140. Hansı patologiyalarda qanlı qusma rast gəlinə bilməz?
A) Pilozostenoz, düz bağırsağın atreziyası
B) Diafraqma dəbəliyi, pilorospazm
C) Diafraqma dəbəliyi, reflüks-ezofagit
D) Reflüks-ezofagit, portal hipertenziya
E) Kəskin appendisit, reflüks-ezofagit
141. Bağırsaq keçməzliyi zamanı qusuntunun ödlü olması nəyi bildirir?
A) Keçməzliyin Fater məməciyindən distal səviyyədə olmasını
B) Keçməzliyin Fater məməciyindən proksimal səviyyədə olmasını
C) Keçməzliyin pilorik sfinkter səviyyəsində olmasını
D) Keçməzliyin kardial sfinkter səviyyəsində olmasını
E) 12 barmaq bağırsaq atreziyasının olmasını
142. Bağırsaq keçməzliyi zamanı qusuntunun ödlü olmaması nəyi bildirir?
A) Keçməzliyin Fater məməciyindən proksimal səviyyədə olmasını
B) Keçməzliyin Fater məməciyindən distal səviyyədə olmasını
C) Keçməzliyin qalxan çəmbər bağırsaq səviyyəsində olmasını
D) Keçməzliyin köndılın çəmbər bağırsaq səviyyəsində olmasını
E) Düz bağırsaq atreziyasının olmasını
143. Yenidoğulmuşda həyatın ilk saatlarından qusma var. Həkim muayinə zamanı qida borusunun atreziyasından şübhələnir. Diaqnozu təsdiqləmək üçün ən sadə müayinə üsulunu göstərin.
A) Elefant sınağı
B) Kontrast rentgen müayinəsi
C) Rentgen müayinəsi
D) Maqnit rezonans tomoqrafiya
E) Kompyuter tomoqrafiya
144. Yenidoğulmuşda həyatın ilk saatlarından qusma var. Muayinə zamanı həkimqida borusunun atreziyasından şübhələnir. Diaqnozu təsdiqləmək üçün əsas müayinə üsulunu göstərin.
A) Kontrast rentgen müayinəsi
B) Elefant sınağı
C) Rentgen müayinəsi
D) Qanin ümumi müayinəsi
E) Ultrasəs müayinə
145. Hər dəfə bərk qida qəbulundan sonra həll olunmamış qida ilə qusma hansı patologiyaya daha uyğundur?
A) Yemək borusunun stenozu
B) Pilozostenoz
C) Pilorospazm
D) Ledde sindromu
E) Yemək borusunun atreziyası
146. 3 yaşında uşaqda qida qəbulundan dərhal və ya bir neçə saat sonra qusma olur. Qusuntunun tərkibi dəyişilməmişdir və mədə möhtəviyyatı olmayan qidadan ibarətdir.Qusuntunun miqdarı qəbul edilən qidadan azdır. Bu əlamətlər hansı patologiya uyğundur?
A) Yemək borusunun axalaziyası
B) Yemək borusunun atreziyası
C) Yemək borusunun anadangəlmə stenozu
D) Pilorostenoz
E) Pilorospazm
147. Yenidoğulmuşda hər dəfə qida qəbulundan sonra qusma olur. Qusma çox vaxt uşaq uzanıqlı vəziyyətdə olduqda, ağladıqda baş verir. Bu əlamətlər hansı patologiya uyğundur?
A) Kardiyanın xalaziyası
B) Yemək borusunun axalaziyası
C) Yemək borusunun atreziyası
D) Yemək borusunun anadangəlmə stenozu
E) Pilorostenoz
148. Qusma aparıcı əlamət olan cərrahi patologiyalarda aparıcı müayinə üsulu hansıdır?
A) Kontrast rentgenoqrafiya
B) Sintiqrafiya
C) Ultrasəs müayinə
D) Qanın biokimyəvi müayinəsi
E) Maqnit rezonans tomoqrafiya
149. Təqdim olunan vəziyyətlərin hansında qusma mərkəzi xarakter daşıyır?
A) Kəllə-beyin travmasında
B) Paralitik bağırsaq keçməzliyində
C) Kəckin appendisitdə
D) Sirkə turşusu ilə zəhərlənmədə
E) Qida borusunun xalaziyasında
150. Ürəkbulanma hansı növ qusma ücün xarakter deyil?
A) Qida borusunun stenozu
B) Reflektor
C) Mərkəzi
D) Yuxarı bağırsaq keçməzliyi
E) Peritonitdə
151. Göstərilən xəstəliklərdən hansında qusma yemək vaxtı baş verir?
A) Qida borusunun stenozunda
B) Kəckin appendisitdə
C) Pilorostenozda
D) Beyin sirkələnməsində
E) Yuxarı bağırsaq keçməzliyində
152. Göstərilən xəstəliklərin hansında qusuntu kütləsi qələvi reaksiyalı olur?
A) Qida borusunun stenozunda
B) Kəckin qastritdə
C) Yuxarı bağırsaq keçməzliyində
D) Kəckin appendisitdə
E) Pilorostenozda
153. Göstərilən hansı halda qusma başın hərəkəti ilə əlaqədardır?
A) Baş-beynin ödemində
B) Kəckin appendisitdə
C) Paralitik bağırsaq keçməzliyində
D) Kəckin qastritdə
E) Bağırsaq invaginasiyasında
154. Həzm traktının hansı hissəsi yuxarı və aşağı şöbənin qanaxmalarının sərhəddini təşkil edir?
A) 12 barmaq bağırsağın acı bağırsağa keçən hissəsi
B) Kardial struktur
C) Pilorus
D) İleosekal sfinkter
E) Köndələn çənbər-bağırsaq
155. Həzm traktının yuxarı şöbəsinin qanaxmalarına hansı əlamət xarakterikdir?
A) Qanlı qusma və melena
B) Nəcisdə al qanın olması
C) Ödlü qusma
D) Burun qanaxması
E) Selikli-qanlı nəcis ifrazı
156. Həzm traktının yuxarı şöbəsinin qanaxmalarının diaqnostikasında hansı müayinə üsulundan istifadə edilir ?
A) Qastroduodenoskopiya
B) Bronxoskopiya
C) Qarın boşluğunun obzor rentgenoqrafiyası
D) Qarın boşluğunun USM-si
E) Angioqrafiya
157. Aşağıdakı xəstəliklərin hansı qida borusunun qanaxmalarını törədir?
A) Portal hipertenziya fonunda qida borusu venalarının varikoz genəlməsi.
B) Qida borusunun divertikulu.
C) Traxea- qida borusu fistulası
D) Qida borusunun xərçəngi
E) Mədə xorası
158. Aşağıdakı xəstəliklərdən hansı nazik bağırsaq qanaxmasına səbəb olur?
A) Mekkel divertikulu.
B) Kəskin enteritlər.
C) Nazik bağırsaq vərəmi
D) Enterosistomalar.
E) Portal hipertenziya
159. Aşağıdakı müayinə üsullarından hansından istifadə etməklə nazik bağırsaq divertikulunu müəyyənləşdirmək mümkündür?
A) Radioizotop müayinə
B) Obzor rentgenoqrafiya
C) Qastroduodenoskopiya
D) Kolonoskopiya
E) USM
160. Portal hipertenziya ilk növbədə həzm traktının hansı şöbəsinin qanaxması ilə fəsadlaşır?
A) Qida borusunun
B) Mədənin
C) 12 barmaq bağırsağın
D) Yoğun bağırsağın
E) Düz bağırsağın
161. Portal hipertenziyanın hansı forması mövcud deyildir?
A) Əlaqəli portal hipertenziya
B) Qaraciyərüstü portal hipertenziya
C) Qaraciyərdaxili portal hipertenziya
D) Qaraciyəraltı portal hipertenziya
E) Qarışıq formalı portal hipertenziya
162. Bu müayinə üsullarından hansı qida borusu qanaxmasını müəyyənləşdirməyə imkan verir?
A) Ezofaqoskopiya
B) Qida borusunun və mədənin kontrast rentgenoqrafiyası
C) Laparoskopiya.
D) Mədənin zondlanması
E) Kolonoskopiya
163. Hansı müayinə üsulu yoğun bağırsaq qanaxmasını müəyyənləşdirməyə imkan verir?
A) Kolonoskopiya
B) Rektal müayinə
C) İrriqoqrafiya
D) KT müayinə
E) Laparoskopiya.
164. Portal hipertenziya zamanı qida borusu qanaxmalarını müvəqqəti dayandırmaq üçün hansı üsuldan istifadə olunur?
A) Qida borusuna blekmoz zondunun yeridilməsi.
B) Nozoqastral zondlanma
C) Krioterapiya
D) Qastrostomiya
E) Qida borusunun rezeksiyası
165. Aşağıdakı patologiyalardan hansına barmaqla rektal müayinə aparmaqla diaqnoz qoymaq mümkündür?
A) Düz bağırsağın polipinə
B) Peytz-Egers sindromuna
C) Qeyri spesifik xoralı kolitə
D) Kron xəstəliyinə
E) Proktitə
166. Sadalanan əlamətlərdən hansı qanaxmanın mədə-bağırsaq traktının aşağı hissəsindən deməyə əsas verir?
A) Melena və düz bağırsaqdan al qanın axması
B) Qanlı qusma
C) Qanitirmənin ümumi əlamətləri
D) Qanın ümumi analizi
E) Burun qanaxması
167. Göstərilən səbəblərdən ən çox hansı yoğun və düz bağırsağın qanaxmasına səbəb olur?
A) Poliplər
B) Xərçəng
C) Divertikullar
D) Portal hipertenziya
E) Qeyri-spesifik xoralı kolit
168. Qida borusu və mədə qanaxmasını hansı əlavə müayinə üsulları təsdiqləyir?
A) Fibroezofaqoqastroskopiya
B) İrriqoqrafiya
C) Kontrast rentgenoqrafiya
D) Kolonoskopiya
E) Ultrasəs müayinəsi
169. Qida borusu venalarının varikoz genəlmələrindən olan qanaxmanı saxlamaq üçün hansı cərrahi üsul tətbiq olunur?
A) Qastrostomiya, mədənin selikli qişasında varikoz genəlmiş venaların tikilməsi
B) Qida borusunun rezeksiyası
C) Qida borusunun varikoz genəlmiş venaların bağlanması
D) Sol mədə arteriyasının bağlanması
E) Mədənin rezeksiyası
170. Mədə və onikibarmaq bağırsaq qanaxmalarında hansı halda cərrahi müdaxilə göstərişdir?
A) Konservativ hemostatik tədbirlər effektsiz olduqda və qanaxmanın təkrarlanan residivlərində
B) Profuz qanaxma olduqda
C) Erroziv qanaxmalarda
D) Stress xoralardan qanaxmada
E) Medikamentoz qanaxmalarda
171. Uşaqlarda irinli infeksiyanın yayılmağa meyilli olması hamiləlikdə nə ilə müşahidə olunur?
A) Orqan və toxumaların nisbi qeyri-yetkinliyilə
B) Hipertermiyaya meyilli olması ilə
C) Əmizdirmə xüsusiyyətləri ilə
D) Hamiləliyin I yarısının toksikozu ilə
E) Anamnezində MSS-də travma ilə
172. Uşaqlarda irinli- iltihabi proseslərin əsas törədicisi hansıdır?
A) Stafilokok
B) Protey
C) Streptokok
D) Göy-yaşıl irin çöpləri
E) Bağırsaq çöpləri
173. Uşaqlarda stafilokokk infeksiyası üçün xarakterik nədir?
A) Dərmanlara tez öyrəşmə
B) Antibiotiklərə qarşı davamlılığın nadir hallarda inkişafı
C) Ətraf mühitdə az yayılma
D) Kliniki əlamətlərin aydın olmaması
E) Antibiotiklərə qarşı yüksək həssaslıq
174. Uşaqlarda infeksion prosesin gedişində göstərilənlərdən hansı əsas sayılmır?
A) Anamnezində MSS-nin natal travması
B) Orqanizmin immunoloji reaktivliyi
C) Törədicinin antibiotiklərə qarşı davamlılığı
D) Orqanizmin sensibilizasiyası
E) Mikrofloranın virulentliyi
175. Anaerob infeksiyada patogenetik müalicədə göstərilənlərdən hansı vacib sayılmır?
A) Ətrafın immobilizasiyası
B) Zədələnmiş toxumaların kəsilib götürülməsi
C) Dövr edən toksinlərin neytralizasiyası
D) Lampas kəsiklər
E) Homeostazın tənzimlənməsi
176. Anaerob infeksiyada amputasiyanın hansı əsas elementi nəzərə alınmaya bilər?
A) Güdülün tikilməsindən imtina
B) Vizual təyin edilmiş zədələnmə sahəsindən yuxarı amputasiya
C) Turniketsiz əməliyyat
D) Fassial futlyarların kəsilib açılması
E) Yaranın drenajından imtina
177. Göy-yaşıl irinli infeksiyaya qarşı effektiv vasitə hansı sayılır?
A) Bor turşusu
B) Hipertonik məhlul
C) Furasilin məhlulu
D) Levomekol
E) Hidrogen peroksid
178. İrinli yaranın cərrahi işlənməsi nəyi təmin etmir?
A) Antibakterial təsiri
B) Sağalmanın sürətini
C) Prosesin generalizasiyasının əngəllənməsini
D) Yara infeksiyasının məhdudlaşmasını
E) İntoksikasiyanın azalmasını
179. İrinli yaranın cərrahi işlənməsində hansı anesteziya üsulu məqsədəuyğun sayılır?
A) Ümumi anesteziya
B) Fərdi olaraq
C) Yerli infiltrasion
D) Yerli xloretil
E) Yerli keçirici
180. İrinli yarada tamponun hiqroskopik təsir müddəti neçə vaxt davam edir?
A) 4-6 saat
B) 10-12 saat
C) 2-3 saat
D) Fərdi olaraq
E) 7-9 saat
181. İrinli yarada rezin buxarıcının əsas təsir mexanizmi hansıdır?
A) Passiv ötürmə
B) Müştərək xüsusiyyət
C) Hiqroskopik xüsusiyyət
D) Aktiv aspirasiya
E) Kapilyar xüsusiyyət
182. İrinli yaranın drenə edilməsi hansı mərhələdə aparılır?
A) İltihablaşma
B) Regenerasiya
C) Reorqanizasiya
D) Bütün mərhələlərdə
E) Fərdi olaraq
183. İrinli yarada aktiv drenləmə zamanı əsas təsir amili hansıdır?
A) Mexaniki təmizləmə
B) İltihab əleyhinə faktor
C) Antibakterial təsir
D) Yerli prosesin məhdudlaşdırılması
E) İltihabı prosesin generalizasiyasının məhdudlaşdırılması
184. İrinli yaranın daha effektiv drenləmə üsulu hansıdır?
A) Rezin buraxıcı
B) Passiv ötürmə üçün birmənfəzli boru
C) Aktiv drenləmə
D) Siqar üsulu
E) Tampon
185. İrinli yarada birincili gecikdirilmiş tikişlər hansı müddət ərzində qoyulur?
A) 7-10 gün
B) 12-14 gün
C) 10-12 gün
D) 5-6 gün
E) 3-4 gün
186. İrinli yarada erkən ikincili tikişlər hansı müddət ərzində qoyulur?
A) 3-4 gün
B) 7-10 gün
C) 5-6 gün
D) 12-14 gün
E) 10-12 gün
187. İrinli yarada ikincili tikişlər nəyi təmin etmir?
A) Kosmetik nəticələrin yaxşılaşmasını
B) Yara ifrazatı ilə itirilmənin azalmasını
C) Sağalma müddətinin azalmasını
D) Hospital infeksiyalaşma təhlükəsinin azalmasını
E) İltihab mərhələlərinin müddətinin qısalmasını
188. İrinli yarada ikincili tikişlərin qoyulması üçün vacib şərt hansıdır?
A) Perifokal iltihabın keçməsi
B) Xəstənin vəziyyətinin yaxşılaşması
C) Laborator göstəricilərin normallaşması
D) Reparativ mərhələnin başlanması
E) Hərarətin olmaması
189. On üç yaşlı uşağın boyun nahiyəsində 1 sm diametrli iltihabi infiltratın zirvəsində irinli nekroz sahəsi var. Vəziyyəti orta ağırdır. Diaqnoz hansıdır?
A) Furunkul
B) Fleqmona
C) Karbunkul
D) Furunkulyoz
E) Psevdofurunkulyoz
190. Uşağın aşağı dodağında absesləşən furunkul olarsa, ona nə etmək olmaz?
A) Radikal cərrahi əməliyyat
B) Fizioterapiya
C) Hospitalizasiya
D) Antibiotikoterapiya
E) Məlhəmlə sarğı
191. Cərrahi sepsislə xəstələrin artması nə ilə əlaqədar deyildir?
A) İnvaziv diaqnostika və müalicə üsullarının artması ilə
B) Praktikaya yeni antibakterial dərmanların tətbiqi ilə
C) Mikrofloranın antibiotiklərə qarşı davamlılığının artması ilə
D) Makroorqanizmin müqavimətinin artması ilə
E) Hospitaldaxili infeksiyanın yayılması ilə
192. Uşaqlarda cərrahi sepsis anlayışı hansını təyin etmir?
A) Ümumi ağır infeksion vəziyyəti
B) Yerli cərrahi və ümumi intensiv müalicənin vacibliyini
C) Orqanizmdə reaktivliyin dəyişməsini
D) Hormonal müalicəyə göstərişi
E) Yerli infeksiya ocağının olmasını
193. Aşağıda göstərilənlərdən hansı cərrahi sepsisin patogenezini təyin etmir?
A) Əvvəl aparılan antibakterial müalicə
B) İnfeksiyanın törədicisi (növü,virulentliyi)
C) Orqanizmin spesifik reaktivliyi
D) İlkin infeksiya ocağının vəziyyəti (yerləşməsi, yerli dəyişikliklərin xarakteri)
E) Orqanizmin qeyri-spesifik reaktivliyi
194. Sepsis zamanı törədicinin çoxalması adətən hansında müşahidə edilir?
A) İkincili ocaqda
B) Qanda
C) Bütün variantlar
D) Fərdi olaraq
E) İlkin ocaqda
195. Septiki xəstədə şokun inkişafını hansı təsdiqləyir?
A) Uzun müddətli hipertermiya
B) Xəstənin vəziyyətinin tədricən pisləşməsi
C) Metastatik infeksiya ocaqlarının olması
D) Metabolik pozğunluqların olması
E) Kəskin surətdə diurezin azalması və mikrosirkulyasiyanın pozulması
196. İrinli infeksiyada kortikosteroidlərin istifadə müddətini hansı təyin edir?
A) Bütün sadalananlar
B) Şokun aradan götürülməsi
C) Ürək-ağciyər çatmamazlığının aradan götürülməsi
D) Temperaturun subfebrilədək enməsi
E) Xəstənin vəziyyətinin orta dərəcəyə enərək normallaşması
197. Qlükokortikoidlərin istifadəsinə göstəriş hansıdır?
A) Septiki şok və toksiko-allergik reaksiya
B) Presepsis (sepsisin ilkin mərhələsi)
C) Septiki ağırlaşmaların yüksək inkişaf riski
D) Septikopiemiya
E) Septisemiya
198. Yeddi yaşlı uşağın baldır nahiyəsində parlaq qırmızı rəngli, kəskin sərhədli iltihab ocağı vardır, periferiyada dəri ödemli və ağrılıdır, yayılmağa meyillidir. Sizin diaqnoz hansıdır?
A) Qızıl yel
B) Fleqmona
C) Furunkul
D) Dərialtı toxumanın absesi
E) Karbunkul
199. Beş yaşlı uşaqda uzunmüddətli yarımkəskin gedişə malik çoxsaylı konusabənzər irinciklər, irinli özəyi olan ocaqlar qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Furunkulyoz
B) Psevdofurunkulyoz
C) Dərialtı toxumanın absesi
D) Qızıl yel
E) Fleqmona
200. Beş aylıq hipotrofiyalı zəif uşaqda qısa müddət ərzində kümbəzəbənzər formalı, irinli özəyi olmayan çoxsaylı abseslər qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Psevdofurunkulyoz
B) Furunkulyoz
C) Fleqmona
D) Qızıl yel
E) Dərialtı toxumanın absesi
201. Yeddi yaşlı uşağın bud nahiyəsində kəskin sərhədi olmayan, mərkəzində fluktuasiyası olan, iltihabi infiltrasiya ocağı vardır. Sizin diaqnoz hansıdır?
A) Abses
B) Psevdofurunkulyoz
C) Furunkulyoz
D) Qızıl yel
E) Dərialtı toxumanın absesi
202. On yaşlı uşağın arxa-boyun nahiyəsində mərkəzində üç ədəd irinli özəyi olan kəskin ağrılı infiltrat vardır. Sizin diaqnoz hansıdır?
A) Karbunkul
B) Fleqmona
C) Qızıl yel
D) Furunkul
E) Dərialtı toxumanın absesi
203. Yarım kəskin limfadeniti adətən hansı xəstəliklərlə diferensasiya etmirlər?
A) Hemangioma ilə
B) Şişlə
C) Vərəmlə
D) Limfoqranulematozla
E) Boğulmuş qasıq dəbəliyi ilə
204. Uşaqda dırnaqətrafı yastığın qızarması və şişkinliyi ilə yanaşı, həm də dırnaq kənarı boyunca dərialtı irin qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Dərialtı dolama
B) Paronixiya
C) Dəri dolaması
D) Fleqmona
E) Abses
205. Uşaqda göstərici barmaq nahiyəsində epidermisi qaldıran kiçik irinlik qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Dəri dolaması
B) Dərialtı dolama
C) Fleqmona
D) Dırnaqaltı dolama
E) Paronixiya
206. Uşaqda barmaq ucunun iynə ilə deşilməsindən iki gün sonra ağrı və dırnaq altında irin yığılması qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Dırnaqaltı dolama
B) Dərialtı dolama
C) Paronixiya
D) Fleqmona
E) Dəri dolaması
207. On dörd yaşlı uşaqda barmağın uc nahiyəsində 3 gündür ki, döyünən ağrı, ödem, qızartı, oynaqda hərəkət məhdudluğu, hipertermiya, palpasiyada kəskin ağrılar qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Sümük dolaması
B) Paronixiya
C) Dərialtı dolama
D) Dırnaqaltı dolama
E) Dəri dolaması
208. On yaşlı uşaqda dırnaq falanqası nahiyəsi 5 gündür ki, ağrılı olub, gecəni yatmayıb. Dəri qızartılı, yumşaq toxumalar kolbasaşəkilli genişlənib və infiltrasiyalıdır, palpator kəskin ağrılıdır. Sizin diaqnoz hansıdır?
A) Dırnaqaltı dolama
B) Dəri dolaması
C) Sümük dolaması
D) Dərialtı dolama
E) Paronixiya
209. On üç yaşlı uşaqda mil-bilək oynağınadək yayılmış barmaq əsası toxumalarının ödemi, ağrı, oynaqda aktiv hərəkət məhdudluğu, passiv hərəkətlərin kəskin ağrılı olması qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Vətər dolaması
B) Paronixiya
C) Dəri dolaması
D) Dərialtı dolama
E) Dırnaqaltı dolama
210. On dörd yaşlı uşaqda bilək nahiyəsində kəskin ağrı, bilək arxasının ödemi, qızartı, hipertermiya, palpator kəskin ağrı qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Vətər dolaması
B) Dəri dolaması
C) Dərialtı dolama
D) Biləyin fleqmonası
E) Sümük dolaması
211. Beş yaşlı uşaqda sümük dolamasının cərrahi əməliyyatı üçün hansı ağrısızlaşdırma üsulu məqsədəuyğundur?
A) İnfiltrasion anesteziya
B) İntubasion narkoz
C) Yerli xloretil
D) Keçirici anesteziya
E) Maska narkozu
212. On iki yaşlı uşaqda sümük dolamasının rentgenoloji əlamətləri nə vaxt meydana çıxır?
A) 13-15 sutkaya
B) 1- 2 sutkaya
C) 10-12 sutkaya
D) 4-6 sutkaya
E) 7-9 sutkaya
213. İrinli iltihabda antibiotikin seçilməsi zamanı hansı əsas sayılmır?
A) Xəstəliyin müddəti
B) Digər dərmanlarla qarşılıqlı təsiri
C) Dərmanın toksikliyi
D) Mikrofloranın xarakteri və həssaslığı
E) Dərmanın farmakodinamika və farmakokinetikası
Dostları ilə paylaş: |