1. Yemək borusunun tam atreziyasının diaqnozunu dəqiqləşdirmək üçün doğum evində hansı müayinələr aparılmalıdır?


Hansı patologiyalarda qanlı qusma rast gəlinə bilər?



Yüklə 1,3 Mb.
səhifə11/11
tarix10.12.2016
ölçüsü1,3 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

662. Hansı patologiyalarda qanlı qusma rast gəlinə bilər?

A) Diafraqma dəbəliyi, reflüks-ezofagit

B) Diafraqma dəbəliyi, kəskin appendisit

C) Reflüks-ezofagit, pilorospazm

D) Kəskin appendisit, mekkel divertikuliti

E) Axalaziya, ledde sindromu



663. Hansı patologiyalarda qanlı qusma rast gəlinə bilməz?

A) Pilozostenoz, düz bağırsağın atreziyası

B) Diafraqma dəbəliyi, pilorospazm

C) Diafraqma dəbəliyi, reflüks-ezofagit

D) Reflüks-ezofagit, portal hipertenziya

E) Kəskin appendisit, reflüks-ezofagit



664. Bağırsaq keçməzliyi zamanı qusuntunun ödlü olması nəyi bildirir?

A) Keçməzliyin Fater məməciyindən distal səviyyədə olmasını

B) Keçməzliyin Fater məməciyindən proksimal səviyyədə olmasını

C) Keçməzliyin pilorik sfinkter səviyyəsində olmasını

D) Keçməzliyin kardial sfinkter səviyyəsində olmasını

E) 12 barmaq bağırsaq atreziyasının olmasını



665. Bağırsaq keçməzliyi zamanı qusuntunun ödlü olmaması nəyi bildirir?

A) Keçməzliyin Fater məməciyindən proksimal səviyyədə olmasını

B) Keçməzliyin Fater məməciyindən distal səviyyədə olmasını

C) Keçməzliyin qalxan çəmbər bağırsaq səviyyəsində olmasını

D) Keçməzliyin köndılın çəmbər bağırsaq səviyyəsində olmasını

E) Düz bağırsaq atreziyasının olmasını



666. Yenidoğulmuşda həyatın ilk saatlarından qusma var. Həkim muayinə zamanı qida borusunun atreziyasından şübhələnir. Diaqnozu təsdiqləmək üçün ən sadə müayinə üsulunu göstərin.

A) Elefant sınağı

B) Kontrast rentgen müayinəsi

C) Rentgen müayinəsi

D) Maqnit rezonans tomoqrafiya

E) Kompyuter tomoqrafiya



667. Yenidoğulmuşda həyatın ilk saatlarından qusma var. Muayinə zamanı həkimqida borusunun atreziyasından şübhələnir. Diaqnozu təsdiqləmək üçün əsas müayinə üsulunu göstərin.

A) Kontrast rentgen müayinəsi

B) Elefant sınağı

C) Rentgen müayinəsi

D) Qanin ümumi müayinəsi

E) Ultrasəs müayinə



668. Hər dəfə bərk qida qəbulundan sonra həll olunmamış qida ilə qusma hansı patologiyaya daha uyğundur?

A) Yemək borusunun stenozu

B) Pilozostenoz

C) Pilorospazm

D) Ledde sindromu

E) Yemək borusunun atreziyası



669. 3 yaşında uşaqda qida qəbulundan dərhal və ya bir neçə saat sonra qusma olur. Qusuntunun tərkibi dəyişilməmişdir və mədə möhtəviyyatı olmayan qidadan ibarətdir.Qusuntunun miqdarı qəbul edilən qidadan azdır. Bu əlamətlər hansı patologiya uyğundur?

A) Yemək borusunun axalaziyası

B) Yemək borusunun atreziyası

C) Yemək borusunun anadangəlmə stenozu

D) Pilorostenoz

E) Pilorospazm



670. Yenidoğulmuşda hər dəfə qida qəbulundan sonra qusma olur. Qusma çox vaxt uşaq uzanıqlı vəziyyətdə olduqda, ağladıqda baş verir. Bu əlamətlər hansı patologiya uyğundur?

A) Kardiyanın xalaziyası

B) Yemək borusunun axalaziyası

C) Yemək borusunun atreziyası

D) Yemək borusunun anadangəlmə stenozu

E) Pilorostenoz



671. Qusma aparıcı əlamət olan cərrahi patologiyalarda aparıcı müayinə üsulu hansıdır?

A) Kontrast rentgenoqrafiya

B) Sintiqrafiya

C) Ultrasəs müayinə

D) Qanın biokimyəvi müayinəsi

E) Maqnit rezonans tomoqrafiya



672. Təqdim olunan vəziyyətlərin hansında qusma mərkəzi xarakter daşıyır?

A) Kəllə-beyin travmasında

B) Paralitik bağırsaq keçməzliyində

C) Kəckin appendisitdə

D) Sirkə turşusu ilə zəhərlənmədə

E) Qida borusunun xalaziyasında



673. Ürəkbulanma hansı növ qusma ücün xarakter deyil?

A) Qida borusunun stenozu

B) Reflektor

C) Mərkəzi

D) Yuxarı bağırsaq keçməzliyi

E) Peritonitdə



674. Göstərilən xəstəliklərdən hansında qusma yemək vaxtı baş verir?

A) Qida borusunun stenozunda

B) Kəckin appendisitdə

C) Pilorostenozda

D) Beyin sirkələnməsində

E) Yuxarı bağırsaq keçməzliyində



675. Göstərilən xəstəliklərin hansında qusuntu kütləsi qələvi reaksiyalı olur?

A) Qida borusunun stenozunda

B) Kəckin qastritdə

C) Yuxarı bağırsaq keçməzliyində

D) Kəckin appendisitdə

E) Pilorostenozda



676. Göstərilən hansı halda qusma başın hərəkəti ilə əlaqədardır?

A) Baş-beynin ödemində

B) Kəckin appendisitdə

C) Paralitik bağırsaq keçməzliyində

D) Kəckin qastritdə

E) Bağırsaq invaginasiyasında



677. Həzm traktının hansı hissəsi yuxarı və aşağı şöbənin qanaxmalarının sərhəddini təşkil edir?

A) 12 barmaq bağırsağın acı bağırsağa keçən hissəsi

B) Kardial struktur

C) Pilorus

D) İleosekal sfinkter

E) Köndələn çənbər-bağırsaq



678. Həzm traktının yuxarı şöbəsinin qanaxmalarına hansı əlamət xarakterikdir?

A) Qanlı qusma və melena

B) Nəcisdə al qanın olması

C) Ödlü qusma

D) Burun qanaxması

E) Selikli-qanlı nəcis ifrazı



679. Həzm traktının yuxarı şöbəsinin qanaxmalarının diaqnostikasında hansı müayinə üsulundan istifadə edilir ?

A) Qastroduodenoskopiya

B) Bronxoskopiya

C) Qarın boşluğunun obzor rentgenoqrafiyası

D) Qarın boşluğunun USM-si

E) Angioqrafiya



680. Aşağıdakı xəstəliklərin hansı qida borusunun qanaxmalarını törədir?

A) Portal hipertenziya fonunda qida borusu venalarının varikoz genəlməsi.

B) Qida borusunun divertikulu.

C) Traxea- qida borusu fistulası

D) Qida borusunun xərçəngi

E) Mədə xorası



681. Aşağıdakı xəstəliklərdən hansı nazik bağırsaq qanaxmasına səbəb olur?

A) Mekkel divertikulu.

B) Kəskin enteritlər.

C) Nazik bağırsaq vərəmi

D) Enterosistomalar.

E) Portal hipertenziya



682. Aşağıdakı müayinə üsullarından hansından istifadə etməklə nazik bağırsaq divertikulunu müəyyənləşdirmək mümkündür?

A) Radioizotop müayinə

B) Obzor rentgenoqrafiya

C) Qastroduodenoskopiya

D) Kolonoskopiya

E) USM



683. Portal hipertenziya ilk növbədə həzm traktının hansı şöbəsinin qanaxması ilə fəsadlaşır?

A) Qida borusunun

B) Mədənin

C) 12 barmaq bağırsağın

D) Yoğun bağırsağın

E) Düz bağırsağın



684. Portal hipertenziyanın hansı forması mövcud deyildir?

A) Əlaqəli portal hipertenziya

B) Qaraciyərüstü portal hipertenziya

C) Qaraciyərdaxili portal hipertenziya

D) Qaraciyəraltı portal hipertenziya

E) Qarışıq formalı portal hipertenziya



685. Bu müayinə üsullarından hansı qida borusu qanaxmasını müəyyənləşdirməyə imkan verir?

A) Ezofaqoskopiya

B) Qida borusunun və mədənin kontrast rentgenoqrafiyası

C) Laparoskopiya.

D) Mədənin zondlanması

E) Kolonoskopiya



686. Hansı müayinə üsulu yoğun bağırsaq qanaxmasını müəyyənləşdirməyə imkan verir?

A) Kolonoskopiya

B) Rektal müayinə

C) İrriqoqrafiya

D) KT müayinə

E) Laparoskopiya.



687. Portal hipertenziya zamanı qida borusu qanaxmalarını müvəqqəti dayandırmaq üçün hansı üsuldan istifadə olunur?

A) Qida borusuna blekmoz zondunun yeridilməsi.

B) Nozoqastral zondlanma

C) Krioterapiya

D) Qastrostomiya

E) Qida borusunun rezeksiyası



688. Aşağıdakı patologiyalardan hansına barmaqla rektal müayinə aparmaqla diaqnoz qoymaq mümkündür?

A) Düz bağırsağın polipinə

B) Peytz-Egers sindromuna

C) Qeyri spesifik xoralı kolitə

D) Kron xəstəliyinə

E) Proktitə



689. Sadalanan əlamətlərdən hansı qanaxmanın mədə-bağırsaq traktının aşağı hissəsindən deməyə əsas verir?

A) Melena və düz bağırsaqdan al qanın axması

B) Qanlı qusma

C) Qanitirmənin ümumi əlamətləri



D) Qanın ümumi analizi

E) Burun qanaxması
Kataloq: load -> imt9
imt9 -> Müalicə-profilaktika fakültəsinin V kurs tələbələri üçün imtahan testləri Uşaqlarda tənəffüs sisteminin xəstəlikləri
imt9 -> Lor mpf V kurs. Az sektor. Hansı əlamətlər adenotomiya əməliyyatına göstərişdir
imt9 -> Urologiyadan testlər sidik axarının intramural hissəsinin daşı olduqda ağrılar irradiasiyası edir
imt9 -> MÜALİCƏ-profilaktika və pediatriya faküLTƏLƏRİ TƏLƏBƏLƏRİ ÜÇÜn məHKƏMƏ TƏbabəTİ FƏNNİ ÜZRƏ testləR
imt9 -> 1. Disfunksional uşaqlıq qanaxması rast gəlinir: a yuvenil dövrdə b südəmər dövrdə
imt9 -> 1. Sinus bradikardiyas ı üçün xarakterik ekq?
imt9 -> 1. Penisillinl ə rd ə n hans ı venadaxilin
imt9 -> 1. Hans ı ə lam ə tl ə r adenotomiya
imt9 -> 1. h ə zm qastritin diaqnostikas ını n ə sas ını

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə