1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə53/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   49   50   51   52   53   54   55   56   ...   65

 

 

 

 

 

 

 

 

 

 

463


14-cü Fəsil 

 

Xəbər Standartları,  

Media Siyasəti və İctimai Əlaqələr  

 

Mr. Robert Pszczel  

 

 

 

İctimai təsisatlar üçün çalışan heç kim(və ya onların fəaliyyətini izləyən) media 

dünyasının gücünü qulaqardına vura bilməz.  Biz onları jurnalist və ya nəşriyyat 

adlandırsaq da,onlar dördüncü hakimiyyəti təmsil edir,biz “CNN təsirini” analiz et-

sək və ya sadəcə media xəbərləri və müxtəlif təsisatların siyasəti arasındakı müna-

sibətləri diqqətlə izləsək,o nəticəyə gələcəyik ki,media gücdür və onunla hesablaş-

maq lazımdır. Fərqli cür desək-onu qulaqardına vurmaqla özünü riskə qoyursan. 

Digər təərfdən, mən hesab edirəm ki, bu aydın müşahidənin mənfi tərəfləri də 

vardır:o media siyasətinin hədsiz dərəcədə bir-tərəfli,müdafiə olunan rəsmini verir. 

Mənim bu məqalədə göstərmək istədiyim odur ki,mediaya tərəfdaş kimi yanaşmaq 

lazımdır və onların legitim tələblərinə cavab vermək hər bir ictimai təsisat üçün ən 

yaxşı strategiyadır. Mən NATO-nun təcrübələrinə xüsusi yer verməklə, təhlükəsiz-

lik siyasəti sahəsinə diqqəti yönəldəcəm. 

 

Xəbərləş və ya Öl 

 

İstənilən təşkilat,xüsusilə də, öz işini ictimai xidmətlə ifadə edən təşkilat, özü-



nün mövcud olmasının mənasını  cəmiyyətə çatdırmaq iqtidarında olmalıdır,öz si-

yasəti və fəaliyyəti haqqında informasiya verməlidir və jurnalistlər və ictimaiyyət  

tərəfindən verilən suallara cavab verməlidir. Bu öhdəlik faktiki olaraq bütün de-

mokratik ölkələrdə məcburidir. Çoxlu ölkələrdə bu cür öhdəliklər hətta hüquqi çər-

çivələrlə  tənzimlənir,məsələn, konkret sorğuya, ictimai təsisat tərəfindən verilən 

cavab arasında keçən maksimum vaxt müddəti. 

Heç kimə  təəccüblü gəlməli deyil ki,media,cəmiyyətlərin elə  həyati vacib ele-

menti sayılır ki,onların tam azadlığı üçün tələblər, adətən, populyar şüarların siya-

hısında zaman-zaman ən yuxarıda durur və media o yerdir ki, orada insanlar cari si-

yasi sistemi onların kollektiv arzularına cavab verməyən sistem kimi tənqid edirlər. 

Böyüyən qarşılıqlı bağlılıqla və dünyanın qlobal təbiəti ilə birləşən demokratik 

cəmiyyətlərin inkişafı bu baxımdan  əlavə  təzyiq göstərir.  İctimai həyatın çox 



 

464


az,əgər varsa,sahələri var ki,diqqətdən və ictimai nəzarətdən yayına bilər. Hətta ən 

gizli təşkilatlar olan təhlükəsizlik xidmətləri ümumi diqqətin ağır dozası altında ol-

malıdır. Iraq müharibəsindən öncə, İngiltərənin kütləvi qırğın silahları ilə bağlı ha-

zırladığı dosye ilə bağlı sorğunun nəticəsi bu cür tendensiyanın ən parlaq nümunə-

sidir. Digər tərəfdən,terrorizmin yaratdığı problemin artan vacibliyi və hökümətin 

strategiyası( o,sonda,adi adamlara ciddi məhdudiyyətlər gətirən addımları nəzərdə 

tutur)ilə bağlı ictimaiyyəti xəbərdar etmək ehtiyacı bu tələbi daha da gücləndirir. 

Müdafiə  və  təhlükəsizlik təsisatlarının bu baxımdan  əlavə öhdəlikləri vardır. 

