1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix06.05.2017
ölçüsü5,01 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   14

66
Qonşu dövlətlər (İraq, İran, Türkiyə) kimi Suriya hökuməti də kürdlər arasında baş
qaldıran  milli-azadlıq  hərəkatının  qarşısını  almaq  üçün  bütün  vasitəsilə əl  atmış  və
atmaqdadır.  Məsələn, 1963-cü  ildə Dəməşqdə Cəzirə şəhərinin (bura  da əsasən  kürdlər
yaşayır) polis  idarəsi  rəisi  Məhəmməd  Təlab  Hilalın  “Cəzirə əyalətinin  milli,  sosial  və
siyasi  xüsusiyyətləri”  adlı  yazında  kürdlərə qarşı  hazırlanan  planın  maddələrinə diqqət
yetirək:
“1. Kürdlərin deportasiyası, sürgün edilməsi, köçürülməsi və
assimliyasiyası.
2. Kürdlərin təhsil almaq imkanlarından məhrum edilməsi.
3. Kürdlərin işə düzəldilməsi imkanlarından məhrum edilməsi.
4. Şimali Kürdüstanda üsyan zamanı Suriyaya pənah gətirən kürdlərin
Türkiyə hökumətinə təhvil verilməsi.
5. Kürdlər arasında ədavətin salınması ilə onların parçalanması.
6. 1962-ci ildən başlanmış “Xizam” (sərhəd mühafizəsi dəstəsi)
siyasətini davam
etdirmək (yəni sərhədə yaxın yerləşən kürd kəndlərini boşaldıb, burada
ərəblərdən ibarət “Xizam”ları yerləşdirmək)
7. Kürdlərin yaşadığı rayonlarda “təmizqanlı ərəblərin” yerləşdirilməsi.
8.“Ərəb qurşağı” rayonlarında kürdlərin köçürülməsini və onların
yerində
ərəblərin yerləşdirilməsini həyata keçirən hərbi hissələrin yaradılması.
9. Kürd rayonlarına köçürülmüş ərəblər üçün hərbi təlimlərin təşkili.
10. Ərəb dilini bilməyənlərin (yəni kürdlərin) seçkilərdə iştirakını qadağan etmək.
11. Kürd üləmalarının  ölkənin  cənub  rayonlarına  köçürülməsi  və onların  yerinə
ərəb üləmalarının gətirilməsi.
12. Ərəblər arasında kürdlərə qarşı təbliğat və izahat işinin aparılması (12,130).”
Qeyd  olunan  plandan  tam  aydın  olur göründüyü  kimi,  qonşularından  geri qalmaq
istəməyən
Suriya  dövlətinin  də kürdlərə qarşı  yeritdiyi  siyasət,  silahlı  müqavimət,
represiya,  deportasiya,  mənəvi  terror,  təzyiq  və təqib,  siyasi  şantaj  və.  Smetodlara
əsaslanır.

67
1967-ci  ildə başlanan  İztail ərəb  münaqişəsi  ilə əlaqədar  başı  qarışan  Suriya
hökuməti  yuxarıda  qeyd  olunan  planın  bütün  bəndlərini  həyata  keçirə bilmədi. Ərəb
ordusuna çağırılan Suriya kürdləri “Calan təpələri” uğrunda gedən döyüşlərə göndərildi.
1971-ci ldə Suriya prezidenti H. Əsəd ölkədə aparılan aqrar islahatlar ilə əlaqədar
Cəzirə (Hasələ) əyalətində torpaq  sahələrinin  kürdlərə paylanmasına  icazə verdi.  Iraq
hökuməti  1974-cü  ildə “Kürd  muxtar  respublikasının  yaradılması  haqqında” qanunu
bəyan etdikdən az sonra (1975-ci ildə) Suriyanın Milli Şurasına bir neçə kürd deputatının
seçilməsinə inkan  yaradıldı.  1976-cı  ildə Hafiz Əsəd  Suriya  hökumətinin  kürdləri
köçürtmək və “ərəb qurşağı” yaratmaq planını tənqid etdi.
Həmin  dövrdə Suriyanın  gizli  xidmət  orqanları  tərəfindən ələ alınan  kürd  siyasi
partiyalarının
əksəriyyəti  H. Əsədin  milli  siyasətini  tərifləyir,  Suriyanın ərazi
bütövlüyünün qorunmasına tərəfdar olduqlarını bildirirdilər.
XX əsrin 80-ci illərində Türkiyə ilə soyuq münasibətdə olan Suriya dövləti PKK-
nın lideri A. Öcalana yardım edir və onun bu ölkə ərazisində özünə qərargah qurmasına
icazə vermirdi.  Lakin  həmin əsrin 90-cı illərinin əvvəllərində İraq  kürdüstanında  milli
parlamentin və hökumətin yaranmasından narahat olan Suriya dövləti Türkiyə və İranla
münasibətləri yaxşılaşdırmağa başladıvə kürdlərin milli-azadlıqmübarizəsinə qarşı həmin
ölkələrlə birgə siyasət yeridəcəyinə söz verdi. Məhz həmin siyasətin nəticəsidir ki, Suriya
hökuməti 1998-ci ildə A. Öcalandan ölkəni tərk etməyi tələb etdi.
İraqda  Kürdüstana  muxtariyyətin  verilməsinə qısqanclıqla  yanaşan  Suriya
hökuməti hakimiyyətdən  devrilmiş  S.  Hüseyn  tərəfdarlarını  öz ərazisində gizlətdi  və
onlara  yardım  etdi.  Son  illərdə isə Türkiyəyə PKK-ya  qarşı  mübarizədə yaxından
köməklik  göstərən  Suriya  hökuməti  kürdlərə milli  haqlarının  qaytarılması  məsələsinə
mənfi münasibətini gizlədə bilmir.

68
I.
III. KÜRDLƏRİN VƏ KÜRDÜSTANIN
MÜASİR COĞRAFİYASI
Bu kitabın I.I. və I.II fəsillərində kürdlərin və Kürdüstanın tarixi coğrafiyası, yəni
onların qədim zamanlarda və orta əsrlərdə məskunlaşdığı ərazilər haqqında qısa məlumat
verilmişdir.  Lakin  müasir  dövrdə həm  kürdlərin  sayında,  həm  onların  məskunlaşma
areallarında,  həm  də tarixi  Kürdüstanın  sərhədləri  çərçivəsində ciddi  dəyişikliklər  baş
vermişdir. Ona  görə də kürdlərin  və Kürdüstanın  müasir  coğrafiyasına  qısa  nəzər
yetirməyi məqsədəuyğun hesab edirik.
Kürd  alimlərinin  deyil,  xarici  ölkələrin  bir  çox  tətqiqatçıları  və siyasətçilərin
verdiyi  məlumata  görə dünyada  yaşayan  kürdlərin  sayı  XX əsrin  90-cı  illərində 40
milyona  çatmışdır  (22,15).    Deməli  hal-hazırda (2010-cu  il) kürdlərin  sayı  50  milyona
yaxındır.  Belə ki,  kürdlərin  yaşadığı  və üstünlük  təşkil  etdiyi  bölgələrdə (Türkiyə,  İran,
İraq  və Suriyada) əhalinin  illik  təbii  artımı  2%-dən  yuxarıdır.  Bu  isə o  deməkdir  ki,
kürdlərin sayı hər il təbii artım hesabına bir milyon nəfər artır.
Dünya kürdlərinin 90%-dən çoxu Lozanna müqaviləsindən (1923) sonra dörd yerə
parçalanmış  tarixi  Kürdüstan ərazisində yaşayır.  Hal-hazırda dünyanın  siyasi-inzibati
xəritəsində tarixi  Kürdüstan ərazisində yalnız  İranın  tərkibindəki  Kürdüstan  ostanının
(inzibati ərazi  vahidi  kimi  bu  ostan  İran  Kürdüstanının  az  bir  hissəsini əhatə edir) 
İraqın şimalındakı Kürdüstan bölgəsinin (ərəb mənbələri bu bölgəni Kürd Muxtar rayonu
kimi  göstərirlər) adını  rast  gəlirik.  Ona  görə də tarixi  Kürdüstanın  müasir  coğrafiyasını
onun ayrı-ayrı parçaları üzrə verməyə məcburuq.
Tarixi Kürdüstanın həm əhalisinə, həm də ərazisinə görə ən böyük parçası Türkiyə
Cuümhuriyyətinin (1923-cü  ildə Osmanlı  imperiyasının  xarabalıqları  üzərində M.  Kş
Atatürk  tərəfindən  yaradılmışdır) sərhədləri  daxilindədir.  Bu  parçanı  kürdlər  Şimali
Kürdüstan,  xarici  ölkə alimləri  və siyasətçiləri  isə Türkiyə Kürdüstanı  adlandırırlar.
(Rəsmi sənədlərə görə isə Şərqi Anadolu və Cənub-Şərqi Anadolu bölgələri yazılır).
Kürdüstanın  Türkiyə sərhədləri  daxilindəki ərazisi əsasən  dağlıq  və dağlıq
yaylalardan ibarət olub sahəsi 250 min kv.km-dən çoxdur. ərazinin relyefini əsasən Kiçik
Asiya (türklər  Anadolu,  ermənilər  və avropalılar  Ermənistan  adlandırır)
yaylası
üzərində uzanan  hündür  dağ  silsilələri  təşkil  edir.  Həmin  silsilələr  içərisində əsas  yeri
Şimali  Kürdüstanın  mərkəzindən  keçərək  onun ərazisini  yarıra  bölən  Kürdüstan  sıra
dağları (bəzi  mənbələrdə Şərqi  Tavr  və ya  Tooros  dağları  adlandırılır) tutur
(101,48;102,240).  Bu  dağların (Kürdüstan  sıra  dağlarının) ən  yüksək  zirvəsi  Cilo
dağıdır.  Onun  hündürlüyü  4168m-dir.  Şimali  Kürdüstanın ən  yüksək  zirvəsi  isə Böyük
Ararat (kürdlər bu dağa Aqıri, türklər Ağrı deyir) dağıdır ki, onun da hündürlüyü 5166m-

69
dir.  Bu  dağ  təkcə Türkiyə ərazisində deyil,  bütün  Yaxın  və Orta  Şərq  regionunda ən
yüksək zirvədir.
Kürdüstan (şərqi  Tavr) sıra  dağlarından  şimal  şərqdə Bitlis  silsiləsi  uzanır.
Ərazinin  çox  hissəsini  dağlıq  yaylalar  təşkil  edir. Belə yaylalardan ən  məşhuru  Bingöl
(kürd dilində “Bin”-qoxu; “qûl”- çiçək,gül deməkdir) yaylasıdır.
Yüz  kilometrlərlə uzanan  hündür  dağ  silsilələri  çoxsaylı  çay  dərələri  ilə
parçalanmışdır.  Bu  dərələr  çox  yerdə sıldırım  qayalar  və dərin  dar  uçurumlarla əhatə
olunduğu üçün gediş-gəliş olduqca təhlükəlidir. Belə dərələrdən Tunceli (keçmiş Dersim)
vilayəti ərazisində yerləşən  məşhur  Qutu (Kutu) dərəsini  misal  göstərmək  olar.  Qeyd
olunan  dərələrdə,  daha  doğrusu  dərənin  divarını  təşkil  edən  sıldırım  qayacıqlarda  çoxlu
mağaralar  mövcuddur. Əsrlər  boyu  kürdlər  yadellilərin  basqınına  məruz  qaldıqda  məhz
bu təbii sığınacaqlara pənah aparmışlar.
Şimali  Kürdüstanın  dağları,  dağlıq  yaylaları  və dağarası  çökəklikləri  faydalı
qazıntılar (dəmir, əlvan metal filizləri  kömür və s.), tikinti materialları (mərmər və digər
qiymətli daş-qaşlar) və başqa təbii sərvətlərlə (mineral suları, qiymətli ağac növlərinə və
dərman bitkilərinə malik meşələr, nadir heyvan növləri və s.) zəngindir.
Yaxın  və Orta  Şərq  regionunun ən  böyük  çayları  olan  Dəclə və Fəratın,  Cənubi
Qafqazın (Zaqafqaziyanın) ən iri çaylarından biri olan Arazın mənbələri, eləcə də həmin
çaylar  üzərində yaradılmış ən  böyük  su  anbarları  Şimali  Kürdüstanın ərazisindədir.
Türkiyənin ən  böyük  gölü  olan  Van (sahəsi:  3764  kv.  km-dir) da  Şimali  Kürdüstan
ərazisində yerləşir.
Şimali  Kürdüstan əhalisinin  70%  dən  çoxu (bəzi  yaşayış  məntəqələrində bu
göstərici  90-100%-ə çatır)
kürdlərdən  ibarətdir.  Kürdlərdən  başqa  burada  türklər,
azərilər,  çərkərlər,  az  miqdarda  ermənilər, ərəblər  və s.  millətlər  yaşayır.  Ümumiyyətlə
dünyada  kürdlərin ən  çox  hissəsi  Türkiyədə yaşayır.  Belə ki,  tətqiqatçıların  apardığı
hesablamalara  görə 50  milyonluq  kürd  xalqının  25  milyona  qədəri  Türkiyədə yaşayır.
Həmin kürdlərin isə 80%-dən çoxu Şimali Kürdüstan ərazisində məskunlaşmışdır.
Şimali  Kürdüstanın  da  kürdlərinin  yaşadıqları  vilayətlər (bu  vilayətlərin  hamısı
Türkiyə Cümhuriyyətinə aiddir) aşağıdakılardır:  Diyarbəkir,  Van,  Ağrı,  Bitlis,  İğdır,
Həkkəri, Qaziantəp, Bingöl, Tanceli (Dersin), Adıyaman, Mardin, Muş, Siirt, Şanlı Urfa,
Elazığ, Ərzincan,  Malatya,  Kars,  Ərzurum,  Sivas,  Qəhrəmanmaraş  və s.  Bu ərazilərdən
silahlı  üsyanlar  və onları  müşaiyət  edən  repressiya  və sürgünlər  dövründə çox  sayda
(bəzən  minlərlə,  bəzən  yüzminlərlə) kürdün  köçürülməsinə baxmayaraq,  hal-hazıırda
Diyarbəkir, Ağrı, Bingöl, Bitlis, Həkkəri, Mardin, Van və s. vilayətlərdə onlar (kürdlər)
əhalinin 90%-dən çoxunu təşkil edir.

70
XIX əsrin  ortalarınadək  Kars, Ərzurum,  Sivas  və Qəhrəman  maraş  vilayətlərində
də kürdlər üstünlük təşkil edir. Məsələn, gürcü alimi D.Z. Bakradzenin verdiyi məlumata
görə (103)  XIX əsrin  70-ci  illərində Kars  vilayətində əhalinin əksəriyyəti  kürdlərdən
ibarət  olmuşdur.  Lakin  sonralar  bura  türklərin,  ermənilərin,  acarların,  azərbaycanlıların,
yevreglərin, osetinlərin, hətta kabardinlərin köçməsi ilə əlaqədar əhalinin milli tərkibində
ciddi dəyişikliklər baş vermişdir.
Şimali Kürdüstanın ən böyük şəhəri Diyarbəkirdir. (kürdlər bu şəhərə Aməd deyir
ki,  bu  da  qədim  Medlərin-Madların-Mədlərin  adı  ilə bağlıdır). Son  məlumatlara  görə
Diyarbəkir əhalisinin  sayı  bir  milyonu  ötmüşdür.  Qaziantəp əhalisinin  sayı  bir  milyonu
ötmüşdür. Bitlis şəhərinin əhalisi 400  mindən çoxdur. Tədqiqatçıların verdiyi  məlumata
görə bu şəhərin əhalisi hələ XIX əsrin ortalarında 30 min nəfərdən çox idi ki, onun da 20
min nəfəri kürd olmuşdur (104,352).
XX əsrin  80-ci  illərinədək  Şimali Kürdüstan  sosial  iqtisadi  inkişaf  baxımından
Türkiyənin ən  geri  qalmış  bölgəsi  idi.Bunun  səbəbi  həm  regionda  uzun  illər ərzində
davam edən çəkişmələr, üsyanlar, hərbi əməliyyatlar, həm də Türk hökumətinin kürdlərə
qarşı apardığı milli  ayrı-seçkilik siyasətidir.
Ağır iqtisadi durumdam və və işsizlikdən çarəsiz qalan kürdlər öz doğma yerlərini
tərk edib “bir parça çörək” üçün xarici ölkələrə və Türkiyənin iri şəhərlərinə üz tutmuşdu.
İş  axtaranların  çoxu  İstanbula  köçmüşdü. Bu  köçmənin  nəticəsidir  ki,  Şimali
Kürdüstandan  kənarda  Türkiyədə kürdlər ən  çox  İstanbul  şəhərində yaşayır.  Bəzi
mənbələrin verdiyi məlumata görə burada yaşayan kürdlərin sayı 4 milyona yaxındır.
İstanbuldan  başqa  kürdlər  Türkiyənin  digər  şəhərlərində (Ankara,  Konya,  Tokat,
Adana, Çankırı və s.) də yaşayır.
Şimali  Kürdüstanda    XX əsrin  90-cı  illərinədək  iqtisadiyyatın əsasını  kənd
təsərrüfatı,  yüngül  və yeyinti  sənayesi  təşkil  edirdi.  Kənd  təsərrüfatında  isə əsas  yeri
heyvandarlıq (əsasən qoyunçuluq) tutur. Əkinçiliyin bəzi sahələri (taxılçılıq, pambıqçılıq,
tütünçülük və s.) də qismən  inkişaf  etmişdir.  Son 20 ildə Türkiyə hökumətinin  Şərqi və
Cənub-Şərqi  Anadolu  bölgələrində həyata  keçirtdiyi  iqtisadi  islahatlarla əlaqədar  olaraq
kürdlərin  üstünlük  təşkil  etdiyi  vilayətlərdə də sosial-iqtisadi  sahədə müəyyən
irəliləyişlər  baş  vermişdir.  Belə ki,  bu  vilayətlərdə yeni  su  anbarları,  yüngül  və yeyinti
sənayesi  müəsisələri  tikilmiş,  Batman  vilayətində neft  hasilatına  başlanılmış,  vilayət
mərkəzlərində dövlət universtetləri yaradılmışdır.
Bütün bu  tədbirlərə baxmayaraq,  Şimali  Kürdüstanda,  yəni  Türkiyənin  şərq  və
Cənub  şərq  vilaytlərində əhalinin  sosial-iqtisadi  vəziyyəti  ölkənin  mərkəzi  və qərbində
yerləşən bölgələrlə müqayisədə çox ağır olaraq qalmaqdadır.  Bülə ki, kürdlərin üstünlük
təşkil  etdiyi  vilayətlərdə hələ də işsizliyin  faizi  yüksək, əmək  haqları  çox  aşağıdır;

71
kəndlərin  çoxunda  xəstəxana  və orta  məktəblər,  digər  sosial  mədəni  obyektlər  yox
dərəcəsindədir;  təhsildən  kənarda  qalanların  faizi  ölkənin  orta  göstəricisindən  çox
yuxarıdır və s.
Tarixi  Kürdüstanın  sahəsinə və əhalisinə görə ikinci  olan  Şərq  hissəsi  İran  İslam
Respublikasının  sərhədləri  daxilində yerləşir.  Onun  sahəsi  təxminən  180  min  kv- km-ə
yaxındır. İranda yaşayan kürdlərin ümumi sayı isə 10 milyondan yuxarıdır.
İranın  inzibati-ərazi  bölgüsünə əsasən  Şərqi  Kürdüstanın ərazisi  Kürdüstan,
Bəxtiyariyə və Çaharmahal,  Lwristan,  Kermanşah  ostanları (əyalətləri) arasında
bölünmüşdür. Bundan başqa tarixi Kürdüstana aid olan bəzi şəhərlər və rayonlar (Maku,
Xoy, Urmiya və s.) Qərbi Azərbaycan ostanının tərkibinə qatılmışdır. Hətta 1946-cı ildə
yaranan  Kürd  Cümhuriyyətinin  paytaxtı        Mehabad  da  bu  ostana  verilib. Əslində
Luristan,  Kermanşah,  Bəxtiyariyə və Çaharmahal  ostanlarının  adı  da  kürdlərlə bağlıdır.
Belə ki,  Luristan  kürdlərin qədim  tayfa  birləşmələrindən  biri  olan  lurların  vətənidir.
Böyük  kürd  tarixçisi  Ş.X.  Bidlisi  “Şərəfnamə” əsərində kürdləri  dil  və etnik
xüsusiyyətlərinə görə 4 qrupa bölür: 1). Kurmak; 2) Lur; 3) Kəlhor; 4) Quran.
Müəllif həmin əsərində Lurların mənşəyi haqqında yazır: “ Manrud vilayətində bir
kənd var ki, adına Kord (Kürd) deyilir.  Bu kəndin yaxınlığında bir dərə var, Lur dilində
ona Kul deyirlər. Həmin dərədə Lur adında bir yer var. Həmin yerdə çıxarılanlara lur adı
verilib” (11,93).
Qədim  kürd  şəhərlərindən  biri  olan  Kermanşahın  mənası  kürd  dilində “şah
kürdlərin şəhəri” deməkdir. Bəxtiyariyə və Çaharmahal ostanın adındakı birinci söz kürd
tayfası olan Bəxtiyarilərin adı ilə bağlıdır; ikinci sözün (Çaharmahal) mənası isə “dörd
mahal” deməkdir ki, bu da kürd dilinə aiddir.
Göründüyü  kimi,  İran  hökuməti  yeni  inzibati-ərazi  bölgüsü  pərdəsi  altında  tarixi
Kürdüstanın öz ərazisinə qatdığı Şərq hissəsini kürdlərin assimliyasiyasını asanlaşdırmaq
məqsədilə dör yerə bölsə də “cidanı çuvalda” gizlədə bilməyib.
Şimali  Kürdüstanda  olduğu  kimi  Şərqi  Kürdüstanda  da ərazinin  relyefinə sıra
dağlar dağlıq yaylalar və dağlararası çökəkliklər üstünlük təşkil edir. Bu relyef formaları
İran  dağlıq  yaylasının  şimal-qərb  qurtaracağında  yerləşən  Kürdüstan  silsiləsi  İraq  və
Türkiyənin sərhədləri boyunca 240 km uzanır. Bu silsilənin orta hündürlüyü 3000 m-dən
çoxdur. Ayrı-Ayrı zirvələrin yüksəkliyi isə 4000 m-dən yuxarıdır.
Kürdüstan  silsiləsinin  qurtaracağından  başlayaraq  cənub-şərqə doğru əvvəlcə İraq
sərhəddi boyunca, daha sonra isə İran körfəzi istiqamətində Hörmüz boğazınadək uzanan
Zaqros sıra dağlarının ümumi uzunluğu 1600 km-ə, eni isə 300 km-ə çatır. Əslində böyük
dağ sistemi (bir neçə silsilədən ibarət relyef formasına dağ sistemi deyilir) olan Zaqrosun

72
orta  hündürlüyü 2500  m, ən  yüksək  zirvəsinin (Zərdkuh) hündürlüyü  isə 4548m-dir.
Geoloji qurluşuna görə əsasən Mezozoy və Kaynozoy yaşlı əhəng daşları və sistemlərdən
ibarət olan Zaqros dağlarında karst mağaralarına rast gəlinir.
Şərqi  Kürdüstanın ərazisi  filiz (dəmir,  mis,  qızıl,  platin,  gümüş,  uran,  manqan  və
s.),  neft (Şahabad,  Nefteşah,  Kermanşah,  Sumar  yataqları),  kömür (Lahican  və
Əfsandabad  yatağı),  tikinti  materialları (mərmər,  gips,  yəşəm  daşı  və s.),  mineral  sular
(Kermanşahın 60 km-də müalicəvi mənbəyi və.s) kimi təbii sərvətlərləzəngindir.
Şərqi  Kürdüstanda  çoxlu  sayda  kiçik  dağ  çayları  mövcuddur.  Həmin  çaylardan
nisbətən  böyük  olanları:  Zərincan,  Maku,  Qızılüzən,  Spi  (Ağçay),  Qotur,  Zəngemar,
Kərxe və s. dir. İranın ən böyük gölü olan Urmiya yuxarıda qeyd etsiyimiz kimi qədim
kürd  tayfalarının  məskunlaşdığı ərazidə yerləşir.  Bu  göl (uzunluğu  140  km,  eni  50  km,
dərinliyi 15m, sahəsi 5800 kv. km) qədim zamanlardan Kürdüstan ilə Cənubi Azərbaycan
arasında sərhəd rolunu oynamışdır. Bu göl Asiya qitəsinin altıncı gölü olub şorsuludur.
Şərqi  Kürdüstanın  dağ  meşələri  qiymətli  ağac  növləri  və dərman  bitkiləri ilə
zəngindir.  Dağlıq  yaylaların  güllü-çiçəkli  alp  çəmənlikləri  qoyunçuluq  üçün  təbii  yeni
bazasıdır.
Şərqi Kürdüstan əhalisinin 80%-dən çoxunu kürdlər təşkil edir. Burada kürdlərdən
başqa  azərilər (azərbaycanlılar),  farslar,  aysorilər,  ermənilər  və digər  azsaylı  xalqlar  da
yaşayır.  Kürdlər  daha  çox  Sənəndəc (Kürdüstan  ostanının  mərkəzi),  Mehabad,  Saqqız,
Kermanşah, Sərdəşt, Bane, Salmas, Merqəvər, Terqəvər, Oşnuya (Uşnu), Bokan, Nəhedə,
Nəhavənd və s. şəhərlərdə və rayonlarda yaşayır. Xoy, Urmiya və Maku mahallarında da
xeyli  sayda  kürd  yaşayır.  Həmin  mahallarda  XIX əsrin  axırlarınadək  kürlərin  sayı  daha
çox  olmuşdur.  Lakin  XX əsrin əvvəllərində oSmanlı  hökumətinin  bu əraziləri  işğalı  ilə
əlaqədar olaraq kürdlərin bir qismi buradan köçmüşdür.
Urmiya  şəhərində və ətraf  rayonlarında ən  qədim  zamanlardan  kürd  tayfa
birləşmələrinin  məskunlaşdığı  barədə yuxarıda  yazılmışdır.  Orta əsr ərəb  mənbələrində
də həmin  dövrlərdə Urmiya  gölü ətrafında (o  cümlədən  Urmiya  şəhərində) kürdlərin
yaşadığını  sübut  edən  faktlar  öz əksini  tapmışdır.  Məsələn,  X əsr ərəb  coğrafiyaşünası
Əbu
Duləf  yazır:  “Urmiya ətrafında  bitkisi  olmayan  və yaxınlığında  heyvanat
dolanmayan  acı  göl  vardır.  Onun ortasındakı (adada) Kəbuzan  adlanan  dağlar  yerləşir”
(105,81).  Kəbuzan  kürd  dilindəki  “Kəpəz”  sözündən  olub mənası  “qayalıq”  deməkdir.
Həmin müəllif daha sonra yazır: “Gölün sahili Vadi əl-Kurdi adlanan yerə çatır, burada
az  tapılan  daşlar  vardır.  Bu  vadidə,  Səlmas  tərəfdə olduqca  yaxşı,  yüksək  keyfiyyətli,
böyük əhəmiyyətli  və çox  faydalı  isti  bulaq  var.  Bu- ümumi  rəy  və fikrinə (razılığına)
görə dünyada  yer  altından  çıxan ən  yaxşı  sudur.  Buranı  Zəravənd  adlandırırlar” (Yenə
orda. 81).

73
Göründüyü kimi orta əsrlərdə Urmiya gölünün ətrafları “Kürd vadisi” adlanırdı; bu
vadidəki bir çox coğrafi adlar da təbii ki, kürd dilinə məxsus idi. Məsələn, Zəravənd kürd
dilində “Sarı su çıxan yer” mənasındadır. Tarixdən o da məlumdur ki, 922-ci ildə Mosal
kürdü  Sadaka bin Əli  Urmiyada  hakimiyyəti ələ aldıqdan  sonra  Ermənistan  və
Azərbaycanı özünə tabe etdirmişdi (81,120).
Maku  və Xoy  mahallarında  orta əsrlərdə kürd  tayfa  birləşmələrinin  hökmranlıq
etmələri  və bu  yerlərdə kürd  nüfuzunun  XX əsrin əvvəllərinədək  davam  etməsi  barədə
Şərqi  Kürdüstanın  tarixinə dair  yazıların,  demək  olar  ki,  hamısında  rast  gəlirik.  Onu  da
qeyd  edək  ki,  V.F.  Minorskinin  fikrinə görə Maka  sözü  Mahkuh (Midiya  dağı) və ya
Markuh (Marlar  dağı) sözündən  yaranmışdır  (38,318).  Midyalıların (Medlərin,
Madların,  erməni  mənbələrində Marların) isə kürdlərə eyni  mənşəyə malik  olmaları
barədə I.I.  fəsildə yazılmışdır.  Səfəvilər  dövründə XVI-XVIII əsrlərdə Maku  mahalı
Kürd tayfası olan Mahmudilər tərəfindənidarə olunurdu (38; 318).
Xoy şəhərinin adı orta əsr ərəb mənbələrində Xuvey kimi yazılmışdır. Hər iki söz
eyni  mənşəli  olub  kürd  dilində “xo”/  “Xwe” (“duz”) sözündəndir.  Uzun  illər,  xüsusilə
Səfəvilərin  hakimiyyəti  dövründə Xoy  mahalında,  XVIII əsrin  ortalarından  isə xoy
xanlığında  kürd  tayfa  birləşməsi  olan  Dünbililər (1918-1920-ci  illərdə Azərbaycan
Demokratik  Respublikasının  başçılarından  biri  olan  Fətəli  xan  Xoyski  bu  tayfaya
mənsubdur) hakimiyyət sürmüşlər.
Əhməd Xan Dünbilinin dövründə (1763-1786) Xoy xanlığı öz inkişafının yüksək
səviyyəsinə çatmışdır. Əhməd  Xan  Qarabağ  xanlığı  ilə ittifaq  bağlayaraq,  İrəvan  və
Naxçıvan  xanlıqlarını  özündən  asılı  vəziyyətə salmışdı.  Dünbililər  sülaləsinin  axırıncı
xanı  olan  Hüseynqulu  xanın  dövründə (1786-1813) Xoy  xanlığı  Qacarlardan  asılı
vəziyyətə
düşdü  (34,95-96).
1913-cü  ildə
Xoy  şəhərində
kürdlərin  “Maarif”
(“Gehandeni”) adlı cəmiyyəti yaranmışdı.
Şərqi Kürdüstanın ərazisindən kənarda  İran kürdləri ən çox Tehran, İsfahan, İlam
şəhərlərində,  həmçinin  Xorasan  və bəlucistan  vilayətlərində yaşayır.  Tehran  və İsfahan
şəhərlərinə kürdlər  qədim  zamanlardan  başlayaraq  müasir  dövrədək  zaman-zaman
müxtəlif siyasi, sosial və iqtisadi səbəblər üzündən köçmüşlər.
Xorasan  vilayətində yaşayan  kürdlər əsasən  buradakı  Kuçan,  Şirvan,  Bocnurd,
Dərəgəz,  Kəlat  və s.  rayonlarda  məskunlaşmışlar.  Təxmini  hesablamalara  görə hal-
hazırda  Xorasan  vilayətində ən  azı  500  min  kürd  yaşayır.  Elmimənbələrin  verdiyi
mənbəyə görə hələ Səfəvilər  dövründə bu  vilayətdə yaşayan  kürdlərin  sayı  250  mindən
çox  idi.  Kürdlərin  bu  vilayətdə məskunlaşması  tarixi  haqqında  iki  fikir  mövcuddur.
Birinci  qrup  alimlərin  fikrinə görə Xorasan  kürdləri  ilk  dəfə Teymurləng  tərəfindən
suriyadan Xorəzm və Buxaraya köçürülmüşlər. Teymurlənginölümündən sonra (1405-ci

74
il) onun  oğlanları  araslnda  baş  verən  hakimiyyət  çəkişmələrindən  istifadə edən  kürdlər
doğma  vətənlərinə dönmək  qərarına  gəlirlər.  Geri  dönən  kürdlərin  bir  qismi  Dərəqəz
(əslində kürdcə Daraquz-“  Qoz  ağacı”;  bax:  25,  səh  120),  Bocnurd,  Kuçan  və s.
rayonlarında əlverişli  şəraiti (heyvandarlıq  üçün) görüb  həmin ərazilərdə qalmağa
üstünlük vermişlər (96,154).
İkinci qrup alimlərin yazdığına görə isə Xorasan kürdlərini bura İranın şimal-şərq
sərhədlərini  qorumaq  məqsədilə Səfəvi  şahları (I  Şah  İsmayıl,  I  Şah  Abbas  və Nadir
Şah)görürmüşlər  (96,154;106;3).  Həmin  mənbələrin  verdiyi  məlumata  görə I  Şah
İsmayılın  hakimiyyəti  illərində (1501-1524) Xorasan  vilayətinə 30  min,  I  Şah  Abbasın
dövründə (1587-1629). isə 15 min kürd ailəsi köçürülmüşdür.
Əslində isə Xorasan kürdlərinin burada hələ X əsrdən qabaq məskunlaşması barədə
ərəb alimi Əl-istəhri X əsrdə məlumat verir (108,175).
Xorasana köçürülən kürdlər əsasən iki tayfa birləşməsinə (Zəfəranlı və Şadıllı) aid
olmuşdur.  Bu  birləşmələrin  tərkibində aşağıdakı  tayfalar əsas  yer  tutmuşdur:  Melanlı
(Milanlı), Bacgiranlı, Aqazlı,  Hiwalanlı, Kuranlı, Qasımanlı, Maşkanlı, burci, Kaywanlı,
Məzdəkanlı,  Rəşanlı,  Briwanlı,  Badiwanlı,  Həfşalanlı,  Cafkanlı,  Waranlı,  Tupkanlı,
Sayfkanlı, Qəhrəmanlı, Badilli, Şeyx-Əmirli və s.
Son illərdə görkəmli kürdşünas M. Lətif Bruki Xorasan kürdlərinin tarixi haqqında
yeni elmi mülahizə irəli sürmüşdür. Müəllif Moskvada nəşr olunan “Дружба” (“Dostani
”) adlı jurnalda dərc etdirdiyi məqaləsində yuxarıda qeyd etdiyimiz müəlliflərin fikirləri
ilə (Xorasan  kürdlərinin  guya  ilk  dəfə
Teymurləng  və Səfəvi  şahları  tərəfindən
Kürdüstandan  bu  yerlərə köçürülməsi  )
razılaşmır,  Xorasan  kürdlərini  Zərdüşt
dövründən (onun kürd olması barədə bax: I.I.) bu yerlərdə məskunlaşması mülahizəsini
irəli sürür. Öz fikrini əsaslandırmaq üçün M.L.Bruki yazır: “Tarixdən yaxşı məlumdur ki,
Parfiya  e.ə.  VII əsrdən  Midyanın  tərkibində olmuşdur (parfiyanın  kürdlərlə sıx əlaqəsi
barədə bax:  I.II.) VII əsr  erməni tarixçisi  Sebos  məlumat  verir  ki,  Sasani çarı  Xosrov I
Ənuşirəvanın(531,579) sərkərdəsi  Smbat  böyük  səhranın (Qaraqum səhrası  nəzərdə
tutulur) ətəklərində Türküstan (indiki  Türkmənistan  da  buraya  daxil  idi) və Dəlhastan
hüdudlarında...  kodrilərlə
qarşılaşmışdır....  Xorasan
(qədim  iran-kürd  dillərində
“Xavarasan”-hərfi mənada “Doğan günəş” ölkəsi ) İranın indiki şimal-şərq hissələrini,
Türkmənistandan  başlayaraq Əfqanıstanın  şimal  v ə şimal-qərb  torpaqlarınıəhatə edirdi.
Kürdlər  hal-hazırda  da  bu ərazilərdə-Xorasanda,  Türkmənistanda  və Əfqanıstanda
yaşayır ” (112).
Müəllifin  göstərdiyi  bu  elmi  faktlardan  belə bir    məntiqi  nəticə çıxır  ki,
Teymurləngin və Səfəvi şahlarının  kürdləri  məhz  bu  bölgəyə (soydaşlarının  qədimdən
yaşadığı ərazilərə) köçürülmələri heç də təsadüfi deyildir.
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə