1 Willem F. van Eekelen


Müdafiə Xərclərinin İqtisadi Nəzarəti



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə39/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   35   36   37   38   39   40   41   42   ...   65

 

Müdafiə Xərclərinin İqtisadi Nəzarəti 

 

Mürəkkəb,inteqrasiya olmuş,nəticəyə hesablanmış tapşırıqlarım yerinə yetiril-

məsi uçotu, ali rəhbərliyə birbaşa tabe etdirilmiş yaxşı təşkil olunmuş,müstəqil və 

davamlı nəzarət fəaliyyətidir. 

Bu fəaliyyət, planların reallaşdırılmasının məqsədəuyğun  və intensiv müşahidə-

si ilə,analizlər və təcrübələrlə və sonra qərar alternativləri hazırlanması ilə planların 

hazırlanması və yerinə yetirilməsi dinamikasını görünən edə bilər. Proseslərin hər 

bir hissəsini əks etdirərək,o planlaşdırma məlumatlarının hərəkətini üzə çıxara bilər 

və beləliklə  rəhbərliyin onlara haqq qazandırması  və onların məqsədəuyğunluğu 

haqqında düşüncələrinə yardımçı olar. Daimi peşəkar “rentgenləmə” faktı ilə,o si-

lahlı qüvvələrin məqsədlərinin ziddinə olan bu cür hərəkətlərin təşəbbüslərinin qar-

şısını ala bilər. 

Planlaşdırılmış və planlaşdırılmamış prosesləri izləməklə aparılan Nəzarət, on-

ların təsirlərinin rəhbərliyə  təqdim edilməsi,qərar alternativlərinin saxlanılması, 

tapşırıqların yerinə yetirilməsi üçün siyasi rəhbərliyin iradəsi peşəkarlığa əsaslandı-

ğına təminat verə bilər. Nəzarətin peşəkar məzmunu, müşahidə,toplama, analiz və 

təklif ilə əlaqəli olan işlərin sistemləşdirilmiş suallar qrupudur. Bu suallara ordunun 

əsas prosesləri, qərar qəbul edilməzdən öncə rəhbərlik üçün hazırlanmalı olan na-

zirliyin inzibati və iqtisadi tapşırıqları daxildir. 

Müdafiə xərclərinin nəzarət proseslərini iki dəqiq sahəyə bölmək olar: iqtisadi 

və hərbi nəzarət. İqtisadi nəzarət, ordunun saxlanması və fəaliyyətinin iqtisadi tap-

şırıqları sahəsində, hərbi quruculuğun iqtisadi tapşırıqları və resursların və maliy-

yətlərin ayrılması sahəsində ola bilər. 


 

341


Ordunun saxlanması və fəaliyyətinin iqtisadi tapşırıqları hərbi təminatları, tex-

niki və tibbi materialları və xidmətlərin təşkilini,yerinə yetirilməsini, analizini göz-

dən keçirir. Planlaşdırma,satınalma,saxlama,təmin etmə, xarabları seçmə, xidmətə 

salma və çatışmamazlıqların müəyyən edilməsi və aradan qaldırılması analizlər və 

qiymətləndirmələrə daxildir: 

•  Maddi texniki dəstək(logistik)tapşırıqlarının məqsədyönlü resursları-

nın planlaşdırılması və ayrılmasının müşahidə edilməsi və qiymətləndirilməsi. 

•  Mərkəzləşmiş  rəhbər prinsiplərə uyğun olaraq,planlaşdırmada   

tapşırıq və resurs əsaslı prioritetləşmənin reallaşdırılması. 

•  Vəsaitlərin ayrılmasına uyğun olaraq, prioritetləşdirilmiş tapşırıq-

lar- əsaslı maliyyələşdirmə. 

•  Maddi texniki dəstək tapşırıqlarının,təlim və  hərbi tapşırıqlarla 

ahəngləşdirilməsi,maddi texniki dəstək planlarında onun tamlığı anlamı, 

reallıq və planların maliyyə şərtləri. 

•  Dəqiq, peşəkar hesablamalarla maddi texniki dəstəyin maddi və iq-

tisadi planlarının təsdiqlənməsi və vəsaitlərin ayrılması zamanı onun nəzə-

rə alınması. 

•  Maddi texniki dəstək planlarının və onların digər material təminat 

sistemlərinin planları və ayırmaları ilə ahəngləşdirilməsi. 

•  Fəaliyyət və xidmət tapşırıqlarının, eyni inkişaf tapşırıqlarının gös-

tərilən tələbatlarına uyğunluğu. 

•  Logistik mənbələrdən istifadə, tapşırıqların reallaşdırılmasını, im-

kanların və məqsədlərin əldə edilməsini necə təmin edir. Resursların qıtlı-

ğına görə gündəlikdən çıxarılmış və ya gecikən tapşırıqlar ordunun imkan-

larına necə təsir edir. 

•  Hərbi təşkilatların daşınmaz əmlakla  təminatının statusu və təkmi-

ləşdirilməsi. 

•  Daşınmaz  əmlak və onun funksiyasının analitik uçot sisteminin 

mövcudluğu,yenilənmiş statusu və dəqiqliyi. 

•  Tapşırıq -əsaslı resurs planlaşdırmasının daşınmaz əmlakın istifa-

dəsi ilə birlikdə istifadə olunması və buna uyğun olaraq,vəsaitlərin priori-

tetli ayrılmasının reallaşdırılması . 

•  Hərbi mühitin qorunması tapşırıqlarının statusu,hüquqi cəhətləri və 

məhsuldarlığı. Ekoloji qorunma və çirklənmə proseslərinin nisbəti. 

•  Milli ekoloji qoruma proqramlarının bölmələr üzrə tapşırıqlarının 

funksiyası və nəticələri. 

•  Ətraf mühitin qorunmasının informasiya sisteminin işləmə statu-

su,tamamlığı və həyata keçirilmiş üstünlükləri. 



 

342


•  Infrastrukturdan istifadə tapşırıqların reallaşdırılmasını, imkan əldə 

etmək məqsədlərini necə təmin edir.  Vəsaitlərin qıtlığına görə gündəlikdən 

çıxarılmış və ya gecikən tapşırıqlar ordunun imkanlarına necə təsir edir. 

 

Hərbi Quruculuğun İqtisadi Tapşırıqları 

 

•  Kompleksliliyin,tamamlığın,tapşırıq yönümlülüyün reallaşdırılma-

sı və hərbi quruculuq tapşırıqlarının proqramlara təşkilinin prioritetləşdiril-

məsi. Qərarların hazırlanmasında həyat dövrü hesablamalarının mövcudlu-

ğu və onların qərar qəbul edilməsində rolu. 

•  Hərbi quruculuğun proqramlarının proqram planlarının sənədləş-

mələrinin mövcudluğu,tamlığı(tapşırıq+resurs+maliyyət+dövr),ahəngliyi; 

resursların və maliyyə mənbələrinin tarazlığı və optimallığı. 

•  Tam və peşəkar hesablamaların köməyi ilə proqram planlarının sə-

nədli əsaslarının hazırlanması. 

•  Başlanğıc şərtlər ilə proqramların reallaşdırılması dövrü və  peşə-

kar tələbatları arasında ahəngliyin yaradılması. 

•   Proqram planlarının qısa müddətli və satınalma planlarına bölünməsi. 

•  Proqramların və gözlənilən hərbi imkanların reallaşdırılması üçün 

ayrılmış təbii ehtiyatların və maliyyə mənbələrinin nə qədər kifayət etdiyi-

nin qiymətləndirilməsi. 

•  Hansı növ proqramlara yenidən baxıldı,dayandırıldı, yarısı  və ya 

hamısı gündəlikdən çıxarıldı və onların planlaşdırılan imkanlarının reallaş-

dırılmasına necə təsiri oldu. 

•  Proqramları reallaşdırmaq üçün mərkəzi konsepsiyalara aralıq də-

yişikliklərin təsirləri və planlar bu zaman dəyişildi və ya yeniləndimi. 

•  Vəsaitlərin ayrılması ilə  əlaqədar proqramların yuxarıda deyilən 

dəyişikliklərinin proporsional və tam ifadə edilməsi. 

•  Cari ildə ayrılan vəsaitlərlə, proqramların həcmi, vəsaitlərdən pro-

porsional, məhsuldar və  qənaətcil istifadə  və  həmçinin,planlaşdırılmış  və 

cari maliyyət və fərqliliklərin səbəbləri və məticələri ilə ahənglik.  

•  Plana salınmamış üzə çıxan tapşırıqların səbəbləri və nəticələri, onla-

rın idarə edilməsi və əlavə vəsaitlərin ayrılması(tapşırıqların planlaşdırılması, 

kənar vəsaitlərdən istifadə və vəsaitlərin daxildə yenidən paylanması). 

•  Tapşırıqların reallaşdırılmasına, hərbi imkan tələbatlarına resurs it-

kisinin təsiri və resurs azalmasının qarşısının alınması yolları. 

•  Proqramları reallaşdırmaq üçün tapşırıqların,resursların və maliy-

yətin uçotu və uçot məlumat bazasının müqayisəli analizi. 


 

343


•  Tapşırıqların reallaşdırılmasında itkilərin mənbəyi, onun tapşırıqla-

ra və maliyyətə təsirləri. Planlaşdırmanın,reallaşdırmanın,tapşırıq dəyişimi-

nin, satınalmaların,itkilərin hesablanması. 

•  İlin sonuna büdcənin hesablanması və artıq məhsulun əsaslandırıl-

ması  və yaranmasının sxemləşdirilməsi. Keçən ilki təkrar ayrılmış artıq 

məhsuldan müvafiq şəkildə istifadə. Müvafiq fərqliliyin əsaslandırılması. 



Resursların və Maliyyətin Ayrılması isnad edir: 

•  Tapşırıqların reallaşdırılmasının əsaslandırılması,tamlığı və  plan-

laşdırılmış resurs və maliyyət tələbatlarının təsdiqi; tapşırıqlarla müqayisə-

də resurs və maliyyət tələbatlarının reallığı; resurs və maliyyət tələbatları-

nın hərbi qabiliyyət tələbatları ilə ahəngləşdirilməsi; planlaşdırılmış və ay-

rıla biləcək resursların,maliyyətin,əlavə resurs ehtiyacları üzrə  işin ahən-

gləşdirilməsi. 

•  Tapşırıqlar ölçüsündə resursların və maliyyət tələbatlarının ayrıl-

ması,ayrılmaların dəyişməsi ilə tapşırıqların dəyişməsi arasında qarşılıqlı 

əlaqə, tapşırıqların dəyişməsində, dəyişikliklərin resurslara və maliyyətə 

təsirinin əks edilməsi. 

•  Planlarda daha az və daha çox planlanan resurs və maliyyət tələ-

batlarının idarə edilməsi,kifayət etməyən və ya atrıq resursların və maliy-

yətin təkrar qruplaşdırılması.  Dəyişdirilmiş ayrılmalar və maliyyətin tap-

şırıq –yönümlü reallaşdırılması. 

•  Resursların və maliyyətin tələblər cədvəlinin tapşırıqların peşəkar 

reallaşdırılması ilə ahəngləşdirilməsi. 

•  Planlaşdırılmış resursların təhcizatının ayrılmış maliyyə vəsaitləri 

ilə uyğunlaşdırılması, təhcizat cədvəlinin tapşırıqların reallaşdırılması  tə-

ləbləri ilə ahəngləşdirilməsi. 

•  Resursların və maliyyətin yenidən qruplaşmasının əsaslandırılma-

sı, tapşırıq yönümlülüyü və onların döyüş hazırlığı  tələbləri üçün təsirlə-

ri,planlaşdırma səhvləri arasına qarşılıqlı əlaqə, yenidən qruplaşmanın sə-

bəbləri,mərkəzi konsepsiyaların dəyişdirilməsi və ilkin şərtlərin dəyişməsi. 

Lazımi miqdarda və keyfiyyətdə məlumatı və ekspertləri olan təsirli,səlahiyyətli 

nəzarət funksiyasının mövcudluğu, bütün bu sahələrin təsirli şəkildə gözdən keçi-

rilməsi üçün başlıca zəruri ilkin şərtdir. 

 

Yekun 



 

MPS-in tətbiqi lazımi mülki nəzarət əsnasında müasir,məhsuldar hərbi-iqtisadi 

planlaşdırma sisteminin qurulmasına gətirə bilər.Digər tərəfdən, bu sistemə xas 

olan prosedurların üstünlüyü ayrıca qeyd edilməlidir. 



 

344


Müdafiə planlaşdırma sisteminin inkişafı zamanı,ilk addım kimi prosedurlar ya-

radılmalıdır və o da, təsisat strukturunun formasının dəyişməsi ilə davam etməlidir. 

Keçmiş  və son dövrlərdə aparılan dəyişikliklər sübut etmişdir ki, səlahiyyətli 

adamlar görünür ki,iqtisadi planlaşdırmanı və sistemi gözdən keçirməyi unudurlar 

və daha çox hərbi planlaşdıma haqqında düşünürlər. 

Mənim fikrimcə,MPS yaxşı qurulmuş,məhsuldar sistemdir. Əlbətttə, o şərtlərin 

gündəlik dəyişməsi ilə yenilənməlidir, lakin bundan asılı olmayaraq o indiki pro-

seslərdən daha təsirli şəkildə işləyir. Onun istifadəsinin lazımlığı sual doğura bil-

məz. Başqa səbəblərdən  əlavə, Alyansın birləşmiş müdafiə planlaşması ilə  tələb 

olunan qarşılıqlı uzlaşma,müdafiə xərclərinin məhsuldar idarəetməsi, müdafiə büd-

cəsinin şəffaflığını təmin edən siyasi niyyət, ən mühüm səbəblər kimidir və hamı 

MPS-dən istifadəni tələb edir. Lakin indi MPS, testdən öncə, onun tətbiqinin son 

mərhələsində möhkəm tənqid olunur. Mən bu tənqidçilərdən danışmaq istəmi-

rəm,lakin onların heç də hamısının haqlı və peşəkar olduğunu deyə bilmərəm. Də-

yişən siyasi mühit, daimi dəyişən qaydalar və NATO üzvlüyü tələblərinin hamısı 

MPS-ə problem yaradır, lakin onlar kifayət qədər çevik olduğundan idarə etmək 

olur. 

Bu sistem çoxlu sayda müəlliflərin uzun əməyinin nəticəsidir. Britaniyalı ek-



spertlərə görə, bu çoxlu sayda NATO ölkələri üçün nümunə ola bilər.    Bu  bizim 

Alyansın planlaşdırma tələblərinin necə yerinə yetirmək baxımından, NATO ilə 

uğurlu əməkdaşlığımızın təməl daşıdır. Yaxşı işləyən sistemlə,müdafiə planlaşdır-

ması anketini doldurmaq problem olmaz. MPS yaxşı işləyən müdafiə satınalma və 

nəzarət sistemlərinin əsasıdır və o, ehtiyatlı büdcə planlaşdırmasından sonra vəsait-

lərdən məhsuldar istifadəyə təminat verir. Yeni MPS -lə birgə, biz kandarda durub 

tərəddüd edirik, lakin biz bu kandarı keçməliyik və o müdafiə sektorunun inkişafın-

da keyfiyyətli sıçrayış olacaq. Əgər bunu etsək, biz yaxşı nümunə gətirəcəyik. Edə 

bilməsək, biz şəraitdən asılı olaraq hərəkət edəcəyik və müttəfiqlərimizlə bir neçə 

ildən sonra edəcəyik. Lakin indiki halda, biz keçmişdə bəzən olduğu kimi,başqala-

rının arxasınca sürünəcəyik. 

 

 

 

 

 

 

 

 

 


 

345


11-ci Fəsil 

 

Müdafiə və Təhlükəsizlik İşlərində Yaxşı Qonşuluq 

Münasibətlərini Təmin Etmək Tədbirləri  

 

Dr. Pal Dunay  

 

 

 

 

Giriş 

 

Sosial elmlər, və yaxud dünyanın bəzi yerlərində deyildiyi kimi humanitar el-

mlər dəqiq təyin edilməmiş kateqoriyalara aiddir. Bu fəsilin başlığına nəzər salan 

istənilən şəxs onun sosial elmlər üzrə orta səviyyəli bir əsər olması haqqında nəti-

cəyə gələ bilər. Yuxarıdakı başlığın təsis kateqoriyalarını xeyli sayda qeyri-müəy-

yənliklər əhatə edir. Nəticə olaraq, mövzunun əhatə etdiyi ayrı-ayrı məsələlərin də-

rinliyinə baş vurmazdan öncə onunla ümumi tanışlıq vacibdir. 

Мüdafiə və тəhlükəsizlik, ənənəvi olaraq, daha çox dövlət əhəmiyyətli məsələ-

lər və ya suverenlik səlahiyyətləri olmuşdur. Elə məsələlər ki, onlar istər kral və ya 

başqa seçilməmiş lider (diktator), istərsə də qanunvericilik olsun, suveren bir orqan 

tərəfindən qərara alınıb. Bu isə, ənənəvi olaraq, dövlətlərin belə qərarları başqala-

rından asılı olmadan qəbul etdiyini göstərir. Lakin həmin yanaşmada bir əsas prob-

lem meydana çıxır. Bu da ondan ibarətdir ki, əgər müdafiə və təhlükəsizliklə bağlı 

qərarlar digər iştirakçıların maraqları nəzərə alınmadan özbaşına qəbul edilərsə, öz 

təhlükəsizliyini maksimallaşdırma prosesində bir dövlət, prosesin iştirakçısı olan 

digər dövlətləri bu təhlükəsizlikdən məhrum edə bilər. Buna görə də, başqa dövlət-

lərin təhlükəsizliyini hiss ediləcək dərəcədə azaltmadan hər hansı bir dövlətin təh-

lükəsizliyini  ən yüksək səviyyəyə qaldırmaq mümkün deyil. Bu təhlükəsizlik və 

müdafiəni beynəlxalq problemlərə çevirən səbəblərdən biridir. O başqa məsələdir 

ki, beynəlxalq münasibətlərin tərkib hissəsi kimi təhlükəsizliyə həmin münasibətlə-

rin digər iştirakçıları ilə qarşılıqlı təminat verilməlidir. Həmin iştirakçıların, ya ay-

rı-ayrı dövlətlər, ya da onların koalisiyaları (alyansları) olması mümkündür. Bu 

fakt beynəlxalq təhlükəsizliyin qeyri-hökumət iştirakçılarının son dövrlərdə artan 

rolunu azaltmır. Müxtəlif iştirakçıların təhlükəsizlik maraqları arasında balans ta-

pılmalıdır.  Əgər bu fəaliyyət uğursuz olarsa təhlükəsizliyə  təminat verilə bilməz

belə ki, bu halda bəzi iştirakçılar özlərini təhlükəsiz hiss etmədiklərindən əlverişsiz 

güc nisbətini dəyişməyə cəhd edəcəklər. 


 

346


Çox vaxt dövlətlərin maraqlarının və güc nisbətlərinin dəyişməsi status-kvonun 

dəyişməsinə gətirib çıxarır. Müəyyən şəraitdə status-kvonun qorunub saxlanılması 

dövlətlərin  ən üstün marağına çevrilir. Bir müddət sonra onlar status-kvoya olan 

maraqlarını itirir və onu dəyişdirmək məqsədi güdürlər. Deməli, status-kvo heç də 

statik bir hal dəyil. Dövlətlər beynəlxalq sistemdə sabitliyin qorunması, öz təhlükə-

sizliklərinin təmin edilməsi və gələcəklə bağlı arxayınçılıqdan faydalanmaları üçün 

çalışırlar. Onlar gözlənilməz hakimiyyət dəyişikliklərinə məruz qalmaq istəmirlər. 

Vəziyyətə  təsir göstərmək üçün onların əllərində müxtəlif vasitələr var. Onlardan 

bəziləri birbaşa, digərləri isə başqaları ilə razılaşdırılaraq tətbiq edilə bilər. Milli 

müdafiə və yaxud daha geniş mənada dövlətin sərəncamında olan vasitələr birinci-

lərə, hər hansı birgə  fəaliyyət isə ikincilərə aiddir. Bu müvəqqəti və daha uzun 

müddətli tədbirlər arasında dəyişə bilər. Onlardan hər biri status-kvonun saxlanıı-

masına və ya əgər mümkünsə daha sərfəli dəyişikliklərə nail olmağa xidmət edir. 

Təhlükəsizlik obyektiv (və ya bu mənada ölçüləbilən) kateqoriya deyil. İnsanlar re-

allığı götür-qoy edirlər və beləliklə təhlükəsizlik subyektiv qavrayış əsaslı dilemmadır. 

Ən yaxşı hal,obyektiv reallıqla əqli qavrayış arasında çox kiçik bir sərhədin olduğu və-

ziyyət sayılır. Bu hal, çox az hallarda olsa da bəzən onların arasında dərin bir uçurum 

da ola bilir. Bu uçurum fəlsəfi kateqoriya kimi anlaşılmamalıdır. Bu siyasi və hərbi tə-

sisatların araşdırmadan diqqət verdiyi və qeydə aldığı fakt deyil. Təhlükəsizlikdə hiss 

edilən boşluq dəyişikliklər üçün həlledici qüvvədir. Əgər bir ölkə digər ölkələrlə müqa-

yisədə özündə natamamlıq hiss edərsə və bu natamamlığı doldurmağın mümkün oldu-

ğunu düşünərsə, müvafiq addımlar atacaq. O öz təhlükəsizliyini təmin etmək üçün yeni 

resurslar ayıracaq. Maraqlıdır ki, öz gücünün üstünlüyünü hiss etməyin özü də, ələ düş-

müş imkandan istifadə etməyə və onu hərbi vasitələrin köməyi ilə möhkəmləndirmək 

üçün təkbaşına və ya birgə hərəkət etməyə sövq edə bilər. 

Hərbi təhlükəsizlik üzrə qərarların verilməsindən onların həyata keçirilməsinə-

dək müəyyən müddət keçir. Bu o deməkdir ki, heç bir ölkə özünün təhlükəsizliyi 

ilə bağlı duruma istər birtərəfli, istərsə də başqa ölkələrlə birlikdə dərhal nəticə ve-

rəcək təsir etmək imkanında deyil. Təhlükəsizliklə bağlı vəziyyəti dəyişmək üçün 

zaman müddəti nə qədər uzun çəkərsə, ölkələr də təhlükəsizlik və müdafiə üzrə qə-

rarlar verərkən bir o qədər çox təhlükəsiz durumda olmağa can atırlar. Bu hər bir 

hökumətin milli təhlükəsizlik planlarını  tərtib edərkən üzləşdiyi fundamental di-

lemmalardan biridir. Burada potensial rəqibin və ya bədxah düşmənin öz üstünlü-

yünü dövlətin buna reaksiyasından daha tez hərbi nailiyyətə çevirə biləcəyi ehtima-

lı vardır. Ölkələrin öz resurslarının əsas hissəsini düşməncəsinə edilən hərəkətlərə 

cavab vermə hazırlıqları üçün ayırmalarının səbəbi budur. Məhz buna görə, onlar, 

şəxsi heyəti az ehtimal olunan gözlənilməz vəziyyətlər üçün döyüşə hazır vəziyyət-

də saxlayır və həmin məqsədlə silah ehtiyatı görürlər. Kəşfiyyat (həm mülki, həm 

də hərbi) və digər məxfi vasitələr, əvvəlcədən xəbərdarlıq etdiyinə görə təhlükənin 


 

347


dəf edilməsinə hazırlaşmaq üçün gücü artırmağa imkan verir. Şəffaflığı artıran bəzi 

birgə tədbirlər də eyni effektə malikdir. Ümumi qəbul edilmiş qayda ondan ibarət-

dir ki, mürəkkəb silah sistemlərinin işlənib hazırlanması və ordu tərəfindən mənim-

sənilməsi adi bir silaha nisbətən daha çox vaxt tələb edir. Belə bir nəticəyə gəlmək 

üçün qılınc ilə qitələrarası ballistik raketi müqayisə etmək kifayətdir. 

Potensial hərbi təhlükəyə qarşı hazırlıq onun həqiqətən baş verməsindən və ya 

həmin təhlükənin kifayət qədər dəqiq təyin edilməsindən əvvəl də vacib ola bilər. 

Deməli, dövlətlər məlumat azlığı şəraitində və uzaq perspektiv üçün qərar qəbul et-

məli olurlar. Bu vəziyyət qərar verməni son dərəcə çətinləşdirir, amma bəzi qərar-

lara ictimai dəstək almaq ondan daha çətin olur. Adətən,təhlükənin yüksək səviyyə-

də qəbul edildiyi bir mühit, təhlükədən xeyli uzaq olan mühitə nisbətən milli təhlü-

kəsizliyin təmin edilməsi üçün resursların təminatı və ayrılması haqqında birtərəfli 

qərarların qəbul edilməsi üçün daha əlverişli olur. Lakin bu  heç də həmin qərarla-

rın adekvat olacağına təminat vermir, sadəcə onların ictimai dəstək qazanmasına 

kömək edir. Baxmayaraq ki, son onillikdə, və yaxud daha geniş götürsək Soyuq Müha-

ribə bitdikdən sonra keçən dövrdə biz "imkanlara əsaslanan silahlı qüvvələr" haqqında 

çox eşitmişik, lakin bu ideya özünü doğrultmayıb. Onu ən fəal  şəkildə  təbliğ edən 

ABŞ, 11 sentyabrdan sonra xeyli dərəcədə bu ideyadan imtina edib. Aydın oldu ki, o 

öz resurslarını potensial təhlükəyə qarşı deyil, daha çox faktiki təhlükəyə qarşı dura bil-

mək üçün cəmləşdirməlidir. Bundan başqa nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatlar 

dünyanın ən inkişaf etmiş hərbi gücə malik dövlətidir və onun müdafiə xərcləri özün-

dən sonra gələn 10 dövlətin birgə xərclərindən çoxdur və hərbi vasitələrin tam spektri 

üzrə əməliyyatlar aparır. Əgər real təhlükədən xeyli artıq hərbi gücə sahib olan ABŞ si-

lahlı qüvvələri bu işi bacarmırsa, o zaman, bütün bu spektr üzrə imkanlarını inkişaf et-

drməyə nə resursları, nə də başqa hökümət xərcləri hesabına resurs ayırmağa xalq dəs-

təyi olmayan ölkələr bunu necə reallaşdıra bilər. 

İstisnasız olaraq hər bir dövlət, öz müdafiə proqramlarını kəskin resurs çatışma-

mazlıqları şəraitində həyata keçirir. Maliyyə çatışmamazlığı bunlardan ən üzdə ola-

nıdır. Deməli, dövlətlər öz resurslarını bölüşdürərkən prioritet sahələri müəyyənləş-

dirməlidirlər. Müdafiə üçün resursların ayrılması  ən həssas məsələlərdən biridir. 

İcazə verin bunun üç səbəbini burada qeyd edim. 1) Yuxarıda qeyd edildiyi kimi 

milli müdafiə üzrə  qərarlar təhlükənin və yaxud daha ümumi mənada beynəlxalq 

mühitin uzun müddət ərzində necə inkişaf edəcəyi haqqında mülahizələrə əsaslanır. 

Əgər onu qabaqcadan düzgün müəyyən etmək mümkün olarsa, müdafiə məqsədləri 

üçün müvafiq resurslar ayrılmalıdır. 2) Müdafiə üzrə qərarların ətrafında davamlı 

məxvilik şəraiti olduğundan onların əksəriyyəti üçün (əlbəttə ki, hamısı üçün yox) 

lazımi demokratik siyasi idarəetməni təmin etmək çətindir. Təcrübə göstərir ki, qa-

nunverici orqanlar icra orqanlarının bu və ya digər qərarlarının müsbət və mənfi cə-

hətlərini aydınlaşdırmağa cəhdlər edərkən hələ  də problemlərlə üzləşməkdədirlər. 


 

348


3) Təhlükənin az olduğu mühitdə müdafiə  qərarları da az, çox olduğu mühitdə isə 

çox dəstəklənir. Deməli, müdafiənin dəstəklənməsi hər cür rasionallıqdan daha çox 

onun vacibliyinin ictimaiyyət tərəfindən dərk edilməsindən asılıdır. Başqa məsələlər-

lə yanaşı, bu dəstək cəmiyyətin digər prioritetləri ilə müqayisədə müdafiə portfelinin 

resurslarını cəlb etməkdə nə dərəcədə üstün mövqeyə sahib olmasından asılıdır.  

Müdafiə və ordunun rolu yuxarıda qəsdən birtərəfli təqdim edilir. Belə bir təəssürat 

yaranır ki, silahlı qüvvələr sanki milli əsaslarda bir-birindən ayrılmışdır.  Onlar beynəl-

xalq əlaqələr üzrə nəzəriyyəçilərin real siyasi gündəmdə  istifadə edəcəyi vasitələrə, rə-

qib dövlətlərə qarşı təsir uğrunda mübarizə aparan dövlət siyasəti alətlərinə bənzəyirlər. 

Digər dövlətə və ya dövlətlərin koalisiyasına qarşı birləşmək üçün onların əməkdaşlığı 

nadir istisnalardır. Lakin müdafiə və hərbinin bu cür səciyyələndirildiyi vaxtdan keçən 

dövr ərzində dünya fundamental  şəkildə dəyişilmişdir. 

Soyuq Müharibə beynəlxalq münasibətlərə də bir sıra mühüm dəyişiklillər gətir-

di. Beynəlxalq  əlaqələrin strukturu iki qütbə ayrıldı  və xüsusilə beynəlxalq hərbi 

münasibətlərdə iki fiqur həlledici rola malik oldular. Onların qarşılıqlı münasibətlə-

ri beynəlxalq sistemin digər subyektlərinin əksəriyyəti üçün davranış müəyyənləş-

dirirdi. Bu ondan irəli gəlirdi ki, Soyuq Müharibə bu və ya digər tərəfə birləşməyən 

ölkələri çox böyük çətinliklərlə üz-üzə qoyan qlobal bir sistem idi. "Üçüncü yol" 

yox idi.

306


 Baş rolda olan iki tərəfin və onların başçılıq etdiyi alyansların rəqabəti 

ona gətirib çıxardı ki, beynəlxalq sistemdə digər münaqişə formaları diqqətdən kə-

narda qaldı. Şərq - Qərb münaqişəsi beynəlxalq sistemi təyin etdi və bu münaqişə-

nin dinamikası onun formasını müəyyənləşdirdi. Həmin münaqişənin dominantlığı 

o qədər güclü idi ki, digər yerli əhəmiyyətli münaqişə hallarının üzə çıxmasına şans 

çox az idi

307

. Münaqişənin həyatın bütün sahələrini  əhatə etməsinə baxmayaraq 



onun nüvəsində hərbi məsələlər dururdu. Bu yeganə sahə idi ki, burada iki tərəfin 

yarışması demək olar ki, Soyuq Müharibənin bütün dövrü ərzində davam etdi. Mü-

naqişə kompleks xarakter daşımasına baxmayaraq mərkəzində hərbi məsələlər dur-

duğundan onun yumşaldılması üçün də birbaşa münaqişənin hərbi cəhətləri ilə bağ-

lı vasitələri nəzərdə tuturdu. Necə ki, silahlara nəzarət özünün bütün cəhətləri ilə 

münaqişənin ayrılmaz bir elementi idi. Soyuq Müharibənin daha az nəzərəçarpan 

başqa bir tərəfi də vardır. Söhbət ondan gedir ki, güc tətbiq edilməsi, istər coğrafi 

olaraq, istərsə də kütləvi qırğın silahlarından istifadə edilməsində nəzarətdən çıxma 

                                                            

306


 Barrikadanın heç bir tərəfi ilə inteqrasiya etməmək cəhdi kimi 1979-cu il inqilabından sonra İranı 

xatırlamaq kifayətdir. 

307

 Məhz bu səbəbdən Şərq-Qərb münaqişəsinin təzahürləri olmayan münaqişələr əsas münaqişənin 



tərkib hissələri hesab edilirdi. Bunun üçün 60, 70 və 80-ci illərin Ərəb-İsrail münaqişəsini xatırlamaq 

kifayətdir. Digər münaqişə səbəbləri və Soyuq Müharibə dövründə onlara laqeyd yanaşılması ilə tanış 

olmaq üçün bax: Diter Zeqhaasın fundamental əsəri  (Dieter Seghaas, Konflikformationen im 

internationalen System (Frankfurt a. M.: Suhrkamp , 1988) 



 

349


riski daşıdığından son dərəcə tənqidi qiymətləndirilirdi. Beləliklə, güc tətbiq edil-

məsi nəzarətdən çıxa biləcək şiddətlənmə təhlükəsi daşımayan kiçik münaqişə hal-

ları ilə  məhdudlaşdırılırdı. 1962-ci il Kuba raket böhranından sonra münaqişə  şid-

dətlənmə potensialının ciddi nəzarətdə saxlanılması  və  hər ehtimala qarşı birbaşa 

əlaqələrin qurulması haqqında qarşılıqlı  bəyanatların verilməsi ilə üçüncü tərəflər 

arasında müharibələrlə məhdudlaşdırıldı. Regional əməkdaşlıq və mehriban qonşu-

luq əlaqələri Şərq-Qərb parçalanması ilə çətinləşmişdi.  Regional münasibətlər, an-

caq müstəsna hallarda rol oynaya bilirdi və sistem münaqişələri fonunda ikinci də-

rəcəli olaraq qalır və Soyuq Müharibə məntiqinə uyğunlaşırdı. 

Soyuq Müharibənin əsaslarının qısa icmalı ondan sonrakı düzəni onunla tutuş-

durmaq üçün vacib idi. “Davam etməkdə olan layihəyə”  yekun vurmaq təbii ki, 

çətindir. “Soyuq müharibə sonrası” adlanırılan dövrün hələ də davam etdiyi, yoxsa 

onu 11 sentyabr ilə başlayan yeni bir dövr əvəz etdiyi haqqında sual da hələ ki, açıq 

qalmaqdadır. İki qütblülük aradan qalxdıqdan sonra ortaya bir qütblülüyün çoxqüt-

blülük və qütbsüz əməkdaşlıq strukturu elementləri ilə birgə mövcud olduğu yeni 

sistem çıxıb. Prosesin gedişində, ABŞ, hər şeydən əvvəl gücünün kompleks əsasla-

rı sayəsində aparıcı dövlət kimi meydana çıxıb. Bu əsaslara hərbi üstünlük, dünya 

iqtisadiyyatının 20%-i və başqalarının da nümunə götürməsi üçün liberal demokra-

tik model daxildir. ABŞ və onun bir çox güclü müttəfiqlərinin təbliğ etdiyi model 

liberal demokratiyadır. Dünyada demokratik dövlətlərin sayı artmaqda və demok-

ratik ideallar daha geniş yayılmaqdadır. Geniş miqyaslı və yüksək gərginlikli hərbi 

əməliyyatlar aparmaq üçün unikal imkanları olan ABŞ-ın  müdafiə sahəsində müs-

təsna yeri şübhəsizdir. Dünya iqtisadiyyatında çəkisi kimi digər sahələrdə beynəl-

xalq sistem uzunmüddətli perspektivdə getdikcə daha artıq çoxqütblülük əlamətləri 

nümayiş etdirir. Hakimiyyət mənbələri arasında güc tətbiq etməklə bağlı yekdillik 

yoxdur. Ondan müxtəlif vəziyyətlərdə istifadə edilib. Soyuq Müharibə sonrası döv-

rdə müharibələrin əksəriyyəti ölkədaxili olub. Ölkələrarası müharibələrdə isə güc-

dən daha çox sülhə məcbur etmək məqsədi ilə istifadə edilib. Beynəlxalq sistem tə-

sisatlaşıb, baxmayaraq ki, beynəlxalq təşkilatlar qeyri-təhlükəsizlik sahələrində da-

ha yaxşı inkişaf ediblər. Soyuq Müharibə bitdikdən sonra keçən dövr ərzində regio-

nal əməkdaşlıq çiçəklənib və xarici siyasət və müdafiə kimi “yüksək” siyasi və təh-

lükəsizlik məsələləri getdikcə daha artıq dərəcədə regional təsisatların səlahiyyəti-

nə keçir. Bir-birinə yaxın və ya bilavasitə qonşu olan ölkələr Soyuq Müharibə döv-

ründə parçalanmanın nə qədər süni olduğunu dərk edib və vaxtilə onun darmadağın 

etdiyi əlaqələri yenidən bərpa etməyə başlayıblar. Regional əməkdaşlıq və regional 

inteqrasiya tendensiyası təkcə Avropada deyil, Avropada baş verən proseslərin bə-

zilərindən (hamısından olmasa da) nümunə götürən hər yerdə hiss edilir.

308


 

                                                            

308

 

Qısa müddətdə ÜAXTS (Ümumavropa Xarici və  Təhlükəsizlik Siyasəti) və daha sonra ATMS 



(Avropada Təhlükəsizlik və Müdafiə Siyasəti) işləyib hazırlamış Avropa İttifaqında bu daha çox hiss 

 

350


Soyuq Müharibədən sənrakı dövrdə, dünyada aparıcı mövqedə demokratik döv-

lətlərdir. Müxtəlif regionlarda rollarının fərqli olmasına baxmayaraq, beynəlxalq 

sistemin üstün xüsusiyyətləri qarşılıqlı (iqtisadi) asılılıq və əməkdaşlıqdır. Sistemin 

bu üstün xüsusiyyətləri onun alt sistemlərinə həlledici təsir göstərir. Deməli, bey-

nəlxalq təhlükəsizlikdə də əməkdaşlıq üstünlük təşkil edir. Silahlı qüvvələrin rolu 

dəyişib. Onlar milli təhlükəsizliyin təminatçısı kimi ənənəvi rollarını ifa edirlər. Bir 

çox hallarda bu xüsusi səy tələb etmir. Silahlı qüvvələrin yeni funksiyalar əldə et-

məsi təkcə Şimali Amerikada və Avropanın böyük bir hissəsində baş verməyib. Bu 

Latın Amerikası və Asiyanın bir çox bölgələri üçün də səciyyəvidir. Silahlı qüvvə-

lər təhlükəsizliyin təminatçısına çevriliblər və qlobal və regional miqyasda ümumi 

rifah üçün çalışmalıdırlar. Bu funksiyalar cəmiyyətdə kifayət qədər dəstək qazana-

caqmı sualı isə hələ ki, açıq qalmaqdadır. Sabitliyi qorumaq naminə silahlı qüvvə-

lərə  vəsait xərclənməsinə xalqın anlayış göstərməsini başa düşmək çətin deyil. 

Amma bu məqsədlər üçün vəsaitin cəmiyyətin digər prioritetləri hesabına ödənil-

məsinə xalqın dəstəyinin davam edəcəyi daha çox qeyri-müəyyəndir. Silahlı qüv-

vələrin ümumi rifah naminə itkilərə məruz qalacağı halda hələ də belə müsbət mü-

nasibətin davam edəcəyi də sual altındadır. 

Təhlükəsizlik üzrə araşdırmalarda tez-tez iddia edilir ki, təhlükəsizlik istisnasız 

olaraq hərbi məsələlərlə  məhdudlaşdırıla bilməz. Hərbinin təhlükəsizliyə verdiyi 

töhfənin ölkədən-ölkəyə xeyli fərqli olduğu bir şəraitdə bu mövqe xüsusilə əhəmiy-

yətlidir. Ümumən belə  qəbul edilmişdir ki, təhlükəsizliyin müxtəlif sahələr möv-

cuddur (hərbi, iqtisadi, ekoloji və s.).

309

 Məhz belə olduqda təhlükəsizlik bütün sa-



hələri əhatə etməsə də, ən azından geniş əhatəli, hüdudsuz kateqoriyaya çevrilə bi-

lər. Ekspertlər belə yanaşmanın təhlükəli olduğuna diqqət veriblər (məsələn, təhlü-

kəsizlikləşmə haqqında debatlar). Təhlükəsizlik məsələləri ilə məşğul olan eksper-

tlər arasında bir məsələ üzrə ümumi konsensus vardır ki,  təhlükəsizlik hərbi məsə-

lələrlə məhdudlaşdırıla bilməz. Lakin təhlükəsizliyin ayrı-ayrı tərkib elementlərinin 

nisbi çəkisi məsələsində isə konsensus yoxdur. 

Təhlil çərçivəsində effektli beynəlxalq əməkdaşlığı mümkün edən, təhlükəsizlik 

və müdafiə sahəsində yaxşı qonşuluq əlaqələrinə öz töhfəsini verən alətlər ələ alın-

malıdır. Bu fəsildə nəzərdə tutulan əsas ideya ondan ibarətdir ki, təhlükəsizlik və 

müdafiə beynəlxalq  əməkdaşlıq mexanizminin bir hissəsinə çevrilsin. Buna çox-

saylı vasitələr imkan verir. Onları kateqoriyalara ayırmaq cəhdi aşağıdakı nəticələ-

rə gətirib çıxara bilər. Regional əməkdaşlıq və ikitərəfli razılaşmalar arasında fərq 

iştirakçıların sayındadır. Regional əməkdaşlıq həmişə çoxtərəfli olduğu, ən azı üç 

                                                                                                                                                       

edilsə də proses bununla məhdudlaşmayıb. Afrika İttifaqı, ECOMOG, MERCOSUR və ASEAN ARF 

da ali siyasət və reqional müdafiə məsələlərində oxşar tendensiya nümayiş etdirirlər. 

309

 Bax: Barry Buzan, People, States and Fear: The National Security Problem in International 



Relations (Sussex: Wheatsheaf Books Ltd, 1983). 

 

351


dövlətin fəaliyyətini birləşdirdiyi halda, yaxşı qonşuluq münasibətləri haqqında ra-

zılaşma adətən iki ölkə ilə məhdudlaşır. Onlar bir-birindən iddia səviyyələri və vaxt 

çərçivələrinə görə  fərqlənə bilərlər. Dövlətlər, yerinə yetirilməsi hüquqi cəhətdən 

məcburi və ya qeyri-məcburi olan xüsusi sazişlər imzalaya bilərlər. Dövlətlərarası 

əlaqələr məlumat mübadiləsindən və qarşılıqlı  səfərlərdən tutmuş  hərbi idarələrin 

əməkdaşlığına, o cümlədən birgə  hərbi təlimlərin keçirilməsi, silah sistemlərinin 

birgə əldə edilməsi, və ya onların birgə işlənib hazırlanması və istehsalınadək ge-

nişlənə bilər. Bütün bunlar müvəqqəti  əməkdaşlıq formalarıdır. Uzun müddətli 

əməkdaşlıq da müvəqqəti koalisiyalardan tutmuş daimi alyanslara qədər müxtəlif 

formalarda həyata keçirilə bilər. Lakin bəri başdan demək lazımdır ki, daimi çoxtə-

rəfli alyanslar çox azdır. Bu onun nəticəsidir ki, alyanslar haqqında bir neçə hal nə-

zərə alınmaqla mülahizə yürüdülür. Bu, təhlili riyazi induksiya metoduna yaxınlaş-

dırır. Bu metod isə alyanslar haqqında mötəbər mühakimə yürütmək üçün açıq-aş-

kar qənaətbəxş deyil. 

Mən hesab edirəm ki, yuxarıdakı kimi kateqoriyalara ayırmaqdan başqa daha 

bir , həm də  çox önəmli və aktual fərqləndirmə də mövcuddur. Gücün beynəlxalq 

sistemdə toplanmasə  və dünyanın müxtəlif yerlərində regional sabitliyin təmin 

edilməsinə olan yüksək tələbat üzündən təhlükəsizlik sahəsində heç də hər bir regi-

onal əməkdaşlıq onun iştirakçıları  tərəfindən təklif edilməyib. Elə “ev içi” əmək-

daşlıq modelləri var ki, onu əməkdaşlıq edən tərəflərin özləri təklif ediblər. Elə mo-

dellər var ki, onları kənar oyunçular təklif ediblər və son nəticədə onlar həmını qa-

ne edib. Nəhayət sonuncu, amma axırıncı olmayan daha bir əməkdaşlıq modeli də 

vardır ki, o bütün dünya, və ya “əməkdaşlıq” strukturunun hakim gücü tərəfindən 

tərəflərə zorla qəbul etdirilmişdir. “Məcburi qəbul etdirilən – kənardan təklif edilən 

– öz təşəbbüskarlığı ilə qurulan əməkdaşlıq” üçbucağı tədqiq edilməyə layiqdir və 

niyə bəzi modellərin uzun ömürlü və uğurlu, digərlərinin isə kövrək və müvəqqəti 

olduğunu göstərməyə kömək edə bilər. 

Bütün dünya üçün deyil, amma daha çox Avroatlantik zona üçün çox mühüm-

dür ki, Soyuq Müharibə bitdikdən sonra, Qərb və (keçmiş) qərb təsisatları ən böyük 

uğurlarını həmin təsisatların ümumiyyətlə və ya hələ ki, üzvü olmayan subyektlərin 

daxil olduqları strukturların yaradılmasında qazanıblar. Təxminən son on beş ildə 

NATO, Avropa Birliyi və Avropa Şurasının cəhdləri ölkələri kənarlaşdırmaqdan və 

bundan heç də az əhəmiyyətli olmayan kənarda qalmaq hissindən qaçmağa yönə-

lib. Strukturlara daxiletmə konsepsiyasının əsas prinsipi iki yönlüdür: 

 

1.  Demokratik dövlətlər sülhsevərdirlər və münaqişələrin həllinin 



qeyri-sülh yollarını axtarmırlar. Özlərinin sülhpərvər təbiəti sayəsində on-

lar sabit və uzun müddətli perspektivdə çiçəklənən ölkələrdir. Demokratik 

ölkələr başqa ölkələri də demokratiyaya doğru yeriməyə sövq edirlər 


 

352


2.  Dövlətlərə, uzaqlaşdırmaq yolu ilə yox, onlarla işləmək yolu ilə daha 

yaxşı təsir etmək mümkündür. Təsirli cəlbetmə strategiyası olmadan onların si-

yasi xəttini qabaqcadan söyləmək mümkün olmayacaq və ya çox çətin olacaq. 

 

Qərbin işləyib hazırladığı siyasətin əsas hissəsi onunla qonşu olan ölkələrlə əlaqələ-



rin qurulmasına yönəlmişdi. Lakin, tədricən anlaşılırdı ki, sadəcə qərb demokratiyası 

ilə keçmiş sosialist və kommunist ölkələr arasında əlaqələrin qurulması kifayət etmir. 

Əvvəllər suveren dövlətlər və ya keçmiş Sovet İttifaqının tərkib hissəsi kimi Sovet İtti-

faqının və Varşava müqaviləsinin təsir dairəsində olan ölkələr arasında da yeni əsaslar-

la əlaqələrin qurulması, ondan az əhəmiyyətli məsələ deyil. Buna nail olmaq üçün bir 

neçə cəhd edildi. Hər dəfə iki prinsip uzlaşdırılırdı: sosiallaşma və şərtləndirmə.  

Sosiallaşma öz üstünlüklərini sübut edən və onun vasitəsilə bu ölkələri cəlb 

edən və beləliklə onlara özünün iş prinsiplərini öyrədən həyat qabiliyyətli bir mo-

del təqdim etməyi nəzərdə tuturdu. Lakin cəlbetmə birtərəfli deyildi. Məsələn, So-

yuq Müharibədən sonrakı ilk illərdə cəlbetmə onu nəzərdə tuturdu ki, Qərb öz yeni 

tərəfdaşlarından öyrənmək üçün imtiyazlı kanallar əldə edib. Şərqi Avropanın kiçik 

ölkələri haqqında Qərbin nə qədər az bildiyini nəzərə aldıqda bu vacib idi.  

Şərtləndirmə o demək idi ki, Şərqi-Mərkəzi və Şərqi Avropa ölkələri müəyyən 

gözləntiləri doğrultmaq şərtilə Qərbin təklif etdiyi imtiyazlardan faydalana bilərdi-

lər. Bunu etməyi bacarmayanlar yaxın və orta perspektivdə birbaşa və ya dolayısı 

ilə həmin  imtiyazlardan faydalana bilməzdilər. Bu əsasla Qərblə fəal əməkdaşlıq 

edənlər və gələcəkdə özünü onun bir parçası sayanlarla gələcəkdə hansısa “alterna-

tiv” yollar axtaranlar arasında fərq qoyulurdu. 

Qərb Şərqin istəklərini tanıdı və gözləntiləri müəyyənləşdirdi. Bu gözləntilərin 

geniş  mənada birbaşa təhlükəsizliklə bağlı olduğu ortaya çıxdı.  İlk mərhələdə, o, 

münaqişələri söndüməyə  cəhd etdi. Söndürülməli olan münaqişə  mənbələrindən   

ikisini digərlərindən ayırdı: ərazi mübahisələri və azlıqlarla bağlı münaqişələr. Hə-

min böhranlı dövrdə bu ikisi sabitliyi ən çox pozan amillər idi. Keçmiş Yuqoslavi-

yada müharibənin alovlanması Qərbə potensial münaqişə mənbələrinin doğru iden-

tifikasiyası ilə bağlı  əlavə arqumentlər verdi. Digər tərəfdən, o, Şərqi-Mərkəzi 

Avropa ölkələrinin öz aralarında müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik sahəsin-

də fəal əməkdaşlıq etmələri üçün çox az cəhd göstərirdi. Qərb düşüncəsi, qonşu ölkələ-

rin, mərkəz olaraq qərb demokratiyası ilə bağlantısını qurmağa o qədər aludə olmuşdu 

ki, ən azı bir müddət Şərqdə regional əməkdaşlığa və ikitərəfli əlaqələrə əhəmiyyət ver-

mədi. Müəyyən qədər buna haqq qazandıran həm də o idi ki, Şərqi-Mərkəzi Avropada 

regional və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün nə səmimi maraq, nə də yerli 

resurs bazası var idi.

310

 Beləliklə, Avropada mərkəz-əyalət münasibətləri yenidən bərpa 



                                                            

310


 

Keçmiş Sovet İttifaqı respublikaları arasında əlaqələrin uzunömürlü olması səbəbilə belə nəticələr 

yalnız qismən ədalətli ola bilər. 


 

353


edildi. Bu vaxtilə Varşava müqaviləsinin üzvləri olmuş Şərqi-Mərkəzi Avropa xalqları-

na tanış gəlirdi. Deyəsən, Qərbi Balkan ölkələri ilə AB və NATO arasında münasibət-

lərdə oxşar vəziyyət formalaşmağa başlayıb. 

Yaxşı qonşuluq və regional əməkdaşlığın başlıca mexanizmlərinin təhlili Avro-

panın inteqrasiya edilmiş vahid qitə kimi formalaşmasına kömək edən formalar 

üzərində cəmləşməli idi. Sovet İttifaqından qalmış 12 varis-dövlətin ərazisini də qı-

sa  şəkildə xatırlamaq vacibdir. Regionun hansı istiqamətə yönəlməli olduğu haq-

qında uzunmüddətli tərəddüdlərdən sonra, görünür, Rusiya Federasiyası nəhayət öz 

qərarını verib və vaxtilə Moskvanın idarə etdiyi imperiyanın mərkəzi olmaq qərarı-

na gəlib. Bu tarixən təşəkkül tapmış  əlaqələri qoruyub saxlamaq və davam etdir-

mək üçün Rusiya Federasiyasının başçılığı ilə ayrıca regional subyektin meydana 

çıxması deməkdir. Onun tətbiq dairəsi 2003-2004-cü illər inqilablarını yaşamış öl-

kələrin (Ukrayna və Gürcüstan) digərləri ilə əlaqələri zəiflədiyindən bir qədər aza-

lıb. Beləliklə, Rusiya ayrıca regional qurum yaradır. Bu, region ölkələrinin tarixi 

birgəliyi işığında tamamilə anlaşılandır. Belə əməkdaşlıq strukturlarının maraqlı və 

həm də təəssüf doğura biləcək xüsusiyyəti ondan ibarətdir ki, onlar, hakim dairələri 

demokratiyanı açıq və ya örtülü şəkildə məhdudlaşdıran ölkələri birləşdiir. Moskva 

iri bir dövlət kimi bu qeyri-liberal, çox zaman avtoritar və hətta açıq-aşkar diktator 

rejimlərini “MDB minus” ərazisində öz təsirini gücləndirməyin tərkib hissəsi kimi 

“himayə” edir. Hər şeydən göründüyü kimi, Avropa vahid dəyərlər və prinsiplər ət-

rafında birləşməyəcək. Onu daha çox “rəqabət aparan iki tərəfin assimmetrik mo-

nopoliyası” kimi səciyyələndirmək olar. 

Hansı təsisatların və ya ölkələr qrupunun öz qonşularının və ya daha geniş peri-

metrdə yerləşən ölkələrin hərəkət istiqamətlərinə effektli təsir edə biləcəyini təyin 

edən müxtəlif amillər mövcuddur. Situasiyanı müəyyən edəcək müxtəlif amillər 

var. Onlardan qurumun və onun üzvlərinin regionda təsiri, onların sərəncamlarında 

olan vasitələrdən istifadə etməyə qərarlı olması, xarici siyasəti aparmaq üçün əldə 

olan resurslar və sosiallaşma və  şərtləndirmənin nə  dərəcədə optimal şəkildə bir 

araya gəlməsinu qeyd etmək olar. Axırıncı, amma heç də az əhəmiyyətli rol oyna-

mayan bir amil isə təsir altında olan ölkələrin “mərkəz”in siyasi xəttini izləməklə 

nə  dərəcədə fayda əldə edə bilmələridir. Qeyd edilən amillərin hər birinin geniş 

təhlilə layiq olmalarına baxmayaraq.,onları misallar əsasında təsvir etmək daha 

yaxşıdır. Buna görə də mən yalnız bir amili ayrıca olaraq qeyd edəcəyəm ki, çox 

vaxt onu ya düzgün anlamır, ya da düzgün izah etmirlər. Söhbət müxtəlif institut-

larda üzvlük perspektivinin nə  dərəcədə effektli olmasından gedir. Tez-tez qeyd 

edilir ki, Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Konfransı/Təşkilatının  əsas üs-

tünlüyü onun regionu tam əhatə etməsidir, yəni orada Avropanın hər bir ölkəsi işti-

rak edir. Şərq-Qərb münaqişəsi bitdikdən və bunun nəticəsi olaraq bir çox Şərq öl-

kələrinin Qərb təşkilatlarına daxil olmaq cəhdlərinin ardınca aydın oldu ki, həmin 


 

354


ölkələr təşkilata qoşulmaq istəyində olarkən onlara daha effektli təsir etmək  müm-

kündür, nəinki artıq təşkilata üzv olduqdan sonra. Bundan əlavə, təşkilata üzv 

omaq istəyənlərin sayı nə qədər çox olarsa, təşkilat da öz üzvlərindənsə ona üzv ol-

maq istəyənlərə daha çox legitim təsir imkanları əldə edir. 

Bu fəsildə təqdim ediləcək misallar “Soyuq Müharibədən sonrakı dövrdə” yaxşı 

qonşuluq münasibətlərinin məzmunu və vasitələri haqqında bəzi ideyalar vermək 

üçün nəzərdə tutulur. Bura daxildir: 1) silahlanmaya regional/subregional nəzarət; 

2) “Sabitlik Paktı” deyilən saziş; 3) Avropa Birliyi qonşuluq siyasəti və 4) “Sülh 

naminə tərəfdaşlıq” proqramının bəzi cəhətləri. 

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin