapdalamaqla “İslam birliyinə” nail olmaq
qeyri-mümkündür.
Lozanna  müqaviləsindən  sonra (1923-cü  il)
dörd  yerə parçalanan  Kürdüstan
ərazisinin ən  az  hissəsi  Suriyanın ərazisinə düşdü.  Suriya  kürdləri  mövcud  şəraiti  nəzərə
alaraq  öz  milli-haqları  uğrunda  siyasi  mübarizəyə üstünlük  verdilər.  XX əsrin  40-cı
illərində ölkədə yaranan əlverişli  şəraitlə əlaqədar  kürdlərin  üstünlük  təşkil  etdikləri
yaşayış  məntəqələrində kürd  dilini  və ədəbiyyatını  öyrənən  məktəblilər,  xeyriyyə
cəmiyyətləri, mədəniyyət mərkəzləri, idman təşkilatları və s. yaradıldı.
Suriya  kürdlərinin  milli  mədəni  inkişafında  görkəmli  kürd  ziyalıları  Ş.Ciyərxun,
Osman  Sabri,  C.Ə.Bədrxan,  Molla  Həsən, Əhməd  Zaza,  Nurəddin  Zaza, Əhməd  Hami,
Əbde  Tello  və başqalarının  xüsusi  xidməti  olmuşdur.  Onlar  nəşr  etdikləri  qəzet  və
jurnallar,  yazdıqları əsərlər,  təşkil  etdikləri  ictimai  birlik  və cəmiyyətlər  vasitəsilə Suriya
kürdlərində
milli-mənlik  şüurunun  formalaşmasına  çalışırdılar.  Məsələn,  məşhur
Bədrxanlar  ailəsinin (Bu  ailənin  görkəmli  nümayəndəsi  Bədrxan  bəy-XIX əsrin
ortalarınadək  müstəqilliyini  qoruyub  saxlamış  Cəzirə (“Cuzira  Botan”)əmirliyinin
hakimi-1842-ci  ildə öz  vilayətində kür  bayrağını  yüksəltmiş  və öz  adına  pul
kəsdirmişdi)üzvü  Cəllad  Bədrxan  1930-cu  ildə Şam (Suriyanın  indiki  paytaxt  Dəməşq  o
zaman belə adlanırdı) şəhərində kür dilində “Hewar” (“Fəryad”) jurnalını, onun qardaşı
Kamran Bədrxan 1940-cı ildə “Roja nu” (“Yeni gün”) jurnalını nəşr etdirirlər.
Həmin jurnalın səhifələrində kürdlərin tarixi dili, ədəbiyyatı və adət-ənənələrinə dair
dəyərli məqalələr çap olunurdu. Onu da qeyd edək ki, “Hewar” jurnalı C. Bədrxanın latın
qrafikası əsasında  yaratdığı  kürd əlifbası  ilə nəşr  olunurdu.  Bu əlifbadan  hazırda  Dünya
kürdlərinin əksəriyyəti (İran  və İraqın ərəb  qrafikasından  istifadə edən  kürdləri  istisna
olmaqla) istifadə edir.
XX əsrin  50-ci  illərində N.Zaza,  o.  Səbri, H.  Dərviş,  R.  Hamo  və sş  kimi  kürd
ziyalıları Suriya kürdlərinin siyasi dərnək və təşkilatlarını vahid partiya halında birləşməyə
səyy  göstərdilər. Həmin səylər nəticəsində 1957-ci ildə Suriyanın kürdlər üstünlük təşkil
edən    Qamışlo  şəhərində Kürdüstan  demokrat  partiyası  yaradıldı.  Kürd  Vətənpərvərlər
Hərəkatı,  Kür  Fəallar  Komitəsi,  Kürd  marksistləri (Suriya  Kommunist  Partiyasından
ayrılmışdılar) yeni partiyanın tərkibində birləşdilər.
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə