1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə6/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   65

Silahlı Qüvvələr 

 

İndi Silahlı qüvvələrin inkişafının hansı istiqamətdə gedəcəyi məlumdur: şəxsi 

heyətin sayı ordunun qabiliyyəti ilə, say və kütləvilik şəxsi heyət və onun təliminin 

keyfiyyəti ilə, silahların və avadanlığın dəqiqliyi və güclərin qorunması ilə əvəzlə-

nəcək. Qüvvələrin planlaşdırılması,həmçinin onların uzaqlığı, əməliyyat sürəti, ye-

ridilməsi, döyüşə girməsi və dayanıqlığı mühüm dəyər daşıyacaq. Ən əhəmiyyətlisi 

xəbərlərin,kəşfiyyatın,qərar vermə prosesinin müasirləşdirilməsidir ki, öncədən xə-

bərdarlıq edilməyən addımları atmaq imkanlarına sahib olan qabiliyyətləri  əldə 

edəsən, çünki indiki təhlükəsizlik mühiti daha öncədən xəbərdarlıq edilməyən və 

hücum tədbirlərini tələb edir. 

Eyni zamanda yeni təhlükələr mülki hakimiyyətə və polisə terrorcu fəaliyyət, mütə-

şəkkil cinayət, narkotik alveri və qaçaqmalçılıq üzrə daha çox hərbi dəstək verilməsinə 

gətirir. Sülh əməliyyatları,sülhü bərpa etmək və ya saxlamaq əməliyyatlaı ilə müşaiyət 

olunan hərbi müdaxilələri saymasaq, indiki zamanda müdafiə sektoru təhlükəsizliklə 

bağlı çoxlu sayda rollar həyata keçirməyə çağırılır. Zaman-zaman, bu silahlı qüvvələ-

rin, məsələn, dövlət təsisatlarının və ölkənin əhəmiyyətli infrastrukurlarının müdafiəsi, 

kəşfiyyat və hava kəşfiyyatı, patrul və sərhəd idarəetmə xidmətlərinin möhkəmləndiril-

məsi və ya yardım və humanitar məsələlərlə bağlı birbaşa fəaliyyəti də ola bilər. Və ya 

kəşfiyyat məlumatları kimi müdafiə resurslarından, hava və quru nəqliyyatından, rabitə 

və hər növ hərbi avadanlıqdan istifadə oluna bilər. 



 

52

Beləliklə, bugünkü Avropa silahlı qüvvələri ilə bağlı problemin məğzi ondan 



ibarətdir ki, onlar klassik qarşılıqlı əlaqənin məqsədləri,yolları və vasitələri ara-

sındaki strateji çərçivənin iki ziddiyyətli  məqsədləri  arasındakı ziddiyyətlər ilə 

nəticələnən inqilabi dəyişikliklər tələbləri ilə üzləşirlər: müdafiə və təhlükəsizlik, 

və sözün əsil mənasında əmək bölgüsü problemi. Çünki, ən azı önümüzdəki on il-

də müharibə gözlənilmir və ona görə də hakim cərəyan hər  iki məqsədə ardıcıl-

lıqla yanaşaraq bu problemi necə rasionallaşdırmaqdan ibarətdir: müdafiə-ni arxa 

plana qoyub, təhlükəsizliyin tələbatlarını qarşılamağa yönəlmək. Lakin, bu məq-

sədləri qarşılamaq üçün yolları tapmadan vasitələri yenidən dəyişməyin də təhlü-

kələri vardır. Nəzəri olaraq, müdafiə ilə yanaşma yolları dəyişməmişdir. Dövlət-

lər hələ də müdafiənin kütləvi ordu tələb etdiyi qənaətindədirlər. O həqiqətdir ki, 

silahlar daha da təkmilləşdikcə açıq döyüşdə qüvvələrin sıxlığı azalır. Lakin o da 

həqiqətdir ki, gələcəkdə  biz yeni təhlükələrin və döyüşlərin  şəhər və yaşayış 

məntəqələrinə yayılmasının artmasının şahidi olacağıq və belə hallar da qüvvələ-

rin daha çox sıxlığının artmasını tələb edəcək. Və bu hallar sülhməramlı qüvvələr 

və NATO-nun məsuliyyət dəairəsindən kənardakı müdaxilələr üçün də doğrudur. 

Bu cür əməliyyatlar üçün, quru qoşunlarının sayı əməliyyatları aparmaq və perio-

dik olaraq döyüşən qüvvələrin dəyişməsini təmin etmək üçün döyüşə yeridilən  

batalyonların  şəxsi heyətindən  ən azı üç dəfə çox olmalıdır

25

. Praktiki olaraq, 



həm də maliyyənin və müdafiə xərclərinin azalması ilə əlaqədar, dövlətlər öz si-

lahlı qüvvələrinin sayını azaldırlar. Ancaq hələ də məlum deyil ki, mövcud mü-

dafiə və ya təhlükəsizlik üçün hansi yol seçilməlidir. Ancaq bir şey aydındır ki, 

mövcud vasitələrin müdafiə və təhlükəsizlik üçün optimallaşdırılması yararlı de-

yildir. Ona görə də ən mühüm məsələ, müdafiə və təhlükəsizliyin hər iki məqsə-

dini təmin edə biləcək mümkün vasitələrlə yeni yolların tapılmasıdır-təhlükəsiz-

lik sektorunun geniş iştirakı vasitəsilə ordunun ikili rolunun yaratdığı problemlə-

rin həll edilməsi və  əmək bölgüsünun daha dəqiq müəyyən edilmiş sahələrinin 

müəyyən edilməsi.  

Aydındır ki, yeni hərbi təşkilatlar və strukturlar tələb olunur: sayı az, lakin dö-

yüş qabiliyyəti üstün olan. Sabahın silahlı qüvvəlləri daha geniş miqyaslı bacarıqla-

ra sahib olacaq. Silahlı qüvvələrin daha da çevik,çox-tərəfli və xarici hərbi missiya-

lar üçün yararlı və yeridilə bilən formada olması onların xərclərini də artıracaq və 

bu cür saxlanıla bilən qüvvələrin sayı da azalacaq. Kiçik ölkələr üçün bu hal o mə-

na daşıyır ki, onlar bir daha birləşmiş hərbi əməliyyatlar aparmaq üçün lazım olan 

bütün funksiyaların həyata keçirilməsi üçün ahəngli bir milli ordunu sahəyə çıxara 

bilməyəcəklər. Bu daha inkişaf etmiş çoxmillətli əmək bölgüsü, daha çox rol –pay-



laşması və daha çox ixtisaslaşma tələb edəcək. 

                                                            

25

 Uzun müddətli,yüksək sıxlıqlı əməliyyatlara dəyişmələri təmin etmək üçün yeridilə bilən 



qüvvələr tələb olunur: 1/3 yeridilə bilən; 1/3 təlim üçün; 1/3 istirahət və yenilənmək üçün. 

 

53

Ona görə də, daha çox ölkələr kollektiv təhlükəsizlik müqavilələri çərçivəsində 



əməkdaşlıq edəcək, çünki daha az ölkələr bütün təhlükəsizlik tələbatlarını təkbaşı-

na qarşılamaq iqtidarında olacaq. Bu cür gediş, silahlı qüvvələrin xarici qüvvələrlə 



qarşılıqlı uzlaşmasını mənadar edir. Buraya NATO kimi ittifaq ilə ən yüksək hərbi-

siyasi qərar-vermə səviyyəsində müzakirə edilən məsələlər, həmçinin, əməliyyat və 

taktiki səviyyəli məsələlər, o cümlədən, İngilis dili bacarıqları ilə bağlı  məsələlər 

daxildir. Həmçinin, son illərdə  hərbi və  sənaye inteqrasiyası  və  çoxmillətli hərbi 



koalisiya strukturları üzrə tendensiya artan istiqamətdə gedir.  Nato-nun və həmçi-

nin, getdikcə AB-nin məqsədi,məsələn, dərinləşmiş inteqrasiya naminə “mililəş-

miş” müdafiə və təhlükəsizlik siyasətini aradan qaldırmaqdır. Bu ona görə edilir ki, 

inteqrasiya və NATO-nun genişlənməsi, yeni təhlükəsizlik mühitinə NATO-nun tə-

sirini potensial olaraq əhəmiyyətli dərəcədə artırır. NATO –üzvü olmaq istəyənləri 

hazır olduqları zaman NATO-ya qəbul etməklə və digər ölkələri Sülh Naminə Tə-



rəfdaşlıq Proqramı və başqa mexanizmlərələ özlərinin müdafiə sektorunu daha üs-

tün dərəcəli imkanlara və NATO ilə qarşılıqlı uzlaşmaya gətirməklə, o, təhlükəsiz-

liyə qorxu olan yeni təhlükələrlə məşğul olmaq üçün böyük işlər görür. 

Bəs sürətli təkamül dövrü yaşayan və NATO üzvü olmağa müracıət edən ölkə-

lər NATO üzvlüyü üçün nə etməlidir? Onlar minimum olaraq inzibati və hökümət 

bacarığı göstərməli və siyasi,iqtisadi,təhlükəsizlik və hərbi sahələrdə qarşılıqlı uz-



laşma təmin etmə bacarığl nümayiş etdirməlidirlər. Müraciət edənlər ümumi dəyər-

ləri paylaşdıqlarını göstərməli və bu dəyərləri saxlamaq üçün özlərində siyasi iradə 

aşılamalıdırlar. Ancaq o zaman onlar bərabər tərəf kimi,qarşılıqlı hörmət əsasında  

bir yerdə işləmək imkanı qazanacaqlar, güclü zəifə kömək edərək onu güclü edəcək 

və heç kim bir-birinə əmr verməyəcək. Ən yaxşı başlanğıc yeni təhlükəsizlik qor-

xuları kontekstində ittifaq üzvlüyü təməllərinə yeni baxışla yanaşmadır.  İttifaqın 

şərəfli üzvü olmaqdan ötrü,istər NATO ,istərsə də AB-nin Ümumi Xarici və Təhlü-

kəsizlik Siyasəti çərçivəsində olsun, hər bir ölkə  özünü- qorumanın minimumunu 

təmin etməli və başqa müttəfiqlərdən kömək almaq imkanında olmalı və onlara la-

zım olanda kömək etməyi bacarmalıdır. 

Özünü -qoruma artıq özünü –müdafiə mənasında deyil. Bir çox ölkələr hələ də 

potensial xarici hərbi təhlükə ilə üzləşirlər və ona görə də onlar ənənəvi silahlı qüv-

vələr saxlamaq məcburiyyətindədirlər, başqalarıı üçün isə klassik müdafiə artıq tə-

ləb olunmur. Bir çox ölkələr üçün terror təhlükəsi daha da yüksəkdir, başqaları 

üçün isə bu təhlükə aşağıdır. Belıliklə, müasir ittifaqda üzv ölkələr arasında təhlü-

kənin prioritetləşdirilmısi də fərqli olacaq və bu da öz növbəsində onlar tərəfindən 

ayrılan resurslara da təsir edəcəkdir. Eynilə, üzv ölkələrin İttifaqdan alacağı yardım 

da əsaslı şəkildə fərqlənəcəkdir. Yəqin ki, bu ənənəvi hərbi kömək kimi də olmaya-

caq –bu zaman təhlükəsizlik sektoru kömək etməyə hazır olmalıdır. Başqalarına 

kömək məhdud variantlarda da ola bilər, amma edilən köməyin növləri çox ola bi-


 

54

lər. Hərbi variantlara isə güc planlaya bilən və döyüşə girə bilən qüvvələr tələb olu-



nur. Lakin silahlı qüvvələr, ölkə-daxili hallarda təhlükəsizlik qüvvələrinə  dəstək 

vermək üçün kömək etmək bacarığında da olmalıdırlar. Təkcə xərclər deyil, həmçi-

nin, risklər və itkilərlə bağlı məhrumiyyətləri paylaşmaq müttəfiqlərin qərar vermə 

prosesində ən mühüm amillərdən biri olaraq qalacaqdır. Lakin kömək təkcə hərbi 

xaraketli olmaya da bilər. 

NATO və AB ölkələrinin və üzv olmaq istəyənlərin üzləşdiyi digər mühüm 

problem bu yeni təhdidlərlə məşğul olmaq üçün təkcə üzv olmaq istəyən ölkələrin 

təşkilatlarının yeni vəziyyətə uyğunlaşdırılması yox, həm də NATO və AB-nin 

strukturlarının yeni mühitə uyğunlaşdırılması  məsələsidir.  Əməkdaşlıq və koordi-

nasiya üzrə daxili mexanizmlər dəyişilməlidir və ya üzv ölkələrin müxtəlif təhlükə-

sizlik tələbatlarını həll etmək üçün yaradılmalıdır. Bu strukturlar,həmçinin, üzv öl-

kələrin ümumi səylərə töhvə verə bilən və təhlükəsizlik sektoru ilə əməkdaşlığı tə-

min edən xüsusiləşmiş hərbi qabiliyyətlər inkişaf etdirməsi üçün çərçıvə kimi xid-

mət etməlidir. Ona görə  də, ittifaqın genişlənməsi, NATO-nun məhsuldar olması 

üçün zəruri olan və prosedurları sadələşdirən lazımi islahatları aparmaqa məcbur 

edəcəkdir. 

 

Polis 

 

Hər bir dövlətdə adi polis qanun və qayda, ictimai asayiş və cinayətə qarşı mü-

barizəni təmin etməyə məsuldur

26

. Onlar getdikcə daha çox narkotiklər,silah və in-



san alveri,qacaqmalçılıq və qanunsuz miqrasiya ilə bağlı problemlərlə  də  məşğul 

olurlar. Onların işinin təbiəti və onların tutmaq,yoxlamaq, müsadirə etmək və istin-

taq etmək kimi səlahiyyəyləri onu göstərir ki, onların insanların hüquq və azadlıq-

larını məhdudlaşdırmaq üçün geniş imkanları vardır. Bu gün ekspertlər arasındakı 

ümumi firkir ondan ibarətdir ki, adi polisin əsas məqsədi,həm insanların hüquqları-

nın başqaları tərəfindən pozulmasının qarşısısını almaqla, həm də öz vəzifə borcu-

nu yerinə yetirən zaman o hüquqlara hörmət etməklə, insan hüquqlarını qorumaq 

və qanunu həyata keçirməkdir.  İnsan hüquqlarına hörmət etmək,beləliklə, uyğun, 

səmərəli polis xidməti üçün əhəmiyyət daşıyır. Polisin etibarlılığı daha çox onun 

peşəkarlılığından asılı olduğundan polis zabitlərinə, humanitar prinsipləri, konstitu-

siya təminatalarını, mövcud etika kodekslərindən çıxarışları və demokratik qayda-

lara uyğun fəaliyyətlətləri əhatə edən daha çox təlim keçmək lazımdır. 

                                                            

26

 Polis əsasən məsuldur: (1) kriminal elementləri və kriminal fəaliyyəti ayırd etmək və 



lazım olan zaman, pozucuları saxlamaq və  məhkəmə proseslərində  iştirak etmək; (2) 

önləyici tədbirlər vasitəsilə cinayət törədilməsi imkanlarını azaltmaq; (3)  cəmiyyətdə 

təhlükəsizlik hisslərinin yaradılması və saxlanması; (4) dövlətin qanunlarını təşviq emək və 

qorumaq; (5) təcili hallarda başqa xidmətləri də göstərmək. 



 

55

Hər ölkədə vəziyyət fərqli olsa da milli təhlükəsizlik üçün adi polis xidməti yox, 



xüsusi polis birlikləri daha uyğun gəlir. Onlar dövlət səviyyəsində mərkəzləşdiril-

mış şəkildə beynəlxalq terrorçuluq və beynəlxalq mütəşəkkil cinayətlə məşğul ol-

maq üçün lazımdır. 11Sentyabrdan sonrakı dövrdə yaranan iki əsas problem ondan 

ibarətdir ki, çoxlu ölkələrdə polis xidmətinə verilən yer, gizli surətdə aparılan,təh-

lükəsizlik xidmətləri və  kəşfiyyatla qarşılıqlı  əlaqədə olan  terrorçuluğa və mütə-

şəkkil cinayətə qarşı polis mübarizəsinə doğru dəyişmişdir. Nəticədə polis, kəşfiy-

yat və təhlükəsizlik xidmətlərinin sərhədlərinin ortüşməsi  baş verir və şəffaflıq və 

cavabdehliyin aşılanması potensial yaranır. Lakin, anti-terror polis əməliyyatlarının 

əsas qayəsi məhsuldarlığın maksimal səviyyəyə çatdırılmasıdır və o da, hüquqi və 

prosedur təminatların hesabına əldə edilə bilər. Beləliklə, qanunvericiliyin yenidən 

gözdən keçirilməsi  əhəmiyyət daşıyır. Bu bir tərəfdən təhlükəsizlik və  kəşfiyyat 

arasında,digər tərəfdən ixtisaslaşmış hüquq mühavizə orqanları arasında aydın sər-

hədlərin müəyyən edilməsidir.  Eyni zamanda, qanunvericilik rabitə sahəsində,mü-

asir texnologiyalarda əldə edilən inkişafı və kiber-cinayətləri nəzərə almalı və mün-

təzəm surətdə yenilənməlidir. 

Çoxlu ölkələr Beynəlxalq Cinayət Polisı Təşkilatı –İnterpol-un üzvüdür. İnter-

pol beynəlxalq cinayətləri aşkarlamaq və mübarizə aparmaq və digər polis fəaliy-

yətləri ilə bağlı beynəlxalq  əməkdaşlıq və koordinasiya  etmək üçün yaradılmış-

dır.İnterpolun özü sorğu və ya həbslər aparmır, amma cinayət,şübhəlilər və cina-

yətgarlar haqda mərkəzi informasiya nöqtəsi kimi çıxış edir. Siyasi cinayətlər onun 

səlahiyyətinə daxil deyildir. 

Ölkələr,bir qayda olaraq,əsasən ölkə cinayət təhqiqat idarəsində “Vahid-Təmas 

Nöqtəsi” ofisi saxlayırlar və bu ofis 24 saat ərzində beynəlxalq hüquq mühavizə or-

qanlarının sorğularına  və  əməkdaşlığına,kəşfiyyat və informasiya mübadiləsinə 

açıq olur. Bu ofislər, həmçinin, xarici təmas zabitləri üçün də təmas nöqtələri kimi 

xidmət edir və yerli milli İnterpol idarələri də öz mümayəndəsini xaricdəki İnter-

pol, Avropol və beynəlxalq və regional təşkilatlara  və həmçinin, müxtəlif ölkələrə 

göndərir. Aşağıdakı məsələlər üzrə sorğularla bağlı fayllara giriş açıq olur: axtarış-

da olan və itən adamlar; oğurlanmış maşınlar və mülkiyyət ; cinayət keçmişı; əl iz-

ləri; cinayətgarların fotoqrafları; həbsdə olanlar, siyahida olan və olmayan telefon 

abunəçiləri; maşın sahibləri və qeydiyyatı; sürücülük vəsiqəsi; pasportlar; şirkətlə-

rin reyestri; milli reyestr;seçicilərin siyahısı; bank hesabları və vergi məlumatları. 

Avropada, AB-i Ümümi Fəaliyyət Planı adı altında daxili təhlükəsizlik işlərində 

güclü institutlaşmış yanaşma qurmaq üçün təşəbbüslər etmişdir; sərhəd boyu polis 

və hüquqi əməkdaşlığı gücləndirmək üçün tədbirlər görmüşlər; terrorçuları müəy-

yən edən, tutan və həbsə alan siyasətləri ahəngləşdirmişlər; polis-kəşfiyyat əmək-

daşlığının gücləndirilməsi, o cümlədən, polis və magistratlarla birgə təhqiqat qrup-

ları təkmilləşdirilmişdir. AB-i Avrojust təsis etməklə: sərhəd nəzarətini və siyasi sı-



 

56

ğınacaq və immiqrasiya sistemlərini təkmilləşdirmişdir; Avropa həbs orderinin ge-



niş coğrafiyada tətbiqini təsis etmişdir; Avropa üzrə hava nəqliyyatı təhlükəsizliyi

həmçinin, fövqaladə hazırlıq təkmilləşdirilmişdir; terrorçuların maliyyələşdirilmə-

sinin mənbələrini kəsmək üçün və çirkli pulların dövriyyəsinə qarşı səmərəli müba-

rizə üçün maliyyə və iqtisadi siyasət üzrə addımlar atmışdır. Bu səylər, sadəcə ayrı-

ayrı ölkələrdə  həyata kecirilməli deyil, onlar çoxtərəfli səviyyədə koordinasiya 

edilməli və sinxron şəkildə həyata keçirilməlidir. Regional əməkdaşlıq proseslərin-

də və informasiya mübadiləsində iştirak edən faktiki olaraq bütün ölkələr koordina-

siya problemlərinin mövcud olduğunu boyunlarına alırlar. Və çoxları bu problem-

lər həll olunmadıqda ortaya çıxan ilk çətinliklərlə üzləşmişlər. Çoxları da son illər 

ərzində mühüm təcrübələr qazandılar  və idarələr -arası koordinasiya və hesabatlılı-

ğı  təkmilləşdirmək üçün yeni metodlar hazırladılar. Beləliklə sonda dövlətlər bu 

öyrəndikləri təcrübələri həyata keçirməyə yönəldilər və idarələr-arası proseslərin 

rəsmi hissəsi kimi daha da birləşmiş planlaşdırmalar hazırladılar. 

Demokratik polis idealı

27

 aşağıdakı təşkilatı vasitələrlə dəstəklənə bilər: istintaq 



edən,həbs edən,mühakimə edən və cəza verənlər arasında aydın əmək bölgüsü; sə-

lahiyyətləri məhdudlaşdıran və  nəzarət jurnalı  yaratmağa çalışan hərbi-xarakterli 

bürokratik struktur; vahid monolit idarə yox, yarışan polis idarələrinin yaradılması;  

polis davranışını müşahidə edən və daxildə yüksək səviyyədə müəyyən yoxlamala-

ra izn verən kənar idarələr; adi polis hər an tanına bilir, bir tərəfdən xidməti forma-

da adı  və  vəsiqə nömrəsi ilə  və aydın işarələnmiş maşınları  və digər tərəfdən isə 

şəxsiyyəti gizli qalan və yaxşı qorunan xüsusi gizli polis; təyinatlarda daha çox də-

yişimlər; ən azı  cəmiyyətin orta səviyyəsində maaş və iş şəraiti və kazarmalarda 

yox, xidmət etdikləri icmada yaşayış. 

Bu səylər o inanca gətirir ki, əgər səlahiyyətlər sıxılsa azadlıqlar çox ehtimalla 

qorunacaqdır: yəni  əgər yarışan idarələr bir –birini izləyirlərsə;  əgər adi polisin 

kimlikləri və fəaliyyətləri görünürsə: xüsusi polisin fəaliyyəti parlament qarşısında 

məsuldursa, və  əgər gizli polis əməliyyatlarında iştirak edənlərin kimlikləri yaxşı 

qorunursa. 

 

Kəşfiyyat və Təhlükəsizlik İdarələri 

 

Yeni Təhlükəsizlik Birliyinin həlledici elementləri olaraq, kəşfiyyat, əks-kəşfiy-

yat və xüsusiləşmiş təhlükəsizlik və hüquq mühavizə xidmətləri xüsusi problemlər-

lə üzləşirlər. Transnasional təhlükələrin heç biri durğunluq dövründə deyil. Xüsusi-

lə də, beynəlxalq terrorçu və cinayətgar qruplar dövlətlərdən daha tez vəziyyəti öy-

                                                            

27

 Marx, Gary T., Police and Democracy, in Amir, M. & Einstein, S. (eds.), Policing, 



Security and Democracy: Theory and Practice, at:  

http://www.mit.edu/gtmarx/www/dempol.html 



 

57

rənib ona özlərini uyğunlaşdırırlar. Beləliklə,kəşfiyyat və təhlükəsizlik idarələrinin 



artıq onlarla eyni addımlamaları kifayət deyil: ona görə də onlar öncədən hiss et-

məli və önə çıxmalıdırlar. Sürət və cəldlik terrorçuluğa qarşı mübarizədə həlledici-

dir və eləcə də ölkəyə qarşı yönəlmiş digər təhdidlərlə bağlı da çox vacibdir. Ancaq 

kəşfiyyat nə qədər uğurla önümüzdəki təhdidləri hiss etsə də onların hamısını ayırd 

edə bilməz. Beləliklə, kəşfiyyat və təhlükəsizlik idarələri öz təşkilatlarını dəyişik-

liklərə daha asan və sürətlə uyğunlaşdırmaq üçün bacarıqlara  və  nəticədə daimi 

transformasiyaya malik olmalıdırlar. Bundan ötrü dəyişən prioritetlərə cavab ver-

mək üçün resursların,adamların və pulun yerdəyişmələri üçün onlara çeviklik lazım 

gələcək. Onlar sadəcə yeni sahələr üzrə  təcrübələri olan və yeni profilli adamları 

tapıb və inkişaf etdirməklə kifayətlənməməli, məlumatlar lazım olan xarici ölkələr-

də  və yeni mühitlərdə oxumalı  və  işləməlıdirlər. Onlar, həmçinin, özlərini indiki 

zamanda yeni məna daşıyan daxili məsələlərlə məşğul olmaq üçün də uyğunlaşdır-

malıdırlar: immiqrasiya; etnik azlıqlar; ekstremizm; ksenofobiya və sosial birlik-bu 

problemlər bütün demokratik ölkələrə böyük mənada təsir dərəcəsinə malikdirlər. 

Təhlükənin təbiətinin dəyişməsi, kəşfiyyat xidmətləri  və onların təhlükəsizlik 

xidmətlərində  və polis təşkilatındakı  tərəfdaşları arasında yaxın  əməkdaşlıq tələb 

edir.  İllər  ərzində, lazımi səbəblərdən hakimiyyətin bölünməsi və daxili-xarici 

əmək bölgüsü, bu iki orqanın arasında kəşfiyyat məsələləri üstündə çox fərqli mü-

nasibət yaratdı. Nəticədə onların bir yerdə işləməsi üçün, lazımi dərəcədə qarşılıqlı 

əlaqə qurmaları üçün çətinliklər yaranır. Bu inamı və ya rəqiblər arasında öz kiçik 

“imperiyalarını” qorumaq üçün  “nüfuz dairəsi uğrunda mübarizə” yox, daha çox  

aşmağı asan olmayan dərin fəlsəfi və  mədəni fərqliliklər məsələsidir.Bu məsələ 

təkcə milli xidmətlərə və ikitərəfli əməkdaşlığa yox, daha çox dərəcədə beynəlxalq 

təşkilatlara və çoxtərəfli təşkilatlara təsir edir. 

Kəşfiyyat və  məlumat mübadiləsinin təkmilləşdirilməsinin böyük əhəmiyyəti  

vurğulanmaya bilməz. Təcili surətdə tələb olunan təkmilləşmə baş tutmazsa, milli  

dövlətlər və həmçinin, beynəlxalq təşkilatlar, bir sözlə, meydana gələn yeni təhlü-

kələri aradan qaldırmağa müvəffəq olmayacaqlar.Təkmilləşmə həm ölkədaxili ida-

rələr və  təsisatlar arasında və  həm də, ölkələr araında baş verməlidir. Bu baxım-

dan,müxtəlif ölkələrdəki fərdlər və idarələr arasında inam şəbəkələri yaradılmalı-

dır,çünki kəşfiyyat və məlumatların gecikmədən paylaşması bilavasitə inam əsasın-

da baş verir. Əgər qarşılıqlı inama əsas yoxdursa, o zaman hökümətlərin məlumat 

mübadiləsi haqqında qanunverici sənəd qəbul etməsi də mənasıdır.Hökümətlər da-

ha çox qeyri rəsmi inam yaradan mexanizmlərdən istifadə haqda fikirləşsələr daha 

yaxşi olar. Bu modellər NATO-da kəşfiyyat mübadiləsi imkanlarının yaxşılaşdırıl-

ması üçün hazırlanlb və həyata keçirilir. 



 

 

 

58

Müdafiə və Təhlükəsizlik Sahəsində Əmək Bölgüsü Dəyişən Vəziyyəylərdə 



 

Hökümətlər hakimiyyətə siyasətlərini həyata keçirmək üçün gəlirlər və seçicilər 

hökümətin hadisələrə hazır olmalarını və hadisələri idarə etmələrini gözləyirlər. Bu 

siyasətlərin bir qismi müdafiə  və  təhlükəsizlik vəsaitlərinin istifadəsini tələb edir  

və gözlənilməyən təsadüfi hadisələr meydana gəldikdə onların istifadəsini nəzərdən 

keçirmək zərurəti ortaya çıxır. Bu cür təsadüfi hadisələr müxtəlif formalarda: təbii 

və insan tərəfindən törədilən fəlakətlərlər zamanı; vətəndaş itaətsizliyi və iğtişaşlar 

zamanı; terror təhlükəsi zamanı; üsyan və müharibə zamanı meydana gəlir. Bu ha-

disələrin çoxu vəziyyətin dəyişməsi ilə ümumilik təşkil edir və müdafiə və təhlükə-

sizlik qüvvələrinin yeridilməsini və işə qarışmasını qaçılmaz  edir. Biz dəyişən və-

ziyyətlərdə müdafiə və təhlükəsizlik sahəsində əmək bölgüsü nümunələrinə üç hal-

da baxacağıq: (1) təbii fəlakətlər; (2) iğtişaşlar; və  (3) “fövqaladə vəziyyət”. 



  

Təbii Fəlakət  

 

Təbii fəlakət

28

 təhlükəli hadisəinin nəticəsi və ya təsiri ilə olur və təhlükəli hadi-



sə o zaman baş verir ki, insan fəaliyyətləri və təbiət fenomeni( yəni, insan varlığına 

təsir etməyən fiziki hadisələr, o cümlədən vulkan püskürməsi,zəlzələ,torpaq sürüş-

məsi və s.) üst-üstə düşür. 

Ortaya çıxan bədbəxt hadisələr və ya mülkiyyətə dəyən zərər əhalinin bu fəlakə-

tə müqavimət göstərmək və ya fəlakətdən çıxmağa kömək etmək imkanından asılı 

olacaq. Fəlakət sosial dağıntı olub fərdin, əhalinin və ya dövlətin istənilən səviyyə-

sində baş verə bilər.  İnsanların maraqları olmayan yerlərdə, təbii fəlakət təhlükə 

yaratmır, həm də təbii fəlakətlərlə nəticələnmir. Bu anlam aşağıdakı kimi formal-

laşmışdır:” fəlakətlər o zaman baş verir ki,təhlükələr müdafiəsiz yerlərlə rastlaşır-

lar”. 


Fəlakəti aradan qaldırılması dörd cür fəaliyyəti əhatə edir: zərərin azaldılması, 

hazırlıq, cavab, və bərpa. 



Zərərin azaldılması, fəlakətin yenidən baş verməsinin qarşısını almaq üçün və 

ya fəlakətin nəticələrini azaltmaq üçün edilir. Bu uyğun məsrəflərlə başa gəlirsə, ən 

üstün sayılan metoddur. Zərərin azaldılması qar sürüşməsi,sel və aclığın qarşısının 

alınması,sağlıq tədbirləri və elektrikin,suyun və kanalizasiyanın sıradan çıxdığı hal-

llarda praktiki sayılır. 

Hazırlıq mərkəzi, regional fövqaladə əməliyyat mərkəzləri yaradılmasından təş-

kil olunur və bir çox hallarda, mülki hərbi koordinasiya və ölkədaxili fövqaladə 

                                                            

28

 Qar uçqunu, qar fırtınası və çovğun, quraqlıq, zəlzələ, epidmeiya, aclıq,meşə yanğını,sel, 



dolu yağışı,istilik dalğası, qasırğa,buz fırtınası, volkanik elementlərin axını, yer sürüşməsi 

və torpağın çökməsi, boran, sunami, vulkan püskürməsi. 



 

59

halların idarəetməsi, praktik modeli kimi də rol oynayır. Digər tədbirlərə, hökümə-



tin davamlı olaraq tibbi ehtiyatlarını,strateji neft yataqlarını,taxıl bunkerlərini və 

başqa əsas yemək məmulatlarını uçota alması daxildir. Sonrakı hazırlıqlar cavab və 

bərpa mərhələlərində təlim,ehtiyatlar və avadanlığın istifadəsini nəzərdə tutur. 

Cavab tədbirləri  fövqaladə xidmətləri səfərbər edir. Ümumiyyətlə,fövqaladə 

xidmət ilk növbədə  yanğınsöndürmə və ya polis xidmətlərinə dispeçer rolunu oy-

nayır. Onların öncədən müəyyən edilmiş kriteriyaları fövqaladə xidmətlərin koor-

dinatoru ilə əlaqəyə girmək imkanı verir və fövqaladə əməliyyat mərkəzini işə salır 

və məlumat toplayıb ehtiyacları prioritetləşdirmək üçün hadisə yerinə ekipaj gön-

dərir. Həyatı və mülkiyyəti xilas etmə üzrə ən effektiv xidmətlər mərkəzdən idarə 

olunan xidmətlərdir, o cümlədən yanğn söndürənlər, polis, icma fövqaladə cavab 

dəstələri və siğınacaq qrupları olan Qırmızı Xaç cəmiyyətidir. 



Bərpa  zərər çəkmiş infrastrukturun,bütün növ rabitənin,binaların və istehsalat 

müəsisələrinin yenidən qurulmasını  və insanların normal həyata dönməsini  əhatə 

edir. Bu ən uzun və sonucda cox baha başa gələn mərhələdir. Zərərin azaldılmasına 

yönəlmiş resurslar və  bərpa üçün əşyalar fəlakətdən öncə paylanarsa, fəlakətdən 

sonrakı sosial uğursuzluqlar aradan qaldırıla bilər. Öncədən qurulmuş az saylı in-

frastruktur bərpaya çox kömək edərdi. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə