1. Yemək borusunun tam atreziyasının diaqnozunu dəqiqləşdirmək üçün doğum evində hansı müayinələr aparılmalıdır?



Yüklə 1,3 Mb.
səhifə2/11
tarix10.12.2016
ölçüsü1,3 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

70. Döş qəfəsinin R-mda divararalığının zədələnməmiş tərəfə yerdəyişməsi, plevra boşluğunda ağciyəri sıxan böyük hava qabarcığı kölgəliyin aşkar olunmuşdur. Bu nə ilə əlaqədardır?

A) Gərgin pnevmotoraks

B) Ağciyərin kiçik ocaqlı bakterial destruksiyası

C) Plevranın total empieması

D) Gərgin hidropnevmotoraks

E) Nəhəng kortikal abses



71. Ağciyərin bronxlara açılan absesində optimal müalicə üsulu hansıdır?

A) Plevral boşluğun drenajı

B) Absesin punksiyası

C) Bronxun kateterizasiyası

D) Bronxoskopik sanasiya

E) Radikal əməliyyat



72. Destruksiyanın bulloz formasında (qeyri-gərgin bullalar) optimal müalicə üsulu hansıdır?

A) Bullanın punksiyası

B) Bronxoskopik drenaj

C) Ocağa müdaxilə etmədən intensiv terapiya

D) Plevral punksiya

E) Bullanın drenajı



73. Xəstənin ağciyərində iri həcmli bulloz törəmə, divararalığının yerdəyişməməsi qeyd edilir. Nə göstərişdir?

A) Bullanın drenajı

B) Ocağa müdaxilə etmədən intensiv terapiya

C) Bronxun kateterizasiyası

D) Bronxoskopik drenaj

E) Bullanın punksiyası



74. «Plaşabənzər plevritdə» (seroz) müalicəyə hansı aiddir?

A) Plevral punksiya

B) Aktiv aspirasiya ilə plevral drenaj

C) Bronxoskopiya

D) Ocağa müdaxilə etmədən intensiv terapiya

E) Bülau üsulu ilə plevral boşluğun drenajı



75. Piotoraksda müalicəyə nə aiddir?

A) Bülau üsulu ilə plevral boşluğun drenajı

B) Ocağa müdaxilə etmədən intensiv terapiya

C) Aktiv aspirasiya ilə plevral drenaj

D) Bronxoskopiya

E) Plevral punksiya



76. Məhdud irinli plevritdə müalicəyə nə aiddir?

A) Plevral punksiya

B) Bülau üsulu ilə plevral boşluğun drenajı

C) Bronxoskopiya

D) Aktiv aspirasiya ilə plevral drenaj

E) Radikal əməliyyat



77. Gərgin pnevmotoraksda böyük bronxoplevral fistula ilə müalicə taktikasına hansı aiddir?

A) Aktiv aspirasiya ilə plevral drenaj

B) Bülau üsulu ilə plevral boşluğun drenajı

C) Plevral punksiya

D) Gözləmə taktikası

E) Bronxun blokadası



78. Sadə pnevmotoraksda nə icra edilməlidir?

A) Bülau üsulu ilə plevral boşluğun drenajı

B) Radikal əməliyyat

C) Aktiv aspirasiya ilə plevral drenaj

D) Torakoskopiya ultrasəs sanasiyası ilə

E) Plevral punksiya



79. Gərgin pnevmotoraksda nə icra edilməlidir?

A) Bülau üsulu ilə plevral boşluğun drenajı

B) Plevral punksiya

C) Aktiv aspirasiya ilə plevral drenaj

D) Torakoskopiya ultrasəs sanasiyası ilə

E) Radikal əməliyyat



80. Uşaqda yüksək hərarət, R-də nazik divarlı, perifokal reaksiyası olmayan, maye tərkibli girdə törəmə müəyyən edilir. Diaqnoz hansıdır?

A) Ağciyərin irinləmiş sisti

B) Ağciyərin absesi

C) Bulla

D) Diafraqma dəbəliyi

E) Ağciyərin gərgin sisti



81. Uşaqda ağciyərin irinləmiş sisti qeyd edilir. İki həftəlik konservativ müalicə nəticəsizdir. Hansı məsləhətdir?

A) Radikal əməliyyat

B) Gözləmə taktikası

C) Konservativ müalicənin davam etdirilməsi

D) Sanator müalicə

E) Sistin drenajı



82. Uşaqda avto qəzadan sonra üz, boyun, döş qəfəsinin yuxarı şöbələri nahiyəsində nəzərəçarpan dərialtı emfizema; R-mda sağda II, III, IV qabırğaların parasternal xətt boyunca sınığı qeyd edilir. Diaqnoz hansıdır?

A) Sağ ağciyərin partlaması

B) Traxeyanın travması

C) Magistral damarların travması

D) Perikardın zədələnməsi

E) Sağ başbronxun cırılması



83. Qastro-ezofageal reflüks xəstəliyi dedikdə nə başa düşülür?

A) Mədə möhtəviyyatının qida borusuna atılması

B) Döş sümüyü arxası ağrılar

C) Regurgitasiya

D) Qusmalar

E) Refluks möhtəviyyatının aqressiv təsirindən meydana çıxan simptomokompleks



84. Yemək borusu kardial çatmazlığını daha dürüst təsdiqləyən üsul hansıdır?

A) Trendelenburq vəziyyətdə yemək borusunun kontrast müayinəsi

B) pH-metriya

C) Yemək borusunun ayaq üstə kontrast müayinəsi

D) Fibroezofaqoskopiya

E) Sərt ezofaqoskopiya



85. Plevranın xroniki empiemasında optimal müalicə üsulu hansıdır?

A) Radikal əməliyyat

B) Aktiv aspirasiya ilə plevral drenaj

C) Bülau üsulu ilə plevral boşluğun drenajı

D) Plevral punksiya

E) Plevral boşluğun US-lə sanasiyası



86. Yemək borusunun axalaziyasının əsas simptomu hansıdır?

A) Yemək borusu möhtəviyyatlı qusma

B) Mədə möhtəviyyatlı qusma

C) Regurgitasiya

D) Disfagiya

E) Residivləşən pnevmoniya



87. Yemək borusunun axalaziyasında diferensial diaqnoz necə aparılmalıdır?

A) Diafraqmanın yemək borusu dəliyinin dəbəliyi ilə

B) Yemək borusunun xalaziyası ilə

C) Yemək borusunun anadangəlmə stenozu ilə

D) Pilorostenozla

E) Anadangəlmə qısa yemək borusu ilə



88. Anadangəlmə qısa yemək borusunda əsas simptom hansıdır?

A) Qanlı qusma

B) Regurgitasiya

C) Hıçqırma

D) Salivasiya

E) Disfagiya



89. Anadangəlmə qısa yemək borusu diaqnozu təyin edilərkən əsas R-ji əlamət hansıdır?

A) Qastro-ezofageal refluks

B) Diafraqmal künbəzlərin yüksəke duruşu

C) Yemək borusunun aşağı şöbədə genişlənməsi

D) Yemək borusunun kardial şöbəsinin stenozu

E) Mədə dibinin döş boşluğuna keçməsi



90. Anadangəlmə yemək borusu stenozları ən çox hansı səviyyədə rast gəlinir?

A) Yemək borusunun aşağı 1/3-i

B) Yemək borusunun orta 1/3-i

C) Kardial şöbə

D) Yemək borusunun yuxarı 1/3-i

E) Birinci fizioloji daralma



91. Anadangəlmə yemək borusu stenozu ən çox hansı yaş dövründə rast gəlinir?

A) 6-12-ci aylarda

B) 1 ildən sonra

C) Yeni doğulmuşlarda

D) 1-3-cü aylarda

E) 3-6-ci aylarda



92. Anadangəlmə qısa yemək borusu stenozunda daha effektiv müalicə üsulu hansıdır?

A) Bujlama

B) Stenozun ¾ sahəsi ilə anastomoz

C) Ballon dilatasiyası

D) Qarşı-qarşıya maqnitlərin yerləşdirilməsi

E) Stenoz sahəsinin rezeksiyası «uc-uca» anastomozla



93. Uşaq sirkə esensiyası içdikdən sonra mədə hansı məhlulla yuyulmalıdır ?

A) Otaq temperaturlu su

B) İsti su ilə

C) Zəif turşu məhlulu ilə

D) Soyuq su ilə

E) Qələvi məhlulla



94. Yemək borusunun zədələnməsində konservativ taktika nə vaxt mümkündür?

A) Mənfəzinə keçməyən yarada

B) Abdominal hissəsinin mənfəzinə keçən

C) İnstrumental zədədə

D) Plevraqarışı zədələnmədə

E) Döş qəfəsinə nüfuz edən zədə



95. Bujlama vaxtı yemək borusunun perforasiyası olub. Cərrahın taktikası hansıdır?

A) Təcili əməliyyat

B) Müalicə endoskopiya kursu

C) Mədəyə zond salmaq və konservativ terapiya

D) Qastrostomiya

E) Parenteral qidalanma və konservativ terapiya



96. Böyük yaşlı uşaqlarda ən çox diafraqmanın hansı dəbəliyi rast gəlir?

A) Sol tərəfli dəbəlik

B) Arxa yalançı dəbəlik

C) Frenoperikardial

D) Diafraqmanın ön dəbəliyi

E) Yemək borusunun dəliyinin dəbəliyi



97. Yemək borusu dəliyi dəbəliyinin diferensial diaqnostikası necədir?

A) Anadangəlmə qısa yemək borusu

B) Xalaziya ilə

C) Axalaziya ilə

D) Divertikul ilə

E) Anadangəlmə stenoz ilə



98. Döş qəfəsinin travmasında göstərilənlərdən ən çox hansı təsadüf olunur?

A) Döş qəfəsinin əziyi

B) Sümüklərin sınması daxili üzvlərin zədələnməsi

C) Kapkasın sınması ilə daxili üzvlərin zədələnməsi

D) Döşün sıxılması (asfiksiya ilə)

E) Döş qəfəsinin əziyi və daxili üzvlərin zədələnməsi



99. Uşaqlarda qabırğaların sınığı ən çox harada təsadüf olunur ?

A) Qığırdağın qabırğaya keçən yerdə

B) Döşün qığırdaq hissəsində

C) Qabırğanın arxa hissəsində

D) Aksillyar xətt üzrə

E) Qabırğanın ön hissəsində



100. On yaşlı uşaqda döş qəfəsinin travmasından sonra plaşabənzər hemotoraks var, hemodinamika stabildir. Nə etməli?

A) Plevral punksiya

B) Torakoskopiya

C) Plevral boşluğun Bülau üsulu ilə passiv aspirasiyası

D) Radikal əməliyyat

E) Drenaj aktiv aspirasiya ilə



101. Səkkiz yaşlı uşaqda travmadan sonra sadə hemotoraksdır. Məsləhət nədir?

A) Plevral punksiya

B) Radikal əməliyyat

C) Bülau üsulu ilə drenaj

D) Aktiv aspirasiya ilə drenaj

E) Torakoskopiya



102. Diafraqmal dəbəliyin hansı forması özünü əsasən tənəffüs pozğunluğu ilə biruzə verir?

A) Arxa-yan

B) Ön

C) Diafraqma künbəzinin relaksasiyası

D) Yemək borusu dəliyinin dəbəliyi

E) Sağtərəfli dəbəlik



103. Ağciyər absesinin konservativ boşaldılması üsulu hansıdır ?

A) Postural drenaj

B) Bronxların kateterizasiyası

C) Oksigenoterapiya

D) Məcburi öskürək

E) Punksiya



104. Ağciyər absesinin hansı forması konservativ müalicəyə göstərişdir ?

A) Abses bronxa açıldıqda

B) Uşağın ümumi vəziyyəti ağır olduqda

C) İxtisaslaşmış həkim olmadıqda

D) Abses plevraya açıldıqda

E) Abses böyük olduqda



105. Ağciyər absesinin cərrahi üsulla boşaldılması üsulunu seçin:

A) Absesin döş qəfəsindən punksiyası

B) Ağciyərin rezeksiyası

C) Döş qəfəsindən absesin açılması və drenajı

D) Bronxoskop vasitəsilə absess boşluğunun sanasiyası

E) Torokoskopla punksiya



106. Sadalanan əlamətlərdən hansı piopnevmotoraks üçün xarakterikdir?

A) Perkutor səsin güclənməsi

B) Zədələnmə zonasında sərt tənəffüs

C) Yaş xırıltılar

D) Plevranın sürtünmə küyü

E) Vezikulyar tənəffüs



107. Döş qəfəsi orqanlarının patologiyalarını düzgün qiymətləndirmək üçün rentgenoqrafiya hansı vəziyyətdə icra edilməlidir?

A) Ayaq üstə

B) Uzanmış vəziyyətdə

C) Üzü üstə

D) Tredelenburq vəziyyətində

E) Yan proyeksiyadan



108. Döş qəfəsinin rentgenoqrafiyasında sağ və sol tərəf nəyə əsasən təyin edilir?

A) Mədənin qaş qovuqcuğuna görə

B) Rentgen üzərindəki yazıya görə

C) R və S hərflərinə görə

D) Divararalığına görə

E) Diafraqma gümbəzinin hündürlüyünə görə



109. Plevranın sürtünmə küyü eşidilir.

A) Quru plevritlərdə

B) Eksudativ plevritdə

C) Bronxopnevmoniyanın sağalma mərhələsində

D) Obstruktiv bronxitlərdə

E) Bronxoektaziya xəstəliyi



110. Sadalanan infeksiyalardan ən çox hansı ağciyərlərin destruktiv pnevmoniyasını törədir?

A) Stafilokokk

B) Streptokokk

C) Pnevmokokk

D) Bağırsaq çöpləri

E) Göy irin çöpləri



111. Hansı halda pnevmoniya destruktiv adlanır?

A) Ağciyərlər, plevra və divararalığı üzvlərinin cərrahi fəsadları baş verdikdə

B) Güclü intoksikasiya əlamətləri olduqda

C) Orqanizmdə başqa irinli ocaqlar olduqda

D) Xəstəlik bir aydan artıq uzananda

E) Bəlğəmdə stafilokokk florası aşkar olunanda



112. Göstərilən kliniki əlamətlərdən hansı piotoraks üçün xarakterikdir?

A) Döş qəfəsinin təsviri rentgenoqrammasında ağciyərin aşağı payında maye səviyyəsi ilə kölgəliyin olması

B) Xəstəlik olan tərəfdə sərt tənəffüsün olması

C) Perkutor səsin yüksək olması

D) Plevranın sürtünmə küyünün olması

E) Yaş xırıltılar.



113. Ağciyər absesinin boşaldılma üsulları :

A) Postural drenaj

B) Bronxun kateterizasiyası

C) Döş qəfəsinin lidaza ilə elektrofarez

D) Oksigen terapiyası

E) Ağızdan fermentlərin təyini



114. Ağciyər absesinin cərrahi üsullarını göstərin:

A) Döş qəfəsindən absess boşluğunun punksiyası

B) Ağciyərin rezeksiyası

C) Döş qəfəsini açmaqla absess boşluğunu tamponla drenaj etmək

D) Döş qəfəsini açmaqla absess boşluğunu rezin boru ilə drenaj etmək

E) Bronxdan absess boşluğunu sanasiya etmək



115. Piotoraksın cərrahi müalicə üsulları:

A) Torokosintez edərək plevra boşluğunu Blau üsulu ilə drenə etmək

B) Plevra boşluğunu təkrari punksiya etmək

C) Torokotomiya edərək plevra boşluğunun sanasiyası

D) Ağciyərin zədələnmiş payının rezeksiyası

E) Bronxoskop vasitəsilə ağciyər seqmentinin zədələnmiş bronxunun okkuluziyası.



116. Göstərilən kliniki əlamətlərdən hansı piopnevmotoraks üçün xarakterikdir?

A) Döş qəfəsinin rentgenoqrafiyasında ağciyər sahəsinin total tündləşməsi və divararalığının sağlam tərəfə yerini dəyişməsi.

B) Zədələnmə tərəfində sərt tənəffüs

C) Döş qəfəsinin rentgenoqrafiyasında ağciyərin aşağı payının tündləşməsi və horizontal maye səviyyəsinin olması

D) Perkutor tonun yüksəlməsi

E) Yaş xırıltılar.



117. Piopnevmotoraksın cərrahi müalicə üsulları:

A) Torokosintez edərək plevra boşluğunun Blau üsulu ilə drenaj edilməsi

B) Plevra boşluğunu təkrari punksiyası

C) Torokotomiya edərək plevra boşluğunun sanasiyası

D) Ağciyərin zədələnmiş payının rezeksiyası

E) Bronxoskop vasitəsilə ağciyərin zədələnmiş payının bronxunu okkuluziya edilməsı.



118. Ağciyər absesinin konservativ müalicəsi hansı halda göstərişdir?

A) Kliniki və rentgenoloji mənzərəyə əsasən absessin bronxa açılması

B) Çox saylı xırda absesslər olduqda

C) Xəstənin ümumi vəziyyəti ağır olduqda

D) Mütəxəssis olmadıqda

E) Xəstənin yaşının az olması (erkən aylarda)



119. Qeyd olunan patologiyalardan hansına qarında kəskin tutmaşəkilli ağrı xarakterikdir?

A) Kəskin bağırsaq keçməzliyi - invaginasiya

B) Kəskin appendisit

C) Portal hipertenziya

D) Hirşprunq xəstəliyi

E) Birincili peritonit



120. Qeyd olunan endokrin patologiylardan hansında qarında ağrı ola bilər?

A) Diabetik ketoasidoz

B) Şəkərsiz diabet

C) Hipotireoz

D) İtsenko-Kuşinq xəstəliyi

E) Tireotoksikoz



121. Xəstənin qarnında kəskin tutmaşəkilli ağrı ilə bərabər düz bağırsaqdan qanlı möhtəviyyatın xaric olması hansı patologiya zamanı müşahidə edilir?

A) Kəskin bağırsaq keçməzliyi - invaginasiya

B) Kəskin pankreatit

C) Yumurtalıq sistinin partlaması

D) Yumurtalığın burulması

E) Kəskin xolesistit



122. Qeyd olunan patologiyalardan hansında qarında kəskin ağrı ilə bərabər dəridə hemorragik səpgi müşahidə edilir?

A) Şenleyn-Henox xəstəliyi

B) Qəbizlik

C) Kəskin qastroenterit

D) Kəskin pankreatit

E) Peritonit



123. Qarında ağrı ilə yanaşı düz bağırsaqdan qanaxmanın olması qeyd olunan patologiyalardan hansında müşahidə olunur?

A) Mekkel divertikulu

B) Xoledox sisti

C) Kəskin xolesistit

D) Obturasion bağırsaq keçməzliyi

E) İkincili peritonit



124. Qarında kəskin ağrı qeyd olunan patologiyalardan hansında olmur?

A) Bronxial astma

B) Krupoz pnevmoniya

C) Kəskin xolesistit

D) Böyük piyliyin burulması

E) Kəskin appendisit



125. Qeyd olunan patologiyalardan hansında qarında kəskin ağrı ola bilər?

A) Sağ aşağı pay pnevmoniyası

B) Bronxial astma

C) Kəskin bronxit

D) Paraproktit

E) Mastit



126. Qarında kəmərvari ağrı və qusma qeyd olunan patologiyalardan hansına xarakterikdir?

A) Kəskin pankreatit

B) Kəskin appendisit

C) Peritonit

D) Enterokolit

E) Mekkel divertikulu



127. Uşaq qarnında xüsusən də sağ qalça çuxurunda ağrının olmasından şikayət edir. Həkim xəstənin palpator müayinəsini qarnın hansı hissəsindən başlamalıdır?

A) Sol qalça çuxuru

B) Sağ qalça çuxuru

C) Sağ qabırğaltı nahiyyə

D) Sol qabırğaltı nahiyyə

E) Epiqastral nahiyyə



128. Xəstə də qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası zamanı Kloyber kasacıqları və horizontal səviyyələr qeyd olunur. Bu hansı patologiya üçün xarakterikdir?

A) Bağırsaq keçməzliyi

B) Mədə xorası

C) Onikibarmaq bağırsaq xorası

D) Kəskin pankreatit

E) Kəskin xolesistit



129. Uşağın valideynləri uşaqda qarın boşluğunda kəskin ağrının olması şikayətləri ilə klinikaya müraciət ediblər. Qarın boşlunun ayaqüstə rentgenoqrafiyası zamanı sağ diafraqmaltı sahə də hava qeyd edilmişdir. Diaqnozunuz nədir?

A) Mədə xorasının perforasiyası

B) Kəskin pankreatit

C) Kəskin appendisit

D) Kəskin xolesistit

E) Kəskin qastrit



130. Xəstə klinikaya qarnın köpməsi, qusma, nəcis və qazların xaric olmaması şikayətləri ilə gətirilmişdir. Xəstə də bağırsaq keçməzliyini təsdiqləmək üçün hansı müayinədən istifadə olunmalıdır?

A) Qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası

B) Qarın boşluğunun ultrasəs müayinəsi

C) Radioizotop müayinə

D) Qanın laborator müayinəsi

E) Qanın biokimyəvi analizi



131. Uşaq klinikaya qarında kəskin ağrı, qusma və ümumi narahatçılıq şikayətləri ilə gətirilmişdir. İlkin müayinə taktikası necə olmalıdır?

A) Qanın ümumi analizi, ultrasəs müayinə, qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası

B) Qanın ümumi analizi, qarın boşluğunun ayaqüstə rentgenoqrafiyası

C) Qanın ümumi analizi, həzm traktının endoskopik müayinəsi

D) Ultrasəs müayinə, həzm traktının kontrast rentgenoloji müayinəsi

E) Qanın ümumi analizi, həzm traktının kontrast rentgenoloji müayinəsi



132. Qeyd olunan patologiyalardan hansında qarın boşluğunda asimmetriya müşahidə oluna bilər?

A) Qarın boşluğunun törəməsi

B) Assit

C) Kəskin pankreatit

D) Kəskin xolesistit

E) Mədənin xorası



133. Xəstəyə baxış zamanı qarnın epiqastral nahiyyəsinin köpməsi, mezo və hipoqastral nahiyyələrinin batması müşahidə edilir (qayıqvari qarın). Bu qeyd olunan patologiyalardan hansına xarakterdir?

A) Yuxarı tip bağırsaq keçməzliyi

B) Aşağı tip bağırsaq keçməzliyi

C) Meqakolon

D) Kəskin appendisit

E) Birincili peritonit



134. Mədə və onikibarmaq bağırsağın iltihabi xəstəliklərində diaqnozu təsdiqləmək üçün hansı müayinə metodundan istifadə olunmalıdır?

A) Fibroqastroduodenoskopiya

B) Ultrasəs müayinəsi

C) Qanın ümumi analizi

D) Qanın biokimyəvi analizi

E) Qarın boşluğunun ayaqüstə ümumi görünüş rentgenoqrafiyası



135. Xəstəyə baxış zamanı qarın boşluğunun tam böyüməsi və anamnezində anadangəlmə qəbizliyin olması, qeyd olunan patologiyalardan hansına xarakterdir?

A) Hirşprunq xəstəliyi

B) Dolixosiqma

C) Xroniki pankreatit

D) Spastik kolit

E) Enterokolit



136. Hansı patologiya zamanı qusma həyatın ilk saatlarından olur?

A) Yemək borusunun atreziyası

B) Pilorostenoz

C) Hissəvi bağırsaq keçməzliyi

D) Anusun atreziyası

E) Düz bağırsağın və anusun atreziyası



137. Hansı patologiya zamanı qusma doğulandan 20-25 gün sonra olur?

A) Pilorostenoz

B) Ledde sindromu

C) Pilorospazm

D) Osteomielit

E) Meningit



138. Yemək borusunun atreziyası zamanı qusuntunun tərkibi necə olur?

A) Qida dəyişikliyə məruz qalmadan qaytarılır

B) Qusuntuda öd qarışığı olur

C) Çürüntülü qusma olur

D) Qusuntu qan qarışıqlı olur

E) Qusuntu öd və qan qarışıqlı olur



139. Hansı patologiyalarda qanlı qusma rast gəlinə bilər?

A) Diafraqma dəbəliyi, reflüks-ezofagit

B) Diafraqma dəbəliyi, kəskin appendisit

C) Reflüks-ezofagit, pilorospazm

D) Kəskin appendisit, mekkel divertikuliti

E) Axalaziya, ledde sindromu



Kataloq: load -> imt9
imt9 -> Müalicə-profilaktika fakültəsinin V kurs tələbələri üçün imtahan testləri Uşaqlarda tənəffüs sisteminin xəstəlikləri
imt9 -> Lor mpf V kurs. Az sektor. Hansı əlamətlər adenotomiya əməliyyatına göstərişdir
imt9 -> Urologiyadan testlər sidik axarının intramural hissəsinin daşı olduqda ağrılar irradiasiyası edir
imt9 -> MÜALİCƏ-profilaktika və pediatriya faküLTƏLƏRİ TƏLƏBƏLƏRİ ÜÇÜn məHKƏMƏ TƏbabəTİ FƏNNİ ÜZRƏ testləR
imt9 -> 1. Disfunksional uşaqlıq qanaxması rast gəlinir: a yuvenil dövrdə b südəmər dövrdə
imt9 -> 1. Sinus bradikardiyas ı üçün xarakterik ekq?
imt9 -> 1. Penisillinl ə rd ə n hans ı venadaxilin
imt9 -> 1. Hans ı ə lam ə tl ə r adenotomiya
imt9 -> 1. h ə zm qastritin diaqnostikas ını n ə sas ını

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə