598. Mantedc sınıq-çıxığını əllə qapalı repozisiyası zamanı gips langeti ilə immobilizasiyaya qədər nə olunmalıdır?
A) Mil sümüyünün baş hissəsinin düzəldilməsi və dirsək sümüyü sınığının repozisiyası
B) Dirsək sümüyünün repozisiyası+ mil başının düzəldilməsi
C) Mil sümüyün başının tam düzəldilməsi
D) Dirsək sümüyünün repozisiyası
E) Öz oxu boyunca tam traksiya
599. Said sümükləri sınığının cərrahi əməliyyatına mütləq göstərişlərə nələr aiddir?
A) Saidin hər iki sümüyünün orta 1/3-nin tam yerdəyişmə ilə sınığı
B) Saidin hər iki sümüyünün müxtəlif yerlərdə sınığı
C) Mil sümüyünün orta 1/3-nin tam yerdəyişmə ilə sınığı
D) Said sümüklərinin həmin ətrafda qan təchizatının pozulmasına səbəb olan sınıqları
E) Dirsək sümüyünün 1/3-nin tam yerdəyişmə ilə sınığı
600. Mil sümüyünün sınığı zamanı yuxarı ətrafın böyümə və inkişafında deformasiya aşağıdakılardan hansı olduqda baş verir?
A) Epimetafizar sınıq yerdəyişmə ilə olduqda
B) Proksimal epifizi sınığında
C) Epifizar yerdəyişmə ilə
D) Epifizin yerdəyişmə olmadan inkişaf zonasının sıxılmasında
E) Mil sümüyünün distal epifizini epifiziolizində eninə yerdəyişmə
601. Bud sümüyü başının arxa çıxığı zamanı nə baş verir?
A) Bud-çanaq və diz oynağında yüngül bükülür, içəriyə rotasiya olunur
B) Bud-çanaq oynağında maksimal bükmə və diz oynağında açma
C) Düzəldilir, bayırı rotasiya və aparılır
D) Bud-çanaq və diz oynağında bükülür və uzaqlaşır
E) Bükülür və bayıra rotasiya olunur
602. Körpücük sınığının cərrahi müalicəsinə göstəriş hansıdır?
A) Tam yerdəyişmə ilə köndələn sınığı zamanı
B) Əməliyyat göstəriş deyil
C) Böyük yerdəyişmə ilə qəlpəli sınığı zamanı
D) Bütün növ sınıqları zamanı
E) Böyük bucaq altında yerdəyişmə ilə sınığı zamanı
603. Bazu sümüyünü iç kondilusunun qopmuş sınığı zamanı əsasən nə zədələnir?
A) Dirsək siniri
B) Mil siniri
C) Orta sinir
D) Əzələ-dəri siniri
E) Sinir zədələnmir
604. Erkən yaşlı uşaqlarda epifizeoliz müalicə olunmazsa sonradan o hansı ağır fəsada səbəb olar?
A) Ətrafın qısalması
B) Kontraktura
C) Ankiloz
D) Varus deformasiyası
E) Valgus deformasiyası
605. Uşaqlarda qamış sümüyünün oynaqdaxili yerdəyişmə ilə zədələnməsi zamanı optimal müalicə taktikasına nə daxildir?
A) Açıq repozisiya+ osteocintez
B) Skelet dartması
C) Açıq repozisiyası
D) Aparatla müalicə
E) Təftiş+ gipslə immobilizasiya
606. Qamış sümüyünün sınığı zamanı cərrahi müalicəyə mütləq göstərişlər hansıdır?
A) Qapalı oynaqdaxili yerdəyişmiş sınıqlar
B) Bütün növ yerdəyişmiş sınıqların
C) Hər iki baldır sümüklərinin bucaq altında yerdəyişmiş metafizar sınıqların
D) Bütün növ yerdəyişmiş sınıqlarda interpozisiya olduqda
E) Hər iki baldır sümüklərinin qapalı diafizar sınıqların
607. Metadiafizar sınıqlarda gips langetində ikincili yerdəyişməni aşkar etmək üçün nəzarət rentgen şəkil nə vaxt aparılmalıdır?
A) 6-7-ci sutkada
B) Kontrol rentgen müayinə vacib deyil
C) 10-14-cü sutkada
D) 3-5-ci sutkada
E) 2-ci sutkada
608. Uşaqlarda sınıqlar zamanı cərrahi müalicəyə əks göstəriş hansıdır?
A) Sınıq nahiyəsinin infeksiyalaşmış yarası
B) Sümük fraqmentlərinin rotasiya ilə oynaqdaxili sınıqlar
C) Çoxsaylı nəticəsiz repozisiyalar
D) Yumşaq toxumaların interpozisiyası
E) Düzgün bitişməyən sınıqlar
609. “Yapışmış pəncə” simptomuna nə xarakterikdir?
A) Qalçanın ön-aşağı tininin qopması
B) Ön-üst qalçanın tininin qopması
C) Oma-qalça birləşməsinin qopması
D) Qasıq sümüyünün horizontal şaxəsinin sınığı
E) Qalça sümüyünün qanadının sınması
610. “Qurbağa” məcburi vəziyyəti nə üçün xarakterikdir?
A) Çanaq həlqəsinin sınığı zamanı
B) Hər iki oturaq və qasıq sümüklərinin sınığı zamanı
C) Ön-üst qalça tininin qopması zamanı
D) Oturaq qabağının apofizini qopmuş sınığı zamanı
E) Oma-qalça birləşməsinin qopması zamanı
611. Qasıq birləşməsinin travmatik qopması zamanı stasionarda xəstəni hansı vəziyyətdə qoymaq məsləhətdir?
A) “Hamakfiksator” ilə çanağı sıxmaq və qaldırmaq, balkan kəməri ilə bərkitmək
B) Xüsusi vəziyyət tələb olunmur
C) Aşağı ətrafdan birinə skelet dartması qoymaq
D) Horizontal vəziyyətdə hər iki aşağı ətrafa skelet dartması qoymaq
E) Horizontal şəkildə “qurbağa” vəziyyəti vermək
612. Çanaq həlqəsinin bütövlüyü sınığı zamanı nə pozulmur?
A) Qasıq və oturaq sümüklərinin dioqanal vəziyyəti
B) Arxa yarım həlqə hissə
C) Malgeniya
D) Ön yarımhəlqə
E) Oma-qalça birləşməsi
613. Çanaq həlqəsinin tamlığı nə vaxt pozulur?
A) Qasıq sümüyünün sınığı zamanı
B) Oturaq və qasıq sümüklərinin birtərəfli sınığında, simfizin aralanmasında
C) Oturaq sümüyünün sınığı zamanı
D) Oturaq sümüyünün qabarının qopması zamanı
E) Qalça sümüyünün kənarı sınığında
614. Çanaq sümüklərinin sınığı zamanı optimal şok əleyhinə müalıcəyə nələr daxildir?
A) “Qurbağa” vəziyyəti verərək fiksasiya, Şkolnikov-Selivanov üsulu ilə çanaqdaxili novokain blokadası, infuzion terapiya, hemotransfuziya
B) Immobilizasiyasız müalıcəvi narkoz
C) Ayaqların düzəldilərək şina ilə fiksasiya edilməsi, sınıq nahiyəsinə novokain vurulması
D) Venadaxili narkotik vurulması, passiv transfuzion müalicə
E) Venadaxili narkotik vurulması, maye köçürülməsi
615. Çanaq sümüklərinin qamış sümüyünün proksimal metafizinin müştərək sınığında skelet dartması nə vaxt göstərişdir?
A) Kənarı yerdəyişmiş sınığı zamanı
B) Ön və arxa yarımhəlqənin birtərəfli sınığında, çanağın yerdəyişməsi halında
C) Arxa yarımhəlqənin yerdəyişmiş sınığı zamanı
D) Göstəriş deyil
E) Ön yarımhəlqənin yerdəyişmiş sınığı zamanı
616. Çanağın müştərək zədələnmələrində xəstənin ağırlıq vəziyyəti necə müəyyən edilir?
A) Hipovolemiya, afferent patoloji impulsasiya
B) Periferik kapilyarların spazmı
C) Metabolik asidoz
D) Baş-beyin ödemi
E) Tənəffüsün pozulması
617. Uşaqlarda yol-nəqliyyat hadisəsi zamanı əmələ gələn politravma zamanı üstünlüyü nə təşkil edir?
A) Kəllə-beyin travması, daxili orqanların zədələnməsi və aşağı ətrafların zədələnməsi
B) Yuxarı və aşağı ətrafın zədələnməsi
C) Kəllə-beyin travması
D) Çanaq və yuxarı ətrafın zədələnməsi
E) Onurğa və çanağın zədələnməsi
618. Hündürlükdən yıxılma zamanı üstünlüyü nə təşkil edir?
A) Kəllə-beyin travması, daxili orqanların zədələnməsi
B) Kəllə-beyin travması, ətrafların zədələnməsi
C) Ətrafların zədələnməsi
D) Kəllə-beyin travması, ətrafların zədələnməsi, çanaq və daxili orqanların zədələnməsi
E) Çanağın və ətrafların zədələnməsi
619. Çanaq sümüklərinin çoxsaylı sınıqlarında, budun sınığı, dalağın əzilməsi, bədənin əziyi və sıyrıntılarında ən mühüm zədələnməyə hansılar aiddir?
A) Çanaq sümüyünün sınığı
B) Bədənin çoxsaylı sıyrıntıları
C) Bud sümüyünün sınığı
D) Bədənin çoxsaylı əziyi
E) Dalağın əzilməsi
620. Xəstənin ümumi vəziyyətinin ağırlığının qiymətləndirilməsinə hansılar aiddir?
A) Mərkəzi hemodinamikanın dəyişməsi+kəskin tənəffüs çatışmazlığı
B) Mərkəzi venoz təzyiqin səviyyəsi
C) Kəskin tənəffüs çatışmazlığı
D) Ürək aritmiyası
E) AT səviyyəsi
621. Qeyd olunan kliniki əlamətlərlə müşahidə olunan politravma zamanı: burun-dodaq ücbücağında nəzərə çarpan sianoz, tezləşmiş səthi tənəffüs, döş qəfəsinin sağ yarısı üzərində timpanik perkutor səs, ürək sərhədlərinin sola yerdəyişməsi. Bunlara səbəb olan patologiyaya hansı aiddir?
A) Qapalı gərginlik pnevmotoraksı, ağ ciyər cırılması
B) Qaraciyər və diafraqmanın cırılması
C) Ürəyin əzilməsi
D) Diafraqmanın cırılması
E) Açıq pnevmotoraks
622. Qeyd olunan kliniki əlamətlərlə müşahidə olunan müştərək kəllə-beyin travmaları zamanı M-exo 4 mm yer dəyişir, həmin tərəfdə hemiparez və midriaz müşahidə olunur. Bu gəstərilənlərdən hansına uyğundur?
A) Baş-beyin əzilməsi
B) Baş-beyin silkələnməsi
C) Kəllədaxili travma
D) Subaraxnoidal qanaxma
E) Baş-beyin kötüyünün əzilməsi
623. Politravma ilə körpə uşaqlarda skeletin ilkin müayinə üsullardan ən vacibinə hansıları aiddir?
A) Travmanın mınımal və yerli əlamətlərinin üzə çıxarılması üçün ardıcıl və sistemli müayinələr
B) Teploqrafiya, USM
C) Rentgentomoqrafiya
D) Kompyütertomoqrafiya
E) Rentgenoloji
624. On iki yaşlı uşaqda ilkin baxış zamanı budun sınığı aşkar edilib və çanaq sümüklərinin sınığına, dalağın zədələnməsinə şübhə yaranıb. Optimal müalicə-diaqnostik tədbirlər sırasına (xəstəxanaya qədər promedol vurulub) hansılar daxildir?
A) Transport immobilizasiyası+rentgenoloji müayinə, mərkəzi venanın kateterizasiya+plazma əvəzedicisinin köçürülməsi+ qan qrupu və rezus-faktorun təyini, laparotomiya
B) Transport immobilizasiyası+mərkəzi venanın kateterizasiya+ qan əvəzedicilərin köçürülməsi +laparotomiya
C) Rentgenoloji müayinə+periferik venaların kateterizasiyası+laparotomiya
D) Budun transport immobilizasiyası+laparotomiya
E) Bud sınığına görə ağrısızlaşdırma, Skolnikov-Silivanov üsulu ilə çanaqdaxili blokada, zədələnmiş ətrafın transport immobilizasiyası, rentgenoloji müayinə
625. Onurğanin və çanaq sümüklərinin sınığı ilə xəstənin evakuasiyası zamanı optimal vəziyyət necə verilməlidir?
A) Xərək üzərində, arxası üstə onurğanin “oxunun təhlükəsizliyini” gözləməklə, baş-gövdə-çanaq-ətraflar eyni səviyyədə
B) Əhəmiyyət kəsb etmir
C) Xərəkdə “qurbağa”vəziyyəti verməklə
D) Xərəkdə qarın üzərində
E) Xərəkdə yanı üstə
626. Dərinin geniş posttravmatik soyulmasının optimal müalıcə taktikasına hansı daxildir?
A) Dərı dilimi kəsilib götürülərək effektiv Krasovitov üsulu ilə plastikası
B) Konservativ tədbirlər:Soyuq, məlhəmlə sarğı və s.
C) Yerli toxumalarla dəri plastikası
D) Ciblərin drenə olunaraq mayenin passiv aspirasiyası
E) Yara nahiyəsinə tikişlərin qoyulması
627. Uşaqlarda politravma zamanı xəstəxanaya qədər optimal müalicə tədbirlərinə hansılar aiddir?
A) Oksigenlə təminat, qanaxmanın müvəqqəti dayandırılması, zədə nahiyəsinin yerli ağrısızlaşdırılması, transport immobilizasiyası
B) Plazmaəvəzedicilərin köçürülməsi,süni tənəffüs, transport immobilizasiyası+ağrıkəsicilərin yeridilməsi
C) Qeyd olunanların hamısı
D) Plazmaəvəzedicilərin köçürülməsi,süni tənəffüsün verilməsi, transport immobilizasiyası+narkotiklərin yeridilməsi
E) Plazmaəvəzediciləri, süni tənəffüs, transport immobilizasiyası
628. Qəbul şöbəsinə qatarın altında qalmış 10 yaşında uşaq gətirilib. Onda baldirin aşağı 1/3-də qopması var. Xəstəxanaya qədər uşağa bud nahiyəsinə qandayandırıcı sıxıcı qoyulub, narkotik vurulub. Stasionarda optimal müalicə-diaqnostika tədbirlərinə hansılar daxildir?
A) Uşağın soyundurulmadan baxılması, rentgen müayinə aparılması və təcili əməliyyat otağına verilməsi
B) Qəbul şöbəsində baldirin yuxarı 1/3-nə sirkulyar novakain blokadası olunur.
C) Qəbul şöbəsində uşağın soyundurularaq təcili əməliyyat otağına verilməsi və təcili əməliyyatın başlanması
D) B bəndinə göstərilənlər olunur və cərrahi əməliyyat həyati-vacib funksiyaların tam bərpa olunmasına qədər 5-6 saat təxirə salınır.
E) Qəbul şöbəsində uşağa soyundurularaq reanimasiya (palataya) şöbəsinə verilir, sonra periferik venaların kateterizasiyası olunur.
629. Kəllə-beyin travması ilə birgə ətrafların sınıqları zamanı kompression-distraksion osteosintezin icra olunmasına mütləq göstərişə hansılar aiddir?
A) Ətrafların yerdəyişmə ilə böyük seqmentli açıq metadiafizar sınığı
B) Saidin hər iki sümüyünün qapalı sınığı
C) Ətrafların yerdəyişməsiz böyük seqmentli qapalı metadiafizar sınığı
D) Böyük oynaqlarda oynaqdaxili sınıq
E) Baldırın hər iki sümüyünün qapalı köndələn sınığı
630. Uşaqlarda sınıqların müalicəsində hansı üsulun tətbiqi daha məqsədə uyğundur ?
A) Birmamentli repozisiya və gips longeti qoymaq
B) İntramedulyar osteosintez
C) Skelet dartması
D) Lövhə qoyulması
E) Açıq repozisiya
631. Göstərilən sınıqlardan hansı uşaqlar üçün daha xarakterikdir?
A) Yaşıl budaq tipli sınıq
B) Qəlpəli
C) Bucaqaltı yerdəyişmə
D) Köndələn
E) Çəp
632. 13 yaşında oğlanın xayalığının sol yarısında üzümsalxımı şəklində şişkinlik və arabir ağrı qeyd edilir. Bu hansı patologiya da müşahidə olunur?
A) Varikosele
B) Kriptorxizm
C) Qasıq-xayalıq yırtığı
D) Hidrosele
E) Ektopiya
633. Baxış zamanı uşaqda xayalardan biri xayalıqda qeyd olunmur. İlkin diaqnoz nədir?
A) Kriptorxizm
B) Varikosele
C) Hidrosele
D) Qasıq yırtığı
E) Qasıq-xayalıq yırtığı
634. Baxış zamanı uşaqda xayalardan biri xayalıqda qeyd olunmur. Palpasiyada xaya aralıq nahiyyəsində əllənir. Diaqnoz nədir?
A) Xayanın ektopiyası
B) Kriptorxizm
C) Anorxizm
D) Varikosele
E) Hidrosele
635. Qasıq yırtğını qeyd olunan patologiylardan hansı ilə differensasiya etmək lazım gəlir?
A) Qasıq limfadeniti
B) Varikosele
C) Əlaqəli xaya hidropsu
D) Spermatosele
E) Monorxizm
636. Qasıq yırtığını qeyd olunan patologiylardan hansı ilə differensasiya etmək lazım gəlir?
A) Toxum ciyəsinin sisti
B) Varikosele
C) Monorxizm
D) Anorxizm
E) Kriptorxizm
637. Qeyd olunanlardan hansı xayaların inkişaf anomaliyasına aid deyil?
A) Hipospadiya
B) Kriptorxizm
C) Anorxizm
D) Monorxizm
E) Poliorxizm
638. Qeyd olunanlardan hansı cinsiyyət üzvünün inkişaf qüsurlarıdır?
A) Hipospadiya, epispadiya
B) Hipospadiya, hidrosele
C) Spermatosele, varikosele
D) Epispadiya, spermatosele
E) Epispadiya, varikosele
639. Qasıq-xayalıq yırtığı ilə hidroselini differensasiya etmək üçün istifadə olunan ən sadə müayinə üsulu hansıdır?
A) Diafonoskopiya
B) Rentgen müayinə
C) Laborator müayinə
D) Ultrasəs müayinə
E) Sidiyin ümumi müayinəsi
640. Peritonun yataq çıxıntısının obliterasiya prosesinin pozulmasına aşağıda qeyd olunanlardan biri aid deyil?
A) Xayanın ektopiyası
B) Qasıq-xayalıq yırtığı
C) Əlaqəli xaya hidropsu
D) Toxum ciyəsinin sisti
E) Qasıq yırtığı
641. Qeyd olunan patologiyalardan hansına qarında kəskin tutmaşəkilli ağrı xarakterikdir?
A) Kəskin bağırsaq keçməzliyi - invaginasiya
B) Kəskin appendisit
C) Portal hipertenziya
D) Hirşprunq xəstəliyi
E) Birincili peritonit
642. Qeyd olunan endokrin patologiylardan hansında qarında ağrı ola bilər?
A) Diabetik ketoasidoz
B) Şəkərsiz diabet
C) Hipotireoz
D) İtsenko-Kuşinq xəstəliyi
E) Tireotoksikoz
643. Xəstənin qarnında kəskin tutmaşəkilli ağrı ilə bərabər düz bağırsaqdan qanlı möhtəviyyatın xaric olması hansı patologiya zamanı müşahidə edilir?
A) Kəskin bağırsaq keçməzliyi - invaginasiya
B) Kəskin pankreatit
C) Yumurtalıq sistinin partlaması
D) Yumurtalığın burulması
E) Kəskin xolesistit
644. Qeyd olunan patologiyalardan hansında qarında kəskin ağrı ilə bərabər dəridə hemorragik səpgi müşahidə edilir?
A) Şenleyn-Henox xəstəliyi
B) Qəbizlik
C) Kəskin qastroenterit
D) Kəskin pankreatit
E) Peritonit
645. Qarında ağrı ilə yanaşı düz bağırsaqdan qanaxmanın olması qeyd olunan patologiyalardan hansında müşahidə olunur?
A) Mekkel divertikulu
B) Xoledox sisti
C) Kəskin xolesistit
D) Obturasion bağırsaq keçməzliyi
E) İkincili peritonit
646. Qarında kəskin ağrı qeyd olunan patologiyalardan hansında olmur?
A) Bronxial astma
B) Krupoz pnevmoniya
C) Kəskin xolesistit
D) Böyük piyliyin burulması
E) Kəskin appendisit
647. Qeyd olunan patologiyalardan hansında qarında kəskin ağrı ola bilər?
A) Sağ aşağı pay pnevmoniyası
B) Bronxial astma
C) Kəskin bronxit
D) Paraproktit
E) Mastit
648. Qarında kəmərvari ağrı və qusma qeyd olunan patologiyalardan hansına xarakterikdir?
A) Kəskin pankreatit
B) Kəskin appendisit
C) Peritonit
D) Enterokolit
E) Mekkel divertikulu
649. Uşaq qarnında xüsusən də sağ qalça çuxurunda ağrının olmasından şikayət edir. Həkim xəstənin palpator müayinəsini qarnın hansı hissəsindən başlamalıdır?
A) Sol qalça çuxuru
B) Sağ qalça çuxuru
C) Sağ qabırğaltı nahiyyə
D) Sol qabırğaltı nahiyyə
E) Epiqastral nahiyyə
650. Xəstə də qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası zamanı Kloyber kasacıqları və horizontal səviyyələr qeyd olunur. Bu hansı patologiya üçün xarakterikdir?
A) Bağırsaq keçməzliyi
B) Mədə xorası
C) Onikibarmaq bağırsaq xorası
D) Kəskin pankreatit
E) Kəskin xolesistit
651. Uşağın valideynləri uşaqda qarın boşluğunda kəskin ağrının olması şikayətləri ilə klinikaya müraciət ediblər. Qarın boşlunun ayaqüstə rentgenoqrafiyası zamanı sağ diafraqmaltı sahə də hava qeyd edilmişdir. Diaqnozunuz nədir?
A) Mədə xorasının perforasiyası
B) Kəskin pankreatit
C) Kəskin appendisit
D) Kəskin xolesistit
E) Kəskin qastrit
652. Xəstə klinikaya qarnın köpməsi, qusma, nəcis və qazların xaric olmaması şikayətləri ilə gətirilmişdir. Xəstə də bağırsaq keçməzliyini təsdiqləmək üçün hansı müayinədən istifadə olunmalıdır?
A) Qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası
B) Qarın boşluğunun ultrasəs müayinəsi
C) Radioizotop müayinə
D) Qanın laborator müayinəsi
E) Qanın biokimyəvi analizi
653. Uşaq klinikaya qarında kəskin ağrı, qusma və ümumi narahatçılıq şikayətləri ilə gətirilmişdir. İlkin müayinə taktikası necə olmalıdır?
A) Qanın ümumi analizi, ultrasəs müayinə, qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası
B) Qanın ümumi analizi, qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası
C) Qanın ümumi analizi, həzm traktının endoskopik müayinəsi
D) Ultrasəs müayinə, həzm traktının kontrast rentgenoloji müayinəsi
E) Qanın ümumi analizi, həzm traktının kontrast rentgenoloji müayinəsi
654. Qeyd olunan patologiyalardan hansında qarın boşluğunda asimmetriya müşahidə oluna bilər?
A) Qarın boşluğunun törəməsi
B) Assit
C) Kəskin pankreatit
D) Kəskin xolesistit
E) Mədənin xorası
655. Xəstə də qarnın ön divarının lırt olması ilə yanaşı sidik çıxarıcı sistemin patologiyası qeyd edilir. Bu hansı patologiyaya xarakterdir?
A) Prune-Belle sindromu (albuxara qarın)
B) Peritonit
C) Xolesistopankreatit
D) Piolonefrit
E) Kəskin qlomerulonefrit
656. Xəstəyə baxış zamanı qarnın epiqastral nahiyyəsinin köpməsi, mezo və hipoqastral nahiyyələrinin batması müşahidə edilir (qayıqvari qarın). Bu qeyd olunan patologiyalardan hansına xarakterdir?
A) Yuxarı tip bağırsaq keçməzliyi
B) Aşağı tip bağırsaq keçməzliyi
C) Meqakolon
D) Kəskin appendisit
E) Birincili peritonit
657. Mədə və onikibarmaq bağırsağın iltihabi xəstəliklərində diaqnozu təsdiqləmək üçün hansı müayinə metodundan istifadə olunmalıdır?
A) Fibroqastroduodenoskopiya
B) Ultrasəs müayinəsi
C) Qanın ümumi analizi
D) Qanın biokimyəvi analizi
E) Qarın boşluğunun ayaqüstə ümumi görünüş rentgenoqrafiyası
658. Xəstəyə baxış zamanı qarın boşluğunun tam böyüməsi və anamnezində anadangəlmə qəbizliyin olması, qeyd olunan patologiyalardan hansına xarakterdir?
A) Hirşprunq xəstəliyi
B) Dolixosiqma
C) Xroniki pankreatit
D) Spastik kolit
E) Enterokolit
659. Hansı patologiya zamanı qusma həyatın ilk saatlarından olur?
A) Yemək borusunun atreziyası
B) Pilorostenoz
C) Hissəvi bağırsaq keçməzliyi
D) Anusun atreziyası
E) Düz bağırsağın və anusun atreziyası
660. Hansı patologiya zamanı qusma doğulandan 20-25 gün sonra olur?
A) Pilorostenoz
B) Ledde sindromu
C) Pilorospazm
D) Osteomielit
E) Meningit
661. Yemək borusunun atreziyası zamanı qusuntunun tərkibi necə olur?
A) Qida dəyişikliyə məruz qalmadan qaytarılır
B) Qusuntuda öd qarışığı olur
C) Çürüntülü qusma olur
D) Qusuntu qan qarışıqlı olur
E) Qusuntu öd və qan qarışıqlı olur
Dostları ilə paylaş: |