1. Uşaq anatomiyası,fiziologiyası və gigiyenası fənninin inkişaf tarixi



Yüklə 17,97 Kb.
tarix07.04.2023
ölçüsü17,97 Kb.
#94386
anatomiya 951


1.Uşaq anatomiyası,fiziologiyası və gigiyenası fənninin inkişaf tarixi
Aristotel ürəyin quruluşu, onun damarlarla əlaqəsi, sümüyü qidalarından damarlar, yuxarı və aşağı boş venalar, sinirlər və vətərlər haqqında öz dövrü üçün müfəssəl məlumat verir. O, ürəkdən çıxan iri aorta damarının vahidliyini, qalanlarının isə onun şaxələri olduğunu göstərir. Herofil onikibarmaq bağırsağı və prostat vəzisini, uzunsov beyni və beyin qişalarını, şərt qişanı və venoz cibləri, hissi və hərəki sinirləri, duyğu orqanlarını və damar sistemini, Erazistrat isə ürək qapaqlarını ilk dəfə tapmış, beyin mədəciklərini, sinirlə beyin arasındakı əlaqəni, beyin səthinin çoxlu qırışıqlardan ibarət olmasını təsvir etmişdir.Ərəb alimi İbn əl Nafiz XII əsrdə kiçik qan dövranını, Bartolomeo Yevstaxi orta və daxili qulağı öyrənir, Fallopi uşaqlıq borusunu, yumurtalığı, Varolis isə beyin körpüsünü təsvir edir.XVII əsrdə ingilis alimi Harvey böyük qan dövranını kəşf etmiş, italyan alimi Azello limfa sistemini öyrənmiş, Malpiki kapilyar və böyrək kapsullarını kəşf etmişdir.Rusiyada anatomiya və fiziologiya elminin inkişafında A. İ. Şumlyanski, P. A. Zagorski, P. V. Buyalski, N. I. Piroqov, P. F. Lesqaft, V. T. Vorobyov, I. M. Seçenov, I. P. Pavlov və s. Azərbaycanda isə M. Topçubaşov, K. Balakişiyev, Ə. Qarayev, Q. Qəhrəmanov kimi alimlərin rolu çoxdur.Uşaq anatomiyası və fiziologiyası elmi ümumi anatomiya və fiziologiya elminin tərkib hissəsi olmaqla ondan müəyyən mənada fərqlənir, yəni, ümumi anatomiya və fiziologiya nisbətən cavan elmdir. Bu elm sərbəst bir elm kimi XVIII və XIX əsrlərdə formalaşmağa başlayıb. Onun əsasını qoyanlardan biri də rus alimi N. P. Qundobin olub. O özünün "Uşağın böyüməsinin xüsusiyyətləri" monoqrafiyasında uşaq orqanizminin sistem və orqanlarının anatomik-fizioloji xüsusiyyətlərini hərtərəfli şərh edir.

2.Anatomiyanın tədqiqat üsulları


Insan orqanizminin öyranmək ücün bir sira metodlardan istifadəolunur.Bunlardan ən əsası qədim:
1) Yarma metodu-bu metodla adi gözla görünən bütün orqan vəorqanlar sistemlərini,törəmələrini öyrənmək olur.
2) Kimyəvi təhlil metodları -hüceyra,toxuma va orqanların quruluşunda olan kimyəvi maddələrin keyfiyyəti,reaktivlar işlədilir və lokalizasiya olunduğu yer müəyyənləşdirilir.Canlı orqanizmdə strukturların tədqiqat metodikasi bioloji sistemlərin quruluş və funksiyalarıni öyrənmək imkani verir.
3) Rentgen anatomiya metodu – fizikanin əldə etdiyi müvəffəqiyyətlər nəticəsində rentgen şüalanı tibbin bütün sahələrində geniş tətbiq olunur.
4)Mikroskopik metod-Orqanların,toxumaların zərif quruluşlarını rənglar vasitəsilə boyanması, sonra isa onlarin quruluşlarini dəqiq öyrənməyə imkan verir.
5) Elektrik cərəyanı və ya kimyəvi maddələrlə qıcıqlandırma metodu-Bu zaman mərkəzi sinir sisteminin ayrı-ayrı hissələrini və onlardan çıxan sinirləri elektrik və kimyəvi qıcıqlandıraraq hansı orqanda baş verən hadisələri müşahidə etməklə hansı mərkəzin olduğu aydınlaşdırılır.
6) Elektrofizioloji metod-Hər bir hüceyrə, toxuma, orqan, sinir-əzələ toxuması oyanarkən xüsusi elektrik cərəyani verir ki,buna fəaliyyət cərəyanı deyilir.
Mərkəzi,və periferik sisteminin müəyyən nahiyələrində yaranan cərəyanın və cərayanın gərginliyini ölçməklə, o nahiyələrin oyanma və oyanmanın yayılma dərəcəsi haqqında müdaxilə edilir. Orqanizmin bütün orqanlarında sakitlik yaratdıqdan sonra,maraqlandırılan orqanı qıcıqlandırırıq.Bu zaman mərkəzi sinir sisteminin müəyyən mərkəzlərində əmələ gələn elektrik cərəyanlanı yoxlanılır.Cərəyan baş verən sahə həmin orqanın mərkəzi hesab olunur.
7)Refleks metodu-Beyin qabığının fəaliyyətini öyrənməkdə tətbiq olunur.Şərti reflekslər vasitəsilə beyin qabığındakı mərkəzləri və onlarda baş verən hadisələri öyrənmək mümkün olmuşdur.Bu metod mövcud metodlarin ən obyektivi və düzgünüdür. Bu metodla mərkəzi sinir sistemində əmələ gələn hadisələri öyrənir və onu dəyişdirə bilirlər.
8) Anatomik klinik metod-Burada müxtəlif xəstəliklərin nəticəsində mərkəzi sinir sisteminin müəyyən nahiyələrində baş verən pozğunluqları öyrənməklə, orqanizmdə hissiyat, hərəkət, zəiflik, süstlük və s. sinir sistemində yaranan simptomları ətraflı tədqiq etməkdən ibarətdir.Ölüm halları olduqda yazılır, onun mərkəzi sinir sistemi pataloji-anatomiya cəhətcə yoxlanılır, baş vermiş orqanlardan ötürü hansı mərkəz olduğu müəyyən edilir.
9) Sinir sisteminin funksiyalarının öyrənilməsində neyrokimyəvi,biokimyəvi, neyrofizioloji, elektrofizioloji, mikroelektrod, bioloji, fizioloji,biofizikanın və başqa nailiyyətlərdən geniş istifadə olunur.
10) Mərkəzi və periferik sinir sistemlərinin pozulmaları zamanı əsas məlumatların əldə edilməsinə kömək edən təcrübi və klinik-neyrocərrahi,neyropatologiya xüsusilə psixofizioloji müayinələr, kibernetika, riyaziyyat,kompüter texnologiyalarından sinir sisteminin öyrənilməsinə kömək edir.
11) Təcrübi heyvanlarda beynin müəyyən şöbələrinin cərrahi yolla kəsib götürmək beynə gələn və beyindən çixan sinirləri kəsmək, beyində cərrahi müdaxilə etməklə tətbiq edilən əsas metodlardan biridir.
12) Mərkəzi sinir sistemində-elektroensefoloqramma (EEQ),sterotaksis aparatı,mikroelektrod texnikasi və s. istifadə olunur.
3.Fiziologiyanın tədqiqat üsulları

4.Gigiyenanın tədqiqat üsulları


5.Hüceyrə və onların bölünməsi

6.Toxumaların təsnifatı və xassələri


7.Sümük toxumasının anatomik-fizioloji xüsusiyyətləri
8.Böyümə və inkişafın əsas qanunauyğunluqları
9.Birləşmələr nəzəriyyəsi
10.Əzələlərin quruluşu və təsnifatı
Yüklə 17,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin