282. Kəskin hematogen osteomielitin xroniki prosesə keçməsini hansı əlamətlər göstərir?
A) Xəstəliyin müddətindən asılı olmayaraq rentgenoqrammada sekvestral qutuda sekvestrin olması.
B) Xəstəlikdən 6 ay sonra rentgenoqrammada sümükdə sklerotik dəyişikliklərin olması
C) Əməliyyatdan sonrakı çapıq nahiyəsində süzgəclərin əmələ gəlməsi
D) 6 ay sonra rentgenoqrammada sümüyün qalınlaşması
E) 6 aydan sonra ətrafın funksiyasının tam bərpa olmaması.
283. Xroniki hematogen osteomielitin müalicəsi nədən ibarətdir?
A) Sümüküstlüyünün reaksiyasının çəkiləndən, aydın sekvestr formalaşandan və osteoskleroz əmələ gəldikdən sonra sekvestral korobka qayıqvari rezeksiya edilərək sekvestrektomiya və patoloji qranulyasion toxuma xaric edilərək sümük kanalının sanasiyası.
B) Diaqnoz qoyulandan sonra sekvestrektomiya
C) Konservativ kurort müalicəsi
D) Sekvestral korobkanın qaşınması.
E) Süzgəclərin antibiotiklə yuyulması
284. Kəskin hematogen osteomielitdə iltihabi proses sümük toxumasının hansı hissəsində başlayır?
A) Sümük iliyində
B) Sümük lövhəsində
C) Sümüyün süngərli maddəsində
D) Sümük üstlüyündə
E) Sümüyün qığırdaq hissəsində
285. Erkən yaşlı uşaqlarda ilk olaraq sümüyün hansı hissəsində
iltihabi proses baş verır?
A) Epifizdə
B) Metafizdə
C) Diafizdə
D) Oynaq qığırdağında
E) Sümük üstlüyündə
286. Kəskin hematogen osteomielitdə sadalanan sümüklərdən ən çox zədələnəni göstərin?
A) Baldır
B) Said
C) Körpücük
D) Pəncə
E) Bud
287. Böyük yaşlı uşaqlarda kəskin hematogen osteomielitin ən xarakterik erkən əlaməti hansıdır?
A) Sümüyün palpasiyasında kəskin ağrının olması
B) Ətrafın həcminin böyüməsi
C) Dərinin hiperemiyası
D) Oynaqda hərəkət məhtudluğu
E) Ətrafın məcburi vəziyyəti
288. Kəskin hematogen osteomielitin erkən laborator əlaməti hansıdır?
A) EÇR- yüksəlməsi
B) Leykositoz
C) Anemiya
D) Anizositoz
E) Leykopeniya
289. Lüləli sümüklərin kəskin hematogen osteomielitində ilk rentgenoloji dəyişikliklər nə vaxt aşkar olunur?
A) 14-15 gün
B) 10-11 gün
C) 20-25 gün
D) Bir aydan sonra
E) 2-3 gün
290. Kəskin hematogen osteomielitdə ilk rentgenoloji əlaməti hansıdır?
A) Sümük üstlüyünün qalınlaşması
B) Osteoparoz
C) Osteoskleroz
D) Sümüyün xırda ocaqlı boşluqları
E) Sümüyün kortikal təbəqəsinin deformasiyası
291. Kəskin hematogen osteomielitdə ağrının səbəbləri:
A) Sümükdaxili təzyiqin yüksəlməsi
B) İnfeksiyanın toksinlərinin sinir üclarını qıcıqlandırması
C) Sinir üclarının infeksiyanın fermentləri tərəfindən dağılması
D) Ətrafın ödemi nəticəsində dəri reseptorlarının qıcıqlanması
E) «Mərkəz» mənşəli ağrı
292. Kəskin hematogen osteomielitdə təcili əməliyyata göstəriş:
A) Xəstəxanaya daxil olan an.
B) Xəstəxanaya daxil olandan 3-6 saat sonra.
C) Xəstəxanaya daxil olandan 24 saat ərzində
D) Xəstəxanaya daxil olandan 3 sutka sonra.
E) Əməliyyata ehtiyac yoxdur.
293. Kəskin hematogen osteomielitdə əməliyyat nədən ibarətdir?
A) Osteoperforasiya və sümük kanalına antibiotik yeritmək üçün drenajın qoyulması.
B) Sümüyün punksiyası
C) Yumşaq toxumada kəsik aparılması
D) Sümüküstlüyü absesin açılması
E) Sümük kanalının doloto ilə geniş açılması
294. Kəskin hematogen osteomielitdə ətrafın immobilizasiyası.
A) Dərin gips longeti
B) Dairəvi qapalı gips sarğısı
C) Ehtiyac yoxdur.
D) Skelet dartması.
E) İlizarov aparatının qoyulması
295. Epifizar osteomielitin kliniki əlaməti hansıdır?
A) Oynaqda flyuktasiyanın olması
B) Oynağın həcminin böyüməsi
C) Oynaqətrafı toxumanın bərkiməsi
D) Oynağın şarabənzər böyüməsi və onun həcminin böyüməsi
E) Ətrafın məcburi vəziyyəti.
296. Epifizar osteomielitdə cərrahi müalicə nədən ibarətdir?
A) Oynağın təkrari punksiya edilməsi, irinin evakuasiyası və oynaq boşluğunu antibiotik məhlulu ilə yumaq
B) Antibiotik vurmaq üçün epifiz nahiyəsinə iynə yeritmək.
C) Ətrafı immobilizasiya etmək
D) Epifiz nahiyəsində yumşaq toxumanı və sümüküstlüyündə kəsik etmək.
E) Yumşaq toxumada kəsik edərək sümüyə frez dəliyi qoymaq.
297. Epifizar osteomielitin aqibəti necə olur?
A) Tam sağalma
B) Prosesin xroniki fazaya keçməsi
C) Proses nahiyəsində süzgəclərin əmələ gəlməsi.
D) Oynağın deformasiyasına görə ortopedik əməliyyat
E) Patoloji sınıq və yalançı oynağın əmələ gəlməsi.
298. Kəskin hematogen osteomielitin xroniki fazaya keçməsini göstərən əlamətlər hansıdır?
A) Xəstəliyin müddətindən asılı olmayaraq rentgenoqrammada sekvestral qutunun və sekvestrin olması.
B) Xəstəliyin başlanğıcından 6 ay sonra rentgenoloji sümükdə sklerotik prosesin aşkarlanması
C) Əməliyyatdan sonrakı çapıq nahiyəsində vaxtaşırı süzgəclərin açılması
D) Xəstəliyin başlanğıcından 6 ay sonra sümüyün qalınlaşması
E) 6 aydan sonra ətrafın funksiyasının tam bərpa olmaması.
299. Xroniki hematogen osteomielitin müalicəsi nədən ibarətdir?
A) Tam sekvestral qutu əmələ gəldikdən,periostal reaksiya tam çəkildikdən və sekvestrin tam formalaşmasından sonra osteotomiya edərək sekvestrektomiya və patoloji qranulyasion toxumanın qaşınması.
B) Diaqnoz qoyulan kimi sekvestrektomiya
C) Konservativ kurort müalicəsi
D) Fistulaların antibiotiklə yuyulması
E) Fistuladan sekvestral qutunun qaşınması.
300. 13 yaşında oğlanın xayalığının sol yarısında üzümsalxımı şəklində şişkinlik və arabir ağrı qeyd edilir. Bu hansı patologiya da müşahidə olunur?
A) Varikosele
B) Kriptorxizm
C) Qasıq-xayalıq yırtığı
D) Hidrosele
E) Ektopiya
301. Baxış zamanı uşaqda xayalardan biri xayalıqda qeyd olunmur. İlkin diaqnoz nədir?
A) Kriptorxizm
B) Varikosele
C) Hidrosele
D) Qasıq yırtığı
E) Qasıq-xayalıq yırtığı
302. Baxış zamanı uşaqda xayalardan biri xayalıqda qeyd olunmur. Palpasiyada xaya aralıq nahiyyəsində əllənir. Diaqnoz nədir?
A) Xayanın ektopiyası
B) Kriptorxizm
C) Anorxizm
D) Varikosele
E) Hidrosele
303. Qasıq yırtğını qeyd olunan patologiylardan hansı ilə differensasiya etmək lazım gəlir?
A) Qasıq limfadeniti
B) Varikosele
C) Əlaqəli xaya hidropsu
D) Spermatosele
E) Monorxizm
304. Qasıq yırtığını qeyd olunan patologiylardan hansı ilə differensasiya etmək lazım gəlir?
A) Toxum ciyəsinin sisti
B) Varikosele
C) Monorxizm
D) Anorxizm
E) Kriptorxizm
305. Qeyd olunanlardan hansı xayaların inkişaf anomaliyasına aid deyil?
A) Hipospadiya
B) Kriptorxizm
C) Anorxizm
D) Monorxizm
E) Poliorxizm
306. Qeyd olunanlardan hansı cinsiyyət üzvünün inkişaf qüsurlarıdır?
A) Hipospadiya, epispadiya
B) Hipospadiya, hidrosele
C) Spermatosele, varikosele
D) Epispadiya, spermatosele
E) Epispadiya, varikosele
307. Qasıq-xayalıq yırtığı ilə hidroselini differensasiya etmək üçün istifadə olunan ən sadə müayinə üsulu hansıdır?
A) Diafonoskopiya
B) Rentgen müayinə
C) Laborator müayinə
D) Ultrasəs müayinə
E) Sidiyin ümumi müayinəsi
308. Peritonun yataq çıxıntısının obliterasiya prosesinin pozulmasına aşağıda qeyd olunanlardan biri aid deyil?
A) Xayanın ektopiyası
B) Qasıq-xayalıq yırtığı
C) Əlaqəli xaya hidropsu
D) Toxum ciyəsinin sisti
E) Qasıq yırtığı
309. Uşağın bir yaşı var. Valideynlərin şikayəti uşağın sidik ifrazının çətinləşməsindən, ağrılı olmasından və cinsiyyət üzvünün dərisinin hiperemiyalaşmasındandır. Diaqnoz nədir?
A) Fimoz
B) Parafimoz
C) Sistit
D) Pielonefrit
E) Qlomerulonefrit
310. Uşaq yaşlarda travmatizmin hansı forması üstünlük təşkil edir?
A) Məişət
B) Məktəb
C) Idman
D) Digərləri
E) Küçə
311. Məişət travmatizmi arasında uşaq yaşlarında üstünlüyü hansılar təşkil edir?
A) Zədələnmələr
B) Yad cisim
C) Zəhərlənmələr
D) Yanıqlar
E) Odlu silah yaralanmaları
312. Said sümüklərinin aşağı 1/3-nin sınığı zamanı yuxarı ətrafın immobilizasiyası necə aparılır?
A) Daraq-falanqa oynağından bazunun orta 1/3-nə qədər gips langeti
B) Mil-bilək oynağından dirsək oynağına qədər sirkulyar gips sarğısı
C) Mil-bilək oynağından dirsək oynağına qədər gips sarğısı
D) Mil-bilək oynağından bazunun orta 1/3-nə qədər gips sarğısı
E) Daraq-falanqa oynağından dirsək oynağına qədər sirkulyar gips sarğısı
313. Qamış sümüyünün orta 1/3-nin sınığı zamanı ətrafın immobilizasiyası necə aparılır?
A) Daraq-falanqa oynağından büdun orta 1/3-nə qədər gips langeti
B) Daraq-falanqa oynağından diz oynağına qədər sirkulyar gips sarğısı
C) Aşıq-baldır oynağından diz oynağına qədər gips sarğısı
D) Aşıq-baldır oynağından büdun orta 1/3-nə qədər gips langeti
E) Aşıq-baldır oynağından diz oynağına qədər sirkulyar gips sarğısı
314. Şok zamanı həyatı vacib funksiyaların pozulmasına səbəb olan birincili etioloji faktor hansıdır?
A) Kəskın tənəffüs çatışmazlığı
B) Ağrı hissiyatı ilə əlaqədar baş beyin qabığının tormozlanması
C) Toxuma və orqanların parçalanma məhsulların törətdiyi intoksikasiya
D) Mərkəzi hemodinamikanın pozulması
E) “Vegetativ burulğanı” böyrəküstü vəzin qabıq maddəsinin və hipofizin gərginləşməsi ilə əlaqədar
315. Uşaqlar üçün aşağıdakılardan hansı xarakterik deyil?
A) Mil cümüyünün tipik yerdən qırılması
B) Qırılmalar
C) Subperiostal sınıq
D) Epifizeoliz
E) Osteoepifizeoliz
316. Uşaqlarda ağciyərin travmatik cırılması və qapalı gərgin pnevmotoraksın xüsusi müayinə üsullarının təyininə qədər hansı lazimi müalicə tədbirləri görülməlidir?
A) Oksigenlə müalicənin başlanması və rentgen müayinəsinin təyini
B) Plevra boşluğunun punksiyası, havanın xaric edilməsi, Bülau drenajının qoyulması, Vişnevski üsulu ilə boyun vaqosimpatik blokadası, diaqnozu dəqiqləşdirmək üçün müayinələrin təyini
C) Diaqnoz tam dəqiqləşənə qədər müalicəyə ehtiyac yoxdur
D) Şok əleyhinə narkotiklərin vurulması
E) Plevra boşluğunun punksiyası və yığılmış havanın xaric edilməsi
317. Uşaqlarda politravma zamanı qospitalizasiyaya qədər ki etapda ilkin müalicə tədbirlərinə hansıları daxildir?
A) Transport immobilizasiyası, qanaxmanın müvəqqəti dayandırılması, narkotiklərin vurulması, oksigenasiyanın təmini, analgetiklərin vurulması
B) Transport immobilizasiyası, qanaxmanın müvəqqəti dayandırılması, narkotiklərin vurulması
C) Transport immobilizasiyası, qanaxmanın müvəqqəti dayandırılması, narkotiklərin vurulması, oksigenasiyanın təmini
D) Oksigenasiya , qanaxmanın müvəqqəti dayandırılması,zədə nahiyəsinin yerli ağrısızlaşdırılması transport immobilizasiyası, plazma əvəzedicilərinin köcürülməsi.
E) plazma əvəzedicilərinin köcürülməsi, transport immobilizasiyası, süni tənəffüs, qanaxmanın müvəqqəti dayandırılması
318. Düşen-Erba doğuş iflici zamanı nələr müşahidə edilir?
A) Birtərəfli spesifik hemiparez
B) Əl barmaqlarında hərəkətin itməsi
C) Zədələnmiş ətrafda hərəkətin tam itməsi
D) Əl barmaqlarının hərəkəti zamanı içəriyə rotasiya və çiyinin yaxınlaşdırılması
E) Bazu oynağında hərəkətin saxlanılması zamanı əl barmaqlarında hərəkətin itməsi
319. Doğuş epifiziolozi ən çox hansı nahiyədə baş verir?
A) Bazu sümüyünün distal epifizi
B) Bud sümüyünün proksimal epifizi
C) Bazu sümüyünün proksimal epifizi
D) Qamış sümüyünün proksimal epifizi
E) Bud sümüyünün distal epifizi
320. Uşaqlarda diafizar sınıqlarda boylama yerdəyişmənin buraxılan hüdudları hansıdır?
A) 1-2 sm
B) 2-3 sm
C) 3-4 sm
D) 4-5 sm
E) Heç biri
321. Apofizeolizin ən çox rast gələn lokalizasiyası hansıdır?
A) Bazu epikondilusları
B) Bud kondilusları
C) Topuqlar
D) Qamış qabarı
E) Fəqərə çıxıntıları
322. İki yaşına qədər uşaqlarda bud sümüyünün yerdəyişən sınığında hansı müalicə üsulundan istifadə edirlər?
A) Şede üsulu ilə dəri dartması
B) Birmomentli əllə repozisiya
C) Skelet dartması
D) Intramedulyar osteosintez
E) Ekstramedulyar osteosintez
323. On yaşında uşaqda bud sümüyünün yerini dəyişən sınığında hansı müalicə üsulundan istifadə olunur?
A) Skelet dartması
B) Şede üsulu ilə dəri dartması
C) Birmomentli əllə repozisiya
D) Intramedulyar osteosintez
E) Ekstramedulyar osteosintez
324. Uşaqlarda sınıqların xüsusiyyətləri sümüyün hansı göstəricilərinə görə təyin olunur?
A) Sümüyün elastikliyi
B) Meniralizasiya
C) Sümüyün quruluşu
D) Oynağın quruluşu
E) Orqanizmdə suyun miqdarından
325. Bazu sümüyünün distal hissəsinin doğuş epifiziolozi üçün xarakter erkən rentgenoloji simptomlara hansıları aiddir?
A) Said sümüyünün və bazu sümüyünün proporsiyasının pozulması
B) Görünən sümük qabarı
C) Bazu sümüyünün metafizinin destruksiyası
D) Mil periostiti
E) Sümük ayrılmasının görünməsi
326. Bud sümüyü başının doğuş epifiziolozi zamanı doğuşdan sonra birinci saatda rasional müalicə tədbirlərinə nələr daxildir?
A) Qapalı düzəldilərək zədələnmiş ayağın daxilə rotasiyası və horizontal vəziyyətdə dartılaraq leykoplastrla dartılma
B) Açıq üsulla repozisiya
C) Blaunt üsulu
D) Qapalı üsulla repozisiya
E) Şede üsulu ilə dartma
327. Bud sümüyünün doğuş zamanı yerdəyişməyən sınığında optimal müalicə üsuluna daxildir?
A) Birmomentli qapalı repozisiya, sonra isə gips immobilizasiyası
B) Şede üsulu ilə dartma
C) Müalicə tələb olunmur
D) Açıq repozisiya, sonra isə gips immobilizasiyası
E) Blaunt üsulu ilə dartma
328. Körpücük sümüyünü doğuşdan sonra sınığına şübhə olmasına hansı əlamətlər aiddir?
A) Baxış zamanı ağrıya reaksiya
B) Hemiparez
C) Qan təchizatının pozulması
D) Bazu oynağında hematoma
E) Qəlpələrin kripitasiyası
329. Uşaqlarda diafizar sınıqlarda bucaqvari yerdəyişmənin buraxılan hüdudu hansıdır?
A) 10-15o
B) 5-10o
C) 15-20o
D) 20-30o
E) Hec biri
330. Bazu sümüyünün orta 1/3-nın doğuş zədələnməsi zamanı rasional müalicə üsuluna hansı aiddir?
A) Dezo sarğısı
B) Gips sarğısı
C) Bazunun 900 uzaqlaşdırmaqla torakobroxial gips sarğısı və saidin dirsəkdə 900 bükmək
D) Qolu uşağın bədəninə fiksasiya etmək
E) Leykoplastla dartmaq
331. Doğuşdan sonra kəllə-beyin travmasının ağırlığının meyyarlarına hansı daxildir?
A) Beyin qan dövranının pozulmasının dərəcəsi
B) Başda doğuş şişinin ölcüsü
C) Kefolohematomanın olması
D) Kəllə sümüklərinin sınığı
E) Kəllə sümüklərinin yerdəyişməsinin dərəcəsi
332. Doğuş zamanı kəllə sümüklərinin kompresion sınmasına görə müalicə taktikasına hansı daxildir?
A) Repazisiya üsulu ilə cərahi korreksiya
B) Kəllənin rezeksion trepanasiyası və allaplastikası
C) Kəllənin rezeksion trepanasiyası
D) Intensiv infuzion müalicə
E) Müalicə tələb edilmir
333. Düşen-Erba iflicinin müalicəsi zamanı qolun fiksasiya vəziyyəti hansıdır?
A) Dezo sarğısı qoymaq
B) Qolun bədənə bükülməsi
C) 900 xarici rotasiya altında bazunun fiksasiya olunması
D) Fiksasiya vacib deyil
E) Qolun onurğaya tərəf fiksasiyası
334. Doğuş travması zamanı qarın boşluğu orqanlarından hansıları ən çox zədələnir?
A) Qaraciyər, dalaq
B) Nazik bağırsaq
C) Böyrəklər
D) Yoğun bağırsaq
E) Sidik kisəsi
335. Acıq kəllə-beyin travmasına aşağıdakılardan hansı aiddir?
A) Kəllə əsasının sınığı, yumşaq toxumaların zədələnməsi ilə
B) Başın yumşaq toxumalarının əziyi
C) Kəllənin aponevroza qədər sınığı, yumşaq toxumaların yaralanması və aponevrozon zədələnməsi ilə
D) Gicgah sümüyünün sınığı, alın nahiyəsinin zədələnməsi ilə
E) Alın sümüyünün sınığı, gicgah nahiyəsinin zədələnməsi ilə
336. Baş beyin silkələnməsinin kliniki simptomlarına hansılar daxildir?
A) Qısamüddətli huşun pozulması, travmanın ilk saatında qusma, retroqrad amneziya
B) Ümumi beyin əlamətləri, bədən hərarətinin yüksəlməsi, qusma
C) Travma ilə şübhəli dərin koma
D) Aydın huş zamanı hemiparez
E) Travmadan 2-3 saat sonra huşun itirilməsi, anizokariya, ocaqlı simptomlar
337. Birtərəflı epi və ya subdural hematoma zamanı aşağıdakı hansı simptomokompleks müşahidə edilir?
A) “İşıqlı mərhələ”, göz bəbəyinin homolateral genişlənməsi, kontralateral çatışmazlıq əlamətləri
B) Huşun itirilməsi, ocaqlı simptomlar, meningial əlamətlər
C) Ümumi beyin simptomları, hərarətin yüksəlməsi
D) Qısamüddətli huşun itirilməsi, qusma, retroqrad amneziya
E) Tetraplegiya, aydın huş
338. Yenidoğulmuşda doğulduqdan 2 gün sonra təpə nahiyəsində sol tərəfdə şişkinlik var. Şişkinlik üzərində dəri dəyişməyib, palpasiya az ağrılıdır, şişkinliyin əsasında bərk yastıqcıq təyin olunur. Sizin diaqnozunuz hansıdır?
A) Kefalohematoma
B) Ikimərtəbəli intrakranial hematoma
C) Absess
D) Baş beyin dəbəliyi
E) Limfangioma
339. 10 yaşında uşaqda bazunun tiş epikondilisunun apofiziolizi olub. Müalicəsi 3 həftə gips longeti ilə aparılıb. Gips çıxarıldıqdan sonra dirsək oynağında hərəkətin kəskin məhtudluğu var. Taktika necə olmalıdır?
A) MBT və fizioterapiya
B) Oynaq nahiyəsinin masajı
C) Cərrahi üsulla millə fiksasiya
D) Rentgen nəzarəti altında Kirşner mili ilə fiksasiya
E) Ekstramedulyar distraksion- kompression aparatın tətbiqi.
340. Uşaqlarda kəllə əsası sümüyünün sınığının əsas əlamətlərinə hansılar aiddir?
A) Oto-rino-likvoreya
B) Çoxsaylı qusma
C) Burun və qulaqdan qanaxma
D) Ocaqlı, nevroloji simptomlar
E) Huşun itirilməsi
341. Körpücük sümüyün sınığı ən çox harada lokalizasiya olunur?
A) Orta 1/3-də
B) Orta və lateral 1/3-i sərhəddində
C) Körpücük sternal hissəsində
D) Orta və medial 1/3-i sərhəddində
E) Dimdiyə bənzər çıxıntı sahəsində
342. Bir yaşa qədər uşaqlarda körpücüyün orta 1/3-i sınığı zamanı optimal fiksasiya edici sarğıya hansı aiddir?
A) Dezo sarğısı
B) 8-vari sarğısı
C) Kuzmincki-Karpenko sarğısı
D) Torakobraxial sarğı
E) Fiksasiya tələb olunmur
343. 7 yaşa kimi uşaqlarda diafizar sınıqların korreksiyasında eninə yerdəyişmənin buraxılan hüdudu hansıdır?
A) Ox düz olarsa eninə dairənin 1/2-ə qədər
B) Eninə dairənin 2/3-ə qədər
C) Eninə dairənin 1/4-ə qədər
D) Eninə dairənin 2/4-ə qədər
E) Buraxılan hüdud olmamalıdır
344. Bazu sümüyünün diafizinin orta 1/3-nin köndələn qapalı sınığı zamanı optimal taktikaya hansı daxildir?
A) Repozisiya və gips langeti ilə fiksasiya
B) Repozisiya və 2 mil ilə fiksasiya
C) Repozisiya və Sterin aparatla fiksasiya
D) Skelet dartması
E) Repozisiya və uzaqlaşdırıcı vəziyyətdə fiksasiya
Dostları ilə paylaş: |