1
P
SIXI
S
AĞLAMLIQ
S
IYAS
Ə
TI
Elturan N. Ismayilov, MD
Qısa xülasə
Neft sektoru sayəsində Azərbaycan Respublikasında iqtisadi artım olmasına baxmayaraq, ölkə hələ
də keçid mərhələsindədir. Bundan baĢqa, Azərbaycan qonĢu dövlət Ermənistanla “nə hərb, nə də
sülh” Ģəraitində yaĢayır.
Ölkənin bu mürəkkəb vəziyyətini nəzərə alan beynəlxalq ictimaiyyət Azərbaycan cəmiyyətinin
sabitləĢdirilməsi və demokratikləĢməsini dəstəkləmək üçün səylərini birləĢdirdi. Sovet Ġttifaqının
çökməsindən sonra müxtəlif ölkələrin hökumətləri, eləcə də beynəlxalq QHT-lər burada bir sıra
layihələr həyata keçirməyə baĢladılar. Lakin son 4-5 ildə onların əksəriyyəti üçün psixi sağlamlıq
prioritet sahə olmamıĢdır.
Bununla belə, 2007-ci ildə Dünya Səhiyyə TəĢkilatı Azərbaycan Respublikasının psixi sağlamlıq
sistemi haqqında məlumat toplamaq üçün bir araĢdırmaya baĢladı. Bunun üçün Dünya Səhiyyə
TəĢkilatı Psixi Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi vasitəsindən (WHOAIMS) istifadə
edildi.
Bu hesabata görə hazırda Azərbaycanda psixi sağlamlıqla bağlı heç bir siyasət aparılmır. Eləcə də,
psixi sağlamlıq strateji planı, o cümlədən fövqəladə hallar və fəlakət zamanı hazırlıq üçün də heç bir
plan yoxdur.
Sosial sığortanın inkiĢaf durumuna uyğun olaraq, psixi sağlamlıqla bağlı tibbi xidmətlər bu sığorta
tərəfindən tam əhatə olunmur. Ölkədə insan hüquqlarına baxan belə bir qurum olsa da, bu qurum
müntəzəm surətdə psixi xəstəliyi olan insanların hüquqlarının qorunması ilə bağlı məsələlərə diqqət
yetirmir.
2
Ölkədə psixi sağlamlıqla məĢğul olan heç bir dövlət qurumu yoxdur. 11 ambulator psixi sağlamlıq
müəssisəsi ümumi əhalinin hər 100.000 nəfərindən 1092 istifadəçiyə xidmət göstərir. Gündüz
stasionar müəssisələrinin təchizatı lazımı səviyyədə deyil. Burada ümumi əhalinin hər 100.000
nəfərindən 24.9-na xidmət göstərilir. Ölkə üzrə icma əsaslı(yerli) xəstəxanalarda 2 psixiatriya Ģöbəsi
var ki, orada da əhalinin hər 100.000 nəfərinə 0.71 çarpayı düĢür. Bu icma əsaslı(yerli)
xəstəxanaların psixiatriya Ģöbələrindəki çarpayılardan hec biri uĢaq və yeniyetmələr üçün nəzərdə
tutulmayib
.
Ölkədəki 9 Ruhi xəstəxanada əhalinin hər 100.000 nəfərinə cəmi 48.9 çarpayı nəzərdə tutulub. Ruhi
xəstəxanalara qəbul edilən xəstələr əsasən Ģizofreniya, Ģizofreniform və xəyalgörmə (delusional)
pozğunluqlar diaqnozu ilə daxil olur (36%). Bir sıra stasionar psixiatriya müəssisələrində insan
hüquqlarının pozulmasına yol verilir. Yerli mədəniyyətin özəlliyidir ki, qadınlar psixi sağlamlıq
müəssisələrinə kiĢilərdən daha az üz tuturlar. Qərb cəmiyyətləri ilə müqayisədə Azərbaycanda
qadınlar bu dəstəyi daha çox ailə çərçivəsində alırlar. Bu psixi sağlamlıq müəssisələrində heç bir
istifadəçi psixososial yardım almır. Bu psixi sağlamlıq müəssisələrinin hamısı(100%) hər müalicə
dərəcəsində ən azı bir psixotrop dərmanı ödəniĢsiz təmin edir.
Ġlkin tibbi xidmət müəssisələrinin heyətinə psixi sağlamlıqla bağlı heç bir təlim (treyninq) keçilmir
və onların psixi sağlamlıq xidmətləri ilə qarĢılıqlı əlaqəsi zəifdir.
Ölkədə hər 100.000 əhaliyə düĢən psixi sağlamlıq iĢçilərinin sayı 22 nəfərdir. Dövlət sağlamlıq
müəssisələrinin sosial təminat iĢçiləri və klinika psixoloqları üçün bu rəqəm daha azdır. Psixi
sağlamlıq sahəsində çalıĢan əmək terapiyası mütəxəssisi yoxdur. Psixiatrların əksəriyyəti dövlət tibb
müəssisələrində çalıĢır. Bu kadrların paylanması qeyri-mütənasibdir: ruhi dispanserlər və
paytaxtdakı müəssisələrə daha çox kadr düĢür. Psixi sağlamlıq (PS) sahəsində istehlakçı və ailə
birlikləri yoxdur
Psixi sağlamlığa dair nəĢrlərə və ictimaiyyəti məlumatlandırma kampaniyalarına nəzarət edəcək hər
hansı bir əlaqələndirici qurum yoxdur. ĠĢ yeri və mənzil təminatı, eləcə də iĢ yerində və mənzil
təminatında diskriminasiya ilə mübarizə qanunvericilikdə nəzərdə tutulsa da, əslində həyata
keçirilmir. Psixi sağlamlıq xidmətləri ilə ĠĠV/QĠÇS, reproduktiv sağlamlıq, narkotik vasitələrdən sui-
istifadə, hərbi xidmət iĢləri və cinayətkarlıqla mübarizəyə məsul idarələr/qurumlar arasında formal
əlaqə var.
3
Məlumatların toplanması və tutuĢdurulması səviyyələri müxtəlifdir. Müəssisələrdə bu məlumatlar
əsasında daxili hesabatlar hazırlanır, lakin hökumət bu məlumatlara və ya daxili hesabatlara
əsaslanan heç bir rəsmi hesabat dərc etməyib və yaymayıb. Ölkədə aparılan məhdud sayda
araĢdırmaların hədəfi isə psixi pozğunluqların qeyri-epidemioloji üsulla kliniki və sorğular əsasında
qiymətləndirilməsi, xidmətlərin araĢdırılması, psixososial/psixoterapevtik və farmokoloji
müdaxilələr olmuĢdur.
Dünya Səhiyyə TəĢkilatının yuxarıda adı çəkilən hesabatının nəticəsi kimi psixi sağlamlıq,
nevrologiya, təhsil və sosial xidmət mütəxəssisləri Azərbaycan üçün Psixi sağlamlıq siyasəti
sənədinin hazırlanmasına baĢladılar. Bu iĢ Dünya Səhiyyə TəĢkilatı və Səhiyyə Nazirliyi tərəfindən
əlaqələndirilirdi. 2007-ci il dekabrın 19-da sənədin layihəsi xüsusi konfransda təqdim olundu. Lakin
bu siyasət sənədinin təsdiq olunması hələ də gecikir.
4
GĠRĠġ
Bu hesabat Azərbaycan Respublikasında psixi sağlamlığın qorunmasının indiki durumu barədə qısa
məlumat verir və həyata keçiriləcək psixi sağlamlıq siyasətini təsvir edir.
Bu məsələləri ümumi bir kontekstdə təqdim etmək üçün hesabat müxtəlif ölkələrin psixi sağlamlıq
siyasəti ilə Azərbaycan Respublikasındakı siyasətin ümumi müqayisəsindən baĢlayır.
Növbəti bölmə Dəyərləri, Prinsipləri və Məqsədləri təsvir edir
Yekun bölmədə isə Psixi Sağlamlıq Siyasəti Layihəsindən yaranan nəticələr və tövsiyələr əks
olunur. Tövsiyələr Psixi Sağlamlıq Ġslahatının 9 prinsipi formasında təqdim edilir.
DÜNYA SƏHĠYYƏ TƏġKĠLATININ (WHO) PSĠXĠ SAĞLAMLIQ ÜZRƏ ƏSAS SĠYASƏT
ĠSTĠQAMƏTLƏRĠ VƏ BƏZĠ ÖLKƏLƏRDƏ BU SĠYASƏTĠN MƏQSƏDLƏRĠ
Beynəlxalq təcrübə və dünya mütəxəssislərinin birgə iĢi sayəsində Dünya Səhiyyə TəĢkilatı Psixi
sağlamlıq siyasətinin əsas məqsədlərini müəyyənləĢdirmiĢdir. Siyasətin inkiĢafı, strateji planlar və
xidmətlərin təĢkili üçün Dünya Səhiyyə TəĢkilatının üç ən mühüm tövsiyəsi bunlardır:
Psixi sağlamlığın deinstitutalizasiya(pasientlərə xəstəxanadan kənar, icma mühitində qayğı
göstərilməsi) edilməsi,
Psixi sağlamlığın ümumi səhiyyə xidmətinə inteqrasiya edilməsi
Psixi sağlamlıq üçün icma xidmətlərinin inkiĢaf etdirilməsi.
Bununla belə, hər bir ölkənin siyasəti onun öz səhiyyə və sosial strukturuna, tarix, əhali və sülh
məsələlərinə, o cümlədən iqtisadi satusuna əsaslanmalıdır.
Məsələn, Avstraliyada Psixi Sağlamlığa dair Milli Strategiya (siyasət) ölkədə Psixi sağlamlıq
proqramları və fəaliyyətlərini istiqamətləndirən Avstraliya ittifaqı
və bütün Ģtatlar, o cümlədən ərazi
hökumətləri arasında bir müqavilədir. Bu strategiyanın məqsədləri aĢağıdakılardır:
Avstraliya icmasının Psixi Sağlamlığını təĢviq etmək
Mümkün qədər psixi sağlamlıq problemlərinin və psixi pozğunluqların inkiĢafının
qarĢısının alınması
5
Psixi pozğunluqların fərdlərə, ailələrə və icmaya təsirlərini azaltmaq
Psixi pozğunluq diaqnozu qoyulmuĢ
insanların hüquqlarının təmin edilməsi.
BirləĢmiĢ Krallıqda səhiyyə sistemi daha çox icma əsasında qurulduğundan, Böyük Britaniyanın
Psixi sağlamlıq siyasətinin istiqaməti icmalarda ümumi səhiyyə sisteminə inteqrasiya olunmuĢ psixi
sağlamlıq xidmətlərini yaxĢılaĢdırmaq idi. Böyük Britaniya hökuməti hazırda psixi sağlamlıq
siyasətini yenidən nəzərdən keçirir.
ABġ-ın Səhiyyə xidməti sisteminin rəhbərinin
hesabatına görə, ABġ Milli Psixi Sağlamlıq
Strategiyasının əsas məqsədləri bunlardır:
Elmi əsasların qurulmasını davam etdirmək
Stiqmanın(pasientlərə “ruhi xəstə” damğası vurmaq) aradan qaldırılması
Effektiv müalicə barədə ictimaiyyətin məlumatlanmasını yaxşılaşdırmaq
Psixi sağlamlıq xidmətləri və təminatçılarının mövcudluğuna əmin olmaq
Müalicənin ən qabaqcıl üsullarla aparıldığına əmin olmaq
Yaş, cins, irq və mədəniyyətə uyğun müalicə
Müalicədən istifadəni asanlaşdırmaq
Müalicə üçün maliyyə əngəllərini azaltmaq.
Tarixən Serbiyanın Azərbaycanla çox bənzərlikləri olub: türk mədəniyyəti ilə əlaqə, keçmiĢ
sosialist ölkəsi olması, SSRĠ-nin iflasından sonra daxili və xarici münaqiĢə və sair.
2007-ci ildə Serbiya PSĠXĠ SAĞLAMLIĞIN QORUNMASI ĠNKĠġAF STRATEGĠYASINI qəbul
etdi.
Bu Siyasətin məqsədləri aĢağıdakılardır:
o
Psixi və davranıĢ pozğunluqlarının qarĢısının alınması və psixi sağlamlığın təĢviqi
o
Psixi sağlamlıq xidmətinin yaxĢılaĢdırılması: xidmətlərin keyfiyyətini, istifadə üçün
əlveriĢliliyini və hamıya bərabər yanaĢma səviyyəsini artırmaq
o
Ġcma psixi sağlamlıq xidmətini və icmanın iĢtirakını geniĢləndirmək
o
Psixi sağlamlığın ümumi səhiyyə xidmətlərinə inteqrasiya edilməsi
o
Əlaqədar qurumların və resursların iĢtirakını dəstəkləmək
o
Ġnsan hüquqlarının müdafiəsi və həssas qruplara qayğı göstərmək
6
o
Destiqmatizasiya (“ruhi xəstə” damğası vurulmasının qarşısını almaq ).
Hər bir siyasətə adətən 10-15 ildən bir yenidən baxılmalıdır. Təqdim olunmuĢ Azərbaycanın Psixi
Sağlamlıq Siyasətinin də Serbiya siyasətinin məqsədləri ilə çox bənzərlikləri var:
Psixi sağlamlığın təĢviqi və ciddi psixi pozğunluqlar üçün risklərin azaldılması
Ġstifadə üçün əlveriĢli, keyfiyyətli və hərtərəfli, ilkin tibbi yardım sisteminə inteqrasiya
olunmuĢ Psixi sağlamlıq xidmətləri Ģəbəkəsinin yaradılması
Özəl Psixi sağlamlıq xidmətlərinin stimullaĢdırılması və akkreditasiyası
Ġnsan haqlarının qorunması və destiqmatizasiya
Xidmət göstərən Ģəxslərin dəstək və qayğı ilə əhatə olunması
Həssas qruplara qayğı göstərilməsi.
DƏYƏRLƏR, PRĠNSĠPLƏR VƏ MƏQSƏDLƏR
D
ƏYƏRLƏR VƏ
P
RINSIPLƏR
:
Psixi sağlamlığın qorunması
o
Psixi sağlamlıq xidmətləri müasir, bio-psixo-sosial yanaĢmanı əks etdirən hərtərəfli müalicə
təmin etməlidir. Bu xidmət xəstənin yaĢayıĢ yerində (icmada), mümkün qədər ailəsinə yaxında
olmalıdır.
o
Psixi sağlamlıq xidməti ilkin tibb xidmətinə daxil edilməlidir. Ümuni müalicə həkimləri bilik və
resurslarla bağlı yetərli dəstək almalıdır ki, onlar psixi sağlamlıq problemləri olan insanların
ehtiyaclarına cavab verməyi bacarsınlar.
o
Psixi pozğunluğu olan Ģəxslərin müalicəsinin bütün səviyyələrində psixotrop dərmanlar mövcud
olmalıdır.
Psixi sağlamlığın təĢviqi və ciddi psixi pozğunluqlar üçün risklərin azaldılması
o
Psixi sağlamlığın təĢviqi xüsusi olaraq müsbət psixi sağlamlığın möhkəmləndirilməsinə
yönəlmiĢ bütün fəaliyyətləri əks etdirir. Ottava Deklarasiyasına görə, psixi sağlamlığın təĢviqi
strategiyaları münbit mühit yaratmaqla, fərdləri və icmaları gücləndirməklə fərdlərin öz həyatlarına
nəzarəti artırmasına, onların fərdi bacarıqlarının və müqavimət qabiliyyətlərinin inkiĢaf
etdirilməsinə xidmət göstərir.
7
o
Psixi sağlamlığın müdafiəsi və təĢviqi tam əhatəli olmalıdır. Bu, psixi pozğunluqlar haqqında
mistik təsəvvürlərin aradan qaldırılması ilə müĢayiət olunmalıdır (pozitiv yanaĢma gücləndirilməli,
psixi pozğunluqların qarĢısının alınması və müalicəsinin mümkünlüyünə geniĢ yayılmıĢ skeptik
yanaĢmanın azalması). Əhali və risk altında olan Ģəxslər arasından sağlam qüvvələrə sərmayə
qoyulmaqla, əsas diqqət xəstəliyə yox, sağlamlığa yönəldilməlidir.
o
Psixi sağlamlıq proqramları önləyici və psixi sağlamlığı təbliğ edən fəaliyyətləri əhatə etməlidir.
o
Psixi sağlamlığın təĢviqi psixi sağlamlığı gücləndirən və qoruyan faktorları təbliğ etməklə, sosial
rifahı qoruma, dəstəkləmə və dayanıqlı etməkdən ibarət olmalıdır. Eyni zamanda, mədəniyyətə,
bərabərliyə, sosial ədalət və Ģəxsi ləyaqətə hörmət nümayiĢ etdirilməli, sosial və iqtisadi faktorlara
diqqət yetirilməli və insan hüquqlarnın müdafiəsi ilə bağlı addımlar atılmalıdır.
o
Psixi sağlamlıqdakı pozğunluqlara bir çox hallarda diqqət verilmir. Bunun səbəbini qismən
stiqmada, qismən də əhalinin sağlamlığa olan ümumi münasibətində axtarmaq lazımdır. Ġnsanlar
psixi pozğunluqlar və xəstəliklər, həmçinin onların fəsadları barədə məlumatlandırılmalıdırlar.
Ġstifadə üçün əlveriĢli, keyfiyyətli və hərtərəfli, ilkin tibbi yardım sisteminə inteqrasiya
olunmuĢ Psixi sağlamlıq xidmətləri Ģəbəkəsinin yaradılması
Psixi sağlamlıq xidmətləri istifadə üçün tam əlveriĢli olmalı və əhalinin ehtiyaclarına uyğun
olaraq bütün coğrafi əraziləri əhatə etmək istiqamətində planlaĢdırılmalıdır. Bunun ən yaxĢı yolu
müalicənin ərazi prinsipinə uyğun təĢkilidir. Ölkə ərazisində bu tədricən inkiĢaf etdirilməlidir.
Ġlkin tibbi yardım xidmətlərinə inteqrasiya həm psixoterapevtik və psixiatrik halların erkən
müəyyən olunmasına, həm də stiqmanın azalmasına imkan verər.
Psixi pozğunluqları və xəstəlikləri olan Ģəxslər ümumi tibb xidmətindən təcrid edilməməlidir.
Bununla, onlar əksər hallarda keyfiyyətli ilkin və xüsusi tibbi xidmətlərdən məhrum olurlar. Stiqma
isə hətta sağlamlıq müəssisələrinin iĢçilərinə də təsir edir.
Psixi sağlamlıq xidmətləri cinsindən, etnik mənsubiyyətindən, irqindən, dinindən, yaĢından,
təhsili və sosial statusundan asılı olmayaraq ehtiyac duyan hər bir Ģəxsə açıq olmalıdır.
Müxtəlif psixi sağlamlıq qurumları arasında əlaqə və məlumat mübadiləsi yaxĢılaĢdırılmalı,
sistematik prosedurlar vasitəsilə təmin edilməlidir.
Psixi sağlamlıq xidmətləri keyfiyyəti yaxĢılaĢdırmaq üçün öz daxili keyfiyyətə nəzarət
prosedurlarını hazırlamalıdır.
8
Psixi sağlamlıq xidmətləri qeydiyyat, monitorinq və qiymətləndirmə üçün hazırlanmıĢ
informasiya sisteminin tətbiqi ilə istifadəçilərin məlumatlarının sistematik olaraq toplanması və
təhlili üzərində iĢləməlidirlər.
Özəl xidmətlər daxil olmaqla, psixi sağlamlıq xidmətlərinin stimullaĢdırılması və
akkreditasiyası
Psixi sağlamlıq mütəxəssisləri üçün davamlı təhsil (təkmilləĢmə) təmin edilməlidir. Onlar öz
peĢələrindəki son nailiyyətləri iĢlərində tətbiq etmək üçün bu haqda məlumatlı olmalıdırlar. PeĢə
lisenziyasının uzadılması üçün davamlı təhsil (təkmilləĢmə) tələbi qoyulmalıdır.
Stiqmanın azaldılmasına kömək etmək üçün klinika/mütəxəssis seçiminin mümkünlüyü
əsasında özəl təcrübələr inkiĢaf etdirilməlidir.
Bütün mütəxəssislər, o cümlədən özəl müəssisələr lisenziya və ya qeydiyyata malik
olmalıdırlar.
Ġnsan hüquqlarının müdafiəsi
o
Psixi sağlamlığın müdafiəsi sisteminin bütün səviyyələrində bütün pasientlərin insan hüquqları
qorunmalıdır.
o
Psixi problemləri olan insanların hüquqlarını və ehtiyaclarını təmin etmək üçün, psixi sağlamlıq
xidmətləri qurumlarının daxili bir monitorinq sistemi olmalıdır.
o
Psixi sağlamlıq problemləri olan Ģəxslərlə iĢ etik prinsiplərə müvafiq həyata keçirilməlidir.
Bütün bu cür müəssisələrin etika komissiyası olmalı, müalicə və araĢdırma zamanı etika kodeksi
tətbiq olunmalıdır.
Destiqmatizasiya (“ruhi xəstə” damğası vurulmasının qarşısını almaq)
Psixi pozğunluqların müalicəsi və qarĢının alınması prosesinin bütün iĢtirakçıları, eləcə də psixi
sağlamlığın təbliğı ilə məĢğul olanlar, xidmət göstərilənlər və onların ailələri, eləcə də ümumi əhali
sistematik olaraq psixi sağlamlığa dair mühüm məsələlər haqqında maarifləndirilməlidirlər. Mövcud
önyarğı və stiqmalar (damğalama, təcridetmə, diskriminasiya) psixi sağlamlıq mütəxəssislərinin
təĢkil etdiyi və əlaqədar təĢkilatlarla (məktəblər, KĠV, assosiasiyalar) əməkdalıqda həyata keçirdiyi
stiqma əleyhinə kampaniyalar vasitəsilə azaldılmalıdır.
Xəstələrə qulluq edənlərə dəstək və qayğı
9
o
Xəstəyə qulluq edənlərə (həm mütəxəssilər, həm də ailə üzvləri) nəzarət olmalı və onlarla
məsləhətləĢmə görüĢləri keçirilməlidir.
o
Ailə birlikləri təĢkil olunmalı, onlar hökumətdən və donor təĢkilatlarından hüquqi, maliyyə və
məlumat dəstəyi almalıdır.
ƏməkdaĢlıq
o
Psixi sağlamlıq üçün əməkdaĢlıq fəaliyyəti həvəsləndirilməlidir. Təhsil, hüquq, sosial təminat
sistemləri və qeyri-hökumət təĢkilatları ilə əməkdaĢlıq bütün səviyyələrdə təĢviq olunmalıdır.
Həssas qruplara qayğı göstərilməsi
o
Xidmətlərin planlaĢdırılması və təĢkili prosesində həssas qruplara (uĢaqlar, tənha analar, yaĢlılar,
qaçqın və daxili məcburi köçkünlər) üstünlük verilməlidir.
o
Mümkün olduğu təqdirdə, sui-istifadəyə məruz qalan uĢaq və qadınların, eləcə də qaçqın və
daxili məcburi köçkünlərin müəyyən edilməsi, onlara qayğı və müalicə prosedurları psixi sağlamlıq
xidmətləri çərçivəsində iĢlənib hazırlanmalıdır.
M
ƏQSƏDLƏR
:
Sağlamlığın yaxĢılaĢdırılması
Psixi pozğunluqların qarĢısının alınması və onların müalicəsi, eləcə də psixi sağlamlığın təĢviqi
əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxĢılaĢdırılmasında ən vacib addımlardan olmalıdır.
Psixiatrlar psixi sağlamlığa çoxsahəli yanaĢma yolu ilə, fəal Ģəkildə ilkin önləyici tədbirlərə
(universal, seçim əsaslı və müəyyən edilmiĢ), eləcə də psixi sağlamlığın təĢviqinə cəlb
edilməlidirlər. Onlar ümumi tibbi xidmətlər üçün də hazır olmalı və psixi sağlamlıq problemlərinin
həll edilməsində o xidmət sahəsinə bilavasitə yardım göstərməlidirlər. Psixiatrlar uĢaq inkiĢafı və
klinika psixoloqları, gerontologlar, terapevtlər və tibb bacıları kimi peĢəkarlarla, o cümlədən psixi
sağlamlıq məslələrinə dolayı yolla aidiyyatı olan ekspert və təĢkilatlarla əməkdaĢlıq etməlidirlər
(məsələn, universitetlər, məktəblər, hökumət, polis, müəllimlər, din xadimləri, inzibati orqanlar,
jurnalistlər və cəmiyyətin digər nümayəndələri).
Regionlardakı psixi sağlamlığın qorunması sistemi insan haqlarını qorumalı, fəlakətli halların
fərdi və sosial nəticələrinə, xüsusən, uĢaq və gənclər, qadınlar və yaĢlılar, qaçqın və məcburi
10
köçkünlər kimi həssas qrupların əhatə olunduğu cəmiyyətin zərbə alma təhlükəsinə effektiv təsir
göstərməlidir.
Üç pilləli önləyici tədbirlər bunları əhatə etməlidir: a) icmada psixi sağlamlığa qayğı ilə bağlı
reabilitasiya proqramları vasitəsilə xroniki psixi pozğunluqların törətdiyi əlillik dərəcəsinin
azaldılması b) müharibə və digər kütləvi stress doğuran hadisələrdən sonra insanlarda yaranan psixi
pozğunluqların uzunmüddətli nəticələrinin qarĢısının alınması c) nəsildən- nəsilə ötürülən, travma,
təcavüz və zorakılıq kimi streslə bağlı pozğunluqların və ya onların daimi ocaqlarının zərərli
nəticələrinin qarĢısını almaq üçün psixoloji dəstək proqramları.
Təhlükə altında olan Ģəxslərin ehtiyaclarına cavab
Qanunvericilikdə dəyiĢikliklər və psixiatrik xidmətlərdə nəzarət mexanizminin tətbiqi yolu ilə
psixi pozğunluğu olan fərdlərin hüquqlarının müdafiəsi mexanizmlərinin yaxĢılaĢdırılması.
Psixi sağlamlıq institutlarının planlaĢdırılması, təĢkili və monitorinqinə pasientlərin, onların
assosiasiyalarının və ailə qruplarının cəlb edilməsi. Bunun üçün belə pasientlərin və onların
ailələrinin assosiasiyalarını yaratmaq zəruridir.
Maliyyə dəstəyi
Təsdiq olunmuĢ xüsusi siyahıdakı bütün psixotrop dərmanların ödəniĢsiz verilməsinə dair
qərarları dəstəkləmək
Səhiyyə büdcəsindən psixi sağlamlıq üçün müvafiq vəsaitin ayrılmasına nail olmaq və psixi
pozğunluqların özəl və ya dövlət tibb sektorlarının hansında müalicəsindən asılı olmayaraq,
xərclərinin əvəzinin ödənilməsini təmin etmək.
NƏTĠCƏ VƏ TÖVSĠYƏLƏR
Psixi sağlamlıq islahatının prinsipləri
Bu siyasətin nəticələri Psixi sağlamlıq islahatının 9 prinsipində göstərilə bilər.
Bu prinsiplər Səhiyyə Nazirliyi və Parlament kimi dövlət qurumlarına ünvanlanan tövsiyələrdir:
1-ci prinsip
Psixi sağlamlıq səhiyyə xidmətinin ən prioritet sahələrindən biri olmalıdır.
2-ci prinsip
11
Azərbaycanın bütün regionlarında müvafiq xidməti və pasientlərin müalicəsini təmin etmək üçün
psixi sağlamlıq Ġlkin tibbi yardım xidmətinə inteqrasiya edilməlidir.
3-cü prinsip
Psixi sağlamlıq xidmətləri institutlardan (xəstəxana tipli) uzaqlaĢdırılmalı və digər sektorlarla
əlaqələndirilməlidir.
4-cü prinsip
Sosial iĢtirak və stiqma əleyhinə təĢəbbüsləri həvəsləndirmək üçün psixi sağlamlıq haqqında təcili
olaraq ümumi məlumatlandırma artırılmalıdır.
5-ci prinsip
Siyasətin məqsədlərinə çatmaq üçün adekvat maliyyə ayrılmalıdır.
6-cı prinsip
Siyasətin dəyərlərinin davamlılığını təmin etmək üçün psixi sağlamlıq sahəsində çalıĢan iĢçilərin
sayı və peĢəkarlığı artırılmalıdır.
7-ci prinsip
Effektiv və sübuta əsaslanan psixi sağlamlığın qorunmasını təmin etmək üçün akkreditasiya,
lisenziyalaĢdırma, davamlı təhsil (təkmilləĢdirmə) və mütəmadi qiymətləndirma mövcud olmalıdır.
8-ci prinsip
Psixi xəstələrə qayği göstərənlərin hökumətdən tam dəstəyi olmalıdır.
9-cu prinsip
Əlaqəli sektorlar (ictimai səhiyyə, ilkin tibbi xidmət, sosial təhlükəsizlik, təhsil) koordinasiya
sistemində iĢtirak etməlidirlər.
12
Mənbələr:
1.
http://www.who.int/mental health/policy/en/index.html
2.
www.mentalhealth.gov.au
.
3.
Psixi Sağlamlığın Qorunması üçün ĠnkiĢaf Strategiyası, Serbiya, yanvar, 2007.
4.
CənuĢ-ġərqi Avropada Psixi Sağlamlıq Siyasəti və Qanunvericilik, Sarayevo, dekabr, 2004.
5.
Dünya Səhiyyə TəĢkilatının Məqsədləri, Azərbaycan Respublikasında Psixi Sağlamlıq Sisteminə
Dair Hesabat. Dünya Səhiyyə TəĢkilatının Psixi Sağlamlıq sistemlərinin qiymətləndirilməsi
vasitəsindən (Dünya Səhiyyə TəĢkilatının Məqsədləri) istifadə olunmaqla, Azərbaycan
Respublikasında psixi sağlamlıq sisteminin qiymətləndirilməsi hesabatı, Azərbaycan, Bakı, 2007.
6.
“ Psixi Sağlamlıq Siyasəti" konfransının materialları, Azərbaycan, Bakı,19 dekabr, 2007.
7.
ABġ Departamentinin Səhiyyə və Sosial xidmət təminatı. Psixi sağlamlıq: Səhiyyə xidməti
rəhbərinin hesabatı-qısa xülasə, Rockville, MD: ABġ Departamentinin Səhiyyə və Sosial xidmət
təminatı, Narkotik vasitələrdən sui-istifadə və Psixi Sağlamlıq xidmətləri adminstrasiyası, Psixi
Sağlamlıq xidmətləri mərkəzi, Milli Səhiyyə Ġnstitutları, Psixi Sağlamlıq Milli Ġnstitutu, 1999.
8.
“Psixiatrik qayğı", Azərbaycan Respublikasının qanunu, Azərbaycan, Bakı, 2001.
Dostları ilə paylaş: |