Hərbi qüvvələrin uzaq yerlərə göndərilməsi,hərbi formadakı qadın və kişilərin təh-

lükəyə atılması zabitlərə/əsgərlərə və onların ailələrinə çoxlu izahat verməyi tələb  

edir. Sadəcə yuxarıların əmrini yerinə yetirən “savadsız çağırışçı” dövrü keçmişdə 

qalmışdır. Bu gün təhlükəsizlik səhəsində çalışanların, hər hansı siyasətin mənasını 

tam başa düşməyə haqları vardır. İsnad edilən bir müasir nümunə NATO koman-

danlığı altında Əfqanıstandakı stabilizasiya qüvvələrinin (İSAF) varlığıdır. Əməliy-

yatlarda iştirak edən dövlətlər bilməlidirlər ki,beynəlxalq birlik Əfqanıstanda təhlü-

kəsizliyin möhkəmlənməsi üçün orada olmalıdır,çünki bu ölkənin bir daha terror-

çular üçün təlim mərkəzinə çevrilməməsi üçün onların orada olması yeganə yoldur 

(11 Sentyabrdan öncə olduğu kimi). Digər tərəfdən, oradakı narkotik istehsalını və 

ticarətini və Avropa və Amerikanın şəhərlərinin heroinlə təmin edildiyini eşidəndə, 

Əfqanıstanda stabilliyin təmini üçün mübarizədə yüksək risklərin olduğunu başa 

düşmək asanlaşır.  

 

Media Siyasəti və İnformasiya Standardları 

 

Səmərəli media siyasətinə ehtiyacın olduğunu qəbul edəndən sonra belə bir sual 



ortaya çıxır: necə siyasət optimal sayılır? Bu suala cavab vermək üçün bir neçə 

ümumi prinsipləri və fərziyyələri analiz etməliyəm. Sonra mən təhlükəsizlk və mü-

dafiə təsisatlarına unikal olaraq tətbiq edilən amilləri və yanaşmaları təsvir etməyə 

cəhd edəcəm. 

Bunu etməzdən öncə,təriflərlə bağlı bir neçə söz demək faydalı olardı.Mən,me-

dia siyasətinə ardıcıl olaraq isnad etdiyimə görə,media siyasəti dedikdə,media nü-

mayəndələri ilə şüurlu qarşılıqlı əlaqə siyasəti başa düşülür, çoxlu sayda demokra-

tik ölkələr və beynəlxalq təşkilatlarda( o cümlədən, NATO) tətbiq olunan geniş 

mənalı tərifə diqqəti cəlb etmək lazımdır. Mənim fikrimdə ictimai diplomatiya ter-

mini var və o,eyni qarşılıqlı əlaqə siyasətinin mənasını verir,lakin daha geniş olaraq 

ictimai yerlərdəki çıxışları və dialoqları əhatə edir. Buraya fikir sahibləri,qərar ver-

mə proseslərinə  təsir edən və ya bu proseslərdə  iştirak edən adamlar və  həmçi-

nin,birbaşa olaraq geniş ictimaiyyət daxildir. Bu cür tərif çox sayda təsisatların 

strukturlarında  əks olunur. Məsələn,NATO Baş  Qərargahında, mətbuat xidməti 



 

465


İctimai Diplomatiya İdarəsinin hissəsidir(keçmiş  İnformasiya və Press xidmətini 

əvəz edərək). 



 

Yüksək İnformasiya Standardları-Uğur üçün Açardır 

 

Media  siyasəti,mövcud siyasəti və ya fəaliyyətləri izah etmək və sonucda onlar 



üçün ictimai dəstək yaratmaq məqsədilə informasiya yayılmasını  həyata keçirir. 

Çox sadə səslənir. Lakin bu məqsədlərə çatmaq üçün,bir sıra yüksək prinsiplərə və 

ya informasiya standardlarına riayət etmək lazımdır.Onların hər biri mütəxəssis 

praktikin üzərinə siyasi,intelektual və ya hətta texnoloji tələblər paketi qoyur. Fun-

damental problem ondadır ki,bütün bu standardların hər birinə eyni dərəcədə ciddi 

yanaşılmalıdır, onlardan birinə etinasız yanaşma bütöv media siyasətinin uğuru 

üçün ölümcül zərbə ola bilər. 

 

Həqiqət və Etibarlılıq 

 

Şübhəsiz,ən yaxşı elementar prinsip sadəsə həqiqəti deməkdir.  Mətbuat sözçü-



sünün törətdiyi ən böyük peşəkar cinayət, məqsədli şəkildə jurnalistləri aldatmaq-

dır. Əlbəttə,bu cür hərəkət hər bir şəxsin mənəvi dünyasından gəlməlidir.Lakin bu-

rada başqa risklər də vardır. Hər bir yalan söylənilən hal, söhbət mövzusu olan təş-

kilatın etibarlılığına zərər vurur.  Bu halda, o, bir qaşıq zəhərin bir barrel mükəm-

məl şərabı zəhərlədiyi halı xatırladar. 

Ona görə də,düzgün olmayan informasiyanın tez bir zaman ərzində düzəldilmə-

si(xoş niyyətlə verilmiş)önəmlidir. Bu problemin dərsverici nümunəsi  kimi 

NATO-nun Kosovodakı hava əməliyytalarl zamanı baş vermiş  məşhur hadisə ol-

muşdur. Bu hadisə Dyakovica kəndində müttəfiq təyyarələrinin mülki karvana səh-

vən hücum etməsi idi. Bu faktın təsdiq edilməsi vaxt aldığından, NATO bu səhvi 

boynuna almağa kifayət qədər tez tərpənmədi. Bir neçə gün keçdikdən sonra, 

NATO, hadisələrin tam rəsmini mediaya açıqladı. Hətta,ortada çirkli oyunlar olma-

sa da belə,bu faktları ört-basdır etmək üçün cəhdlər edilmədi və bu hal, həqiqətin 

üzə çıxması prinsipinin və onun nə qədər tez edilməsinin nə qədər fundamental ol-

duğunu göstərdi. 

Rusiya sualtı gəmisi “Kursk” ilə bağlı baş verən faciənin Rusiya hərbi rəhbərliyi 

tərəfindən bir neçə il öncə necə idarə edildiyi də nümunə kimi göstərilə bilər. İnfor-

masiyanı gizlədərək, Müdafiə nazirliyi özünü səbatsız vəziyyətə qoyaraq (bir çox 

hərbi jurnalistlərin dediyi kimi onlara aldadıcı informasiyalar verilməklə) jurnalis-

tlərin inamını itirmişdir. Nazirlik,İtirilmiş inamı geri qaytarmaq üçün,hətta xilase-

dici gəmilərin üzərində kameralar qoymaq kimi presedenti olmayan halla razılaş-

mışdır. 


 

466


Və bu problemin digər tərəfidir.Həqiqət etibarlılıq qazanmağa və onu saxlama-

ğa kömək edir. Lakin,həqiqətin olmaması günlər və hətta saatlar ərzində etibarsız-

lıq yaradır. Bu media siyasəti üçün  elə bir əziz məmulatdır ki,o hər zaman qorun-

malıdır. 



 

Tam yoxsa hər şey  

 

Etibarlılıq çoxüzlüdür.Onlardan biri, “nə qədər mümkünsə geniş şəkildə” adlan-



dırılan informasiya prinsipi ilə bağlıdır. Media təbiətinə görə hər şeyi bilmək istə-

yən sayılır və indiki zamanda informasiya susuzluğu tələbi olan dünyada(CNN və 

digər 24 saat ərzində xəbərlərə sərf edən televiziyalar) onların ətraflı informasiyaya 

olan tələbatını ödəmək çox çətindir. 

Hər bir mətbuat sozçüsünün bildiyi kimi,hər hansı fəaliyyət haqqında müəyyən 

faktları təsdiq etdiyin zaman,o biri faktları da açıqlamaq haqda təzyiqlər artır. Mə-

sələn,NATO, 2005-ci ilin Oktyabrında Kəşmirdə baş verən zəlzələnin qurbanlarına 

yardım edəcəyi haqda Pakistanın xahişinə cavab verəcəyini bəyan etdikdən dərhal 

sonra jurnalistlər hər bir humanitar yardım uçuşu haqqında vaxtında məlumat veril-

məsini və hər bir NATO mühəndis və tibbi heyətinin bölgəyə səfəri ilə bağlı yeni 

xəbərlər verilməsini tələb etdilər. Hadisələrin gedişi zamanı,bu cür ətraflı məlumat-

ların verilməsi asan olmasa da buna maksimum çalışmaq lazımdır. 

Bu nöqtədə müasir kommunikasiya və texnologiyanın möcüzələri də  nəzərə 

alınmalıdır. Bu kontekstdə,İnternet ,hamıdan irəliyə getmişdir. Media ilə  ənənəvi 

xəbərləşmə vasitələri, mətbuat konfransları və müsahibələr,media bəyanatları, xü-

susi materialların dərc edilməsi,vərəqlər başlıca məlumatlara çıxış üçün önəmli for-

malar olduğu halda, biz internet saytlarında dərc olunmuş materiallar vasitəsilə bü-

tün gedişləri izləyirik. Web saytları bütün əvvəlki informasiyalara çıxış əldə etmək 

və medianın marağında olan bütün potensial suallara cavab vermək üçün ən mü-

kəmməl yerdir. Digər tərəfdən,texnologiya bizə yazı dünyasından kənara çıxmağa 

da imkan verir və audio yazmalarla,foto,video və ya hətta konkret mövzular üzrə 

çət sessiyaları da təşkil edir.NATO-nun İnternet saytını fikrimi çatdırmaq üçün 

məsləhət görərdim: www.nato.int 

 

Çeviklik 

 

Bu bir həqiqətdir ki,media-həmsöhbətindən asılı olan media vasitəsilə verilən 



informasiya və mesajların məzmununu fərqləndirmək lazım deyil. Hər hansı sorğu-

nun yerli jurnalistdən və ya qlobal TV şəbəkəsindən gəlməsinin fərqi yoxdur. Fak-

tlar və izahat eyni olmalıdır. 

Lakin,yanaşmanın çevikliyi hər hansı media siyasətinin bölünməz hissəsi olma-



 

467


lıdır. Birinci cəhət təşkilatın iş prinsipi ilə əlaqədardır. Əgər biz sürətlə dəyişən ha-

disələrlə  iş görürüksə,məsələn,  əhəmiyyətli hərbi  əməliyyat zamanı  və ya böyük 

böhran dönəmində, jurnalistlərlə qarşılıqlı əlaqə bərabər surətdə dinamik olmalıdır. 

Hadisələrdən bəzən təəccüblənmək heç də günah deyil. Sonucda, demokratik ölkə-

lərin təbiəti,heç kimin daha böyük qüvvələrə  nəzarət edə bilməyəcəyinə  dəlalət 

edir. Və beynəlxalq təhlükəsizlik və müdafiə  məsələlərinin təbiəti onların mürək-

kəb məsələlər olduğunu göstərir və  çox hallarda da gözlənilən deyil. Lakin,sürpriz 

elementi vəziyyət üzərində uzun müddət hökmranlıq edə bilməz. Burada yaxşı 

planlaşdırma və çeviklik vəziyyətdən çıxış yoludur. 

Bunun ən aydın nümunəsi media ilə təmasda olmaq istəyənlərin artmasıdır -əgər 

belə bir tələb ortaya çıxırsa. Əgər biz “sakit dönəmdəyiksə”, o zaman, yəqin ki,həf-

tədə bir mətbuat konfransı və ya brifinq keçirmək kifayət edər. Lakin,real böhran 

qalxarsa və hətta bizim tanış olmadığımız jurnalistlərdən zənglər gəlməkdə davam 

edirsə, o zaman yeganə düzgün hərəkət tempi artırmaqdır. Bu, mətbuat brifinqləri-

nin sayını artırmaq və bu məsələ ilə bağlı xüsusi web saytı qurmaq  və başqa ad-

dımlar atmaq mənasını verir. Və burada ən əsas məsələ odur ki, bu iş edilməlidir və 

təşkilatın bu işə yaxşı və ya pis məsələ kimi baxmasından asılı olmayaraq edilməli-

dir. 


Çeviklik, həm də jurnalistlərə informasiya çatdırmaq üçün yeni yollar aramağa 

hazır olmaq mənasını da verir.Son zamanlarda, hərbi  əməliyyatlarda jurnalistlər 

qrupunu hər hansı bir hərbi birləşməyə təhkim etmək praktikası olmuşdur. Bu cür 

metodun tənqidçiləri olsa da(bu cür hallarda jurnalistlərin azadlığı məsələsi ortaya 

çıxır),bu praktika, yazan jurnalistlər üçün və həm əsil canlı hadisələri kameralarla 

işıqlandırmaq üçün tayı-bərabəri olmayan imkan yaradır.Hətta burada münsiflər 

heyətinin dəyərləndirməsi olmasa da,görünən odur ki,media əməliyyatlara daha ya-

xın olmaq imkanını yüksək qiymətləndirir və yəqin ki, ən əhəmiyyətlisi,sadəcə qə-

rar verənlərin prizmasından baxmaq yox,döyüş sahəsındə olmaqla baş verən hadi-

sələri əlverişli vəziyyətdən izləmək şansı qazanır.  

Mühüm olan məsələrdən biri də,media siyasəti regional,mədəni və ya dini həs-

saslıqları  və nyuansları güclü surətdə  nəzərə almalıdır. Praktikada,sözçülər təkcə 

yerli  ənənələrə(müxtəlif ölkələrdən gələn jurnalistlərlə birbaşa  əlaqələr,müxtəlif 

rəmzlərdən qaçınmaq,tarixi detallara həssas olmaq) hörmətlə yanaşmaq deyil,həm-

çinin, söhbət mövzusu olan ərazinin xüsusiyyətlərinə də özlərini uyğunlaşdırmalı-

dırlar. Əfqanıstanda ortaya çıxan nümunə o idi ki, NATO-nun İSAF sözçüləri anla-

dılar ki,əhalisinin çox hissəsi savadsız olan və az sayda media quruluşları olan bir 

ölkədə Dari və Puştun dilində radio proqramları vasitəsilə ictimai rəylə əlaqədə ol-

maq yazılı mətbuat bəyanatlarından daha yaxşı variantdır. 

 

 


 

468


Peşəkarlar və ancaq Peşəkarlar 

 

Hətta yaxşı media siyasətini aparmalı olan prinsiplərə ən səhti baxış onun göstə-



rir ki, insanların qarşısında qurulan maneələr və onların hazırlanması və həyata ke-

çirilməsi çox yüksəkdir. Hesab edirəm ki,əldə edəcəyimiz ən həəsas nəticə odur ki, 

peşəkarlığın heç bir əvəzi yoxdur. 

Sözçülərin(və ya mətbuat katibləri/ictimai xəbər katibləri,işin formasından asılı 

olaraq), ideal olaraq,işlədikləri təsisatdan və ya təmsil etdikləri strukturdan doğan 

təcrübələri olmalıdır və  həmçinin,media dünyası haqqında yaxşı biliyi olmalıdır. 

Bu şərt mütləq zəruri olmasa da,bu parametrlər işin xarakterinə görə çox önəmlidir. 

Sözçülər öz funksiyaları ilə media siyasətində təbii körpü kimi və iki tərəfdaş ara-

sında qarşılıqlı əlaqə vasitəsi kimi hərəkət etməlidirlər.Sonucda,hər iki tərəfin bir-

birinə ehtiyacı var,jurnalistlər informaiya axtarırlar,onların həmsöhbətləri isə öz 

təşkilatlarının işini müsbət məcrada maksimum işıqlandırmaq istəyirlər. Ona görə 

də,onların bir-birinin maraqlarını başa düşməsi çox mühümdür. 

Hətta  əgər ilkin informasiyaya çıxış kifayətdirsə,hələ  də  işıqlandırmaq üçün 

çoxlu suallar qalır və bir çox hallarda bu şəxsi əlaqələr vasitəsilə edilir. Bir nümunə 

kimi,hiyləgər suallar,məsələn,keçmişlə bağlı informasiyalar və ya mənbəyi bilin-

məyən mikrofondan kənar informasiyaları göstərmək olar. Bu hər bir media xidmə-

tinin gündəlik çörək və duzudur. Çox vaxt, yəqin ki, hər bir tərəfin xoşuna gəlmə-

yən bu haldan  qaçmağın yeganə yolu “şərhsiz” cavabıdır. Bu,adətən, o vəziyyətlə-

rə aid olur ki, jurnalistlər hər hansı başlayan hərəkətin arxasına düşürlər-məsə-

lən,hər hansı bir təsisat rəsmi bir qərara tam nail olmadıqda. Tərifə görə burada ba-

şa düşülür ki,təklif etməyə rəsmi bəyanat və ya şərh yoxdur. Buna baxmayaraq,me-

dianın hadisəni izləməsi üçün legitim hüququ vardır  və çözçülər kömək etmək 

üçündür. 

Şübhəsiz,onların edə biləcəyi kömək tərəfdaşlar arasındakı qarşılıqlı inamdan 

asılıdır. Təcrübəli müxbirlər,özlərinin şərəf və adlarına görə,əlbəttə daha çox infor-

masiya əldə etməyə daha çox şansları vardır( və ya bu informasiyaları daha tez əldə 

etməyə). Və çözçünün peşəkarlığı bu baxımdan çox önəmlidir. 

Digər tərəfdən,təhlükəsizlik və müdafiə təsisatları bu tələbə daha çox diqqət ye-

tirməlidir. Məsələn,siyasətin operativ xüsusiyyətlərini və ya onun hərbi reallıqlarını 

tam başa düşmədən, media ilə əlaqəli olan insanlar asanlıqla iki bir-birinə zidd səh-

və yol verə bilərlər.Onlar ya çox danışa bilərlər(bəzən operativ işçilərin həyatını 

təhlükədə qoyaraq),ya da çox ehtiyatlı ola bilərlər(media ilə münasibətdə informa-

siyanı hədsiz  məhdudlaşdırmaqla). 

 

 

 


 

469


İnformasiyaya və Qərar Verən Siyasi Rəhbərliyə çıxış 

 

Əgər media siyasətini yerinə yetirən adamlar dəf edilə bilinməyən maneə ilə üz-



ləşərsə,bütün bu yuxarıda təsvir olunan prinsiplər hələ  də kifayət etməyəcək: yə-

ni,əgər onların özləri,informasiyadan və öz təsisatlarındakı həlledici qərar verənlər-

dən kənar saxlanılırlarsa. Sözçülərin özləri jurnalistlərə bir kömək etmək istəyirlər-

sə “işin içində” olmalıdırlar. Aydındır ki,liderlik mövqeyinə  gətirilmiş istənilən 

özünə hörmət edən adam bunu başa düşür. Çox hallarda sözçülərin media məslə-

hətçiləri kimi,hadisələri yaxından izləmək üçün və əvəzində  medianın maraq gös-

tərdiyi məsələlərdə çevik siyasi məsləhət almaq üçn rəhbərliyə sərbəst çıxışı olma-

lıdır. 


Praktiki mənada, bu vaxtlı-vaxtında məlumat almaq üçün media xidmətinin sə-

lahiyyətini təminat altına alır və tez- tez adi bürokratik prosedurları  və ya vaxt 

müddətini nəzərə almayaraq. Çox sayda yeni demokratik ölkələr(demokratiyanın 

hələ yer tutmasına hələ çox qaldığı ölkələri demirik) bu cür problemlə mübarizə 

aparır. Hətta orada media siyasətinin əhəmiyyəti yüksək qiymətləndirilirsə də,keç-

mişin sərt ierarxiyası  və sistem daxilində  fərdlərin hakimiyyətləndirilməsi qorxu-

su,çözçülərin işini çox çətin edir. Bəzən önəmli ictimai  böhran ictimaiyyətlə əlaqə-

nin çatışmamazlıqlarını üzə çıxarır və qərar verənlərə öz media siyasətinin rolunu 

yenidən qiymətləndirməyə məcbur edir. 

Digər tərəfdən,media katiblərinin işi tam ştatlı  vəzifə kimi qəbul edilməlidir. 

Ancaq o zaman uzun müddətli media siyasəti, bu siyasətin uğurlu olması üçün tam 

qüvvəsi ilə çalışan və ona hazır olan adamlar tərəfindən həyata keçirilə bilər. Bu 

problem,xüsusilə  də özünü hərbi strukturlarda göstərir.Son zamanlara qədər,çox 

sayda silahlı qüvvələr mətbuat katibi vəzifəsini vəzifə böşluğu kimi qəbul edirdilər 

və onun da çox zaman müvəqqəti əsasda, istənilən zabit tərəfindən tutula biləcəyini 

hesab edirdilər. Yaxşı ki, vəziyyət yaxşılaşır,çox sayda müdafiə nazirlikləri, hərbçi-

lər üçün,komandanlar da daxil,media ilə neçə davranmaq kursları təşkil edir. 

 

Təhlükəsizlik və Hərbi Təsisatlar: Xüsusi Hal 

 

Yuxarıda deyildiyi kimi,uğurlu media siyasətini həyata keçirmək üçün lazım 



olan ümumi prinsiplər bütün ictimai təsisatlar üçün də tətbiq edilə bilər. Digər tə-

rəfdən,təhlükəsizlik və müdafiə təşkilatlarının və xüsusilə də hərbi strukturların öz-

lərinin öz özünəməxsusluqları vardır. 

İlk müşahidə mülki rəhbərlik ilə ordu arasında aydın iş bölgüsü haqqındadır. Bu 

baxımdan, NATO-nun təsisat kimi daha geniş təcrübəsi vardır(60 illik mövcudluğu 

ilə) və mən NATO-nu nümunə kimi seçmişəm. Siyasi-hərbi təşkilat olaraq NATO-

nun komanda ierarxiyası və hakimiyyət pillələri çox yaxşı müəyyən edilmişdir. Si-


 

470


yasi tərəfin üstünlüyü o deməkdir ki, siyasi qərarlar və icra üzərində ümumi nəzarət 

mülki tərəfin üzərinə düşür. Bu media siyasətinə də aiddir. 

Lakin bu prinsip heç də mülki qulluqçuların hərbi bacarıq və  təcrübələri olan 

hərbçiləri əvəz etməsi  kimi başa düşülməməlidir. Hərbi məsləhət,qanunauyğun si-

yasi səbəblərə görə rədd edilə bilər,ancaq heç vaxt qulaqardına vurula bilməz. Di-

gər tərəfdən,sahədə olan komandanlara gəldikdə isə(məsələn,Kosovoda 

KFOR,Əfqanıstanda İSAF və ya hətta Pakistanda humanitar yardım missiyasında 

olanlar) onların hər hansı əməliyyatı aparması üçün öz səlahiyyətlərində və idarəet-

mədə müstəqil olmalıdırlar. Ona görə də,onlar konkret fəaliyyət haqqında,qüvvələ-

rin statistikası və yerli şəraitlə bağlı detallar haqqında informasiya təmin etmək ba-

xımından irəlidə gedirlər(özlərinin uyğun ictimai əlaqələr xidməti vasitəsilə). Və 

media siyasətinin bu hissəsi üçün birbaşa rəhbərlik və nəzarət hərbi komandanlıq-

dakı operativ ierarxiyadan gəlir,yəni NATO-nun Müttəfiq Komandanlığı  Əməliy-

yatları üzərinə düşən ümumi operativ komandanlıqdan və tabeçilikdə olan koman-

danlıqların vasitəsilə həyata keçirilir. 

Ona görə də NATO rəhbərliyi altında gedən əməliyytaları işıqlandıran jurnalis-

tlər, onların məsuliyyət dairəsində gedən hərbi fəaliyyətlə bağlı ətraflı məlumatlar 

almaq üçün sualları və sorğuları NATO Qərargahının Mətbuat Xidmətinə yox, bi-

lavasitə hərbi əməliyyatları aparan hərbi komandanlığın İctimaiyyətlə əlaqə xidmə-

tinə müraciət etmək lazım olduğunu bilirlər. Bu zaman,daha ətraflı məlumat  sadə-

cə döyüş  səhnəsindən yox, həm də  əməliyyat nyuanslarını daha yaxşı izah edən 

hərbi ekspertlərdən də alınır. 

Digər tərəfdən, çeviklik elementi də mütləqdir. Məsələn,NATO çərçivəsində 

baş verən hərbi təlimlə bağlı bütün sorğular,bu tədbirə məsul olan hərbi komandan 

tərəfindən cavab verilir. Əgər, hər hansı gözlənilməyən siyasi problem bu təlimin 

gedişini pozursa(iştirakçılar arasında təlim zonasının konturlarının çızılması müba-

hisəsi),o zaman aparılan siyasəti  izah etmək tapşırığı və problemin aradan qaldırıl-

ması yolları mülki media sözçüsünün çiyninə düşməlidir. 

Eyni şəkildə,əmək bölgüsü üçün tətbiq edilən məntiqlə davam edərək, biz hərbi 

komandanlığa taktiki əməliyytalar(düşmən dəstəsinin tərksilah edilməsi) və ya 

konkret hadisə(karvana bomba hücumu)haqqında informasiya verməsi üçün yaxın-

laşmalıyıq. Lakin,medianın öz maraqlarını hər hansı bölgəyə yox,bütöv NATO si-

yasətinə yönəltməsi başqa məsələdir. Kosovo nümunəsində bunu nümayiş etdirmək 

olar: KFOR İctimai Əlaqələr xidməti sahədə olan beynəlxalq qüvvələrin gördüyü 

təhlükəsizlik tədbirləri haqqında suallara cavab verməlidir, lakin NATO-nun, BMT 

rəhbərliyində gedən gələcək status danışıqlarında mövqeyi haqqında sualın cavabı-

na mülki sözçülər cavab verməlidirlər. 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin